Ev Blog Səhifə 222

Go Travel ilə həyatınızın 5⃣ gününü Maldiv adalarında unudulmaz edin

0
Maldiv adaları

5 gecə / 6 gün – CƏMİ 1999 usd
——————————
QİYMƏTƏ DAXİLDİR:
✈ – Aviabilet (gediş-dönüş) 
? – Transfer (Hava limanından adalara qısa uçuş)
? – Transfer (Katerlə adalardan otelə yerləşdirmə)
? – Otel (5 gecə/6 gün)
? – Qidalanma (hər şey daxil)
? – Səyahət Sığortası
? – Şəhər gəzinti turu
? – Şəhər vergiləri və digər ödənişlər
——————————-
OTELLƏR ?
3* The Aquzz Beach Guest House – 1999 usd
4* Velena Blu Guest House – 2080 usd
4* Holiday İnn Resort Kandooma Maldives – 2097 usd
5* Paradise İsland Resort and Spa – 3025 usd
5* Sun İsland Resort and Spa – 3158 usd
5* Sun Aqua Vilu Reef -3657 usd
5* Cocoon Maldives – 3896 usd
——————————–

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
ℹ – Qiymət 2 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.

ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.

❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Azərbaycan Ümumdünya Turizm Təşkilatının aparıcı komitəsinə üzv qəbul edilib

0
turizm

Azərbaycan Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.

Ölkəmizin 2019-2021-ci illər üzrə qeyd olunan komitəyə üzv olması barədə yekdilliklə qərarın qəbul olunması mayın 27-də Xorvatiyanın Zaqreb şəhərində işinə başlayan Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təşkilatda iştirak edib. Rəhbərlik etdiyi nümayəndə heyətində Dövlət Turizm Agentliyini Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadə təmsil edib.

40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya gündəliyə uyğun olaraq işini mayın 30-dək davam etdirəcək.

Məlumat üçün bildirək ki, ÜDTT-nin əsas 6 komitəsindən biri olan Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinə üzvlük seçimi hər iki ildən bir keçirilir.

Xatırladaq ki, iyunun 16-18 tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası keçiriləcək.

Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası öz işinə başlayıb

0
Avropa Komissiyasının 64-cü sessiyası

Xorvatiyanın Zaqreb şəhərində Dünya Turizm Təşkilatının (DTT) Avropa Komissiyasının 64-cü sessiyası öz işinə başlayıb.

Avropa Komissiyasının 64-cü sessiyası

Tədbirin açılış mərasimində DTT-nin baş katibi Zurab Pololikaşvili çıxış edib.Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç və Zaqreb şəhərinin meri Milan Bandiç çıxış edərək qonaqları salamlayıblar.

Bir sıra üzv dövlətlərin nazirlərinin, DTT-nin Avropa Komissiyasına üzv ölkələrinin, yerli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, eyni zamanda, Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Avropa Komissiyasının 64-cü sessiyası

Sessiya zamanı gündəlikdə duran bir sıra vacib məsələlərlə yanaşı, ölkəmizin 2019-2021-ci illər üzrə DTT-nin Assosiativ Üzvlüklə bağlı Müraciətlərə Baxılması üzrə Komitəsinin üzvlüyünə seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri səfir Anar Məhərrəmov tədbirdə çıxış edərək göstərilən dəstəyə və etimada görə DTT-nin Avropa Komissiyasının üzvlərinə təşəkkürünü bildirib. Təşkilatın baş katibi Zurab Pololikaşvilini və tədbirə ev sahibliyi edən Xorvatiya tərəfini sessiyanın uğurla keçməsi münasibətilə təbrik edib.

Avropa Komissiyasının 64-cü sessiyası

Anar Məhərrəmov DTT-nin İcraiyyə Şurasının növbəti – 110-cu sessiyasının cari ilin iyun ayında Bakıda keçiriləcəyini xatırladıb. Bu münasibətlə bütün üzv dövlətləri ölkəmizə dəvət edib.

Sessiya gündəliyə uyğun olaraq işini davam etdirir.

Aprel ayında Yaxın Şərq regionundan gələn əcnəbilərin sayında 12 faiz artım olub

0
Turizm

Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9 faiz və ya 19.4 min nəfər artaraq 238 minə çatıb. Ən böyük artım 22 faiz olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.

BƏƏ (16.2 faiz ), Səudiyyə Ərəbistanı (101.3 faiz) və İsraildən (70.1 faiz) gələn qonaqların sayının artması ilə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib. Bununla da 12 faiz artım baş verib.

Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan müvafiq olaraq 95 faiz144 faiz artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4 faiz) və Orta Asiyadan (44.2 faiz) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.

Türkiyədən gələn səyahətçilər üçün 10 faiz artım müşahidə olunub.- Apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.

Yekun olaraq 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb. Hesabat dövrü ərzində ölkəni ümumən 848 min xarici vətəndaş ziyarət edib.

Səyahət edənlərin yarıdan çoxu tətil haqda yalan informasiya verir

0
Tətil

Səyahət edənlərin yarıdan çoxu heç vaxt tətillərini pis keçdiyini boyunlarına almırlar.
Aviabiletlərin axtarışı servisi “Jet Cost” tərəfindən 4 000 respondent arasında aparılan sorğu səyahət edənlərin əhəmiyyətli hissəsinin keçirdiyi tətilə dair yalan danışdığını göstərib.
Belə ki, sorğuda iştirak edənlərin 34%-i havaya, 29%-i yaşayış şəraitinin səviyyəsinə, 27%-i ekskursiyaların sayına dair yalan danışıblar. Bundan başqa onlar içdikləri alkoqolun (23%), xərclədikləri pulun (21%) həcminə dair də həqiqəti əks etdirməyən məlumatlar verirlər.
Tətildə olanların 68%-i istirahət haqda danışarkən aldıqları zövq barədə şişirdilmiş məlumat veriblər. Respondentlərin 52% isə heç bir halda tətilin pis keçdiyini deməyəcəklərini qeyd ediblər.
Sorğuda iştirak edənlərin 10%-i tətil haqda sosial şəbəkələrdə feyk şəkillər yerləşdirdiklərini bildiriblər. Bu cür hərəkətin əsas səbəbi kimi isə xoş təsir bağışlamaq və olduğundan yaxşı görsənmək göstərilib.

Cibinizə uyğun Ismayıllı / Lahıc turu – Go Travel

0
Ismayıllı / Lahıc turu

Qeydiyyatdan keçməyə tələsin yerler mehduddur?? ✔ Turun qiyməti 18 azn
?
 Qiymətə daxildir. .
Komfortlu nəqliyyat.
Səhər yeməyi. ( Yağ – bal – pendir – qaymaq – yumurta – çörəy – çay ).
 Çay süfrəsi
? Limitsiz foto çəkiliş.
??‍♂Tur Rəhbər.
? Yol boyu intellektual və əyləncəli oyunlar – eyni zamanda qaliblərə hədiyyələr.
Ekskursiyalar:
✅ İsmayıllı gəzintisi
✅ Lahıc qəsəbəsi
✅ Asma körpü
✅ İsmayıllı şəlaləsi
✅ Sənətkarlıq dükkanları

Toplanış: 06:30 – 07:00 Gənclik Mall-ın qarşısı. .
• 07:00 yola düşmə vaxtı
Qayıdış (Bakida) : 23:00
⭕Qeyd: 10 nəfərdən çox qruplar üçün 1nəfər ödənişsiz .
❌Qeyd: Tur zamanı spirtli içkilər qəti qadağandır.
?Qeyd: 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə). 6 yaşdan yuxarı tam ödəniş
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı

Ötən il Azərbaycan 96 əcnəbinin adını “qara siyahı”ya salıb

0
siyahı

Ötən il ərzində Azərbaycan Respublikasının xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər edən 96 xarici ölkə vətəndaşınının adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı“na daxil edilib.


Bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Hesabat bildirilir ki, həmin şəxslərin ölkəyə girişinə qadağa qoyulub. Onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müvafiq tədbirlər görülüb.


Görülən işlər nəticəsində bir sıra xarici vətəndaşlar Azərbaycan tərəfinə müraciət edərək işğal edilmiş ərazilərə səfər etdiyinə görə üzrxahlıq edib. Eyni zamanda, Azərbaycanın suvereünliyi və ölkəmizin qanunverixciliynə bələd olmadığını bildirərək adlarının Xarici İşlər Nazirliyinin tərtib etdiyi siyahıdan çıxarılmasını və ya daxil edilməməsini xahiş ediblər. Ümumilikdə, daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2018 illər ərzində 40 şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Dünyanın ən rəngli şəhərləri – FOTO

0
Rəngli şəhərlər

Yeni şəhərlər kəşf etmək, tanımadığınız küçələrdə itmək hər zaman böyük zövq verir. Xüsusilə də, həmin şəhərlər rəngli divarlara, şirin ahənglə boyanmış küçələrə sahibdirsə…
Dünyanın ən maraqlı və rəngli şəhərlərinin bir neçəsini təqdim edir.


