Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib.
Bu barədə Gezmeli.az -Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, əcnəbi işçilərdən birinin üzərinə ağır yük aşıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.
Həkimlər yaralının həyatını xilas ediblər.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
Bu gün Londonda tərkibində yüksək həcmdə duz, şəkər, yağ olan yemək və içkilərin nəqliyyatdakı reklamına qadağa qüvvəyə minib.
Gezmeli.az London nəqliyyat idarəsinin bəyanatına istinadən xəbər verir ki, yeni qanunun təşəbbüskarı olan paytaxt meri Sadiq Xan şəhərdəki məktəblilərin 40 faizində qeydə alınan piylənməyə qarşı mübarizədə sözügedən tədbirin səmərəli ola biləcəyi qənaətinə gəlib.
Bəyanata görə, paytaxt meri yeni qanunun həmçinin böyükləri də daha sağlam qidalanmağa vadar edəcəyinə ümidvardır.
Bununla bağlı bəzi londonlular metrodakı “fast food” reklamı ucbatından “nəfs”lərini cilovlamaqda çətinlik çəktiklərini etiraf ediblər.
Gürcüstanın Rustavi şəhərində “Vətəndaş cəmiyyəti inkişaf və əməkdaşlıq üçün: Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrinin turizm potensialının artırılması” layihəsi çərçivəsində konfrans keçirilib.
Layihə Gürcüstanın KODA İcma Təhsil Mərkəzi tərəfindən Avropa Birliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Layihənin əsas məqsədi Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli bölgələri üzrə beynəlxalq turizm marşrutlarının yaradılması və sərhədyanı bögələrin turizm potensialının təbliğ olunmasıdır.
Layihə çərçivəsində təlimlər və hər iki tərəfin turizm potensialının öyrənilməsi və əlaqələrin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlər həyata keçirilib. Nəticədə Kvemo Kartli və Gəncə-Qazax bölgələri üzrə 2 turizm marşrutu daxil olmaqla, ümumilikdə, 5 marşrut yaradılıb.
Konfransda Kvemo Kartli bölgəsinin qubernator müavinləri – Kaxa Koberidze və Zaur Darğallı, donor təşkilatların nümayəndələri, ekspertlər və iş adamları iştirak ediblər.
K.Koberidze layihənin əhəmiyyətini vurğulayaraq Kvemo Kartli bölgəsinin zəngin turizm potensialı barədə danışıb. O bildirib ki, Azərbaycanla həmsərhəd bölgələrlə birgə əməkdaşlıq sayəsində bölgədə turizm sahəsinin daha da inkişaf etdirilməsinə nail olmaq mümkündür.
Keçən il Formula 1 yarışları ərəfəsində Azərbaycana gələn turistlərin sayında 6-8 faiz artım müşahidə edilib.
Bu barədə Azərbaycan Turizm Bürosunun rəsmisi Bəhruz Əsgərov deyib.
B.Əsgərov qeyd edib ki, cari ildən etibarən Azərbaycan Turizm Bürosu yeni turizm kampaniyasına başlayacaq. Bu baxımdan xüsusi marşrutlar hazırlanacaq: “Belə ki, azarkeşlər adətən yarışla bağlı Bakıda 3-4 gün qalır, onlara regionlarımızı da görmək üçün ümumilikdə 7 günlük turpaketlər təklif olunacaq”.
Azərbaycan Səudiyyə Ərəbistanı ilə birbaşa hava əlaqəsinin təşkilini təklif edib.
Azərbaycanın maliyyə naziri Samir Şərifov bunun səbəbini izah edərkən bildirib ki, Səudiyyə Ərəbistanından ölkəmizə turistlərin axını, əsasən, yay mövsümündə müşahidə edilir. Halbuki Azərbaycanın qış turizm imkanları da olduqca böyükdür.
