Ev Blog Səhifə 220

Gürcüstana səfər edən turistlərin sayı artıb

0
Gürcüstan

Ötən ay Gürcüstana 424 514 turist səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə turistlərin sayı 64 770 nəfər artıb.

May ayında qonşu ölkəni, ümumilikdə, 723 160 əcnəbi ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% çoxdur.

Yanvar-may aylarında isə Gürcüstana 2 988 478 əcnəbi səfər edib. Bu da illik müqayisədə 5,4% çoxdur. Turistlərin sayı isə 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur. 

Azərbaycanda “Şəhərdən Kəndə” layihəsinə start verilib

0
Kənd təsərrüfatı naziri İnam Kərimov

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrat Ticarət Şirkəti” MMC Azərbaycanda aqroekoturizin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verib.

Layihə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır.

Bununla bağlı keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu gün regionlarda beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır: “Kənd təsərrüfatını inkişaf etdirməklə biz həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan vermək niyyətindəyik. Regionların sosial-iqtisadi inkişafı istiqamətində Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Kənddən Şəhərə” kimi bir neçə sosial yönümlü layihələri uğurla həyata keçiririk”.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunun digər prioritet sahələrindən biri də turizmdir: “Azərbaycan böyük turizm potensialına malikdir və ölkəmizə gələn turistlərin sayı ildən ilə artır. Onlar təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək. Rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaqdır. Bu səbəbdən biz tərəfdaş qurumlarımız ilə birgə “Şəhərdən Kəndə” adlı aqrar turizm layihəsini həyata keçirmək qərarını verdik”.

İ.Kərimov onu da bildirib ki, sözügedən layihə aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyətdir. “Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhvə verəcək. Orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək – asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur. Bu istiqamət Azərbaycan üçün yeni olsa da, bir sıra ölkələr artıq bu sahədə böyük təcrübəyə malikdirlər. Biz həmin ölkələrin təcrübəsini yaxından öyrənərək ən uğurlu modelləri Azərbaycanda tətbiq edəcəyik”.

İsveçrənin səyahət portalında Şəki barədə məqalə yerləşdirilib

0
Şəki

İsveçrənin www.travel-blog.ch səyahət portalında Şəki şəhərinə həsr olunmuş məqalə dərc olunub.

Məqalədə Azərbaycanın dilbər guşələrindən biri olan Şəkinin turistlər üçün təklif etdiyi özəlliklərdən bəhs olunur. Qeyd edilir ki, Azərbaycana səfər edən turistlər ilk olaraq Şərqə məxsus bir ölkə ilə rastlaşacaqlarını güman edirlər. Lakin Azərbaycan, Bakı və ölkənin regionları Şərq üslubu ilə yanaşı tam müasir və futurist görünüşləri ilə də turistləri heyran edirlər. Belə məkanlardan biri də Şəki şəhəridir.

Məqalədə Böyük Qafqaz sıra dağlarının qoynunda yerləşən və tarixi eramızdan əvvələ gedib çıxan Şəki şəhərinin coğrafi özəllikləri ilə yanaşı, onun Azərbaycan tarixində tutduğu mövqe, memarlıq, kulinariya və adət-ənənə xüsusiyyətlərindən söz açılıb. Qeyd edilib ki, Şəki tədricən beynəlxalq və yerli tədbirlərin, festival və bayramların keçirildiyi məkana çevrilməkdədir.

Şəki və onun ətrafında yerləşən turizm obyektləri barədə ətraflı məlumat verilən məqalədə, həmçinin buradakı qədim tarixə malik Alban məbədləri, tarixi qala və istehkamlardan bəhs olunub. Məqalədə Şəki mətbəxinə isə ayrıca diqqət ayrılıb.

Məqalənin sonunda bu şəhərə baş çəkən turistlərə Şəki halvası və pitisini dadmaq, eləcə də xatirə olaraq Şəki kələğayısı almaq da tövsiyə olunur.

2050-ci ilə qədər əhalisi ən çox azalacaq 10 ölkə məlum olub

0
Dünya əhalisi

Yaxın 30 il ərzində əhalisi ən çox azalacaq ölkələr Şərqi Avropa regionuna aid olacaq.

Buna səbəb həmin regionda insanların inkişaf etmiş ölkələrə miqrasiya etməsi, doğum səviyyəsinin aşağı düşməsi və ölüm hallarının çoxalmasıdır.

Ekspertlərin fikrincə, 2050-ci ilə qədər əhalisi ən çox azalacaq ölkələrə liderliyi Bolqarıstan edəcək. Bu ölkənin əhalisi 23% azalaraq  hazırki 7,08 mln. nəfərdən 5,42 mln. nəfərə düşəcək. Latviyanın əhalisinin 22% azalaraq 1,95 mln.-dan 1,52 mln.-a, Moldavanın əhalisinin 19% azalaraq 4,05 mln.dan 3,29 mln.a, Ukraynanın əhalisinin 18% azalaraq 44,22 mln.-dan 36,42 mln.-a, Xorvatiyanın əhalisinin 17% azalartaq 4,19 mln.-dan 3,46 mln.-a, Litvanın əhalisinin 17% azalaraq 2,89 mln.-dan 2,41 mln.-a, Rumıniyanın əhalisinin 17% azalaraq 19,68 mln.-dan 16,4 mln.-a, Serbiyanın əhalisinin 15% azalaraq 8,79 mln.-dan 7,45 mln.-a, Polşanın əhalisinin 15% azalaraq 38,17 mln.-dan 32,39 mln.-a, Macarıstanın əhalisinin isə 15% azalaraq 9,72 mln.-dan 8,28 mln.-a düşəcəyi gözlənilir.

Adıçəkilən ölkələrdə aparılan araşdırmalar göstərib ki, 20 yaşlı gənclər arasında dünyaya uşaq gətirmək istəyi xeyli azalıb.

Bu məkanda müştərilər yedikdən sonra qalıqları yerə atırlar

0
OREX

Kiyevdə maraqlı bir məkan var. Turizm.fins.az xəbər verir ki, “Orex” adlı pubda müştərilərə məkanı zibilləmək üçün icazə verilir. Beləki, həmin pubda içkilərin yanında fıstıq, yer fındığı, püstə və bu kimi kimi müxtəlif qabıqlı çərəzlər verirlər. Müştərilər çərəzləri yeyib qurtardıqdan sonar qalıq qabıqları yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta bu örtük bir neçə santimetrdir.

Səyahəti necə ucuz etmək olar? – MƏSLƏHƏT

0
səyahət

 1. TURŞİRKƏTDƏN VAZ KEÇİN, ÖZÜNÜZ SƏYAHƏT EDİN

Turşirkətlərin xidmətlərindən imtina edib, özünüz səyahət etsəz, bir xeylaq pula qənaət etmənizdən əlavə, həm də daha maraqlı səfər yaşaya bilərsiz.  Düzdür, bu halda səyahətdə hər hansı problemlə qarşılaşsaz, onu da özünüz həll etməli olacaqsız, amma turşirkət də bir çox hallarda yaranmış problemli situasiyadan aradan çıxmağa cəhd göstərir və ya problemin həll olunmasında gücsüz olur. Məsələn, turşirkətlə getdiyim son səyahətdə əlimdə Keniyaya giriş üçün onlayn vizam olduğu halda, sərhəddə Azərbaycan vətəndaşları üçün onlaynla alınmış deyil, yalnız səfirlikdən alınmış vizanın gərəkli olduğunu deyib deport etdilər. Üzdülüyümə salıb 2 saatlıq yol gedərək o biri səmtdəki girişdə də cəhd göstərdim. Orda 1-cidən də betər deport etdilər. Turşirkətin nümayəndəsi də, sərhəddə bir az dil tökdü oranın əməkdaşlarıyla, sonda da dedi ki: «Biz tay gedək». Dəstəni də yığdı getdi. Mənciyəz də qaldım yalqız. Və ya Yaponiya səfərində dostum qeybə çəkilmişdi, zənglərə cavab vermirdi, artıq yola düşmək zamanı idi, turşirkətin rəhbəri yenə çiyinlərini çəkdi. Yaxşı ki, sonda, nəhayət, tapıldı (hansısa oteldə yıxılıb yatmışdı). 

Tanzaniya

Tanzaniyaya da turşirkətin xətti ilə getmişdim. O ki, bir çox səhifələrdə yazırlar e – Tanzaniyada vətəndaşlarımıza vizanı sərhəddə verilirlər, cibimizə də 5-10 dollar basırlar təşəkkür əvəzi ki «Çox sağ olun ki, bizim ölkəyə gəldiz» – o da boş söhbətdi. Tanzaniya gömrükçüləri sərhəddə o qədər halıma acıdılar ki, ürəyim ağrıdı lap onlara. Amma yenə deport elədilər ki, «vətəndaşlarınız dəvət ya vizayla gəlməlidirlər». Yəni sözüm ondadır ki, turşirkətlə də gedəsi olsaz, çox vaxt yaranmış problemlə elə özünüz baş-başa qalacaqsız.

