Martın 12-dən 14-dək Rusiyanın paytaxtı Moskvada “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” keçiriləcək.
Sərgidə Azərbaycanın turizm potensialı və yeni turizm məhsulları təqdim olunacaq.
Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edəcək.
Sərgi çərçivəsində Rusiyanın və müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək.
Azərbaycan 2002-ci ildən etibarən qeyd olunan sərgidə iştirak edir.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir. Rusiya Azərbaycan turizm bazarında ən çox paya sahib olmaqla, xarici ziyarətçilərin sayına görə birinci yerdə dayanır.
“Turizm haqqında” mövcud qanuna dəyişiklik təklif olunur.
Bununla bağlı qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında müzakirə olunub.
Qanuna təklif edilən dəyişikliyə görə, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
Turizm
Bundan başqa, dəyişikliyə əsasən, mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmalıdır. Həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmayacaq.
Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər ediləcək.
300 nəfərdən çox tutumu olan mövcud turizm və rekreasiya obyektlərinin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edilməlidir. Həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmalıdır.
Həmin obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların trans-sərhəd təsiri müəyyən edilməlidir. Həmin obyektlərin trans-sərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunacaq.
Dünyanın hər bir tərəfindəki pilotlar səmada gördükləri ən qeyri-adi və maraqlı hadisələri bölüşüblər. Ən çox qeyd edilmiş 10 cavab isə bunlardır:
1.UNO (Uçan naməlum obyekt)
Bu günə qədər pilotlar dəfələrlə səmada uçan naməlum obyektlər gördüklərini iddia ediblər. Bir çox hallarda, bu obyektlərin hərbi yoxlama məqsədli obyektlər, mistifikasiyalar, kamera xətaları və hətta Venera planeti olduğu nəticəsinə gəlinib.
2.Təyyarəyə şimşəyin çarpması
Pilotların tez-tez rastlaşdığı, lakin yenə də təəccübləndikləri hadisələrdən biri də təyyarələr şimşəyin çaxmasıdır. Xoşbəxtlikdən, təyyarələrin çoxu aliminumdan hazırlanır və bu dizayn şimşəyin təyyərənin daxilinə zərər gəlməyəcəyinə təminat verir.
3. Qasırğa zonalarının içindən və üstündən uçmaq
Yəqin ki, bir çox insan turbulentlik ifadəsi ilə tanışdır. Bu hala təyyarələr yuxarı qalxarkən və enərkən daha çox rast gəlinir. Ümumi uçuş sırasında kommersiya məqsədli təyyarələrdə turbulentlik çox görülmür. Səbəb isə bu təyyarələrin qasırğa zonalarından yüksəkdə uçmasıdır.
4. Yüksəkliklərdə uçan şarlar
Bəzi şarlar çox yüksək hündürlüklərə qalxacaq şəkildə dizayn edilib. Bu günə qədər bu şarlar hava limanları və pilotlar üçün müxtəlif problemlərə səbəb olub (Məsələn uçuş sensorlarının sıradan çıxması).
5.“Müqəddəs Elmo işıqları”
“Müqəddəs Elmo İşıqları” yalnız bəzi şanslı pilotların görə biləcəyi və spesifik olar təyyarələrlə əlaqələndirilən hadisədir. Bu hadisə güclü şimşək fırtınaları nəticəsində atmosferin elektrik sahəsi ilə təyyarənin elektrik sahəsinin toqquşması nəticəsində baş verir. Texniki olaraq bu hadisə, hər hansısa bir əşyaya və hətta insana toxunarkən yarana bilən kiçik “elektroşok”-ların daha böyük və dramatik versiyasıdır. “Müqəddəs Elmo İşıqları” əsasən göy və bənövşəyi rənglərdə ortaya çıxır, həmçinin sakit bir səs dalğası yaradır.
6. Göy qurşağı
Fizika qanunlarına əsasən göy qurşağı günəş şüalarının işıqla toqquşması nəticəsində əmələ gəlir və yalnız müəyyən bucaqdan görünə bilir. Maraqlısı isə odur ki, bir çox sərnişin və pilot göy qurşaqlarının üstündən uçduğunu iddia edir. Lakin elm, bunun mümkün olmadığını deyir.
7. Düzbucaqlı formasında aysberqlər
Şimali Antarktika yarımadasında NASA pilotları düzbucaqlı şəklində aysberqlər olduğunu bildiriblər. Onlar qeyd edir ki, bu aysberqlər elə dəqiq şəkildə formalaşıb ki, elə bil ki onları kimsə məqsədli şəkildə kəsib.
8. Təyyarəyə çox yaxın məsafədə uçan dronlar
Baxmayaraq ki, dronların uçma yüksəkliyi ilə bağlı ciddi qaydalar var, bəzi hallarda onlar çox yüksəyə qalxır və pilotlar təhlükəsizlik məqsədiylə bunları raport etməli olur.
9. Çəhrayı göllər
Çəhrayı göllər bir çox insanın görmək istədiyi mənzələrdən biridir. Bəzi göllər duzluluq çox olduğundan çəhrayı görünür. Bu mənzərəni uçarkən görmək pilotlar və sərnişinlər üçün ən maraqlı və heyranedici mənzərələrdəndir.
10. Geoqliflər
Geoqlif yer səthinə təbii olaraq çəkilmiş fiqur və formalardır (Kvadratlar, halqalar və s.). Bir çox hallarda bu geoqliflər çox böyük ərazini əhatə etdiyindən onları yalnız çox yüksəkdən – təyyarələrdən görmək olur.
Hallstatt, Avstriyanın Hallstatt gölü ətrafında yerləşən, dörd tərəfi dağ və yaşıl meşələrlə əhatələnmiş kiçik bir kəndidir.
2-3 qatlı taxta evlərdən ibarət bu qəsəbənin əhalisi təxminən 1000 nəfərdən ibarətdir.
Avropanın ən qədim məskunlaşma yerlərindən sayılıb 1997 ilində Unesco tərəfındən Ümumdünya irsi siyahısına salınmışdır.
Hallstatt
Hallstatt xüsusilə çinli turistlərin səyahət etdiyi yerdir. Gələn turistlərin 90%-i çinlidir. Hətta buranı o qədər çox sevirlər ki, 2012-ci ildə Çinin Guangdong əyalətinin Huizhau şəhərində bu kəndin eynisini inşa etmişlər.
Hallstatt da ən qəribə ənənə 1700-cü ildə başlamışdır. St Michael kilsəsinin içərisində yer alan Beinhous adlı evdə 1200 ədəd kəllə sümüyünün yerləşdirilib. Əvvəllər kilsənin bağçasında qəbiristanlıq da yer olmadığı üçün qəbrləri açmağı qərara almışlar. Çox yer tutan böyük sümükləri və kəlləri təmizləyib kilsəyə yerləşdirmişlər. Qəbiristanlıq çiçəklərlə bəzədildiyi üçün kəllələr də çiçək naxışları ilə bəzdilmiş şəkildə sərgilənir. Hallstatlılar bunu sevginin simvolu olaraq qəbul etmişlər.
Hallstatt
Dünyanın ən qədim duz mədənləri burada yerləşir. Alimlərin apardığı araşdırmalar nəticəsində mədənlərin 250,000,000 il əvvəl meydana gəldiyi və dağın içində təxmini 30 kmlik bir sahəni örtüyü sübut edilmişdir.
Hallstatt otellər də daxil olmaqla demək olar ki hec bir yerdə kredit karti istifadə edilmir və axşam saat 6 və 7-dən sonra çox mağaza ve restoranlar bağlı olur.
Şübhəsiz ki, dünyada görməli olduğunuz yerlər siyahısında Boliviyanın məşhur “Salar de Uyuni”-si yer almalıdır.
