Ev Blog Səhifə 268

Bakı mehriban, qonaqpərvər və siması sürətlə dəyişən küləklər şəhəridir

0

“National geographic traveler” jurnalının növbəti nömrəsinin üzqabığında Heydər Əliyev Mərkəzinin şəkli verilib

“Mehriban, qonaqpərvər və siması sürətlə dəyişən küləklər şəhəri – Bakı uzun sürən istirahət günlərini maraqlı keçirmək üçün ideal yerdir”. “National geographic traveler” jurnalının növbəti nömrəsində Azərbaycan haqqında dərc edilmiş yazı bu sözlərlə başlayır.

Azərbaycan

Jurnalın yeni nömrəsində, “Bələdçi” rubrikasında Azərbaycanın tanınmış jurnalistləri, mədəniyyət xadimləri, turizm sənayesi işçiləri havasını dəyişmək üçün bir neçə günlüyə Bakıya gələn insanların burada necə istirahət edə biləcəkləri barədə fikirlərini oxucularla bölüşüblər.

Jurnalın baş redaktoru Olqa Yakovleva “Vestnik Kavkaza” agentliyinə müsahibəsində deyib ki, jurnalın növbəti nömrəsinin üzqabığında Bakıdakı Heydər Əliyev Mərkəzinin şəkli verilib, habelə insayderlər və şəhəri tanıyanlar Bakını tanımaq üçün bələdçilik ediblər. O deyib: “Bu, onu göstərir ki, insanlar bu yerlərə getməyi, biz isə bu yerlər barədə yazmağı sevirik. Azərbaycanda o qədər unikal imkanlar var ki! Bakının özünə gəldikdə isə bu şəhər qədim İçərişəhərlə müasir və həqiqətən unikal arxitekturanın ağlasığmaz vəhdətindən ibarətdir. Zaha Hadid və başqa məşhur arxitektorlar tərəfindən layihələndirilən müasir binalar şəhərin simasını çox dəyişib. Bakı hələ də dəyişir. Hər dəfə sanki yeni şəhərə gəlirsən. Ecazkar təbiətin qoynuna səyahət etmək üçün misilsiz imkanlar var. Azərbaycan təbiətinin özü qeyri-adidir. SPA (su, dəniz yosunları, müalicəvi bitkilər və palçığın köməyi ilə sağlamlaşdırma prosedurları kompleksi) baxımından Naftalan kurortlarının tayı-bərabəri yoxdur. Dağ-xizək turizmi inkişaf edir. Mən hələ Azərbaycan mətbəxini demirəm!”.


Azərbaycanda turizm polisinin yaradılması təklif edilir

0
Turizm polisi

Azərbaycan Turizm Assosiasiyası (AzTA) turizm polisinin yaradılmasını təklif edir.

Bu təşəbbüslə çıxış edən AzTA sədri Nahid Bağırov deyib ki, Azərbaycana qonşu olan Türkiyədə, eləcə də bir çox ölkələrdə turizm polisi fəaliyyət göstərir.

Nahid Bağırov

N.Bağırov hesab edir ki, turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilər:

“Sosial şəbəkələrdə yazırlar ki, hansısa turist özünü yaxşı aparmır, yaxud hansısa turistin başına bir iş gəlir. Məncə, turizm polisi bunların hamısına nəzarət edə bilər. Hesab edirəm ki, dövlət tərəfindən bir mexanizm tətbiq olunsa, daha yaxşı olar”.

Xatırladaq ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq vətəndaşıdır. 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Turizm polisi

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biri olduğunu deyib. Bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılmasının, turistlərin ölkədən məmnun ayrılmasının turizm sahəsində çalışan hər kəsin marağında olmasının vacibliyini qeyd edib.

O, DTA tərəfindən də bu istiqamətdə addımlar atılacağını söyləyib.

Azərbaycanda turistlər üçün “Qaynar xətt” xidmətinin fəaliyyət göstərməsi də nəzərdə tutulan tədbirlərdən biridir.

İsgəndərin 3000 min döyüşçü itirdiyi kənd – Milyonlarla turist axın edir – FOTOLAR

0
Anastasiopolis

Qardaş Türkiyə turizmin beşiyi sayılır. Dünyada ən çox turist qəbul edən ölkələrdən biri olan Türkiyə, həm də turizmdən ən çox gəlir gətirən ölkələrdən biridir. Tarixi abidələrlə zəngin ölkədə Türkiyədə, turistlər bütün gözəlliyi bir arada görürlər. Dəniz, gözəl təbiət və yaşı dünyanın yaranışı ilə birgə çəkilən tarixi abidələr. Son illər Türkiyədə turistlərin ən çox diqqətini cəlb edən və ziyarət edilən yerlərdən biri olan dünyanın ən qədim kəndi kimi təqdim edilən Mardindəki Daranın kəndidir. Əslində onun tikilməsi bir əfsanə hesab edilir. Mardindən 30 kilometrlik bir ərazidə yerləşən bu ərazi öz gözəlliyi ilə turistləri bura cəlb edir. Cəmi bir il ərzində bu ərazini 1 milyona yaxın turist ziyarət edib. Bu kəndin əsl adı Anastasiopolis adlanır. Eradan əvvəl 330-cu ildə İran padşahı III Dara tərəfindən əsası qoyulan şəhər strateji cəhətdən olduqca əhəmiyyətə malik bir ərazi olub. Rəvayətə görə indi kənd kimi təqdim edilən bu ərazidə III Dara ilə İsgəndər arasında məşhur döyüş olur. Bu döyüşdə İsgəndər 3000 min döyüşçü itirir. Həlak olan əsgərlər üç mərtəbəli qəbirlərdə dəfn edilir. Ən maraqlısı isə qəbirlərdə əsgərlərin skletinin görünməsi və yanlarına su qablarının, şamların qoyulmasıdır. Qədimdə insanlar ruhun cənnətə yola salınmasını belə dəyərləndirirdilər.

Anastasiopolis

Eradan əvvəl 493-cü Bizans İmperatoru I Anastasius Bizans-Sasani sərhədini gücləndirmək məqsədilə buranı yenidən bərpa edir. Şəhərin adı da dəyişdirilir. Qədim yaşayış yeri olan və cəmi 190 daş evdən ibarət Anastasiusun şəhəri mənasına gələn Anastasiopolis adlandırılır. I Anastasius hündürlüyü 20 metrə çatan hasarlar və müşahidə etmə qüllələri inşa etdirir. 4 kilometrilik qala divarlarının olmasına baxmayaraq ərəb hucumlarında bu ərazi strateji əhəmiyyətini itirir.

Gözəlliyi ilə göz oxşayan kənd

Anastasiopolis

Ən maraqlısı isə bu ərazidə heç zaman tükənməyən çoxlu su mənbələri var. Ərazidə çoxlu sayda yeraltı su anbarları var ki, bunların III Dara tərəfindən inşa edildiyi bildirilir. Mardin əhalisinin dünyanın ən qədim kəndi kimi təqdim etdikləri bu ərazidə ilk dəfə 1986-ci ildə qazıntı işlərinə başlanıb. Qazıntı zamanı kəndin çox az bir qismi aşkar edilib. Gözəlliyi ilə göz oxşayan bu kəndin bir özəlliyi də tarixi kənddə evlərin sal qayalar içərisində inşa edilməsidir. Havanın çox isti keçməsinə baxmayaraq bu evlərdə istilik 20 dərəcəni keçmir. Yeraltı keçidlərdə isə tempratur 7-12 dərəcə olur. Dünyanın ən qədim kəndi hesab edilən ərazidə bu gün Türkiyə hökumətinin dəstəyi ilə arxealoji qazıntılar aparılır. Qazıntıları dünyanın ən məşhur arxeoloqları həyata keçirir.

Ötən il Naxçıvana 414 min nəfərdən çox turist gəlib

0
Naxçıvan

Naxçıvan ötən il beynəlxalq tədbirlərə, idman yarışlarına da uğurlu ev sahibliyi edib.
 Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması da turizm imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynayıb.

Naxçıvan


Görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2018-ci ildə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib.
Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli sərəncamı ilə qəbul olunmuşdur.  “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı“nda qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da diqqətdə saxlanılacaq. 
Daha əvvəl bildirilib ki, 2018-ci ildə Naxçıvan MR-nın sənaye sektorunda 990,067 mln. manat dəyərində məhsul istehsal olunub.  

Turistlər arasında ən populyar ölkələr – SİYAHI

0
Avropa

Ümumdünya Turizm Təşkilatı (ÜTT) Fransanı dünyanın ən çox baş çəkilən ölkəsi adlandırıb.  ÜTT-nin məruzəsinə əsasən, beynəlxalq turizmin artımı gecikmə əlamətləri göstərmir.

Ekspertlər 2018-ci ildə əvvəlki illə müqayisədə daha çox gəliş hesablayıblar. Məruzədə bu, iqtisadi yüksəlişlər izah edilir ki, bu da tələbatın artmasına gətirib çıxarır.
Turistlər arasında ən populyar ölkələrin reytinqində birinci yeri Fransa (ora 86,7 milyon nəfər gedib) tutub, ikinci yerdə İspaniya (81,8 milyon) qərarlaşıb, ilk üçlüyü isə ABŞ (75,9 milyon) tamamlayır. Çin (60,7 milyon) və İtaliya (58,3 milyon) müvafiq olaraq dördüncü və beşinci yerləri tutur.

Ekspertlər, həmçinin ən tez böyüyən turizm istiqamətlərini reytinqini tərtib ediblər. Bu reytinqə isə Misir (51,1 faiz artım) başçılıq edir. Sonrakı yerləri ardıcıl olaraq, Toqo (46,7 faiz), San-Marino (31,1 faiz), Vyetnam (21,9 faiz) və Gürcüstan (27,9 faiz) tuturlar.

Turistlərin sayı 500 mini keçib – Troya

0
Troya

Türkiyənin Çanaqqala rayonunda 5 min illik keçmişə malik Troya antik şəhərini ötən il 531 min 530 turist ziyarət edib.

Bu rəqəm son on ilin ən rekord göstəricisi olub.

Troya

1998-ci ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən bu tarixi abidəni 2008-ci ildən bəri ziyarət edənlərin sayı 300 mindən çox olub.

Ümumiyyətlə, ötən il qardaş ölkənin digər turistik məkanlarına ziyarət edənlərin sayı gözlənildiyindən çox olub.

Almaniyanın öz Venesiyası, Versalı, Bergeni və Florensiyası var

0
Almaniya

Almaniya turizm imkanları çox geniş olan ölkədir. Bu ölkədə səyahət edənlər bəzən özlərini Avropanın digər ölkələrində hiss edirlər. Çünki bu ölkədə başqa Avropa ölkələrinin romantik və populyar yerlərinə bənzəyən guşələrin sayı az deyil.

Məsələn, Bavariyanın Bamberq şəhərində, Reqnits çayı sahilində yerləşən keçmiş balıqçı məhəlləsini “Kiçik Venesiya” adlandırırlar. Bu qədim şəhərin çoxsaylı abidələri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Branderburq əyalətində isə daha bir “Venesiya” – Şprevald, yəni “Şpreye çayı üzərində meşə” yerləşir. Bu yerlər subasar çəmənliklər və çay kanalları zəngindir, yerli sakinlər həm özləri qayıqlarda hərəkət edirlər, həm də turistləri gəzdirirlər. Yastıdibli qayıqlar qondola olmasa da, hər halda romantik gəzintilərə tam yarayır.

Bamberq

Helqoland adasındakı evlər Norveçin Bergen şəhərinin tipik fasadlarını xatırladır. Təqribən 1,5 min əhalisi olan ada hər gün 10 minə yaxın turist qəbul edir. Adanın Aİ-də xüsusi gömrük statusu var, bu da rüsumsuz alış-veriş həvəskarlarını cəlb edir.

Helqoland

Kimze gölündəki adada bir növ Versalın Bavariyadakı surəti – Herrenkimze sarayı və parkı ucalır. Bu saray kompleksi məşhur Noynvanştayn qəsrini tikdirən Kral II Lüdviqin istəyi ilə inşa olunub.

Saksoniyanın paytaxtı Drezdeni “Elba çayı üzərində Florensiya”, yaxud “Şimali Florensiya” adlandırırlar. Bu müqayisə ilk dəfə XIX əsrin əvvəllərinin ədəbiyyatında işlənib. Drezdenin incəsənət muzeyləri və barokko üslubunda memarlıq abidələri bütün dünyada məşhurdur. Frauenkirxe kilsəsi və Drezden Rəsm Qalereyası onların arasında xüsusi yer tutur.

Yanvar ayında Kapadokyanı 123 min 244 turist ziyarət edib

0
Kapadokya

Türkiyənin Pəribacaları, Qaya kilsələri, yeraltı şəhər məskunlaşmaları və bir sıra digər tarixi yerləri vardır. Ən əhəmiyyətli mədəniyyət və turizm mərkəzlərindən olan Kapadokyanı bu ilin ilk ayında 123 min 244 yerli və xarici turist ziyarət edib.

Kapadokya

Nevşəhər valiliyinin yaydığı məlumata görə, Kapadokyaya gələn turistlərdən 56 min 807-si “Görəmə” açıq səma altında muzeyini ziyarət edib. Digər 26 min 970-i “Qaymaqlı” yeraltı şəhərini, 18 min 748-i isə “Dərinquyu” yeraltı şəhərini ziyarət edib.

Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə Kapadokyaya 102 min 540 yerli və xarici turist gəlib.

Prezident “Formula-1”in baş icraçı direktorunu qəbul edib – YENİLƏNİB

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edib. O bildirib ki Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib.

Dövlətimizin başçısı Bakıda keçirilən Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə edib. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyib. Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd edib. Bildirib ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Eyni zamanda, dünyada daha çox insan Azərbaycan haqqında məlumat alır.

Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır.

Çeyz Keri dövlətimizin başçısının fikirləri ilə tam şərik olduğunu vurğulayıb. Bu yarışı izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklərini yüksək qiymətləndirirlər. Bakını çox sevdiklərini bildirirlər. Çeyz Keri bildirib ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkəyə potensial turistlərin cəlb olunması ilə yanaşı, eyni zamanda, Bakının dünyada daha çox tanınması işinə də öz töhfəsini verir.

Görüşdə Bakıda təşkil edilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı 3-cü beynəlxalq konfransın əhəmiyyətinə toxunulub. Əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Hadi Rəcəbli: Yeniyetmələrin valideynsiz hotelə girişi belə qadağan olunmalıdır

0

Hotellərlə bağlı məsələni onların öz qaydaları, Dövlət Turizm Agentliyinin müəyyənləşdirdiyi qaydalar, onun əsasnaməsi tənzimləyir.

Bu məsələ turizmlə bağlı yeni hazırlanmış qanun layihəsinin birbaşa predmeti deyil. Yəni, yeni qanun layihəsində hotellərlə bağlı müəyyən məqamlar nəzərdə tutulsa da, amma bu məsələ adıçəkilən qanunla tənzimlənməyəcək.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli hotellərlə bağlı məsələnin parlamentin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmişdir. “Turizm haqqında” yeni qanun layihəsi ilə tənzimlənib-tənzimlənməyəcəyi məsələsinə aydınlıq gətirərkən bildirib.

Qeyd edək ki, son bir neçə ayda Azərbaycanın bir sıra məşhur hotellərində zorlanma hadisələri baş verib. Xüsusilə, yetkinlik yaşına çatmayan 14 yaşlı qıza hotel əməkdaşlarından biri tərəfindən təcavüz edilməsi olayı yaşanıb və bu, cəmiyyətdə, mediada geniş rezonansa səbəb olub.

Onu da qeyd edək ki, ailəli şəxslərin, ərlə arvadın hotellərdə qalması üçün onlardan şəxsiyyət vəsiqəsinin və nikah kağızının tələb edilməsi fonunda baş verib. Bu cür halların hansı və necə şəraitdə baş verməsi, onların önlənməməsi  cəmiyyətdə, medaiada haqlı narazılıq və suallar yaradıb.

Hadi Rəcəbli bu mövzuda açıqlama verib

H. Rəcəbli də hotellərdə zorlanma, cinsi istismar hallarının, o cümlədən, son günlərin müzakirələrinə çevrilən yetkinlik yaşına çatmayan qızın hotellərdən birinin əməkdaşı tərəfindən təcavüzə məruz qalması olub. Artıq cinayət faktı, cinayət hadisəsi və bunun daha çox cinayət qanunvericiliyinin predmeti olduğunu bildirib.

“Bunlar çox böyük təəssüf və narahatçılıq doğurur.

Hər birimiz bundan narahatıq. Hotellər bu məsələdə çox ciddi ölçülər götütməlidirlər, hotelçiliyə yaraşmayan halları aradan qaldırmalıdırlar. Təbii ki, bunu bütün hotellərə şamil etmək olmaz, bunlar istisna təşkil edir.

Amma bütövlükdə belə hallara yol verilməməlidir. Eyni zamanda, hotellərlə bağlı məsələni onların öz əsasnaməsi və qaydaları daha çox tənzimləyir, yəni, bu məsələ turizmlə bağlı qanun layihəsinin predmet deyil.

Dünyanın bir çox yerlərində hotellərdə ərlə arvadın orada qalması üçün həm kimlikləri, həm də nikah kağızları tələb olunur. Bəzi ölkələr də var ki, orada ərlə arvaddan nikah sənədləri tələb edilmir. Amma bütün hallarda hotelə daxil olan, orada qalan insanların qeydiyyatı mütləq şəkildə olmalıdır.

Onlar mütləq kimliklərini göstərərək, qeydiyyatdan keçməlidirlər. Bununla yanaşı, yeniyetməlik yaşına çatmayanların valideynlərin iştirakı olmadan hotelə girişi belə qadağan olunmalıdır. Onlar ancaq valdeynlərinin iştirakı ilə hotelə daxil olmalı və ya orada qalmalıdırlar.

Ancaq bununla belə hesab edirəm, son hadisə artıq cinayət hadisəsidir. Bunda günahı olanlar hamısı qanun qarşısında cavab verməli, sərt şəkildə cəzalandırılmalıdırlar”, – deyə, komitə sədri əlavə edib.