Ev Blog Səhifə 227

Türkiyədə “all inclusive” sisteminin üstünlüklərini və risklərini saydılar

0
Türkiyə

Türkiyə “hər şey daxildir” (“all inclusive”) sistemindən imtina etmək niyyətində deyil.

 Bunu Türkiyə otelçilər federasiyasının başçısı Osman Ayık RİA Novosti-yə bildirib. Onun səzlərinə görə, “all inclusive” həm turistlərə, həm də otellərə xeyir edir. 

 “İstənilən otel bu sistemin müxtəlif variantlarını tətbiq edə bilər. “All inclusive” daha çox ailəli turistlərə sərf edir. Turistlər əvvəlcədən öz xərclərini bilir və planlarını bu səpkidə qurur. Qədul edən tərəfdə öz xərclərinin bilir və klientlərə vəd etdiyi xidməti göstərir”, – deyə O. Ayık bildirib.  

O, “all inclusive” sistemində otellər üçün mövcud olan müəyyən risklərdən də danışıb:“Xərclərin hesablanması turun satıldığı vaxtdan klientlərin otelə gəlməsi zamanına kimi dəyişə bilər, komunal xərclər, vergilər, nəqliyyat xidmətləri, ərzaq qiymətləri qalxa bilər ki, bu da qəbul edən tərəf üçün müəyyən itkilərə gətirib çıxara bilər. Lakin bu risklər yalnız mehmanxana biznesinə aiddir və turistlərin cibinə deyməməlidir”.  

2019-cu ildə ən gəlirli sahə turizm olacaq – Ekspert

0
turizm

2019-cu ildə ən gəlirli sahə turizm olacaq. Bunu iqtisadçı Elman Sadıqov deyib.

Ekspertin sözlərinə görə, turizm sahəsində olan boşluqlar, xüsusilə də xidmət sektorunda peşəkarlara duyulan ehtiyac bu sahəyə investisiya yatıranlara böyük gəlir gətirə bilər:

“Kiçik və orta miqyaslı hostel, iki ulduzlu hotel, həmçinin 10-20 otaqlı qonaq evləri açmaqla turizm sahəsinə daxil olmaq və yüksək xidmətlə turist, qonaq cəlb edib qazanc götürmək mümkündür. Əsas məsələ gələn turisti razı salmaq və müsbət imic yaratmaqdır. Belə olduqda gəlirlər də artacaq”.

E.Sadıqov bildirib ki, turizm dövlət üçün prioritet təşkil edən sahələrdəndir:

“Bununla çox adam məşğul ola bilər. Xidmət sektorunda orta seqmentə daxil olan obyektlərin sayı azdır. Söhbət restoran və kafelərdən gedir. Burada daha çox lüks seqment 5 ulduzlu otellər, bahalı restoranlar fəaliyyət göstərir. Xidmət sektorunda orta seqmentin tələblərinə cavab verən iaşə obyektlərinə ehtiyac var”.

İqtisadçının fikrincə, gəlir üçün kənd təsərrüfatı sahəsinə də üz tutmaq olar, lakin bu, ağır və gərgin əmək tələb edir.

“Aqrar sahədə peşəkar olmaq vacibdir. Kənd təsərrüfatına pul qoyub kənarda durmaq doğru deyil. O pulun necə itirilməsini sərmayəçi özü də müəyyən edə bilməz. Kənd təsərrüfatı spesifik sahədir. Bu sahəyə bələd olmadan investisiya yatırmaq risk tələb edir. Bu sahə mənfəətlidir, bir şərtlə ki kənd təsərrüfatı ilə peşəkar insanlar məşğul olsun”.

E.Sadıqov vurğulayıb ki, hazırda gəlirli sahələrdən biri də ailə biznesi hesab olunur:

“Malayziyadan tutmuş Yaponiyaya qədər, Tayvan, İndoneziya və bu kimi ölkələrdə ailə biznesləri böyük müvəffəqiyyət qazanıb. Hazırda Avropada tanınan böyük brendlərin əksəriyyəti kiçik ailə biznesindən yaranıb. Bu mənada ölkəmizdə ABAD layihəsi həyata keçirilir və bu, olduqca müsbət bir haldır. Düşünürəm ki, hər bir vətəndaş ABD mərkəzlərinə müraciət edərək öz kiçik ailə biznesini qura bilər. Bu, bəsit səslənsə də, olduqca vacib məsələdir”.

