Ev Blog Səhifə 254

Azərbaycanda ekoturizm konsepsiyası hazırlanacaq

0
Ekoturizm

Azərbaycanda qısa müddətdə ekoturizm konsepsiyası hazırlanacaq.

Gezmeli.az-ın məlumatına görə, bunu EkologiyaTəbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, konsepsiya iki ay ərazində hazırlanacaq:

“Azərbaycanda ekoturizm konsepsiyasının hazırlanması istiqamətində xarici ekspertlərlə birlikdə işlər aparılır. Dövlət Turizm Agentliyinin dəvətilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert Milli parklarımızla tanış olub. Apreldə ölkəmizə Çexiyadan ekspert gələcək. O bizə Milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək”. 

Hikmət Əlizadə qeyd edib ki, Azərbaycanda ekoloji turizmə maraq artır:

Ölkəmizdə ekoloji turizmin inkişafı üçün potensial var. Milli parklara giriş iki manatdır. Milli parklarda bəzi xidmətlər pulludur”.

Agentlik: Azərbaycana 200 min çinli turist gələcək

0
turist

Martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Gezmeli.az xəbər verir ki, memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb. 

İmzalanma mərasimində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki Fövqəladə və Səlahiyyətli Səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak ediblər.

Fuad Nağıyevin sözlərinə görə sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir. 

“Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, -deyə Dövlət Turizm Agentliyinin sədri  Fuad  Nağıyev bildirib.

“Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post-Sovet məkanı, həm  Asiya, həm  Avropa, həm Yaxın Şərq daxildir.  Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”, deyə Fuad Nağıyev qeyd edib.

Dövlət Turizm Agentliyinin sədri bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin iki dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır.  

“Biz – turizm sənayesinin təmsilçiləri, cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq”, – Dövlət Turizm Agentliyinin sədri deyib.

Qeyd edək ki, ötən ilin nəticələrinə görə, Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edir. Onların ölkə iqtisadiyyatına ümumi töhfəsi  2 milyard dollara yaxın olub.

? Milan ? Venesiya ? Roma – AVROPA TURU – 999 $-dan başlayan qiymətlər ilə TƏLƏSİN – Go Travel

0
Go Travel


? İyul, Avqust, Sentyabr ayına olan AVROPA turlarının 1 həftəlik qiymətlərini təqdim edirik.
__________________
Qiymətə daxildir.
✈ – Aviabilet (gediş-dönüş) 
? – Tarix (2 – 8 iyul)
? – Otel **** (6 gecə / 7 gün)
? – Qidalanma (səhər yeməyi)
? – Transfer (şəhərlərarası)
? – Səyahət Sığortası
? – Viza dəstəyi
___________________
? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.

ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.

❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 070-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
____________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

“AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

0
Ata Travel

“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır. Şirkət daim daxili turizmlə bağlı yeni yeni istiqamətlərdə müxtəlif turlar təşkil edir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bildirir ki, insanın peşəkar fəaliyyətinin uğurlu olmasında yüksək səviyyədə təşkil edilmiş istirahət böyük əhəmiyyət daşıyır. Daha ətraflı araşdırılması məqsədilə “AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsini elan edir. Biz daxili turizm sahəsində təcrübəyə malik olan gəncləri yazı müsabiqəsində iştirak etməyə dəvət edirik.

Müsabiqənin şərtlərinə görə, “AtaTravel” MMC tərəfindən keçirilən “Daxili turizm” mövzusunda müsabiqədə iştirak etmək başlığı ilə işıqlanan məqalənin linkini info@atatravel.az e-mail ünvanına göndərə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.


Azərbaycanda turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair konsepsiya işlənilir (ÖZƏL)

0
Konsepsiya

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair sənəd üzərində işləyir.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

Sənəd özündə aqroturizmə sərmayələrin cəlb edilməsi konsepsiyasını əks etdirir. Turizmin bu istiqaməti perspektivli və gəlirli hesab edilir. Yaxın illərdə Azərbaycanda turizmin bu növünü xarici turistləri cəlb etməklə populyarlaşdırmağı planlaşdırırıq. Turistlər regionlarda kəndlərə səfər edərək, kənd həyat tərzi sürəcəklər, yerli adətlərlə tanış olacaqlar və, hətta, kənd işlərinə qatılacaqlar“, deyə o bildirib.

Şöbə rəhbəri bildirib ki, turizmin bu sahəsi Avropa ölkələri, xüsusən də İtaliyada geniş tətbiq olunur.

Antalyaya gedən azərbaycanlı turistlərin SAYI açıqlanıb

0
Azərbaycanlı turistlər

2019-cu ilin yanvarında Antalyaya 1000 azərbaycanlı turist səfər edib.

Trend-in məlumatına görə, bu göstəricinin 2018-ci ilin yanvar ayı ilə müqayisədə 39 faiz çox olduğu bildirilir.

Ümumilikdə, yanvar ayı ərzində Antalyaya 135 ölkədən 142,3 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur.

Azərbaycanlıların daha çox səfər etdikləri yerlər arasında Bodrum da ilk sıralardadır. Belə ki, 2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib.

Ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.

Xarici turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb

0
Turist

2018-ci ildə Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1278,4 milyon manat xərcləyib. Bu da 2017-ci illə müqayisədə 256 milyon manat və ya 25 faiz çoxdur.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.

Analitikin sözlərinə görə, 2018-ci il ərzində Azərbaycana 196 ölkədən 2849,6 min turist gəlib. Bu göstərici 2017-ci illə müqayisədə 5,7 faiz çoxdur.

Azərbaycana gələn xarici ölkə vətəndaşlarından 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi BƏƏ, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrdən olub.

Balidə 6 ən gözəl yer

0
Bali

Yay yaxınlaşdıqca bir çox turistlər gəzmək üçün mənzərəli yerlər axtarırlar. Bali’də çox gözəl yerlər vardır ki, bu da ziyarətəüçün çox yararlı hesab olunur. Biz ən yaxşı 6 yeri seçdik və sizi bu yerləri  daha yaxından tanımağa dəvət edirik.

1.Tirtaganga su anbarı (Tirtagangga water palace)

Tirtagangga water palace

Belə ki, Bali’deki 6 ən yaxşı yerlər sırasındakı birinci yeri su bağçası və ya Tirtagangqanın su anbarı tutur. Denpasara təxminən 83 kilometr məsafədə, düyü sahələrinin bir vadisində yerləşən gözəl bir memarlıq abidəsi – Tirtagangga su bağçası var. Adı “Qanqların müqəddəs suları” deməkdir, “Tirta” Balidə “müqəddəs su mənbəyi” və “Qanq” – Hindistanda müqəddəs çayın adından gəlir. Bura çox gözəldir və Bali’dəkiən sevimli yerlərdən biridir.

2.Lempuyan Məbədi (Pura Luhur Lempuyang)

Pura Luhur Lempuyang

İkinci yerdə adanın 6 gözəl məbədindən biri sayılan (Bali kosmogonyasına görə) Lempuyansın müqəddəs məbədidir . Məbəd Karangasem silsiləsində, Agung dağının şimal-şərqində, Belibis təpəsinin (Tears Hill) üstündə yerləşir. Məbədin açıq havalarından atlanaraq Ağun Dağı ətəyində vadinin gözəl görünüşü var. Buranı ziyarət etmək faydalarından, çox gözəl fikir və demək olar ki, tam sayda turistlərin olmaması qeyd edə bilərsiniz.

3.Aqunq dağı (Mount Agung)

Üçüncü yer Bali adasında ən yüksək olan dağ Aqunq tutur. Onun hündürlüyü 3142 metrdir. Aqunq ətraf mühitin iqliminə çox təsir göstərir. Dağın qərb yamacının çox hissəsi yaşıllıqlarla örtüldür, çünki Aqunq öz zirvəsi ilə adanın qərbindən gələn nəmləndirici yağış buludlarını saxlayır.

Mount Agung

Bali xalqı, Aqunqu, Meru dağının oxşarı olduğunu iddia edir. Meru dağı kainatın mərkəzi, tanrıların oturduğu yer hesab edilir.

4.Quşlar və sürünənlər parkı (Bali Bird and Reptile park)

Bali Bird and Reptile park

4-cü yeri Quşlar sürünənlər parkı tutur. 2 hektar sahəsi olan, unikal tropik peyzaja malik olan, 250-dən çox quş növü: kokatu tutuquşusu,Komodo əjdahaları, iquana, ilan, kərtənkələ, 50 növ palma ağacları və s . Bütün canlılara toxunmaq,sığallamaq və şəkil çəkdirmək olar.

5. Ağ qumlu çimərlik (White sand beach)

White sand beach

Beşinci yerdə adanın şərqindəki ağ qum çimərliyi durur.

6.Tanah Lot məbədi (Pura Tanah Lot)

Pura Tanah Lot

Altıncı yerdə Balidə ən çox şəkil çəkdirilən yer olan Tanah Lot məbədidir. Bir mənfi cəhəti vardır ki, çox isti və turistlərlə doludur. Səhər tezdən ziyarət edilməsi məsləhət görülür. Gün batanda da xüsusilə gözəl mənzərə yaranır.








Azərbaycan və Ruminiya arasında turizm əlaqələri müzakirə olunub

0
AZƏRBAYCAN və RUMINİYA

Fevralın 13-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İancu arasında görüş zamanı vurğulanıb.

Görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmiekoturizm üzrə mövcud təcrübəs aparılıb. Azərbaycanda, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb.

Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub. Beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.

2019-cu il əcnəbilərin sayında artım başladı – İNFOQRAFİKA

0
Əcnəbilər

2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib . Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

Bununla bağlı Dövlət Turizm Agentliyi məlumat yayıb.

Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır – bu regionlardan müvafiq olaraq 60,9% 35,4% artım baş verib.

Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan PakistanHindistana, Mərkəzi Asiyadan QazaxıstanTürkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib.