Rusiya və Türkiyə arasında çarter reyslərinin bərpa olunmasından (10 avqust) sonrakı bir həftədə Antalya şəhərinə 111 min Rus turist gəlib.
“Finans.az” xəbər verir ki, bu barədə Antalya Beynəlxalq Hava Limanının statistikasında bildirilib.
Hava mərkəzinin baş direktoru Bilgikhan Yılmazın sözlərinə görə, Antalyaya kurorta gələn ümumi turistlərin 60%-ni ruslar təşkil edir.
2020-ci ilin sonuna nə qədər rus turistin gələcəyi ilə bağlı Türk Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Baglıkaya proqnazlarını açıqlayıb. O bildirib ki: “Bu il Türkiyəyə 1,8 mln rus turistin ziyarət edəcəyini gözləyirik”.
Antalya şəhər məclisinin turizm üzrə işçi qrupunun sədri Rəcəb Yavuz isə bildirib ki, fors-major hal baş verməzsə, bu il Antalya 4-4,5 milyon xarici turist qəbul edəcək, əksəriyyəti təqribən 2-2,5 milyonunu isə ruslar təşkil edəcək.
Pandemiya dövründə sahibkarlıq subyektlərinə dövlət yardımı çərçivəsində növbəti dəfə turizm agentliklərində çalışan işçilərin maaşları ödənilib.
Gezmeli.az bu haqda Turizmplus.az saytına turizm şirkətlərindən məlumat verilib. Məlumata görə, rəsmi qaydada fəaliyyət göstərən işçilərin avqust ayı üçün maaşlarının 50%-i artıq şirkətlərin bank hesablarına yatırılıb.
Qeyd olunub ki, növbəti ödəniş sentyabr ayında gözlənilir.
Misir hökuməti pandemiya səbəbindən ölkə turizminin hər ay bir milyard dollar itirdiyini açıqlayıb.
Gezmeli.az ATOR istinadən xəbər verir ki, çarter reyslərinin Qırmızı dəniz kurortlarına vaxtından əvvəl qaytarılması da turizmə kömək etməyib.
Ölkədə piramidaların açılacağı və hotellərin sayının artırılacağı bildirilir.
Avqust ayından yeddi ölkədən Misirə çarter reysləri (Ukrayna, Belarus, İsveçrə, Macarıstan, Serbiya, Belçika və Makedoniya) təşkil edilib. Ayın sonunadək Polşa və Rumıniyadan da uçuşlar gözlənilir.
Rəsmi rəqəmlərə görə, Misirdəki turistlər arasında COVID-19-a yoluxma hadisəsi yoxdur.
Ancaq dövlətin iqtisadiyyatı üçün ən dəyərli turistlər olan Almaniya, Britaniya və İtaliya vətəndaşlarını yalnız yeni qış mövsümündə qarşılaya biləcəklər.
Son yumşalmalar hotellərin fəaliyyətinə təkan verib.
Gezmeli.az Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib.
Onun sözlərinə görə, bəzi hotellər uzun zamandır müştərisiz qalmışdı, ancaq son yumşalmalardan sonra onlarda yenidən canlanma var:
“Belə hotellərdən ən əksəriyyəti Şixov çimərliyində, ilk xəttə olanlar idi. Bu hotellərdə sərt karantin dövründə müştəri sayı xeyli az idi. Avqust ayının 5-dən çimərliklərə verilən icazədən sonra həmin hotellər yenidən fəaliyyətlərini bərpa ediblər. Artıq elə müştərilər var ki, həftə sonlarını məhz dəniz kənarında keçirmək üçün məhz ilk xəttə olan hotellərə müraciət edirlər. Bundan əlavə cari ayın 18-dən retoran və kafelərin açıq havada müştərilər qəbul etməsinə icazə verildi. Bu da öz növbəsində hotellərin fəaliyyətinə müsbət təsir etdi”.
R. Gəncliyevin qeyd edib ki, elə hotellər də var ki, öz istiqamətləri üzrə işləyə bilmədikləri üçün fəaliyyətlərini dayandırıblar:
“Misal üçün paytaxt Bakıda elə hotellər var ki, müştəriləri sırf oraya baseindən və su atraksionlarından istifadə etmək üçün gəlirdilər. Bildiyimiz kimi hazırda ölkədə hovuz və su atraksionları qapalı olduğu üçün onlar fəaliyyətlərini dayandırıblar”.
Avqustun 19-da Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) və “BBC World News”un birgə təşkilatçılığı ilə turizm destinasiyalarının pandemiya dövründə fəaliyyətinə həsr olunmuş silsilə görüşlər çərçivəsində ilk görüş Azərbaycana həsr olunub.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildirilib ki, “Destinasiyalara baxış: Azərbaycan” mövzusunda görüş keçirilib. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid BBC-nin “The Travel Show” verilişinin aparıcısı Rajan Datarın suallarını cavablandırıb.
Florian Zenqstşmid son illərdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından turizm xüsusi önəm kəsb edib. Bu sahəyə investisiya qoyuluşunun artıb. Azərbaycanın turizm destinasiyası kimi formalaşması, turizm sənayesinin inkişafında dövlətin rolu, hədəf bazarlarda görülmüş işlər barəsində məlumat verib.
Hazırkı dövrdə sağlamlıq və təhlükəsizliyin əsas amil olduğunu vurğulayan F.Zenqstşmid, pandemiyanın turizm sənayesinə təsirləri olub. Bu təsirlərin minimuma endirilməsi üçün görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında danışıb.
Müsahibə çərçivəsində Azərbaycanda mövcud multikultural dəyərləri, etnik və dini müxtəlifliyi, tarixi-mədəni irsi ilə yanaşı, müasir və geniş infrastrukturun olmasını vurğulayıblar. Azərbaycanın Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları, UEFA-nın Avropa Liqasının final oyunu kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malik olduğunu qeyd edib.
Tədbirin ikinci hissəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov, Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam, “Pasha Travel” şirkətinin baş əməliyyat direktoru Çingiz Mürsəlov və AZAL-ın aviasərnişin daşımaları üzrə direktoru Cəmil Manizadə panel müzakirədə iştirak ediblər. Müzakirələrdə Azərbaycan Turizm Bürosunun marketinq kampaniyası və pandemiyanın sözügedən kampaniyaya təsiri, ATB tərəfindən təşkil olunmuş vebinarlar, Azərbaycanın turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün onlayn platforma vasitəsilə keçirilən təlimlərdən danışılıb. Pandemiyanın hotelçilik sənayesinə təsiri və hotellərdə tətbiq olunan qaydalar var. Eyni zamanda mövcud reyslər və hava nəqliyyatı sektorunun gələcəyi müzakirə olunub.
Tədbirin sonunda panelistlər tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi 2019-cu ilin dekabr ayından etibarən, Asiya-Sakit Okean regionu üzrə beynəlxalq turizm platforması rolunu oynayıb. 800-dən çox üzvə malik olan Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) təşkilatının üzvüdür.
Avropa İttifaqı (Aİ) ölkələri COVİD-19-un mənfi təsirlərini azaltmaq istiqamətində öz şirkətlərini maliyyə mexanizmləri vasitəsilə dəstəkləyir.
Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, COVID-19 pandemiyası nətıcəsində Avropada vəziyyətin gərginləşməsi Aİ-ni bunun qarısını almaqdan ötrü sərt tədbirlər görməyə məcbur edib. Bu da yeni dövrdə çox ciddi iqtisadi tənəzzülə səbəb olub.
Brüsselin məsələyə reaksiyası uzun çəkməyib. Əvvəlcə o, üzv dövlətlərin məhdudiyyətsiz investisiya qoya bilməsi üçün onları maliyyə sahəsi ilə təmin edərək Sabitlik Paktının fəaliyyətini dayandırıb. Brüssel, həmçinin məhz ölkələrin öz şirkətlərinə birbaşa investisiya qoya bilməsi və böhranın dağıdıcı nəticələrinə davam gətirə bilməsi üçün dövlət yardımlarını və subsidiyaları tənzimləyən qaydaları da yumşaldıb.
O vaxtdan etibarən iştirakçı ölkələr kiçik, orta və böyük şirkətləri, eləcə də özünə işləyən şəxsləri dəstəkləmək məqsədilə onlarla sxem tətbiq ediblər. Böhrandan ən çox zərər çəkmiş sektorlar üçün yardım çərçivəsi yaradılıb. Həmçinin pandemiya dövrü üçün zəruri olan tibbi avadanlıqların, test və digər infrastrukturların tədqiqi və hazırlanması üçün vəsait ayrılıb.
Lakin bu qərar Avropa yardım qaydalarının yan keçmək istədikləri mətləbləri, o cümlədən üzv dövlətlər arasında iqtisadiyyatı dəstəkləmək istiqamətində maliyyə imkanlarının qeyri-bərabər olmasını üzə çıxardı.
