Rusiya xarici turistlərin yoxluğundan dəymiş zərəri açıqlayıb
Ötən ilin yekunlarında turizm ölkəyə 10,9 milyard dollar gətirib. Bu, silahların, bir sıra əlvan metalların və taxtanın ixracından gələn gəlirlərlə müqayisə edilə bilər.
Rusiyanın Federal Turizm Agentliyinin (Rosturizm) rəhbəri Zarina Doquzova pandemiya fonunda sərhədlərin bağlanması və xarici turist axınının olmaması nəticəsində Rusiyanın üzləşdiyi zərərlərdən danışıb.
Gezmeli.az “Arqumentı i Faktı” nəşrinə istinadən xəbər verir ki, Doquzova ötən ilin yekunlarında turizmin ölkəyə 10,9 milyard dollar gətirdiyini bildirib. Bu, silahların, bir sıra əlvan metalların və taxtanın ixracından gələn gəlirlərlə müqayisə edilə bilər.
“Hesablamalara görə, itkilər təxminən 500 milyard rubl (6,7 milyard dollar) təşkil edib”, — Doquzova bildirib.
O qeyd edib ki, Rusiya regionları 2021-ci il yanvarın 1-dən 53 ölkədən turistlər üçün tətbiq ediləcək elektron vizanın sayəsində zərəri qismən qarşılaya biləcək.
Koronavirus pandemiyasına görə, Rusiya martın 27-dən digər ölkələrlə müntəzəm və çarter hava əlaqəsini dayandırıb. Yalnız rusiyalıların xaricdən və xaricilərin Rusiyadan çıxarılması, eləcə də yük, poçt, sanitar və bir sıra digər reyslər istisna təşkil edib.
Bolqarıstan koronavirusa yoluxan turistlərə pul ödəyəcək
Bolqarıstanda tətildə koronavirusa yoluxan turistlərin yemək və tibbi xərcləri ödənilə bilər.
ATOR bu barədə ölkənin Baş nazirinin müavini və turizm naziri Mariyana Nikolovanın açıqlamasına istinadla xəbər yayır.
Bolqarıstan Turizm Nazirliyi ölkədə səyahət zamanı COVID-19-a yoluxan turistlər üçün məcburi karantin zamanı yaşayış və yemək xərclərini ödəməyi təklif edib.
Otelçilərlə razılaşdırılaraq “Sunny Beach” və “Golden Sands” kurortlarında turistləri karantin üçün qəbul edəcək otellər artıq müəyyən edilib.
Turizm sektoru üçün qaydalar, standartlar hazırlanmalıdır
“Bu baş verərsə, postpandemiya dövründə Azərbaycana daha çox xarici turist axınının şahidi ola bilərik”
Pandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Azərbaycanda son illər qeyri-neft sektorunun ən çiçəklənən sahəsi olan və valyuta gəlirlərinin artmasına təsir göstərən turizm sektoru pandemiyanın təsiri altında ən pis günlərini yaşayır.
Hansı ki, son illər xarici ölkələrdən turist kimi Azərbaycana səfər edən insanların sayında xeyli artım müşahidə olunurdu. Hətta ötənilki statistikada Azərbaycana turist axınının təxminən 15 faiz artdığı qeyd olunurdu.
Ancaq reallıq onu göstərir ki, turizm sektorunun əvvəlki kimi fəaliyyət göstərməsi uzun müddət mümkün olmayacaq.
Turizm sektorunun fəaliyyəti ilə bağlı yeni planlar hazırlandığını vurğulayan “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib ki, burada əsas məsələ ara məsafənin qorunub saxlanılmasından, kütləvi toplaşmanın qarşısının alınmasından, qoruyucu vasitələrdən istifadədən, tibbi vasitələrdən istifadədən və dezinfeksiyaedici tədbirlərin həyata keçirilməsindən ibarət olacaq”.
İqtisadçı bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə ABŞ-da, İngiltərədə, Almaniyada və s. artıq hər bir sektor üzrə ayrı-ayrılıqda pandemiya şəraitə uyğun olaraq biznes tədbirlərinin görülməsi ilə bağlı təlimatlar hazırlanıb:
“Ona görə də hesab edirəm ki, Azərbaycan üçün son dövrlərdə supermarketlərin işləməsi ilə bağlı, o cümlədən, restoran və kafelərin fəaliyyəti ilə bağlı təlimatlar hazırlandığı kimi ona uyğun turizm sektorunda da bu kimi təlimatlar hazırlana bilər. Məsələn, 200 kvadrat metr sahəsi olan restoranda 50 nəfər yerləşdirilə bilər.
Bu kimi qaydaların və standartların turizm sektorunun müxtəlif sahələri üçün də hazırlanmasına ehtiyac olacaq. Bundan sonra artıq karantin rejiminin yumşaldılması ilə bağlı olaraq həmin sahələr müəyyən qaydada fəaliyyət göstərə bilər. Eləcə də bu standartlar hazırlanıb təqdim olunandan sonra və təsdiq olunduğu halda şəraitə uyğun şəkildə sektorların fəaliyyəti təmin oluna bilər”.
Ekspertin fikrincə, hazırda Azərbaycan sərhədləri bağlı olduğundan xarici turistlərin ölkəmizə cəlbolunma məsələsindən danışmaq tezdir. “Sərhədlər açılana kimi xarici turistləri cəlb etmək üçün turistik obyektləri epidemioloji tələblərə cavab verən səviyyəyə çatdırmalıyıq.
Yəni başqa ölkələrdən insanları cəlb etmək üçün əvvəlcə ölkədə epidemioloji, təhlükəsizlik durumunun yaxşı səviyyədə olduğunu göstərməliyik. Bu baş verərsə, postpandemiya dövründə Azərbaycana daha çox xarici turist axınının şahidi ola bilərik”.
COVID-19 testindən keçməyən turistlər Misirə buraxılmayacaq
Misir hökuməti ölkəyə gələn turistlərlə bağlı yeni qərar qəbul edib. AZƏRTAC Misir Mülki Aviasiya Nazirliyinin mətbuata açıqlamasına istinadla xəbər verir ki, hər bir əcnəbi səyahətçi bu ölkənin hava limanlarında maksimum 72 saat əvvəl COVID-19 testindən keçməsi barədə arayış təqdim etməlidir.
Yeni qayda avqustun 15-dən qüvvəyə minəcək. Misirin kurort şəhərləri – Şarm əl-Şeyx, Taba, Hurqada, Marsa Ələm və Matruh şəhərlərinə birbaşa aviareyslərlə gələn əcnəbi turistlərə şamil olunmayacaq.
Qeyd edək ki, ümumi daxili məhsulunun 12 faizini turizmin təşkil etdiyi Misir oktyabrın 31-dək turistlər üçün viza rüsumunu ləğv edib.
Qazaxıstanda bəzi çimərliklər açılıb
Qazaxıstanın Akmola vilayətində daha çox ziyarətçisi ilə seçilən “Borovoy” və “Zerenda” turizm istirahət ərazilərində çimərliklər açılıb.
Gezmeli.az AZƏRTAC-a istinadən bildirir ki, bölgənin baş sanitar həkiminin müavini Serik Omarxanovun sözlərinə görə, yalnız xüsusi yoxlamadan sonra və epidemioloji sanitar qaydalara riayət etmək şərtilə çimərliklərin açılmasına icazə verilib. Çimərliklərə yalnız xüsusi göndərişi olanlar buraxılacaq.
Xatırladaq ki, Akmola vilayətinin turizm zonaları iyulun 24-dən bağlanmışdı. Bu, koronavirus infeksiyasına yoluxma hallarının artması və tətilə gələnlər arasında məsuliyyətin aşağı olması ilə əlaqədardır.
İndoneziyada məhdudiyyətlər yumşaldıldıqdan sonra Bali adasına axın artıb
İyulun sonlarında yerli hakimiyyət orqanları Bali adasına girişi açdıqdan sonra buraya gələn turistlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bali adasının turizm agentliyinin rəhbəri Putu Astava bəyan edib. Onun sözlərinə görə, Nqurah-Ray aeroportuna daxili reyslərin gəlişi 17 faiz artıb. Bununla yanaşı, Putu Astava bildirib ki, turizm sektorunun yaxın gələcəkdə əvvəlki səviyyədə qayıdacağını söyləmək çox çətindir.
“Əgər biz turizmin pandemiyaya qədər olduğu qədər qalxacağını gözləsək, düşünürəm ki, bu baş verməyəcək. Çünki məzuniyyətə getmək üçün pul tələb olunur, lakin insanların əksəriyyəti COVID-19-a görə iş yerlərini itirib”, – deyə Putu Astava bildirib.
P.Astavanın sözlərinə görə, avqustun 5-də Nqurah-Ray aeroportuna 2128, növbəti gün isə 2419 turist gəlib. Bununla yanaşı, Tanah-Lot və Pandava-Bich kimi klassik istiqamətlər turistlər arasında üstünlük təşkil edir. Həmin istiqamətdə avqustun 5-də 3265 turist gəlib ki, onlardan da 94-ü əcnəbidir.
Turistlərin daha çox getdiyi istiqamətlər arasında Batur gölü və Balinin Botanika bağı populyarlığı ilə seçilir.
“Rayonlara giriş-çıxış qadağası ləğv olunarsa daxili turizmin canlanmasını müşahidə edə bilərik”-RƏY
Bildiyiniz kimi pandemiya dövründə digər ölkələrlə sərhədlərin bağlanmısı xaricdən gələn turistlərin azalmasına səbəb olub. Bu da ölkənin turizim sahəsinə ciddi ziyan vurub. Ancaq insanların ölkələr arasında hərəkətinin məhdudlaşdırıldığı koronavirus şəraitində məhz daxili turizm ön plana çıxır. Burada daxili turizimin inkaşfı kənd təsərrüfat sahəsinə də təsir edir.
Gezmeli.az Sonxeber.az-a istinadən xəbər verir ki bu barədə Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qrubanov açıqlama verib.
Əhməd Qurbanov bildirib ki, karantin rejiminin böyük şəhərlərə xüsusəndə paytax Bakıya tədbiq olunması yerli turistlərin sayının azalmasın gətirib çıxardıb:
“Pandemiyaya görə sərhədlərin bağlı olması xarici turistlərin ölkəyə gələ bilməməsi xarici turizimin inkişafının dayanmasına səbəb olub. Lakin pandemiya bir tərəfdən ölkədə daxili turizmin inkişafı üçün zəmin yaradıb. Ancaq burada müəyyən problemlər ortaya çıxdı ki, mart ayından bu tərəfə karantin rejimi tədbiq olunduğu üçün və bölgələrə gediş-gəliş qadağan olunması ilə daxili turizimin inkişafını ləngitdi. Bu qaydaların böyük şəhərlərə xüsusəndə paytaxt Bakıya tədbiq olunması yerli turistlərin sayının azalmasın gətirib çıxartdı. Çünki istirahət üçün daha çox bölgələrə gedən yerli turistlər əsasən Bakı şəhərinin sakinləridir. Buna baxmayaraq hal hazırda bölgə otellərinin dolluq səviyyəsinə baxsaq normal səviyyədədir.
Karantin şəraiti olmayan vaxtlarda xarici və yerli turistlər otelləri yüzdə-yüz doldururdu. Lakin bu il biz onu gördük ki, xarici turistlər olmasa belə bizim yerli turistlərimiz müəyyən dərəcədə otelləri doldura bilir. Karantin olduğu üçün əvvəlki illərə nəzərən həmin çoxluğu görə bilmirik. Bunun səbəblərindən ən başlıcası paytaxt Bakıdan bölgələrə gedənlərin sayının azalmasıdır. Biz yenə də ümidliyik ki, yay sezonun müəyyən bir vaxtı qalır və bu müddətdə tursitlər bölgələrimizə yenidən gedə bilərlər. Əgər bir müddət sonra rayonlara tədbiq olunan giriş-çıxış qadağası ləğv olunarsa daxili turizimin canlanmasını müşahidə edə bilərik”.
Azərbaycan Turizm Assosiasiyasının rəsmisi pandemiya dövründə istirahəti təmin etmək və daxili turizimi inkişaf etdirmək üçün konsepsiya hazırladıqların qeyd edib:
“Biz Azərbaycan Turizm Assosiasiyası olaraq aprel ayında daxili turizimin inkişaf konsepsiyasını hazırlamışdıq. Bu 2020-2025 ci illəri əhatə edən daxili turizim konsepsiyası idi ki, bura əsasən daxili turizimdə olan boşluqların tapılması, inkişaf tendensiyaları, daxili turizmi canlandırmaq və pandemiya dövründə daxili turizimi necə inkişaf etdirmək istiqmətində planlar daxil edilib. Konsepsiyanı aprel ayında hazırlıyıb bitirmişik və icra olunması üçün karantinin bitməsini gözlüyürük. Yollar açılsın və bunu tədbiq edək. Konsepsiyada bir neçə müddəalar var ki, əsasən daxili turizimin boşluqların tapılması deyəndə biz nəzrədə tuturduq ki, birinci növbədə monitorinq keçirilməsi üçün işçi qrupu yaradılsın. Bu işçi qrupunda bir neçə dövlət qurumları iştirak etsin. Bu işçi qrupunda Qida Təhlükəsizliyi Agentliyinin, yerli icra hakimiyyətinin, səhiyyə və turizim orqanlarının nümayəndələri iştirak etməsini nəzərdə tutumuşuq.
Qida təhlükəsizliyinin nümayəndələri qidanının nə dərəcədə gigienik olduğuna, səhiyyə qrumları hal-hazırda olan pandemiya şəraitindən qorunmanın yollarını ordakı işçilərə təlimatlandırılması və saneterik, epidemik normalara nə dərəcədə riayət olunması kim diqqət yetirsinlər. Turizm qrumları isə təbii ki, turizimlə bağlı bütün lazımi tədbirləri görməkdən məsuldurlar ki, yəni turizim mərkəzlərinin nə dərəcədə istirahət normalarına riayət edib etməməsini yoxluyurlar. Bütün bunları etdikdən sonra turizim mərkəzlərinə biz ödənişsiz sertifikat verməyi nəzərdə. tutmuşuq. Qeyd etdiyim yerli icra hakimiyyət orqanları isə burda sertifikat almış istirahət mərkəzləri, restoranlar, iaşə obyektləri gələcəkdə nə dərəcədə həmin qaydalara riayet etməsinə nəzarət edəcək. Yəni mən əsasən qeyd edərdim ki, daxili turizimin inkişafı ilə bu baxımdan biz müəyyən işlər görürük və görməkdə davam edirik. Gələcəkdə post karantin müddətində və post pandemiya dövründə eyni zamanda həmin bu COVİD-19 virusundan qorunaraq insanların istirahətini təmin edə bilək. Bilirik ki, bu virus birdən-birə yoxa çıxmaycaq və biz bununla daim yaşamağa öyrənməliyik. Virusa yoluxmadan öz istirahətimizi təmin etmək üçün qeyd etdiyim bu şərtlər vacibdir”.
Əhməd Qurbanov, daxili turizmin inkişafı istiqamətində Türkiyə ilə danışıqlar aparırıq və təcrübə, fikir mübadiləsi etdiklərini bildirib:
Daxili turizimin inkaşı üçün dünya təcrübəsini də nəzərə alırıq. Əsasən burada bizə yaxın olan ölkələrin təcrübəsindən yararlnamğa üstünlük veririk və bu istiqamətdə onlarla təcrübə mübadiləsi aparırıq. Türkiyə bildiyimiz kimi, turizim cəhətdən inkişaf etmiş dövlətlərdən biridir. Onlar da pandemiya dövründə öz sərhədlərini xarici turistlər açmadılar və əsasən öz daxili turizimlərini inkişaf etdirməyə üstünlük verdilər”.
Azərbaycan Turizm Assosasiyasının sədri daxili turizimin inkişafı bilavsitə kənd təsərrüfatına təsir etdiyini vurğulayıb:
“Daxili turizimin inkişafı bilavsitə kənd təsərüffatına təsir edir. Ümumiyyətlə turizimin bir neçə növü vardır. Bunlardan “kənd yaşıl ” turizminin daxili turizimlə eyniləşdirib, həmin o kənd təsərrüfatı ilə məşğul olan, kəndlərdə olan vətəndaşlara dəstək ola bilərik. Buna misal olaraq təbii kənd təsərrüfatı məhsularının və evlərini kirayə verən kənd sakinlərinin istirahətə gedən truistlər tərəfindən maddi cəhədən böyük dəstəyi olur. Turistlər kənddən və yaxud rayondan hər hansı bir evi kirayə götürəndə qiyməti sərfəli və təbii məhsulları kənd təsərrüfatı ilə məşğul olan yerli insanlardan alırlar. Bu baxımdan biz düşünür ki, turizmi kompleks şəkildə inkişaf etdirsək, bu bütün sahələrə təsir etdiyi kimi birbaşa kənd təsərrüfatı ilə məşğul olan fermerlərə və sahibkarlara köməyi olacaq.
Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək
Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.
⠀
Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:
⠀
– azal.az saytında https://help.azal.az/hc/az/requests/new… linki vasitəsilə onlayn formanı doldurmaqla;
⠀
– (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.
⠀
Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
⠀
Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.
İşlər sürətləndi: “Kabus şəhər” ilin sonuna kimi açılır
46 ildir bağlı olan Maraş şəhəri bu ilin sonuna kimi yenidən açılacaq.
Gezmeli.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, ötən gün Ankaraya gələn Şimali Kiprin Baş naziri Ərsin Tatar Türkiyə Prezidentinin müavini Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Maraş şəhərinin yenidən açılması olub.
İclasda Maraş şəhərinin açılması ilə bağlı işlərin sürətləndirilməsi, aparılan işlərin ilin sonuna kimi tamamlanması barədə qərar qəbul edilib.
Bildirilib ki, 46 ildir bağlı olan, bir vaxtların turizm mərkəzi sayılan Maraş yenidən xidmət göstərməlidir.
Qeyd edək ki, Maraş bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib və təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub.