Ev Blog Səhifə 260

Türkiyə turizm sahəsində rəqibini açıqladı

0
Türkiyə

Türkiyənin turizm sahəsində əsas rəqibi məlum olub. 

Gezmeli.az xəbər verir ki, Antalyada keçirilən konfransda çıxış edən Aralıq dənizi hotel və turizm operatorları Assosiasiyasının prezidenti Erkan Yağcı Türkiyənin 2023-cü ildə 50 milyon turist qəbul edə biləcəyini deyib.

Hotelyerlər Federasiyasının rəhbəri Osman Ayrık isə bildirib ki, Türkiyəyə “ağıllı turizm” lazımdır. Onun sözlərinə görə, ölkə gələcəkdə il ərzində 80 milyon turist qəbul edə bilər. 

O. Ayrık ölkəsi üçün əsas rəqibin İspaniya olduğunu da bildirib. 

Məşhur səyahət proqramı Azərbaycanda

0
“Dünyayı geziyorum” verilişi

Türkiyənin “Kanal 7” televiziya kanalı ilə yayımlanan məşhur “Dünyayı geziyorum” verilişi bu dəfə Azərbaycanı el-el, oba-oba dolaşıb.

Gezmeli.az -ın məlumatına görə, Özlem Tuncanın təqdimatında yayımlanan proqram bundan öncə Bakının füsunkar gözəlliyindən bəhs edən proqram təqdim etmişdi.

Yaradıcı heyət Azərbaycan barəsində daha bir buraxılış hazırlamağa qərar verib və bu dəfə regionlarımızı gəzib.

Azərbaycanlılar Gürcüstanda ən qənaətcil turistlərdir

0
Gürcüstan

Gürcüstana səyahət etmiş turistlər arasında Azərbaycandan olan turistlər ən qənaətcil turistlərdəndir.

 “Forbes Georgia”ya istinadən məlumat verir ki, bu haqda məlumat “Sakstat” Milli Statistika Xidməti (Qruzstat) tərəfindən bildirilib.

Məlumata əsasən, 2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycanlı turistlər orta hesabla 430 lari (161 dollardan artıq) xərcləyiblər. Bu göstəriciyə əsasən, ən çox pul xərcləyən turistlər BƏƏ-dən olan turistlərdir ki, onlar orta hesabla 944 dollardan artıq pul xərcləyiblər.

Növbəti yerləri İsrail turistləri (978 dollardan artıq), almaniyalılar (895 dollardan artıq), iranlılar (792 dollardan artıq), qazaxıstanlılar (735 dollardan artıq), ruslar (566 dollardan artıq) tutublar. Türkiyəli turistlər orta hesabla xərclədikləri 244 dollardan artıq məbləğlə 8-ci pillədə qərarlaşıblar, erməni turistlər isə 211 dollardan artıq məbləğlə qənaət edən turistlərdən olublar.

“Forbes”in məlumatına əsasən, turistlər tərəfindən ümumi xərclənən 1,1 milyard dolların 30,1%-i yemək içkilərə, 25,8%-i yerləşmə ilə bağlı xərclərə, 18,8%-i istirahətmədəni fəaliyyətlərə sərf olunub. Ən az isə şoppinqə xərclənən pullar olub ki, onlar da ümumi məbləğin 11,2%-ni təşkil edib.   

Turistlərin sayına gəldikdə isə, 3-cü rübdə Azərbaycandan Gürcüstana 494 mindən çox turist səyahət edib. Eyni zamanda, Rusiyadan 582 mindən çox turist, Ermənistandan 440 min, Türkiyədən 376 min insan bu ölkəyə səfər edib. 

Azərbaycan və Rusiya Qafqazda vahid dağ xizəyi klasteri hazırlaya bilər

0

Qafqazda vahid dağ xizəyi klasteri hazırlana bilər. Bura nəinki Şimali Qafqaz federal dairəsinin, eyni zamanda, Azərbaycanın kurortları da daxil ediləcək. 

Xəbər verir ki, bununla bağlı “Şimali Qafqaz Kurortları” səhmdar cəmiyyətinin direktorunun müavini Rüstəm Tapayev iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasından sonra məlumat verib. 

Onun sözlərinə görə, dünyada turizm sahəsində belə əməkdaşlıqlar mövcuddur. Misal üçün, Avstriya tərəfindən “Tiral”, İsveç tərəfindən isə “Samnaun” kurortlarında dağ xizəyi klasteri mövcuddur. Bu, turistlərə müxtəlif ölkələrdə yerləşən kurortlar arasında xizək sürmək imkanı yaradır.

Bundan başqa, Azərbaycan tərəfi ilə “Şimali Qafqaz Kurortları” şirkəti arasında Xəzər dənizində sahil klasterinin də inkişaf etdirilməsi mümkündür. Bununla, Xəzər dənizində gəzintilər daxil olmaqla, müxtəlif turist marşrutları təşkil etmək olar.

“Fitch” Azərbaycanın reytinqini təsdiqlədi

0
“Fitch” Azərbaycanın reytinqi

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb. Reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunub.

Reytinqin “BB+” səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında “Fitch” qeyd edib ki, Azərbaycanın kredit reytinqləri güclü xarici balans və aşağı səviyyədə dövlət borcu ilə balanslaşdırılıb.

“Fitch”in analitikləri hesab edirlər ki, 2014-cü ildə neftin qiymətinin ucuzlaşması, milli valyutanın məzənnəsinin devalvasiyası və fiskal siyasətin sərtləşməsi ilə bağlı problemlərdən sonra Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunur.

“Daha ucuz idxal və stabil mübadilə məzənnəsi səbəbindən inflyasiya 2,3%-dək azalıb. Biz 2019-cu ildə ÜDM-in 3,5% səviyyəsində artımını gözləyirik, bu da “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinə sərmayələrlə dəstəklənəcək. Öz növbəsində, turizm və kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafına şərait yaradacaq”, – deyə məlumatda bildirilir.

Agentlik 2019-cu ildə Azərbaycanın ümumi dövlət borcunu 18,4% səviyyəsində proqnozlaşdırır.

“Buna baxmayaraq, neftin qiymətinin mümkün ucuzlaşması qarşısında iqtisadiyyatın zəifliyi, xammaldan yüksək asılılıq nəzərə alınmaqla, hələ də yüksək olaraq qalır. ÜDM-in 42%-i karbohidrogen sektoru, 91%-i malların ixracı və 63%-i vergi daxilolmalarının payına düşür. Pul-kredit siyasətinin səmərəliliyi zəif inkişaf etmiş kapital bazarı və dollarlaşmanın yüksək səviyyəsi və mübadilə məzənnəsinin məhdud çevikliyi ilə məhduddur.

2018-ci il noyabrın sonuna depozitlərin 66%-i və kreditlərin 37%-i dollarlaşmanın payına düşür”, – agentlik qeyd edir.


Türkiyədə turistlər vergi ödəməli olacaq

0
Türkiyə

Türkiyədə turistlər təhlükəsizlik vergisi ödəməli olacaqlar.

Müvafiq qayda 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minib.

Yenilik Türkiyəni hava limanları vasitəsi ilə tərk edən turistlərə şamil olunub.

Ölkənin bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirən Türkiyə hökuməti xərclərin bir hissəsini turistlərin üzərinə qoyur.

Yeni vergi rüsumunu istər Türkiyə vətəndaşları, istər də əcnəbilər ödəməli olacaqlar. Bu məsələdə yaş həddi səfər mövsümü kimi amillər nəzərə alınmayacaq.

HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTUNDA BAQAJLARINIZ NECƏ YOXLANILIR – REPORTAJ

0
HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTU

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da dövlət sərhədləri və hava limanları ən önəmli strateji obyektlər sırasındadır. Burada təhlükəsizlik sistemlərinin yüksək səviyyədə təşkil edilməsi birbaşa 10 milyona yaxın ölkə vətəndaşının təhlükəsizliyinin təmin edilməsi deməkdir.

Dünyada baş verən ən dəhşətli hadisələr, terror aktları üçün hədəf seçilən məkanlardan birincisi məhz hava limanlarıdır. Hər gün minlərlə insan hava limanından istifadə edir. Bu isə kifayət qədər ciddi rəqəmdir. Ən önəmlisi, hava limanında insanların təhlükəsizliyini təmin etmək üçün hər bir incə detala diqqətlə yanaşan peşəkar işçi kollektivinin olmasıdır. Söhbət Heydər Əliyev Beynəlxalq Aeroportundan gedir.

Bəzən vətəndaşların aeroportlarda baqajlarının dəyişik düşdüyünü, itdiyini, hətta zədələndiyini eşidirik.

Bu dəfə yolunu Heydər Əliyev Beynəlxalq Aeroportundan salaraq, burada təhlükəsizlik sisteminin necə tənzimləndiyini, sərnişinlərə məxsus baqajın hansı şəraitdə qeydiyyatdan, baxışdan keçdiyini və müşayiət edilərək hava gəmisinə yüklənməsini müşahidə edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun 1 saylı Terminalının qarşısında yerləşən avtomobil dayanacağına daxil olduq. Ərazidə maşın əlindən yer yox idi. Nəqliyyat vasitəsini dayanacaqda park etdikdən sonra Terminalın A girişinə yaxınlaşdıq.   

Terminala daxil olarkən təhlükəsizlik əməkdaşları tərəfindən bütün çantalar, aparatlar, üzərimizdə olan əşyalar, mobil telefon, qəpiklər, iri həcmli qolbaqlar və s. xüsusi qablara qoyularaq “X-ray” qurğusu vasitəsilə baxışdan keçirildi. Daha sonra özümüz tağlı metalaxtaranla “yoxlandıq”. Bundan sonra baxışdan keçirilməsi üçün xanımlara qadın əməkdaş, bəylərə isə kişi əməkdaş təhkim olundu.

Bu, onu sübut edir ki, kimliyindən asılı olmayaraq, heç kim hava limanı ərazisinə gizli şəkildə silah, partlayıcı qurğu və ya təhlükə yarada biləcək hər hansı bir əşya keçirə bilməz.

Baxışdan keçdikdən sonra şəxsi əşyalarımızı da götürüb qeydiyyat duracaqlarına yaxınlaşdıq. Sərnişinlər zəruri sənədlərlə qeydiyyatdan keçdikdən sonra onların baqajlarına yarlıq vurulur. Həmin yarlığın bir hissəsi baqajın üç tərəfinə vurulduqdan sonra digər hissəsi sərnişinə verilir.

Sərnişinin baqajına aviasiya təhlükəsizliyinə dair baxış keçirilən zaman baqajda şübhəli əşya aşkar edilərsə, həmin yarlıq vasitəsilə çantanın sahibini tapmaq asan olur. Sərnişinlər qeydiyyatdan keçdikdən sonra üçüncü mərtəbədəki restoranlardan birində uçuş vaxtına qədər istirahət edərkən baqajlar çox ciddi şəkildə baxışdan keçirilir. 

Nəzarət

Hər üç mərtəbədə təhlükəsizlik əməkdaşları ciddi nəzarət həyata keçirir. Qeyd etmək lazımdır ki, nəzarət yalnız vətəndaşlara və sərnişinlərə deyil, aeroportda çalışan bütün əməkdaşlara da tətbiq edilir. Belə ki, binadan bir dəqiqləik belə olsa, kənara çıxan və daha sonra geri qayıdan əməkdaşlar təkrar baxışdan keçdikdən sonra içəri buraxılırlar.  

Digər prosesləri müşahidə etmək üçün təhlükəsizlik əməkdaşları ilə birlikdə mühafizə edilən məhdud girişli zonaya daxil olduq. İlkin mərhələdə kinolarda gördüyünüz işıqlı və hər biri şifrəli olan qapılardan keçdik. Hər yerdə qapalı videomüşahidə sistemi quraşdırılmışdı. Sonuncu qapıda bizi təhlükəsizlik xidmətinin, dövlət sərhəd xidmətinin və gömrük xidmətinin əməkdaşları qarşıladı.

Şəxsiyyətimizi təsdiq edən sənəd və buraxılış vəsiqələrimiz yoxlanıldı. Üzərimizdə və əlimizdə olan bütün əşyalar, ayaqqabılar, saatlar, hətta kəmərlər çıxarılaraq xüsusi qablara qoyularaq “X-ray” qurğusu vasitəsilə baxışdan keçirildi. Sonra təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə baqajların baxışdan keçirilməsi, çeşidlənməsi və etiketlənməsi məntəqəsinə daxil olduq.

Qeydiyyatdan keçən bütün baqajlar “L3” adlanan partlayıcıları aşkar edən sistem (EDS) vasitəsilə xüsusi kurslarda iştirak edən və müvafiq “Sertifikat” alan təhlükəsizlik əməkdaşları tərəfindən 3D formatında müxtəlif rakurslardan baxışdan keçirilir. Sistem tərəfindən şübhəli hesab edilən  baqaj “Heimann” adlanan “X-ray” qurğusuna yönləndirilir. Həmin baqajlara təkrar baxış keçirilir.

Əgər aydın olmayan məqam olarsa, baqajın üzərindəki yarlığa uyğun kod vasitəsilə baqajın sahibi çeşidlənmə məntəqəsinə dəvət edilir. Gömrük və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə baqaj açılır və əl ilə baxış keçirilir. Əlavə təhlükəsizlik tədbiri kimi “Safran Morpho” adlanan partlayıcı maddələrin izini aşkar edən qurğu (ETD) vasitəsilə həmin baqajdan nümunələr götürülərək yoxlanılır.

Baqajlar təhlükəsizlik xidmətinin silah, partlayıcı maddə və qurğuların axtarışı üçün hazırlanmış xüsusi itlər vasitəsilə də yoxlanılır. Reks adlı xüsusi axtarış itinin baqajları yoxlamasını da əyani şəkildə müşahidə etdik. 

Bütün bu proseslərdən sonra baqajlar reyslər üzrə çeşidlənir və üzərinə aviasiya təhlükəsizliyinə dair baxışdan keçirildiyini göstərən rəngli etiketlər vurulur. Qeyd etməliyik ki, baqajlar çox səliqəli və ehtiyatla daşınır.

Onların zədələnməsi və ya içərisindəki əşyaların ziyan görmə ehtimalı minimum səviyyədədir. Əl terminalları vasitəsilə baqajlar “scan” edilir və bu terminallarda baqajın sahibinə aid bütün informasiyalar öz əksini tapır.

Baqajların baxışdan keçirilməsi, çeşidlənməsi və etiketlənməsi üçün ayrılan ərazidə əməkdaşlar 24 saat dörd növbə ilə fəaliyyət göstərir.

Baqajlar tam hazır olduqdan sonra təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə hava gəmisinə çatdırılır. Orada digər əməkdaşa təhvil verilir.  

Onu da qeyd edək ki, gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 12 minə yaxın sərnişin yola salınır.

Yəqin ki, bütün bu proseslərin ardıcıl olaraq neçə dəfə təkrarlandığını təsəvvür etmək çətindir. Lakin təhlükəsizlik əməkdaşları yorulmadan gün ərzində bu prosedurları həyata keçirirlər.

Əlavə olaraq onu da qeyd edək ki, sərnişinlərdən biri hava gəmisinə daxil olduqdan sonra uçuşdan imtina edərsə, təhlükəsizlik əməkdaşları tərəfindən reys dayandırılır.

Bütün sərnişinlər və baqajlar hava gəmisindən çıxarılır, hava gəmisi təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılır, bütün ilkin qeyd edilən prosedurlar təkrar tətbiq edilir və hava gəmisinin uçuşuna icazə verilir.

Xarici aviaşirkətlərə məxsus hava gəmilərinə Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş cədvəlinə uyğun olaraq müəyyən vaxt ayrılır.

Bu müddət ərzində ekipaj üzvlərinin hava gəmisini tərk etməsi qəti qadağandır. İstisna hallar olarsa, həmin şəxslər təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə təyyarədən enə və geri dönə bilərlər.

DÜNYANIN ƏN GÖZƏL ADALARI AÇIQLANDI

0
Adalar

Dünyada ən gözəl adaların reytinqi tərtib olunub.

10BestLook-un məlumatına görə, siyahıda yer alan adalara səfər edəcək turistləri dünyanın ən yaxşı çimərlikləri, möhtəşəm mənzərələr gözləyir.

Santorini, Yunanıstan

Santorinidə yatmış vulkanlar var. Bu üzdən də burada qara çimərliklərə rast gəlmək olar.

Pxi-Pxi, Tayland

Söhbət altı adadan ibarət Pxi-Pxi arxipelaqından gedir. Bu yer baş rolda Leonardo Di Kaprionun çəkildiyi “Çimərlik” (The Beach) filmindən sonra məşhurlaşıb.

Fici adaları

Fici adalarını paparatsilərin əlindən qaçan məşhurlar daha çox seçir.

Mavrikiy

Ağ çimərliklər və mavi rəngli su olduqca romantik mühit yaradır. Adanı korall riflər əhatə edir.

Bali, İndoneziya

Balidə çox sayda əyləncə var: serfinq, çoxsaylı məbədlərə ziyarət və s.

Maui, Havay adaları, ABŞ

Havay adaları qızılı çimərliklər və bambuk meşələri ilə məşhurdur.

Yamayka

Burada turistlər gözəl çimərliklərdə istirahət etməklə yanaşı paytaxt Kinqstonun zəngin mədəni həyatı ilə tanış ola bilərlər.

Bora-Bora, Fransız Polineziyası

Dayverlərin sevdiyi yerlərdən biridir. Burada palma meşələri də var.

Maldiv adaları

Hind okeanının mərkəzində yerləşir, mindən çox adalardan ibarət yerdir. İstirahət üçün ən yaxşı vaxt noyabrdan may ayınadək sayılır.

Seyşel adaları

Bir çox cütlüklər Seyşel adalarını toy mərasimləri və bal ayı üçün seçir.

Səyahət üçün ən cəlbedici yerlər: Bakı da siyahıdadır

0
Bakı

Səyahət həvəskarları üçün ən yaxşı yerlərin siyahısı hazırlanıb. 25 yerin daxil olduğu siyahı 30 rusiyalı jurnalist, bloqer və ekspert arasında aparılan sorğu əsasında tərtib olunub. Onlar getdikləri və getmək istədikləri ən cəlbedici yerləri açıqlayıblar. 

“Hər istiqamətdə ən minimal qiymətlər göstərilib (misal üçün, iyunda yeddi gün səyahət müddəti götürülüb) və Moskvadan uçmaq üçün ən minimal müddət, viza əldə edilməsi və ölkələrin dil bilikləri nəzərə alınıb”, – deyə məlumatda bildirilib. 

Siyahıda 15-ci yeri Bakı tutub. 

“Bakı. Futbol sevənlər üçün burada Avropa Liqasının finalı keçiriləcək. İki sutkaya plaskart vasitəsilə və ya təyyarə ilə çata bilərsiniz.12,2 min rubldan başlayan qiymətlərlə”.

Reytinqdə ilk üç yeri Baykal, Yaponiya İspaniyanın şimalındakı Qalisiya bölgəsi, son yerləri isə Venesiya, Hindistanın Hampi vilayəti və Çili tutub. 

AZƏRBAYCAN ƏN UCUZ TURİZM İSTİQAMƏTLƏRİ SİYAHISINDA

0
Azərbaycan

“Skyscanner” portalı 2019-cu ildə iki həftəlik istirahət üçün dünyanın ən ucuz istiqamətlərini açıqlayıb. 

Siyahıda dünyanın ən ucuz və maraqlı 30 ölkəsi yer alıb. 

Reytinq hazırlanan zaman iki nəfər üçün həmin ərazilərə uçuş biletinin qiyməti, qalma və xərclərinin məbləği nəzərə alınıb. Yəni insanlar göstərilən məbləğlə iki həftə ərzində həmin ölkələrə uça, hotel və ya mənzillərdə qala, yerli kafelərdə qidalana bilər.

Siyahıda birinci yeri Belarus tutub. Bu ölkəyə 14 günlük səfər üçün iki nəfərə 1376 dollar lazımdır. 

Təqdim edilən reytinqdə Azərbaycan 10-cu yeri tutub. Ölkəmizdə iki nəfər üçün iki həftəlik səfərə 1718 dollar lazım olur. 

Siyahıda son yeri isə Tanzaniya tutub. Bu ölkədə eyni səfər üçün insanlar 2704 dollar xərcləməlidir.