Ev Blog Səhifə 269

Hindistanlı turistlərin Azərbaycana axını başlayıb

0

2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayı 175 faiz artaraq 40 min nəfərə çatıb.

Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib.

Florian Zenqstşmid Azərbaycanın turizm imkanları haqqında danışaraq son illərdə hindistanlı turistlərin Azərbaycana daha çox maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Hindistan Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkədən biridir. Hindistan bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirib. F.Zenqstşmid Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumatın daha yaxşı çatdırıla biləcəyini deyib.

Müasir tikililər, müxtəlif restoranlar, ticarət mərkəzləri, Xəzər dənizi sahili, palçıq vulkanları, təbii parklar, gözəl təbiət, 9 fərqli iqlim tipi var. Naftalanda müalicəvi neft və ən əsası təhlükəsizlik və müasir dünyagörüşlü insanlara malik olması kimi amillər Azərbaycanı mütləq ziyarət edilməli olan yerlər sırasına daxil edir. Azərbaycan təbiətində kəşf olunmamış gözəlliklər gizləndiyini qeyd edib. F.Zenqstşmid ölkə boyunca gəzdikdə hər an fərqli yeniliklərlə tanış olmaq şansından, eləcə də dadlı Azərbaycan mətbəxindən bəhs edib.

Dehli-Bakı uçuşları

Baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasıdır. Belə ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər. O əlavə edib ki, Azərbaycana hazırda əsasən Körfəz ölkələri üzərindən uçuşlar həyata keçirilib. Gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.

F. Zenqstşmid Azərbaycan və Hindistan xalqının ümumi mədəni və tarixi dəyərlərə malik olduğunu, hindli turistlər üçün “Atəşgah” məbədinin də daxil edildiyi xüsusi turların təşkil olunduğunu vurğulayıb. Paytaxt Bakıda tarixilik və müasirliyinin vəhdət təşkil etdiyini bildirib.

O, əsas hədəf kimi kütlənin müxtəlif yaş qrupundan olan individual səyahətçilər, gənclər qrupu və ailələr olduğunu qeyd edib. Həmçinin hindli turistlər üçün müxtəlif bayram, toy və s. kimi korporativ və qrup tədbirlərinin keçirilməsi üçün də təkliflərin mövcud olduğu yerdir. Hətta Azərbaycanda hind kinolarının çəkilişini dəstəkləyəcək qaydalar müəyyənləşdirən sənəd üzərində iş getdiyi haqqında məlumat verib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun rəhbərliyi ilə yanvarın 16-dan 18-dək Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edib.

Ötən il Azərbaycandakı mehmanxanalar 360 milyon manatadək gəlir əldə edib

0
Hilton

Keçən il ölkədəki mehmanxanaların gəlirləri 359,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 2,6 min gecələmə keçirilib. Bu da 2017-ci illə müqayisədə 15,9 faiz çoxdur. Gecələmələrin 59,1 faizi Bakıda, 10,4 faizi Qəbələdə, 5,4 faizi Xaçmazdadır. 4,1 faizi Naftalanda, 3,8 faizi Qubada, 3,6 faizi Qusarda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasındadır. Hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 0,8 faizi Lənkəranda, 8,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3 faiz artaraq 2 milyon 49,7 min olub. Bu da ümumi gecələmələrin 68,3 faizini təşkil edir. Gecələmələrin 13,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İran, 4,3 faizi Türkiyə, 4,2 faizi Hindistan, 3,8 faizi İsrail, 3,1 faizi Küveyt, 2,7 faizi İraqdır. Hər biri üzrə 2,6 faiz olmaqla Böyük Britaniya və ABŞ, 2,5 faizi Pakistan, 2,4 faizi Qətər, 1,6 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Ukrayna, 1 faizi Bəhreyn, 26,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 74,2 faizi Bakıda, 10 faizi Qəbələdə, 3,7 faizi Naftalan şəhərində, 3,2 faizi Qusarda, 3,1 faizi Naxçıvan Muxtar Respublikasındadır. 3 faizi Qubada, 2,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 952,9 minə çatıb.

Mehmanxana

2018-ci ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 26,3 faiz çox və ya 359,4 milyon manat olub. Onun da 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ötən il mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4 faiz (2017-ci ildə 17,1 faiz) təşkil edib. Bu göstərici Naftalanda 54,8 faiz, Qəbələdə 37,3 faiz, Bakıda 36,1 faiz, Kürdəmirdə 34,7 faiz, Ağstafada 32,7 faiz, Şəmkirdə 30,4 faizdir. Beyləqanda 26,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (37,5 faiz) avqust ayında qeydə alınıb.

Azərbaycanın turizm imkanları İsveçrədə nümayiş olunub

0
Azərbaycan

Isveçrənin Sankt-Moritz şəhərində keçirilən Dünya Polo yarışları çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən pavilyon hazırlanıb. Azərbaycan pavilyonunda ölkənin turizm imkanları nümayiş etdirilib.

Turizm Agentliyindən turnir müddətində yarış iştirakçıları və çoxsaylı qonaqlar ölkəmizin atçılıq ənənələri, milli mədəniyyəti və qonaqpərvərliyi ilə tanış olublar. Pavilyonda Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri və milli xalçalar nümayiş olunub, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Həmçinin VR texnologiyası sayəsində ziyarətçilər ölkəmizi canlı izləmək və Azərbaycanın gözəlliyi ilə tanış olmaq imkanı əldə ediblər.

Azərbaycan

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizi təmsil edən “Land of Fire” komandası turnirin 3-cüsü olub.

Yarışlar çərçivəsində izləyicilərə Qarabağ atları və milli rəqslərimizdən ibarət çıxış təqdim edilib.

Azərbaycan

Qeyd edək ki, 35 ildir dünyanın müxtəlif ölkələrindən polo yarışları həvəskarlarını bir yerə toplayan, İsveçrədə donmuş St.Moritz gölü üzərində keçirilən turnir bu il rekord sayda 18 min ziyarətçi qəbul edib.

Ötən il Qobustan qoruğunu ziyarət edən xarici ölkə vətəndaşlarının sayı 50 mini ötüb

0

Ötən il 58 min xarici ölkə vətəndaşı Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət edib.

Qoruğun direktoru Vüqar İsayev  bildirib ki, əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən – Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, Fici adaları və Dominikan Respublikası kimi ölkələrdən də qoruğu ziyarət edənlər olub.

Qobustan

Vüqar İsayev vurğulayıb ki, ötən il ərzində qoruğa gələn ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri görülüb. Qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətləndirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti tamamilə yenidən qurulub. Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi müasir standartlara uyğundur. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

Turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir

0

Son illər Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi qeyri-neft sektorundan gələn gəlirləri artırır, ölkənin iqtisadi potensialını möhkəmləndirir. Bu sahədə infrastrukturun və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər var. Ölkəyə gəliş-gediş, o cümlədən viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir. Ölkəmizə turist axını özünü maliyyə statistikasında da göstərir. Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər plastik kartlar vasitəsilə 1 milyard 119 min manatlıq bank əməliyyatlarını həyata keçirib. Əməliyyatların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon manat və ya 28 faiz artıb.

Azərbaycan

Ötən il bütün dünyadan olan turistlər 1,4 milyard xaricə səfər ediblər ki, bu da bir il öncəki göstəricidən 6 faiz çoxdur. Bu barədə BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb. Təşkilatın məlumatına görə, 2018-ci il turizm sahəsi üçün son səkkiz ilin ən uğurlu göstərici olub. UNWTO-nun proqnozuna əsasən, bu göstəriciyə 2020-ci ildə nail olmaq nəzərdə tutulurdu. Turistlər Orta Şərqə (+10 faiz) və Afrikaya (+7 faiz) daha çox səfər etməyə başlayıblar. Asiya-Sakit Okean regionuna və Avropaya səfərlərin sayı isə 6 faiz artıb. Ötən il Avropada xaricə səfər edən turistlərin sayı 713 milyona çatıb. Asiya-Sakit Okean regionunda 343 milyon, Afrikada 67 milyon, Yaxın Şərqdə 64 milyon, Şimali və Cənubi Amerika ölkələrində isə 217 milyon turist qeydə alınıb.

2018-ci ildə Azərbaycana gələn 2 milyon 850 min turist 2 milyard dollara yaxın pul xərcləyib

Ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam relizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən turistlərin sayı ildən-ilə artır.

Bildiyiniz kimi, son illərdə ölkəmizə üz tutan turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox – 2 milyon 850 min turist gəlmişdir.

Azərbaycan

Bu sözləri Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda deyib.

Prezident vurğulayıb: “Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə – Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

Bu gün dünyanın hər tərəfindən ölkəmizə turist gəlir

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5 faizi yanvar, 5,8 faizi fevral, 9,7 faizi mart, 7,7 faizi aprel, 7,3 faizi may, 9,5 faizi iyun, 11,6 faizi iyul, 11,3 faizi avqust, 8,1 faizi sentyabr, 7,4 faizi oktyabr, 7,5 faizi noyabr, 7,6 faizi isə dekabr ayında ölkəyə gəlib.

Azərbaycan

2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,0 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb. İrandan gələnlərin sayında 33,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8,3 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2017-2018-ci il arasında müqayisə

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 1044,2 min nəfər olub.

Turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5 faizi dəmir yolu və avtomobil, 41,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

Bütün bu sadalananlar deməyə əsas verir ki, bu gün Azərbaycan dövlətinin turizm sahəsinə qoyduğu sərmayə öz bəhrəsini verir. Tikilən yeni və müasir otellər, çəkilən dünya standartlarına uyğun yollar, bir sözlə qurulan infrastruktur Azərbaycanı daha da cəlbedici edib. Bu sıraya xalqımızın özünəməxsus qonaqpərvərliyini və zəngin qida rasionalını da əlavə etsək deməli ölkəmizə üz tutanların ildən-ilə daha da artacağını düşünmək olar. Hələ bu siyahıya yeni yaranan Azərbaycan Dövlət Turizm Agentliyinin son zamanlar gördüyü və planlaşdırdığı işləri, layihələri də nəzərə alsaq əminliklə deyə bilərik ki, yaxın illərdə Azərbaycan nəyinki Cənubi Qafqazın, hətta dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevrilə biləcək.

Azərbaycanı seçən turistlərin sayı ildən-ilə artır

0

Ötən il bütün dünyadan olan turistlər 1,4 milyard xaricə səfər ediblər ki, bu da bir il öncəki göstəricidən 6 faiz çoxdur. Bu barədə BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb. Təşkilatın məlumatına görə, 2018-ci il turizm sahəsi üçün son səkkiz ilin ən uğurlu göstərici olub. UNWTO-nun proqnozuna əsasən, bu göstəriciyə 2020-ci ildə nail olmaq nəzərdə tutulurdu. Turistlər Orta Şərqə (+10 faiz) və Afrikaya (+7 faiz) daha çox səfər etməyə başlayıblar. Asiya-Sakit Okean regionuna və Avropaya səfərlərin sayı isə 6 faiz artıb. Ötən il Avropada xaricə səfər edən turistlərin sayı 713 milyona çatıb. Asiya-Sakit Okean regionunda 343 milyon, Afrikada 67 milyon, Yaxın Şərqdə 64 milyon, Şimali və Cənubi Amerika ölkələrində isə 217 milyon turist qeydə alınıb.

2018-ci ildə Azərbaycana 2 milyon 850 minturist gəlib və 2 milyard dollara yaxın pul xərcləyib

Ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam relizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən turistlərin sayı ildən-ilə artır.

“Bildiyiniz kimi, son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox – 2 milyon 850 min turist gəlmişdir.

2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı ilə bağlı konfrans keçirilib.
Bu sözləri Prezident İlham Əliyev Regionların Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib.

Prezident deyib: “Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə – Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

2018-ci illə müqayisə

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirliklərindəndir. 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5 faizi yanvar, 5,8 faizi fevral, 9,7 faizi mart, 7,7 faizi aprel, 7,3 faizi may, 9,5 faizi iyun, 11,6 faizi iyul, 11,3 faizi avqust, 8,1 faizi sentyabr, 7,4 faizi oktyabr, 7,5 faizi noyabr, 7,6 faizi isə dekabr ayında ölkəyə gəlib.

2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,0 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb. İrandan gələnlərin sayında 33,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8,3 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 1044,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5 faizi dəmir yolu və avtomobil, 41,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.

İqtisadi inkişaf

Ölkəmizə gələn turistlərin sayı əlbəttə ki, qeyri-neft sektorundan gələn gəlirləri artırır, iqtisadi potensialımızı möhkəmləndirir. Bu sahədə infrastrukturun və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, ölkəyə gəliş-gedişi, viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir. Turist axını həm də pul axını deməkdir. Turist artımı özünü maliyyə statistikasında da göstərir. Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər plastik kartlar vasitəsilə 1,119 milyard manatlıq bank əməliyyatlarını həyata keçirib. Əməliyyatların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon manat və ya 28 faiz artıb.

Bütün bu sadalananlar deməyə əsas verir ki, bu gün Azərbaycan dövlətinin turizm sahəsinə qoyduğu sərmayə öz bəhrəsini verir. Tikilən yeni və müasir otellər, çəkilən dünya standartlarına uyğun yollar, bir sözlə qurulan infrastruktur Azərbaycanı daha da cəlbedici edib. Bu sıraya xalqımızın özünəməxsus qonaqpərvərliyini və zəngin qida rasionalını da əlavə etsək deməli ölkəmizə üz tutanların ildən-ilə daha da artacağını düşünmək olar. Hələ bu siyahıya yeni yaranan Azərbaycan Dövlət Turizm Agentliyinin son zamanlar gördüyü və planlaşdırdığı işləri, layihələri də nəzərə alsaq əminliklə deyə bilərik ki, yaxın illərdə Azərbaycan nəyinki Cənubi Qafqazın, hətta dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevriləcək.

Ötən il Türkiyəni 40 milyondan artıq turist ziyarət edib

0
Turistlər

Ötən il qardaş ölkə olan Türkiyəni 46 milyon 112 min 592 nəfər turist ziyarət edib.

Anadolu agentliyinə istinadla xəbər verir ki, bu da 2017-ci illə müqayisədə 21, 84 faiz artım deməkdir. Türkiyəyə ən çox ziyarətçi Rusiyadan (5 milyon 964 min 613 nəfər) gəlib. Sonrakı yerlərdə Almaniya (4 milyon 512 min 360), Bolqarıstan (2 milyon 386 min 855) qərarlaşıb. Adambaşına orta hesabla xərc 647 dollar, əcnəbilərin orta hesabla xərci 617 dollar, xaricdə yaşayan vətəndaşların orta hesabla xərci isə 801 dollar təşkil edib. Turizm gəlirlərinin 81,8 faizi xarici ziyarətçilərdən, 18,2 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə olunub.

Ötən il Türkiyədə turizmdən 29 milyard 512 milyon 926 dollar gəlir əldə edilib.

Azərbaycan stendi “Ən yaxşı təşkil olunmuş stend” elan edilib

0
Azərbaycan stendi

Ölkəmiz “EMİTT 2019” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirakını uğurla davam etdirir.

Sərginin üçüncü günü təşkilatçılar tərəfindən Azərbaycan stendi “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.

İstanbulda yanvarın 31-dən fevralın 3-dək davam edəcək. Sərgidə ölkəmizin stendinə yerli türk turizm şirkətləri, digər ölkələrin turizm şirkətləri və ziyarətçilər tərəfindən böyük maraq göstərilir.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir.

Aşağı büdcəli turizm üçün Avropanın ən yaxşı şəhərlərinin adı çəkilib

0

Aşağı büdcəli turizm üçün Avropanın ən yaxşı şəhərlərinin reytinqinə Polşanın Krakov şəhəri başçılıq edir.

Bu barədə “AvroPuls” saytı Böyük Britaniyanın “Which?” İstehlakçılar Assosiasiyasına istinadla bildirib.

Assosiasiya saytın istifadəçiləri ilə sorğu apararaq aşağı büdcəli səyahət üçün şəhərlərin reytinqini tərtib edib. Onlar Avropa şəhərlərini 6 kateqoriya üzrə dəyərləndiriblər. Yaşayış şəraiti, mədəni görməli yerlər, yemək və içkilər, nəqliyyat, alış-veriş imkanları və bütövlükdə, qiymətlərin səviyyəsi.

Reytinqin lideri Krakov şəhəri olub. İkinci yeri İspaniyanın Valensiya şəhəri tutub. Liderlər üçlüyünü Budapeşt qapayıb. Beşliyə İtaliyanın Bolonya və Almaniyanın Berlin şəhərləri daxil edilib. Siyahıda daha sonra İspaniyanın Sevilya və Barselona, Avstriyanın paytaxtı Vyana, Portuqaliyanın Funşal və Hollandiyanın Amsterdam şəhərləri qərarlaşıb.

Sorğu iştirakçılarına ətraflı şərh yazmaq imkanı da yaradılıb. Beləliklə, Krakov tarix həvəskarları üçün daha cazibədar olub. Budapeştə isə ucuz “təbiət SPA mərkəzlərində” olmaqdan ötrü daha çox səyahət edirlər.

Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq

0
Bəhreyn sualtı park

Bəhreynin hakimiyyət orqanları bu ilin yayına kimi sahəsi 100 min kvadratmetr olan dünyada ən böyük sualtı tematik park inşa etmək niyyətindədirlər.

Bəhreyn Turizm İdarəsinin, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın və özəl sektorun birgə layihəsidir. Bu sualtı park ilk növbədə unikal ekoturizm obyekti kimi yaradılacaq. Parkın tikintisinə ən yaxın vaxtlarda başlanılacaq. İnşaat işləri ətraf mühitə heç bir ziyan vurulmadan aparılacaq.

Bəhreyn Kralı, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın prezidenti Həməd bin İsa Al Xəlifənin şəxsi nümayəndəsi Şeyx Abdulla bin Həməd Al Xəlifə bildirib. Ən yüksək beynəlxalq ekoloji standartları rəhbər tutan Krallıq dəniz mühitini toxunulmaz şəkildə qoruyub saxlamağa çalışır. O deyib: “Biz Bəhreyni ekoturizm və dəniz faunasının mühafizəsi sahəsində dünya liderinə çevirməyi planlaşdırırıq”.

İndiyədək suyun altında qalmış ən böyük təyyarə – 70 metr uzunluğunda “Boeing 747” sualtı parkın mərkəzi obyekti olacaq. Burada mirvari evi, süni riflər və digər obyektlər də yaradılacaq. Ekoloji təmiz materiallardan inşa olunacaq tikililər mərcan liflərinə və onların sakinlərinə heç bir ziyan vurmayacaq. Əksinə, sualtı park onurğasız orqanizmlərin, xüsusilə istridyələrin çoxalmasına şərait yaradacaq.

Sualtı kompleksdə dayvinqlə məşğul olmaq, dəniz flora və faunasını tədqiq etmək mümkün olacaq. Park yerli, regional və beynəlxalq səviyyələrdə dayverləri cəlb edəcək, dayvinq turları isə ətraf mühitin, xüsusən sualtı aləmin qorunub saxlanılmasının əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq.