Ev Blog Səhifə 32

Finlandiya yenidən turist səyahətini dayandırır

0
Finlandiya

Finlandiya hökuməti koronavirusla bağlı əlverişsiz epidemioloji vəziyyətə görə avqustun 10-dan etibarən Niderland, Belçika və Andorra ilə yenidən hərəkət məhdudiyyətləri tətbiq edəcək. Bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, Finlandiya hökuməti turizm üçün tövsiyə olunan ölkələrin siyahısını yenidən nəzərdən keçirib.

Finlandiyanın turizm üçün icazə verdiyi ölkələrdə koronavirusun yayılması son 14 gündə 100 min əhaliyə səkkiz haldan çox olmamalıdır.

“Avqustun 6-da keçirilən iclasda hökumət Niderland, Belçika, Andorra ilə sərhəddə yenidən məhdudiyyətlər tətbiq etməyi qərara alıb. Buna səbəb həmin ölkələrdə koronavirusa yoluxma hallarının artmasıdır. Məhdudiyyətlər 10 avqust tarixindən qüvvəyə minir”, – deyə məlumatda deyilir.

Gürcüstanın turizm dərdi: Koronavirus reallığı gizlədilir…

0
turizm

Gürcüstan koronavirus pandemiyasına qarşı necə uğur qazandı? Tez-tez bununla bağlı fikirlər səsləndirilir, əfsanələr danışılır. Hətta, bir çox hallarda qonşu ölkəni Azərbaycan üçün da nümunə kimi təqdim etməyə çalışırlar. Əsas iddia belədir ki, Gürcüstan pandemiyaya qarşı həyata keçirdiyi tədbirlər sayəsində qalib gəldi, Azərbaycan isə bunu edə bilmədi.

Bəs bu iddialar və “uğur hekayələri” nə dərəcədə doğrudur? Doğrudanmı Gürcüstan COVİD-19-a qarşı Azərbaycanın etmədiyi, yaxud edə bilmədiyi nəyisə edib?


Gezmeli.az Demokrat.az -a istinadən xəbər verir ki rəsmi statistikaya nəzər yetirəndə bu iddialar inamlı təsir bağışlayır. Avqustunn 5-nə olan statistikaya görə, Gürcüstanda virusa yoluxanlarınsn sayı 1197, vəfat edənlərin sayı 17 nəfərdir. Azərbaycanda isə rəsmi statistika bundan qat-qat çoxdur.


COVİD-19 pandemiyası yayılmağa başlayanda Azərbaycanda karantin strategiyasını tətbiq edildi. Sərhədlər bağlandı, aviareyslər ləğv olundu, tədris prosesi onlayn rejimə keçdi, rayonlarası gediş-gəliş məhdudlaşdırıldı, 23 mart taixindən etibarən ölkədə xüsusi karantin rejiminin tətbiqinə start verildi. Bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi əsasında həyata keçirilib və dünyada pandemiyaya qarşı ən effektli mübarizə strategiyası karantin rejiminin tətbiq edilməsi hesab olunur.

Misal üçün, Avropanın bir sıra ölkəsi – İngiltərə, Hollandiya, Belçika və digərləri əvvəlcə karantin rejimindən imtina etsə də, yoluxma hallarının sürətlə artması bu ölkələri də eyni metodu tətbiq etməyə məcbur etdi. Azərbaycan ən effektli mübarizə strategiyasını – karantin rejiminin tətbiq edən ilk ölkələrdən biri kimi, virusun kütləvi şəkildə yayılmasının qarşısını ala bildi. Ölkə əhalisinin sayı ilə yoluxanların sayı arasındakı fərq bunun sübutudur.


Bəs Gürcüstan nə etdi?


Qonşu ölkədə də ÜST-ün tövsiyəsinə əsasən karantin rejimi Azərbaycandan iki gün əvvəl – martın 21-dən tətbiq edilməyə başlandı. Tədris prosesi dayandırıldı, sərhədlər bağlandı, “Evdə qal” kampaniyası aparıldı və sairə.

Gürcüstan pandemiyaya qarşı Azərbaycandan fərqli heç nə etməyib, əksinə, bir çox məsələdə geridə qalır.


Azərbaycanda indiyə qədər 759 229 koronaviruas testi keçirilib, Gürcüstanda keçirilən testlərin sayı aşağıdır.


Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün modul tipli xəstəxanalar yaradılıb, həmçinin, müasir laboratoriyalar və xəstəxanalar istifadəyə verilib.


Faktlar göstərir ki, Gürcüstan pandemiyaya qarşı Azərbaycandan fərqli nəsə etməyib, əksinə bəzi məsələlərdə geridə qalır.

O zaman sual yaranır: Gürcüstanda yoluxma statistikası niyə azdır?


Bu sualın cavabını gürcü ekspertlər, eləcə də müxalif siyasətçilər verirlər. Onların fikrincə, Gürcüstan hökuməti koronavirusla bağlı real mənzərəni gizlədir. Bunun bir neçə səbəbi var:


1. Ölkədə test sayı az keçirilir və bu real yoluxmaların sayını müəyyən etməyə imkan vermir.


2. Bir çox hallarda koronavirusa yoluxan şəxslər başqa xəstəliklər adı altında qeydiyyata alınır.


3. Hökumət real statistikanı turizm sektorunun alt-üst olmaması üçün gizlədir.


Turizm Gürcüstan iqtisadiyyatının bel sütunudur və hökumət iqtisadi böhranla üzləşməmək, müəyyən qədər gəlir əldə etmək məqsədilə yoluxanların statistikasını gizlətdi. Əgər real faktlar açıqlansa, o zaman, turistlər gəlməkdən imtina edəcək və ölkə iqtisadiyyatı çıxılmaz böhranla üzləşəcək. Gürcüstanın sərhədləri açan ilk ölkələrdən olması da məqsədin məhz turizm sektoru ilə bağlı olduğunu deməyə əsas verir.


Burada diqqətçəkən məqamlardan biri də Gürcüstanın turizm ölkəsi olmasına baxmayaraq, yoluxma sayının az olmasıdır. Belə ki, koronavirusun yayılması daha çox səfərlər zamanı qeydə alınır və regionda turist səfərləri ən çox Gürcüstanadır. O zaman, Gürcüstanda yoluxma statistikası təsəvvür ediləndən də çoxdur. Sadəcə olaraq, hökumət iqtisadi itkilərin qarşısını almaq üçün real statistikanı gizlətmək məcburiyyətindədir.


Bunu Gürcüstanın daxili işi hesab etmək olar, lakin kimlərsə qonşu ölkənin reallıqdan uzaq statistikasını Azərbaycana nümunə kimi göstərməyə cəhd edəndə ən azı iki dəfə düşünməlidir…

“Turizm sektoru tam tənəzzülə uğrayıb” – Dövlət başçısı

0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

“Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir”.

Gezmeli.az Unikal.org istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır”, – deyə o, qeyd edib.

“Əfsuslar olsun ki, bu il turizm sektoru tam tənəzzülə uğrayıb və əlbəttə, bizi məyus edir. Çünki çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, kifayət qədər imkanlar var”, – deyə dövlət başçısı əlavə edib.

Ruslar türk otellərindən imtina edir

0
turizm

Ruslar yerli kurortlarda mənzil kirayələmək üçün türk otellərindən imtina edirlər.

Gezmeli.az Cebhe.info istinadən xəbər verir ki, beynəlxalq hava nəqliyyatının yenidən bərpa edilməsi fonunda rusların daxili turizmə marağı artıb. Analitiklərin fikrincə, Rusiya Qara dəniz sahilindəki kurortlarda qısamüddətli kirayə mənzillərə tələb artmaqdadır. Kirayəçilərdən gələn faiz artımına görə lider şəhərlər bunlardır. Qısamüddətli icarə tələbi ay ərzində 52 faiz artdığı Simferopol, Sevastopol (üstəgəl 51 faiz), Novorossiysk (üstəgəl 42 faiz), Kerç (40 faiz) və Sudakdır (28 faiz). Qonşu bölgələrin, xüsusilə də Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Voronej kimi şəhərlərin sakinləri türk otellərində qalmaqdan imtina edir. Krım və Krasnodar diyarında istirahəti seçirlər. Bütövlükdə iyul ayı ərzində ölkədə tələbat təklifdən iki dəfə artıq olub.

“Hətta Türkiyə ilə açıq sərhədlər bu yay mövsümündə vəziyyəti dəyişə bilməyəcək”-deyə, ekspertlər vurğulayırlar. Bir çox cəhətdən digər ölkələrlə açıq sərhədləri olan və daxili turizmə meyl var. Bu rusların dünyada epidemioloji vəziyyətin son sabitləşməsindəki şübhələri ilə əlaqədardır.

İyul ayında məlum olub ki, rusların demək olar ki, yarısı – 44 faizi, yayda dənizə gələ bilmək üçün cənubda öz evlərini almağa hazırdırlar. Ən böyük şəhərlər arasında kurort daşınmaz əmlakı əldə etmək istəyənlərin əksəriyyəti Moskva (57 faiz), Sankt-Peterburq və Kazandadır (hər biri 54 faiz).

Azərbaycanın xaricdəki turizm tərəfdaşları ilə onlayn təbliğatlar keçirilir

0
turizm

Ümumilikdə may, iyun və iyul ayları ərzində Azərbaycan Turizm Bürosu tərəfindən xarici bazarlardakı turizm tərəfdaşları ilə 56 vebinar, 176 onlayn görüş keçirilib. Bu görüşlərə 2000-dən çox iştirakçı qatılıb.

Dövlət Turizm Agentliyindən Gezmeli.az verilən məlumata görə, ölkəmizin turizm imkanlarının hədəf bazarlarda və digər ölkələrdə virtual formatda tanıdılması fəaliyyəti onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirilir.

İyul ayı ərzində bu fəaliyyət çərçivəsində xarici bazarlardakı turizm tərəfdaşları ilə 9 vebinar, 68 onlayn görüş keçirilib.

Hədəf bazarları təmsil edən turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara 249-dan çox iştirakçı qatılıb.

Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, BƏƏ, Cənubi Koreya, İsrail, Almaniya və Ukraynadan olan turoperatorlar və turizm şirkətləri ilə onlayn görüşlər baş tutub. Dünya turizminin yeni inkişaf trendləri mövsuzunda müzakirələr aparılıb.

Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Cənubi Asiya kimi regionlardan olan 50-dən çox ölkədən 1212 nəfər iştirak edib. Həmçinin Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platformasından (elearning.tourismboard.az) istifadə ediblər.

Onlar, Azərbaycan təbiəti, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya haqqında məlumat əldə ediblər. “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıblar.

Bundan əlavə, hədəf bazarları təmsil edən ölkələrin 55-dən çox turizm nümayəndəsi üçün onlayn formada 2 tanışlıq səfəri təşkil olunub.

50-dən çox ölkədən 2000-ə yaxın şəxs isə Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platformasından istifadə edib.

“Qatar Airways” Doha-Bakı-Doha reysi üzrə çarter uçuş həyata keçirə bilər – TARİX

0
Qatar Airways

“Qatar Airways” Doha-Bakı-Doha reysi üzrə çarter uçuş həyata keçirməyi planlaşdırır.

Gezmeli.az Turizmplus.az saytına istinadən xəbər verir ki, Doha-Bakı-Doha reysi avqustun 10-da reallaşdırılacaq. Uçuşun həyata keçirilməsi, təyyarənin lazımi sayda sərnişinlə dolmasından asılıdı. Sərnişinlər qeydiyyat üçün ad, soyad və uçacaqları istiqaməti azreservation@az.qatarairways.com e-mail ünvanına göndərə bilərlər.

Onu da qeyd edək ki, aviabiletlər həm onlayn, həm də turizm agentlikləri tərəfindən satışa çıxarılacaq və bir tərəf üçün 850 USD-dən başlayan qiymətlər təşkil edəcək.

Gürcüstan ilk əcnəbi turistləri qəbul edib

0
Gürcüstan

Gürcüstan Almaniya və Fransadan ilk əcnəbi turistləri qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili deyib.

O, Münxen və Parisdən Tbilisiyə uçuşların həyata keçirildiyini bildirib: “Paris-Tbilisi reysi ötən gün yerinə yetirilib. Göyərtədə 188 sərnişin olub ki, onların da böyük əksəriyyətini turistlər təşkil edib. Onlar karantinə alınmayıblar və hazırda Gürcüstan üzrə səyahət edirlər. Münxendən Tbilisiyə səfər edən turistlərə də eyni qayda tətbiq olunub”.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava isə öz növbəsində Tbilisi küçələrində ilk əcnəbi turistlərin görünməsindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, qonşu ölkə koronavirus pandemiyası səbəbindən martın 18-dən sərhədlərini əcnəbi vətəndaşlar üçün bağlamışdı.

Gürcüstanın turizm gəlirləri 80% azalacaq

0
Gürcüstan

Gürcüstanın turizmdən builki gəlirləri illik müqayisədə 80% azalacaq.

Gezmeli.az xəbər verir ki bunu ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze deyib.

Onun sözlərinə görə, bu göstərici turizm gəlirlərinin ilin qalan hissəsi üçün minimal olacağı ehtimalı ilə proqnoz edilir.

K.Qvenetadze bildirib ki, mövcud pandemiya böhranının əsas xüsusiyyəti qeyri-müəyyənliyin yüksək səviyyədə olmasıdır ki, bu da əsasən turist axınlarına aiddir.

Qadınlar üçün ən qorxulu ölkələr

0
Ölkələr

Ekzotik ölkələrə səyahət etmək hər bir insanın arzusudur. Lakin elə ölkələr var ki, qadınların oraya səyahət etməsi həyatları bahasına gələ bilər.

Yay aylarında səyahətə çıxmazdan öncə qadınlar getdiyi ölkənin təhlükəlilik göstəricisinə fikir verməlidir.

Hindistan


Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan  dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.

Braziliya


Braziliyanın möhtəşəm karnavalları ölkədə tüğyan edən cinayətkar qruplaşmalarını və öz işini yerinə yetirə bilməyən polisin səriştəsizliyini ört-basdır edə bilməz.

Braziliya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2009-2012-ci illərdə zorakılıq 157 faiz artıb. Görülən tədbirlərə baxmayaraq, turistlər ölkədə zorlama, tapança ilə hədələnərək qarət olunma halları ilə rastlaşır.

Türkiyə


Son zamanlar Türkiyədə qadınlara qarşı törədilən zorakılıq halları bu ölkəni də “qara siyahı”ya salıb. Qətlə yetirilən Özgecan Aslan hadisəsini misal kimi göstərmək olar.

Tailand


Tailanda hər il milyonlara turist səfər edir. Lakin 2013-cü ildə 20 yaşlı şotlandiyalı qadın bir neçə dəfə zorlanıb və onun iddiasına heç kim dəstək çıxmayıb. Ölkədə narkotik vasitələrdən və spirtli içkilərdən çox istifadə olunması qadınların həyatı üçün təhlükə yaradır.

Misir


Bir neçə ildir ki, Misirin Şarm-Əl-Şeyx və Hurqada istirahət zonaları turistləri cəlb edir. Lakin küçələrdə polislərin azlığı və seksual hücumlar ölkənin turzim patytaxtını gözdən salır.

Kolumbiya


Düzdür, 10 illə müqayisədə indi Kolumbiyada zorakılıq halları azalıb. Bununla belə, kasıb bölgələrdə qadınlar hələ də zorakılığa məruz qalırlar.

Paytaxt Boqota şəhərində metro sistemi əvəzinə avtobus şəbəkəsi fəaliyyət göstərir. “YouGov” saytının  2014-cü il üçün olan məlumatına görə, bu nəqliyyat vasitələri çox təhlükəlidir.  İnsan Hüquqları Təşkilatının verdiyi məlumatda isə bildirilir ki, polis sistemində rüşvət hökm sürdüyündən, qadınlara qarşı olunan zorakılıqlar araşdırılmır və canilər azadlıqda gəzişir.

Cənubi Afrika


Əhalisinin sayının çoxalması ilə əlaqədar, Cənubi Afrika Respublikası ən təhlükəli ölkələrdən birinə çevrilməkdədir. Afrikalılar arasında zorlama və seksual xarakterli hücumlar geniş vüsət almaqdadır. Bundan əlavə, oğurluq halları da artmaq üzrədir.

Məsələn, 2012-2013-cü illər arasında 66 min seksual xarakterli hücum qeydə alınıb.

Mərakeş


Bu ölkəyə səyahətə gedən qadınlara lazımi şəkildə geyinmək tövsiyə olunur. Bununla belə, kişilər tənha turist qadınları narahat edirlər.

Meksika


Meksika hökuməti turistləri silahlı cinayətkarlığın baş aldığı Kankun, Playa del Karmen, Kozumel, Los Kabos və Puero Valyarta kimi şəhərlərdə müdafiə etməyə çalışır. Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, bu ölkədə qadınların balaca avtobuslarda zorlanması halları da çoxdur.

Keniya


Birləşmiş Millət Təşkilatının Qadınların İnkişaf Fondunun verdiyi məlumata görə, Keniyada qadınlar yaşından, təhsilindən, şəhər və ya şəhərətrafı yerlərdə yaşamasından asılı olmayaraq, zorakılıqla üzləşirlər. 2010-cu ilin məlumatına əsasən, qızların 32-i faizi yetkinlik yaşına çatmamış zorakılıqla qarşılaşıb. Məsələn, keçən ilin noyabrında qısa ətək geyinən qadına qarşı təşkil olunmuş zorakılığa görə ölkədə nümayişlər təşkil olunmuşdu.


Milli parkların potensialından səmərəli istifadə məqsədilə qabaqcıl praktika tətbiq olunur – RƏSMİ

0
Park

Sosial şəbəkələrdə Şirvan Milli Parkının özəlləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilir ki, artıq park ərazisi kənd təsərrüfatı torpaqları kimi istifadə olunacaq.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova  bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə qaydasına əsasən, fiziki və hüquqi şəxslərlə yem və dənli bitkilərin əkilməsi üçün müqavilə bağlanıla bilər. 

“Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) qayda və təlimatlarına əsasən, bütün dünyada xüsusi mühafizə olunan təbiət ərazilərində zonalaşma mövcuddur. Bütün milli parklarda təsərrüfat zonaları tətbiq olunur.

Milli park yaradılan zaman bu zonalar mütəxəssislərin rəyinə əsasən ərazinin coğrafi mövqeyi, relyefi nəzərə alınmaqla təsnifləşdirilir. Zonaların sahəsi milli parkların fərdi xüsusiyyətlərinə uyğun olaraq təyin edilir”.

A.Səmədova qeyd edib ki, milli parklarda kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək məqsədilə təsərrüfat fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, xüsusi mühafizə olunan təbiət ərazilərindəki kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək yaxşı bir addımdır. Bu təcrübə bütün dünyada var.

Nəzərə alsaq ki, münbit torpaq azdır, biz hər bir potensialımızdan, hər bir torpağımızdan düzgün, səmərəli  istifadə etməliyik. Bu, səmərə gətirən, faydalı işdir.