“Azercell” “Şahdağ” Turizm Kompleksin rəhbərliyini məhkəməyə verib
“Azercell Telekom” MMC (Azercell) daha bir şirkətlə məhkəmədə görüşüb.
Gezmeli.az Banker.az istinadən xəbər verir ki, bu dəfə mobil operator ölkənin böyük turizm kompleksinin rəhbərliyi ilə abunə borcluluğuna görə kommersiya məhkəməsinə müraciət edib.
Bakı Kommersiya Məhkəməsinə edilən müraciətdə “Şahdağ” Qış-Yay Turizm Kompleksi müdriyyətini 98.4 manatlıq abunə borcları olub.
Borc isə rabitə xidmətləri ilə bağlıdır.
Bakı Kommersiya Məhkəməsi isə “Azercell”in iddiasını təmin edib.

Turizmçilərə şad xəbər ! THY aviabilet satışlarını aviasistemlər üzərindən həyata keçirəcək
Türk Hava Yolları uçuşları 1 Avqust tarixindən, 31 Avqust tarixinədək həftənin hər günü aşağıdakı uçuş cədvəlinə uyğun olaraq yerinə yetiriləcək.
Gezmeli.az Turizmplus.az-a istinadən xəbər verir ki, həftənin 1-3-5 və 7-ci günləri TK 332/TK 333 və həftənin 2-4 və 6-cı günləri isə TK 338/TK 337 uçuşları baş tutacaq.
Qeyd edək ki, bilet satışı, agentliklərin GDS sistemləri də daxil olmaq üzrə bütün satış kanallarında mümkündür.
Suistifadə hallarının qarşısının alınması üçün bütün tədbirlərin alındığını və belə bir hal aşkarlanarsa xəbərdarlıq edilmədən Agentlik İATA kodunun deaktiv ediləcəyini (Black List – Qara Siyahı) önəmlə nəzərinizə çatdırırıq. Birdaha xatırlatmaq istərdik ki, rezervasiya və bilet satış qaydalarının bilinməsi və riayət olunması Agentliyin öz öhdəliyindədər. Bütün qaydalar və yeniliklər mütəmadi olaraq İATA vasitəsi ilə agentliklərə göndərilməkdədir. Hər hansı spesifik qayda pozuntusunun önünə keçmək üçün Türk Hava Yolları tərəfindən spesifik mail vəya xəbərdarlıq göndərilməsi nəzərdə tutulmayıbdır. Subagent satışlarında aşkarlanacaq hər hansı qayda pozuntusundan da həmin subagentə satış icazəsi verən İATA agentlik məsul olacaqdır.
Tranzit uçuşlarda ölkələrin icazələrinə görə uçuş planlaması edildiyi üçün, Türk Hava Yollarının mütəmadi olaraq yenilənən uçuş məlumat xəritəsini izləməyinizi tövsiyyə edirik.
https://www.turkishairlines.com/en-az/announcements/coronavirus-outbreak/current-flight-plan/
Azərbaycan Nazirlər Kabinetinin almış olduğu qərara uyğun olaraq uçuşdan 48 saat öncə alınmış neqativ COVID-19 test nəticəsi tələb edilir. Azərbaycanda test üçün TƏBİB tərəfindən təyin edilmiş kilinikalara müraciət edilməlidir.
Türkiyədə test üçün Azərbaycan səlahiyyətli qurumları tərəfindən qəbul edilən klinikalar:
https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi
Tranzit olaraq Azərbaycana gələcək sərnişinlər gəliş ölkələrində dövlət qurumları tərəfindən akreditə edilmiş klinikalarda test vermələridir. Əlavə olaraq, Azərbaycana gələcək bütün sərnişinlər 14 günlük öz evlərində karantin öhdəliyini qəbul etmələridir. Bununla əlaqəli iltizam sənədi təyyarə göyərtəsində veriləcəkdir.
COVID-19 pandemiyası səbəbi ilə uçuşdan əvvəl və uçuş zamanı riayət ediləcək qaydalarla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiz:
https://www.turkishairlines.com/tr-az/guvenli-seyahat-standartlarimiz/
Dünyanın ən təhlükəsiz ölkələri
Dünya İqtisadi Forumunun ekspertləri ölkələrin təhlükəsiz dərəcələrini müəyyən ediblər.
Gezmeli.az xəbər verir ki təhlükəsizlik renkinqində qonşu Rusiya 109-cu, Türkiyə 116-cı, Qazaxıstan 58-ci, Ukrayna 127-ci sırada qərarlaşıb.
136 ölkə arasında aparılan təhlilə görə, ən təhlükəsiz ölkələr Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İslandiya, Oman, Honqkonq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər olub. Son sıralarda isə Yəmən və Kolumbiya yer alıb.
Təhlükəsizlik reytinqində Azərbaycan isə 35-ci yerdə qərarlaşıb.
Aeroflot Türkiyəyə uçuşlarına başlayır- Son Qərar
Rusiyanın milli aviaşirkəti “Aeroflot” avqustun 1-dən etibarən Antaliya daxil Türkiyəyə uçuşlara başlayacaq.
Gezmeli.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin mərhələdə uçuşlar gündə 2 dəfə Moskva-İstanbul, 1 dəfə isə Sankt-Peterburq-İstanbul şəhərləri arasında həyata keçiriləcək. Qeyd edək ki, bu ölkələr arasında 4 ay idi ki, müntəzəm uçuşlar baş tutmurdu.
Onu da nəzərinizə çatdıraq ki, aviasistemlərdə avqust ayı üçün Moskva-Bakı aviabiletləri satışa çıxarılsa da hələlik bu barədə rəsmi məlumat yoxdur.
Polşanın Azərbaycandakı səfirliyi milli viza üçün müraciətlərin qəbulunu bərpa edir – YENİ QAYDALAR
Polşanın Azərbaycandakı səfirliyi milli viza üçün müraciətlərin qəbulu bərpa edəcək.
Gezmeli.az Turizmplus.az-a istinadən xəbər verir ki Konsulluq və Polşa Diasporası Departamentinə istinadən xəbər verir ki, 27.07.2020 tarixindən etibarən milli viza üçün müraciətlərin qəbulu bərpa ediləcəkdir. Şengen vizası üçün müraciətlər isə yalnız təcili və əsaslandırılmış hallarda (Konsulun qərarı ilə) qəbul olunur.
Viza üçün müraciət etmə ehtimalı yalnız Polşa Respublikasının ərazisinə daxil olmaq üçün səlahiyyətli şəxslərə şamil olunur https://www.gov.pl/…/pola-respublikas-srhdlrini-kemk-v-mtlq…
Onu da qeyd edək ki, viza müraciəti üçün yeni qaydalar tətbiq ediləcək.
• Konsulluğun qarşısında gözləyənlərin sayını azaltmaq məqsədi ilə təyin edilmiş vaxtda gəlməyiniz xahiş olunur.
• Vətəndaşların arasında əz azı 2 metr məsafə saxlamağınız və Səfirliyin və Konsulluğun qarşısında 5 nəfərdən çox toplaşmamağınız xahiş olunur.
• Konsulluğa daxil olarkən qoruyucu maska taxılması və əllərin dezinfeksiya edilməsi xahiş olunur.
• Konsulluğa müraciət edən şəxsi müşaiət edənlər buraxılmır.
Viza üçün müraciət etmək istəyən şəxslər məlumatlarını göstərilən elektron poçt ünvanına göndərməlidirlər: baku.wkp.rejestracja@msz.gov.pl
Bu məlumat yerləşdirildiyi tarixdən əvvəl viza üçün göndərilmiş elektron müraciətlərə baxılmayacaqdır.
Elektron poçtla göndərilən məlumatlar aşağıda qeyd olunanları ehtiva etməlidir:
1. Ad və soyad
2. Əlaqə nömrəsi
3. səfərin məqsədi
a) iş vizasının alınması məqsədi ilə elektron qeydiyyat üçün:
İş icazəsinin skan forması
b) tələbə vizasının alınması məqsədi ilə elektron qeydiyyat üçün:
Əcnəbi tələbənin qəbul və ya təhsilin davam edilməsini təsdiq edən sənədin skan edilmiş forması (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli qərarına əsasən)
Konsulluq və Polşa Diasporası Departamenti bildirir ki:
– Yuxarıda qeyd olunan şərtlərə uyğun olmayan emaillar (elektron yazışmalar) qeydə alınmayacaq və cavabsız qalacaqlar;
– Bir elektron ünvanından yalnız bir nəfər üçün müraciət qəbul olunacaqdır
(Eyni şəxs haqqında dəfələrlə göndərilən elektron məktublar nəzərə alınmayacaq)
– Şəxslər / vasitəçi şirkətlər və gələcək işəgötürənlər tərəfindən göndərilən sorğu / müraciətlərə baxılmayacaq
– Konsulluq sorğuların qeydiyyatı zamanı texniki yardım göstərmir
Müraciətin edilmə tarixi və vaxtı qeyd olunan email (elektron məktub) alındıqdan sonra aşağıdakılar edilməli :
1. https://secure2.e-konsulat.gov.pl saytına keçid alınmalı
2. Menyu bölməsində “Milli viza – formanı doldurun” forması seçilməli
3. Viza forması doldurduqdan sonra çap olunmalı və imzalanmalıdır.
Vətəndaşların nəzərinə! Konsulluq və Polşa Diasporası Departamenti vasitəçi təşkilatlar, habelə viza almaq üçün konsulluq prosedurunda iştirak etməyən şəxslərlə əməkdaşlıq etmir!
VIZA ÜÇÜN QEYDIYYAT PULSUZDUR!
Görüşün planlaşdırılan tarixi ilə bağlı cavab gözləyərək, anlayışlı və səbirli olmağınızı xahiş edirik. Müraciətlərə, daxil olan elektron məktubların və mövcud yerlərin sayından asılı olaraq mümkün qədər tez bir zamanda cavab veriləcəkdir.
Yuxarıda qeyd olunan qaydalara riayət edilmədikdə, viza müraciətlərinin qəbulu növbət bildirişə qədər dayandırılacaqdır!
DİQQƏT!
Polşa Respublikasının Bakıdakı Konsulu, Polşanın konsulluğu tərəfindən verilmiş D- tipli vizanı alan şəxsə ilk giriş ölkəsinin sərhəd keçidində ölkəyə giriş üçün icazənin verilib-verilməyəcəyinə görə cavabdehlik daşımır, bu fakt vizanın verilməsinə təsir göstərmir.
Xarici vətəndaşlar bu məlumatları ilk giriş edəcək ölkə ilə dəqiqləşdirməlidirlər.
Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarının nəzərinə
Gezmeli.az xəbər verir ki Gürcüstanın Azərbaycandakı Səfirliyi Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edib.
“Son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində qeyri-ordinal vəziyyət yaranıb.
Xüsusilə, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq, Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq vətənə qayıtmağa çalışırlar. Qeyd olunan cəhdlər həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olub.
Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək, Azərbaycanda qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və vətənə qayıtmaq üçün əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq.
COVİD 19 virusuna qarşı mübarizə prosesində, Azərbaycan və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə, Azərbaycan ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarının geri qayıtmaqları mərhələli şəkildə, yalnız əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək.
Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edirik. Onların mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaqları prosesini davam etdirmək üçün, əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklərinə çağırırıq.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küç. 13/15
Əlaqə telefonları: 050 250-07-10 (Qaynar xətt) 012 497-45-60”.
Sabahdan Gürcüstanda daxili uçuşlar bərpa edilir
Gürcüstanda daxili uçuşlar 24 iyuldan etibarən bərpa ediləcək.
Gezmeli.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. İyulun 24-də Nataxtari, Mestia və Ambrolauri hava limanlarından, həmçinin Tbilisidən Batumi hava limanına müntəzəm uçuşlar fəaliyyətə başlayacaq.
Ümumilikdə, 24-31 iyul tarixlərində Mestia-Nataxtari istiqamətində 6, Tbilisi-Batumi istiqamətində 5, Ambrolauri-Nataxtari istiqamətində 3 uçuş həyata keçiriləcək.
Avqust ayından etibarən Mestia-ya həftədə 5 dəfə, Ambrolauriyə həftədə 3 dəfə, Batumiyə isə həftədə 4 dəfə müntəzəm uçuşlar həyata keçiriləcək.
Vətəndaşlarımızın vizasız gedə biləcəkləri ölkələrin siyahısı yenilənib
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib.
Gezmeli.az Banker.az-a istinadən xəbər verir ki, “HenleyPartners” şirkətinin reytinqinə əsasən, azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir.
Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur.
Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar daxildir.
Başqa sözlə, “xarici pasport”u olanlar da bu ölkələrə vizasız gedə bilərlər:
1. Belarus – vizadan azaddır/ 90 gün
2. Gürcüstan – vizadan azaddır/ 360 gün
3. Qazaxıstan – vizadan azaddır/ 90 gün
4. Qırğızıstan – vizadan azaddır
5. Moldova – vizadan azaddır / 90 gün
6. Özbəkistan – vizadan azaddır /90 gün
7. Rusiya Federasiyası – vizadan azaddır /90 gün
8. Tacikistan – vizadan azaddır /90 gün
9. Ukrayna – vizadan azaddır /90 gün
10. Baham Adaları Birliyi – vizadan azaddır/ 90 gün
11. Banqladeş – aeroportda viza / 30 gün
12. Barbados – vizadan azaddır/28 gün
13. Boliviya – aeroportda viza/e-viza/90 gün
14. Bosniya və Hersoqovina – vizadan azaddır/ 90 gün
15. Kamboca – aeroportda viza /e-viza/30 gün
16. Kabo Verde – aeroportda viza
17. Kolumbiya – vizadan azaddır/ 90 gün
18. Komor Adaları İttifaqı – aeroportda viza/ 45 gün
19. Kot-d’İvuar – əvvəlcədən qeydiyyatla
20. Kuba – turist kartı ilə/30 gün
21. Cibuti – e-viza
22. Dominik – vizadan azaddır/ 21 gün
23. Ekvador – vizadan azaddır/ 90 gün
24. Efiopiya – e-viza
25. Qabon – e-viza
26. Qvineya-Bisau – aeroportda viza/e-viza/90 gün
27. Haiti – vizadan azaddır/ 90 gün
28. Hindistan – e-viza
29. İndoneziya – vizadan azaddır/ 30 gün
30. İran – vizadan azaddır/ 14 gün
31. Yamayka – aeroportda viza
32. İordaniya – aeroportda viza
33. Laos – aeroportda viza/ 30 gün
34. Livan – aeroportda viza/ 30 gün
35. Lesoto – e-viza/ 14 gün
36. Macao – aeroportda viza/ 30 gün
37. Makedoniya – vizadan azaddır/ 90 gün
38. Malayziya – vizadan azaddır/ 30 gün
39. Maldivlər – aeroportda viza/ 30 gün
40. Marşal adaları – aeroportda viza/ 60 gün
41. Mavritaniya – aeroportda viza
42. Mavriki – aeroportda viza/ 60 gün
43. Mikroneziya – vizadan azaddır/ 30 gün
44. Çernoqoriya – vizadan azaddır/ 90 gün
45. Mozambik – aeroportda viza/ 30 gün
46. Namibiya – vizadan azaddır/ 90 gün
47. Nepal – aeroportda viza/ 90 gün
48. Nikaraqua – aeroportda viza/ 30 gün
49. Oman – e-viza
50. Palau – aeroportda viza/ 30 gün
51. Fələstin – vizadan azaddır
52. Qətər – vizadan azaddır/ 30 gün
53. Ruanda – aeroportda viza/e-viza/30 gün
54. Samoa – aeroportda viza/ 60 gün
55. Serbiya – vizadan azaddır/ 360 gün
56. Seyşel adaları – turist qeydiyyatı /30 gün
57. Somali – aeroportda viza/ 30 gün
58. Şri Lanka – elektron turist qeydiyyatı/30 gün
59. Sent Vinsent və Qrenadin – vizadan azaddır/ 30 gün
60. Şərqi Timor – aeroportda viza/ 30 gün
61. Toqo – aeroportda viza/ 7 gün
62. Türkiyə – vizadan azaddır/ 30 gün
63. Tuvalu – aeroportda viza/ 30 gün
64. Uqanda – aeroportda viza/ e-viza
65. Vanuatu – vizadan azaddır/ 90 gün
66. Vyetnam – e-viza
Hikmət Hacıyev vətəndaşlarımızı ölkəni tərk etməməyə çağırdı
“Çarter reyslərinin məqsədi xarici ölkələrdəki vətəndaşlarımızın vətənə qaytarılmasıdır”.
Gezmeli.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bununla bağlı valideynlər tərəfindən bizə müraciətlər çox olur və onlara bu məsələnin maksimum dərəcədə tənzimləndiyi bildirilib.
“Xəstəlik səbəbindən, xüsusilə də onkoloji problemlərlə bağlı zərurət yaranan şəxslər Azərbaycanı tərk edərək, başqa ölkələrə gedə bilərlər. Lakin digər hallarda vətəndaşlarımızdan ölkəni tərk etməyə üstünlük verməmələri tövsiyə edilir”, – deyə H.Hacıyev qeyd edib.