Ev Blog Səhifə 228

Səyahət bələdçisi – Malmö

0
Malmö

Sonuncu Kopenhagen yazımda da qeyd etdiyim kimi, Kopenhagenə getmək üçün Budapeştdən İsveçin Malmö şəhərinə uçub oradan da qatarla Kopenhagenə keçmişdim. Deyirdim getmişkən 3-4 gün içərisində 2 ölkə, 2 fərqli şəhər görərəm.

Malmö İsveçin 3-cü, Skandinaviyanın isə 6-cı böyük şəhəri olmasına baxmayaraq şəhər elə də böyük deyil. Şəhəri 1-1.5 gündə başdan-başa tam gəzmək olar. Elə bütün bunları nəzərə alaraq ilk günümü Malmödə keçirməyi qərarına gəlmişdim. İlk günü Malmödə keçirib, növbəti gün səhər tezdən Kopenhagenə yola düşəcəkdim.

Malmö

Pul vahidi

Danimarkada olduğu kimi İsveçdə də pulun adı krondur amma isveçlilər pulunu isveç kronu adı ilə çağırırlar. Kopenhagen paytaxt və və kosmopolit bir şəhər olduğundan qiymətləri kifayət qədər bahadır. Bizim kimi Couchsurfingdən istifadə edən gəzginlər üçün İsveç də baha sayılar amma Kopenhagenlə müqayisədə qiymətlər daha ucuzdur. Buna görə də bir xeyli insan Kopenhagendə işləməsinə və ya təhsil almasına baxmayaraq, evlərini Malmödə kiralayırlar.

Kron

Nəqliyyat

Hava limanından avtobusla (səhv etmirəmsə xüsusi avtobuslarda gediş qiyməti 10.5 avro idi) şəhərin mərkəzinə gəlib, dəmir yolu vağzalından hardasa 200-300 metr məsafədə olan turist informasiya mərkəzindən bir turist xəritəsi istədim. Mərkəzdə işləyən xanım da sağ olsun, bütün görülməli yerləri işarələdi. Xəritəmi götürüb yola düşdüm ki, işarələnmiş yerləri bir-bir gəzim. Bir neçə saat gəzdim, günortadan azca keçmişdi ki, Skandinav ölkələrinə xas bir tufan, leysan başladı ki, gəl görəsən. Külək də çətirimi sındırdı. Çətirimi zibil qabına atarkən gördüm ki, külək başqa birinin də çətirini qırıb, deməli bu şəhərdə çətiri sınan yeganə adam mən deyildim  Beləcə ilk günü erkən bitirməli oldum. Malmönü tam görə bilmədiyimə görə planlarda dəyişiklik etməli oldum. Ertəsi gün olan Kopenhagen səfərimi azacıq ertələməli oldum ki, Malmönü doya-doya gəzim.

nəqliyyat

Hostellər

Malmödə Ivana və Niko adlı çex və fransız bir cütlüyün evində couchsurfing elədiyimdən, qalmaq üçün yer məsləhət görə bilmərəm. Hostellər kifayət qədər bahalı idi. Yemək məsələsinə gəldikdə, digər Skandinav xalqları kimi İsveçdə də mətbəxdən danışmağa dəyməz. Bəxtimdən də çex və fransızın evində qalırdım. Axşam universitet yoldaşları ilə birgə yeməyə gedəcəkdilər və yeməyi macarlar hazırlayacaqdı, nə böyük sürpriz  beləcə axşamı da universitet kampusunda, macar mətbəxinı  dadaraq keçirəcəkdim.

