Ev Blog Səhifə 226

Müzəffər Ağakərimov: Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir

0
Bakı

Azərbaycanda turizm ildən-ilə yüksələn xətlə inkişaf edir. Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir. Turizmə göstərilən diqqət və qayğı sayəsində Bakı şəhərində, Abşeron yarımadasında, regionlarımızda gözəl infrastruktur yaradılıb. Eyni zamanda, yeni otellər inşa olunub, yollar çəkilib, kommunal xidmətlər yüksək səviyyədədir. Bunun nəticəsində ölkəmizə gələn qonaqların sayı ildən-ilə artır.

Bakı

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, musiqi festivalları, mədəni tədbirlər, konqreslər, konfranslar, simpoziumlar, seminarlar ölkəmizə gələn turistlərin sayını artırır. “Ölkəmizdə bu sahədə püxtələşmiş kadrlar yetişir. Artıq qonaqlara yüksək səviyyədə xidmət etmək üçün bütün səviyyələrdə imkanlarımız və şəraitimiz var. Kadr hazırlığında da 2006-cı ildən fəaliyyət göstərən Turizm və Menecment Universiteti çox böyük rol oynayır, eyni zamanda Bakı Dövlət, Qərb, İqtisadiyyat universitetləri, peşə məktəbləri, kolleclər, mühüm əhəmiyyət kəsb edir. Buna görə də ildən-ilə ölkəmizə artan turist axını zamanı onlara yüksək səviyyədə xidmət göstərmək imkanlarımız çoxalır. Eyni zamanda, turizm şirkətləri yeni turizm marşrutları, proqramlar hazırlayır, yeni turizm növləri həyata keçirir. İnanıram ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə daha da çoxalacaq. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində göstərildiyi kimi 2020–ci ildə artıq hədəflər yerinə yetiriləcək. 2025-ci ildə isə Azərbaycan turistlərin qəbuluna görə dünyanın 20 ölkəsi sırasına çıxacaq”.

Müzəffər Ağakərimov

Ötən il turizmin qeyri-enerji sektorunda birinci yeri tutduğunu xatırladan Müzəffər Ağakərimov qeyd edib ki, turizm üzrə ölkəmizin bu cür inkişafı həm də turizm qurumlarının sərgilərdə, beynəlxalq tədbirlərdə, turizm üzrə keçirilən konfranslarda iştirakını vacib edir: “Çünki bu cür tədbirlər turizmin təbliğində mühüm rol oynayır. Həm yerli, həm də beynəlxalq sərgilərdə Azərbaycan turizm qurumlarının iştirakı ölkəmizə gələn turistlərin sayını daha da artırır”.

Bakı

Müzəffər Ağakərimov bildirib ki, ölkəmizə gələn turistlərin sayının artmasında dövlətin böyük dəstəyi var. O, bu istiqamətdə viza rejiminin sadələşdirilməsinin ölkəmizə həm Yaxın Şərq, həm də Asiya ölkələrindən çoxlu sayda turistlərin gəlməsinə səbəb olduğunu vurğulayıb. Sədr müşaviri keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmizə gələn turistlərin sayının 2020-2021-ci illərdə daha da artacağını və bu rəqəmin 4 milyondan da çox olacağına inamını ifadə edib.

Bu yay Batumidə qaynar olacaq? – Go Travel

0
Batumi

? TARİX: 23.06.2019 – 28.06.2019

OTELLƏR VƏ QİYMƏTLƏR:
? Era Palace Batumi 4* – 410 usd
? Piazza Four Colors 4* – 361 usd
? Best Western Premier Batumi 4* – 550 usd
? Sky Tower Batumi 5* – 560 usd
? The Grand Gloria Hotel 5* – 557 usd
? Wyndham Batumi 5* – 659 usd
———–
QİYMƏTƏ DAXİLDİR:
✈ Aviabilet (Buta Airways)
? Otel
? Qidalanma
? Sığorta
———–
ℹ Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd edilmişdir.
ℹ Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.
———–
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Azərbaycanda fəaliyyət göstərən hotellərin gəlirləri azalıb

0
Otellər

Bu ilin yanvar-mart aylarında Azərbaycan üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gecələmələrin 61,7%-i Bakıda, 7,8%-i Qəbələdə, 7,5%-i Qusarda, 4,3%-i Naftalanda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 3,2%-i Qubadadır. Hər birində 1,3% olmaqla QaxMingəçevirdə və 0,9% olmaqla Lənkəran Gəncədə, 0,8%-i Şamaxıda, 0,7%-i Tovuzda, 0,3%-i Xaçmazda, 5,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı azalıb. 14,1% azalaraq 377,7 min olub . Bu da ümumi gecələmələrin 69,3%-ni təşkil edir.

