Ev Blog Səhifə 225

Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

0
Ruslan Quliyev

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə çoxalır. Bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir.

Turizmin inkişafına xüsusi önəm verən və bunun üçün yüksək imkanlara malik olan Azərbaycanda da bu sahə üzrə göstəricilər getdikcə artır.

Bu fikirləri  Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev deyib.

Son illər turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir

“İlk növbədə onu qeyd edim ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı Fərmanı respublikada turizm sektorunun inkişafının yeni və mühüm mərhələsi kimi dəyərləndirilir. Bu sənədlərdəki vəzifələr milli iqtisadiyyatin əsas sektorları kimi turizm sənayesinin də yaxın 10 il ərzində çoxşaxəli və fundamental inkişafının ana xəttini təşkil edəcəkdir. Xüsusən beynəlxalq təcrübəyə əsaslanan turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştləri və imtiyazların tətbiqi rol oynayır. Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, müxtəlif təyinatlı və çeşidli turizm festivallarının təşkili turizm sektoru təmsilçiləri tərəfindən minnətdarlıqla qarşılanır”,- deyə R.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, son illər ölkəmizin böyük miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin nəticəsidir. Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır. Artıq Azərbaycanın adı digər sahələrlə yanaşı, turizm istiqamətində də regionun lider dövləti kimi təqdim edilir. Təkcə bu ilin ötən müddətində Bakı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, artıq 4-cü dəfə “Bakı Avropa Qran-Prisi” adı altında baş tutan “Formula 1” yarışlarına və sair bu kimi beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər zamanı paytaxtımıza və regionlarımıza minlərlə turist səfər edib, gələn qonaqların iştirakı ilə ölkəmizin tanıtımına dair sərgilər, mədəni proqramlar həyata keçirilir, müxtəlif turpaketlər təqdim edilir. Bütün bunlar isə təbii ki, perspektivdə yeni turist axını və ölkə iqtisadiyyatının turizmdən daha çox faydalanması deməkdir.

Turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir

Milenium Konqres Turizm şirkətinin rəhbəri bildirib ki, Azərbaycanda turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir. 2016-cı ilin iyun ayında dövlət başçısı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərman imzalayıb. 2017-ci ilin yanvarından isə sənədə uyğun olaraq “ASAN Viza” portalı fəaliyyət göstərir. Bu portalın yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi əsas məsələlərdəndir. Müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsi vacibdir. Elektron viza almaq üçün zəruri olan məlumatları daxil edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müəyyən olunmuş dövlət rüsumunu ödəyərək 3 iş günü müddətində vizanı əldə edə bilir.

Artıq “Turizm haqqında” Qanunun 7-1 (Turist vizası) maddəsinə edilən əlavəyə görə elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən gec 3 saat müddətində müraciətə baxılır.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri vurğulayıb ki, ötən il yanvarın 31-də aeroportlarda əcnəbilərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında daha bir müvafiq fərman imzalanıb. Sənədə əsasən 2018-ci il mayın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin edir.

Bundan başqa, 2017-ci ildə Milli Məclisdə “Turizm haqqında” yeni Qanunun müzakirələri aparılıb. Qanunun tətbiqi ölkəmizdə turizmin inkişafına öz müsbət təsirini göstərəcək və bir çox istiqamətlərdə müsbət tendensiyaların yaranmasına səbəb olacaq. Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Ruslan Quliyev deyib ki, qanunun qəbulu ilə bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi imkanı yüksələcək, bölgələrdə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlükəsizliyi təmin olunacaq. Bütün bunların hamısı təbii ki, yeni turist sayı deməkdir.