hostel

İndi isə keçək ənənəvi Malmödə görməli yerlər siyahısı

  • Düşünmədən “Lilla Torg”u (Kiçik Meydan) bu siyahının başına yerləşdirirəm. İndiyənə kimi gördüyüm meydanlardan ən maraqlılarından biridir “Lilla Torg”. Meydan çox kiçikdir və hər tərəfdən 1 və ya 2 mərtəbəli evlərlə əhatə olunub. Evlərin altında da kiçik, şirin kafelər var.
  • “Hedmanska Garden” “Lilla Torgun” yanında yerləşən 1500-cü illərdən qalma qədimi bir isveç evidir. Həyəti və baxçası ilə birlikdə çox xoş aura yaradır.
  • Strotorget” – bizim bu “Lilla Torg”un daha böyük versiyasıdır. Bu meydan da eynilə şirin, 2-3 mərtəbəli evlərlə əhatə olunub. Qışda bu meydan xizək meydançasına çevrilir. Meydandan şəhər mərkəzinə irəliləyərəkən bürüncdən hazırlanmış musiqiçi heykəllərini görəcəksiniz. Bu əcaib heykəllər bir növ Malmönün simvollarıdır. Bura gələn  hər kəs mütləq bu heykəllərlə şəkil çəkdirir. Meydandakı şəhər bələdiyyə binasını isə qeyd etməsəm də, sizin diqqətinizi cəlb edəcək.
Lilla Torg

Turistik yerlər

  • Stortorgetin bir də küçəsi var. Bütün şəhərlərdə olan ən mərkəzi turistik küçə kimi bura da nəqliyyat üçün qapadılıb ancaq piyada gəzmək olar və təbii ki, digər bütün turistik mağazaları, restoranları görə bilərsiniz.
  • Böyük Meydana yaxın digər görülməli yer isə Müqəddəs Peter kiləsəsidir. Kilsə 14-cü əsrin əvvəllərində qotik üslubda inşa olunub. Skandinav ölkələrində dinə olan münasibəti də məhz bu kiləsədə görmək olar. Kilsənin içərisində qəhvə və çay maşını var, istəsəniz, soyuq bir qış günündə mənim kimi bir stəkan isti qəhvə içərək isinə bilərsiniz.
  • Bu 2 meydandakı evləri gördünüz amma onların şirinliyi sizi o qədər cəlb etdi ki, onlara doya bilmədiniz və yenə eyni tipli evlərdən görmək istəyirsiz. Malmö üçün bu istək heç də problem deyil. Lilla Torg ilə aşağı doğru irəliləsəniz “Gamla Vaster”ə çatacaqsınız. Burada olan şirin, qədimi evləri görəndə içinizdən köçüb buralarda yaşama istəyi tumurcuqlayacaq.
  • Malmödəki maraqlı məkanlardan biri də “Mollevangstorget” bazarıdır. Bu bazarda dünyanın müxtəlif ölkələrinə aid geyim, ərzaq və s. tapa bilərsiniz. Bazarda tez-tez ərəb və türkcə elan tablolarına rast gəlmək olar. Bazara demək olar ki, həftənin bütün günləri insan axını olur. Bunun da əsas səbəbi, gəncləri cəlb edən ucuz qida və pivə içə bilmək imkanı var.
  • Malmödə görülməli digər bir arxitektur bina 190 metr hündürlüyündə olan “Turning Torso” binasıdır. Bina yerində firlanan bədən formasında tikilib. Mən noyabr ayında getdiyimdən qapalı idi, amma yay aylarında getmisinizsə, oradan çıxıb Malmöyə bir göz atmağa dəyər.
Lilla Torg

Malmö

  • Malmöhus qəsri” – Ətrafı suyla çevrələnmiş, bir neçə il həbsxana olaraq istifadə edilmişdir.
  • Kungsparken – Malmönün ən qədim parkdır. İsveçdə olan bir neçə qanuni kazinodan biri də məhz bu parkın içərisində yerləşir. Parkın içərisində yel dəyirmanı, bir neçə göl və s. var ki, onların köməyi ilə təbiətdən doya-doya həzz ala bilərsiniz.
  • Kopenhagendəki Kiçik Dəniz qızı heykəlinin Malmö versiyası yəqin ki, “Knotted gun” heykəlidir. Heykəl dəmir yol vağzalına bir neçə yüz metr məsafədə yeləşir. Hətta turist informasiya mərkəzininin demək olar düz yanındadır. Heykəl zorakılığa etirazı simvolizə edir. İsveçli heykəltaraş Karl Fredrik Reutersward bu heykəli 1980-ci ilə açılan atəş nəticəsinə dünyasını dəyişmiş məşhur John Lennona həsr edib. Bu heykəlin dünyada 3 dənə originalı, onlarla isə nüsxəsi var. Originalları Nyu Yorkda, Luxemburgda və Malmödədir.
  • Malmödə son olaraq baş çəkilməli olan məkan “Ebba’s House” adlanan Ebbanın evidir. İçərisi 1900-cü illərin əvvəlindəki kimi dekor edilmiş bu ev, Malmönün ən balaca evidir.
Ebba’s House

Malmö haqqında bu qədər. Kiçik amma sevimli olan Malmöyə görə durub İsveçə gəlinməz amma Kopenhagenə gəlmisinizsə, mütləq Malmöyə də baş çəkin. Elə sadəcə dənizin üzərindəki Oresund körpüsündən keçməniz nəyə desən dəyər.



SHERWOOD DREAMS RESORT 5*

0
SHERWOOD DREAMS RESORT 5*

?SHERWOOD DREAMS RESORT 5* QAPILARINI bugun sizlərə açdı

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Dubay turu)

SHERWOOD DREAMS RESORT 5*
? 2 BÖYÜK – 3430 AZN 
? 2 BÖYÜK 1 UŞAQ – 3890 AZN
? 2 BÖYÜK 2 UŞAQ – 4980 AZN
? 4 BÖYÜK – 6670 AZN

? – Tarix 13-20 iyul ayı üçün nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

UEFA-nın Avropa Liqasının final oyununa gələcək turistlər üçün yeni sayt istifadəyə verilib

0
UEFA

Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, informativ xarakter daşıyan https://bakufinal.azerbaijan.travel/  ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.

Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter uçuşları barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri var. Hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq. Təhlükəsizlik tədbirləri barədə dolğun məlumat veriləcək.

İnformativ xarakterli sayt hesab olunur. Həmçinin Bakının turizm əhəmiyyətli məkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi, eyni zamanda milli kulinariya nümunələrinin dadına baxmaq üçün kafe və restoranlar, əyləncə məkanları haqqında məlumat verilir. Paytaxt nəqliyyatının formaları, “Baku Card”dan istifadə qaydaları izah olunur.

Mayın 29-da UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar ilə əlaqə yaradılacaq. Xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik qorunlmalıdır. Digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.

Yarışla əlaqəli olan bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəffəqiyyətlə keçirilməsi planlaşdırılır. Bu səbəbdən gücləndirilmiş iş rejimində çalışacaqlar.

Dubayda tranzit turistlər üçün abonement buraxılıb

0
Dubay

Dubayın Turizm və Kommersiya Marketinqi Departamenti (Dubai Tourism) Dubai Pass kartının uğurlu təcrübəsində istinadla tranzit turistlər üçün Dubai Stopover Pass abonementi buraxır. Bu kart turistlərə ən əlverişli şərtlərlə şəhərin bütün görməli məkanlarına və əyləncə yerlərinə getməyə şərait yaradır.

Bu barədə regionun ən böyük “Arabian Travel Market 2019” (ATM) turizm sərgisində məlumat verilib. Dubai Stopover Pass abonementi Dubaydan tranzitlə keçən, yaxud qısa müddətdə Əmirliklərə gələn turistlər üçün nəzərdə tutulub. Onun köməyi ilə səyahətçilər öz puluna qənaət etməklə yanaşı, vaxtlarını da səmərəli keçirəcəklər. Yeni abonement şəhərin ən yaxşı əyləncə məkanlarına sərbəst girişi, ekskursiya və kruizlərə gedişi təmin edir. Dubayın qonaqları 36 saat ərzində iki, üç və ya dörd əsas görməli yerlərə səyahəti seçə bilərlər.

Dubayın Turizm və Kommersiya Marketinqi Departamentinin baş direktoru İssan Kazim deyib: “Bu gün səyahətçilər fərdi təkliflər və unikallıq axtarırlar, ona görə də biz tərəfdaşlarımızla birlikdə Dubayda daha qısa vaxt ərzində əylənməyə imkan verən qısamüddətli turizm proqramları üzərində işləyirik. Dubai Stopover Pass məhz bu birgə işin məhsuludur. Onun hazırlanmasında bir çox özəl şirkətlər və dövlət strukturlarının nümayəndələri iştirak ediblər”.

Yeni abonementi əvvəlcədən əldə edən turistlər giriş biletlərinə 60 faiz qənaət edə biləcəklər. Bu kartın sayəsində dünyanın ən yüksək binası Bürc-Xəlifənin üzərindəki panorama meydançasına, bir çox əyləncə yerlərinə, qayıqla Bürc gölündə gəzintiyə, “Hop On Hop Off” ekskursiya avtobusu ilə səyahətə, Dubay-Marinada şam yeməyi olan kruizə, Dubay akvariumuna və sualtı zooparka, “Dubay Çərçivəsi”nə getmək mümkündür.

Dubay

Dubai Stopover Pass abonementi

Dubai Stopover Pass abonementinin qiyməti böyüklər üçün 199 dirhəmdən (54 dollar), azyaşlılar üçün 169 dirhəmdən (46 dollar) başlayır. Bu növ kartlar siyahıda olan 2 attraksiona da pulsuz girişə imkan verir. Üçüncü attraksionlara giriş isə böyüklər üçün 76 dollar, uşaqlar üçün 62 dollardır. Əgər dördüncü attraksiona getmək istəsəniz, bu böyüklərə 105 dollara, uşaqlara isə 92 dollara başa gələcək. Abonementlərə gəzinti zamanı həmişə onlayn qalmağı təmin edən mobil Wi-Fi qiymətləri də daxildir.

Dubai Stopover Pass abonementini www.dubaipass.ae saytında əldə etmək olar. Seçdiyiniz görməli məkanlar və ekskursiyalara getmək üçün onu sadəcə girişdə təqdim etmək lazımdır.

Bundan əvvəl, 2019-cu ilin aprelində Dubayın Turizm və Kommersiya Marketinqi Departamenti elan etmişdi ki, turistlər Dubai Pass abonementi ilə daha çox görməli məkana səyahət edə bilərlər. Belə ki, əvvəllər nəzərdə tutulmuş 33 əyləncəyə daha 15-i əlavə olunub. Onların arasında Emirati Kashta Cultural Tours, Laguna Water Park, Hub Zero oyun avtomatları klubu var. The Green Planetin damı altında tropik meşə, Mattel Play Town əyləncə mərkəzi, VR Park virtual reallıq parkı, Reel Cinema kinoteatrı və başqaları var.

Qeyd edək ki, Dubai Pass abonementinə üç paket – “seçilmiş” (Select), “limitsiz” (Unlimited) və “çevik” (Flexi) daxildir. Qiymətlər böyüklər üçün 116 dollardan, uşaqlar üçün 110 dollardan başlayır. Dubai Pass yenilənmiş abonementi populyar görməli məkanlara səyahət etməyə və sərfəli şərtlərlə Dubayın əyləncə məkanlarına baş çəkməyə imkan verir.

İran portalında “Bakı Azərbaycanın incisidir” başlıqlı videoçarx yayılıb

0
İran Portalı

İranın tanınmış “Aparat.com” videoportalında “Bakı Azərbaycanın incisidir” başlıqlı videoçarx yayılıb.

İran Portalı

Sözügedən videoda Bakı ilə yanaşı, ölkəmizin digər bölgələri ilə bağlı kadrlar da nümayiş etdirilir.

Videonun şərhində qeyd olunur ki, Azərbaycan Respublikasının paytaxtı Bakı ən böyük şəhər və ən böyük limandır. Bu şəhər Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və dünyanın neft ilə zəngin olan bölgələrindən biridir. Bakı Qafqazın ən çox əhalisi olan şəhərdir. Bakıda çox sayda gözəl parklar var.

İran Portalı

Şəhərdə musiqi, teatr və opera daxil olmaqla digər bədii proqramlar da icra olunur.

Azərbaycanın hava limanları nə qədər sərnişinə xidmət göstərib?

0
Azərbaycanın hava limanı

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin ilk dörd ayı ərzində 1,23 milyon sərnişinə xidmət göstərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq reyslərlə ümumilikdə 1,06 milyon sərnişin daşınıb. Göstərilən müddət ərzində aeroportun baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşıyıb. Bu isə ötən ilin göstəricisindən 6 min nəfər çoxdur. 

Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi “Buta Airways”in payına düşüb. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz təşkil edib.   

Ümumilikdə, Azərbaycanın beynəlxalq hava limanları 2019-cu ilin ilk dörd ayı ərzində 1,45 milyon sərnişinə xidmət göstərib. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.

Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən – Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Həmçinin “flyNas”, “Kuwait Airways” və Türkiyənin loukosteri “Pegasus”un uçuşlarının bərpa edilməsi planlaşdırılır. 

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.  

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin, maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.


Darya Qrebtsova: Bakıya bir dəfə səyahət edən turistlər və azarkeşlər bu şəhərə bir daha gəlmək istəyirlər

0
Darya Qrebtsova

Azərbaycan iri beynəlxalq tədbirlərin keçirilməsi üzrə zəngin təcrübəyə malikdir.

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrebtsova söyləyib.

Politoloq əlavə edib: “Birinci Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları, həmçinin Bakı Beynəlxalq Humanitar Forumu, Sivilizasiyalar Alyansı kimi və digər beynəlxalq forumlar və konfranslar ən yüksək səviyyədə təşkil olunub. Azərbaycanda müasir stadionlar, rahat otellər və maraqlı görməli məkanlar var. Bakıya bir dəfə səyahət edən turistlər və azarkeşlər bu şəhərə bir daha gəlmək istəyirlər. Bu cür irimiqyaslı tədbirlərin təşkil olunması avropalı turistlərin özləri üçün yeni ölkəni kəşf etməsi, onun mədəniyyəti ilə tanış olması üçündür. Bu, ölkəni dünya ictimaiyyətinə tanıtmaq üçün əla vasitədir. Bakıdan matçın translyasiyasına bütün dünya baxacaq”.

Darya Qrebtsova vurğulayıb ki, Azərbaycanda bir neçə istiqamətdən turist axını formalaşıb. “Ən çox axın Rusiyadandır, ondan azacıq aşağı sayda turistlər isə ərəb ölkələri və İrandan gəlirlər. Hələ ki, avropalı turistlər Azərbaycanın turizm baxımından necə maraqlı ölkə olduğu, burada çoxlu qeyri-adi və unikal görməli məkanları görəcəkləri barədə az məlumatlıdırlar. “Azərbaycanın səhər yeməyi” xüsusi diqqətə layiqdir. Onun dadına baxan hər kəs artıq bu nemətlərə biganə qala bilməz. UEFA Avropa Liqasının final matçı avropalı turistlərə yeni maraqlı ölkəni kəşf etmək imkanı verəcək”, -deyə Darya Qrebtsova qeyd edib.

Kapadokiya turistlərin axınına görə yeni rekordlar müəyyən edir

0
Kappadokiya

2019-cu ilin əvvəlindən Kapadokiyada yenə də turizm bumu yaşanır.

Türkiyənin əsas mədəniyyət, tarix və təbiət turizmi mərkəzlərindən biri sayılan Kappadokiya turistlərin axınına görə ötənilki rekordu bu ilin əvvəlindən təzələyib.

Kapadokiya UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kapadokiya təbiətinin, o cümlədən Pəribacaları vadisinin gözəllikləri, qayalarda yonulmuş evlər, hava şarlarında uçuşlar dünyanın hər yerindən turistləri bu regiona cəlb edir. Burada qonaqlar üçün piyada ekskursiyalar, at və dəvə belində, habelə kvadrosikllərdə gəzintilər təşkil edilir.

Kappadokiya

Regional Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, bu il Kappadokiyaya turistlərin axını daha da artıb.

Yanvar ayında Kapadokiyanın turizm obyektlərində 123.244, fevralda 128.955, martda 188.487, apreldə 360.046 turist olub. Beləliklə, ilin əvvəlindən Kappadokiyaya ümumən 800.732 turist gəlib.

Kappadokiya

Yanvar-aprel aylarında regionda turistlər arasında ən populyar yerlər açıq səma altında “Gereme” Muzeyi, Dərinquyu Qaymaqlı yeraltı şəhərləri olub.

2018-ci ilin analoji dövründə Kapadokiyaya 705.149 turist gəlib.

Ən populyar turizm istiqamətləri: Azərbaycan ilk iyirmilikdə

0
Turizm

“CrescentRating” təşkilatı “MasterCard” şirkəti ilə birgə illik “Global Muslim Travel İndex” (GMTI) reytinqini tərtib edib.

Indeksdə müsəlman turistlər arasında ən populyar istiqamətlər göstərilib.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ən populyar istiqamətlərin reytinqində 20-ci pillədə göstərilib. Rahatlıq, təmiz ətraf mühit, xidmət və kommunikasiya keyfiyyəti və digər meyarlara görə Azərbaycana indeks üzrə 53 xal verilib .

Populyar İƏT istiqamətləri reytinqində ilk iki yeri müvafiq ardıcıllıqla 78 xalla Malayziya və İndoneziya tutub. Üçüncü yerdə qardaş ölkə Türkiyə göstərilib (75 xal).

Müsəlmanların arasında populyar olan qeyri-İƏT ölkələrinin reytinqinə isə Sinqapur (65 vahid) başçılıq edir. İkinci yerdə Tailand (57 vahid), üçüncü yerdə Birləşmiş Krallıq (53) göstərilib

Məlumat üçün bildirək ki, son bir neçə ildə Azərbaycanda viza sistemi sadələşdirilib. Statistik rəqəmlər də bunu göstərir. Belə ki, rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 700 min turist gəlib.

Onların arasında ərəb ölkələrindən gələnlər çoxluq təşkil edib.

2018-ci ildə isə Azərbaycana turist axını 2017-ci illə müqayisədə 5,7% – 2 milyon 849,6 min nəfərdək artıb. Rusiyadan gələnlərin xüsusi çəkisi 30,9%, Gürcüstandan – 21,4%, Türkiyədən – 10,2%, İrandan – 8,5%, BƏƏ-dən – 3,3% artıb

Proqnozlara görə, Azərbaycana gələn ərəb turistlərin sayında bu il artım olacaq. Buna səbəb Körfəz ölkələrindən Bakıya yeni reyslərin açılmasıdır.

Dünyanın ən elit xizək məkanı – Courchevel

0
Courchevel

Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, KannTokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına daxildir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, ArmaniMərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər.

Courchevel

Hətta Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyib. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi  Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artdıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artır. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850-də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şık brendlərin butikləri bəzəyir.

Nəqliyyat

Courchevelə gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır.

Courchevel

Harada qala bilərsiniz ?

Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.

Les Ducs de Savoie 3*

Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə pis olub fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim.

İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.

Nə yeyə bilərik ?

Buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.

Chalet de pierres

Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, PilatusLa chabotte, Cap hornMercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur. Dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında süni göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.

Restoranlar

Panoramic

Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmamışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?!

Gecə Klubları

Courchevel

Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır. Qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır .

Xizək mövsümü

Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.

Courchevel

Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.

Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.


Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram. Hələlik bu qədər, növbəti yazılara qədər…