Ev Blog Səhifə 258

Region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək

0
Region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək

Region hotelləri ilə Azərbaycan Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsindən mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.

Quba, Qusar, Şabran, Xaçmaz, Nabran, Siyəzən Xızıda yerləşən hotellərin nümayəndələri ilə Qubada keçirilən görüş zamanı qeyd olunub.

Tədbirdə, həmçinin Azərbaycan Hotel Assosiasiyası tərəfindən region hotelləri ilə davamlı əməkdaşlıq əlaqələrinin qurulmasından danışılıb. Regionlarda xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər haqqında təqdimat keçirilib.

Tədbir çərçivəsində Dövlət Turizm AgentliyiAzərbaycan Turizm Bürosunun regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması üçün yaradılan yeni qurumlar yaradılıb. Destinasiya Menecmenti Təşkilatlarının Qubada yerləşən bölməsi təqdim olunub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək. DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotellərin Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaqdır.

Azərbaycan Hotel Assosiasiyası regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, GəncəLənkəranda da ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcək.

AZAL və “BELAVİA” saziş imzaladılar

0
Belavia

Belavia Aviaşirkəti” ASC və “Azərbaycan Hava Yolları” (AZAL) 2018-ci il oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (kod-şerinq)  haqqında ikitərəfli saziş imzalayıblar.

Gezmeli.az xəbər verir ki, sazişə əsasən “Belavia AviaşirkətiMinsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, “Azərbaycan Hava Yolları” isə marketinq tərəfdaşı qismində çıxış edəcək. 

Bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün В2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək. 

Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. 

Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.

“Belavia Aviaşirkəti” – bizim çoxdankı və etibarlı tərəfdaşımızdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olmuşdur. Əminəm ki, AZAL və “Belavia”-nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq”. “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə qeyd etmişdir. 

Minsk-Bakı-Minsk reysinin birgə istismarı haqqında imzalanmış saziş tranzit bazasının  genişləndirilməsi əsas şərtlərdəndir. Aviaşirkətlərin öz məhsullarını təşviq etmək üçün marketinq imkanlarının artırılması sayəsində Minsk və Bakı aeroportlarından tranzit ilə səyahət edən  hər iki aviaşirkətin sərnişinləri üçün cəlbediciliyi xeyli artıracaq. Hər iki aviaşirkət iki ölkənin paytaxtlarının hava limanlarından istifadə edəcək tranzit sərnişinlərin  əhəmiyyətli artımını planlaşdırır. 

Anatoli Qusarov

“Biz çoxdankı tərəfdaşımız “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə əməkdaşlığın davam etdirilməsi və xeyli genişləndirilməsinə çox şadıq. İnanırıq ki, bu əməkdaşlıq hər iki aviaşirkətin xeyrinə olacaq. Bu saziş sayəsində hər iki aviaşirkətin sərnişinləri səyahət üçün daha çox variant və imkanlar qazanacaqlar. Həmçinin daha rahat transfer imkanından istifadə edə və daha cəlbedici qiymətə aviabilet əldə edə biləcəklər. 

Əgər əvvəllər “Belavia” və AZAL öz sərnişinlərinə Minsk və Bakı arasında həftədə iki dəfə uçuş təklif etmək imkanına malik idi. İndi hər iki aviadaşıyıcı həftədə dörd dəfə uçmaq imkanını təmin edəcək. Bundan əlavə, AZAL və “Belavia”-nın birgə reysi  Belarus və Azərbaycan arasında davamlı əlaqələri möhkəmləndirəcək”, – deyə “Belavia Aviaşirkəti” ASC-nin baş direktoru  Anatoli Qusarov bildirmişdir. 

Sözügedən kod-şerinq reysi üzrə aviabiletləri hər iki tərəfdaş aviaşirkətin saytlarında – Belavia.by və azal.az saytlarında əldə etmək mümkün olacaq. 

Azərbaycanın yeni turizm loqosu müzakirələrə səbəb olub

0
Turizm loqosu

Azərbaycan Dövlət Turizm Agentliyi yeni turizm brendini və şüarını təqdim edib. 

Gezmeli.az  xəbər verir ki, Azərbaycan üçün yeni brend “Landor” beynəlxalq brendinq agentliyi tərəfindən hazırlanıb. 

Yeni turizm loqosu “A” (Azərbaycan) hərfi şəklindədir, forması isə brendin mənasını bildirir. Brendin “Take another look” (“Yenidən nəzər yetir”) şüarı təsvirin mahiyyətini və əsas devizini daha ətraflı anlamaq üçün loqotipə təkrar və diqqətli baxışı nəzərdə tutur. 

Sosial şəbəkələrdə isə həmin loqo birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.


Daha bir Rusiya şəhərindən Azərbaycana reyslər açılır

0
Rusiya

Rusiyanın Omsk şəhərində yerləşən aeroportdan Azərbaycana reys açılacaq. 

Gezmeli.az  “Omsk zdes” nəşrinə istinadla xəbər verir ki, yerli aeroport qış cədvəlini açıqlayıb. 

Cədvələ əsasən, növbəti ildən Omsk aeroportundan müxtəlif ölkələrə reyslər açılacaq. Cənubi Koreya, Çin, Azərbaycan, Ermənistan və Almaniyaya, eləcə də, Kalininqrad və Uzaq Şərq ölkələrinə reyslər həyata keçiriləcək.

Yayda otellərin 70 faizi boş olub

0
Otel

2018-ci ilin doqquz ayında Azərbaycandakı hotellər 286,1 mln. manat gəlir açıqlayıblar. 

  Gezmeli.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, gəlirin 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən əldə olunub. 23,4 faizi içkilər də daxil olmaqla, qida məhsullarının satışı üzrə xidmətlərdən, 3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Maraqlıdır ki, mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olub. Bu göstərici Naftalanda 62,0 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faizdir. Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz olub. 

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olub. Bu göstərici iyul ayında 32,3 faiz, sentyabr ayında isə 23,2 faiz təşkil edib. Maraqlıdır ki, yay aylarında mehmanxanalarda boş yer tapmaq mümkün olmadığı halda, nömrələrdən istifadə göstəricisi bu qədər aşağıdır. Bu isə hotelçilikdə dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı problemlərin olduğunu göstərir. 

Rəsmi məlumat

Rəsmi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda cəmi 2 446,8 min gecələmə olub. Düzdür, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur, amma real rəqəm olduğuna da şübhəsiz yanaşmaq olmur. 

Dövlət Statistika Komitəsinə ötürülən məlumatların rəqəmlə ifadəsinə görə, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla, Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan MR-da, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla, Gəncə və Lənkəranda, 8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq, 1651,7 min olub. Bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 11,4 faizi Rusiya, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla, Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn, 1 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 795,1 min gecələmə olub.

Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb

0
Daşkənd

Daşkənddə ölkəmizin turizm potensialının təqdimatı olub.

Xəbər verir ki, təqdimat mərasimində qonaqlara Naftalan sanatoriyaları, “Qalaaltı”, “Vest Şayn” otelləri, “Rayda Travel” Turizm Şirkəti haqqında ətraflı məlumat verilib.

Mərasimdə Özbəkistanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri və nümayəndələri də iştirak ediblər.

Daşkənd

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar, mərkəzin fəaliyyəti haqqında da məlumatlanıblar.

Tədbir iştirakçıları öncə son illər Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimizə, turizmə dair çap edilən kitablar, Azərbaycanın və onun Qarabağ diyarının milli qadın və kişi geyimləri, milli suvenirlər, musiqi alətləri, xalçalarımızdan ibarət Azərbaycan stendi ilə tanış olublar. Azərbaycanın görməli yerləri, turizm imkanları, habelə ölkəmizin dövlətçilik tarixini əks etdirən fotosərgi qonaqlarda xoş təəssürat oyadıb.

Samir Abbasov

Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov ölkəmizdə son illər turizm sahəsinin inkişafı, bu istiqamətdə həyata keçirilən nəhəng infrastruktur layihələr, ölkəmizə gələn turistlər üçün şəraitin yaxşılaşdırılması, “ASAN Viza” sisteminin tətbiqi və digər məsələlər barədə danışıb.

Samir Abbasov

S.Abbasov çıxışında Azərbaycanda turizmin inkişafı ilə bağlı Dövlət Proqramının imzalandığını, ölkənin paytaxtı ilə yanaşı, regionlarında müasir tələblərə cavab verən turizm mərkəzlərinin yaradıldığını qeyd edib. O, statistik rəqəmlərə istinad edərək, ötən il Azərbaycana 2 milyon 850 min turistin gəldiyini və onların ölkəmizdə 2 milyard dollar həcmində vəsait xərclədiyini qeyd edib.

