Ev Blog Səhifə 259

Nahid Bağırov: Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur

0
Bakı

Qış dövründə Azərbaycanda digər illərlə müqayisədə turistlərin sayının artması gözlənilmir. Yay dövrü ilə müqayisədə isə turistlərin sayı xeyli az olacaq. 

Bu məlumatı Gezmeli.az -a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov verib.

Onun sözlərinə görə, Azərbaycanda qış turizmi planında çox az təkliflər var – Şahdağ Tufandağ.

“Yeni turist marşrutları yoxdur. Biz yeni ildən sonra turizm sahəsində canlanma gözləyirik”, – müsahibimiz bildirib. 

O qeyd edib ki, qış vaxtında turistlər Azərbaycan rayonlarındansa, Bakıya üstünlük verirlər.

2019-cu ildə səyahət üçün ən yaxşı şəhərlər

0
Şəhərlər

“Lonely Planet” turizm nəşri turistlərin rəyləri əsasənda 2019-cu ildə səyahət olunması məsləhət görülən dünyanın 10 şəhərinin siyahısını hazırlayıb. 

Gezmeli.az xəbər verir ki, siyahıya arxitekturası və mətbəxi ilə diqqəti cəlb edən Kopenhagen başçılıq edir. 

İkinci yeri Çinin Şencjen şəhəri tutur. Turistlər üçün bu şəhərdə çox sayda gecə klubu, müxtəlif kafelər və tematik parklar mövcuddur. 

İlk üçlüyü Serbiyanın Novi-Sad şəhəri qapayır. Bu möhtəşəm şəhər 2019-cu ildə Avropanın gənclər paytaxtı olacaq.

Nəşrin məlumatlarına görə, 2019-cu ildə turistlər ən çox Mayami, Katmandu, Mexiko, Dakar, Sietl, Zadar Meknes istiqamətində səfərlər edəcəklər.

Əsrarəngiz göy qurşağı dağları

0
Hangye Danxia Landform Geological Park

Çinin Şimal qərbində yerləşən Qansu bölgəsində “Hangye Danxia Landform Geological Park” adlanan geoloji park səyahəti və qeyri-adi yerləri görmək istəyən insanların marağını cəlb edir.

Hangye Danxia Landform Geological Park

Gezmeli.az xəbər verir ki, bu bölgənin ən önəmli özəlliyi ərazidəki dağların göy qurşağı kimi rəngarəng olmasındadır.

Hangye Danxia Landform Geological Park

Burada dağlar qırmızı, narıncı, yaşıl, sarı rəng çalarlarında olub. Möhtəşəm mənzərə yaradır. 24 milyon il əvvəl tektonik hərəkətlənmə nəticəsində müxtəlif minerallar səthə çıxıb. Min illər ərzində küləklərin, yağışların təsiri ilə minerallar qayaları bu şəkildə bəzəyib. 

Hangye Danxia Landform Geological Park

2010-cu ildə UNESCO Dünya Maddi Mədəni İrsi elan edilən Göy qurşağı dağları turistlərin diqqətini cəlb edir.

Bakı şopinq üçün MDB şəhərlərinin ilk üçlüyündə

0
Bakı

Noyabrın 11-də Ümumdünya Şoping günü keçirilib.

“TurStat” agentliyi rusiyalı turistlərin şopinqi üçün ən yaxşı MDB şəhərlərinin siyahısını hazırlayıb. 

Gezmeli.az  xəbər verir ki, Azərbaycan, QazaxıstanBelarus paytaxtları siyahıda ilk üç yeri tutub. 

Reytinq 2018-ci ildə məşhur şopinq-turların analizlərinin nəticələrinə uyğun hazırlanıb. 

Məlumatlara görə, turistlər MDB şəhərlərinə 2-3 günlük gəlirşopinqə təxminən min dollara yaxın pul xərcləyirlər. Bakıda 2017-ci ildən mütəmadi olaraq Bakı Şopinq Festivalı keçirilir. 

Bakı Aeroportunda üç milyondan çox sərnişin istifadə edib

0
Bakı Aeroportu

2018-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,8 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur.

Bu barədə Gezmeli.az -a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Hava Yolları” (AZAL) Milli Aviadaşıyıcısı tərəfindən 1 milyon 628 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkəti tərəfindən isə 382 min sərnişin daşınıb.

İlin əvvəlindən beynəlxalq reyslərdə ümumilikdə 3,28 milyon sərnişinə (ümumi sərnişin axınının 86 faizi) xidmət göstərilib. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın,  11,6 faizi  isə “Buta Airways”in payına düşüb.     

Oktyabr ayında beynəlxalq sərnişin axını üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Bu aviaşirkətlər tərəfindən ümumilikdə 123 min sərnişinə xidmət göstərilib.