Özünüzün etdiyiniz səyahətdə xəyallarınızın marşrutunu da özünüz cızırsız, uçuş üçün də pul kisənizə uyğun bilet, otel seçirsiz və s. Tələsdirən yox, vaxtı güdən də yox. Ən önəmlisi də, səyahətə xərclədiyiniz pul qat-qat ucuz başa gəlir.

2. PLANLAŞDIRIN

Səyahətinizi nə qədər qabaqcadan planlaşdırsaz – maliyyə baxımından bir o qədər çox qabaq düşəcəksiz. Təyyarə uçuşları, dəmiryolu qatarına bilet, otel rezervasiyası, müxtəlif tədbirlərə bilet, konsert, festivallar… Məndə bu hazırlıq 5-6 ay öncə start verir.  Avropada qatar biletlərinə satış bir neçə ay öncə başlanır. Satışın ilk günlərində də standart qiymətlərdən 2-3 dəfə daha ucuz bilet almaq olur. Həm də növbələrdə dayanmaqdan qurtula bilərsiz.

3. YOL XƏRCLƏRİNƏ QƏNAƏT EDİN

Yollarda xərclədiyiniz pullar səyahətin ən çox pul aparan hissəsidir. YANDROUKI.BY saytında təyyarə, dəmiryolu, avtobus biletlərinə, avtomobil icarəsi və qalmaq üçün yerlə bağlı olan çoxsaylı endirimlər olur. Sayt özlüyündə heç bir turist xidməti təşkil etmir, yalnız endirimlər barədə məlumat verərək, xidməti təqdim edən şirkətlərin saytlarına birbaşa keçidləri verir.

4. UCUZ BİLET AXTARIŞI İLƏ GOOGLE-Nİ DARMADAĞIN EDİN

Əslində, bunun üçün çox vaxt 1-2 səhifə də bəs edir. Məsələn, gül kimi KIWI. O ki, sual verirsiz e «Filan yerdən filan yerədək ucuz bileti necə ala bilərəm?» – cavabı elə bu səhifədədir. Ən mümkün istiqamətlərdə ən ucuz aviabiletləri sizin üçün hazır edəcək.

5. AEROPORTDAN OTELİNİZƏDƏK MƏSAFƏDƏ QƏNAƏT EDİN

Demək olar ki, bütün aeroportlardan mərkəz hissəyə taksi ilə deyil, avtobusla da getmək olar. İnternetdə əvvəlcədən axtarıb tapın görün hansı şirkətlərin avtobusları bu və ya digər aeroportdan mərkəzə hərəkət edir.

Yox, dirəşib taksi ilə getmək istəsəz, taksini aeroportda axtarmayın, çünki oradakılar sizi, adətən, daha baha qiymətə aparmaq həsrətində olacaqlar.  Aeroportdan otelinizə beynəlxalq transfer şirkətlərinin təqdim etdiyi xidmətlərdən yararlanaraq da çata bilərsiz. Məsələn, KIWITAXI, HolidayTaxi. Aeroportda həmin şirkətlərin əməkdaşları üzərində adınız yazılmış lövhəylə sizi qarşılayacaq. Ödənişi bank kartı ilə də edə biləcəksiz.

6. GÜL KİMİ HOSTELLƏR

Hostel həm ucuzdur, həm yeni insanlarla rahat tanış olmağınız üçün gözəl məkandır. Mən, məsələn, Barselonanın düz mərkəzində, yaxşı şəraitli, səhər yeməkli hosteldə qalırdım. Minimal məbləğə.

Ailə ilə səyahət edirsizsə, bu halda apartamentlərə üstünlük verin. Makedoniyada icarəyə götürdüyüm apartamentə otelə verəcəyim məbləğdən ikiqat ucuzunu verdim. Gül kimi də ev idi. Belə olan halda, lap supermarketdən ərzaq alıb özünüz evdə yemək də hazırlaya bilərsiz. Restoran filana da getmək olar 1-2 dəfə, amma gündəlik restoranları zəbt etsəz, əlbəttə, bir xeylaq xərcləməli olacaqsız.