Daşkənd

S.Abbasov bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi son beş ildə Özbəkistandan Azərbaycana turistlərin cəlb olunması istiqamətində iş aparır və bu da öz nəticəsini verir. S. Abbasov özbək turistlərin Azərbaycanın paytaxtı Bakıya alış-veriş, Naftalan və digər sanatoriyalara isə müalicə və istirahət üçün maraq göstərdiklərini qeyd edib.

Sonra “Rayda Travel” turizm şirkətinin inkişaf üzrə direktoru Veronika Lyubçenko, “Qalaaltı” otelinin satış üzrə direktoru Fəxri Qafarlı, “Vest Şayn” otelinin satış üzrə direktoru Azər Hacıyev və Naftalan otellərinin satış üzrə direktoru Mirağa Seyidov videogörüntü vasitəsi ilə təmsil olunduqları turizm şirkətləri, otellər və onların təqdim etdikləri xidmətlər, turpaketlər barədə məlumat verib.

Sonra Azərbaycan mövzusunda viktorina keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı və ölkəmizin turizm imkanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Milli rəqslərimiz, milli musiqimizə dair xüsusi proqram təqdim olunub. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi, musiqiçi İlham Abdullayev saz havalarını ifa edib. Müğənni Xursənd Şerov isə Xalq artisti Müslüm Maqomayevin ölməz mahnılarını oxuyub.

Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub

0
Turizm sərgisi

ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Los-Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub.

Xəbər verir ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.

turizm sərgisi

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən qurulmuşdur. Stenddə ölkəmiz haqqında müxtəlif bannerlər, broşürlər, kitabjurnallar vasitəsilə sərgi iştirakçılarına geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələri, turizm imkanları, eyni zamanda, zəngin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat əldə ediblər. Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş olunub. Bundan başqa, Los-Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz, milli mətbəximizdən nümunələr sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.

turizm sərgisi

Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları da cavablandırılıb.

turizm sərgisi

Qeyd olunmalıdır ki, stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiəti ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Kilsəsi kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən şəkillər əks olunub. Həmçinin baş konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla, Qarabağa dair müvafiq kitabça dərc olunub. Sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilib. Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi də qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Go Travelda Budapeşt, Vyana, Praqaya – AVROPA TURU – QİYMƏTLƏR

0
Go Travel

♥ Budapeşt, ? Vyana, ? Praqa – AVROPA TURU – 390 avrodan başlayan qiymətlər ilə

Qiymətə daxildir.
✈ – Aviabilet (gediş-dönüş) 
? – baqaj əl yükü
? – Otel *** (6 gecə / 7 gün)
? – Qidalanma (səhər yeməyi)
? – Transfer (ölkələrarası)
? – Tarix 16 – 22 sentyabr

Qiymətə daxil deyil.
? – Səyahət Sığortası
? – Viza dəstəyi

? – Həftənin hər günü, Şənbə və Bazar günləridə daxil olmaqla 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz.
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.

ℹ Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.

❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
____________________
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Bodrum Tur Paketlərin erkən rezervasiyası başladı

0
Bodrum

ℹ Uçuşlar bir-başa olaraq Azal ilə baqaj daxili olacaq.
? Go Travel – dan YAY TURU rezervasiya eden hər bir şəxsə Şahdağ Turu HƏDİYYƏ olunacaqdır. 
✅Qiymət qalxdıqdan sonra: “mənə niyə demədiz”, “bilsəydim alardım”, “kaş həmin vaxtı alardım” kimi sözlər işlətməmək üçün rezerv etmənin əsl zamanıdır.

Qiymətə daxildir: 627 USD

✈ – Aviabilet (gediş-dönüş) 
? – 23kq baqaj + 10kq əl yükü
? – Otel (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
? – Hədiyyə (Şahdağ turu)

?PALOMA FAMILY CLUB (3+*) – 627 USD
?NATUR GARDEN HOTEL (3*) – 631 USD
?PALM GARDEN HOTEL (3+*) – 631 USD
?COSTA MAYA HOTEL (3*) – 641 USD
?GOLDEN AGE CRYSTAL (4*) – 650 USD
?COSTA 3S BEACH CLUB (4*) – 700 USD
?COSTA BITEZHAN HOTEL (4*) – 713 USD
?GREEN BEACH RESORT (5*) – 725 USD
?COSTA BLU RESORT (4*) – 732 USD
?GARDEN OF SUN HOTEL (5*) – 735 USD
?RIVA BODRUM RESORT (4*) – 741 USD
?WOXXIE HOTEL (4*) – 753 USD
?CACTUS CLUB FLEUR BEACH (4*) – 756 USD
?CACTUS CLUB MIRAGE (4*) – 756 USD
?COSTA LUVI HOTEL (4*) – 758 USD
?CHARM BEACH HOTEL (4*) – 763 USD
?FOREVER CLUB (4*) – 774 USD
?CACTUS CHARME BODRUM (3*) – 682 USD
?BODRUM BAY RESORT (5*) – 698 USD
?GOLDEN AGE HOTEL (4*) – 898 USD
?KADIKALE RESORT (5*) – 894 USD
?GODDESS OF BODRUM ISIS (5*) – 918 USD
?DUJA by LA BLANCHE (5*) – 934 USD
?YASMIN RESORT BODRUM (5*) – 945 USD
?DELTA HOTELS BODRUM (5*) – 965 USD
?SUNDANCE RESORT HOTEL (5*) – 970 USD 
?ROYAL ASARLIK HOTEL (5*) – 977 USD
?LABRANDA HOTELS BODRUM (5*) – 992 USD
?BAIA BODRUM (5*) – 1027 USD
?LABRANDA TMT BODRUM (5*) – 1036 USD
?BODRUM HOLIDAY RESORT (5*) – 1044 USD
?HAPIMAG RESORT SEA (5*) – 1168 USD
?ASTERIA BODRUM (5*) – 1199 USD
?LA BLANCHE RESORT & SPA (5*) – 1211 USD
?SAMARA HOTEL (5*) – 1232 USD
?LA BLANCHE ISLAND (5*) – 1279 USD


? – Tarix İyul ayına 1 nəfər üçün nəzərdə tutulmuşdur.
❓ – Qiymət öyrənmək istəyirsiz?
❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

Əlavə məlumat üçün BİZƏ YAZIN və ya ZƏNG edin:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (WhatsApp+Zəng)
?+994 55 664 60 30 (WhatsApp+Zəng)
?+994 70 664 60 30 (WhatsApp+Zəng)

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)

Azərbaycanın Avropa səmasında təhlükəsizliyin qarantidir

0

Brüsseldə “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin də iştirak etdiyi Avropa ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin görüşü keçirilib. 

Gezmeli.az  xəbər verir ki, görüşün nəticələrinə əsasən, AZANS Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilib.

Sözügedən Komitə İngiltərə, Almaniya, Belçika, Avstriya, İtaliya və digər iri Avropa ölkələrinin aeronaviqasiya qurumlarının baş direktorlarını bir araya gətirir. 

Komitə həmçinin Avropa İttifaqı, “Eurocontrol”, “SESAR” HHT inkişaf proqramı, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA), İCAO və CANSO qarşısında Avropanın aeronaviqasiya qurumlarının mövqeyini müdafiə etmək, strategiyaların işlənib hazırlanması, qərarların qəbul edilməsi və tələblərin irəli sürülməsi üzrə rəhbər orqandır. 

“Eurocontrol”-un məruzəsinə əsasən, Avropa hava məkanında hava axınının əhəmiyyətli artımı gözlənilir. 2018-ci il11 milyon ilk uçuş ilə müqayisədə bu göstərici 2040-cı ilə 16,2 milyon təşkil edəcək. 

Belə böyük axınının tənzimlənməsi üçün Avropa təşkilatları hava məkanının buraxılış qabiliyyətinin artırılması üzrə harmonizasiya edilmiş tədbirlər planının işlənib hazırlanması, hava hərəkətinin idarə olunmasının avtomatlaşdırılması üzrə müasir texnologiyaların tətbiqi, HHİ dispetçerlərinin tələb olunan sayının təmin olunmasına başlanılmasını tövsiyə edirlər.

Ölkənin strateji mövqeyi və aeronaviqasiya təminatının müasir səviyyəsi sayəsindədir. Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır. Azərbaycan vasitəsilə hava axınlarının artımı 2018-ci il 9 faiz təşkil etmişdir. Halbuki Avropada illik artım orta hesabla 4 faiz təşkil edir.    Bu, ölkə üçün təkcə iqtisadi mənfəət yox, həm də strateji mənfəətdir, belə ki, AZANS Avropa səması üzərində hava trafikinin təhlükəsizliyinin qarantı kimi çıxış edir.