Keyptaun (Cape Town), Cənubi Afrika


Malaziyadan gətirilən qulların yerləşdirildiyi və hələ də Malaziya məhəlləsi adlandırılan Keyptaundakı Bo-Kaapın evləri göyqurşağını xatırladan mavi, sarı və neon rənglərlə əhatələnib.

Keyptaun

XVI əsrdə bölgədə yaşayan müsəlmanların azadlıq ifadəsi olaraq meydana gələn rəngləndirmə işləri hazırda da öz parlaqlığını və canlı görüntüsünü qoruyubsaxlayır.


Caypur, Hindistan


Binaları və divarları dumanlı qızılı rəngin çalarları ilə boyanan Caypurun hekayəsi XIX əsrə gedib çıxır.

Caypur

Şəhər Hindistanın İngilis Koloniyasına daxil olduğu dönəmlərdə ziyarətə gələn Qaller şahzadəsi Eduardın şərəfinə çəhrayı rəngə boyanıb və dəyişməyib.


Trinidad, Kuba


Kuba mədəniyyətini hər nə qədər Havanada doyunca izləsəniz də, Kuba tətilinizi daha da rəngləndirmək üçün bu şəhərə baş çəkməyiniz mütləqdir. XVI əsrdə İspaniya Koloniyası dönəmində inşa edilən və hələ də orijinallığını qoruyan evlər UNESCO-nun Mədəni İrs siyahısındadır.

Trinidad, Kuba

Salvador, Braziliya

Salvador, Braziliya


Salvador dönəminin qul bazarının mərkəzi sayılan və portuqalca “boyunduruq” mənasına gələn Pelourinho adlı məhəllə 1835-ci ildən sonra yenidən qurulmağa başlandı. Azadlıqla gələn rəngli küçələr bu bölgəni də UNESCO-nun Mədəni İrsləri sırasına yazdırdı. Salvador muzeyləri, rəqsləri və dadlı yeməkləri ilə tarixi mərkəzdir.

Şaven, Mərakeş

Şaven, Mərakeş


Mərakeşin şimal-qərbində yerləşən Şaven şəhərinin mavi rəngə boyanmasının səbəbləri barədə müxtəlif versiyalar gəzir. Yəhudi inancından gələn və “tekhelet” adı verilən boya ilə rənglənən labirintsayağı “Mavi şəhər” səyahət edəcəyiniz şəhərlər sırasında yer almalıdır.

Kopenhagen, Danimarka


Heç bir Kopenhagen səyahəti canlı rənglərlə boyanmış binalarla əhatələnən liman Nyhavna baş çəkmədən bitirilmiş sayılmır.

Kopenhagen, Danimarka

Xüsusilə də, yay aylarında batandan bir neçə dəqiqə sonra yenidən çıxan günəşli gecələrin dadını çıxara bilərsiniz.


Çarleston, Cənubi Karolina

Çarleston, Cənubi Karolina


1700-cü ildən bəri daxili müharibə və yenidən bərpaya rəğmən, qürurla ayaq üstdə duran şəhərin bu formaya düşməsinin səbəbi alimlərdən birinin təklifi ilə həyata keçib. 

Belə ki, alim sərxoş dənizçilərin evlərini asan tapmaları üçün onları fərqli rənglərə boyamasını təklif edib.
Bu gün isə Çarleston ABŞ-ın cənubunda yerləşən ən populyar nöqtələrdən biridir.

Burano, İtaliya 

Burano


Venesiya adası Buranonu dənizdən görmək çox asandır. Evlərin divarları qızılı və digər rənglərə boyanıb. Adadan olan bir alimin dediklərinə görə, balıqçılar evlərini mavi, qırmızı, sarı və bənövşəyi rənglərə boyayıb, buna görə də dumanlı havalarda yönlərini və evlərinin yolunu asanlıqla tapırmış. 
Həmin dövrlərdən qalan bu ənənə isə artıq qanuna çevrilib. Sakinlər evlərini boyamaq üçün dövlətdən icazə almaq məcburiyyətindədirlər.

Codpur, Hindistan


Əsrarəngiz rəngləri ilə ziyarətçilərini məst edən Hindistanın Codpur şəhəri Brahma rahiblərinin özlərini yerli əhalidən ayırd etmək istəyi ilə evlərini boyamasından sonra rənglənməyə məruz qalıb. 