7. QALMAQ ÜÇÜN ALTERNATİV ŞƏRAİTDƏN BƏHRƏLƏNİN

Aqroturizm deyilən bir şey var. Havayı qalmaq üçün yer, yemək, əvəzində də ev yiyəsinə gün ərzində bir neçə saat kömək etmək.  Məsələn:

HELP EXCHANGE resursunda dünyanın müxtəlif yerlərindən olan adamlar fermada filanda bir neçə saat işin müqabilində turistlərə qalmağa yer və qida təklif edirlər.

WWOOF 70-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatdır ki, turistlərə orqanik ferma, bağçalarda işin müqabilində qalmağa yer və yemək-içmək təklif edir.

COUCHSURFİNG-i çoxlarınız eşitmisiz. Səhifədə qeydiyyatdan keçirsiz, gələn qonaqları evinizdə qəbul edə və ya özünüz səyahət zamanı həmin qəbuldan faydalana bilərsiniz.

HOUSECARERS isə uzun müddətə harasa getmiş ev yiyəsinin evinə nəzarət etmək imkanı verən səhifədir. Həm də qalmağa yeriniz olur.

8. DƏYİŞ-DÜYÜŞLÜ MƏZUNİYYƏT

Çox adam səyahətə çıxma ərəfəsində AİRBNB saytı vasitəsilə öz evini icarəyə verir, özünüz gəzib-dolanırsız, evinizdə qalanın ödənişi də kartınıza oturur. Və ya evinizi pulsuz-parasız müvəqqəti dəyiş-düyüş edirsiz: məsələn, Almaniyadan filankəs gəlib sizin evdə qalır, Siz isə filankəsin Almaniyadakı evində. Bu cür xidmətlər təklif edənləri aşağıdakı saytlarda tapmaq olar:

HOMEEXCHANGE

HOMELINK

Rusdilli OBMENDOMAMI resursu keçmiş SSRİ üzrə bu cür təklifləri yerləşdirir.

9. PULSUZ-PARASIZ ƏYLƏNCƏLƏR

Yola düşməzdən əvvəl gedəcəyiniz yerdə hansı pulsuz əyləncə tədbirlərinin keçiriləcəyi ilə maraqlanın. Festivallar, konsert proqramları, açıq qapı günləri, ekskursiyalar… Bütün bunları çox vaxt böyüklü-kiçikli şəhərlərdə tapmaq mümkündür. Məsələn, elə Bakının özündə də tursitlərə pulsuz ekskursiya təklif edən qruplar var. FREETOUR saytında pulsuz piyada turlar barədə məlumat almaq olar.

10. BİR AZ ÇEVİK OLUN

Eksperimentlərdən, qəfil marşrutu dəyişməkdən çəkinməyin. Əvvəlki yazımda qeyd etmişdim, imkan varsa tam tur mövsümündə səyahətə çıxmayın, mövsümün sonuna və ya mövsümün başlanmasına 1-2 həftə qalmış həm turist axını az olur, həm də qiymətlər çox ucuzlaşır. Bu minvalla pula 50%-dək qənaət etmiş olarsız.

Bu ölkədə hamı xoşbəxtdir: mənzillər, ərzaq pulsuzdur, hamı eyni məbləğdə əməkhaqqı alır

0
Kuba

Bu ölkədə hamı xoşbəxtdir: mənzillər, ərzaq pulsuzdur, hamı eyni məbləğdə əməkhaqqı alır. Dünyanın bu ada-dövlətində 12 milyon əhali yaşayır. Turizm.fins.az Bizim.Yol-a isyinadən xəbər verir ki, burada yaşayan insanların sosial təminatı isə inanılmaz dərəcədə yüksəkdir. Bir daha Kuba adasına demokratiya aparmağa cəhd etməsələr, elə belə də davam edəcək.

Bu xoşbəxtliyin ən azı 19 səbəbini bu şəkildə sadalamaq olar:

1. Kuba xalqının iş qabiliyyətli vətəndaşlarının maaşları arasındakı fərq ən çox 3% təşkil edir, yəni deputat və ofisiantın əmək haqları eynidir.

İşsizliyin səviyyəsi çox aşağıdır. İnsanlar təhsil aldıqları dövrdə öz qabiliyyətlərinə görə istiqamətləndirildikləri üçün işsiz qalmırlar.

2. Hamiləlik dövründə qadınlar idman, sağlamlıq və uşaqlarla bağlı təlim almağa borcludurlar. Uşaqlara qayğı göstərməyə böyük əhəmiyyət verilir.

3. Uşaqlar arasında heç bir fərq qoyulmur. Bütün təhsil xərcləri, o cümlədən universitet təhsilinin ödənişi dövlət tərəfindən təmin olunur.

4. Kuba küçələrində evsiz tapmaq qeyri-mümkündür. Evsizlər sığınacaqla təmin olunur və burada yerləşdirilənlərin bütün təminatı dövlət tərəfindən pulsuz ödənilir. Ancaq bütün dünyaya xoşbəxtlik, azadlıq, hətta cənnətə bərabər həyat vəd edən ABŞ-da 4 milyon evsiz var.

5. Fərdi qayğı vacibdir, buna görə hər evə hər ay dövlət tərəfindən sabun başda olmaqla fərdi qulluq üçün sanitar-gigiyena məhsulları verilir. Mağazalar və müəssisələr dövlətə məxsusdur. Ofisiantlar, fəhlələr də dövlət məmuru sayılırlar. Qiymətlər dövlət tərəfindən müəyyən edildiyi üçün kafe və restoranlarda asanlıqla aldadılma ehtimalı yoxdur.

6. Ərzaq məhsulları, ümumiyyətlə, Kuba vətəndaşları üçün müəyyən limitə qədər pulsuzdur. Limitdən artıq istətdikdə, az məbləğdə pul ödəyərək onu əldə etmək mümkündür.

7. Anadan olduğunuz şəhərə tətilə getmək istədiyiniz vaxt yol xərci dövlət tərəfindən təmin edilir.

8. Digər bütün ölkələrdə kasıbların girməyəcəyi lüks restoranlar var ki, buradan yalnız varlılar istifadə edə bilərlər. Kubada hər yerdə hər restorana gedə bilərsiniz, heç bir ayrı-seçkilik yoxdur. Pul əsas hesab edilmədiyi üçün fəhlə də, həkim də eyni restoranda yemək yeyə və əyləncə mərkəzində əylənə bilər.

9. Heç bir xəstəxanada səhiyyə xərcləri yoxdur, çünki insanların əsas ehtiyaclarını dövlət təmin edir.

10. Dövlət hər ayın əvvəlində hər bir ailəyə 2 kilo ət payladığı üçün “onların pulu var, bizim pulumuz yoxdur ət yeyə bilmirik” kimi problemlər yoxdur.

11. Ailə-məişət zəminində zorakılıq hadisələrinə çox az rast gəlinir. Çünki dolanışıq problemləri kimi məişət çətinliyi olmadığı üçün insanlar xoşbəxtdir. Fərqli səbəblərlə insanlara fiziki xətər yetirilsə, həbs cəzasının müddəti 5 ildən başlayır.

12. Toyuqlar təbii şəkildə yetişdirilir. Quşçuluq fermaları yaratmaq qadağandır.

13. Heyrətləndirici olsa da, elektrik enerjisi və işməli su da müəyyən bir limitə qədər pulsuzdur. Həddindən artıq istifadə ediləndə belə çox az pul ödənilir. Bu məhdudiyyətin səbəbi enerji israfçılığının qarşısını almaqdır.

14. Küçə heyvanlarına qarşı pis davrananları, icazəsiz ağac kəsənləri cərimə deyil, həbs cəzasına məhkum olunurlar. Küçə heyvanlarının da pasportları var. Bu pasportlarda heyvanın doğum tarixi, adı, sağlamlıq vəziyyəti, cinsiyyəti, yaşayış sahəsi kimi məlumatları yer alır. Hər hansı bir ölüm və ya itki baş verərsə, heyvanlar qeydiyyatdan çıxarılır.

15. İqtisadi rəqabət, pul qazanmaq həvəsi olmadığı üçün küçərlədə hər hansı reklam lövhəsinə rast gəlmək mümkün deyil.

16. Hansı işdə çalışmağınızdan asılı olmayaraq, heç bir yerdə 6 saatdan artıq iş vaxtı yoxdur. Bununla vətəndaçların ailəsinə və ictimai həyatına daha çox diqqət ayrımasına şərait yaradılır. Hər yer əyləncə və küçə sənətçiləri var.

