Ev Blog Səhifə 251

YESENTUKİDƏ ƏN SƏRFƏLİ SANATORİYALARIN QİYMƏTLƏRİ- Go Travel

0
Essentuki

?MAY, İYUN, İYUL, AVQUST, SENTYABR aylarına olan 1 gecəlik 1 nəfər üçün nəzərdə tutulmuş qiymətlər:

?«Целебный ключ» sanatoriyası – 65 AZN
?«Виктория» sanatoriyası – 65 AZN 
?«Надежда» sanatoriyası – 63AZN
?«Украина» sanatoriyası – 75 AZN
?«Им. Анджиевского» sanatoriyası – 78 AZN
?«Центросоюза РФ» sanatoriyası – 86 AZN
?«Жемчужина Кавказа» sanatoriyası – 90 AZN
?«Им. Павлова» sanatoriyası – 90 AZN
?«Им. Сеченова» sanatoriyası – 93 AZN
?«Нива» sanatoriyası – 95 AZN
?«Воронеж» sanatoriyası – 100 AZN
?«Металлург» sanatoriyası – 106 AZN
?«PLAZA Essentuki» pansionat – 106 AZN
?«Им. М.И. Калинина» sanatoriyası – 108 AZN
?«Шахтер» sanatoriyası – 111 AZN
?«Россия» sanatoriyası – 115 AZN
?«Казахстан» sanatoriyası – 135 AZN
?«Источник» sanatoriyası – 141 AZN
?«Русь» sanatoriyası – 150 AZN
?«Истокъ» sanatoriyası – 180 AZN
______________

?Qiymətə daxildir – 1 nəfər üçün 1 gecəlik sanatoriyada qalmaq
?3 dəfə qidalanmaq 
?müayinə və müalicə.

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq, buyurub ofisimizə gələ bilərsiniz.
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal qiymətləri göndərək.
ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
_______

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp + Zəng)
?+994 55 664 60 30 (WhatsApp + Zəng)
?+994 70 664 60 30 (WhatsApp + Zəng)
? info@gotravel.az

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Azərbaycan beynəlxalq turizm ictimaiyyətinə iki yeni turizm məhsulunu təqdim edib

0
turizm

Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosu İpək Yolu ölkələri nazirlərinin 9-cu görüşündə “İpək Yolunun yeddi gözəli” adlı yeni turizm məhsulu konsepsiyası ilə çıxış edib.

Konsepsiyada qədim İpək Yolu marşrutu boyunca Azərbaycan ərazisində turistlərə bələdçilik edən yeddi müxtəlif yoldan bəhs edilir. Buraya Bakı – “Neft Yolu”, Şamaxı – “Poeziya Yolu”, Ağsu – “Nar Yolu”, İsmayıllı – “Sənətkarlıq Yolu”, Gəncə – “Bazar Yolu”, Naxçıvan – “Duz Yolu” daxildir. Təqdimatda XXI əsrin turistinin səyahət tələblərinə uyğun olaraq ənənəvi marşrutlara yeni baxışın tətbiq olunmasının zəruriliyi qeyd olunub.

Turizm

Sərgi çərçivəsində İpək Yolu ölkələrinin tur operatorlarının səkkizinci görüşündə isə qədim İpək Yolu boyunca şərab marşrutu təqdim olunub. Təqdimatda azerbaijanwine.az saytında Azərbaycanın şərabçılıq və üzümçülük ənənələrinin tarixi köklərindən bəhs edilib, marşrutu təşkil edən altı əsas dayanacaq (Bakı, Novxanı, Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl) iştirakçıların nəzərinə çatdırılıb. Daha sonra qeyd olunan dayanacaqların Azərbaycan qastronomiya və etnoqrafiyası ilə birlikdə vəhdət təşkil etdiyi turizm səyahət paketləri təqdim olunub.

Azərbaycan Turizm Bürosu sərgi ərzində təşkil olunan Berlin Səyahət Festivalında da təmsil olunub. Festival yeni turizm destinasiyalarını təbliğ etməklə turistlərə yeni səyahət metodlarını təqdim edir. Ənənəvi sərgi konsepsiyasından fərqli olaraq burada yalnız səyahət deyil, həmçinin dizayn və innovasiyayönümlü istiqamətlər birləşir. Martın 10-dək davam edəcək tədbirdə Azərbaycan xalçaçılıq məmulatları, sənətkarlıq və şərabçılıq nümunələri, quru meyvələr və digər milli turizm məhsulları, həmçinin elektron məlumat lövhələrində nümayiş etdirilən videolar, çarxlar çoxsaylı ziyarətçilərin diqqət mərkəzindədir.

Berlində Azərbaycanın mədəniyyət axşamı keçirilib

0
Mədəniyyət axşamı

Turizmin inkişafında mədəniyyətlərin ünsiyyətinin rolu vacibdir. Bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid martın 7-dəİTB Berlin 2019” turizm sərgisi çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyəti axşamı tədbirinin açılışında deyib.

Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri, turizm üzrə bloger və influenserler gecədə iştirak ediblər. Azərbaycan musiqisinin tanıtımı məqsədilə milli musiqilərdən ibarət kompozisiyalar tarda qonaqlara təqdim olunub, həmçinin bəstəkar və pianoçu İsfar Sarabski çıxış edib.

Berlin

Tədbirdə fotoqraf Orxan AslanovunMənim Azərbaycanım“ adlı fotosərgisi çərçivəsində ölkəmizin görməli yerləri nümayiş etdirilib.

Berlin

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək Azərbaycanın turizm potensialının zənginliyi haqqında danışıb.

STÜARDESSALAR HAQQINDA

0
STÜARDESSALAR

The Telegraph” qəzetində dərc olunmuş başqa bir məqalədə hava bələdçiləri – stüardessalar haqqında əksər sərnişinlərin bilmədikləri faktlar yer alıb.
Keçmiş stüardessa Beth Windsor 10 min metr yüksəklikdə baş verən bəzi sirləri açmaq qərarına gəlib.

Kimsəsiz adada stüardessa ilə…

Stüardessalar ekstremal şəraitlərdə sağ qalmaq üçün xüsusi təlim keçirlər. Onlar daldalanacaq qurmağı, qida və su tapmağı bacarırlar. Onlara Arktika kimi yerlərdə, cəngəlliklərdə, səhralarda gəmi və təyyarələrə xüsusi siqnallar vermək öyrədilir.
Doğmaq vaxtı çatmış hamilələr də narahat olmaya bilərlər. Hava bələdçilərinə mamaçalıq etmək təlimi də keçilir. Amma Beth Windsor xəbərdarlıq edir ki, nəbadə doğmaq fikrinə ucuz “büdcə” reyslərdə düşəsiniz.

STÜARDESSA

Bir sözlə stüardessa ilə kimsəsiz adaya düşsəniz bilin ki, yanınızda az qala Robinson Cruzoe var və siz etibarlı əllərdəsiniz.
Göyün yeddinci qatında siqaret çəkmək və ya sekslə məşğul olmaq istəyənlər özlərini cənnətdə hiss etməməlidirlər, çünki stüardessalar içəridən bağlanmış qapını lazım gəldikdə bayırdan aça bilirlər.

Keçmiş stüardessa yazır ki, “sizə qızınmaq üçün verilmiş adyalların altında nə işlə məşğul olduğunuzu da görür və eşidirlər. Hətta bütün işıqlar söndürüldükdən sonra da”.
Odur ki, özünüzü yaxşı aparın, “ay xanımlar və cənablar”.

Hər şəhərin ən yaxşı yerlərini onlar tanıyır

Stüardessalar da, pilot və şturmanlar kimi uçuş zamanı ayıq olmalıdırlar. Ona görə də onlara uçuşa 12 saatdan az qalmış spirtli içkilər qəbul etmək qadağan olunub.

STÜARDESSA


Amma stüardessalar sizə getdiyiniz şəhərlərdə yaxşıca əylənməli yerləri nişan verə bilərlər.
Çünki onların özləri də enişdən sonra heyətlə birlikdə ən yaxşı barlarda, istirahət yerlərində olurlar.
Odur ki, yaxşı yeyib-içmək yerlərini stüardessalardan soruşmaq olar.

Stüardessaların hamısı niyə gözəldir?

Yeyib-içmək öz yerində, stüardessalara çəki artırmaq, kökəlmək qadağan edilib.

STÜARDESSA


Buna əməl etməyə məcbursunuz, çünki sizə daha böyük ölçülü uniformanı verməyəcəklər.
Stüardessaların hamısı gözəl görünür. Beth Windsor yazır ki, bunun sirri onlara xüsusi makiaj kursunun keçilməsindədir.
Geyim qaydaları da mövcuddur. Ətək dizdən yuxarı ola bilməz. Kabluklar 6 santimetrdən hündür olmamalıdır. Dodaqlar mütləq
qırmızının müxtəlif çalarlarında boyanmalıdır. Dırnaqların manükürü də öz yerində.



Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

0
Heydər Əliyev Beynəlxalq Aeroportu

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirmişdir. Ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərmişdir. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 1,89 milyon442 min sərnişin daşımışdır.

Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınmışdır.

Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın,  11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşmüşdür.

2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai”, “Aeroflot”,  “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”, “S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olmuşdur. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərmişdir.

2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olmuşdur. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçmuşdur.

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

2017-ci və 2018-ci illərdə hava limanı həmçinin ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür.

Avropada kirayə verilə biləcək bir ölkə var

0
Lixtenşteyn

35 min əhalisi olan və 160 km2 ərazisi olan Lixtenşteyin kiçik bir Avropa ölkəsidir. Lixtenşteynin rəhbərliyi tərəfindən qeyri-adi bir addım atılıb.

Bir neçə sutkalıq kirayə oluna bilən bu ölkə, əsasən zəngin turistlər tərəfindən icarə olunur. Gündə sadəcə 70 min dollar ödəyərək özünüzü real olaraq bir ölkənin monarxı kimi hiss edə bilərsiniz.

Sezarın qətl yeri turistlərə açılacaq

0
Roma

Octavian Augustus’tan bu yana ilk dəfə “Əbədi Şəhər”in qonaqları üçün, tarixən Largo Argentina meydanında baş verən Roma imperatoru Qay Yuli Sezarın öldürülmə yeri turistlərə açılır.

Demək olar, bir əsrdir ki, bu sahəyə giriş bağlanıb. Romada yaşayan yerli sakinlər tərəfindən bəslənən pişik sürüləri buraya gələn qonaqların diqqətini cəlb edir. İndi isə, Roma meri Virciniya Raja 2021-ci ilədək Romanın mərkəzindəki meydanda olan qədim məbədlərin və qədim binaların və xarabalıqların ekskursiyalar üçün restovrasiya ediləcəyi bildirilib. Piyada yolları ilə təchiz olunacağını söylənilib.

Bu işə sponsorluğu tanınmış zinyət əşyalarının brendi olan Bvlgari edəcək. Bu yaxınlarda Bvlgari tarixən məşhur olan “İspan pilləkənləri”nin də restavrasiyasını öz üzərinə götürmüşdü. Buraya gələn turistlər Pompey faciəsindəki daşdan hazırlanmış padşahı görəcəklər. Bu padşah Sezarın 44-ci ildə Brutus Cassius sui-qəsdçiləri tərəfindən öldürülməsini tapşıran şəxsdir.

Rusiyalı turistlərə Bakıya səyahət etmək tövsiyə olundu

0
Bakı

Bayramlara bir həftədən də az vaxt qalıb, uzun həftəsonları başqa şəhər və ölkələrlə tanış olmaq üçün yaxşı “bəhanədir”. 

RİA Novosti” təqdim etdiyi materialda, 8 mart və həftəsonunu keçirmək üçün bir sıra istiqamətlər tövsiyə olunur.

Məqalənin müəllifi, 8 martda Azərbaycanın paytaxtı Bakı baş çəkməyi məsləhət görür.

“Azərbaycanın paytaxtı  eyni vaxtda həm Xəzər dənizinin ən böyük liman şəhəri, həm də Qafqazın ən iri şəhəridir.”

Materialda Azərbaycan paytaxtının gəzməli-görməli yerləri haqda məlumat verilir.

“Burada şəhərin ən qədim məhəlləsi sayılan İçərişəhər, mürəkkəb dizaynlı oyma binalarla və Alov qüllələri – məşəl şəklində olan göydələnlərlə möhtəşəm ahəng yaradır.

Yeri gəlmişkən, Bakıda da, İstanbulda olduğu kimi Qız Qalası var, bundan başqa çoxsaylı saraylar, məscidlər, teatrlar, parklar, sahilyanı bağlar və muzeylərə rast gəlmək olar. Onların arasında unikalları da var: məsələn Azərbaycan xalça muzeyi”.

Məqalədə həmçinin hava şəraitinin Bakıya səyahət üçün əlverişli imkan yaratdığı qeyd olunur:

Sinoptiklər bayram günlərinə Bakıda gözəl bahar havası: müsbət 12-14 dərəcə vəd edir”, – deyə məqalədə qeyd olunur.

Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvləri Bakı toplantısını müzakirə ediblər

0
Bakı toplantısı

Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Assosiativ üzvlərinin İdarə Heyətinin 48-ci iclası keçirilib.

Tədbirdə ölkəmizi Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edib.

İclasın gündəliyinə ÜTT-nin yeni Assosiativ üzvlərinin qəbul qaydalarında dəyişiklik, yeni onlayn platformanın tətbiqinin təqdimatı və təşkilatın İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçiriləcəyi haqqında müzakirələr daxil edilib.

Xatırladaq ki, yanvarın 22-də Madrid şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad NağıyevBMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının bu ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.

Ölkəmiz 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.

Bozcaada nə yemək olar?

0
Bozcaa

Bozcaada harada yemək yeyə bilərsiniz?

Bozcaada, yemək və içmək üçün zəngin bir adadır. Hər zövqə müraciət edən bir yer tapmaq mümkündür. Zövqlərə gəldikdə yer və ya dad üçün ən yaxşısını demək çətindir, ancaq Bozcaada’da bir çox insanlar tərəfindən təsdiq edilmiş və müəyyən zövqlərə üstünlük verən bir çox sevimli yer var. Buna görə Bozcaada’da nə yemək yeyəcəyinizi dəqiqləşdirməlisiniz.

Vahit Place

Vahit Place

Bozcaada tavernası adanın 3 hissəsində yerləşir: mərkəzindəki limanda, Yunanıstan məhəlləsində və Ayazma yolunda. Vahit Place – Ayazma yolunda ən məşhur restoranlardan biridir. Ac olduğunuzda, mütləq buradan dayanmalı və xüsusilə midye və qabıq qabığını sınamalısınız. Həm günortadan sonra, həm də axşam Prairie yolunda zövq ala biləcək başqa bir restoran adanın ən qədim restoranı olan Koreli Restoranıdır. Bozcaada’ya xüsusi isti pot və kağız sardina başlığı altında ən çox sevilən ləzzətlər arasındadır.

Əgər qəlyanaltı  seçsəniz, şəhərin ən məşhur restoranlarından biri olan City Restaurant və ya Boruzan Restaurantı seçə bilərsiniz. Eyni şəkildə, limandakı Yakmaz Restaurant, dəniz məhsulları və meyvə ilə şirinləşdirilmiş profiterol ilə çalışdıqları yerlərdən biridir.

Asmalı Meyhane

Asmalı Meyhane

Ara  küçələrdə yerləşən Asmalı Meyhane və Battı Balıq isə adanın ən yaxşı yerlərindən biridir. Asmalı Meyhane də menyu olaraqsa həm dəyişik Rum mezelerinin yaratdığı dadı dada bilərsiniz. Asmalı’da ‘Aklazarar’, ağrılı Rum əzməsi ‘keriba’, balqabaq çiçəyi dolması və ‘Kekeç’ fərq yaradan məzə yalnız bir neçəsidir. Squid tavasının yanında sprut salatı və qızartması da olduqca dadlıdır. Sualtı balıq da ən azı atleast kimi dadlı və məşhurdur. Soyuq məzələr ‘çiy balıq’, ‘Girit əzməli badımcan’ və ‘zeytinli Ege əzməsi’ olduqca ləzzətlidir. Arıq temperaturda badımcan istəsəniz, ‘Girit tərzi pendir patties’ cəhd edin.

Asude Ada

Asude Ada

Bozcaada’da alternativ sevərlər üçün bir çox kafe var. Adananın mərkəzində yerləşən Asude Adası, səhər yeməyindən zeytun yağı, makaron, ət, balıq, toyuq yeməklərindən hər şey ilə incə bir yerdir. Xüsusilə dünyanın müxtəlif mətbəxləri və Ege reçetelerinin qarışığı ilə hazırlanan yeməklər , mütləq sınaqdan keçiriləcək şeylər arasındadır. Tayyare Pizza həm dekorasiya, həm də dadlı pizzalar ilə olduqca iddialıdır. Xüsusən ada otlarından hazırlanan ‘Ada’ pizzalarını sınayabilərsiniz. Lisa’da kafe, həm də bir gözəl və geniş alternativ menyu olan məkanlardan biridir.