“2017-ci ildə Səudiyyə Ərəbistanından 33,273 min turist Azərbaycana səfər edib, 2018-ci ildə isə onların sayı artıq 73 minə çatıb. Lakin turistlərin axını yalnız yay mövsümündə müşahidə edilir. Bu səbəbdən mütəmadi birbaşa hava əlaqəsinin təşkilini zəruri hesab edirik. Bu, nəinki turizm, həm də iki ölkə arasında biznes münasibətlərinin inkişafı üçün mühüm olacaq”, – deyə S.Şərifov vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müştərək komissiyanın 5-ci iclası keçirilir.
Komissiyanın həmsədrləri maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərdir.
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin, ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
Müzakirələrin yekunu olaraq Protokolun imzalanması nəzərdə tutulur.
Uçuşlar bir-başa olaraq Azal ilə baqaj daxili olacaq. Go Travel – dan YAY TURU rezervasiya eden hər bir şəxsə Şahdağ Turu HƏDİYYƏ olunacaqdır.
Qiymətə daxildir: 470 USD
?CAMPUSHILL HOTEL (5*) – 470 USD ?ARMA’S PRESTIGE (5*) – 499 USD ?TELATIYE RESORT (5*) – 503 USD ?CLUB PARADISO (5*) – 524 USD ?GRAND RING HOTEL (5*) – 525 USD ?PERRE LA MER HOTEL (5*) – 532 USD ?CALIDO MARIS HOTEL (5*) – 535 USD ?ARMA’S GUL BEACH (5*) – 538 USD ?KAHYA RESORT AQUA & SPA (5*) – 540 USD ?PGS ROSE RESIDENCE HOTEL (5*) – 547 USD ?MERIDIA BEACH HOTEL (5*) – 548 USD ?DAIMA BIZ (5*) – 555 USD ?CONCORDIA CELES HOTEL (5*) – 556 USD ?MAYA WORLD BELEK (5*) – 557 USD ?RAMADA PLAZA (5*) – 565 USD ?AMELIA BEACH RESORT & SPA (5*) – 570 USD ?THE LUMOS DELUXE RESORT (5*) – 570 USD ?GOLD CITY TOURISM COMPLEX (5*) – 572 USD ?XAFIRA DELUXE RESORT & SPA (5*) – 592 USD ?IMPERIAL SUNLAND RESORT (5*) – 601 USD ?GLAMOUR RESORT & SPA (5*) – 602 USD ?EFTALIA VILLAGE (5*) – 608 USD ?PEMAR BEACH RESORT (5*) – 608 USD ?JUSTINIANO DELUXE RESORT (5*) – 616 USD ?CESARS RESORT HOTEL (5*) – 616 USD ?PORTO BELLO HOTEL & SPA (5*) – 618 USD ?PGS KIRIS RESORT (5*) – 625 USD ?HOTEL SIDE SUN BELLA RESORT (5*) – 657 USD ?SENSITIVE PREMIUM RESORT (5*) – 688 USD ?EFTALIA AQUA RESORT (5*) – 696 USD
✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Otel (5 gecə 6 gün) ? – Qidalanma gündə 5 dəfə (All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Hədiyyə (Şahdağ turu)
❓ – Qiymət öyrənmək istəyirsiz? ✅ – Fərqli tarixlər üzrə turlar mümkündür. Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə ödəyə bilərsiniz.
? – May, İyun, İyul, Avqust, Sentyabr ayından başlayan qiymətlərlə ✅ – Qiymət 2 nəfərlik otaqda1 nəfər üçün nəzərdə tutulmuşdur. ❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb
Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng) ? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Rusiyanın “RİA Novosti” xəbər agentliyi oxucularına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə istirahət günlərini Azərbaycanda keçirməyi təklif edir.
Gezmeli.az xəbər verir ki, agentlik oxucularına baharın ilk günlərini bir neçə ölkədə, o cümlədən Azərbaycanda keçirməyi təklif edir. Materialda qeyd olunur ki, Azərbaycan paytaxtı həm Xəzərin ən böyük limanı, həm də Qafqazın ən iri şəhəridir. Burada qədim İçərişəhər müasir binalarla, o cümlədən Alov qüllələri ilə gözəl vəhdət təşkil edir. Agentlik Bakının görməli yerləri siyahısına Qız qalası, saraylar, məscidlər, parklar və xüsusilə də unikal Xalça muzeyini daxil edib.
“RİA Novosti”nin bayram günlərini səmərəli keçirmək üçün rusiyalılara təklif etdiyi ölkələr sırasında Türkiyə, Bolqarıstan, Fransa və başqaları da var.
2018-ci ilin son rübündə Dubayın görməli yerlərinin siyahısına yeni obyektlər əlavə olunub. Qətiyyətlə demək olar ki, hətta ən tələbkar səyahətçilər də bu obyektlərə laqeyd qalmayacaqlar.
Bluewaters adası
Dubayın xəritəsində, böyük coğrafi kəşflər dövründə olduğu kimi, təzə bir ada yaranıb. “Bluewaters Island” adlanan bu adadakı 200 mağaza və restoranlar, Ərəbistan körfəzinə açılan bənzərsiz mənzərələr əsl moda rayonu təşkil edir. 2019-cu ilin əsas yeniliklərindən olan “Ain Dubai” adlı, dünyada ən böyük müşahidə çarxı da bu adada yaradılıb.
Dubay
Dubay Marina akvatoriyasında yerləşən bu ada yaşayış, ticarət, istirahət və əyləncələr zonalarına, habelə otellərə və çimərlik klublarına bölünüb. Bütün bu zonaların mərkəzində ucalan müşahidə çarxının hündürlüyü 210 metrdir. Hündürlüyünə görə rekordçu sayılan bu debütantın fonunda əvvəlki triumfator – Las-Veqasda yerləşən “High Roller” müşahidə çarxı (hündürlüyü 167 metr) çox yaraşıqsız görünür.
Al Seef əyləncə kompleksi
Dubay-Krik sahilində yerləşən, insana ruhi dinclik gətirən Al Seef kompleksi köhnə Dubaydakı ənənəvi ərəb evlərinə və bazarlara oxşar üslubda tikilib. İlk baxışdan insanı heyran edən bu kompleksdə 500-ə yaxın mağaza və dünyanın praktiki olaraq bütün məşhur mətbəxlərinin təamları təklif edilən restoranlar var. Qonaqlar burada asudə vaxtlarını mədəni şəkildə keçirə bilərlər. Məsələn, arzu edənlər İllüziyalar Muzeyinə gedə bilərlər. Bu muzeyin eksponatları gerçək aləmin insan beyni tərəfindən qavranılması ilə bağlı məzəli təsəvvürlərə, optik illüziyalara və digər zehni oyunlara həsr edilib.
Dubay
Dubayın tarixi hissəsində ayaq saxlamaq istəyənlər populyar “Jumeirah” mehmanxana brendinin ən yeni layihəsi olan autentik “Al Seef Hotel by Jumeirah” otelində qala bilərlər. Bu otelin üslubu və ab-havası müsafirləri sanki şəhərin tarixi keçmişinə qaytarır.
Hattada yeni layihələr
Həcər massivinin mərkəzində yerləşən Hatta dağlıq eksklavının sakit və cəlbedici mənzərələri səyahətçiləri çox cəlb edir. Macəra və vəhşi təbiət həvəskarları üçün cəlbedici “Hatta Wadi Hub” buraya gələnlərə dağ velosipedi, kartinq, kamandan oxatma, kanatla dırmaşma, piyada turizm, baydarka sürmək, habelə “insan sapandı” və ziplayn kimi müxtəlif ekstremal idman və istirahət növlərini sınamaq imkanı verir. Əyləncələr mərkəzi sizi həm də “Hatta Drop”a – Asiyada birinci suyatullanma parkına dəvət edəcək. Yaşlılar və uşaqlar Hattada zorbinq (şəffaf şarla enmə) əyləncəsində özlərini sınaya bilərlər. “Hatta Damani Lodges” və “Hatta Sedr Trailers” kurortlarında mənzərəli dağlıq ərazidə təkcə istirahət etmək arzusunda olan səyahətçilərə ekoturizm üçün çox yaxşı imkanlar təklif edilir. “Hatta Damani Lodges” kurortunda qonaqlar idillik dağ mənzərələri fonunda yerləşən kotteclərin üç tipindən birini seçə bilərlər. Hattanın zəngin və rəngarəng ekosistemi sayəsində həmin kotteclərdən müxtəlif marşrutlar üzrə piyada və ya velosipedlə gəzintiyə çıxmaq olar.
