Ev Blog Səhifə 256

Avropa birliyi ölkələrinə vizasız səfər mümkün olacaqmı

0
viza

Azərbaycan və Avropa Birliyi (AB) arasında tərəflərin bərabərhüquqlu və qarşılıqlı şəkildə faydalı əməkdaşlığına əsaslanan dialoq uzun müddətdir aparılır.

Gezmeli.az xəbər verir ki, bu fikirləri “RİA Novosti” agentliyinə müshaibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

Onun sözlərinə görə, ötən günlərdə Brüsseldə Avropa Birliyi liderləri ilə keçirilən təmaslar belə yanaşmanın düzgünlüyünü və əsasını göstərir. 

Proses doğru istiqamətdə inkişaf edir və bu, iki böyük tərəfdaş olan Azərbaycan və Avropa Birliyini “böyük sazişə” doğru aparır”.

Bakı ilə Avropa Birliyi ölkələri arasında vizasız rejimin tətbiqinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Məmmədyarov deyib ki, Azərbaycan artıq AB ilə sadələşdirilmiş viza verilməsi mexanizminə malikdir:

“Bu sahədə qarşılıqlı fəaliyyət uğurla inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək bir səviyyəyə çatacaq”.

Türk dövlətləri vahid viza tətbiq edə bilər

0
Viza

Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstanı turistlər üçün nəzərdə tutan “İpək yolu” vizasına qoşulmağa çağırıb.

Gezmeli.az xəbər verir ki, bununla bağlı “Kazinform” nəşri məlumat yayıb. 

Bu rejim İpək yolundan istifadə edən əcnəbi turistlərin Qazaxıstan-Özbəkistan sərhədini rahat keçməsinə imkan verəcək.

Məlumatlara görə, Qazaxıstan və Özbəkistan məsələ ilə bağlı razılığa gəliblər. 

Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multiviza rejiminin “Müasir İpək yolu” layihəsi çərçivəsində həyata keçirilməsi gözlənilir. Hazırda Türk Şurasına daxil olan ölkələr bu məsələ ilə bağlı işləri davam etdirir. 

Sözdən işə keçməliyik, sentyabrın 3-də Qırğızıstanda keçirilməsi planlaşdırılan Türk Şurasının dövlət başçılarının sammitinə turizm üzrə keyfiyyətli həll hazırlamalıyıq”, – Qazaxıstanın idman və mədəniyyət naziri Arıstanbek Muhammediuli deyib.

Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq

0
Rusiyadan Azərbaycana turist axını

Moskvada keçirilən “Azərbaycan: istirahət və biznes turizmi” seminarı çərçivəsində ölkəmizin “Yenidən fərqli baxışla bax” turizm brendinin təqdimatı olub.

Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkil etdiyi tədbirdə ölkəmizin 30 turizm şirkəti iştirak edib. Onlar 200-dən çox yerli turizm şirkəti ilə görüşlər keçirib, əməkdaşlıq əlaqələrini müzakirə edib.

Rusiyadan Azərbaycana turist axını

Bəhruz Əsgərov

Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. Rusiya hazırda Azərbaycan turizmi üçün əhəmiyyətli ölkələrdən biridir. Azərbaycan Turizm Bürosunun Rusiya nümayəndəliyi yaxın vaxtlarda bu ölkənin böyük şəhərlərində, o cümlədən Moskvada, Sankt-Peterburqda və digər regionlarda respublikamızın turizm imkanlarının təqdimatını keçirməyi planlaşdırır.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt təqdimat mərasimində çıxış edib. Azərbaycan Rusiya turistləri üçün ən populyar istiqamətlərdən biridir. O, Azərbaycan və Rusiyanın bir çox şəhərləri arasında birbaşa aviareyslərin açılmasını, dil məhdudiyyətinin olmamasından danışıb. Vizasız gəliş-gedişin mümkünlüyünü iki ölkə arasında turizmin inkişafı üçün mühüm amillər kimi diqqətə çatdırıb. F.Zenqstşmidt deyib: “Mən Azərbaycanla tanışlığımın tarixçəsini danışmaq istərdim. Moskvada işlədiyim dövrdə, 2003-cü ildə ilk dəfə Azərbaycana gəldim. Əməkdaşlarımı bu səfərdə məni müşayiət etməyə çağıranda, heç kimi bu səfərə həvəs göstərmədi.Onlar düşünürdülər ki, Azərbaycan keçmiş sovet respublikasıdır və burada maraqlı heç nə ola bilməz. Nəticədə o zaman mənimlə Bakıya gələn dostlarım indi mütəmadi olaraq Azərbaycanda istirahət edirlər. Əlbəttə bu, 16 il əvvəl baş vermişdi. Bu dövr ərzində Azərbaycan çox dəyişib, daha da gözəlləşib”. O qeyd edib ki, 2018-ci ildə Rusiyadan Azərbaycana təxminən 900 min rusiyalı turist gəlib. Bu da 2017-ci illə müqayisədə 5 faiz çoxdur. Turizm bürosunun rəhbəri Bakıda keçiriləcək Formula 1 Qran-pri yarışlarının və UEFA Avropa Liqasının final oyunun rusiyalı turistlər üçün maraqlı olacağını da vurğulayıb.

Rusiyadan Azərbaycana turist axını

Kseniya Kiriçenkonu

Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəsi Kseniya Kiriçenkonun sözlərinə görə, yaxın beş ildə Rusiyadan Azərbaycana turist axınını iki dəfə artırmaq nəzərdə tutulub.

“Bugünkü tədbirdən məqsədimiz rusiyalı turistlərə Azərbaycanın tarixi, müasir həyatı, mədəniyyəti, mətbəxi, turizm imkanları barədə məlumat verməkdir. Azərbaycanın 9 iqlim qurşağının olması turistlərə həm qarlı dağlarda xizək sürmək, həm də narın qumlu çimərliklərdə dincəlmək, maraqlı festivallarda, idman tədbirlərində iştirak etmək imkanı verir. Mən hamıya bu ölkəni bir daha kəşf etməyi arzu edirəm”, – deyə K.Kiriçenko söyləyib.

Rusiyadan Azərbaycana turist axını

Alla Karasyuk

Moskvanın “Zima-tur” agentliyinin xarici əlaqələr üzrə direktoru Alla Karasyuk şirkətin artıq 15 ildir Azərbaycana turların satışı ilə məşğul olduğunu qeyd edərək deyib ki, rusiyalılar Azərbaycanın termal kurortları, sanatoriyaları və müalicə ocaqları ilə maraqlanırlar. Rusiyalı turizm mütəxəssisi Azərbaycan tərəfinin turizm bazarına çıxardığı konferens-paketlərin çeşidinin artırmasını da təklif edib.

Region hotelləri ilə əlaqə genişləndirilir

0

Azərbaycan Hotel Assosiasiyası ilə region hotelləri arasında əməkdaşlıq və davamlı əlaqənin təməlini qoymaq əsas məsələlərdən biridir. Gələcəkdəki fəaliyyətlərdə region hotellərində xidmət keyfiyyətini artırmaq üçün ilkin planlaşdırmalar aparılıb.

Prosesin gedişatı Azərbaycan Hotel Assosiasiyasının (AHA) nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində müzakirə olunub.

AHA-nın nümayəndələri fevralın 20-də Qubada Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda, fevralın 21-də Qəbələdə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçay da, fevralın 23-də Gəncə, Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa ərazisindəki hotellərdə, habelə fevralın 24-də isə Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, İmişlidə yerləşən hotellərin nümayəndələri ilə görüşlər keçiriblər.

Görüşlərdə assosiasiyanın əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Hotel nümayəndələrinin fikirləri dinlənilib. Qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb.

Səfərlər çərçivəsində bölgələrin turizm imicini formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən bir sıra təşkilatlar olub. QubaŞəki üzrə Destinasiya Menecmenti təşkilatlarının da təqdimatı olub.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.

Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur

0
Summer Tour Russia

Rusiya bazarının ən məşhur turizm agentlikləri şəbəkələrindən birinin nümayəndələri ölkənin turizm imkanları ilə tanış olmaq və onların Rusiya bazarında gələcək təşviqi məqsədilə Azərbaycanda səfərdədir.

Summer Tour Russia

Səfər Rusiyanın məşhur tur operatoru “Summer Tour Russia” tərəfindən Azərbaycan Dövlət Turizm Agentliyi, Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL), həmçinin, ölkəmizin aparıcı tur operatorları “Silk Way Travel” və “Pasha Travel”ın dəstəyi ilə təşkil olunub.

Proqramın birinci mərhələsi çərçivəsində “Сеть Магазинов Горящих Путевок” aparıcı turizm şirkətinin baş direktoru Serqey Aqafonovun başçılıq etdiyi, şirkətin 40-dan çox əməkdaşından ibarət nümayəndə heyəti Bakıdadır.  

Summer Tour Russia

Qonaqlar Azərbaycanın turistik və logistik imkanlarının təqdim olunduğu konfransda iştirak edib. Həmçinin, ölkənin tarixi və memarlıq yerləri ilə tanış olaraq Azərbaycanın turizm potensialını yerində görmək və qiymətləndirmək imkanı əldə ediblər.

