Litvanın www.15min.lt portalında dünyanın ən maraqlı paytaxt şəhərləri haqqında məlumat yerləşdirilib.
Portalda paytaxt Bakı dünyanın dəniz səviyyəsindən aşağıda yerləşən tək və unikal şəhəri olaraq qeyd olunub.
Məlumatda vurğulanır ki, Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Xəzərin “dəniz səviyyəsindən aşağı dəniz” adlandırıldığı məqalədə onun əslində göl olması da diqqətə çatdırılır. Burada Azərbaycanın ən yüksək nöqtəsi – Bazardüzü zirvəsi barədə də qısa məlumat verilib.
Məlumat üçün bildirək ki, dünyanın ən hündür paytaxtı Boliviyanın La-Paz şəhəridir. O, dəniz səviyyəsindən 3,64 km hündürlükdə yerləşir.
Azərbaycan MDB məkanında ekskursiya turizminin üç ən yaxşı istiqamətindən biri sayılıb.
“TurStat” analitika agentliyi Rusiya turistlərinin ekskursiya turları, istirahəti və səyahətləri üçün MDB ölkələrinin ən yaxşı ekskursiya istiqamətlərinin reytinqini tərtib edib.
Ekskursiya turizmi bələdçilərin müşayiəti ilə mədəni-maarifləndirici turları və ekskursiyaları nəzərdə tutur. “TurStat”ın məlumatına görə, MDB ölkələrində ekskursiya turizmi bir il ərzində 3 milyondan çox ekskursiya səfərini və turunu əhatə edir.
MDB-də ekskursiya istirahəti üçün üç ən yaxşı istiqamət Belarus, Qazaxıstan və Azərbaycandır.
Reytinq ekskursiya turları və internet-sorğu bazarının tədqiqi nəticəsində əldə olunan məlumat əsasında tərtib edilib.
“TurStat”ın məlumatına görə, MDB ölkələrinə 7 günlük ekskursiya turu, orta hesabla, 500-1000 dollara başa gəlir.
Muzeyləri, kilsələri, sarayları, sulu yaşıl parkları və gecə həyatı ilə London səyahətçilərini qarşılayır . Bu gün Parlament Palatası, Victoria Gothic stil Westminster Sarayı və Big Ben ən çox gəzilən yerlərdən hesab olunur.
Westminster Saray
Ölkənin son dərəcə zəngin, estetik baxımdan zərif bir tarixi olduğu üçün turistik səfərlərin ən əhəmiyyətli yerlərindən Westminster Sarayıdır.
Bu yazıda, Westminster sarayı və sarayının bir hissəsi olan Big Ben haqqında daha ətraflı məlumat verəcəm. Beləliklə, London turunuzda bu yerlərə baş çəkəndə nə görə bilərsiniz və yaxud nə kimi hadisələr başınıza gələ bilər onlar haqqında danışacam.
Qısaca Westminster Sarayı və Big Benin Tarixi
Westminster sarayının tarixi 8-ci əsrdə Sankt Peterə həsr olunmuş bir kilsə tikintisindən başlayır. Burada, Sankt Peterə həsr olunmuş kilsə Şərqi Minster kimi təsvir edilir, bu yeni quruluş West minster adlanıb sonra isə Westminsterə çevrilib.
Westminster sarayı
Westminster Sarayı ilk növbədə kral sarayı idi və parlamentin binası XIII əsrə əsaslanırdı və bu dəyişikliyin arxasında VIII. Henri var idi. 1834-cü ildə böyük atəş Westminster Sarayı tarixində son dərəcə böyük hadisə idi. Bu yanğından sonra Sir Charles Barry-in memarı böyük bir hissədə məhv edilmiş sarayın bərpası üçün çalışdı və bu gün gördüyümüz bu gözəl tarixi işi yaratdı.
Big Benin, əslində adı 1859-cu ildə Elizabeth Tower adlandırılmışdır. 106 metr yüksəklikdəki qüllə, dünyanın ən məşhur saat qülləsi hesab olunur. Big Benin, 14 tonluq üst hissəsindəki zəng hər saat çalır. Qüllədəki saat ölkənin ən böyük saatlarından biridir və 1859-cu ildən etibarən heç xarab olmadan fəaliyyət göstərir.
Westminster Sarayı və Big Ben hissələri
Lordlarından ibarət olan təbəqə isə Westminster Sarayından ölkənin siyasətini təşkil edir və idarə edir. Bu, əlbəttə ki, sarayın tarixi dəyərinə müasir bir əhəmiyyət verir. Westminster Sarayında və Big Ben saat qülləsində bir turist olaraq görməyinizi tövsiyə edəcəyim yerləri təqdim edirəm.
Elizabeth Tower ve Big Ben
Elizabeth Tower
1859-cu ildə tikilən Elizabeth Tower Westminster sarayının şimalında yerləşir və adətən turist səfərlərinə açıqdır. Qüllənin dörd tərəfindəki nəhəng saat, hər saatda 14 tonluq zəngin tam səsi, binanın tarixi əhəmiyyəti onu İngiltərənin simvolik strukturlarından birinə çevirir.
Victoria Tower
Victoria Tower
100 metr yüksəklikdəki Victoria Tower, Wesminister Sarayını bəzəyən başqa bir qüllədir. Zamanında Westminster Sarayına kraliça avtomobilinin girişi üçün yaradılan keçidlər Kraliçanın avtomobilini keçirmək üçün kifayət qədər böyükdür. Parlamentin açılması zamanı bu ənənə hələ də davam edir, baxmayaraq ki, Victoria Qülləsi indi Parlament arxivləri üçün yeri kimi xidmət edir.
Avam Kamarası
Avam Kamarası
Avam Kamarası, böyük sarayda xəyal edə biləcəyinizdən daha kiçik bir sahəyə malikdir. Millət vəkilləri müxtəlif mövzularda iclasları burada təşkil edərlər. Avam Kamarası, ziyarətçilərini sadəliyi ilə də təsirləndirir.
Westminister Hall
Westminister Hall
Westminster Sarayı, zəlzələ olmasına və yanğına baxmayaraq sağ qalan orijinal strukturun tək qalan hissəsidir. Burada ən təəccüblü detallar vardır. Avropanın ən gözəl antik sənət əsəridir. Richard heykəlləri və King Desk-də göz oxşayan yerlər siyahısındadır.
Westminster Sarayı və Big Ben-də Giriş qiymətləri
Təəssüf ki Big Ben bu məqaləni yazdığım tarixdə bərpa olunduğu üçün ziyarətə açıq deyil və 2021-ci ildə turistik səfərlərə açıldığında giriş haqqının nə olacağı dəqiqləşdiriləcək. Lakin, Westminster Sarayının mövcud giriş haqlarını qeyd edə bilərəm.
Westminister Hall
Böyüklər üçün online bilet alsanız 25 manat 50qəpik, kassa formasından isə 28 manata alacaqsınız. 60 yaşdan yuxarı olan tələbələr və qonaqlar üçün online biletlər 21 lirəyə, kassadan alsanız 23 lirəyə ala bilərsiniz. 5 yaşlı uşaqlar üçün onlayn biletlər 11 manat kassadan alsanız 15 manat ödəyəcəksiniz.
Westminster Sarayı və Big Ben Ziyarət Günləri və Saatları
Westminster Sarayı bütün turist səfərləri və parlament görüşlərini müşahidə etmək istəyənlər üçün il boyu açıqdır. Rəhbərli turlar şənbə günləri və həftə içi iş saatlarında keçirilir.
Westminister Hall və Big Ben
2021-ci ildə Big Ben’de tamamlanması planlanan bərpa işləri hələ də davam edir və 2021-ci ilə qədər heç bir ziyarətçi qəbul etmir.
? 2 böyük – 6985 azn ? 2 böyük 1 uşaq – 7874 azn ? 2 böyük 2 uşaq – 8967 azn __________ Qiymətə daxildir. ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Tarix (06 iyun – 13 iyun) ? – Otel *** (7 gecə / 8 gün) ? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat) ? – Hədiyyə (Şahdağ turu)
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ✅ – Turu bron etmək üçün ödənişin ilkin olaraq 30 faizini ödəməniz kifayətdir. Qalan hissəsini isə istər kredit, istərsə də getdiyiniz tarixə 2 həftə qalmış ödəyə bilərsiniz.
ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
❓ – Siz istədiyiniz tarixə görə Qiymət öyrənmək istəyirsiz? ❗ – Elə isə WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək. ________ Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)
Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri siyahısında yeddinci yerdə qərarlaşıb.
Gezmeli.azxəbər verir ki, “Bloomberg” Top-10 istiqamətləri BMT Ümumdünya Turizm Təşkilatının məlumatlarına əsasən tərtib edib.
Azərbaycanda turizmin illik artımı 20 faiz təşkil edib.
“Bloomberg”in reytinqinə regionun digər ölkələri də düşüb. Gürcüstan 27,9 faizlik artımla siyahıda ikinci, Ermənistan isə 18,65 faizlik artımla onuncu yerdə qərarlaşıb.
Sürətlə populyarlaşan turizm istiqamətləri reytinqində həmçinin Bosniya və Herseqovina, Moldova, Makedoniya, İslandiya, Türkiyə və İsrail yer alıb. Turist axınının ən yüksək nəticəsini isə San-Marino nümayiş etdirib – 31,1 faiz.
Bu gün turizm böyük gəlir, yeni iş yerləri, müasir infrastruktur, tarixi və mədəni abidələrin qorunması, milyonlarla insanın bir ölkə ilə, onun təcrübələri, nailiyyətləri ilə tanış olması, biliklərin artırılması və özünü inkişaf etdirmək anlamını daşıyır.
Gezmeli.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva bu gün Bolqarıstanın paytaxtı SofiyadaQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 51-ci iclasında deyib. “Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri” mövzusunda çıxış edib.
O qeyd edib ki, turizmi təbliğ və təşviq etmək məqsədilə 2016-cı ildə Turizm Təşviq Milli Bürosu yaradılıb. Cari ilin əvvəlində turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan Dövlət Turizm Agentliyi təşkil edilib:
“2018-ci ilin ilk yarısında ölkəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb. Yeni hotellər, yollar, istirahət zonaları və istirahət mərkəzləri tikilib, hostellər açılıb, kadr potensialı güclənib.
Hazırda Bakı şəhərinin kommunikasiya və marketinq planları hazırlanır, Bakı və Azərbaycanın turizm brendləri yaranır. Mövcud və yeni turizm məhsulları və xidmətləri inkişaf etdirilir.
Beynəlxalq turizm bazarına daxil olmaq, turizm sahəsində uğur qazanan ölkələrlə əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək, beynəlxalq tendensiyaları nəzərdən keçirmək və təcrübə mübadiləsi aparmaq turizmin inkişafı üçün vacib amillərdir.
Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatı və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın prioritetlərini artıq müəyyənləşdirib və bu istiqamətdə fəaliyyət davam etdirilir.
Bu çərçivədə, turizm sahəsində uğurlu olan 30-dan çox ölkə saziş imzalayıb. O cümlədən, QDİƏT-ə üzv ölkələrdən səkkizi ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanıb.
Bir ölkədə turizmin inkişafı – həmin ölkənin mədəniyyətinin, tarixinin, coğrafiyasının, mənəviyyatının tanıdılmasıdır. Büdcəsinin, iqtisadiyyatının möhkəmləndirilməsi, xalqların və millətlərin bir-birlərinə daha tez inteqrasiyası, qısacası, bir ölkənin öz varılığını və mövcudluğunu dünyaya daha təsirli bir şəkildə isbat etməsi deməkdir. Atalar boş yerə deməmişlər ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər.
14 iyun 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq.
Gezmeli.az -ın xəbərinə görə, Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq.
Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də, təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərindən əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.
Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turist şəhəridir. O, Qara dənizin şərq sahilində, Türkiyə ilə sərhədə yaxın yerləşir. Batumi sahil boyu bulvarı ilə məşhurdur. Burada gəzərkən şəhərin bir çox maraqlı diqqətəlayiq yerlərini görmək, ecazkar mənzərənin gözəlliyindən həzz almaq mümkündür.
