Ev Blog Səhifə 28

Cənub bölgəsində aqroturizmin inkişafına dəstək veriləcək

0
Aqroturizm

Avropa İttifaqının yardımı ilə iki illik layihəyə start verilib.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu Konstitusiya Araşdırmalar Fondu ilə birgə Lənkəran iqtisadi bölgəsində iki il müddətində həyata keçiriləcək “AqroViziya” layihəsinin icrasna başlayıb.

Avropa.info xəbər verir ki, layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmaqdır. Layihə Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək. Əsas məqsəd davamlı, yenidən həyata keçirilə bilən aqrar turizm-ekoturizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.

Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi-ekoloji dayanıqlığı özündə birləşdirən turizmin müəyyən növlərini inkişaf etdirməyə yönəlmişdir. Layihənin vəzifələrinə aşağıdakılar daxildir: yerli, regional və milli səviyyədə dövlət və özəl aqrar turizm/ekoturizm tərəfdaşları arasında əməkdaşlığı inkişaf etdirməkdir. Həmçinin Azərbaycanda bu sektorun inkişafına strateji və birgə yanaşmanı təşviq etməkdir. Bununla bağlı dövlət və özəl aqrar turizm/ekoturizmlə əlaqəli maraqlı tərəflərin və biznes məsləhət xidmətləri təminatçılarının potensialını gücləndirmək üçün çalışır.

Avrasiya Əməkdaşlıq Fondu bu təklifi biznes və kənd təsərrüfatının inkişafı üzrə yerli mütəxəssislərlə məsləhətləşmələr şəraitində hazırlamışdır. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək. Layihədən əsasən Lənkəran iqtisadi rayonunda yerləşən, kənd təsərrüfatı və turizm fəaliyyətini uğurla birləşdirmək üçün dəstək alan kiçik və orta təsərrüfatlar faydalanacaq. Layihə fəaliyyətlərinin sonunda Lənkəran iqtisadi bölgəsində 10 ədəd aqro-turizm məkanlarının yaradılması və fəaliyyət göstərməsi planlaşdırılır.

CAR-da kafe, restoranların fəaliyyəti və daxili turizm bərpa edilir

0
turizm

Cənubi Afrika Respublikasının Prezidenti Kiril Ramafoza COVID-19 infeksiyasının ölkə iqtisadiyyatına vurduğu ağır zərbə ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin yumşaldıldığını elan edib.

Gezmeli.az APA istinadən xəbər verir ki, prezident bu barədə televiziya vasitəsilə xalqa ünvanladığı müraciətində bildirib.

Prezident qeyd edib ki, “ikinci səviyyəli” məhdudiyyətlərə keçməyin vaxtı çatıb: “COVID-19 böhranı iqtisadiyyatı tənəzzülə uğratdı. Milyonlarla vətəndaşımız həddindən artıq yoxsulluğa sürükləndi. Hökumət bazar ertəsi gecə yarısından etibarən alkoqol və tütün qadağasını götürəcək. Kafe və restoranların fəaliyyəti, eləcə də ölkədaxili turizm bərpa olunacaq”.

Ramafozanın sözlərinə görə, “ikinci səviyyə”yə keçməklə iqtisadiyyatın əksər sənaye sahələri üzrə qoyulan bütün məhdudiyyətlər aradan qaldırıla bilər.

“Ən sərt məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, Cənubi Afrikada koronavirus infeksiyalarının artmasının şahidi olduq”, – deyən CAR prezidenti vurğulayıb ki, beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətlər isə hələlik qüvvədə qalır.

Rusiyanın turizm şəhəri yüz faiz turistlə doldu

0
turizm

Bu il turizm mövsümünün başlanmasından bəri Rusiyanın kurort şəhəri Soçi artıq təxminən bir milyon yarıma yaxın turisti qəbul edib.

Gezmeli.az TASS şəhər meriyasının açıqlamasına istinadla xəbər yayır.

Bildirilir ki, Soçidə yüklənmə pik həddə çatıb, şəhər 100 faiz turistlə dolub.

Epidemioloji vəziyyət imkan verərsə, həm mövsümdə, həm də qışda şəhərin turistlərsiz qalmayacağı gözlənilir.

2019-cu ilin sonunda Soçidə turist axını 6,2 milyon nəfər, ümumilikdə Krasnodar vilayətində təxminən 17,3 milyon nəfər təşkil edib. Bu mövsüm bölgədə təxminən yeddi milyon turistin olacağı gözlənilir.

Lerikdə gəzməli yerlər

0
Lerik
Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (2492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Azərbaycanın füsünkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız- hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən meşələri ulu keçmişdən qalan yadigarlardır.Bir sözlə bu diyar əsirlərin yaddaş kitabıdır.
Kömürgöy
İlahi Azərbaycandan, onun əsrarəngiz təbiətindən öz nadir nemətlətini əsirgəməmişdir. Bu baxımdan bənzərsizliyi, nadir ağacları, saf suyu, zümrüd meşələri, qalaları, tarixi yerləri ilə seçilən Talış dağlarını Azərbaycanın zümrüd qaşı adlandırırlar. Doğurdan da buraların gözəlliyini sözlə təsəvvür etmək mümkün deyildir. Bu torpaqda müxtəlif vaxtlarda olmuş dünyanın məşhur səyyahları buraları cəsarətlə dünyanın ən gözəl, ən səfalı yerləri ilə müqayisə etmişlər. Dahi fransız yazıçısı və səyyahı Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin esgizlərini çəkmiş, bu diyarın gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır. A. Düma Cəngəmiran kəndində olarkən eşitdiyi maraqlı bir hadisəni də gündəliyinə keçürməyi unutmur: “Bir kişi öz arvadı ilə kəndin qurtaracağındakı meşənin içində olan hamamda işləyirmiş… Birdən onlar pələngə rast gəlirlər. Kişi pələngi qovmaq fikri ilə hamama girir. Hirslənmiş pələng onun üstünə yeriyir. Xoşbəxtlikdən əli baltalı qadın kişinin ardınca gəlirmiş. Ərinin üstünə atılmağa hazırlaşdığını görən arvad əlindəki balta ilə pələngin başına zərbə endirmiş, pələngi öldürmüşdür…”
Lerik
Başqa bir fransız arxeoloq- səyyahı Morqan Lerinin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. Morqan mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş Midyalılardır”. Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü ) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri möcuddur… Lerik ərazisində mövcud olan Oğlan Qız qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilbmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Bu qalalar haqqında əfsanələr mövcuddur.
Oğlan qalası
Rəvayətə görə bura qədim Albanların məskəni olmuşdur.Burada Albanlara məxsus qəbirstanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonun ərazisində olan Xanəgah məscidi XIV əsrə aiddir. Bir sözlə qədim tarixi özündə yaşadan neçə-necə maddi- mədəni abidəni sinəsində qoruyub saxlayan Lerik rayonunun ərazisi tarixin yaddaş kitabının daş səhifələridir.Bir sözlə, Azərbaycanın cənub-şərq hissəsini əhatə edən, Şərqdən mavi Xəzərlə, qərbdən canlı müzeyi xatırladan sira dağlarla, meşələrlə, bərəkətli Muğan torpağı ilə, Cənubdan isə İranla həmsərhəd olan bu rayonun gözəlliyindən göz doymur. Əzəmətli Talış dağlarına hündürlüyü dəniz səviyyəsindən 2504 metrdən yüksək olan Quludaş, Kömür göy(2492m), Qız yurdu (2433m) zirvələri xususi gözəllik verir. Quludaş zirvəsindən Şindan qalasına qədər uzanan dağlara baxmaqla doymaq olmur. Dağların bir hissəsi Peştəsər adlanır. O, ürəkaçan meşələri ilə örtülən Brovlara qədər uzanır.
Lerik çayları
Buraların dup-duru, şəffəf suyu, bulaqları, cayları bənzərsizdir. Sors çay, Zuvand çay, Lerik çay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir. Ümumiyyətlə Lerik Azərbaycanın rəngarəng, füsunkar təbiətli rayonlarındandır. Əzəmətli dağları, nadir ağacları, zəngin flora və faunası heyrət doğurur. Hayqıran çayları, çağlayan şəlalələri göz oxşayır. Qərbində havadan qar qoxusu gələndə şərqində hələ meyvə ylğılır. Şimalında aramsız yağışlar yağanda cənubunda torpaq quraqlıqdan korluq çəkir.Bir yanında şaxta iliyə işləyəndə o biri tərəfində kölgəliyə tələsirsən.Aranında biçin qurtaranda yaylağında hələ ot göyərir.Rayon coğrafi ərazisinə və relyefinə görə beş iqlimə malikdir. 1965-70-ci illərdə rayonda ekspedisiyada olan Leninqrad bioloqları möcüzələr diyarına heyranlıqlarını belə ifadə etmişdilər: “Çox qəribə təbiəti var—hər kilometrdən bir havası dəyişir…” Uzunömürlülər diyarı kimi tanınan rayonun təbiəti belədir… Planetimizin ən qocaman sakinləri Mahmud Eyvazovun, Şirəli Müslümovun, Məcid Ağayevin əsr yarımdan çox yaşamalarının sirrini məhz bu iqlim rəngarəngliyində axtarmaq lazımdır… Bir vaxtlar Zuvand kimi tanınan bu diyar 1937-ci ildən Lerik adlanır. Ərazisi 1084 kvadrat kilometrdir. Bundan 39 min hektarı zümrüd meşələrdir. Rayonun 157 yaşayış məntəqəsi var.Burada 142 tarixi abidə- ocaq, pir, ziyarətgah qeydə alınıb və qorunur.
Lerik
Blaran Berq 1836-cı ildə yazdığı “Vospominaniye” kitabında Cəngəmiran, Şingədulan, Hoveri və Veri kəndlərinin təbiətindən, akademik Qrosheym “Na qarax Talışax” kitabında nadir meşələrdən söz açmışlar… Müdriklərimizin, alimlərimizin bu yerin gözəlliyini tərənnüm edən fikirləri də maraqlıdır…
“Dünyanın çox yerini gəzmişəm .Ancaq Lerik və Astara təbiətinin təzadlarına heyran qalmışam. Lerik qədər səfalı, mənzərəli, füsünkar yer azdır. Təbiət hər yerdə ordakı kimi səxavətli, bərəkətli, məhəbbətli deyil … Sizin yerlərin ecazkar təbiəti əbədi ilham mənbəyi, tanrı əli ilə çəkilmiş misilsiz tablolardır. Haçansa ordakı insanlar min il yaşayıb yəqin.” Süleyman Rəhimov, Xalq yazıçısı
Lerik meşələri
“Yaz vaxtı Talış meşələri ətriyyat mağazalarını xatirladır. ” “Talış dağlarının füsünkar guşələrindəki mineral bulaqları xalqımızın sağlamlıq ocaqlarına çevirmək lazımdır….” “Talış meşələrinin relikt flora və faunasını saxlamaq üçün həmin meşə başdan-başa Karpat meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir. Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd üçün gözəl mənbədir…” Həsən Əliyev, Akademik, Əməkdar elm xadimi.
“Talış dağlarının zəngin-təzadlı təbiəti möcüzələr diyarnı xatırladır.Bu dağların sirri hələ tam açılmayıb.Gələcək alimlər üçün bura böyük təcrübə məktəbi ola bilər.Bu qiymətli sərvətlərə,bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır…” Mirəli Qaşqay, Akademik
Lerik
“Nə üçün Lerik uzunömürlülər diyarı sayılır? Bu, onların qoçaqlığıdırmı? Əsla! Çünki sağlam təbiətdə yaşayırlar.Havası loğman, suları məlhəm, bitkiləri can dərmanıdır bu rayonun. Torpağı səxavətlidir- min bir nemət yetirir. Balı, qaymağı,…. bütün təbii qidaları, təbii gözəllikləri sağlamlığın rəhnidir.Burada təbiət, Günəş şüaları ilə,suyu,havası, növbənöv bitkiləriylə, zümrüd meşələriylə insanlardan xəbərsiz onları müalicə edir… Əlbəttə, dağ havası udan dağa bənzər.Sağlam təbiət sağlam həyat deməkdir. Sağlamlıq isə xoşbəxtlikdir….” ””Şükür Həsənov, Əməkdar elm xadimi, tibb elmləri doktoru,professor’

Coğrafiyası

Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayda orta temperatur +20 C-dən +25 C-yə qədər olur. Bülüdül (rayon mərkəzindən məsafəsi 20 km) və Zərinqala (17 km) təbii istirahət zonaları çox məşhurdur. Meşələrdə və Lerik çayının sahillərində qaban, dovşan, tülkü, kəklik və ördək ovlamaq üçün əlverişli şərait var. Meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə də rast gəlmək olar. Hazırda bu nadir heyvanın qorunub saxlanması üçün müvafiq elmi proqram həyata keçirilir.
Coğrafiyası

Tarixi abidələri

Bu regionun bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdırır. Burada tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən “Qızyurdu” adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələ baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Düma öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin rəşadətini təsvir etmişdir.
Lerik
Lerik rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. Ərazisi 1084 kvadrat km, əhalisi 67100 nəfər, yaşayış məntəqələrinin sayı 161-dir. 29 ərazi-inzibati vahidi, 1 qəsəbəsi, 161 kəndi var.
Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar)çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə əsasən palıd, vələs, fısdıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir.
Faunası: tülkü, çaqqal, canavar, ayı, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s.
Zuvand yasağının bir hissəsi Lerik rayonunun ərazisindədir.
Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Büzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı “arxeoloji cənnət” adlandırmış, qiymətli tarixi eksponatları aparmışdır.
Talış dağları
Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Büzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.

Əhalisi

Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100-ü çoxdan keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır.

Təbiəti və istirahət zonaları, qoruqları

Lerik rayonunun ərazisi İran İslam Respublikası ilə sərhəd boyu Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, ərazinin şimalında isə Burovar silsiləsi uzanır. Talış və Peştəsər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 metr) və Qızyurdudur (2433 metr). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi, həmçinin yayı quraq keçən mülayim isti iqlim üstündədir.Orta tempratur yanvarda 1-dən -4 dərəcə S qədər, iyulda 22 – 12 S-dir. İllik yağıntı 300 mm-dən 800 mm-ə qədərdir. Rayonumuzun gözəl təbiəti, şəfalı bulaqları, tarixi abidələri, quru iqlimi bu ərazilərdə turizmin inkişafı üçün münbit şərait yaradır. Rayonumuz üçün ənənəvi olmayan turizm sahəsi son illər inkişaf etməkdədir. Artıq Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmiş və bu iş uğurla davam etdirilir. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradiz” və digər turizm obyektlərində hər cür şəraiti olan kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır. Bundan başqa rayonumuzun Zuvand, Bürsülüm, Livədirqə, Orand, Nücü və digər ərazilərində turizmin inkişafı üçün hər cür şərait vardır.
Relax İstirahət mərkəzi
Rayonda Dövlət mühafizəsində olan daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunlardan yerli əhəmiyyətli memarlıq abidələri 27, arxeloji abidələr 25, monumental və xatirə abidələri 1, dekorativ, tətbiqi sənət abidələri 78 və s. göstərmək olar. Lerik şəhərində 1 ədəd tarix-diyarşünaslıq muzeyi, “Uzunömürlülər” muzeyi, rəsm qaleriyası fəaliyyət göstərir. Rayonda idman qurğularının sayı 100 ədəddir. İdman qurğuları olan 13 təhsil müəssisəsi vardır. Lerik şəhər stadionu 2007-ci ildə əsaslı təmir olunmuş, stadionda 500 oturacaq quraşdırılmışdır. Lakin aparılmış təmir işləri keyfiyyətsiz aparıldığından stadion rayon icra hakimiyyəti tərəfindən istismara qəbul edilməmişdir.
Zuvand
Rayonun Zuvand ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada təbii kompleksin saxlanılması üçün müəyyən işlər görülmüşdür. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının “Nəbatət elmi-tədqiqat mərkəzi” ərazinin fauna və florasını öyrənir. Rayonumuzun bitki örtüyü, əsasən, kollu və seyrək meşəli çəmənliklərdən və dağ meşələrindən (palıd, vələs, fısdıq, qoz, dəmir ağacı) ibarətdir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır. Meşələrimizdə tülkü, canavar, ayı, çöl pişiyi, qaban və digər vəhşi heyvanlar yaşayırlar.

Qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən Naxçıvanın turizm potensialı daha da gücləndirilir

0
Naxçıvan

Turizmin inkişafına dair Dövlət Proqramı yeni-yeni uğurlara yol açır

Muxtar respublikada turizmin davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqinin aparıcı sahələrindən birinə çevirib. Mövcud təbii ehtiyatlar, əlverişli iqlim şəraiti, zəngin tarixi-mədəni irs cəlbedici turizm məhsullarını çoxaltmaq üçün əsaslı zəmin yaradır. Məhz bu potensialdan istifadə nəticəsində Naxçıvanda müalicə-kurort müəssisələrinin, istirahət məkanlarının sayı artmaqda davam edir. Bu da muxtar respublikanın turistlər üçün ən diqqətçəkən məkanlardan birinə çevrilməsinə səbəb olur.

Həyata keçirilən tədbirlərin geniş vüsət almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın xüsusi rolu var. Proqramın məqsədi muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi və bu sahədə müasir idarəetmə mexanizminin yaradılmasıdır.

Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsi özündə əks etdirən mədəniyyət abidələrinin qorunması və elmi bərpası ilə bağlı tapşırığın icrası məqsədilə müvafiq infrastrukturun yaradılması turizm sektorunun inkişafı baxımından xüsusi aktuallıq kəsb edir. Tarixi abidələrdə həyata keçirilən bərpa işləri gələcəkdə bu məkanlara turizm məqsədli turların təşkili üçün yeni imkanlar yaratmaqdadır.

Bu ilin ötən dövründə bir sıra mədəniyyət obyektlərinin bərpası başa çatdırılıb

2020-ci ilin ötən dövründə muxtar respublikada tarixi əhəmiyyət kəsb edən bir sıra mədəniyyət obyektlərinin bərpası başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 15-də Yusif Küseyir oğlu türbəsində, mayın 5-də Naxçıvan şəhər buzxanasında, mayın 27-də isə Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamında başa çatdırılan bərpa və yenidənqurma işləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verib. Eyni zamanda Naxçıvanda turizmin inkişafına təkan verəcək yeni infrastruktur layihələrinin icrası da diqqətdə saxlanılıb. Mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib, Sahil Parkı Naxçıvan şəhərinin turist xəritəsinə daxil edilib.

Bərpa və yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan şəhər buzxanasında “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün müvafiq iş şəraiti yaradılıb. Mərkəz Naxçıvanın özünəməxsus dəyərlərinin və məhsullarının, o cümlədən sənətkarlıq nümunələrinin təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Belə ki, ilin ikinci rübündə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkə hesablarında milli mətbəxlə bağlı 30 məlumat paylaşılıb, 10 mindən çox baxış sayı qeydə alınıb. Həmçinin mərkəzin “Youtube” kanalı yaradılıb, daha geniş auditoriyaya çatdırılması üçün milli mətbəx nümunələrinin videoları həmin kanala yerləşdirilib. Eyni zamanda www.nakhchivancuisine.az saytının hazırlanması ilə bağlı işlər də davam etdirilir. Yeni yaradılmış “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanlarında rəsmi olaraq qeydiyyata alınıb.

Aprel-iyun aylarında muxtar respublikada turizm fəaliyyətinin genişləndirilməsi üçün mühüm imkanlar vəd edən mədəniyyət obyektlərinin elmi bərpası da diqqət mərkəzində olub. “Gəmiqaya qayaüstü rəsmləri” kitabının təqdimat mərasimi keçirilib, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən muxtar respublika ərazisində turizmin inkişafı və perspektivləri, eləcə də turizm marşrutları üzrə bir neçə abidənin daxil edildiyi 2 monoqrafiya nəşrə təqdim olunub.

Muxtar respublikanın turizm imkanları tanıdılır

Reklam xarakterli tədbirlər turizmin hərəkətverici qüvvəsi olmaqla, muxtar respublikaya turistlərin cəlb edilməsi üçün əsas təbliğat vasitələridir. Naxçıvanın turizm potensialı ilə bağlı məlumatların internet resurslarında yerləşdirilməsi və bu məlumatların daim yenilənməsinin təmin edilməsi turistlərin məlumatlılığının artırılmasında mühüm rol oynayır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrinə 200-ə yaxın məlumat daxil edilib, 68 mindən çox baxış sayı qeydə alınıb. Mərkəzin elektron poçt ünvanına və sosial şəbəkə hesablarına daxil olan 42 müraciət aidiyyəti üzrə cavablandırılıb. Xarici ölkələrdə və Azərbaycan Respublikasında fəaliyyət göstərən 200-dən çox turoperatora, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən 12 turizm informasiya mərkəzinə məlumatların göndərilməsi davam etdirilib.

Aprel-iyun aylarında Naxçıvanı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə muxtar respublikada xalq sənətkarlığı sahələri üzrə fəaliyyət göstərən sənətkarlarla maarifləndirici iş aparılıb. Müxtəlif sənətkarlıq sahələrinə aid 25 əl işi Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə göndərilib, 6-nın satışı həyata keçirilib.

Turizm marşrutlarının fəaliyyəti təmin edilib

Zaman və məkan baxımından ən uyğun yerdəyişmə variantının mövcudluğu turistin müəyyən istirahət və rekreasiya zonasını seçməsində əsas rol oynayan faktorlardandır. Bu da o deməkdir ki, sərfəli nəqliyyat vasitələrindən istifadənin təklif edilməsi turizm bölgəsini cəlbedici edən amildir. İkinci rübdə Dövlət Proqramında nəzərdə tutulan tapşırığın icrası istiqamətində Ağbulaq İstirahət Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi istiqamətlərində, iyunun 15-dən etibarən isə mövsümi olaraq Uzunoba Su Anbarı ərazisindəki Naxçıvan şəhər çimərliyinə marşrutların fəaliyyəti təmin edilib.

Ekoturizm turistlərin gəzinti fəaliyyətlərinin təşkili ilə bərabər, təbiətin gözəlliklərindən zövq almaları üçün də şəraitin mövcud olması deməkdir. Naxçıvan Muxtar Respublikasında təbii şəraitdən uğurlu istifadə ekoloji turizm potensialının da genişləndirilməsi üçün yeni imkanlar yaratmaqdadır. İkinci rübdə bu məqsədlə tədbirlərin keçirilməsi davam etdirilib, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin ətrafında 5 hektar sahədə tinglə, 70 hektar sahədə toxumla, Ordubad Milli Parkı ərazisində isə 5 hektar sahədə toxumla əkin aparılıb. Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğunun flora və fauna muzeylərində bitki herbariləri hazırlanıb.

Müalicə turizmi inkişaf etdirilir

Muxtar respublika müalicə turizminin əhəmiyyətinə görə bu coğrafiyada analoquna az rast gəlinən bir yerdir. Ölkəmiz inkişaf edib iqtisadi imkanları artdıqca onun beynəlxalq aləmdə imicini möhkəmləndirən belə layihələrin də icrası imkanları genişlənir. Bu isə, ilk növbədə, turizm və digər sosial-mədəni sahələrdə həyata keçirilən işlərin keyfiyyəti ilə əlaqədardır. Son illər muxtar respublikada icra edilən irimiqyaslı infrastruktur layihələri sağlamlıq turizminin inkişafı üçün mühüm baza rolunu oynayır. Bu məqsədlə cari ilin ikinci rübündə “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsin yeni inzibati binasının, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilib.

İsrail bu ölkələrlə sərhədləri açır

0
İsrail

İsrail Yunanıstan, Bolqarıstan və Xorvatiya ilə hava sərhədlərinin açılması barədə qərar qəbul edib.

Gezmeli.az Axar.az istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.

Bu ölkələrdən qayıdan İsrail vətəndaşları artıq iki həftəlik karantin rejmində qalmayacaq.

Kipr və Macarıstanla müntəzəm reyslərin bərpa olunma ehtimalı da müzakirə olunur.

İsrail

Türkiyə otellərini ruslar üçün ucuzlaşdırdı

0

Bu il Türkiyə otellərində tətil qiymətlərində azalma qeydə alınıb.

Gezmeli.az Axar.az istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Birliyi (ATOR) məlumat yayıb.

Hazırda Türkiyədə otellərin təxminən 40%-i açıqdır.

Qiymətlərin azalmasını “Roziviy Slon” turizm agentlikləri şəbəkəsi də təsdiqləyib.

Ruslar üçün otellərdə qalmaq qiyməti orta hesabla 20-25% endirilib.

İstanbul-Naxçıvan-İstanbul reysləri bərpa olunur

0
İstanbul-Naxçıvan-İstanbul

Türk Hava Yolları 21 avqust tarixindən etibarən həftədə bir uçuş olmaqla İstanbul-Naxçıvan-İstanbul uçuşlarını bərpa edəcək.

Gezmeli.az Turizmplus.az saytına istinadən xəbər verir ki, uçuşlar həftənin cümə günləri müəyyən olunmuş cədvələ əsasən yerinə yetiriləcək.

Qeyd edək ki, Bakıdan yerinə yetirilən uçuşlarda tətbiq olunan bütün qaydalar Naxçıvan uçuşlarımızda da keçərli olacaq.

Otellər bu qaydalarla işləyəcək

0
otel

Otellər bundan sonra yeni qaydalarla işləyəcək.

Bu barədə AZTV-də xüsusi sujet hazırlanıb. Nazirlər Kabineti otellərin yeni fəaliyyət qaydasını təsdiqəyib.

Yeni qaydalara görə mehmanxanaya daxil olan qonağın hərarəti ölçüləcək. Bununla yanaşı, otelə əvvəlcədən yer rezerv edən və işgüzar məqsədlə gələnlər buraxılacaq. Yalnız bu şəxslərə mehmanxananın daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından istifadəyə icazə veriləcək.

Qaydalara əsasən otelin işçiləri hər həftə COVİD-19 testindən keçməlidir. Xəstəlik ehtimalı olduqda isə test dərhal keçiriləcək.

80-dən artıq yeri olan otellərdə nəzarət qrupu yaradılacaq. Digərlərində isə operativ məsul şəxs təyin ediləcək.

Otellərin hər tərəfində dezinfeksiya ləvazımatları yerləşdiriləcək.

Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov bildirib ki, otellərdə həmçinin fitnes və hovuzlar da olacaq.

“Otellərdə fitnes, sauna, hovuz, hamam, spa, konfrans və s. xidmətlər leqal fəaliyyət göstərəcək. Müəyyən qaydalar çərçivəsində onlar bu xidmətləri təşkil etməli olacaqlar”, – deyə qurum rəsmisi bildirib.

Onlardan ödənişsiz istifadə ediləcək. Təması azaltmaq üçün qonaqlarla işçilərin email, telefon və digər vasitələrlə ünsiyyətinə üstünlük veriləcək.

Ödənişlərə gəlincə, ödəmədə üstünlük nağdsız şəkilə veriləcək. Terminalların isə hər əməliyyatdan sonra dezinfeksiyası təmin ediləcək.

Daha bir turizm şirkəti koronavirusa görə iflas etdi

0
turizm

Koronavirus pandemiyası İngiltərədə daha bir şirkətin iflasına səbəb olub.

Gezmeli.az Metbuat.az-a istinadən xəbər verir ki, 30 illik turizm şirkəti “Voyager Travel” iflas edib. Bu barədə şirkətin özündən açıqlama verilib. Şirkətin tərkibində “Voyager Travel Direct”, “Voyager Ski”, “Frutin Travel”, “Go Gecko” kimi tanınmış markalar mövcud idi.

Qeyd edk ki, daha öncə İngiltərədə tanınmış “Thomas Cook” turizm şirkəti də koronavirus səbəbindən iflas etmişdi.