17. Kuba küçələri müxtəlif klassik avtomobillərlə doludur. İnsanlar yeni avtomobillərdən daha çox köhnə nəqliyyat vasitələrinə üstünlük verirlər. Ən baha minik avtomobilinin qiyməti 100 avrodur və dövlət 2 avro aylıq ödənişlə onun seçdiyi modeldən olan minik maşınını vətəndaşa verir.

18. Bu ölkədə çox gözəl çimərliklər var. Onların ərazisi dövlət tərəfindən milli park elan edilib və vəhşi heyvanlara zərər vermək qadağandır.

19. Yeni evlənənlərə dövlət tərəfindən həyət sahəsi olan pulsuz mənzil verilir.

Bölgələrdə otellər niyə bahadır? – QİYMƏTLƏR

0
Otellər

“Cənubi Azərbaycandan olan turistlər Qubada qaldıqları oteldə nişan üçün şəkil çəkdirmək istəyib. Oteldən bildirilib ki, bunun üçün əlavə 150 manat ödənilməlidir. Onlar da narazı halda geri qayıdıblar”. 

Əfsuslar olsun ki, son illər turizm sektorunun inkişafına önəm verən ölkəmizdə bu kimi hallar tez-tez yaşanır. Xüsusilə də, İran və Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərə qiymətlər daha yüksək təqdim olunur ki, bu da haqlı narazılıqlara səbəb olur.

Bəs otel və qonaq evlərində qiymətlər və xidmət turistləri razı sala bilirmi?

FED.az bu suala cavab tapmaq üçün “booking.com” internet resursundan istifadə edib. Hər kəsin qaldığı məkanı rahat bir şəkildə dəyərləndirə bildiyi, gördüyü çatışmazlıq və razı qaldığı məqamları yazmaqdan çəkinmədiyi bu resurs gələcək turistlərə bir növ bələdçi funksiyasını da daşıyır.

Ümumi götürdükdə dəyərləndirmələrdən o nəticəyə gələ bilərik ki, təmizlik, xidmət və məkan baxımından otellərimiz turistlər tərəfindən yüksək qiymətləndirilsə də, qiymətlər büdcələrə o qədər də uyğun gəlməyib. Odur ki, çox insan göstərilən xidmət müqabilində tələb olunan məbləğin yüksək olduğu qənaətindədir.

Otel

İndi isə müxtəlif regionlarımızda otel və qonaq evlərinin qiymətlərinə nəzər salaq:

Quba Palace Hotel

Oteldə təqdim olunan iki nəfərlik ən aşağı büdcəli otaqların qiyməti gecəlik 305 manatdır. Bu qiymətə səhər və axşam yeməyi də daxildir.

Bundan başqa, şirkət gecəlik qiyməti 1000-2000 manata xüsusi hovuzlu villalar da təklif edir. Prezident Suitinin qiyməti isə 6 min manatdır.

Maraqlıdır ki, qiymətlər elə də uyğun olmasa da, otel turistlərin diqqətini cəlb edə bilib və indidən yay ayları üçün əksər otaqlar rezerv olunub.

Quba Palace Hotel

Qubada təklif olunan başqa bir otel “Oskar” istər ulduz, istərsə də infrastuktur baxımından yuxarıda qeyd etdiyimiz təsisdən xeyli geridə olsa da, təklif etdiyi uyğun büdcə ilə turistlərin könlünə yol tapa bilib. Belə ki, oteldə iki nəfərlik otaqlarda gecələmək üçün ən ucuz qiymət 25 manatdır. Qiymətlərlə yanaşı, otelin mərkəzdə yerləşməsi, göstərilən xidmət də qonaqlar tərəfindən yüksək qiymətləndirib.
Hazırda yerli və xarici turistlərin səyahət üçün marağında olan ərazilərdən biri də  İsmayıllı rayonunun İvanovka kəndidir. Odur ki, kənddə xeyli sayda qonaq evi təklif olunur. Onlardan biri olan “İvanovka guest House” booking-də yerləşdiyi ərazini çox gözəl təqdim edib. Qonaq evi həm xidmət, həm də yerləşdiyi məkan baxımından qonaqlar tərəfindən mükəmməl qiymətləndirilib. Qiymətlərə gəldikdə isə, otaqlar bir nəfər üçün 41 manat 36 qəpik, iki nəfər üçün isə 47 manata təklif olunub.