Hazırda Bakının hava limanı 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Oktyabr ayında ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha Təl-Əviv daxildir. Bu istiqamətlər üzrə 210 min sərnişin uçuş həyata keçirib. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən ən yüksək “5 ulduz” qiymətinə layiq görülüb.

Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards”  versiyasına əsasən ikinci ildir ki, Rusiya MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına  başçılıq edir.

Azərbaycanlı turistlər Gürcüstana nə qədər xeyir verib

0
Gürcüstan

Əcnəbi ziyarətçilər Gürcüstanda ümumilikdə 1,2 mlrd. dollar (3,1 mlrd. lari) xərcləyiblər. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% artım deməkdir. Bir səfər üçün çəkilən orta xərc 435 dollar olub.

Gezmeli.az  xəbər verir ki, Gürcüstan turizmində payı olanların sırasında azərbaycanlılar ikinci yerdədir.

Belə ki, bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 494,5 min nəfər olub. Bu isə o deməkdir ki, əgər orta hesabla bir səfər üçün 435 dollar xərclənibsə, deməli, 494 mindən çox azərbaycanlı üç ayda Gürcüstan iqtisadiyyatına 215 milyon dollardan çox xeyir verib.  

Ən çox turist axını isə Rusiyadan baş verib: 582,7 min nəfər. Üçüncü yeri 439,8 min nəfərlə Ermənistan tutur.

Ümumilikdə, yay turizm mövsümündə Gürcüstana 2,6 milyon əcnəbi gedib. Bu göstərici illik müqayisədə 9,2% çoxdur.

Qonşu ölkəyə səfər edənlərin 45%-i 31-50 yaşlarında olub və onların 50,8%-i bu ölkəyə məhz istirahət üçün gəldiklərini bildiriblər. 

Səyahət sığortası etdirməyə dəyərmi – şərh

0
Səyahət sığortası

Xaricə səfərə hazırlaşırsınız? Belə olan halda ilk iş sığorta olunmaqdır. Və əgər uzun müddətə  turist kimi səfərə çıxmağa hazırlaşırsınızsa, bu, xüsusilə vacibdir.

Avropa İttifaqı ölkələrinə, ABŞ Kanadaya səfər edərkən səyahət sığortası etdirmək mütləqdir. Digər hallarda isə turistlər sığortadan imtina edərək, öz istirahətlərini və səhhətlərini təhlükə altına atırlar. Xaricdə tibbi xidmətlər çox bahadır. Məsələn, adicə yaranı yudurtmaq və ya təcili tibbi yardım çağırmaq üçün xeyli pul ödəmək lazım gəlir.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovun dediyinə görə, turizm firmalarından səyahət paketi alan Azərbaycan vətəndaşları səyahət sığortası tələb etməlidirlər.

“Azərbaycan qanunvericiliyinə əsasən, səyahət sığortası məcburi deyil. Bu, müştərinin öz seçimidir. Hər səyahət agentliyi mütləq sığorta təklif edir, üstəlik, bu o qədər də baha deyil, bir həftəlik tur üçün cəmi 10 dollar”, – deyə gezmel.az -ın müsahibi deyir.

AzTA rəhbəri bildirib ki, ölkədaxili turizm paketlərində də səyahət sığortası könüllü əsaslarla həyata keçirilir.

N.Bağırovun sözlərinə görə, səyahət sığortası məcburi olsa, bu, ilk növbədə turistlərin özlərinə faydalı olar. Ekspert son zamanlar Azərbaycanda səyahət sığortası etdirənlərin sayında artım müşahidə olunduğunu qeyd edib.

“Əvvəllər bir çoxları səyahət sığortası təklifini rədd edirdi. İndi turistlərin yarısı sığortasız səyahət etmək istəmirlər. Bu, gözlənilməz xəstəlik zamanı böyük xərclərin çəkilməsinin qarşısını almaq üçün yaxşı vasitədir”,- deyə AzTA sədri bildirib.

Azərbaycan 2019-cu ilin riskli səyahət xəritəsində

0
Xəritə

Liviya, Əfqanıstan və Somali 2019-cu ildə turistlər üçün ən riskli ölkələr hesab edilib. 

Gezmeli.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı “International SOS” səhiyyə və təhlükəsizlik şirkətinin mütəxəssisləri məlumat yayıb.

İnteraktiv xəritədə ölkələrin siyasi təcavüz (terrorçuluq, iğtişaş, siyasi motivlərdən iğtişaşlar və müharibə daxildir), sosial gərginlik (eyni zamanda, təriqətçi, kommunal və etnik zorakılıq), cinayətkarlıq və kiçik qanun pozuntuları əsasında təhlükə səviyyəsi göstərilib. 

Xəritədə riskin beş kateqoriyası müəyyən edilib. Əhəmiyyətsiz (yaşıl rəng), az (sarı rəng), orta (narıncı rəng), yüksək (qırmızı rəng) və ekstremal (tünd qırmızı rəng). 

Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində risk səviyyəsi aşağı göstərilib. Belə ki, Azərbaycan Böyük Britaniya, İordaniya, Küveyt, İran, Oman, Qətər, BƏƏ, Gürcüstan, Ermənistan və Özbəkistan kimi az riskli ölkələr siyahısına daxil olub. 

Əhəmiyyətsiz riskli Avropa ölkələri siyahısına Lüksemburq, Danimarka, Sloveniya, İsveçrə, Norveç, Finlandiya, İslandiya və Qrenlandiya daxil edilib. 

Yüksək riskli ölkələrin əksəriyyəti AfrikaYaxın Şərqdə yerləşir.

Dünyanın ən soyuq şəhərində həyat

0
Yakutsk

Rusiyada dondurucu soyuqların təsir etmədiyyi bir şəhər var – “dünyanın ən soyuq şəhəri” ünvanına sahib Yakutsk şəhəri.

Gezmeli.az xəbər verir ki, Sibir regionunda yerləşən bu şəhərdə 250 min insan yaşayır.

Yakutsk

1632-ci ildə Lena çayı sahilində salınan şəhər Rusiya Federasiyasına bağlı Yakutiya Respublikasının paytaxtıdır. Şəhərdə temperatur qışda mənfi 64 dərəcəyə qədər düşür. Yay aylarında müşahidə edilən ən isti temperatur isə müsbət 25 dərəcə olur.

Dondurucu soyuqlara rəğmən, bu şəhərdə həyat durmur. Məktəblər və rəsmi qurumlar temperatur mənfi 52 dərəcəyə düşənədək fəaliyyətini davam etdirir.

Yakutsk

Yakutsk sakinləri iddia edirlər ki, bölgədə hər insana çatacaq qədər gölçay var.

Yakutsk

Yakutsk Rusiya tarixində Lenin və Stalin kimi liderlərin də müəyyən dönəm yaşamağa məcbur olduğu siyasi sürgün şəhəri kimi tanınır.

Bura təbii sərvətlərlə zəngindir. Dünyada istehsal olunan almaz ehtiyatının beşdə biri və Rusiyadakı qızıl mədənlərinin 40 faizi bu şəhərdədir. Bundan başqa, qaz və neft ehtiyatlarına sahibdir.

Yakutsk

Ginnesin Rekordlar kitabına adını yazdıran şəhər dünyaca məşhur fotoqrafların baş çəkdiyi yerlər arasındadır.

Buz və Atəş ölkəsi

0
Buz və Atəş ölkəsi

İslandiya Atlantik okeanının şimalında, Qrenlandiya, Skandinaviya və Britaniya adasının şimal-qərbində yerləşən bir ada dövlətidir.

Gezmeli.az xəbər verir ki, vulkanik bir ada üzərində qurulmuş və ətrafındakı bir çox adadan meydana gəlmiş bir dövlət olan İslandiyanı 861-ci ildə norveçlilər kəşf edib.

Buz və Atəş ölkəsi

Adaya ilk dəfə IX-X əsrdə Norveçdən gələn vikinqlər yerləşiblər.

15 aktiv vulkan, 10 minə yaxın şəlalənin olduğu, qış aylarında bəyaz örpəyi, bahar və yay mövsümlərində yamyaşıl təbiəti ilə turistlərin diqqətini çəkən İslandiyanın əhalisi 320 min nəfərdir.

Xalqın 80 faizi şəhərlərdə, digər qismi isə kəndlərdə yaşayır. İsland xalqı özlərinə məxsus dilləri, mədəniyyətləri, əfsanələri və adət-ənənələrini qorumaq üçün əllərindən gələni edirlər.

Buz və Atəş ölkəsi

Ölkə iqtisadiyyatının əsasını balıq və balıq məmulatları təşkil edir. İslandiyanın ən önəmli gəlir mənbəyini təşkil edən balıqçılıq 106.487 qross tonluq 866 gəmi ilə həyata keçirilir.

İllik tutulan balıq miqdarı bir milyon 500 min tondur. Əsas balıq növləri isə balina, morina və rinqadır.

Buz və Atəş ölkəsi

Ölkə ixracatının 80 faizini balıq məhsulları, balıq konservi, duzlanmış və dondurulmuş balıq, balıq unu, balıq yağı, alüminium, diatomit və gübrə təşkil edir.