İspaniya Bankının verdiyi hesabata görə, İspaniya Avropadakı tərəfdaşları ilə müqayisədə öz şirkətlərinə birbaşa investisiya yatırımı baxımından geridə qalmış Aİ ölkələri sırasındadır.
Aİ ölkələri iqtisadiyyatın müxtəlif dəstək sistemlərinə üstünlük verirlər. Bir tərəfdən, bu, subsidiyalar və transferlər vasitəsilə birbaşa qoyulan investisiyalardır. Məsələn, Yunanıstan böhranın dağıdıcı təsirinə məruz qalan kiçik və orta şirkətləri dəstəkləmək üçün təxminən 1 milyard avro dəyərində fond yaradıb. Estoniya, İtaliya və Macarıstanda da analoji sistemlər tətbiq edilib.
Bundan əlavə, bir çox üzv dövlətlər pandemiyaya qarşı mübarizə sahəsində tədqiqatlar və sınaqlar aparıb. Həmçinin tibbi ləvazimatların istehsalı üçün xeyli miqdarda vəsait ayırıblar.
Digər ölkələr böhranın kəskinləşdiyi vaxtlarda şirkətlərin likvidliyini artırmaq məqsədilə onların borclarını və ipoteka kreditlərini ödəyərək bəzi vergilərin yığılmasını təxirə salıblar. Bu sistem məsələn, COVİD-19 virusunun yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan səfər məhdudiyyətləri səbəbindən daha çox ziyan çəkmiş aviaşirkətləri dəstəkləmək üçün Fransada istifadə edilib.
Qeyd edək ki, Belçika da Valloniya regionunda öz hava limanlarını dəstəkləmək məqsədilə konsessiya rüsumlarının ödənilməsini təxirə salmağı qərara alıb. İtaliya isə şirkətlər və özünə işləyənlər üçün 7,6 milyard avro məbləğində analoji sistem tətbiq edib.
Lakin ölkələrin öz şirkətlərini dəstək verməsinin əsas yolu Fransa və ya Almaniyada olduğu kimi, milli inkişaf bankları tərəfindən borclara və kredit xətlərinə verilən zəmanətdir.
Paris və Berlin şirkətlər və özünə işləyənlər üçün 800 milyard avrodan çox yardım sxemlərini işə salıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin iyulunda Aİ liderləri tərəfindən təsdiq edilmiş bərpa fondu 750 milyard dollar olub.
Bir çox digər ölkələr kimi, İspaniya da zəmanət və kreditlər, bəzi hallarda isə birbaşa köçürmələr, subsidiyalar vasitəsilə vergi ödənişlərinin gecikdirilməsi və şirkətlərin likvidliyinin dəstəklənməsi istiqamətində güzəştə gedib. Lakin bu məbləğ onun tərəfdaşları tərəfindən qoyulan investisiyalardan çox azdır.
Təkcə dövlət zəmanətlərindən istifadə etməklə bu sahəyə Almaniya 820 milyard avro, İtaliya 450 milyard, Fransa 300 milyard avro, İspaniya isə 140 milyard avro ayırıb.
Turizm, xidmət sahəsi, kənd təsərrüfatı və ixrac sektoru Aİ ölkələrinin dövlət investisiyaları hesabına dəstəklədiyi iqtisadiyyatın əsas aspektlərindəndir.
Məsələn, Danimarka COVID-19 pandemiyasına qarşı tətbiq olunan məhdudiyyətlərə görə dəymiş ziyanı ödəmək üçün 12 milyon avro məbləğində maliyyə vəsaitinə malik olan fond yaradıb. Latviya turizmin dəstəklənməsinə 19 milyon avro köçürüb. Finlandiya isə 120 milyon avro maliyyə vəsaiti məbləğində restoranlara yardım fondu təsis edib.
Lakin dövlət yardımından birbaşa faydalanan yeganə sektor nəqliyyat, xüsusilə də aviasiyadır. Danimarka və İsveç “SAS” Skandinaviya aviaşirkətinə 115 milyon avro məbləğində yardım edib. Fransa “Air France” şirkətinə təcili satış kimi 7 milyard avroya qədər, Almaniya “Lufthansa”nın yenidən kapitallaşdırılması üçün 6 milyard avro, Avstriya isə öz milli aviaşirkətinə dəstək məqsədilə 150 milyon avro məbləğində subordinasiya krediti ayırıb. Finlandiya “Finnair” aviaşirkətinə 258 milyon avro yardım edib. Kipr, Macarıstan, Rumıniya və Estoniya da aviasiya sektoruna maliyyə dəstəyi göstəriblər. Yaxın günlərdə İspaniya hökumətinin də bu təşəbbüslərə qoşulacağı bildirilir. Qeyd edək ki, İspaniya “Iberia” və “Air Europa” aviaşirkətinə dəstək proqramını təqdim etməyi proqnozlaşdırır.
Azərbaycan Hava Yolları sosial şəbəkələrdə ən çox verilən sualları cavablandırmağa davam edir.
Gezmeli.az Turizmplus.az istinadən xəbər verir ki, cavab videolarında yayımlanan növbəti vacib suallardan biri də AZAL-ın müntəzəm reysləri barədə olub. Aviaşirkətin nümayəndəsi bu suala aydınlıq gətirib:
“Azərbaycan sərhədlərinin avqustun 31-dək bağlı olması səbəbindən AZAL yalnız xüsusi beynəlxalq müqavilələr əsasında reyslər həyata keçirir. Əlavə reyslərin açılması yalnız Azərbaycanla digər ölkələr arasında razılaşmalara əsasən mümkün ola bilər və bu tək bizim aviaşirkətimizdən aslı deyil. Lakin hər hansı bir yeni məlumat olarsa biz mütləq xəbər verəcəyik”.
Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu Gəncə bu gün əcnəbi qonaqların,yaxından-uzaqdan gələn turistlərin diqqətində olan,tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib. Həm füsunkar mənzərəsi,həm də möhtəşəm abidələri,görməli yerləri,yaşıllığa və gül-çiçəklərə qərq olmuş parkları,göydələnləri ,xiyabanları ilə insanları valeh edən Gəncənin hər bir guşəsində,hər daşında qədim tariximizin silinməz izləri var.
Gəncənin diqqətçəkən görməli yerlərini sizə təqdim edirik.
1. Nizami Məqbərəsi
Nizami MəqbərəsiniGəncə şəhərinin simvolu da hesab etmək olar. Şəhərin girişində, Əhmədli kəndində yerləşən Məqbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib.Son illərdə Nizami Məqbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərcik yaradıb.
Nizami məqbərəsi
2. Heydər Əliyev Park-Kompleksi
2012-ci il yanvarın 21-də təməli qoyulan,2014-cü il yanvarın 21-də istifadəyə verilən Heydər Əliyev parkı Gəncənin ən füsunkar və gözoxşayan məkanlarından biridir. Dünyanın 5 ən böyük parkı arasında bu parkın da adı var. Ərazisi 450 hektar, uzunluğu isə 2 kilometrdir. Burada gəzinti, istirahət üçün bütün imkanlar var. Parkın girişində möhtəşəm “Zəfər tağı” ucaldılıb. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb. Parkda yaradılan süni göl və şəlalə də bu məkana xüsusi görkəm verir. Heydər Əliyev Parkında Müasir İncəsənət Muzeyi və Amfiteatr da inşa edilib. Burada tanınmış rəssamların müxtəlif əl işləri və digər sənət nümunələri nümayiş etdirilir.
3. Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi
Kompleksin inşasına 2012-ci ilin yanvarında başlanıb, 2014-cü ilin yanvarında başa çatıb. Tarixdən məlumdur ki Gəncə qalasının beş qapısı olub.Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.
4.”Zəfər Tağı”
Heydər Əliyev Mərkəzi yaxınlığında inşa edilən “Zəfər tağı” bir möcüzədir desək,yəqin ki, yanılmarıq. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb.Qurtuluşumuzun rəmzi olan “Zəfər Tağı” möhtəşəmli ilə maraq doğurur və ziyarətçilər də Gəncənin çox şərəfli mubarizə tarixini əks etdirir.
Zəfər tağı
5.”Nizami Gəncəvi” muzeyi
Nizami Gəncəvi muzeyi
Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə Azərbaycanın və Qafqazın ən iri şəhəri, eyni zamanda,Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaradıb və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.Onun xatirəsinə ucaldılmış Nizami Muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığı,dünya şöhrətli əsərləri haqqında zəngin eksponatlar nümayiş etdirilir.
6.”Məhsəti Gəncəvi” Mərkəzi
Gəncədə Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Mərkəzdə şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.
”Məhsəti Gəncəvi” Mərkəzi
Oxu zalında Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairənin rübailəri, bununla yanaşı Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığına aid nəşrlər təqdim olunur.
7.”İmamzadə” dini kompleks
Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə,ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.
7.”İmamzadə” dini kompleks
8. Xan bağı
Xan bağı, bir başqa adı ilə Sərdar bağı Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Şəhərin mərkəzində yerləşən bağ, 1847-ci ildə carın Qafqazdakı canişini (“sərdarı”) knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salınıb.
9. Cavadxan küçəsi
Cavadxan küçəsi son illərdə əsaslı bərpa və yenidənqurma işləri aparılaraq açıq səma altında zəngin muzeyə çevrilib.Cavadxan Gəncə tarixinin ən görkəmli şəxslərindən biri sayılır. Onun adına olan küçə şəhərin mərkəzi və qədim yerlərindən biridir. Bu küçədə ilk dəfə AXC dövründə Azərbaycan qəzeti dərc olunub.
10. Şah Abbas Məscidi
Gəncəlilərin “Cümə Məscidi” də adlandırdığı Şah Abbas Məscidi 1606-cı ildə Şah Abbasın istəyi ilə inşa olunub. Məscidin memarı isə həmin dövrdə Gəncədə bir çox binanın memarı olan Şeyx Bahəddin Məhəmməd Amildir.
11. Çökək Hamamı
Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.
12. “Butulka ev”
Butulka ev
Gəncə mərkəzində diqqətçəkən binalardan biridir. 1960-1964-cü illərdə 50.000 şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.
13.”Avropa 2016-Gənclər Paytaxtı” Parkı
Gəncəçayın sağ sahili boyunca salınmış “Gəncə 2016-Avropa Gənclər Paytaxtı” parkı şəhərin gözəlliyinə yeni çalarlar gətirib və bu layihə çərçivəsində keçirilən saysız-hesabsız tədbirləri,unudulmaz tarixi günləri yenidən xatırladır.
13.”Avropa 2016-Gənclər Paytaxtı” Parkı
14. Gəncənin Bayraq Meydanı
Bayrağın postamenti 4 m, dirəyinin hündürlüyü 100 m, bayrağın eni 25 m, uzunu isə 50 m-dir.
Gəncə çayının sağ sahilində yerləşən Azərbaycan Dövlət Bayrağı Meydanının 2011-ci ildə tikintisinə başlanıb, 2012-ci ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub. Gəncənin ən görkəmli yerində salınan Bayraq Meydanı gənclərin hərbi vətənpərvərlik tərbiyəsində,mubarizə ruhunun yüksəlməsində xüsusi rol oynayır.
15.“Gəncəçay” park–bulvar kompleksi
Gəncənin Bayraq Meydanı
Park bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat Evi, Kitab Evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.
16. Göygöl
Göygöl
1139-cu ildə Gəncədə yaşanan zəlzələnin nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmişdi. Bu təbiət hadisəsi Azərbaycanın ən gözəl yeri olan Göygölün yaranmasına səbəb olub.
17. Maralgöl
Maralgöl də, Göygöl kimi eyni zəlzələ nəticəsində Murovdağın ətrafında yaranmış göllərdən biridir. Dərinliyi 60 metr olan göl yaşıl meşələrlə əhatə olunub.
Maralgöl
18.Gəncə İstiqlal parkı
Gülüstan yaşayış sahəsində ərazisi 5 hektar olan parkda 15 ədəd müasir işıq dayağı quraşdırılıb, 15 ədəd oturacaq qoyulub, 2 bulaq və bir fəvvarə inşa edilib, əraziyə 20 mindən artıq gül-çiçək, 320 ədəd ağac və gül kolu əkilib, 200 paqonmetr qranit pilləkən düzəldilib. Parkın girəcəyində hündürlüyü 15 metr olan abidənin ətrafına 250 kvadratmetr qranitdən döşəmə salınıb. Abidənin postamentinə İstiqlal Bəyannaməsinin mətni, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyətlə bağlı fikirləri və Gəncədə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunub.
19. “Uğurlu xan” karvansarayı
“Uğurlu xan” karvansarayı qədim memarlıq abidəsi olmaqla,tariximizin müəyyən dövrünü əks etdirir.Bir zamanlar ticarət mərkəzi olan və ipəkyolunun üzərində yerləşən Gəncəyə əcnəbi ölkələrdən saysız-hesabsız qonaqlar gələr, bu karvansarayda qalardılar.Karvansaray bir növ otel rolunu oynayırdı.
20. “Mirzə Şəfi Vazeh” Parkı
Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub gedib. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.
20. “Mirzə Şəfi Vazeh” Parkı
XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.Gəncədə Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi münasibəti ilə gözəl və yaraşıqlı park salınıb.Burada şairin abidəsi ucaldılıb.
Lerik yeganə rayondur ki, burada həftənin bazar günləri bazar işləmir. Yəni bazar işçiləri də bazar günü istirahət edirlər. Amma bazar işçilərinin istirahət vaxtları təkcə bazar günü də deyil.
Azərbaycan həm təbiəti, həm də etnik çeşidliliyinə görə dünyanın ən zəngin ölkələrindən biridir. Flora və faunası ilə “Qırmızı Kitab”da, uzunömürlülərinə görə Ginnesin Rekordlar Kitabında yer alan Lerik rayonu bu təbii zənginliyi qoruyub saxlayan bölgələrdəndir. Lerik dağlarında nəsli kəsilməkdə olan dəmirağacı və nadir bəbir növlərindən olan Qafqaz bəbiri yaşamaqdadır. Onların ikisi də “Qırmızı Kitab”a düşüb. Burada 168 il ömür yaşamış Şirəli Müslümov dünyanın uzunömürlü sakinlərindən biri olaraq Ginnesin Rekordlar Kitabına düşmüşdür.
Bütün bu fərqlilikləri ilə bərabər, Lerik rayonunun bəzi qəribəlikləri də mövcuddur. Lerik yeganə rayondur ki, burada bircə ədəd belə işıqfor yoxdur. Rayon mərkəzində çoxlu yol kəsişmələrinin, yol qovşaqlarının olmasına rəğmən, Lerikdə heç vaxt işıqfor olmayıb.
Lerik yeganə rayondur ki, burada həftənin bazar günləri bazar işləmir. Yəni bazar işçiləri də bazar günü istirahət edirlər. Amma bazar işçilərinin istirahət vaxtları təkcə bazar günü də deyil. Onlar həftənin əksər günlərində və əksər saatlarında istirahət edirlər. Lerik rayonunda bazar yalnız 1-ci, 3-cü və 5-ci günlər saat 09:00-dan 11:00-a qədər işləyir. Görünür, uzunömürlü olmağın bir sirri də bu olsa gərək.
Lerik rayonunda bircə nəfər belə, dilənçi yoxdur. Rayonun mərkəzindən kəndlərinə qədər, heç bir yerində dilənçiyə rast gəlinmir. Əhalinin ən yoxsul təbəqəsinin də əkin-biçinlə, heyvandarlıqla məşğul olması və görünür, dağ adamının qüruru burada dilənçilərin olmasına imkan yaratmır.
Lerik yeganə rayondur ki, 100 000 nəfərə yaxın əhalinin məskunlaşdığı bu rayonda cəmi 3 aptek fəaliyyət göstərir. Lerikin heç bir kəndində aptek yoxdur. Fəaliyyət göstərən hər üç aptek rayonun mərkəzində yerləşir.
Lerik yeganə rayondur ki, 168 il, 156 il, 148 il, 136 il ömür sürən adamların hamısı bu rayonda yaşayıblar və hal-hazırda yaşı bir əsri ötmüş çoxsaylı uzunömürlülərə ev sahibliyi edir. Qəribəsi odur ki, yaşı 100-ü ötmüş bu adamların böyük əksəriyyətinin hələ də əmək qabiliyyəti var.
Bütün Lerik ərazisində bitən şümşad ağaclarının hamısı yalnız ziyarətgahların əhatəsində yerləşir. Görünür, şümşad ağaclarının bitdiyi yerlərdə pirlərin salınması qədim adətlərdən irəli gəlib. Bu şümşad ağaclarının ziyarətgahların ziyarət edilməsində heç bir əhəmiyyəti olmasa da, insanlar bu ağacların məhz ziyarətgahların ətrafında bitməsinə görə onun yarpaqlarını öpür. Özləri ilə götürüb evlərinə aparır və bu yarpaqların ruzi-bərəkət gətirəcəyinə inanırlar.
Qurani-Kərimdə Ali-İmran surəsinin 198-ci ayəsində buyurulur ki, “Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir”. Burada qeyd edilən “altından” ifadəsi Quran təfsirçiləri tərəfindən bildirilənə görə, ərəb dilinin məntiqi ilə yazılmış və türk dilinin məntiqi ilə ağacların arasından, yanından axan çaylar kimi başa düşülməlidir. Qəribəsi budur ki, Lerik rayonunda həqiqətən də ağacların altından axan çaylar var.