Qafqaz Hotel&Resort qrupuna daxil olan otellərdən “Qafqaz Tufandag Mountain Resort Hotel”də iki nəfərlik otaq 242 manat 20 qəpiyə təklif olunur. Yay ayları üçün xeyli sayda rezervasiya alan otelin qiymətləri kimi, reputasiyası da xeyli yüksəkdir. Belə ki, xarici qonaqlar oteldəki xidmətləri möhtəşəm olaraq dəyərləndirib.

Bundan başqa, otel 1500- 4000 manat aralığında villa və suit otaqlar da təklif edir.

Digər 5 ulduzlu otellərdə isə qiymət aşağıdakı kimi təqdim olunur:

Şəki 5 ulduzlu Marxal Resort & Spa –  iki nəfərlik otaq 216 manat.

Qax 5 ulduzlu El Resort Hotel – iki nəfərlik otaq 158 manat

Qusar Olimpic Cottages – iki nəfərlik kotec 117 manat

Lənkəran 5 ulduzlu Khazar Palace Hotel – iki nəfərlik otaq 110-150 manat

Astara 4 ulduzlu Hotel Forest Beach – 1 nəfər üçün hər şey daxil gecəlik qiymət 128 manat

Adlarını çəkdiyimiz otellər xidmət və rahatlıq baxımından qonaqlar tərəfindən yüksək bal toplaya bilib. Belə ki, qiymətləndirmələrə görə, ortalama nəticə 8,5 baldır.
Şəkililər öz şirin ləhcələri və qonaqpərvərlikləri ilə turistlərin də qəlbinə yol tapa bilib. Aşıq Cuma küçəsi 8 ünvanında yerləşən qonaq evi səhər yeməyi daxil olmaqla iki nəfərlik otağı 18 manata təklif edir. Bundan başqa, müasir rəsm əsərləri ilə bəzədilmiş otaqların olması gənc səyahətçiləri özünə cəlb edir.

Otel

Bölgələrdə ev qiymətlərinə nəzər saldıqda isə, bir ailə və ya qrup üçün gecəlik qiymət 50-400 manat arasında dəyişir. Bir həftədən çox qalanlara endirim nəzərdə tutulsa da, yay aylarında qiymət təqribən iki qat baha hesablanır.


ABŞ-a viza almaq istəyənlərin “Facebook”una baxılacaq

0
viza

ABŞ Dövlət Departamenti Amerika vizası üçün müraciət edənlərdən sosial şəbəkələrinin ünvanını tələb etməyə başlayıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına əsasən, ABŞ-a bütün viza tipləri almaq üçün yeni anket forması mayın 31-dən qüvvəyə minib. Ərizədə “sosial şəbəkələrin identifikasiya məlumatları” bölməsi yerləşdirilib. Ərizə verən sosial şəbəkələrdən istifadə etmədiyini bildirə bilər, lakin yalan informasiyaya görə xoşagəlməz nəticə gözlənilir.

Dövlət Departamentində bildirilib ki, bu yenilik terroristləri və cəmiyyət üçün təhlükəli olan insanları izləməyə kömək edəcək. Onlara ABŞ ərazisinə giriş qadağa olunacaq.

???QAYNAR KEMER TURLARI? ???? – Go Travel

0
Kəmər


?ƏN UCUZ BİZDƏ?
? – Tarix iyun ayına 2 nəfər üçün nəzərdə tutulmuşdur.

Qiymətə daxildir
✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

?PGS ROSE RESIDENCE BEACH HOTEL (5*) – 1299 USD
?PERRE LA MER HOTEL (5*) – 1460 USD
?CLUB SALIMA (5*) – 1490 USD
?PGS KIRIS RESORT (5*) – 1499 USD
?DAIMA BIZ (5*) – 1570 USD
?GRAND RING HOTEL (5*) – 1590 USD
?IMPERIAL SUNLAND RESORT (5*) – 1480 USD
?ULUSOY KEMER HOLIDAY CLUB (5*) – 1720 USD 
?DOSINIA LUXURY RESORT HOTEL (5*) – 1820 USD
?CATAMARAN RESORT HOTEL (5*) – 1870 USD
?OZKAYMAK KEMER MARINA HOTEL (5*) – 1490 USD
?LARISSA PHASELIS PRINCESS RESORT (5*) – 1970 USD
?MARTI MYRA RESORT (5*) – 2011 USD
?QUEEN’S PARK LE JARDIN RESORT (5*) – 2050 USD
?AMARA PRESTIGE (5*) – 2041 USD
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)