Azərbaycan “National Geographic Traveler Awards 2018” (NGT Awards 2018) mükafatının səsverməsi nəticəsində “Qastronomiya turizm”inə görə liderlər üçlüyünə daxil olub.
Gezmeli.azxəbər verir ki, MDB, eləcə də, Avropa ölkələrində istirahət və turizm üçün Rusiya turizm istiqamətlərinin 2018-ci il oktyabrın 11-dək olan informasiyaları araşdırılıb.
Ən yaxşı turizm istiqaməti ilə bağlı səsvermə “National Geographic Rossiya” internet saytında keçirilib.
“Qastronomiya turizm” nominasiyası üzrə respondentlərin 34 faizi Özbəkistana, 21 faizi İtaliyaya, 15 faizi Azərbaycana və 13 faizi Fransaya səs verib.
Qastronomiya turizmin bir növüdür, əsas məqsəd milli qastronomiya prizmasından bir ölkə ilə tanışlıqdır.
“TurStat” analitik agentliyi 21 fevral Dünya Bələdçi Günü münasibətilə MDB ölkələri arasında rusiyalı turistlər üçün ən yaxşı səyahət istiqamətlərini açıqlayıb.
Belarus, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ermənistan rusiyalı turistlərin gəzinti istirahəti üçün MDB-nin ən yaxşı beş ölkəsi olub.
Belarusa 27 faiz, Qazaxıstana 22 faiz, Azərbaycana16 faiz, Özbəkistana 12 faiz, Ermənistana isə 9 faiz səs verib.
Məlumatlara görə, MDB ölkələrində səyahət turizminə bələdçilərlə mədəni-maarifləndirici turların təşkili daxildir. İl ərzində üç milyondan çox belə turlar və səfərlər təşkil edilir.
Reytinq səyahət turları bazarının araşdırmasının və internet sorğuların nəticələrinə uyğun hazırlanıb.
“Conde.Media” prodüser şirkəti Azərbaycan haqqında növbəti filmini lentə alıb.
Şahdağ dağ-xizək kurortu
Bu dəfə aparıcı Nataşa Konde ölkəmizin şimal-şərq rayonlarında olub. Səyahətinə Xızıdan başlayan aparıcı qeyd edib ki, heyrətamiz qızılı-qırmızı çalarlı landşaftı bu rayonu digərlərindən fərqləndirir. “Maraqlıdır ki, turistlərin bir çoxu və hətta yerli sakinlər də paytaxtın birbaşa yaxınlığında olan bu möcüzəvi Marssayağı peyzajlar haqqında məlumata malik deyillər”, – deyə o vurğulayıb.
Sonra çəkiliş qrupu Quba və Qusar şəhərlərində olub, Şahdağ dağ-xizək kurortuna baş çəkib. Filmdə bu şəhərlərin görməli məkanlarından, dağlardakı yaşayış məntəqələrindən, Xınalıq kəndinin tarixindən ətraflı bəhs edilir.
Şahdağ dağ-xizək kurortu
Filmdə çoxlu maraqlı təbiət peyzajları, məscidlər, tarixi abidələr, yerli sakinlərlə söhbət zamanı çəkilmiş kadrlar var. Tamaşaçılar qiymətlərlə, Şahdağ kurortundakı şəraitlə, Anıq kəndindəki qədim məscidlə tanış olmaq, həmçinin aparıcının təhlükəli dağ yollarında hansı təhlükələrlə üzləşdiyini görmək imkanına malik olacaqlar.
“Conde.Media” Azərbaycanın digər rayonlarında da çəkilişləri davam etdirəcək. Filmin prodüseri və rejissoru Fransua Kondedir. Baş sponsor qismində isə Azərbaycanın “Azermaş” avtomobil şirkəti çıxış edib. Filmin çəkiliş qrupunun üzvləri şirkətin onların sərəncamına verdiyi “Xəzər” avtomobilində Xızı, Quba, Qusar rayonlarına, Şahdağ dağ-xizək kurortuna və hətta yüksək dağlıq ərazidə yerləşən Laza kəndinə gediblər.