Qeyd edək ki, “Сеть Магазинов Горящих Путевок” Rusiyanın iri turizm agentlikləri şəbəkəsidir. Ölkənin müxtəlif bölgələrində 400-dən çox ofisə malikdir.

Сеть Магазинов Горящих Путевок” şirkəti Rusiyanın turizm bazarında Azərbaycanı aktiv şəkildə təbliğ etməkdə maraqlı olduğunu bildirib.

Summer Tour Russia

Ümumi proqram çərçivəsində mart və aprel aylarında bütün Rusiyanın aparıcı turizm agentliklərinin daha bir neçə qrupunun ölkəmizə səfəri planlaşdırır.


Rusiyada ən sərfəli sanatoriyaların qiymətlərini təqdim edirik – Go Travel

0
Sanatoriya

‼YESENTUKİ
«Целебный ключ» sanatoriyası – 50 AZN
«Виктория» sanatoriyası – 62 AZN 
«Надежда» sanatoriyası – 66 AZN
«Украина» sanatoriyası – 75 AZN
«Им. Анджиевского» sanatoriyası – 78 AZN
«Центросоюза РФ» sanatoriyası – 86 AZN
«Жемчужина Кавказа» sanatoriyası – 90 AZN
«Им. Павлова» sanatoriyası – 90 AZN
«Им. Сеченова» sanatoriyası – 93 AZN
«Нива» sanatoriyası – 95 AZN
«Воронеж» sanatoriyası – 100 AZN
«Металлург» sanatoriyası – 106 AZN
«PLAZA Essentuki» pansionat – 106 AZN
«Им. М.И. Калинина» sanatoriyası – 108 AZN
«Шахтер» sanatoriyası – 111 AZN
«Россия» sanatoriyası – 115 AZN
«Казахстан» sanatoriyası – 135 AZN
«Источник» sanatoriyası – 141 AZN
«Русь» sanatoriyası – 150 AZN
«Истокъ» sanatoriyası – 180 AZN
—————————–
‼KİSLOVODSK
«Парк Отель» sanatoriyası – 50 AZN
«Им. Димитрова» sanatoriyası – 70 AZN
«Москва» sanatoriyası – 75 AZN 
«Нарзан» sanatoriyası – 75 AZN 
«Им. Семашко» sanatoriyası – 75 AZN
«Узбекистон» sanatoriyası – 75 AZN
«Им. Кирова» sanatoriyası – 80 AZN
«Пикет» sanatoriyası – 80 AZN
«Им. Горького» sanatoriyası – 85 AZN
«Им. Орджоникидзе» sanatoriyası – 90 AZN
«Кавказ» sanatoriyası – 90 AZN
«Колос» sanatoriyası – 90 AZN
«Радуга» sanatoriyası – 90 AZN
«БЕЛАЯ ДАЧА» sanatoriyası – 110 AZN
«Родник» sanatoriyası – 115 AZN
«Крепость» sanatoriyası – 115 AZN
«МЧС» sanatoriyası – 115 AZN
«Виктория» sanatoriyası – 120 AZN
«Кругозор» sanatoriyası – 120 AZN

——————————–
‼JELEZNAVODSK
«Долина Нарзанов» sanatoriyası – 51 AZN
«Геолог Казахстана» sanatoriyası – 57 AZN
«Дубрава» sanatoriyası – 62 AZN
«Минеральные Воды» sanatoriyası – 63 AZN
«Им. Тельмана» sanatoriyası – 71 AZN
«Эльбрус» sanatoriyası – 72 AZN
«Здоровье» sanatoriyası – 73 AZN
«Им. 30-летия Победы» sanatoriyası – 84 AZN 
«Бештау» sanatoriyası – 84 AZN
«Русь» sanatoriyası – 86 AZN
«Им. Кирова sanatoriyası – 87 AZN
«Лесной» sanatoriyası – 111 AZN
«Славяновский Исток» sanatoriyası – 112 AZN 
«Горный воздух» sanatoriyası – 117 AZN
«Буковая роща» sanatoriyası – 120 AZN

———————————
‼PYATİQORSK
«Искра» sanatoriyası– 40 AZN
«Им. Лермонтова» sanatoriyası – 70 AZN
«Машук» otel – 75 AZN
«Лесная Поляна» sanatoriyası – 80 AZN
«Зори Ставрополья» sanatoriyası – 85 AZN
«Машук» sanatoriyası – 85 AZN
«Горячий ключ» sanatoriyası – 85 AZN
«Тарханы» sanatoriyası – 90 AZN
«Галерея Палас» sanatoriyası – 90 AZN
«Родник» sanatoriyası – 90 AZN
«Им. Кирова» sanatoriyası – 90 AZN
«Пятигорский Нарзан» sanatoriyası – 140 AZN
__________________________________________

?Qiymətə daxildir – 1 nəfər üçün 1 gecəlik sanatoriyada qalmaq, gündə 3 dəfə qidalanmaq,müayinə və müalicə.
______________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Türkiyə “ALL İNCLUSİVE”dən imtina edir

0
All inclusive

Türkiyə otelləri “all inclusive” (hər şey daxil) sistemindən imtina edə bilər.

Gezmeli.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, turizmin yeni inkişaf strategiyasına əsasən, Türkiyə səfər zamanı 1 min dollardan az olmamaq şərti ilə pul xərcləməyə hazır olan turistlərin gəlişində maraqlıdır. 

Bu yaxınlarda Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Ersoy bəyan edib. Turist sayının artımı daha Türkiyəni maraqlandırmır. Əsas məqsəd turizmdən gəlirlərin artırılmasıdır.

Ersoy düşünür ki, bunu otellərdə dincələn turistlərin hesabına etmək lazım deyil. Ölkə boyu səfər edən, yerli təamlardan dadan və yaxud müalicəyə gələn turistlərin hesabına əldə etmək mümkündür. 

Hədəf üç mindir: Ekstremal Azərbaycandan keçəcək

0
Vladimir Çernikov

Krasnoyarskdan olan Vladimir Çernikov “Fars koridoru” adlı beynəlxalq ekspedisiyaya yollanmağa hazırlaşır. 

Gezmeli.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, təklikdə velosipedlə üç min kilometrə yaxın yol qət etmək niyyətindədir. 

Onun marşrutu İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Osetiya Rusiyadan keçəcək. Marşrutun başlanğıcı Abadan, sonu isə Vladiqafqaz olacaq. 

Vladimirin sözlərinə görə, tək getməkdən qorxmur:

Mən hətta atışmadan belə qorxmuram”.

Çernikovun əsas “yoldaşı” dağ velosipedi olacaq. O, özü ilə çadır, yataq kisəsi və paltar götürəcək. Ötən il Çernikov Çinin Sintzan-Uyğur rayonunda yerləşən Avrasiyada ən keçilməz yer sayılan ərazini dəf edən ilk şəxs olub.  

Sosial şəbəkə istifadəçilərinin bir çoxları Vladimirin bu marşrutu gedə biləcəyinə inanmır. Ona bunun mümkünsüzlüyünü bildiriblər. 

Ağac kökü ilə əhatələnən 400 yaşlı məbəd

0
Vot Senq Kratay

Taylandda Anq Zonq şəhərinin yaxınlığında meşənin içində 400 illik tarixə malik Vot Senq Kratay adlı məbəd yerləşir.

Vot Senq Kratay

Gezmeli.az xəbər verir ki, paytaxt Banqkokdan 100 kilometr uzaqlıqda yerləşən məbəddən artıq yüz ildir istifafə olunmur.

Vot Senq Kratay

Yenidən istifadəyə verilən məbəd turistlərin sevdiyi məkanlardan birinə çevrilib.

Vot Senq Kratay

Ağac köklərinin yayıldığı məbəd təmirdən sonra fərqli bir görünüşlə insanların qarşısına çıxır.

Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub

0
Turizm

2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işləri intensivləşdiriləcək. İnanırıq ki, rusiyalı turistlər Azərbaycana hər dəfə gəldikdə yeni fərqliliklər kəşf edəcəklər.

Bu barədə fevralın 22-də Rusiyanın Moskva şəhərində keçirilən “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar”da Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Tədbirdə Rusiya bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim olunub və mətbuat konfransı keçirilib. Ölkəmizin yalnız istirahət turizmi bölgəsi kimi deyil, o cümlədən işgüzar turizm məkanı kimi də diqqət cəlb etməsi faktı qeyd olunub.

20-dək yerli turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, razılaşmalar əldə olunub.

Turizm

Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva şəhərində rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir.

2018-ci il üzrə Rusiya ölkə turizminin səyahətçi sayına görə ən böyük payına malik olmaqla (31 faiz) Azərbaycan turizm bazarına liderlik edir. Belə ki, 2018-ci ildə Azərbaycana gələn Rusiyalı qonaqlarının sayı 878 min nəfər olmaqla 2017-ci ilə nisbətdə 3 faiz artıb. Azərbaycan Hotel Assosiasiyası 20-24 fevralda regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcək.