Ev Blog Səhifə 261

Bakıdan Voronejə birbaşa hava reysi açılacaq

0
Hava reysi

Voronej aeroportu 2019-cu ildə Azərbaycan, Gürcüstan, QazaxıstanTacikistana müntəzəm birbaşa aviareyslər işə salmağı planlaşdırır.

Bununla bağlı “RİA Voronej” məlumat yayıb.

Aeroportun baş direktoru Aleksandr Beleviç birbaşa aviareyslərin Voronejlə Bakı, Tbilisi, Aktau və Düşənbəni birləşdirəcəyini bildirib.

2020-ci ildə isə aeroport Riqa, İstanbul və Dubaya müntəzəm reysləri işə salmaq niyyətindədir.

Nüfuzlu beynəlxalq şirkət Azərbaycan turizminin reklamı ilə məşğul olacaq

0
Azərbaycan

“Hill + Knowlton” (H+K) qlobal kommunikasiya-konsaltinq şirkəti Azərbaycan Turizm Bürosu (Azerbaijan Tourism Board) adından 12 dünya bazarında Azərbaycan turizminin təbliğatı ilə məşğul olacaq.

Bu barədə “PR Week” nəşrində məqalə dərc olunub.

Məqaləyə əsasən, “H+K” şirkəti Azərbaycan dövlət təşkilatı ilə əməkdaşlıq çərçivəsində  potensial turistlərin “Azərbaycanın gizli incilərini özləri üçün kəşf etməsinə kömək göstərəcək”. “H+K” yeni brend strategiya əsasında Azərbaycan turizminin beynəxalq nüfuzunu artırmağa xidmət edəcək. Şirkət 2023-cü ilə kimi Azərbaycana gələn turistlərin sayını iki dəfə artırmağı qarşıya məqsəd qoyub.

Agentlik bir neçə ay əvvəl (noyabrda) Londonda keçirilən Ümumdünya Turizm Bazarı (World Travel Market) sərgisində “Take Another Look” (Fərqli baxış) adlı altında yeni kampaniyanı işə salıb. Kampaniya Azərbaycanda qədim irslə müasirliyin möhtəşəm vəhdətini işıqlandırır. Qlobal turizm mediası vasitəsilə burada turizm üçün unikal perspektivlərin olduğunu aşılayır.

“H+K” aparacağı təbliğatda hədəf bazarlarına iki mərkəzdən çıxacaq. Moskva habı (mərkəzi-qeyd) Avropa və Aralıq dənizi ölkələrinə baxacaq. Dubay habı isə Yaxın Şərq, Çin, o cümlədən, Mərkəzi və Cənub-şərqi Asiya ölkələrini ehtiva edəcək.

Bu ölkələrdə Azərbaycanın gəzməli-görməli yerləri, mədəni irsi, füsunkar təbiəti, kurort və spa imkanları təbliğ olunacaq.

“Azərbaycan dünyanın ən sürətlə inkişaf edən turizm istiqamətlərindən sayılır və biz həftənin yeddi günü, günün 24 saatı durmadan işlədiyimizə görə ölkənin turizmlə bağlı qlobal nüfuzunu artıracağıq”, – deyə Mayron Vasilik (PBN H+K-nin Rusiya, Ukrayna və MDB üzrə rəhbəri ) bildirib.

Vüqar İsayev: Qobustan qoruğuna “Gecə Turu” da təşkil olunur.

0
Vüqar İsayev

Qədim tarixə malik Azərbaycan bu qədimliyini sübut edən abidələrlə zəngindir. Bu diyarda hansı daşı qaldırsan, altından müəyyən bir tarixi dövrü əks etdirən elementlər çıxır. Ölkəmizdə arxeoloji qazıntıların başladığı gündən saysız-hesabsız abidələr torpağın dərin qatlarından üzə çıxıb. Sanki odlar yurdu Azərbaycanın tək altı deyil, üstü də tarixin başladığı zamanla yaşıddır.

Bizi dünyaya tanıdan tarixi abidələrlə zəngin olan yerlərdən biri də Qobustan qayalarıdır. Qobustan deyəndə ilk olaraq ağlımıza “Yallı” rəqsinin ifasını xatırladan qayaüstü rəsmlər və hər səsində, hər ritmində bir tarix yaşadan Qavaldaşı gəlir. Amma sən demə, Qobustanın tarixi bununla bitmir. Bu ərazinin bilmədiyimiz tərəfləri var imiş. Burada elmi tədqiqatlar nəticəsində kəşf olunan təsvirlər və təsvirli daşlar var. Bunu biz demirik. Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev müsahibəsində deyir:

– Bilirik ki, Qobustan abidələrlə zəngindir. Bu abidələri qısa şəkildə necə təsvir etmək olar?

– Qobustan qoruğu qayaüstü rəsmlərin, mədəni landşaftın qorunması, tədqiqi və təbliği məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 503 nömrəli 9 sentyabr 1966-cı il tarixli qərarı ilə yaradılıb.

Qoruq, əsasən,  üç dağın – Böyükdaş, Kiçikdaş Cingirdağın yerləşdiyi 4535 hektar ərazini əhatə edir. Açıq səma altında olan muzeydə qayaüstü rəsmlər, təsvirlər, Qavaldaş kimi tarixi abidələrimiz qorunur.

Ümumiyyətlə, Qobustan Milli Tarixi-bədii Qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ, həmçinin, qoruqdan kənarda yerləşən Şonqar və Şıxqaya dağları ərazilərində müxtəlif arxeoloji abidələr qeydiyyatdadır.

Hazırda Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb və öyrənilib. Nəticə olaraq, 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 000 ədəd arxeoloji material qoruğun fonduna daxil edilib.

– Hazırda qoruq ərazisində elmi tədqiqat işləri hansı istiqamətdə davam etdirilir?

– Hazırda 2016-cı ildən icrasına başlanılmış “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir.

İlkin olaraq, 2016-cı ildən başlayaraq Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirilməsinə başlanılıb. Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir 14 yeni təsvirli daş da aşkar edilib. 

Bundan əlavə, qoruğun sərhədlərindən kənarda, Cingirdağ ərazisində yerli əhalinin “Sona qaya” adlandırdığı qayalıqda, kompleks halda 29 daşda 100-dən artıq xətlərlə bir-birinə birləşdirilmiş yalaqlar, damğalar və abstrakt qayaüstü işarə və simvollar aşkar edilib.

 – Qoruqda turistlər üçün hansı marşrutlar mövcuddur?

– Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın xüsusi səyi nəticəsində 29 iyun 2007-ci ildə Yeni Zellandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarixi-bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğu və əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 11 iyun 2007-ci il tarixli sərəncamı ilə qoruğa Milli qoruq statusu verilib.

Ölkə başçısının digər, 4 mart 2011-ci il tarixli 1380 nömrəli sərəncamı əsasında Qobustan Milli qoruğunun yeni binası və müasir texnologiyalarla təchiz edilmiş yeni muzey istifadəyə verilib. Məhz bu sərəncamların nəticəsində qoruğun Böyükdaş dağı ərazisində turizm fəaliyyətinin göstərilməsi üçün infrastruktur yaradılıb.

Hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir.

Həmçinin, istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

– Ötən 2018-ci il Qobustan qoruğu üçün nə ilə yadda qaldı?

– Bu yaxınlarda, bildiyiniz kimi, Qobustanda aşkar olunmuş Tunc Dövrü oyun təsviri haqqında Amerikanın milyonlarla izləyicisi olan sciencenews.org və livescience.com elmi portalları, həmçinin, onlara istinad edərək yüzlərlə mətbuat orqanları xəbər hazırladı.

“CNN travel” səyahət portalında Qobustan haqqında videoçarxın təqdim olunması da böyük rezonansa səbəb oldu. Bütün bunlar Qobustanın dünyada daha da tanınmasına və ziyarətçilərin artmasına səbəb olur. Ötən il ərzində qoruğa gələn ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri görülüb.

2018-ci ildə Qobustanı görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır: Əcnəbi ziyarətçilər, əsasən, Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, Honq-Konq, İtaliya və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunan Fici adaları, Dominikan Respublikası kimi ölkələrdən də turistlər təşrif buyurur.

MDB-nin ən yaxşı qış kurortları: Azərbaycan ilk üçlükdə

0
Tufandağ

Qış məzuniyyəti üçün MDB-nin ən yaxşı kurortları olaraq Belarus, Qazaxıstan və Azərbaycandakı istirahət mərkəzləri seçilib.

Gezmeli.az  “TurStat” analitik agentliyinə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 32%-i öz səslərini Belarusun Minsk bölgəsinin LoqoyskSiliçi istirahət mərkəzlərinə səs veriblər.

Qazaxıstanın Almatı şəhəri yaxınığındakı Çimbulak kurortuna 23% səs verib. 16% isə Azərbaycandakı ŞahdağTufandağ kurortlarını ən yaxşı hesab ediblər.

Respondentlərin səkkiz faizi Ermənistandakı Tsaxkadzor kurortunu bəyənib. Altı faiz öz səsini Qırğızıstandakı Karakol kurortuna, beş faiz isə Özbəkistandakı Çimqan kurortuna verib.

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

0
Bakı və Pekin

“Azərbaycan Hava Yolları”, Azərbaycan Turizm Bürosu və Çinin aparıcı turizm şirkəti – “ETI-Holidays” (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.

Memorandum Pekin-Bakı aviareysi ilə çinli turistlərin Azərbaycana və Bakının tranzit qabiliyyətini artırmaq məqsədilə keçirilib. Burdan da digər ölkələrə axınının artmasını nəzərdə tutur. 

Bakı və Pekin

Memoranduma əsasən, “ETI-Holidays” Azərbaycanın turizm potensialını təşviq etməyi planlaşdırmışdır. Həmçinin yerli turistlər arasında yeni təyinat markasının təşviqini dəstəkləməyi öz öhdəliyinə götürür.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Pekinin hava limanına rahat “Boeing 767-300” layneri ilə birbaşa uçuşlar həyata keçirir.

Almaniya Şərab Yolu boyunca səyahət

0
Almaniya Şərab Yolu boyunca səyahət

Bu gün öz oxucularına Almaniya Şərab Yolu və ya Alman Şərab Yolu adlanan 85 kilometrlik turist marşrutu boyunca virtual səyahət təklif edəcək. Fransanın Elzas əyaləti ilə Almaniyanın sərhədindən başlanan marşrut Reynhessendən sonra Almaniyanın ərazicə ikinci ən böyük şərabçılıq regionu olan Pfaltsdan keçir.

Qədim romalılar hələ iki min il bundan əvvəl bu yerlərin günəşli və mülayim iqlimini nəzərə alaraq burada üzüm yetişdirməyə başlayıblar. Bu populyar turist marşrutu boyunca 40-dan çox kiçik şəhər150-yə yaxın mənzərəli kənd yerləşir. Marşrut boyunca yetişdirilən üzüm növlərindən hazırlanan Rislinq, Müller-Turqau, Kerner, Silvaner və Qrauburqunder kimi ağ şərab və Portugizer, Şpetburgenburqer və Dornfelder kimi qırmızı şərab növləri xüsusilə məşhurdur. Təqdim etdiyimiz bu fotoşəkil regionu məşhurlaşdıran şərab bayramlarından birində çəkilib.

Şvayqen-Rextenbax

Almaniya Şərab Yolunun Şvayqen-Rextenbaxdan başlanması 1936-cı ildə ucaldılmış daş darvazaların rəmzidir. Pfaltsın ən maraqlı vaxtı payızda məhsul yığımı dövrüdür. Lakin bu yerlərin landşaftı ilin istənilən vaxtında gəzinti üçün cəlbedicidir. Ağzının dadını bilən adamlar burada xüsusilə populyar olan Rislinq və ya Silvaner şərabları ilə regionunun gözəl mətbəx nümunələrini dadıb qiymətləndirə bilər.

Şərabçıların Dörrenbax kəndi “Pfaltsın yatmış gözəli” adlandırılır. Renessans dövründə tikilmiş Faxverk ratuşası kəndin əsas memarlıq nümunəsidir.

Birkvayler kəndi 1985-ci ildə Almaniya Şərab Yolu boyunca yerləşən ən gözəl kənd adı qazanmaq uğrunda müsabiqənin qalibi olub. Pfalts şərabçılarının 7 əsr bundan əvvəl məskəni saldığı bu yerlər üzüm bağları arasında gəzintilər üçün çox münasibdir. İyunun sonlarında burada regionun ən qədim ənənəvi şərab bayramlarından biri keçirilir.

1931-ci ildə yaranmış ənənəyə görə, Pfaltsda hər il Şərab Kraliçası və üç Şərab Şahzadəsi seçilir. İlk vaxtlar həmin kraliçaların səlahiyyətləri bütün Almaniyanı əhatə edirdi, lakin tədricən başqa regionlar da özlərinin şərab şahzadələrini seçməyə və onların başına tac qoymağa başlayıblar.

Pfaltsı çox vaxt “Alman Toskanası” adlandırırlar. Hər halda il ərzində günəşli saatların sayı 1800 olduğu üçün Pfalts Toskana ilə rəqabət apara bilər. Pfaltsda hava hələ mart ayında badamın çiçəklənməsi üçün zəruri temperatura qədər qızır. Payızda üzüm yığımı dövründə burada şabalıd da yetişir. Təzə çəkilmiş şərabla məşhur soğan piroqunun və şabalıdın dadına baxmağa dəyər.

Bad-Dürkhaym

Dünyada ən böyük şərab bayramı Bad-Dürkhaymda keçirilir. Bu bayramda 600 minə qədər adam iştirak edir. Almaniyanın ən böyük şərab çəlləyi də burada yerləşir. Amma həmin çəlləyə heç vaxt şərab tökülməyib. Çəlləyin içində bütöv bir restoran yerləşir. Şəhərin yuxarı hissəsində isə orta əsrlərdə tikilmiş Hardenburq qəsri diqqəti cəlb edir.

Almaniya Şərab Yolu boyunca səyahət edən turistlər şərab istehsalı prosesini, yəni üzümün bağlardan yığılması, onun şirəsinin çəkilməsi, şirənin şüşə qablara doldurulması mərhələlərini əvvəldən axıra qədər izləyə bilərlər. Bundan əlavə, çəllək hazırlanan emalatxanalara da baş çəkməyə dəyər.

Almaniya Şərab Yolu boyunca virtual səyahətimizi 1910-cu ildə buraxılmış bir açıqca ilə tamamlayacağıq. Noyştadt şəhəri Almaniyanın əsas şərabçılıq mərkəzlərindən biridir. Şəhərin mərkəzində barokko üslubunda tikilmiş ratuşa və qotik üslubda inşa edilmiş kilsə yerləşən bazar meydanı həmişə izdihamlı olur.

Bu şəhərə gələnlərə bir məsləhətimiz də var: 13 kilometr uzunluğunda dar dəmir yolu ilə hərəkət edən, el arasında “Kukuşka” deyilən elektrik qatarına minməyi və Xambax qəsri ilə tanış olmağı da unutmasınlar.

Macarıstan incilərindən biri – Heviz kurortu

0
Heviz kurortu

bu gün Macarıstan incilərindən birini – Balaton gölündən şimal-şərqdə yerləşən Heviz balneoloji kurortunu təqdim edir. Nadir gözəlliyi ilə turistləri bu kurorta cəlb edən erkən geoloji dövrlərdə yaranmış göl bütün Avropada məşhurdur. Gölün sahəsi 47 min kvadratmetr, dərinliyi isə 38 metrə yaxındır. Yeraltı mineral mənbələrin suyundan qaynaqlanan bu göldə yay aylarında temperatur 33-35 Selsi, qışda isə 25-28 Selsidir. Bu səbəbdən il ərzində burada çimmək mümkündür. Gölün suyu 72 saat ərzində tamamilə dəyişir. Gölün dibini örtən təxminən 1 metrə yaxın lilin tərkibində mineral komponentlər və ekstragen birləşmələr palçıq vannaları üçün məsləhət görülür. Buranın gur yaşıllığı sayəsində gölün ətrafında unikal mikroiqlim yaranır. Kurorta gələnlər bu faydalı təsiri ilk dəqiqələrdən hiss edirlər. Heviz gölündə ilk müalicəvi hamamlar 1795-ci ildə tikilib.

Son illərdə Heviz kurortu azərbaycanlı turistlər arasında daha çox populyarlaşıb.

Azərbaycana Hindistandan turist cəlb olunur

0
Hindistan

Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkəyə Hindistandan turistlərin cəlb olunması üzərində işləyir. Bu barədə “Trend”ə assosiasiyanın sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, AzTA hazırda müxtəlif Hindistan şirkətləri ilə danışıqlar aparır:

“Assosiasiya Bakıda Hindistan filminin bəzi səhnələrinin çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu filmin çəkilişləri bir müddət əvvəl başa çatıb. Film ekranlara çıxanda bu, Azərbaycan üçün böyük reklam olacaq. Bu cür filmlər həmçinin Hindistandan turist axınının artmasına təsir göstərəcək”.

2019-cu il üçün prioritetlərindən danışan N.Bağırov qeyd edib ki, bu, Hindistan bazarında fəal iştirak, eləcə də ərəb bazarının qorunub saxlanılmasıdır:

“Ərəb turisti digər ölkələrdə da populyardır. Demək olar ki, bütün ölkələr ərəb turistlərini cəlb etməyə çalışır”.

Azərbaycanın turistlər arasında ən populyar regionuna gəldikdə isə assosiasiya rəhbəri bildirib ki, əsas turist axını Qəbələdə müşahidə olunur.

“Azərbaycanda heyrətə gəldim…” – Əl-Cəzirə” təmsilçisi

0
Funqi Nquyan

Dünyanın media nəhənglərindən olan “Əl-Cəzirə” Media Şəbəkəsinin xəbər prodüseri Funqi Nquyan bu günlərdə Azərbaycanda olub. Paytaxt Bakıda və bölgələrdə qonaq olan xanım jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda da olub və fondun prezidenti Umud Mirzəyevlə görüşüb. Görüşdən sonra o, səfər təəssüratlarını “Eurasia Diary” ilə bölüşüb. 

– CNN vəƏl-Cəzirə kimi böyük media qurumlarında təcrübəniz var. Dünyanıçox ölkələrini gəzmisiniz. Azərbaycanla bağlı gözləntilərinizdən razı qaldınızmı?

– Media təmsilçisi olaraq ölkənizin siyasəti haqqında az məlumatımız var. Bu ölkənin dünyaya necə açılması və investisiyaların necə cəlb edilməsi çox maraqlıdır. Ölkənin tarixi haqqında az məlumatım var, lakin müstəqillik uğrunda mübarizə və digər hadisələr barəsində öyrənmək istərdim. Biz Azərbaycanı Xəzər dənizi sahilində sakit bir ölkə olaraq görürük.

Mənim üçün inkişaf etmiş turizm quruluşu olan ölkələri görmək maraqlıdır. Bu xüsusiyyətləri burda görmək məni çox məmnun etdi. Yalnız paytaxt deyil, ətraf ərazilərin də inkişafını müşahidə etdik. Məsələn, biz bu günlərdə Şahdağda olmuşuq.

Şəhərdən kənara çıxanda fərqli millətləri görmək çox xoşdur. Məsələn, biz şimal zonasına səyahət edəndə ləzgiləri gördük.  Müxtəlif etniklərin birgə yaşaması və fəaliyyətdə olmasını görmək məni çox məmnun etdi.

Buraya gəlməzdən qabaq Bakının Dubay kimi olduğunu düşünürdüm. Biz borcu az olan, iqtisadi cəhətdən güclü dövlət görmək istəyirdik. Ancaq Azərbaycanda olarkən heyrətə gəldim. Burada daha çox maraqlı şeylərlə qarşılaşdım. Məscidlər görürsünüz, ancaq tipik müsəlman ölkəsi deyil. Bakıda bir küçədə barlar və restoranlar var. Burada Avropa təsirini görə bilərsiniz. Burada çox müxtəlif mədəniyyətlərin və dinlərin qarışığı müşahidə olunur. Müxtəlif növ memarlıq abidələrini görə bilərsiniz.

– Bir media nümayəndəsi olaraq necə düşünürsünüz, insanlar medianın yaydığı xəbərləri nə dərəcədə ciddi qəbul edir?

– Mən Qərb mərkəzli CNN-də fəaliyyət göstərmişəm və hazırda “Əl-Cəzirə”də işləyirəm. “Əl-Cəzirə” əsasən qərb mənbələrinin dərc etmədiyi bir çox informasiyaları yayır. Ona görə orada çalışmaqdan qürur duyuram.

Hesab edirəm ki, qərb şəbəkəsi işgüzar müstəvidə Azərbaycana diqqət yetirir. Böyük ehtiyatlara sahib olan ölkə kimi investisiyaları necə cəlb edir, müstəqillik qazandıqdan sonra ölkədəki siyasi sabitliyin kökündə nə dayanır və s…

Nəhəng qurumların məhsulları da həqiqət kimi qəbul edilir. Misal üçün CNN, “Röyters” və s. Onların verdiyi informasiya insanlara daha inandırıcı gəlir. Ancaq mən “Röyters”-də bir yazı oxuyuramsa, həmişə bunu yoxlayıram, dəqiqləşdirmək üçün digər mənbələri oxuyuram. Həqiqət CNN, “Əl-Cəzirə” və ya “Röyters”də deyil, həqiqəti yazıların arasında tapmaq mümkündür.

–  “İnformasiya müharibəsi anlayışını qəbul edirsinizmi və blədirsəözünüzü bu müharibənin əsgəri kimi görürsünüzmü?

– Bir jurnalist olaraq, ümid edirəm ki, yox. Hər bir media şəbəkəsinin, hətta “Əl-Cəzirə”nin də mövqeyi var. Hesab edirəm ki, xəbəri, məqaləni yazanda əsas məsələ hadisəni bütün tərəflərin mövqeyini qeyd etməklə işıqlandırmaqdır. Vəziyyəti təhlil etmək mənim işimə daxil deyil, bunu analitiklərə, professorlara həvalə etmək daha məsləhətlidir.

Heç vaxt informasiya müharibəsinin iştirakçısı olmamışam. Vacib hesab edilən və çoxlarının kifayət qədər diqqət yetirmədiyi problemləri işiqlandırmağa çalışırıq. Məsələn, Yəmən böhranı… Olduqca vacibdir və biz bu barədə yazmağa davam edəcəyik . Biz daha çox münaqişələrə toxunmağa çalışırıq.

– Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə yazmaq niyyətiniz varmı?

– Bu, mənim üçün həqiqətən maraqlıdır. Orada nə baş verdiyi ilə bağlı məlumatımız məhduddur. KİV-lərdə kifayət qədər məlumat yoxdur. Məsələn, “Neşnl Ceoqrafik”in münaqişəyə dair yalnız bir fotosuna rast gəlmişəm. Münaqişə haqqında daha çox öyrənməyimə ehtiyac var.

– Saxta xəbərlər, təxribat, onun cəmiyyətə və siyasətə təsiri barədə nə deyə bilərsiniz?

– Bu halların qarşısını almaq üçün balansı tapmaq lazımdır, digər tərəfin nə dediyini bilmək lazımdır. Burada – Bakıda belə fərqli perspektivlər var. Yalnız tək bir mənbədən istifadə edərək ölkəni təhlil etmək mümkün deyil. 

Səfir: “Azərbaycan və Meksika 2019-cu ildə əməkdaşlığı inkişaf etdirəcək”

0
Rodriqo Labardini

“Birləşmiş Meksika Ştatları ilə Azərbaycan arasındakı 12,000 km-dən artıq böyük məsafə ikitərəfli əməkdaşlığa mane olmur, əksinə müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır”.

Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini Eurasia Diary-ə verdiyi müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Meksika Azərbaycanla əməkdaşlığın çox vacib olduğunu düşünür.

“Azərbaycan Qafqazda ən böyük ölkədir, bölgənin ÜDM-nin 75% -i, əhalinin isə 60% -i Azərbaycanın payına düşür. Azərbaycan yalnız Şərq və Qərb arasında körpü deyil, həmçinin, Xəzər dənizi və Mərkəzi Asiya regionuna açılan qapıdır.

Meksikanın Azərbaycanda səfirliyi 2014-cü ildə açılmış və 2015-ci ildən etibarən ikitərəfli münasibətlər inkişaf etdirilmiş və güclənmişdir. Ölkələrimiz arasında ticarət 8 dəfə artaraq 2018-ci ildə 25 milyon ABŞ dollarına çatıb. Turizm sənayesi 4 dəfə artıb. 2017-ci ildə Meksika və Azərbaycan arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması şübhəsiz ki, bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açdı”.

Rodriqo Labardini Meksika və Azərbaycanın insanları, mədəniyyəti və hətta yeməklərində oxşarlıqların olduğunu vurğulayıb.

“2015-ci ildə Azərbaycana gəldiyim zaman yeni bir ölkə, xüsusilə də yeni insanlarla qarşılaşdım. Azərbaycan mənə hamımızın bir-birinə bənzədiyini, hamımızın insan olduğunu və adları fərqli olsa belə eyni şeyləri yediyimizi göstərmiş oldu. Məsələn, sizdə tərxun, bizdə isə estraqon (tərxun) var.  Eyni şeyi ədəbiyyat haqqında da demək olar. Sizdə “Leyli və Məcnun”, “Əli və Nino”, Meksikada isə “Varlılar da ağlayır” və “Sadəcə Mariya” var. Beləliklə, bir-birimiz haqqında eşitmişik, ancaq indi əsas məsələ bir-birimizi öyrənməkdir “.

Labardini keçən iyirmi ildə Meksikanın bir çox sahələrdə inkişaf etdiyini söyləyib.

“Meksika dünyanın 3-cü ən böyük mobil telefon istehsalçısı və 7-ci ən böyük avtomobil istehsalçısı oldu. Dünyanın 19 məşhur avtomobil markası Meksikada istehsal edilir. Meksika eyni zamanda plazma televizorlarının ən böyük istehsalçısıdır. Dünyada istehsal olunan 3 avokadodan 1-i Meksikadan gəlir. ABŞ bazarında iki pomidorun biri Meksikanındır. Bundan başqa, Meksikanın dünya ÜDM-nin 60% -nin payına düşdüyü 45 ölkə ilə sərbəst ticarət razılaşmaları var. Bu hava əlaqəsi ilə də təmin edilir. Şəhərin hava limanı ildə 50 milyon sərnişin qəbul edir. Meksika hazırda 120 milyon sərnişini qəbul edə biləcək hava limanının tikintisi üzərində işləyir. Bununla o dünyada 3-cü ən böyük ölkə olacaq.

Meksikanın 119 dəniz limanına malik 11.000 km-lik sahil xətti var. Meksika Körfəzində hazırda Verakruz limanı var və buradan ildə çəkisi 20 milyon ton olan konteynerlər daşınır. Onun 99 milyon tona qədər artırılması nəzərdə tutulur”.

Labardini 2019-cu ildə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi üçün böyük potensial olduğunu ifadə edib.

“Meksikanı Azərbaycanda daha yaxşı tanıtmaq çox vacibdir. Biz Meksikadan meyvə, şirniyyat, tekila, pivə və s. kimi məhsullar gətirmək niyyətindəyik. Aprel ayının sonunda biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək məqsədilə Meksikadan tekila istehsalçılarının ticarət missiyasını bura gətirməyə çalışacağıq. Biz həmçinin, alıcıların müxtəlif Meksika sousları, çili, çili qatılmış şirniyyat, şokolad, tekila, pivə və s. tapa bilməsi üçün bəzi supermarketlərdə Meksika guşəsi yaratmağı planlaşdırırıq”.

Səfir 2019-cu il üçün prioritet istiqamətlər kimi enerji sahəsində əməkdaşlığı, turizmin inkişafı və təhsil sahəsində tərəfdaşlığı da qeyd edib.

“Biz Meksikanın Neft İnstitutunun may və ya iyun ayında Bakıda keçiriləcək Neft və Qaz Konfransında iştirakını təşkil edəcəyik. Burada Enerji Nazirliyinin bəzi yüksək vəzifəli şəxslərinin də iştirak etməsi gözlənilir. Eyni zamanda, biz tələbə və ya müəllimlər üçün təqaüd və mübadilə proqramlarını inkişaf etdirmək, eləcə də tədqiqat layihələrinə qoşulmaq məqsədilə təhsil müəssisələri arasında əlaqələr yaratmağa çalışırıq”.

Meksika dəfələrlə beynəlxalq hüquqa, xüsusilə də ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını bildirib. 2011-ci ildə Meksika Senatı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını qınayan və Xocalı soyqırımını tanıyan sənədləri qəbul etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir bildirib ki, münaqişənin özü bütün regionun inkişafı üçün maneədir və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həll olunmalıdır.

“Aydındır ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, işğal olunmuş ərazilər haqqında danışarkən bu, həmin ərazilərin işğalçılara aid olmadığı mənasını verir”, – Rodriqo Labardini deyib.