Azərbaycanın sağlamlıq turizmi sahəsində çox geniş imkanlar mövcuddur

Azərbaycanın sağlamlıq turizmi sahəsində də çox geniş imkanların olduğunu bildirən R.Qiliyev deyib: “Ölkəmizdə mövcud olan termal sular, Naftalan nefti aparılan təbliğat nəticəsində dünyanın əksər ölkələrində populyarlıq qazanıb. Biz Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası olaraq bu istiqamətdə fəaliyyətimizi getdikcə genişləndiririk. Çox maraqlıdır ki, Azərbaycandakı sağlamlıq təsisatlarının heç biri bir-birinə rəqib deyil. Yəni, hərəsi bir dərdin dərmanıdır. Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur. Qalaaltı suyu böyrək daşlarının düşürülməsində, Duzdağ astma-bronxit xəstələrinin, Masallıdakı istisu mədə-bağırsaq sistemi xəstəliklərinin və s. müalicəsində müstəsna rol oynayır. Çox maraqlıdır ki, Naftalan neftini, mineral suları öz məkanlarından kənara apardıqda, müalicəsi həmin effekti vermir. Ona görə də onların hər birinin təbliğatını elə öz yerlərində aparmaq lazımdır. Əslində bu bizə Azərbaycan Termal və Sağlamlıq Turizminin İnkişafına Dəstək Assosiasiyası olaraq onları təbliğ etməyimiz üçün də heç bir maneə yaratmır. Müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə onların hər birini öz xüsusiyyətinə görə geniş təbliğ edə bilirik”.

Ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib

Assosiasiya rəhbərinin sözlərinə görə, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində rentabelli olmasıdır. Bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır. 

Azərbaycanda hazırda 600-dən çox mehmanxana fəaliyyət göstərir. Bu mehmanxanalardakı yerləşdirmə yerlərinin sayı 33 mini keçir. Təbii ki, ölkəyə gələn turistlərin sayı artdıqca, coğrafiyası genişləndikcə xidmət sektoru da keyfiyyətini artırır. Çünki turist istədiyi keyfiyyətli xidməti görmədikdə, yenidən gəlmir. Xidməti qaldırmaq üçün müxtəlif aidiyyəti dövlət qurumları və ictimai təşkilatlar tez-tez treninqlər, kurslar təşkil edirlər ki, bu da nəticədə öz sözünü deyir.

Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq

Aparılan hər bir təbliğatın, həyata keçirilən layihələrin son nəticəsinin ölkəmizə gələn turistlərin sayının artmasına səbəb olduğunu söyləyən Ruslan Quliyev bildirib. Bunu statistikaya nəzər saldıqda daha aydın görə bilirik. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan – 1,8 dəfə, Səudiyyə Ərəbistanından – 1,8 dəfə, Türkmənistandan – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, Çindən – 46,1 faiz, Yaponiyadan – 32,5 faiz, Gürcüstandan – 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti deyib: “Təbii ki, ölkəyə gələn turistlərin sayına müvafiq olaraq yerləşdirmə yerlərinin sayı da artır. Hesab edirəm ki, Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq. Bu sahəyə həm dövlət tərəfindən göstərilən yüksək diqqət, həm də özəl sektorun marağı bunu deməyə əsas verir”.

“GoyGol Lake Resort”: Azərbaycanın ən füsunkar yerində unudulmaz yay istirahəti – FOTO

0
“GoyGol Lake Resort”

Azərbaycanın turizm istiqamətləri arasında yüksək əhəmiyyət daşıyan “GoyGol Lake Resort” istirahət turizm kompleksi 2019-cu il may ayının 15-dən yay mövsümünü açıb.

“GoyGol Lake Resort”

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli Sərəncamı ilə Xanlar (Goygöl), Goranboy Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılıb.
 
2016-ci ildə Milli Parkın ərazisndə “GoyGol Lake Resort” turizm kompleksinin tikintisi başa çatdıqdan sonra isə otel öz fəaliyyətinə başlayıb.

“GoyGol Lake Resort”

GoyGol Lake Resort50 hektar ərazidə yerləşərək, otel xidməti üçün yararlı olan 5 binadan, koteclərdən və müxtəlif kateqoriyalı 48 otaqdan ibarətdir.

“GoyGol Lake Resort”

GöyGölün rəngarəng təbiəti, yaşıl meşələri, soyuq bulaqları, möhtəşəm dağları, gözoxşayan çəmənlikləri, mineral bulaqları və gözəllikləri sözlə təsvir oluna bilməz.

“GoyGol Lake Resort”

GöyGölün yerləşdiyi ərazidə bir-birindən maraqlı, irili-xırdalı 19 göl var. Bu göllər də füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə insanları heyran edir.

“GoyGol Lake Resort”

Son illər Azərbaycanın ən mənzərəli yerlərindən biri olan GöyGölə turistlərin gəlişi artır və xüsusən də GöyGöl yaxınlığında Gəncə şəhərində hava limanının mövcudluğu bunun üçün gözəl şərait yaradır.

“GoyGol Lake Resort”

Rezervasiya üçün əlaqə: (+99451)  229- 64- 77; (+99451) 229- 64- 88
Facebook: https://www.facebook.com/Goy-Gol-Lake-Resort-1036675663198584/
Instagram: https://www.instagram.com/goygol.lake.resort/


Bakı Turizm Kartından xəbər var…

0
Kənan Quluzadə

Bakı Turizm Kartı yay mövsümünə qədər istifadəyə veriləcək.

Bu barədə Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə məlumat verib.

Söyləyib ki, kartın konsepsiyasında nəzərdə tutulur ki, hansısa biznes strukturlarında güzəştlər olsun: “Kartlar artıq çapa göndərilib. Ölkə üzrə belə bir kartın yaradılması hələ ki, nəzərdə tutulmayıb. Ola bilsin ki, gələcəkdə Bakı təcrübəsi regionlarda da tətbiq edilsin”.

Qeyd edək ki, kartlar 24, 72 saatlıq 1 həftəlik olacaq. Bu kartlar 35, 60 və 90 manatlıq nəzərdə tutulub.


S.Ərəbistanı və BƏƏ-nin turizm şirkətləri Azərbaycanın turizm potensialı ilə tanış olacaqlar

0
S.Ərəbistanı və BƏƏ

9-18 aprel tarixində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilir.

Yaxın Şərq ölkələrinin Azərbaycanın turizm potensialı ilə tanışlığı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə aprelin 9-18-də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən turizmi şirkətlərinin nümayəndələri Bakıya səfər edəcəklər”, – məlumatda qeyd olunur.

Dövlət Turizm Agentliyi tərəfindən Səudiyyə Ərəbistanından 10, BƏƏ-dən 14 şirkət iştirakı ilə tanışlıq missiyası təşkil olunub.

Səfər zamanı yerli şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüşlər təşkil olunacaq. Təqdimatlar keçiriləcək”. – məlumatda vurğulanır.

2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir. 


Dövlət Turizm Agentliyinin tabeliyində olan qurumların sayı artıb

0
Dövlət Turizm Agentliyi

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda “digər qurumlar” hissəsinə dəyişiklik edilib.

Bunu Baş nazir Novruz Məmmədov imzalayıb.

Yeni qərara əsasən, Dövlət Turizm Agentliyinin Qoruqları idarəetmə Mərkəzi də  bu siyahıya əlavə edilib.

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı:

1. Təhsil müəssisələri:

1.1. Azərbaycan Turizm və Menecment Universiteti;

1.2. Bakı Turizm Peşə Məktəbi;

1.3. Mingəçevir Turizm Kolleci.

2. Dövlət qoruqları:

2.1. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

2.2. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

2.3. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

2.4. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;

2.5. “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

2.6. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);

2.7. “Kiş” Tarix-Memarlıq Qoruğu.

3. Turizm İnformasiya mərkəzləri:

3.1. Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);

3.2. Şamaxı Turizm İnformasiya Mərkəzi;

3.3. Xaçmaz Turizm İnformasiya Mərkəzi;

3.4. Quba Turizm İnformasiya Mərkəzi;

3.5. Lənkəran Turizm İnformasiya Mərkəzi;

3.6. Gəncə Turizm İnformasiya Mərkəzi;

3.7. Şəki Turizm İnformasiya Mərkəzi;

3.8. Zaqatala Turizm İnformasiya Mərkəzi;

3.9. Qəbələ Turizm İnformasiya Mərkəzi;

3.10. İsmayıllı Turizm İnformasiya Mərkəzi;

3.11. Bərdə Turizm İnformasiya Mərkəzi.

4. Təsərrüfathesablı qurumlar:

4.1. “Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;

4.2. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;[1]

4.3. “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti;

4.4. “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs.[2]

5. Digər qurumlar:

5.1. Milli Kulinariya Mərkəzi.


Dövlət Turizm Agentliyi Uralda nümayəndəlik aça bilər

0
Fuad Nağıyev

Bunu DTA-nın sədri Fuad Nağıyev deyib.

F.Nağıyev Sverdlovsk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Orlov ilə “Bolşoy Ural – 2019” forumu çərşivəsində qarşılıqlı turuist axınının artırılması perspektivləri və Bakı ilə Yekaterinburq arasında birbaşa hava əlaqəsi məsələlərini müzakirə edib. Bu barədə Sverdlovsk vilayəti televiziyasının saytında məlumat verilir.

Biz regionunuzun böyük turizm potensialını görürük. Qarşılıqlı turuist axınının artırılması mexanizmlərini aşkar etmək məqsədilə buradayıq. Ölkəmizdə səfərlərin təşkili üçün Uralı çox maraqlı marşrut kimi təqdim etməyə hazırlıq və burada nümayəndəlik açmaq imkanını nəzərdən keçiririk. Rusiyalı turistləri Azərbaycanda səbirsizliklə gözləyirlər. Bunun üçün infrastruktur yaradılıb və dil maneəsi yoxdur”, – F.Nağıyev bəyan edib.

Öz növbəsində A.Orlov regionun hökumətinin Azərbaycanla tərəfdaşıq əlaqələrinin inkişafına dair yaxın planları barədə məlumat verib.

Hazırda Sverdlovsk vilayəti və Azərbaycan hökuməti arasında gələcək 10 il üçün əməkdaşlığa dair yeni saziş layihəsi birgə hazırlanıb. Sənəd çox sayda birgə tədbirləri keçirməyə imkan yaradacaq. Turizm mövzusuna xüsusi diqqət ayrılıb. Hesab edirik ki, bu sahə inkişaf edərək iqtisadiyyatın tamdəyərli sektoruna çevriləcək”, – A.Orlov bildirib.

Hazırda DTA-nın Almaniya (Frankfurt), BƏƏ (Dubay), Səudiyyə Ərəbistanı (Ər-Riyad), Çin (Pekin), Hindistan (Mumbay) və Rusiyada (Moskva) nümayəndəlikləri fəaliyyət göstərir.

Azərbaycanda kreditlə turizm səfərləri təşkil edən şirkətlərin sayı artırılacaq

0
Turizm

Bunu  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə baş verən devalvasiyadan sonra banklar tərəfindən müştərilərə inamsızlıq yarandığı üçün turizm səfərləri üçün kreditlərin verilməsi halları olduqca azalıb.

Bu işin genişləndirilməsi üçün işlərin aparıldığını deyən N.Bağırov bildirib ki, yaxın vaxtlarda Azərbaycan Turizm Assosiasiyasına üzv olan turizm şirkətlərinin müştəriləri ilkin ödəniş olmadan, kreditlə tur paketlər ala biləcəklər. Vətəndaşlar kreditlə aldıqları turpaketin qiymətini şirkətin bank hesabına maksimun 1 il müddətinə hər ay ödəyəcəklər.

N.Bağırov əlavə edib ki, təklif edilən kreditin faiz dərəcəsi çox əlverişli olacaq.

Kreditlə turpaketlərin verilməsi ilkin mərhələdə AzTA-ya üzv olan 20 şirkətə şamil ediləcək, bu say daha sonra artırılacaq.

O qeyd edib ki, müştərilər məbləğ məhdudiyyəti olmadan, istənilən istiqamət üzrə kreditlə verilən turpaketdən yararlana biləcəklər.

”Abşeron yarımadasının xəstəlikdən azad zona statusu alması vacib məsələdir”

0
Abşeron yarımadası

Abşeron yarmadasının xəstəlikdən azad zonayana çevirilməsi üzərində iş gedir” 

Bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlama verən zaman deyib.

“Bu sadəcə pilot bir layihədir. Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bizim iki gün öncə sərgidə təqdim etdiyimiz qida təhlükəsizlik göstəriciləri olan səhra labarotoriyaları da konseptin bir hissəsidir. Xəstəlikdən azad zona deyən zaman heyvan mənşəli xəstəliklərdən həmin zonanın azad olunması nəzərdə tutulur. Abşeron yarmadasının seçilməsi təsadüfi deyil. Bu layihənin üzərində beynəlxalq ekspertlərlə bizim yerli mütəxəssislər birlikdə öz rəylərini veriblər. Bu rəylərə əsasən, Abşeron müvafiq zona seçilib.

Burada köçəri heyvanlar daha az olduğuna görə, xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar olaraq da burada bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək. Layihə çərçivəsində ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi keçirdiyi bütün xəstəliklərin qeydiyyatı baş tutacaq. Bu da bilavasitə ət, süd məhsullarda təhlükəsizliyin təmin olunsına imkan verəcək” -, deyə Qoşqar Təhməzli bildirib.

Qoşqar Təhməzli bildirib ki, hazırda Azərbaycanın bitkiçilik məhsullarının Avropa bazarlarına ixracı geniş vüsət alıb: ”Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur. Dövlət Turizm Agentliyi ilə birlikdə istirahət zonalarında tədbirlər planı həyata keçirilir. Həmin zonalar Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən nəzarətə götürüləcək ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər“.

“Viza üçün 350 dollar rüsum turizmin inkişafına birbaşa əngəldir” – İqtisadçı

0
Viza

Ötən həftə Parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi olub.

Open.az xəbər verir ki, iqdisadçı Vüqar Bayramov dövlət rüsumların artırılmasının iqtisadi əsasları barədə sualları cavablayıb.

O bildirib ki, bu layihədə diqqəti cəlb edən bir sıra məqamlar var: “Əvvəlla, 2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir. Maraqlıdır ki, turizimin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş viza üçün izah edilməsi çətin olan məbləğdə rüsumu təklif olunur. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən 5 illik vizanı pulsuz aldığım halda, biz müddəti 2.5 dəfə az olan Azərbaycan vizasını Avropa ölkəsi vətəndaşına 350 dollara təklif ediirik. Bu təbii ki, turizmin inkişafına birbaşa əngəldir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin birinci rübündə ölkəmizə 610,8 min turist gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır. Göründüyü kimi, bu il ölkəyə gələn turistlərin sayında azalma var. Aprel ayında isə cəmi 0.1 faiz artım olub. Belə olan halda, yüksək rüsumların təklif edilməsinin iqtisadi əsaslarını izah olunması mümkün deyil. Bu rüsumdan dövlət büdcəsinin də ciddi qazancı olmayacaq. Əksinə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək”

İqtisadçı məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları açmaq üçün 3 000 manat rüsum təklif olununmasından da danışıb.

Əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələri yaratmaq üçün dövlət subsidiya və ya güzəştli kredit təklif edir, Biz isə yüksək rüsumlar ilə yeni bağçaların açılmasının qarşısını alırıq. Halbuki, məktəbəqədər təhsil müəssisələrində təhsilin və tərbiyənin keyfiyyətini artırmaq üçün bu sektorda rəqabəti gücləndirməliyik. Nəzarətin artırılması ilə belə müəssisələrin sayının çoxalması bu sahədə daha keyfiyyətli xidmətin təklif olunmasına imkan yarada bilər“, – deyə iqtisadçı bildirib.

Qeyd edək ki, Milli Məclisin (MM) mayın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib. Çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları müəyyənləşdirilib.

ŞƏKİ QƏBƏLƏ TURU – Go Travel

0
ŞƏKİ QƏBƏLƏ TURU - Go Travel

Turun Qiyməti: 21azn
Tarix:?? 25 May ??
—————————————
Qiymətə daxildir:
• Komfortlu Nəqliyyat
• Səhər yeməyi • Çay süfrəsi (restoranda)
• Professional foto çəkiliş (şəkillər pulsuz olaraq veriləcək)
• Tur Rəhbər
• Maraqlı oyunlar və hədiyyələr
———————————————
Ekskursiyalar:
• Şəki Xan Sarayı
• Karvansaray
• Tacirler mehellesi.
• Qebelend eylence merkezi
• Qəbələ Nohurgöl
———————————————
Toplanış: 06:30 – Təyin olunmuş yerdə toplaşma (Gənclik metrosu)
07:00 yola düşmə vaxtı
• 22:00-23:00Bakıya çatmaq

———————————————-
Qeyd: 10 nəfərdən çox qruplar üçün 1nəfər ödənişsiz 
Qeyd: Tur zamanı spirtli içkilər qəti qadağandır.
Qeyd: 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə). 6 yaşdan yuxarı tam ödəniş.
——————————————–
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30
?+994 70 664 60 30
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)