Ekspert əlavə edib ki, hazırda populyar sahə sayılan kriptovalyutalara investisiya yatırmaq riskli ola bilər:

“Əgər kiməs maliyyə bazarlarında kriptovalyutalara investisiya yatırmağı düşünürsə, ehtiyatlı olmalıdır. Bu sahədə itki riski də böyükdür”.

350 dollarlıq viza rüsumu turizm sahəsinə mənfi təsir edəcək – Mütəxəssislər narahatdır

0
viza

Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun 350 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhalinin əksəriyyəti məbləğin miqdarının çox olduğunu hesab edir, bunun turist axınına mənfi təsir edəcəyi düşüncəsindədir.

Xarici İşlər Nazirliyindən məsələyə münasibət bilidirilib və qeyd olunub ki, qiymətlər Avropa İttifaqı ilə viza sadələşdirilməsi sazişinin iştirakçı dövlətləri üçün 35 avro, digər ölkələr üçün 350 dollar olaraq təyin edilib.

Bəs görəsən, bu qiymət digər ölkələrlə müqayisədə çox deyilmi? Bu qiymətlər Azərbaycan turizminə nə kimi təsir göstərəcək?

Turizm mütəxəssisi Ceyhun Aşurov bildirib ki, təyin edilən məbləğ bir qədər çoxdur:

Əslində, 350 dollar viza üçün kifayət qədər böyük məbləğdir. Bir tərəfdən baxanda, bu, turizm sahəsinə – ölkəyə turistlərin gəlişinə mənfi təsir göstərə bilər. Amma bir məqam var ki, bəzən vizaların sərtləşdirilməsi və ya qiymətinin artırılması təhlükəsizlik məqsədilə tətbiq edilir.

Əksər ölkələrdə də bu, təhlükəsizlik məqsədilə tətbiq edilib. Hazırda bizdə bu addım hansı məqsədlə atılıb, onu dəqiq deyə bilmərəm, bu, sadəcə variantlardır. Amma əgər ölkəyə turist cəlb etmək istəyiriksə, bunun uğurlu olacağını düşünmürəm.

Yenə də deyirəm, viza rüsumları məbləğ olaraq çox yüksəkdir. Çox nadir ölkələrdə bu cür yüksək viza qiymətləri mövcuddur.

Ümumilikdə turizm sahəsində qiymətlərin hər hansı şəkildə artımı tələb-təkliflə tənzimlənsə də, bütün bunların fonunda bu artımlar ölkəyə gələn turistlərin sayının azalmasına təsir göstərə bilər”.

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov da bu qiymətlərin turistlər üçün əlverişli olmadığını düşünür:

“Təyin edilən 350 dollarlıq viza qiymətləri iş adamları və ya başqa bir səbəblərdən dolayı gələn qeyri-turistlər üçün normal ola bilər. Amma bunu ölkəyə gələn turistlərə şamil etmək olmaz. Turist bir aydan çox Azərbaycanda qalmaq istəyirsə, yaxud ölkəyə daxil olub, başqa bir ölkəyə gedib yenidən Azərbaycana gəlmək istəyirsə, bu qiymət, sözsüz ki, bahadır”.

AZƏRBAYCAN HOTEL ASSOSİASİYASI HOTREC-Ə 43-CÜ ÜZV OLARAQ DAXİL OLDU!

0
HOTREC

Azərbaycan Hotel Assosiasiyası Avropanın aparıcı turizm təşkilatına müşahidəçi üzv qəbul edildi.

Mayın 16-da Finlandiyanın Helsinki şəhərində Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) Baş Assambleyasının 78-ci toplantısında Azərbaycan Hotel Assosiasiyası təşkilata müşahidəçi üzv kimi qəbul edilib.

HOTREC

Tədbirdə çıxış edən Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinman Avropada qonaqpərvərlik və turizm sektoru maraqlarını təmsil edən təşkilata üzvlüyün təcrübə mübadiləsidir. Həmçinin Azərbaycan və Avropada qonaqpərvərlik sənayesinin çatışmazlıqlar və gələcək inkişaf perspektivlərinin müzakirəsi üçün unikal forum olduğunu qeyd edib.

Baş Assambleyada “HOTREC”-ə üzv olan digər ölkələrə Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı təqdim edilib.

HOTREC

Xatırladaq ki, ötən ilin avqustunda “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb. Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.

Qeyd edək ki, “HOTREC – Hospitality Europe” Avropanın 31 ölkəsindən 43 turizm üzrə ixtisaslaşmış assosiasiya, hotel, restoran və bu istiqamətdə ixtisaslaşmış şirkəti birləşdirir. Turizm sənayesinin inkişafı, innovasiyaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, eyni zamanda yeni “yaşıl” texnologiyalar vasitəsilə ətraf mühitin qorunması əsas məqsədlərdəndir. Qastronomik turizmdə resursların daha effektiv istifadəsi, eləcə də sağlam və təhlükəsiz qida prinsipi əsasında dayanıqlılığı təmin edir. Turizm sənayesi iştirakçıları arasında rəqabətliliyin artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.

HƏR YERƏ ÖZ VAXTINDA GEDİN VƏ MÖCÜZƏ GÖRÜN

0

Bu xəbərimdə sizə müəyyən dövrlərdə xüsusi gözəlliyə bürünən yerlərin siyahısını təqdim edəcəm.

Bolqarıstan, “Qızılgül vadisi”

Bolqarıstan, “Qızılgül vadisi”

Qızılgül vadisi” adlanan yer Bolqarıstanda, paytaxt Sofiyadan çox da uzaq olmayan məsafədə yerləşir. Vadiyə çatmamış artıq bir neçə kilometrdən qızılgüllərin ətri hər tərəfi bürüyür. Güclü gələn gül ətrindən adamın başı fırlanmağa başlayır. Bir dağın ətəyində açılan yüz minlərlə gül qönçəsi bura gələnləri biganə qoymur. Lakin bura ilin hər fəslində gəlmək elə də gözoxşayan olmur. May ayının 20-dən iyun ayının 20-nə kimi olan çiçəklənmə dövründə bura nağıl kimi sehirli bir yerə bənzəyir. Bu müddət ərzində buraya gəlsəz uzun müddət bu gözəlliyi yaddan çıxara bilməyəcəksiniz.

Bolqarıstan, “Qızılgül vadisi”

Fransa, Provans

İyunun ortalarından avqustun sonuna qədər Provansın lavanda sahələrinin gözəlliyindən həzz ala bilərsiniz. Çiçəkləmə dövrü stabil olmadığına görə, lavandaları görmək üçün iyul ayında gəlmək daha qarantilidir. Çox yubanmaq da olmaz, çünki sentyabr ayının əvvəlləri artıq lavandanın yığım mövsümü başlayır və yığılaraq güllərdən yağ çəkilir.

Fransa, Provans

Yaponiya, Kioto

Baharın gəlişi ilə bütün Yaponiya sakuranın gül açmasını gözləyir. Məhz bu müddətdə bütün Yaponiya çəhrayı rəngə bürünür. Sakuranın çiçəkləməsi yapon dilində “xanami” adlandırılır. Xanami vaxtı isə əsasən bahar fəslinə təsadüf edir. Çiçəklənmə dövrü bütün regionlarda fərqli tarixlərdə baş verir. Tokioda martın 22-də, Kiotoda 24-də, Osakada 26-da, Sendayda aprelin 2-də, Naqanoda 7-də, Aomori-20-də, Hokkaydoda isə mayın 1-ə təsadüf edir.

Yaponiya, Kioto

Sonda demək istəyərdim ki, planetimizin hər bir bucağı ilin bütün fəsillərində özünəməxsus tərzdə gözəldir. Çalışın həyatınızı səyahətlərə və gözəl əhval-ruhiyyəyə sərf edin.


Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır

0
Gürcüstan

Bu ilin ilk dörd ayı ərzində Gürcüstana 2,2 milyon xarici vətəndaş səfər edib.

Trend bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən məlumat verir.

Qeyd olunur ki, bunlardan 1,9 milyon nəfəri turist qismində səfər edib.

Bu müddət ərzində ölkəyə səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yerdə qərarlaşıb.