Gecələmələrin 15,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 13,1%-i Rusiya Federasiyası, 7,1%-i İran, 6,1%-i Türkiyə, 5,9%-i Hindistan, 5,5%-i Səudiyyə Ərəbistanı, 3,9%-i Küveyt, 2,9%-i Böyük Britaniyadır. 2,6%-i Pakistan, 2,3%-i Qətər, 2,1%-i İsrail, 2,0%-i İraq, 1,9%-i ABŞ, 1,7%-i Qazaxıstan, 1,3%-i Oman, 1,1% Ukrayna, 0,9%-i Almaniya, 0,7%-i Bəhreyn, 23,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5%-i Bakı şəhərində, 5,7%-i Qəbələdə, 4,6%-i Qusarda, 4,3%-i Naxçıvan Muxtar Respublikasında, 3,8%-i Naftalan şəhərində, 1,7%-i Qubada, 0,6%-i Gəncədə, 1,8%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə artıb. 14,6% artaraq 167,7 minə çatıb.

Cari ilin yanvar-mart ayları

Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% az və ya 71,3 milyon manat olub. Onun da 62,3% nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,0% içkilərdir. Qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu ilin yanvar-mart ayları

Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7% təşkil edib. Bu göstərici Naftalanda 42,6%, Şəmkirdə 38,2%, Beyləqanda 27,8%, Bakıda 27,7%, Qusarda 22,8%-dir. Naxçıvan Muxtar Respublikasında 21,5%, Qəbələdə 20,7%, Şirvanda 16,3%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4%) mart ayında qeydə alınıb.

Türkiyə hotelləri turistlərdən daha az yemək götürməyi xahiş edir – Narıncı bayraq

0
Narıncı bayraq

Türkiyə otelləri qonaqlardan daha az yemək götürməyi xahiş edir. Belə ki, “All inclusie” sistemi olan Türkiyə otelləri “Narıncı bayraq” layihəsində iştirak edəcəklər.

Layihənin əsas məqsədi yeyinti məhsullarının tullantılarını azaltmaqdır. Bu barədə Rusiya Turoperatorlar Assosasiyası (ATOP) məlumat yayıb.

Layihənin təşəbbüskarı Ali Akuna Antalyada turistlərin boşqablarda çoxlu sayda yemək qalıqları saxladıqlarını bildirib.

Türkiyədə yeyinti məhsullarının tullantısı böyük problem sayılır. Belə ki, hər il Türkiyədə 18 mln ton meyvə və tərəvəz, 4,9 mln ton isə çörək qırıntıları tullanır ki, bu tullantıların dəyəri də 214 milyard lirə təşkil edir.

Türkiyə mediyasının verdiyi məlumata görə, ölkədə 250 otelin bu layihəyə qoşulacağı bildirilir. Qabaqlayıcı tədbirlər çərçivəsində otellərdə balaca boşqablarda az yemək götürən turistlərə təriflərin deyiləcəyi bildirilir. Həmçinin turistlərin yeməyəcəyi yeməkləri götürməməkləri barədə məlumatlandırıcı stendlərin olacağı bildirilir.

Azərbaycana Baltikyanı ölkələrdən gələn turistlərin sayı açıqlanıb

0
Turistlər

Azərbaycana gələn turistlərin sayı ilbəil artmaqdadır. Bunların arasında Baltikyanı ölkələrPolşadan gələnlərin ilk 3 ay üçün statistikası açıqlanıb.

2019-cu ilin ilk 3 ayında Polşadan Azərbaycana 649, Latviyadan 325, Litvadan 345, Estoniyadan 141 turist gəlib. Azərbaycan turistləri əsasən yaz və yay aylarında daha çox cəlb etdiyi üçün məhz şimal ölkələrindən qışda gələn turistlərin sayında xüsusi artım qeydə alınmayıb.

Ötən il Polşadan Azərbaycana 5049, Latviyadan 2433, Litvadan 1903, Estoniyadan 1163 turist daxil olub.

Qeyd edək ki, məhz yay-payız mövsümü üçün Azərbaycan və Latviya arasında birbaşa aviauçuşlar həyata keçirilir.

AZAL prezidenti Misirin Azərbaycandakı səfiri ilə görüşdü

0
Azal

Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim Ahmed İbrahimlə görüşüb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Cahangir Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd etmişdir. 2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycanın hava limanları təxminən 1,5 milyon sərnişinə xidmət göstərib.

Onun sözlərinə görə, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə “Embraer-190” təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar davam edir.

Həmçinin, Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti ilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan – Bakı – Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək. 

Adel İbrahim Ahmed İbrahim bildirmişdir ki, Bakıda keçirilən danışıqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Diplomatın sözlərinə görə, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.

Yayda bu kəndə gün ərzində 20-30 turist gəlir

0
Ləzə

Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi əcnəbi turistlər arasında hər il daha da məşhurlaşır. Şahdağ Turizm Mərkəzi istifadəyə veriləndən sonra əsrarəngiz təbiət mənzərələri ilə zəngin bu kəndə gələn xarici qonaqların sayı artıb. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə hər gün yerli və əcnəbi tursitlərlə rastlaşmaq mümkündür.

Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.

Ləzə

Darjan Brus

Sloveniyadan gələn Darjan Brus deyir ki, Ləzə dünyada nadir təbiət incilərindəndir: “Buranın təbiətini, hündür dağlarını, şəlalələrini çox bəyəndim. Ləzə kəndi dağ gəzintiləri üçün əlverişlidir. Başqa yerlərdən çox fərqlənir. Yerli sakinlər qonaqpərvərliyinə görə seçilir. Nadir təbiət incisi olan Ləzəyə yenidən gələcəyəm”.

Süzanna isə ölkəmizə İsveçrədən gəlib. Azərbaycanı çox bəyəndiyini söyləyən əcnəbi qonaq fərqli təbiət mənzərələrindən zövq aldığını bildirib. “Əvvəlcə Bakıda olduq. Paytaxtınız müasirliyi ilə məni heyrətləndirdi. Daha sonra Qusara gəldik. Ləzə kəndi Bakıdan çox da uzaq deyil. Burada xaricdən gələn qonaqları valeh edəcək təbiət mənzərələri var. Ləzədə olmaqdan zövq aldım”, – deyə isveçrəli turist bildirib.

Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Yüksək dağ zirvələrinə çıxmaq üçün kəndə gələn xarici turistlərin sayı ilbəil artır. 200 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 30-a yaxın ev var.

Ləzə

Kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olsa da, son illər yerli əhali turizmdən də gəlir götürməyə başlayıb. Kənd sakini Mövlud Əzizov həyətində turistlərin qalması üçün hər bir şəraiti olan kotteclər tikdirib. Bu kotteclərdə xarici turistlər qalır. M.Əzizov bildirir ki, kəndə daha çox Avropa ölkələrindən qonaqlar gəlir. O, evini və kottecləri turistlərə günü 30 manatdan başlayan qiymətlərlə kirayə verir. Bu qiymətə gün ərzində 3 dəfə yemək də daxildir. Turistlərin sifarişlərindən asılı olaraq, göstərilən xidmətlərə görə qiymətlərdə dəyişikliklər olur. Mövlud Əzizov mövsüm vaxtı gün ərzində kəndə 20-30 turistin gəldiyini söyləyir.

Ləzə

Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.



​Turistlər arasında məşhur olan şəhər və ölkələrin adları məlum olub

0

Turistlər arasında məşhur olan şəhər və ölkələrin adları məlum olub. Hotels24.az xəbər verir ki, Britaniya araşdrımalar mərkəzi Comparethemarket son 10 ildə Google da turistlər tərəfindən axtarılan şəhər və ölkələrin adlarını öyrənib.

Araşdırmalar göstərib ki, turistlər arasında ən çox axtarılan şəhər Macarıstan paytaxtı Budapeşt olub. Son 10 ildə şəhərin turizmi 39.58% artıb. Buna səbəb isə şəhərə olan birbaşa avireyslərin artması olub. Siyahıda turistlər arasında məşhur olan şəhərlər arasında Seul , Kopenhaqen, Tel-ƏvivVarşava yer alıb.

Ölkələr arasında isə son 10 ildə ən çox axtarılan Filippin olub. Həmçinin Cənubi Koreya, Səədüyyə Ərəbistanı, Qazaxıstan da turistlərin ən çox maraqlandıqları ölkələrdən olublar.

“Buta Airways” Bakı-Həştərxana birbaşa uçuşlara başlayıb

0
Buta Airways

Azərbaycanın “Buta Airways” aviaşirkəti mayın 16-dan etibarən Bakıdan Rusiyanın Həştərxan şəhərinə birbaşa uçuşlara başlayıb.

Hotels24.az xəbər verir ki,uçuşlar hər həftənin I və IV günləriEmbraer E190” təyyarələri ilə həyata keçirilir.

Hazırda “Buta Airways”in marşrut şəbəkəsinə Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Ufa və Mineralnıye Vodı şəhərləri də daxildir.

Aviaşirkətin digər istiqamətləri kimi, Bakı-Həştərxan marşrutu üzrə də biletin minimal tarifi 29 avro (bir tərəfə) təşkil edir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyat nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar.

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Buta Airways” aviaşirkəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana birbaşa uçuşlar yerinə yetirir. “Buta Airways”in donanmasına “Embraer E190” təyyarələri daxildir. Yeni istiqamətlərin sayının artması ilə aviaşirkət hava gəmiləri parkını genişləndirməyi planlaşdırır.

Dörd ayda Azərbaycana 170 ölkədən 848,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

0
Azərbaycan

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min nəfər gəlib. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, gələnlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirliklərindəndir. Hər birindən 1,8 faiz olmaqla Ukrayna Hindistan, 1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,5 faizini kişilər, 30,5 faizini isə qadınlar təşkil edib.

2019-cu ilin yanvar-aprel ayları

2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz artaraq 34,2 min nəfərdir. MDB ölkələrindən gələnlərin sayı 1 faiz azalaraq 282 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1 faizi dəmir yolu avtomobil, 38,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıb. 26,9 faiz artaraq 1636,4 min nəfər olub. Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 5,6 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlardır.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faizdir. Rusiya Federasiyasına gedənlərin sayı 6 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb.

Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə getmiş vətəndaşların 83,7 faizi dəmir yoluavtomobil, 15,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.