.Codpur, Hindistan


Sonrakı illərdə bu ənənəyə digər insanlar da daxil olub və ortaya mavi bir görüntü çıxıb. 
Hazırda isə mavi boyalardan zərərli həşəratları uzaq tutmaq və günəşli günlərdə sərinliyi artırmaq üçün istifadə olunur.



“Dünyanın damı”nda həyat

0
Lxasa

Lxasa Çin Xalq Respublikasının Tibet muxtar vilayətinin paytaxtı və müqəddəs şəhəridir.
Keçmişdə budda dininin dini lideri və Tibet hökmdarı Dalay Lama bu şəhərdə yaşayıb.

Lxasa


1959-cu ildə Çin idarəçiliyinə qarşı bir üsyan başladan Dalay Lama sülh əldə edilməsinin mümkün olmadığını görüb və Hindistan hökumətinin dəvəti ilə bu ölkəyə gedib.

Lxasa


Lxasa “yasaq şəhər” kimi tanınır, çünki bura tarixin müəyyən dönəmində yadellilərə qapalı olub. 1904-cü ilə qədər tibetlilərdən başqa heç kim bu şəhərə gedə bilməyib.

Lxasa


Lxasa ölkənin cənub-şərqində, Himalay dağlarının yüksəkliklərindən birinin üzərində, dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşir. Hindistan sərhədinə çox yaxındır.

Lxasa


Lxasada tarixi önəm daşıyan bir çox bina var. “Dünyanın damındakı inci” olaraq adlandırılan Potala Sarayı, 1300 illik tarixi ilə Jokhanq məbədi, yay sarayı Norbulinka, günortadan sonra bağçasında monkların mübahisəli dərsləri ilə məşhur olan Sera monastırı və şəhərdən 45 km uzaqda, 4400 metr yüksəklikdəki Qandan monastırı ilə səyahətçi və fotoqrafların mütləq görməli olduğu yerlərdəndir.

Lxasa


Tibet təxminən 4900 metrlik yüksəkliyi ilə “Dünyanın damı” kimi tanınır. Hazırda Çinlə sürgündəki Tibet hökuməti arasında anlaşılmazlıqlar var.
Tibetin özünəxas mədəniyyət və zənginliklərinin “mədəni soyqırıma” məruz qaldığı iddia edilir. Çin hökuməti bu iddiaları rədd edir.

Lxasa

Okeana sığınmış Lissabon

0
Lissabon

Atlantik okeanın sahilinə sığınmış Lissabon 7/24 həyatın davam etdiyi, fərqli mədəniyyətlərdən olan insanların sülh şəraitində birgə yaşadığı rahat şəhərlərdən biridir.

Lissabon


Okean sahilində yerləşməsi şəhərin hər bucağında, insanların davranış və mədəniyyətlərində də hiss edilir.
Azad insanların şəhəri olan Lissabonda həyat dayanmadan qaynasa da, özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz.

Lissabon


Şəhərin rahatlığının əsas təminatı ictimai nəqliyyatın qüsursuz bir şəkildə işləməsidir. Bu sayədə şəhəri tez bir zamanda kəşf etmək mümkündür. Dar küçələrdə tramvayda şəhəri gəzmək həm çox əyləncəli, həm də edilməsi zəruri olan Lissabon ənənəsidir.
Yoxuşlar insanı yorsa da, küçələrdəki möhtəşəm tikililəri görmək üçün şəhəri piyada gəzmək çox maraqlıdır.

Lissabon


Teco çayının ikiyə ayırdığı Lissabonun ən görməli yerlərindən biri istilaçılıq dönəmlərində gəmilərin gətirdiyi malların boşaldıldığı Praça de Comerçio meydanıdır.

Lissabon


Meydandakı nəhəng zəfər tağının altından keçərək çıxdığının Avqusta prospekti isə şəhərin ən vacib yerlərindəndir.
Şəhərə gedənlər mütləq 1755-ci il zəlzələsi1959-cu il yanğınına rəğmən, hələ də varlığını qoruyan Sao Dominqo kilsəsini ziyarət etməlidirlər.

Lissabon


Lissabona getmişkən, onu zirvədən izləmədən qayıtmaq olmaz. Bunun üçün Bairro Alto bölgəsinə üz tutmalısınız.
Şəhərin simvolikasına çevrilən Fado musiqisinin mərkəzi Alfama məhəlləsidir.