Dörd ay ərzində Azərbaycandan Gürcüstana 400 min nəfər səfər edib ki, bununla da ölkə birinci yerdə qərarlaşıb. İkinci yerdə Rusiya vətəndaşları qərarlaşıb.

Turizm potensialımız xaricdə tanıdılır

0
Turizm

Azərbaycanın turizm potensialının Avropada tanıdılması üçün təbliğat işləri aparılır.

Mayın 6-da Azərbaycanın Avropada turizm potensialının təbliği məqsədilə Almaniyadan olan turoperatorlarla yerli turizm şirkətlərinin nümayəndələri arasında tanışlıq görüşü baş tutub.

150-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

Berlin, Frankfurt, Münhen, Bremen və Köln şəhərlərindən olan alman şirkətlərinin Azərbaycan haqqında ətraflı məlumatlandırılması məqsədilə Bakı və regionlara tanışlıq səfərləri təşkil olunub.

Turizm

3-7 may tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı səfər baş tutub. Bakı, Qəbələ, Şamaxı və Şəkinin turizm məkanlarını ziyarət edilib. Şərabçılıq və kələğayı istehsalı ilə bağlı tarixi ənənələr haqqında məlumat verilib.

Əsasən təbiət və mədəniyyət turizmi üzrə ixtisaslaşmış turoperatorların alman turistlərə təklif etdikləri səyahət paketlərinə bu il və gələn il üçün Azərbaycanın ayrıca bir istiqamət kimi daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Almaniyanın Münhen şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

? ?KUŞADASI -na QAYNAR TURLARIN QİYMƏTLƏRİNİ TƏQDİM EDİRİK – Go Travel

0
Kuşadası

❗Qiymətə daxildir: 640 USD

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

?PANORAMA HILL HOTEL 4* – 640 usd
?MY AEGEAN STAR HOTEL 4* – 650 usd 
?GRAND EFE HOTEL 4* – 700 usd 
?OMER HOLIDAY RESORT 5* – 711 usd 
?PALMIN HOTEL 4* – 795 usd 
?BATIHAN BEACH RESORT & SPA 4*– 810 usd
?SENTINUS HOTEL 4* – 815 usd 
?EUPHORIA AEGEAN RESORT 5* – 842 usd
?SUNCONNECT ATLANTIQUE HOLIDAY 3* – 895 usd
?LABRANDA EPHESUS PRINCESS HOTEL 5*– 960 usd 
?SUHAN 360 HOTEL BEACH 5* – 965 usd
?PINE BAY HOLIDAY RESORT 5* – 998 usd 
?RAMADA RESORT KUSHADASI & GOLF 5* – 998 usd 
?FANTASIA DELUXE HOTEL KUSADASI 5* – 1015 usd 
?GRAND BLUE SKY HOTEL 4* – 1030 usd 
?GRAND HOTEL ONTUR CESME 5* – 1033 usd 
?CACTUS CLUB PARADISE BEACH 4* – 1035 usd 
?LADONIA HOTELS ADAKULE 5* – 1036 usd 
?LE BLEU HOTEL & RESORT 5*– 1036 usd 
?PALM WINGS EPHESUS 5*– 1043 usd 
?KUSTUR CLUB HOLIDAY VILLAGE 5* – 1055 usd 
?CLUB YALI HOTELS & RESORT 5* – 1100 usd 
?TUSAN BEACH RESORT 5* – 1115 usd 
?ARIA CLAROS BEACH 5* – 1120 usd
?KORUMAR DELUXE HOTEL 5*– 1135 usd 
?INFINITY BY YELKEN AQUAPARK 5*– 1211 usd
?ILICA HOTEL WELLNESS RESORT 5*– 1272 usd 
?RADISSON BLU RESORT & SPA 5* – 1272 usd 
?AQUA FANTASY HOTEL 5* – 1330 usd 
?SUNIS EFES ROYAL PALACE RESORT 5* – 1340 usd 
?KORUMAR EPHESUS BEACH 5* – 1410 usd 
?SHERATON CESME HOTEL 5* – 1410 usd

? – Tarix avqust ayına 1 nəfər üçün nəzərdə tutulmuşdur.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Vyetnam ilə tərəfdaşlığa başladıq

0
Vyetnam ilə tərəfdaşlıq

Dövlət Turizm Agemtliyinin məlumatına görə, Azərbaycan Vyetnam turizm sahəsində tərəfdaşlıq edəcəklər.

Mayın 16-da Vyetnamın Kuanqnam Vilayəti Xalq Komissiyasının vitse-prezidenti Le Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə yerli turizm şirkətləri ilə görüş keçirilib.

Vyetnam ilə tərəfdaşlıq

Görüşdə Vyetnamın Kuanqnam vilayətinin turizm imkanları barəsində təqdimat keçirilib, qarşılıqlı olaraq turist mübadiləsi barəsində müzakirələr aparılıb.

Vyetnam ilə tərəfdaşlıq

Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən tərəflər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən müvafiq qurumları və turizm agentlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılığa gəliblər.

Vyetnam ilə tərəfdaşlığa

Razılaşmada turizmlə bağlı məlumat mübadiləsi, həmçinin qanunvericilik və turizm sahəsinə aid tənzimləyici aktlar, turizm üzrə statistika, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və turizm qurumlarının fəaliyyətinin tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Çinli turistlər Azərbaycana böyük maraq göstərirlər

0
ITB China

Ölkəmizin turizm potensialının genişmiqyaslı təbliği məqsədilə Azərbaycan nümayəndə heyəti bu gün Çinin Şanxay şəhərində işə başlayan “ITB China” beynəlxalq sərgisinə qatılıb.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi sərgidə müxtəlif şirkətlər təmsil edib.Heydər Əliyev Beynəlxalq Hava Limanı, Azərbaycan Hava Yolları, Bakı Konqres Mərkəzi, “Silkway Travel”, “Flame Travel”, “HIS”, “China Travel” və “Turizm.az” şirkətləri təmsil edirlər.

ITB China

Azərbaycanın ilk dəfə rəsmi olaraq təmsil olunduğu sərgidə Çin bazarı üçün ölkəmizin turizm potensialından danışılır. Yeni turizm məhsulları da təqdim olunur.

ITB China

ITB China” Çinin səyahət sənayesinə yönəlmiş beynəlxalq sərgi olaraq dünya turizm sənayesinin çoxsaylı iştirakçılarını bir araya toplayır. Ölkələrə turizm imkanlarını Çin bazarına nümayiş etdirmək imkanı tanıyır. 84 ölkədən 800-dən çox şirkətin iştirak etdiyi sərgidə turizm sahəsində tətbiq oluna biləcək. Ən son innovasiya və informasiya texnologiyaları da təqdim edilir.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çində fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi var. Pekin, Şanxay və Qunaçjou kimi əsas böyük şəhərlərdə Azərbaycanın turizm potensialının tanıdılması üzrə aktiv iş aparılır.

ITB China

ETI-Holidays

Cari ilin yanvar ayında Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları və ÇXR-nin aparıcı turizm şirkəti olan “ETI-Holidays” arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Həmçinin mart ayında isə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

İmzalanmış sənədlərə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayının 200 min nəfərə çatacağı proqnozlaşdırılır.

ITB China

“Bir kəmər, bir yol” beynəlxalq forumu

Sərgidə iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biridir. O qeyd edib ki, aprel ayında Prezident İlham Əliyevin Çində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakı ikitərəfli əlaqələrin inkişaf tempindən və gələcək perspektivlərdən xəbər verir. Həmçinin Dövlət Turizm Agentliyi və ÇXR Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış anlaşma memorandumu turizm əlaqələrinin intensivləşdirilməsi üçün atılan addımlardandır.

F.Zenqstşmid bildirib ki, Azərbaycanın yeni turizm strategiyasına uyğun olaraq hədəf ölkələrdən biri seçilən Çinin əsas şəhərlərində marketinq və təbliğat işləri aparılır. “ITB China” sərgisində iştirak bu prosesin tərkib hissəsidir.

ITB China

İlin ilk 4 ayı ərzində keçən illə müqayisədə çinli turistlərin sayında 50 faiz artım müşahidə olunub. İnanırıq ki, ilin sonunadək bu rəqəmlər daha da artacaq”, – deyə baş icraçı direktor əlavə edib.