“Salar de Uyuni” Boliviyanın And dağlarının ən geniş olduğu ərazidə yerləşir və təxminən 11,000 kvadrat kilometri əhatə edir. Bu heyranedici məkan qədim dövrdə göllərin buxarlanması nəticəsində əmələ gəlib və dünyadakı ən böyük duz səhrası (şoranlıq) hesab olunur. Sözügedən destinasiya dəniz səviyyəsindən 3657.6 metr yüksəkdə yerləşir və təxminən 10 milyard ton duzdan ibarətdir.
SALAR DE UYUNİ
Buradaki poliqonal naxışlı qalın duz təbəqəsi üfüqə qədər uzanır. İlin müəyyən vaxtlarında, qonşu göllərin suyu daşaraq duz səhrasının üzərində nazik bir su təbəqəsi əmələ gətirir. Səmanın suya yansıması nəticəsində isə, şəkillərdə gördüyümüz bu möhtəşəm mənzərə əmələ gəlir:
“Salar de Uyuni”-ni görmək üçün iki əsas sezon var. 1-ci sezon, dekabr-aprel aylarını əhatə edir və yağışlı sezondur. Bu ərəfədə, turistlər şoranlığın heyranedici güzgü effektini öz gözləri ilə görə bilirlər. İkinci sezon, may-noyabr aylarını əhatə edir. Bu ərəfədə isə, yer quru olduğundan turistlər yağışlı vaxtda gedilə bilməyən yerləri görə bilir və maşınla duz səhrasında rahat hərəkət edə bilirlər.
Bu məkanda dünyadakı ilk duz oteli yerləşir və yoldan keçən turistlər tərəfindən xüsusi maraqla qarşılanır. Qeyd edək ki, məkanın əsas gəliri turizm sahəsindən deyil, buradan çıxarılan mineral, duz və litiumun (Elektrik maşınların, noutbukların və mobil telefonların işləməsi üçün tələb olunan maddə) satışından əldə edilir.
SALAR DE UYUNİ
Cənubi Amerikada yerləşən bu möcüzəvi yer təəssüf ki, bir çox səyahətçinin diqqətindən kənarda qalır. Yəqin ki, səbəb isə, məsafə çoxluğu və bu yerin Avropanın Parisi, ABŞ-ın Nyu Yorku qədər məşhur olmamağıdır. Bütün bunlar öz növbəsində bu gözəl məkana səyahəti çətinləşdirir.
Tomas Kuk dünyada ilk səyahət agentliyinin yaradıcısı olub.
Biz onun fəaliyyəti haqqında ən maraqlı faktları sizin üçün topladıq. Bir ingilis təşəbbüskarı və dünyanın ilk səyahət agentliyinin yaradıcısı olan Tomas Kuk 22 noyabr 1808-ci ildə Melbrunda doğulmuşdur.
İlk səyahətçilər içki aludəçiləri və siqaret çəkənlər idi.
Bəli, bəli, sırf onlar ilə Kuk turist fəaliyyətinə başlamışdı. O, yoxsul baptist idi, siqaret çəkməyə və alkoqollu içkilərə nifrət edirdi. Sərxoşluğa qarşı cəmiyyətə rəhbərlik edən Kuk, alkoqolizm və siqaretə qarşı mübarizə elan etdi. O, sağlam həyat tərzinin qanunlarını təbliğ etdi və 1839-cu ildə “Sərxoşun gündəliyi” adında jurnal dərc etdi. Burada siqaret və içkinin ziyanlarından ətraflı danışılırdı. Qəzetin sonuncu buraxılışı daha çox məşhurlaşırdı və 1841-ci ildə Kuk ayıq fikirli insanların tətilini təşkil etməyə qərar verdi. Bunu etmək üçün, o, bir qatar icarəyə götürdü və Lesterdən Lafboroya (İngiltərənin iki kiçik şəhərinə) marşrut planladı, lazımlı bütün dəvətnamə və reklam plakatlarını insanlara payladı və 5 iyul 1841-ci ildə 570 nəfər “ayıq dost” doqquz açıq vaqona oturdu. Bu açıq fəaliyyət Kuka böyük uğur gətirdi, daha sonra öz səyahət agentliyinin açılmasına yol açdı.
Tomas Kuk
Turistləri səyahətlərə şəxsən özü yola salırdı.
Həmin vaxt Kukun uğurlu fəaliyyətindən onunla işləyən müştərilər geniş danışırdı. Sonradan isə turistlər Kukun uğurlu fəaliyyətinin əsas səbəbi kimi turistləri səyahətə onun özünün yola salmağını göstərirdilər , çünki o zaman dəmir yolu və qatarlar hələ təzə-təzə populyarlıq qazanamağa başlamışdı və bir çoxları sağlamlığı, təhlükəsizliyi və şəxsi əşyaları üçün narahatlıq yaşayırdılar. Kuk turistlərlə birgə səyahət edərək onları sakitləşdirirdi.
“Milyonlar üçün-dəmir yolları”
O vaxt dəmir yolunda böyük perspektivlər var idi. Buna görə də, dəmir yolunun idarəçiliyi ilə müqavilə imzalamış və onlara müntəzəm olaraq müştəri yığmağı vəd etmişdir.
Azərbaycanda iki turistin yemək xərci Türkiyədən 40%, Gürcüstandan 20% bahadır.
Turistlərin qiymətlərlə bağlı çox istifadə etdiyi NUMBEO internet portalı iki nəfərin restorandakı nahar qiymətlərini araşdırıb və bununla bağlı dünya ölkələrinin renkinqini hazırlayıb.
Renkinqdə Azərbaycanın da adı var.
Renkinqə görə, orta səviyyəli restoranda iki nəfərin üç növ yemək yeməsi üçün Azərbaycanda 23.5 dollar tələb edilir. Bu, hazırkı məzənnə ilə 40 manat edir.
Regionun turizm ölkələri ilə müqayisədə, Azərbaycanda qiymətlər 20-40% bahadır. Məsələn, həmin göstərici Gürcüstanda 18.7 dollardır, yəni bizdən təxminən 20% ucuzdur. Türkiyədə isə bu göstərici 14.7 dollardır, yəni Azərbaycandakı qiymətlərdən 40% daha ucuzdur.
Ümumilikdə, sayt 86 ölkənin reytinqini hazırlayıb. Bu sıralamada Azərbaycan 55-ci, Gürcüstan 69-cu, Türkiyə 77-ci yerdədir.
Turizim sektorunun nümayəndəsi Oktay Xankişiyev ictimai iaşə obyektlərində turistlərə xidmətlərin şişirdilmiş qiymətlərlə təqdim olunduğunu deyir:
“10-20 manatlıq xidmətlər turistlərə 100-200 manata satılır. Turizm şirkətlərinin nəzarətində olsaydı, bu hadisələr baş verməyəcəkdi. Çünki biz onların təkrar Azərbaycana gəlməsində maraqlıyıq”.
Qeyd edək ki, renkinqdə turistlər üçün ən bahalı menyu İsveçrə və İslandiyadadır, burada iki nəfərlik yemək 98-99 dollara başa gəlir.
Ölkələrin ümumi renkinqində Azərbaycanın yeri belədir:
Qətərin “Qalf Tayms”, “al-Arab”, “Lusail”, “al-Raya”, “Peninsula”, “al-Şarq”, həmçinin Livanın “əl-Cümhuriyyə”, “Cedarnyus”, “Menanyus24”, “Alarabiyya”, “Naharnyus”, ”Lebanese nyus” və “Alseyasa” qəzetlərində Azərbaycanın turizm potensialından bəhs edən məqalələr dərc edilib.
Qətər və Livan mətbuatı
Məqalələrdə paytaxt Bakının qədim və müasir tikililərinin, Xəzər dənizinin gözəl sahilyanı ərazilərinin, valehedici qarlı dağların Azərbaycana gələn turistləri məftun etməsindən, ölkəmizin turizm potensialının inkişafından, bu sahədə yaradılan infrastrukturdan danışılır.
Yazılarda ölkəmizin tarixi məkanlarından, turistik yerlərindən söhbət açılır, Bakının, Qusarın, Qəbələnin gəzməli-görməli yerləri barədə məlumat verilir, qeyd edilir ki, Bakı dünyada dəniz səviyyəsindən aşağıda yerləşən yeganə paytaxt, üstəlik ən böyük belə şəhərdir. Xəzər dənizinin sahilində yerləşən Bakı bu dənizin hövzəsindəki ən böyük şəhər statusunu da daşıyır. Buradakı müasir binalar şəhərin qədim arxitekturası ilə vəhdət təşkil edir.
Qətər və Livan mətbuatı
Məqalələrdə bildirilir ki, Azərbaycandakı tikililər müxtəlif üslubların möhtəşəm harmoniyasıdır. Bu binalarda yüz illər ərzində baş vermiş mədəni dəyişikliklər əks olunur. Ölkənin hər yanında minarələrdən tutmuş mozaikalara, orta əsrlərə aid tikililərdən müasir dövrün nümunələrinədək müxtəlif binalara rast gəlinir. Bundan başqa, Azərbaycanın hər bölgəsinin özünəməxsus xüsusiyyəti var.
Qətər və Livan mətbuatı
Həmçinin yazılarda Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası, eləcə də Şahdağ Qış-Yay Turizm Kompleksi barədə məlumat verilir.
Dünyanın ən ekzotik ölkələrindən biri olan Tayland da iki yüzdən çox adaya sahibdir. Təbii gözəllikləri olan adalar sayəsində Tayland demək olar ki, hər ay turistlər və səyyahlar tərəfindən ziyarət olunur. İş həyatının stresindən uzaqlaşmaq Tayland əla bir yer hesab olunur.
1. Koh Maak Stok
Koh Maak Stok
Koh Chang adasının bir neçə kilometr cənubunda Koh Maak adası yerləşir. Buranı əslən çinli olan Baron adında biri almışdır. Əsas məqsədi meyvə becərilməsini təmin etmək istəyən Baron, uzun illərdən sonra adanı turizm məkanı etmək qərarını verib.
Yerləşdirmə: Çox ziyarətçi Ao Kao çimərliyində qalmağı üstün tutur, burada əlverişli otellər tapa bilərsiniz. Ao Suan Yai ərazisində daha sərfəli istirahət sərf etməyi seçə bilərsiniz, burada orta səviyyəli lüks otelləri tapa bilərsiniz. Cənubi Ko Maak və Ao Nid, otellərlə birlikdə iki kiçik küçədir.
2. Koh Kood (Kut)
Kambocanın dəniz sərhədində yerləşir və Chang adalarının ən böyük hissəsidir. Koh Maakın cənubunda yerləşir. Adanın uzunluğu 25 km, eni isə 12 km-dir.
Koh Kood
Adada. Klong Chao şəlaləsi, Klong Yai Kee şəlaləsi və çox köhnə ağacın yanında olan Huang Nam Keaw şəlaləsini ziyarət edə bilərsiniz.
3. Koh Lanta
Andaman dənizində yerləşən Koh Lanta, Taylandın ilk 10 ada siyahısında olan yerinə tam layiqdir. Bu, Phuket adasının cənub-şərqində yerləşir. Ən yaxın əsas torpaq Krabidir.
Koh Lanta
Koh Lanta’da 9 plaj var. bunlar; Kaw Kwang, Klong Dao, Uzun, Klong Khong, Klong Hin, Kantiang, Nui və nəhayət Bamboo Beach. Şimal-Qərbdə yerləşən Klong Dao və Long Beach çimərliyi ən məşhurlarıdır.
4. Koh Surin
Koh Surin
Surin adası Andaman dənizində yerləşir və Mu Ko Surin Milli Marina Parkı tərəfindən qorunur, Taylandın cənub sərhədində yerləşir. Ada Myanma sərhədinə çox yaxındır və iki adadan ibarətdir: Koh Surin Nuea (şimal) və Koh Surin Tai (cənub). Medcezir vaxtında adalar arasında gəzmək mümkündür. Bütün məhdud imkanlarına baxmayaraq, Koh Surin təbiət sevənlər üçün cənnət hesab olunur.
5. Koh Bulon Lae
Koh Bulon Lae
Taylandın ən gözəl 10 adasından biri olan Koh Bulon Lae, Andaman dənizində və Lae Tarutao Milli Marina Parkının şimal-qərbində yerləşir. Digər adalara nisbətən yaşayış baxımından daha əlverişli variantlara sahib olduğu üçün büdcəni ön planda tutan səyahətçilər üçün idealdır.
6. Koh Tarutao
Koh Tarutao
Malay, ına Tarutao ına 1930-40-cı illərdə həbsxanadakılar üçün işləmə yeri kimi istifadə edilirdi. Andaman dənizində və ölkənin yeddinci ən böyük adasında yerləşən ada, Milli Marina Parkları siyahısında da yer alır.
7. Koh Tao
Koh Tao
Tayland Körfəzində Ko Samui adasının şimalında yerləşir. 1943-cü ildə siyasi həbsxana kimi istifadə edilən adaya 100 məhkum gətirilib. Bundan sonrakı illərdə ada səyahət sevərlərin diqqətini çəkməyə başlamış və indi Taylandın ən gözəl 10 adası siyahısında yer alır.
8. Ko Samui
Ko Samui
Yer və ümumi məlumat: Tayland Körfəzindəki ada Ko Pha Ngan adasının cənubunda yerləşir. Adı adi bir ağac “mui” və Çin təhlükəsiz limanına “saboey” sözlərindən çıxarıldığı düşünülür.
9. Similan Adaları
Mu Ko Similan
Mu Ko Similan Ulusal Park’ı adıyla qoruma altına alınan və Andaman Dənizində olan Simalan adaları 9 adadan ibarətdir.
10. Koh Lipe
Koh Lipe
Andaman dənizindəki Koh Adang adasının cənubundakı Koh Lipe, 1990-cı illərdən etibarən ağ qumu və möhtəşəm dənizi ilə diqqəti cəlb etməyə başladı və bu gün də turistləri cəlb edir. Deyirəm ki, kiçik bir ada və turistlərin axını olduğundan adada insan sıxlığı var.
ℹ Uçuşlar bir-başa olaraq Azal ilə baqaj daxili olacaq. ? Go Travel – dan YAY TURU rezervasiya eden hər bir şəxsə Şahdağ Turu HƏDİYYƏ olunacaqdır. ✅Qiymət qalxdıqdan sonra: “mənə niyə demədiz”, “bilsəydim alardım”, “kaş həmin vaxtı alardım” kimi sözlər işlətməmək üçün rezerv etmənin əsl zamanıdır.
❗Qiymətə daxildir: 1060 AZN
✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Otel (5 gecə / 6 gün) ? – Qidalanma gündə 5 dəfə (All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Tarix 17 – 22 iyul ? – Hədiyyə (Şahdağ turu)
? – İyul, Avqust, Sentyabr ayından başlayan qiymətlərlə ✅ – Qiymət 2 nəfərlik otaqda1 nəfər üçün nəzərdə tutulmuşdur. ❓ – Qiymət öyrənmək istəyirsiz? ❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng) ? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı