Ev Blog Səhifə 255

AzTA sədri: Ərəb turistləri itirdik

0
Ərəb turistləri

Təəssüf ki, ərəb turistlərin Azərbaycana axını əhəmiyyətli dərəcədə azalıb. Son zamanlar turizmdən gələn gəlirlərin əsas hissəsi onların payına düşür. Hazırda axın azalıb, ümumilikdə götürdükdə ötən illə müqayisədə, bu il hotellərin cəmi 10-20 faizi dolub.

Bunu Media.Az-a verdiyi açıqlamada Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Azərbaycan Respublikasına 143 ölkənin vətəndaşı, daha dəqiq desək, 191,6 min xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib. Turist axınında ən böyük artım may ayında Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə) vətəndaşları arasında müşahidə olunub.

Ancaq Körfəz ölkələrindən olan qonaqların sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə, 13,3 % və ya 28,5 min nəfər azalıb. Avropa ölkələrindən gələnlərin sayı 0,9% artıb, MDB ölkələrindən axın isə 0,2% çoxalıb.

Nahid Bağırovun sözlərinə görə, statistik məlumatlara əsasən, Rusiya vətəndaşları Azərbaycana gələn turistlər arasında birinci yerdədir. Ancaq bir məsələni anlamaq vacibdir ki, onların 95%-i əslən azərbaycanlı olan Rusiya vətəndaşlarıdır. İldə bir neçə dəfə doğma vətənlərinə gəlirlər.

Onları əsl turistlər hesab etmək olmaz. Bizim ölkəyə real turist axını Körfəz ölkələrindən qaynaqlanıb. Biz turizm sahəsində aparılan yanlış siyasətə görə onları itirdik. Digər yandan, Gürcüstana turist axını isə əksinə, daha da artıb”, – deyə Bağırov bildirib  

AzTA rəhbəri hesab edir ki, turizm sahəsi hərtərəfli nəzarət və diqqətli yanaşma tələb edir. Söhbət yalnız marketinq və ya piardan getmir. Bu gün rəqib bazarların sayı-hesabı yoxdur, Azərbaycan rahatlaşsa, hər şey əldən çıxacaq.

“Ərəb turistlər bir çox ölkələr üçün dadlı tikədir. 2016-cı ildən 2018-ci ilin əvvəlinə kimi ölkəmiz inanılmaz nəticələrə nail olub. Körfəz ölkələrindən Azərbaycana nəhəng turist axını müşahidə olunub. Ancaq təəsüflər olsun ki, onu qoruyub-saxlaya bilmədik. Halbuki məhz ərəb turistlər Azərbaycanda daha böyük pullar xərcləyirdi. Avropalılar və MDB ölkələrindən olan turistlər onlar qədər pul xərcləmir”.

Onun sözlərinə görə, bu gün məhz bu istiqamətdə səyləri artırmaq vacibdir, belə ki, hotellər faktiki olaraq boş qalıb:

Mart bayramları ilə əlaqədar İrandan ölkəyə çox sayda turistin gələcəyinə ümid edirdik. Ancaq dolların milli valyuta ilə müqayisədə, məzənnəsinin kəskin şəkildə artdığını nəzərə alsaq, İrandan böyük turist axını gözləməyin mənası yoxdur”.

Bağırovın sözlərinə görə, əvvəllər Bakıda hotel qiymətlərinin çox baha olduğu deyilirdi. Ancaq  bu gün Booking.com-a daxil olmaqla asanlıqla günü 18-25 dollara hotel otaqları axtarıb tapmaq olar. Söhbət hotellərdən gedir, qonaq evləri və ya hostellərdən yox.

Parisdə harada qalmaq olar? Bölgələr və Otel Tövsiyələri

0
Paris

Parisdə dünyanın ən məşhur turistik yerlərindən biri olan yaşayış yerləri barədə ətraflı məlumatlar verib, məsləhətlərimi bölüşəcəyəm.

Yazı boyunca Paris haqqında bir çox araşdırma etdim və şəhərə bir çox dəfə ziyarət etdim; Parisdə qalmaq üçün ən yaxşı yerlər, Parisin şəhər mərkəzlərində olan otelləri əhəmiyyətli mövzularda bilik və təcrübəmizi çatdırmaq üçün çalışacağam. Bu məqaləni oxuduqdan sonra, büdcənizlə daha rahat otel tapacağınıza inanıram.

Tam otellərlə əlaqədar ümumi məlumat versəm mövzu biraz havada qalacaq ona görə ən mühüm turist nöqtələrinə görə dəyərləndirməyə çalışacam.

Şəhərin coğrafi mərkəzi; Le Marais & Louvre Muzeyi,
İqtisadi imkanları ilə seçilən Quarter & Saint Germain Des Pres
Parisin simvolu olan Eyfel Qülləsi,
Şəhərin dünya şöhrətli ticarət küçəsi olan Champs-Elysées,
Nəqliyyat şəbəkəsinin ən əhəmiyyətli nöqtələrindən biri
Gare du Nord,
Zövq ala biləcəyiniz bir yer Zəngin Bastille
Nəqliyyat şəbəkəsinin digər vacib nöqtəsi Gare de Lyon sahəsi,
Unikal atmosferi ilə diqqət çəkən Montmartre (Ressamlar) Tepesi

1. Le Marais & Louvre Muzeyi

Parisin ən rəngli və populyar yerlərindən olan bu hissədə restoranlar, butiklər, müxtəlif mağazalar, meydanlar və s. var. Marais və onun ətrafındakı köhnə yəhudi məskənləri canlı gecə həyatı ilə məşhurdur.

Le Marais & Louvre Muzeyi

Bu bölgədəki ən məşhur oteller:

2 ★ Hôtel de Roubaix: Booking.com reytinqi 8.5. Şəhər mərkəzində, metro stansiyalarına, iqtisadi təsislərə yaxındır

3 ★ Hotel Choiseul Opera: Booking.com reytinqi 8.4. Opera Garnier və Opera Metro stansiyalarına qısa bir gəzinti və Louvre Muzeyinə qısa bir gəzinti.

4 Novotel Paris Les Halles: 0 təhlil Parisdə mənim ən sevimli obyektlərimdən olan bu otel şəhərin mərkəzində yerləşir.

4 ★ Best Western Premier Marais Grands Boulevards: Qiymətlər 8.5. Şəhərin ən yaxşı qiymətinə sahib olan 4ulduzlu mehmanxanalardan biridir.

2. Latin Quarter & Saint Germain Des Pres

Şəhərin bu hissəsində butik mağazalar, yerli bazarlar, sənət qalereyaları və sevimli kafe var. Parisdə qalmaq istəyənlər, bir az daha çox intellektual insanlar olsun deyən insanlar bu sahəni seçə bilərlər.

2. Latin Quarter & Saint Germain Des Pres

Bu bölgədəki ən məşhur oteller:

3 ★ Avropa Saint Severin-Paris Notre Dame: Booking.com reytinqi 8.7. Latin Məhəlləsində məşhur bir otel, Notre Dame Katedralindən yalnız bir neçə dəqiqəlik məsafədədir.

3 ★ Hotel Abbatial St Germain: Booking.com reytinqi 8.3. Gəzinti üçün yerlərdə və metro dayanacaqları gözəl bir 3 ulduzlu oteldir.

3. Eyfel qülləsi və ətrafı

Parisə gedərkən Eyfel bölgəsinə yaxın qalmaq istəyirsinizsə, büdcənizi yüksək tutmalısınız, çünki bu sahədə olan otellər bir az bahadır.

Eyfel qülləsi

Bu bölgədəki ən məşhur oteller:

5 ★ Pullman Paris Tour Eiffel: Qiymətlər 8.5. Eyfel yaxınlığında 5 ulduzlu, keyfiyyətli oteldə qalmaq istəyənlərə tövsiyə edə biləcəyim Parisdə məşhur bir oteldir.

4. Şanzelize

Mənim Parisdə qaldığım yerlərdən Parisdə bir yaşayış yeri kimi təqdim edə biləcəyim başqa bir yerdir. Gəziləcək yerlər deyendə nece ağıla Eyfel gəlirsə alış-veriş ediləcək yer deyendede ağıla Şanzelize gəlir.

Şanzelize

Bu bölgədəki ən məşhur oteller:

3 ★ Elysées Seramik: Booking.com reytinqi 8.4. Məşhur 3 ulduzlu otel, Champs-Elysées-dən yalnız 5 dəqiqəlik məsafədədir.

4 ★ Hôtel Beauchamp: Booking.com reytinqi 8.2. Şəhərin ən məşhur 4 ulduzlu otellerindən biri olan Art Deco stilinin və suitləri ilə diqqətini çəkir.

4 ★ Hôtel California Champs Elysées: Qiymətlər 8.2. Parisdə qalmaq isdəyənlər və çox baha olmasın deyənlər bu otelə baxa bilərsiniz.

5 ★ Hotel du Collectionneur Arc de Triomphe: Qiymətlər 7,9. Şəhərin ən əhəmiyyətli nöqtələrindən birində keyfiyyətli bir yer axtaranlar üçün yaxşı bir seçimdir.

5. Gare du Nord

Parisin ən əhəmiyyətli qatar stansiyalarından olan Gare du Nord, 10-cu məhəllədə yerləşir. Bu qatar stansiyası ilə London, Brüssel və Amsterdam kimi böyük Avropa şəhərlərinə nəqliyyat ilə təmin olunur.

Gare du Nord

Bu bölgədəki ən məşhur oteller:

2★ District République : Rəylər 8.6. Parisdə qalmaq istəyənlər üçün nəqliyyat şəbəkəsinə yaxın və çox bahalı olmayan bir yerdir.

3 ★ Gare Du Nord Süet: Booking.com reytinqi 8.4. Mən Parisə son səfərimdə burda qaldım və bu oteli zəngin nəqliyyat variantları var.

3 ★ Libertel Gare de L’Est Francais: 8.2 qatar stansiyasından yalnız 400 m uzaqlıqdakı bu, modern dekorativ otaqlara malik 3 ulduzlu bir oteldir.

6. Bastille

Fransız İnqilabının ən əhəmiyyətli bölgələrindən biri olan Bastille, 11. bölgəsində yerləşir. Marais şərqində yerləşən bu bölgə yemək və içmədə çox zəngindir.

Bastille

3 ★ Hotel Alhambra: Booking.com reytinqi 8.2. Marais bölgəsindən yalnız 2 dəqiqəlik yürüş, bu mülk Parisdəki ən yaxşı dəyərli otellərdən biridir.

7. Gare de Lyon

Gare de Lyon

Parisin digər əhəmiyyətli bir qatar stansiyası olan Gare de Lyon, 12-ci məhəllədə yerləşir. İctimai nəqliyyat çox rahatdır və bir çox mehmanxana bu ərazidədir.

Bu bölgədəki ən məşhur oteller:

3 ★ Palym: Booking.com reytinqi 8.6. Gare de Lyondan yalnız 2 dəqiqəlik məsafədə yerləşən bu mülk, Parisdə asanlaşdıranlar üçün gözəl bir seçimdir.

3 ★ Hotel Terminus Lyon: Qiymətlər 8.0. Bu əmlak Gare de Lyon qarşısında yerləşir.

4 ★ Novotel Paris Gare De Lyon: Qiymətlər 8.4 Novotelin keyfiyyətinə malik olan bu 4 ulduzlu otel şəhərin ən yaxşı dəyərli yerlərindən biridir.

4 ★ Holiday Inn Paris Gare de Lyon Bastille: Qiymətləndirmə 8.4. Müstəqil araşdırmalara əsasən, Parisin sevimli ərazisində məşhur 4 ulduzlu oteldir.

8. Montmartre (Rəssamlar) Təpəsi

Parisin ən qədim və ən yaşlı məskunlaşmalarından olan Montmartre, həmçinin Rəssamlar Təpəsi adıyla 18-ci ilçədə yerləşir.

Montmartre

Bu bölgədəki ən məşhur oteller:

4 ★ Mercure Paris Montmartre Sacré Coeur: Booking.com rating 8.3. Qonaq qan rəqsi nümayişləri ilə məşhur Moulin Rouge-dən yalnız bir neçə dəqiqəlik uzaqqlıqda, 4 ulduzlu oteldir.

4 ★ Hotel Pulitzer Paris: Booking.com reytinqi 8.5. Bu otel şəhərin ən cəlbedici otellerindən biridir.


Azərbaycana 143 ölkədən 200 minədək əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

0

Yanvarda Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 29,4 faizi Rusiya, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə keçən ay gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz)-dir. Koreya Respublikası (15,2 faiz) vətəndaşları arasında qeydə alınıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olub.

Yanvarda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9 faiz artaraq 5,8 min nəfər olub. MDB ölkələrindən gələnlərin sayı isə 0,2 faiz azalaraq 67,2 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,8 faizi dəmir yolu və avtomobil, 35,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Ötən ay 357 mindən çox Azərbaycan vətəndaşı xarici ölkələrə gedib

Yanvarda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub. Ölkə vətəndaşlarının 35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə gedib. 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olub.

Ay ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz olub. Gürcüstana gedənlərin sayı 2,5 faiz artıb, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz azalıb.

Keçən ay xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,9 faizi dəmir yolu və avtomobil, 17,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ildə baş tutacaq turizm sərgiləri və qeydiyyat

0
Turizm sərgisi

Azərbaycan Turizm Bürosu aşağıda qeyd olunan sərgilərdə iştirak üçün müraciətləri qəbul edir:

FITUR23-27 January, 2019Madrid, Spain
EMITT31 January–3 February, 2019Istanbul, Turkey
IMTM12–13 February, 2019Tel Aviv, Israel
ITB Berlin6–10 March, 2019Berlin, Germany
MITT12–14 March, 2019Moscow, Russia
RIYADH TRAVEL FAIR20–22 March, 2019Riyadh,SA
UITT27–29 March, 2019Kiev, Ukraine
COTTM15–17 April, 2019Beijing, China
KITF24–26 April, 2019Almaty, Kazakhstan
ATM Dubai28 April–1 May, 2019Dubai, UAE
ITB China15–17 May, 2019Shanghai, China
Pakistan Travel Mart2–4 October, 2019Karachi, Pakistan
ITB Asia16–18 October, 2019Singapore
JATA Tourism Expo24–27 October, 2019Tokyo, Japan

“DÜNYA SƏYAHƏT MÜKAFATLARI-2018” – QALİBLƏR

0
“DÜNYA SƏYAHƏT MÜKAFATLARI-2018”

“25-ci Dünya Səyahət Mükafatları” tədbirinin yekun mərasimi Lissabon şəhərində baş tutub. Bütün Dünya ölkələri üzrə, 242 nominasiya arasından Birləşmiş Ərəb Əmirliyinin təmsilçiləri 20-dən çox mükafat əldə edib.

Bölgələr üzrə nominasiyalarda, Azərbaycan 5 mükafatla təltif olunub:

“DÜNYA SƏYAHƏT MÜKAFATLARI-2018”
2018-ci ildə Azərbaycanın aparıcı “boutique” oteliSultan Inn Boutique Hotel
2018-ci ildə Azərbaycanın aparıcı biznes oteliFairmont Baku, Flame Towers
2018-ci ildə Azərbaycanın aparıcı oteliFour Seasons Hotel Baku
2018-ci ildə Azərbaycanın aparıcı yaşayış imkanlı oteliFairmont Baku, Flame Towers
2018-ci ildə Azərbaycanın aparıcı “Suite” oteliKhazar Presidential Suite @ Four Seasons Hotel Baku
“DÜNYA SƏYAHƏT MÜKAFATLARI-2018”

Dünya üzrə əsas nominasiyalar üzrə qaliblərdən bəziləri isə bunlardır:

2018-ci ilin otel şəxsiyyətiRalph Radtke, General Manager, Çırağan Palace Kempinski Istanbul
2018-ci ilin aparıcı hava yolu şirkətiHainan Airlines
2018-ci ilin aparıcı hava yolu şirkəti (Biznes sinfi)Aeroflot – Russian Airlines
2018-ci ilin aparıcı hava yolu şirkəti (Ekonom sinfi)Oman Air
2018-ci ilin aparıcı hava limanıSingapore Changi Airport
2018-ci ilin aparıcı hava limanı oteliHilton London Heathrow Airport, England
2018-ci ilin aparıcı biznes oteliGrosvenor House Dubai, United Arab Emirates
2018-ci ilin aparıcı çimərlik destinasiyasıAndilana Beach Resort, Madagascar
2018-ci ilin aparıcı biznes destinasiyasıHong Kong
2018-ci ilin aparıcı şəhər destinasiyasıLisbon, Portugal
2018-ci ilin aparıcı oteliArmani Hotel Dubai, United Arab Emirates
2018-ci ilin aparıcı yeni hava limanıMuscat International Airport, Oman

Students tourism meetup

0
STUDENTS TOURİSM MEETUP
STUDENTS TOURİSM MEETUP

Öncə də qeyd etdiyimiz kimi,turizm sahəsində ixtisaslaşan tələbələr üçün keçirilən Tourism Students Meetup layihəsi uğurla baş tutmuşdur.

STUDENTS TOURİSM MEETUP

Tədbirdə Raci Əhlimanzadə,Həvva Səfərova,Samir Əliyev,Jalə Ələkbərova və başqaları iştirak etmişdir. Həmin tədbirdən görüntüləri sizə təqdim edirik.

Azərbaycanda rayonların inkişaf planı hazırlanır

0

Azərbaycanda iqtisadi rayonlar üzrə, eləcə də bələdiyyələr səviyyəsində yerli inkişaf planları hazırlanır.Layihə çərçivəsində ilk üç pilot rayonun – Gədəbəy, Daşkəsən və Tovuzun inkişaf planları artıq hazırdır.

Gəncə şəhəri Qazax-Göygöl rayonlarının inkişaf planlarının hazırlanması ilə bağlı birinci mərhələ də yekunlaşıb. Əldə olunan məlumatların üzərində planın ilkin versiyası tərtib edilir. Qarşıda isə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan digər inzibati rayonların inkişaf planlarının hazırlanmasını başa çatdırmaq kimi böyük bir işin icrası dayanır.

Rayon inkişaf planı özündə kəndlərdəki sosial-iqtisadi məsələləri də əks etdirən bələdiyyələrin hazırladıqları yerli inkişaf planlarını da ehtiva edir. Məsələn, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının inkişaf planlarına ümumilikdə 18 bələdiyyənin yerli inkişaf planları inteqrasiya edilib. Qeyd edək ki, bələdiyyələrin yerli inkişaf planları yerli qanunvericiliyə, beynəlxalq təcrübəyə əsaslanır. Ədliyyə Nazirliyi tərəfindən qəbul olunan metodika əsasında hazırlanıb.

İnkişaf planları üzrə işlər iki əsas mərhələyə bölünür. Birinci mərhələdə şəhər və ya rayonun sosial-iqtisadi diaqnostikası aparılır və ikinci mərhələdə əldə olunan nəticələr əsasında inkişaf planı hazırlanır.

Hər iki mərhələdə dövlət qurumları və təşkilatların iştirakı ilə keçirilən silsilə seminarlarda müxtəlif təhlil metodologiyaları əsasında sosial-iqtisadi çətinliklər müəyyən edilir. Problemlərin həlli yolları, bunun üçün lazım olan resurslar, müvafiq qurumların rolu, məsuliyyətləri və əməkdaşlıq imkanları vahid plan formasına salınır.

Hər bir şəhər və ya rayonun sosial -iqtisadi təhlilinin aparılması məqsədilə  xüsusi tədqiqat qrupu formalaşır. Qrupa GİZ-in,  İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Tədqiqatlar İnstitutunun, yerli icra hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları daxildir. Diaqnostik təhlillər üçün baza kimi milli səviyyədə statistika, rayon səviyyəsində statistika, nazirliklərin, beynəlxalq təşkilatların hesabatlarından istifadə edilir. Əldə olunan nəticələr 25-30-a yaxın qurumun iştirakı ilə müzakirə edildikdən sonra hesabata daxil edilir və təsdiq edilməsi üçün yerli icra hakimiyyətinə verilir.

Vurğulamaq yerinə düşər ki, diaqnostik seminarlar hər bir rayonu ayrılıqda daha yaxşı öyrənməyə, onun real inkişaf istiqamətlərini araşdırmağa imkan yaradır. Seminarlarda geniş istifadə olunan  GZİT (Güclü, Zəif, İmkan və Təhlükələr) təhlili əsasında aparılan diaqnostika  zamanı mütəxəssislər hər bir rayonun inkişaf planın hazırlanmasında və həyata keçirilməsində  güclü-zəif tərəflərini və mövcud imkanlarını-təhlükələrini araşdırırlar.

GZİT təhlili əsasında ən azı iki strategiya hazırlanır. Birinci, güclü tərəfimizi necə istifadə edə bilərik ki, imkanlarımızdan tam yararlana bilək və ikinci zəif tərəflərimizi necə aradan qaldıra bilərik ki, imkanlarımızdan istifadəyə mane olmasın. Güclü və zəif tərəflər daxili, imkanlar və təhlükələr isə daha çox xarici faktorlardır. Məsələn, imkan kimi xarici donorları göstərmək olar, amma bizim rayonlarımızda əgər icra hakimiyyətlərinin işçiləri həmin donora ərizə formasını doldura bilmirsə, bu zəif tərəfimizdir və imkanlardan istifadə etməyimizə mane olur.

Problem ağacı

Eyni zamanda seminarlarda “problem ağacı” təhlil aləti vasitəsilə şəhər və rayonda sosial-iqtisadi və ətraf mühitlə bağlı əsas problemlər, onları yaradan səbəblər müəyyən edilir.  

Bundan sonra planlaşdırma başlayır və bu zaman “problem” ağacı “məqsəd” ağacına çevrilir, fəaliyyətlər hazırlanır, məntiqi çərçivə yaradılır, onun büdcəsi və indikatorları tərtib olunur.  

Hazırda GİZ bu planların əsas mərhələlərini işləmək üçün 16 seminar fasilitatorları da yetişdirib. Onların arasında GİZ-in, Tovuz, Qazax, Gədəbəy, Daşkəsən  rayon icra hakimiyyətlərinin əməkdaşları, Azərbaycan Kənd Təsərrüfatı Universitetinin və QHT-lərin nümayəndələri də yer alır.

Qeyd edək ki, şəhər və ya rayon inkişaf planının hazırlanmasında tətbiq olunan  diaqnostik təhlil üsulları İqtisadiyyat Nazirliyi tərəfindən  təsdiqlənmiş  metodologiya əsasında aparılır. Bundan başqa, inkişaf planındakı mərhələlər üzrə atılacaq bütün addımlar hesablanır, işin keyfiyyəti, çəkiləcək xərclərin konkret real büdcələri də açıqlanmaqla alınan nəticələr yekun sənəddə öz əksini tapır. Bu isə imkan verəcək ki, hökumət birbaşa hər bir rayonun, yerli idarə orqanlarının özündən gələn təklifləri dəyərləndirərək, prioritetləri seçə bilsin və büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsinə, birbaşa məqsədə yönəlməsinə, üstəlik hesabatlılığın yüksəlməsinə nail olsun.

Bəs, inkişaf planlarının hazırlanması prosesi necə keçir ?

Fərqli qurumların gördüyü problemlər və təklif etdikləri çıxış yolları nədən ibarətdir? Əmin olun ki, bunu demək yox, iştirakçısı olmaq çox maraqlıdır. Nümunə üçün qeyd edək ki, GİZ-in Gəncə şəhərində keçirdiyi Gəncə şəhərinin inkişaf planı üzrə hazırlıq mərhələsinin əsas hissəsi, şəhərin sosial-iqtisadi diaqnostikası seminarı, üç gün davam etdi.

GİZ Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin regional koordinatoru Fariz Qarayevin sözlərinə görə, birinci mərhələdə Gəncə şəhərinin diaqnostikası aparıldı: burada şəhərə aid sosial-iqtisadi və ətraf mühit məsələləri şəhər icra hakimiyyətinin müvafiq qurumları, şəhərdə yerləşən və fəaliyyət göstərən digər müəssisə və təşkilatların iştirakı ilə müzakirə edildi. Bu mərhələnin yekunu olaraq müxtəlif mənbələrdən və seminar iştirakçılarından əldə edilən məlumatlar əsasında Gəncə şəhərinin sosial-iqtisadi diaqnostik hesabatı hazırlanır. Bu hesabat həm də şəhərin sosial-iqtisadi göstəricilərinin təhlilini özündə əks etdirən etibarlı məlumat mənbəyidir ki, icra hakimiyyəti şəhərin inkişafında bundan müxtəlif məqsədlər üçün istifadə edə bilər.  

Ümumiyyətlə, nəticə etibarilə yekunda iki məhsul alındı: şəhərin  sosial-iqtisadi diaqnostik hesabatı və  şəhərin inkişaf planı. Hər iki sənəd İqtisadiyyat Nazirliyi və Gəncə şəhər icra hakimiyyətləri ilə razılaşdırılır.

F.Qarayevin açıqlamasına görə, İqtisadiyyat Nazirliyi pilot planları təsdiqləyəndən sonra iqtisadi rayonuna daxil olan bütün inzibati şəhər və rayonlar üçün inkişaf planları hazırlanacaq və planların həyata keçirilməsi üçün məsul olan qurumların planın uğurla icrası üçün silsilə təlimlər həyata keçirəcəkdir.   

Bununla yanaşı, Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatı hələ 2014-cü ildə Ədliyyə Nazirliyinin tapşırığına əsasən, yerli inkişaf planlarının hazırlanması üçün metodologiyanı da hazırlayıb. Bu sənəd bələdiyyənin inkişaf planının hazırlanması üçün metodiki vəsait kimi qəbul olunub. Artıq bir neçə ildir ki, bələdiyyələrdə tətbiq olunmağa başlayıb. Nəticədə  43 bələdiyyənin yerli inkişaf planları yazılıb. Bunlardan 32-si kənd, 5-i qəsəbə, 4-ü rayon mərkəzində yerləşən, 2-si isə sırf şəhər bələdiyyəsidir.

Maraqlı bir nüansı da qeyd edək ki, yuxarıda göstərildiyi kimi, hər bir rayonun diaqnostik seminarını azərbaycanlı təlimçilər aparır və onlar müxtəlif qurumlarını təmsil edirlər, əksəriyyəti isə dövlət qulluğundadır. Təlimçilər bu təlimlərdə maraqlı tərəf olduğundan işin keyfiyyətinə nəzarət edən almaniyalı mütəxəssis, GİZ üçün rayon inkişaf planlarının hazırlanmasına rəhbərlik edən Witold Sartorius-dan yerli kadrlarımızla bağlı rəyini aldıq.

Witold Sartorius

“Səmimi deyəcəyəm ki, yerli kadrların səviyyəsi mən düşündüyümdən yaxşıdır. Hiss olunur ki, təkcə mərkəzdə deyil. Artıq regionlarda da işi bacaran işçilərə üstünlük verirlər. Bizim keçirdiyimiz seminarlarda yerli təlimçilərin iştirakı ilə rayonun məsul qurumlarının nümayəndələrinin iştirakı ilə diaqnostik məlumatlar toplanır. İlk növbədə hansı problemləri necə həll etməliyik, bunun üçün plan hazırlanır. Biz heç bir layihəni diaqnostik təhlil aparmadan başlamırıq. Çünki dünyanın hər yerində, dövlətlərin fərqi yoxdur. Pul həmişə çatmır. Buna görə də ilk növbədə vacib olan problemlərin həllini önə keçirmək lazımdır”.

Maraqlı faktlar

Daşkəsəndə rayonun sosial-iqtisadi diaqnostikası zamanı inkişaf hədəfləri arasında turizm, kənd təsərrüfatı, arıçılığın inkişafı üçün imkanlar olduğu vurğulanıb. Eləcə də filiz emalı müəssisəsinin özəlləşdirilməsi nəticəsində əhali üçün xeyli sayda iş yerlərinin yaranacağı vurğulanıb. İnfrastruktur layihələri arasında təhsil və səhiyyə ilə bağlı məsələlər daha çox vurğulanıb.  

Gədəbəydə kənd təsərrüfatı, turizm, arıçılıq ilə yanaşı, yun emalı, mineral suyun qablaşdırılması əsas götürülmüşdür. Filiz mədənlərinin işlənməsi, xüsusən də mərmər sexinin fəaliyyətə salınmasını təklif ediblər.

Gəncə şəhəri isə bildiyimiz kimi, sənaye şəhəri kimi tanınıb. Burada hələ keçmiş sovet vaxtından qalma zavodların işi yenidən bərpa oluna bilər. Eyni zamanda çini qablar, şirniyyat, ədviyyat məhsullarının istehsalı, xalça zavodun işinin bərpa olunması təklif olunub. Bununla yanaşı, Gəncə nəqliyyat dəhlizi, turizm məkanı kimi də böyük imkanlara malikdir. 


Dubay otellərinin tur paket qiymətlərini təqdim edirik – Go travel

0
Dubay

?MAY, İYUN, İYUL, AVQUST, SENTYABR aylarına olan DUBAY turlarının səhər yeməyi daxil 3 gecə 4 gün qiymətlərini təqdim edirik.

?AL KHALEEJ GRAND HOTEL 3* – 529 AZN
?PALM BEACH HOTEL DUBAI 3* – 537 AZN
?MAYFAIR HOTEL 3* – 546 AZN
?IBIS STYLES DUBAI JUMEIRAH HOTEL 3* – 552 AZN
?COMFORT INN HOTEL 3* – 559 AZN 
?LAVENDER HOTEL (EX LORDS HOTEL) 3* – 567 AZN
?WELCOME HOTEL APARTMENTS 1 APT – 572 AZN
?MIDDLE EAST HOTEL 2* – 579 AZN
?LANDMARK PLAZA HOTEL 3* – 587 AZN
?AL JAWHARA METRO HOTEL 2* – 589 AZN 
?CITY SEASONS TOWERS BUR DUBAI 4* – 594 AZN
?IBIS AL RIGGA 3* – 599 AZN
?HUES BOUTIQUE HOTEL 4* – 615 AZN 
?CALIFORNIA HOTEL 3* – 623 AZN
?GOLDEN TULIP NIHAL PALACE HOTEL 4* – 632 AZN 
?CLARIDGE HOTEL 3* – .639 AZN
?ROYALTON HOTEL 2* – 650 AZN
?AL JAWHARA GARDENS HOTEL 4* – 661 AZN
?REGAL PLAZA HOTEL 3* – 669 AZN
?SEA VIEW HOTEL 4* – 673 AZN
?LANDMARK HOTEL 3* – 679 AZN
?ASCOT HOTEL DUBAI 4* – 677 AZN 
?FIRST CENTRAL HOTEL SUITES APT – 682 AZN
?ARABIAN PARK HOTEL 3* – 689 AZN
?HUES BOUTIQUE HOTEL 4* – 696 AZN
?CITY MAX HOTEL BUR DUBAI 3* – 703 AZN
?SUN & SANDS DOWNTOWN HOTEL 3* – 725 AZN
?SAN MARCO HOTEL 2* – 728 AZN
?RAMADA DEIRA DUBAI 4* – 739 AZN
?SUMMIT HOTEL (EX HALLMARK) 4* – 748 AZN
?LANDMARK GRAND HOTEL 4* – 756 AZN
?AL FAREJ HOTEL 3* – 758 AZN
?RAMEE GUESTLINE HOTEL AL RIGGA 2* – 761 AZN
?HOWARD JOHNSON HOTEL 3* – 768 AZN
?SAFFRON BOUTIQUE HOTEL 4* – 773 AZN
?GRANDEUR HOTEL 4* – 785 AZN
?GRAND EXCELSIOR HOTEL DEIRA 4* – 786 AZN
?METROPOLITAN HOTEL DUBAI 4* – 789 AZN
?FORTUNE GRAND HOTEL 4* – 792 AZN
?RAMADA JUMEIRAH HOTEL 4* – 799 AZN
?COSMOPOLITAN HOTEL 4* – 812 AZN
?COPTHORNE HOTEL DUBAI 4* – 820 AZN
?CITY SEASONS TOWERS BUR DUBAI 4* – 825 AZN
?FORTUNE GRAND HOTEL 4* – 836 AZN
?SUN & SANDS DOWNTOWN HOTEL 3* – 847 AZN
?FOUR POINTS BY SHERATON 4* – 867 AZN
?HYATT PLACE DUBAI SQUARE 4* – 870 AZN
?SOMEWHERE HOTEL TECOM – DUBAI 4* – 884 AZN

Qiymətə daxildir.
 – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (3 gecə / 4 gün)
? – Qidalanma (səhər yeməyi)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Fərqli tarixlər üzrə turlar mümkündür. Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə ödəyə bilərsiniz.

❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
___________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp + Zəng)
?+994 55 664 60 30 (WhatsApp + Zəng)
?+994 70 664 60 30 (WhatsApp + Zəng)

? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı

Halal otel nədir?

0
Halal otel

Azərbaycanda halal standartı ilə fəaliyyət göstərən hotellərin sayının çoxalması yeni inşa edilən hotellərin sayının artması nəticəsində mümkün ola bilər.

Gezmeli.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Hazırda Azərbaycanda olduqca az sayda hoteldə halal standartlarının tətbiq edildiyini deyən M.Ağakərimov qeyd edib ki, halal standartı ilə fəaliyyət göstərən hotellərdə qadınlar və kişilər üçün ayrıca hovuz, namaz otağı olmalı, alkoqollu içkilər olmamalı, verilən yeməklər halal standartı ilə istehsal edilən məhsullardan hazırlanmalıdır: “Gələcəkdə yeni hotellər inşa olunanda bəzi sahibkarlar öz yerləşdirmə obyektlərini halal standartları əsasında qura bilərlər. Hazırkı hotellərin bu tipdə qurulması üçün isə sahibkarlara əlavə sərmayə lazımdır. Ona görə də bu standartları həyata keçirmək o qədər də asan məsələ deyil”.

M.Ağakərimov deyib ki, Azərbaycanda hotellərdə halal standartlarının tətbiqi islam ölkələrindən ölkəmizə gələn turistlərin axını ilə əlaqədardır.

Onun sözlərinə görə, halal standartlarının tətbiqi məcburi deyil. “Əgər hər hansı hotel öz fəaliyyətini bu standartlar əsasında qurmaq istəyirsə, bunu edə bilər. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası bu sahədə hotellərə kömək edə bilər”.

Qeyd edək ki, Azərbaycanda bu il qəbul edilən “Turizm ekskursiya xidmətləri Halal idarəetmə sistemidir. Mehmanxanalar” standartının tətbiqində məqsəd ölkəmizə müsəlman dövlətlərindən gələn turistlərin sayını artırmaqdır. Bu standartlar halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün “Halal idarəetmə sistemi”ni əhatə edir.

Standartlarda müsəlman turistləri cəlb etmək məqsədilə, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur. Yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir.

Venesiyaya gedən turistlər üçün vacib xəbər

0
Venesiya

Venesiya şəhər rəhbərliyi turistlərlə bağlı yeni qərar qəbul edib.

Gezmeli.az yerli mediaya istinadən xəbər verir ki, şəhərə birgünlük səfər edən turistlər rüsum ödəməli olacaqlar.

Venesiya meri Luici Bruqnaro bildirib ki, qeyri-mövsümi vaxtlarda şəhərə girişin ödənişi iki avro, turizm mövsümündə  isə 10 avro olacaq.

Toplanacaq vəsait Venesiyada abadlıq işlərinə sərf olunacaq.