Dubay
Yeri gəlmişkən, “Hatta Sedr Trailers” – treylerlərdən düzəldilmiş terraslı rahat nömrələri olan otelin ilk konsepsiyasıdır. Gecələmək üçün “Hatta Campsite” adlı xüsusi kempinqdə qala bilərsiniz. Burada çadır qurmaq və təbiətin qoynunda həyatın ləzzətini duymaq mümkündür. Hattanın heyrətamiz dünyasını tam hiss etmək üçün “Hatta Caravan Park” parkında da yer tuta bilərsiniz.
Palma Cumeyra adasında “The Pointe” kompleksi
Dubay
Ən yeni layihə olan “The Pointe” adlı ticarət, restoran və əyləncə kompleksi “Atlantis, The Palm” otelinin düz qarşısındakı daxili buxtanın sahilində yerləşir. Ərazisinin sahəsi 140 min kvadratmetrdən çox olan bu kompleksdə qonaqları çox maraqlı fəvvarələr şousu, canlı promenad, 80-dən çox restoran və mağaza gözləyir.
Yaşayış bölgələri və bu bölgələrdə ən məşhur 3, 4, 5 ulduzlu Vyana otelləri haqqında ətraflı məlumat; Son Viyana səfərimdə qaldığım təmiz və sərfəli 3 ulduzlu Star Inn Hotel və Wien Schönbrunn otelindən razıyam; Vyanada şəhər nəqliyyatına dair məlumat; Vyana otel qiymətləri və sifariş variantları; Xülasə, Vyana’da harada qalmaq olar?
Vyanada harada qalmaq olar? Qala biləcəyiniz yerlər
Vyana 23 məhəlləyə bölünür.
Region 1, Innere Stadt Vyana mərkəzi hesab olunur. İlçe 9-a qədər olan bütün məhəllələr İçərişəhər ətrafındadır. Vyana şəhər mərkəzindəki otellərdə yerləşdirməyi planlaşdırırsanız, axtarış zamanı bu 9 sahəyə diqqət edin.
Vyana’da qala biləcəyiniz 6 bölgə var. Bunlar:
Tarixi şəhər mərkəzi olan ve District 1 olaraq adlandırılan Innere Stadt;
Mərkəzin güneyində, çox məşhur yapısı ilə bilinən District 4 Wieden;
Tarixi mərkəzin doğusunda, havalimanı qatarının çatma nöqtəsiDistrict 3 Landstrasse;
Muzeylər bölgəsi olaraq adlandırılan District 7 Neubau;
Şəhər mərkəzinin şimalında, Prater Əyləncə Parkı’na yaxın District 2 Leopoldstadt;
District 5 (Margareten), District 6 (Mariahilf) ve District 19 (Döbling) kimi digər bölgələr
1. District 1 (Innere Stadt)
Innere Stadt
1850-ci ilə qədər Vyana yalnız bölgə idi. Hətta 1-ci məhəllə müdafiə divarları ilə əhatə olunmuşdu. Lakin 19-cu əsrdə aparılan abadlıq işləri çərçivəsində bu divarlar məhv edilmişdir. Buna baxmayaraq, tarixiliyini qoruyan və YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan İçəri Şəhər, Vyana’ya gedəcək yerlər siyahısında bir çox yerə ev sahibliyi edir.
Bu ərazidəki ən məşhur otellər
3 ★ Hotel Austria – Wien: Booking.com rating 9.0. St Stefan Katedrali daxil olmaqla məşhur turistik otellər yalnız bir neçə dəqiqəlik məsafədədir.
3 ★ Hotel Kärntnerhof: Booking.com rating 8.9. Vyana Art Nouveau və İtalyan zəriflik qarışığı ilə bəzədilmiş bu otel şəhərin mərkəzində yerləşir.
4 Mercure Wien Zentrum: Booking.com rating 8.4. St Stephen kilsəsindən yalnız 5 dəqiqəlik bir məsafədə yerləşir.
4 ★ Avstriya Trend Hotel Europa Wien: Şəhərin ən məşhur otellərindən biri olan məşhur Kärntnerstraße küçəsində yerləşir.
5 ★ Hotel Sacher Wien: Booking.com reytinqi 9.4 Vyana’da, mərkəzi bir yerdə qalmaq üçün lüks oteldir.
2. District 4 (Wieden)
Wieden, çox mədəni quruluş və canlı gecə həyatı ilə tanınır. Üstəlik, bu sahədə qiymətlər şəhər mərkəzindəki digər yerlərə nisbətən daha ucuzdur.
Wieden
Bu ərazidəki ən məşhur otellər
3 ★ Drei Kronen Otel Wien City: Booking.com rating 8.7. Vyana Dövlət Opera, Muzey Bölgəsi və Nasxmarkt-a yaxın bir yerə malik gözəl bir oteldir.
4 ★ Hotel Kaiserhof Wien: Booking.com rating 9.4 Ringstrasse Bulvarına və Karlsplatz Metro Stansiyasına yaxın bir məşhur oteldir.
4 ★ Otel Erzherzog Rainer: Booking.com 8.8. Dövlət Opera və Karlsplatz Metro Stansiyası yalnız 10 dəqiqəlik məsafədədir.
5 ★ Pakat Suites Otel: Booking.com reytinqi 8.6. Keyfiyyətli və lüks bir yer olan Vyana şəhərində qalmaq istəyənlər üçün tövsiyə edə biləcəyim bir oteldir.
3. District 3 (Landstrasse)
Landstrasse’deki qiymətlər 1-ci bölgəyə nisbətən daha münasibdir. Innere Stadt’ta fəaliyyət göstərən 4 ulduzlu oteldə qala biləcəyiniz qiymətə bu ərazidə 5 ulduzlu oteldə qala bilərsiniz.
Landstrasse
Bu ərazidəki ən məşhur otellər
4 ★ Avstriya Trend Hotel Savoyen Vyana: Vyanada, mərkəzə və nəqliyyat şəbəkəsinə yaxın olmaq istəyənlər üçün ideal bir oteldir.
4 ★ Mercure Grand Hotel Biedermeier Wien: Tarixi şəhər mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşir.
4 Eurostars səfirliyi: Kardinal-Nagl-Platz Metro Stansiyasına rahatlıqla gedə bilərsiniz.
5 ★ Hilton Vyana: Booking.com rating 8.0. Şəhərin ən məşhur 5 ulduzlu otellərindən biri olan Hilton Vienna, Şəhər Parkı və mərkəzi metro stansiyası yanında yerləşir.
4. District 7 (Neubau)
Bölgə 7, gənc əhalinin tez-tez seçim etdiyi bir yerdir. Rəsmi adı Neubau; Bu ərazi sənət qalereyaları, qəhvə mağazaları, yerli xəttlərlə dolu dizayner butikləri və şık restoranları ilə məşhurdur.
Neubau
Bu ərazidəki ən məşhur otellər
4 ★ 25hours Hotel beim Muzeyləri Quartier: Booking.com rating 8.9. Viyana’da, diqqətimi çəkən otellerden biridir. Muzeylərin, alışveriş küçələrinin və toplu taşımacılığa çox yaxın olması ilə seçilir.
4 ★ IntercityHotel Wien: Booking.com reytinqi 8.5. Viyana’nın ən məşhur alışveriş küçəsində Mariahilfer Straße’de yer alan otel, canlı şehir yaşamına yaxın olmaq istəyənlər üçün idealdır.
4 ★ Ruby Marie Otel Vyana: Booking.com reytinqi 8.9. Mariahilfer Straße’nin ve Kaiserstraße’nin ürəyində yer alan bu 4 ulduzlu otel, Köln’teki ideal bir yerdir.
5 ★ Hotel Sans Souci Wien: Vyanada qalmaq istəyən yaxşı və mərkəzi bir yer olsun deyənlərin seçimi ola bilər.
5. District 2 (Leopoldstadt)
Vyana’nın 2 nömrəli yaşayış yeri Innere Stadt və Tuna kanalını bir-birindən ayırır. Tarixi mərkəzə çox yaxın olmasına baxmayaraq, Leopoldstadt otelləri qiymət baxımından daha ucuzdur.
Leopoldstadt
3 ★ MEININGER Otel Wien Downtown Sissi: Qiymətlər 8.4. Schottenring Metro stansiyasına 10 dəqiqəlik bir məsafədədir.
3 ★ Das Capri: Nestroyplatz Metro Stansiyasından bir neçə addımlıqdadır. Das Capri həm iqtisadi qurğu, həm də nəqliyyat üçün əlverişlidir.
4 ★ Novotel Wien City: Booking.com rating 8.0. Ringstrasse bulvarı baxımından Novotel, şəhərin ən məşhur 4 ulduzlu otellerindən biridir.
4 ★ Hotel Stefanie: Booking.com reytinqi 9.1. Stefanie, Viyana’da yaşadığım otellərin ən diqqət çəkən otellərindən biri olan, 400 illik tarixi ilə şəhərin ən qədim otelidir.
5 ★ SO / Vyana: Booking.com reytinqi 9.0. Vyananın panoramik mənzərələr təklif edir və keyfiyyətli yaşayış istəyənlər üçün idealdır.
Digər Bölgələr
3 ★ Ibis Wien Mariahilf: Booking.com rating 8.1. Viyana’da qalmaq istəyənlər üçün ucuz və keyfiyyətli bir yer istəyənlər, Mariahilfer Straße’ye yalnız 500 metr uzaqlıqdakı Ibis Wies’e baxa bilərsiniz.
3 ★ Ibis Styles Wien Şəhər: Booking.com reytinq 8.6. Ibis Styles, Vyana üçün ən yaxşı dəyərli yerlərdən biri, mərkəzdən bir qədər uzaq olan, lakin daha iqtisadi şəraitdə qalmaq istəyənlər tərəfindən seçim edilə bilən bir oteldir.
4 ★ Leonardo Otel Vyana: Booking.com reytinqi 8.2. Mariahilfer Straße alışveriş küçəsindən bir neçə addım uzaqlıqdakı bu təsis, şəhərin ən məşhur otellərindən biridir.
4 ★ Avstriya Trend Hotel Anatol Wien: Vyanada pul üçün ən yaxşı dəyəri olan bu gözəl mülk, məşhur alış-veriş küçəsi Mariahilfer Straße də yerləşir.
Azərbaycanda turizm agentlikləri Milli Parklarla işləməyə maraq göstərmirlər.
Gezmeli.az məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.
H.Əlizadə Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi parkların da sayını açıqlayıb:
“Bu Milli Park Göygöl Milli Parkıdır. Yeni açıldığı bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib. 2017-ci illə müqayisədə, 2018-ci ildə Ağgöl Milli Parkına gedən ziyarətçilərin sayı doqquz, Şahdağ Milli Parkına gedənlərin sayı üç, Hirkan Milli Parkına gedənlərin sayı iki, Abşeron Milli Parkına gedənlərin sayı iki dəfə artıb”.
Hikmət Əlizadə bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli qərarı ilə Milli Parka giriş, yüksək dağlıq ərazilərdə bələdçilik xidməti və peşəkar video və foto çəkilişlər ödənişli əsaslarla olur.