New -Yorka getsəniz Empire State Building’ə mütləq qalxın. New-Yorkun görməli yerlər siyahisinda olan o başdöndürən göydələnləri yuxarıdan izləmək üçün bura ən yaxşı məkanlardan biri sayılır. 08:00-da açılır, elə binanın daxilində bilet ala bilirsiniz. İki cür bilet təklif olunur: 86-cı mərtəbəyə (34 dollar) və 102-ci mərtəbəyə (54 dollar). 86 ilə 102 arasında tək fərq şəhərə biraz daha yüksəkdən baxmaq imkanı əldə etməyinizdir.
New-York immiqrantlar ştatıdır. Ştatda təxminən 170 dildə danışılır. ngilis dili ilə yanaşı İspan dilidə geniş yayılmışdır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox ustunluk verilən ştatdır.
New-York rütubətli kontinental iqlimə malikdir.İki kontinental hava kütlələrinin təsiri altindadır: Cənub -qərbdən isti və rütubətli hava və şimal qərbdən gələn soyuq və quru hava kütlələri. Qış uzun və soyuq keçir.Yay iqlimi isə sərin olur.Ştatda qeydə alınmıış ən yüksək hərarət iyul alındadır. Bu gösdərici 42 dərəcə olmuşdur. Əhalinin əsas yerləşdiyi yerlərdən olan New-York 13 dərəcə orta tempratura malikdir.
Azadliq heykəli
Azadlıq heykəli New-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəlidə görməli yerlər siyahısındadır. 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir.Heykəldə təsvir olunan ayaq üsdə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli digərində isə üzərində ABŞ Müsdəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutulmuşdur. Tam adı”dünyaya işıq saçan azadlıq”olan bu heykəlin hündurluyu 46 metrdir.
Rokfeller mərkəzi
Rokfeller mərkəzi XX əsrin əvvəllərində böyük maqnat Rokfeller tərəfindən tikilib. 1987-ci ildə mərkəz rəsmi abidə statusunu alıb. Rokfeller Centre dünyanın ən möhtəşəm arxitektura rəmzi hesab olunaraq görməli yerlər siyahısındadır. Onun ən vacib hissələrindən biri 1932-ci ildə inşa olunan dünyanın ən iri teatrı – Radio City Music Holdur. Mərkəzə 70 mərtəbəli Ceneral Elektrik binası daxildir. Burada həmçinin İncəsənət mərkəzi də yerləşir.
New-york bu muasir tikililəri ilə hər il milyonlarla turisti özünə cəlb edir…..
Romada alış-veriş. Yad bir yerə getdiyimiz zaman gəziləcək maraqli və gözəl yerlərin başında bazarlar gəlir. Bəli muzeylər, abidələr, tikililərdə gəziləcək yerlər arasındadır amma bazarları gəzmək də ayrı bir zövqdür. Beləliklə həm yerli xalqın gündəlik yaşam tərzini elə yerindəcə görmək, həm də hədiyyə üçün almaq istədiyiniz əşyaları mağazadan daha ucuz qiymətə tapmaq olar.
Əgər yaxın zamanlarda Romaya səyahət etməyi planlaşdırırsınızsa Romada alış-verış səyahətiniz zamanı etməli olduğunuz şeylər siyahısında olmalıdır. Romanın demək olar k,i bütün küçələrinin özünə məxsus bazarı vardır. Buda Romada yerləşən ən məşhur 5 bazar:
Roma bazarları
1.Campo dei Fiori Market
Campo dei Fiori deyildiyində ağla ilk olaraq meydandakı canli gecə həyatı gəlsədə bura bazarıylada məşhurdur. Romanın olduqca mərkəzi bir hissəsində yerləşən yaradıldığı zamanlarda ilk olaraq at tacirləri tərəfindən istifadə edilib Rönesans boyunca şəhərin ticarət mərkəzi olsa da zamanla bu istifadəsini dəyişdirib daha çox təzə qida bazarı olaraq istifadə olunmağa başlamışdır.
Romada alış-veriş üçün Campo dei Fiori Marketə getdiyiniz zaman çeşidli otlar, quru meyvələr, meyvə və tərəvəz tapa bilərsiniz. Bu bazardan alacağınız hər şeydən razı qalacaqsınız.
Romanın ən böyük açıq bazarından meyvə , tərəvəz və balıq almadan getməyin. Bazar günləri istisna olmaqla hər gün təzə meyvə, tərəvəz, ət, toyuq, balıq müştərilərin qarşısına çıxarılır. Ayrica bura gəldiyiniz zaman ləzzətli bir günorta yeməyinədə zaman ayıra bilərsiniz.
Meydanın ortasında 1600-cü ildə yandırılan filozof Giordano Burunonun heykəli yerləşir. Səhərlər Romada alış-veriş üçün qurulan bazarlar axşamlar kafe, restoran və barlar ilə canlandırılır.
Campo dei Fiori yerləşdiyi məntəqə səbəbi ilə turistlər tərəfindən daha çox ziyarət edilir kimi görünsədə əslində yerli vətəndaşlar tərəfindən üstünlük verilən bazardır.
Adres: Piazza Campo de Fiori 00186 Roma İtaliya
Ziyarət saatları: Bazar ertəsi- Cümə axşamı səhər saatlarından -14:00 a kimi açıqdır.
Porta Portese
Porta Portese Romanın ən böyük bit bazarıdır. Bu bazar Portuensidən Porta Porteseyə qədər uzanır. Bazarda mindən çox satıcı vardır. Burada köhnə CD lərdən tutmuş maskalar kostyumlar ev əşyaları çiçək növlərinə qədər tapmaq mümkündür.
Məşhur Porta Portesenin qapısı altında qurulan bu Roma bazarı bir çox Roma filimlərinin çəkilməsindədə istifadə olunmuşdur. Hətta sırf buna görə bazara gələn turistlərində sayıda az deyildir.
Adres: Viadi Porta Portese 00153 Roma İtaliya
Ziyarət saatları: Bazar günləri 08:00-14:00 a kimi ziyarət ede bilərsiniz.
Borghetto Flaminio
Borghetto Flaminio Romanın ən zövqlü bazarıdır. Köhnə bir avtobus qarajında olan bu bazara Flaminio Piazza del Popolo metro stansiyasından piyada gələ bilərsiniz.
Bura yeni evlilərin isdəmədikləri əşyaları gətirdikləri və ya bəzəkli qadınların artıq geyimlərini satmaq üçün gətirdikləri bazardır. Bu bazar antik və modern kolleksiya baxımından zəngindir.
Adres : Via Flaminia 32 00196 Roma İtaliya
Ziyarət saatları: Bazar günü 10:00-19:00 a qədər açıqdır.
Anticaglie a Ponte Milcio
Bazar dediyimiz zaman ağla sadəcə meyvə tərəvəz balıq gəlmir. Romada bir çox antik bazarlarda vardır. Anticaglie a Ponte Milvio da bunlardan biridir. Piazzale Ponte Milvioya təxmini 3 km məsafədə yerləşən bu Roma bazarı şəhərin ən görkəmli körpülərindən birinin yanında yerləşir.
Əgər kolleksiya yığmaq kimi bir hobbiniz varsa Anticaglie a Ponte Milvio sizin üçün ən doğru məkandır.
Adres: Piazzale Ponte Milvio Roma İtaliya
Ziyarət saatları: ayın ilk və ikinci bazar günləri 09:00-20:00 a kimi açıqdır.
Via Mamiani
Via Mamiani Romanın ən böyük təzə ət və balıq bazarıdır. Bazarda əsasən təzə ət və balıq satılsada geyim və ev əşyaları tapmaqda mümkündür. Bazar turistlərdən çox yerli xalqın diqqət göstərdiyi və ehtiyyaclarını təmin etdiyi bir yerdir.
Adres: Via Mamiani Roma İtaliya
Ziyarət saatları: Bazar ertəsi və Cümə axşamı səhər saatları açıqdır.
Roma səyahətiniz boyunca Romanın zəngin və məşhur bazarlarını ziyarət etməyi unutmayın……
Kiyevdə nə yeyə bilərik ? Ukraniyanın paytaxtı Kiyevdə ortaq din olmasada diqqətlə nəzər saldığımızda Türk mədəniyyəti ilə ortaq nöqtələrinin olduğunu görə bilərik.
Kİyev mətbəxi dünya mətbəxlərinə çox açıqdır. Buna görədə şəhərdə pizzadan qamburgerə qədər hər cür yeməyi tapmaq mümkündür. Ancaq bu tərz beynəlxalq yeməklər mövzumuza o qədərdə təmas etmir. Beləki Kiyevin milli yeməklərinə nəzər salaq və Kiyev də nə yeyə bilərik ? sualını cavablandıraq.
Kiyevdə nə yeyə bilərik ?
Kiyev mətbəxinin əsasında bol yağlı yeməklər dayanır. Həm də hər çeşid yağlar. Bundan əlavə kələm kartof dərə otu Kiyev yeməklərində ən çox qarşilaşacağınız inqredientlərdir.Və soslar….
Daha çox krem formasında hər çeşid sos Kiyev yeməklərində görəbiləcəyiniz ləzzət vericilərdəndir.
Borş (Borsch)
Ukranıyanın ən məşhur yeməyi və əslində Rusya Litvanya Estonya Polonya kimi digər Avropa ölkələrinin mətbəxinədə girmiş olan Borsch. Əlbəttə bu qədər böyük bir coğrafiyada yeyilən yeməyin tam olaraq haraya aid olduğu deqiq olmaya bilər ancaq hetta Ruslar belə Borsch şorbasının orjinalının Ukranyaya məxsus olduğunu deyirlər.
Şorba Kiyev mətbəxində o qədər önəmlidir ki səhər günorta axşam soyuq isti hətta xəsdə olanada müalicə məqsədi ilə yeyilir. Qısacası hər dərdə dəva. Ayrica bütün UKranıyalıların mətbəxində six-six bişirildiyi üçün her kəsin özünə xas fərqli bişirmə metodu vardır. Bu şorbanın bişirilməsində 20yə yaxın inqredientdən istifadə olunur.
Bu şorbanın harada daha dadı bişirildiyinə gədikdə isə Pervak son dərəcə ləzzətli bişirir.
Adres:Rodnidynska St. 2. 01004 Kiyev
Açıq:Hər gün 11:00-02:00 arası
Shashlik( Şiş kabab)
Əslində Qafqazdan çıxdığı düşünülsə də Kiyevdə hətta Ukranyada son dərəcə məşhur olan bir yeməkdir. Tam olaraq bildiyimiz şiş kabab olan Shashlik Kiyevdə əkskərən qoyun bəzi restoranlarda isə donuz və toyuq əti ilə də hazırlanır. Ona görə də sirafiş verməmişdən əvvəl soruşmaqda fayda var. Soğan pamidor badımcan kimi tərəvəzlərlə zənginləşdirilən kabab manqalda bişirilərək servis edilir. Mimino Restaurant isə ləzzətli Shashlik yeyə biləcəyiniz yerlərdən biridir.
Adres:Spaska Vul. 10A40770 Kiyev
Açıq:Hər gün 12:00-23:00 arası
Kiyevdə nə yeyə bilərik ?
Varenyky (vareniki)
Əslində Kiyevin ən məşhur yeməklərindən biri olan Varenykı tərif etməyin asan bir yolu var: Türk mətbəxinin məşhur yeməklərindən biri olan “Börək” desəm ümid ediremkə hər kəs başa düşər. Kartof pendir göbələk doldurulan bu yeməyin kiyevdə fərqli bir versiyasını dadmaq istəsəniz meyvəli quru yemişli şirin növünü dana bilərsiniz.
Şirin Varenyky bir yana digərlərinin əsasən pamidor sosu və ya fərqli soslarla birlikdə servis edildiyi bu yemek hem damaq dadınıza çox yaxın həm də donuz əti və ya ət yeməklərindən uzaq durmaq isteyenlər üçün bənzərsiz bir seçimdir. Katyusha Varenichnaya isə son dərəcə ləəzətli Varenykylər bişirilən bir məkandır.
Adres:İvana Mazepy street .5A. 01010 Kiyev
Açıq: 71\24 açıqdır.
Cake Kiyev
Çeşidli versiyalarda olsada əsasən findıq şakalad və kərə yağı ilə hazırəanan qat-qat keksın krem ilə bəzədilmiş halı olan Cake Kiyev Kiyevdə nə yeyə bilərik ? sualını cavablandıracaq sadə və ləzzıtli bir desertdir. Kiyevin məşhur desertlərindəndir. Milk Bar isə son dərəcə ləzzətli və münasib qiymətə Cake Kiyev tortunu yeyə biləcəyiniz restorandır.
Adres:Shota Rustaveli St. 16. 02000 Kiyev
Açıq:Hər gün 08:00-23:00 arası
Kiyev səyahətinizdə bu ləzzətlərdən zövq almağı unutmayın….
Yəmənin Şibam şəhəri keçmişdə Xardaraut çarlığının paytaxtı olub
Deyirlər çox oxuyan yox, çox gəzən bilər. Gəzmək üçünsə elə yerlər seçmək lazımdır ki, insan həm də biliklər əldə etsin. Maraqlı təbiət mənzərələrini sevənlər daha çox təbiət qoynuna, tarix sevərlərsə tarixi məkanlara səyahət etməyi sevir. Elə insanlar da var ki, dünyanın qeyri-adi məkanları ilə maraqlanır.
Bu məkan dünyanın ən darısqal şəhəri olan Şibamdır .
7 min əhalisi olan Yəmənin Şibam şəhəri keçmişdə Xardaraut çarlığının paytaxtı olub. UNESCO-nun Dünya Mədəni İrs siyahısına şəhər məhz bu qeyri-adi memarlıq üslubu sayəsində daxil edilib
Şibam
Şibamdakı bütün binalar kərpicdən tikilən, 5-11 mərtəbəli evlərdir. Hər mərtəbədə isə bir yaxud da iki mənzil yerləşir. Binalar incəliklə inşa edilib, bununla bərabər, bir-birinə çox yaxındır. Küçələr qaranlıq və son dərəcə dardır
Küçələrinin eni 1-2 metr təşkil edən şəhərin bu cür salınmasının səbəbi bədəvi hücümlarından qorunmaq olub. Şibamın 1700 illik bir şəhər olması ilə bərabər buradakı memari tikililərin əksəriyyətinin tarixi XVI əsrə aiddir.
Şibam
Şibam qərb tarixi qaynaqlarında “ən qədim göydələnlər şəhəri” olaraq anılır. Dünyadakı ən hündür kərpic binaların yerləşdiyi bu şəhər çox mərtəbəli bina nümunələrindən ilki hesab olunur. Şəhərin yaxınlığında yerləşən Tarim qəsəbəsidə eyni memarlıq üslubuna malikdir. Əl-Mindər məscidinin 53 metr uzunluğundakı kərpic minarəsi cənubi Ərəbistan yarımadasının ən yüksək minarəsidir.
Şibam 2008-ci ildə yağan yağışlar səbəbindən sel fəlakətinə məruz qalır. Şəhərdə olan binaların bünövrəsini yuyan sel suları nəticəsində bir çox tikili qəzalı vəziyyətə düşüb. 2009-cu ildə isə Əl-Qaidə terror qruplaşmasının törətdiyi partlayış nəticəsində şəhər memarlığı böyük zərər görüb.
Səddam Bilalov: “Şotlandiyada hər kəs öz işi ilə məşğuldur”
“Həddindən artıq sakit yerdir. Bu ölkədə hər kəs öz işi ilə məşğul olur. Heç kim heç kimi narahat etmir. Şəhərin hər tərəfi tarix qoxuyur. Tarixi binaları, alçaq mərtəbəli evləri ilə turistlərin diqqətini çəkir”.
Söhbət bir çox insanın gəzmək və yaşamaq xəyalına çevrilən Şotlandiyadan gedir. Bir çox mənbələrdə bu ölkə haqqında maraqlı faktlar mövcuddur. Məsələn, göldəki suyun həcminə görə Şotlandiyanın ən böyük gölü Lox Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır. Bəli, onlar hələ də bu ölkədə divin yaşadığına inanırlar.
şotlandiya
Şotlandiya haqqında məlumatlar yəqin ki çoxlarını maraqlandırır. Bu ölkə hətta müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayıb. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verir. Məhz bu zaman Birləşmiş Krallıq yaradılır. Birləşmiş Krallıqda Uels, Şimali İrlandiya, İngiltərə və Şotlandiya yerləşir. Bu krallıqda ən böyük əhaliyə sahib olan İngiltərədən sonra əhalinin sayına görə ikinci ölkə Şotlandiyadır. Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır.
Qəsəbəni xatırladan paytaxt
Biz də bu fərqli ölkəni kəşf etmək üçün həmsöhbətimizlə birlikdə Şotlandiyanı qiyabi səyahətə çıxdıq. Müsahibimiz Təhsil Nazirliyinin təqaüd proqramı ilə Şotlandiyanın Edinburq Universitetində təhsil alan həmyerlimiz Səddam Bilalovdur. Səddam dissertasiyasını müdafiə etmək üçün Şotlandiyanın paytaxtı Edinburqun məktəblərində çalışır. Səddamı bu ölkədə təəccübləndirən insanların sakitliyi və rahatlığıdır: “Bu ölkədə hər kəs öz işi ilə məşğuldur. Cəmiyyət olaraq sakit təbiətlidirlər. Sanki öz dünyaları var və orada sakit şəkildə yaşayırlar. Heç kim heç kimin işinə qarışmır. Bu, məni ilk təəccübləndirən fakt idi”.
şotlandiya
Müsahibimiz deyir ki, Şotlandiyanın təbiəti çox gözəldir: “Şotlandiyanın dillərə dastan bir gözəlliyi var. Bir çox filmə mövzu olan Şotlandiya yaşıllıqların arasında böyük bir gözəlliyə malikdir. Şotlandiyada çox sayda ada mövcuddur. Gölləri, adaları, dağları ilə olduqca zəngin təbiətə malik ölkələr arasındadır. Şotlandiya tam müstəqil ölkə deyil. Amma buna baxmayaraq, bu ölkənin öz bayrağı, parlamenti və paytaxtı mövcuddur. Şotlandlar tarixlərinə, mədəniyyətlərinə, ənənələrinə olduqca əhəmiyyət verirlər. Həmçinin öz mədəniyyətlərini, ənənələrini yaşatmağa qayğı göstərirlər. Edinburq küçələri dardır və səkiləri orta əsr ab-havasını hiss etdirir. Paytaxt olmasına baxmayaraq, şəhərdən daha çox kiçik qəsəbəni xatırladır”.
Qəsrlər şəhəri
Həmsöhbətimiz deyir ki, xüsusilə Edinburq tarixi şəhərdir. Onun sözlərinə görə, bu şəhərdə hündürmərtəbəli binalar demək olar, yoxdur: “Edinburqun tarixi çox qədimdir. Bunu hər bir küçə, hər bir bina deyir. Edinburqu əbəs yerə qalalar və qəsrlər şəhəri adlandırmırlar. Buradakı hotellər və hostellər belə yaşı əsrlərlə ölçülən qədim qəsrlərdə yerləşir. Elə bu şəhəri turistlərə daha çox sevdirən də qədimiliyi və təkrarsızlığıdır”.
Müsahibimiz deyir ki, Edinburqun gecə həyatı çox maraqlı olur. Bu şəhər tarixi abidələri ilə yanaşı, pabları (pivəxanaları) ilə də məşhurdur: “Təsadüfi deyil ki, bütün dünyada məşhur olan viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir”.
Pis ruhlar, kişilərin geydiyi ətəklər…
Adət-ənənələrinə gəldikdə isə həmsöhbətimiz deyir ki, Şotlandiyada ənənəvi Yeni il festivalı keçirilir: “Şotlandiyada ənənəvi Yeni il festivalı – “Hagmonay” hələ də önəmini qoruyur. Bu özəl gecədə insanlar məşəl yandıraraq pis ruhları qovmaq üçün əllərində alovla gəzirlər.Yeni il gecəsi evin bütün qapı və pəncərələri açıq qoyulur. İnanclara görə, “Cwn Annwn” adlı qara it əvvəlki ilə aid hər şeyi açıq yerlərdən keçərək özü ilə aparır. Şotlandlar bayram gecəsi edilən evlənmə təklifinin uğursuzluq gətirəcəyinə, yeni ildə evə ilk girən şəxsin isə özü ilə uğur və ya kədər gətirəcəyinə inanırlar. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə, ev sahibləri onları qarşıda çox yaxşı il gözlədiyinə inanırlar”.
şotlandiya
Şotlandlar dünyada fərqli geyimləri ilə də tanınır. Xüsusilə ətək geyinən kişi deyəndə ağla gələn millət heç şübhəsiz ki, şotlandlardır. Müsahibimiz deyir ki, ətək adlandırdığımız geyim əslində kiltdir: “Şotland kişiləri həmişə kiltlə gəzmirlər. Şotlandlar kilti ancaq ənənəvi olaraq toylara və turizm məqsədiylə geyinirlər. Ənənəvi şotland toylarında bəy və kişi cinsindən olan qonaqlar bəyin xahişi ilə kilt geyinə bilir, amma təbii ki, toyda kilt geyinmək kimi bir məcburiyyət yoxdur. Toylardan əlavə, kilt geyinən kişilərə ən çox turistik məkanlarda rast gəlmək olur. Kilt geyinən və tuluq zurnası çalan şotland kişilərini Edinburq, Qlazqo kimi şəhərlərdə məşhur muzeylərin, qalaların, qalereyaların və tarixi binaların yaxınlığında görmək mümkündür”.
“Açıq fikirli şotland uşaqları”
İnsanların xarakteri və davranışlarına gəldikdə, müsahibimiz deyir ki, Avropanın bütün ölkələrində insanların xarakterləri demək olar, eynidir: “Dissertasiyaya görə məktəblərdə işləyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanlar bir-birinə qarşı çox diqqətcil və nəzakətlidirlər. Açıq fikirlidirlər və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacarırlar. Mənə elə gəlir ki, bunun kökündə təhsil dayanır. Hətta uşaqlar belə azad fikirli böyüdülür. Məktəblərdə onların fikirlərinə önəm verilir. Uşaqlara uşaqlıq çağından diskussiyanı öyrədirlər.”.
şotlandiya
Məlumat üçün bildirək ki, dünyanın ən qısa aviareysi də məhz Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki adası – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır.
Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəam. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.
Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.
varşava
Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm.
***
Maşınla çıxdığım bu dəfəki Polşa səfərimsə əvvəlkilərdən fərqlidi. İndi ailəyləyəm, uşaqları gəzməyə, görməyə, tanımağa gətirmişəm.
“Varş və Sava” əfsanəsi
Varşava Visla çayı sahilində yerləşir. Əfsanəyə görə Varş adında bir balıqçı bu yerdən üzüb keçərkən sehirli bir səslə oxunan gözəl mahnı eşidir. Səs onu valeh edir, tilsimləyir. Varş mahnı oxuyanı axtarıb tapır. Tapır və heyrətlənir. Sən demə, o sehirli səsin sahibi Sava adlı qəşəng bir su pərisiymiş – yarı qız, yarı balıq.
Varş su pərisinə aşiq olur, onu evinə gətirir, amma Sava bütün günü göz yaşı tökür, “susuz yaşaya bilmərəm, məni çaya qaytar”, deyib yalvarır. “Mən axı, səni sevirəm!” “Elə sevdiyin üçün yaşat məni, qaytar ora, sənin qoruyucun olaram, hər cür bəladan hifz edərəm”.
varşava
Sevgilisinin bu halına dözməyən Varş onu çaya gətirir. Onlar elə buradaca evlənib yurd salırlar. Sava dediyi kimi də edir, ailəsini, təzə yurdunu qoruyucu mələk kimi təhlükələrdən qoruyur.
Varşava sözü Varşla Sava adlarından yaranıb. Əlində qılınc və qalxan tutan su pərisi bu günkü Varşavanın emblemidir.
İşğallar ölkəsi
Elə bil Varşavanı gözləyən saysız-hesabsız təhlükələr Savaya əyanmış. Bilirmiş gələcəkdə nələr gələcək bu şəhərin başına.
Ölkə dəfələrlə istilaya məruz qalacaqdı, neçə-neçə müharibəyə meydan olacaqdı. Qonşuların biri qoşunu Qərbdən salanda, o biri Şərqdən çəkəcəkdi. Sözləşib aralarında bölən vaxtları da olacaqdı Polşa torpaqlarını.
Amma heç biri onun azadlıq əzmini qıra bilməyəcəkdi. Hər dəfəsində polyak xalqı yadellilərə qiyamla cavab verəcəkdi.
varşava
İkinci Dünya müharibəsində Varşava tamamən dağıdılmışdı. Bizim Ağdamın indiki günündə idi. Bu bənzətmə Ağdam xarabalıqlarını görən polyak kökənli ABŞ diplomatı Metyu Brayzaya məxsusdu.
1944-cü ildə Polşa Müqavimət Hərəkatının faşistlərə qarşı qaldırdığı qiyam qanda boğuldu, şəhər yerlə-yeksan edildi. Qiyamın Londonda yerləşən gizli hökumətə bağlı olması səbəbindən sovet ordusu Vislanın Şərq sahilində gözləmə mövqeyi tutdu, müdaxilə etmədi. Polyak dostların çoxu bunu Rusiyanın tarix boyu onlara etdiyi çoxsaylı zülmlərdən ən dəhşətlisi sayır.
Varşava xarabalıqları Roman Polanskinin 2002-ci ildə şəkdiyi “Pianist” filmində iri planda təsvir edilib.
Müharibədən sonra şəhər yenidən tikilib. Onun Stare Miasto adlanan qədim hissəsi əvvəl olduğu kimi – XVII-XVIII əsrlərin çertyojları əsasında bərpa olunub.
Mənzilimizin pəncərəsi Rynek Starego Miastaya, yəni Bazar meydanına açılır. Şuşada buna oxşar yerə Bazarbaşı deyərdik. Qələbəlik bir yerdi. Çoxlu suvenirlər satılan butikləri, kafe-restoranları var.
Qəsr meydanı
Qəsr meydanı (Plac Zamkowy) burdan bir məhəllə aşağıdadı. Kral sarayının darvazası bu meydana açılır. Darvazadan keçib sarayın həyətinə giririk. Uşaqlara iştirakçısı olduğum konfransların birində Varşava merinin burada verdiyi ziyafət haqda danışıram. Onların “İrena nənə” çağırdıqları İrena Lasotanın sonralar Polşa prezidenti olan Lex Kaçinskiylə məni tanış eləməsindən söz açıram.
Kral Ziqmunt III Vasanın (eyni zamanda İsveç kralı və Böyük Litva knyazı idi) 8,5 metrlik sütun üstündəki tunc abidəsi də Qəsr meydanındadı. 1644-cü ildə tikilib. Müharibə vaxtı faşistlər vurub heykəli yerə salıbmışlar. Onu da sonra bərpa ediblər.
varşava
Meydanın elə bura yaxın yerindən köhnə qala divarlarının qalıqları görünür. Divar köhnə şəhərlə təzə şəhər arasında yerləşən Barbakan (yarımdairəvi hərbi tikili) abidəsinədək uzanır. Buralar turistlərin çox gələn yeridi.
Qala divarlarının qalıqları başlayan yerdə Katın faciəsi qurbanlarının şərəfinə qoyulmuş abidə var. 1939-cu ildə Polşanının şərq torpaqlarını işğal edən sovet ordusunun əsir götürdüyü polyak zabitlərinin kütləvi güllələnməsi faktını faşistlər aşkarlayır, “kommunist vəhşiliyi” deyib dünyaya car çəkirlər.
Tarixə “Katın qırğını” kimi düşən faciə haqda məşhur polyak rejissor Anje Vaydanın çəkdiyi “Katın” filmində ətraflı bəhs olunur.
Sonra Świętojerska küçəsində vaxtilə yəhudi gettosunun divarları keçən yerdə qoyulmuş abidə önünə gəlirik.
varşava
Uşaqlar yəhudilərin tarixindən, zaman-zaman düçar olduqları talan və qırğınlarından dediklərimi həvəslə dinləyirlər, sual verirlər. “Azərbaycan yəhudilərin incidilmədiyi tək-tük ölkələrdəndi” deyib dağ yəhudilərindən də söz salıram.
BİRİNCİ HAŞİYƏ – Ölüm muzeyi
Yəhudilərdən danışdığımız günün səhəri Krakova yollanmaqda əsas məqsədim uşaqlara Osvensim həbs düşərgəsini göstərmək idi. Almanların Auşvitz dediyi ölüm düşərgəsi Krakovdan 60 kilometr aralıdı.
Muzey kompleksə üç düşərgə daxildi. Auşvitz I əvvəl düşərgə kimi istifadə olunub. Auşvitz II və Auşvitz III düşərgələri tikiləndən sonra əvvəlkini ümumi düşərgə kompleksin inzibati ərazisi ediblər.
Auşvitz faşistlərin bir çox yerdə yaratdığı düşərgələrin ən böyüyüdü. Burada milyondan çox yəhudi, on minlərlə qaraçı, polyak və sovet əsiri məhv edilib.
Ot tayası boyda insan saçı, qalaq-qalaq eynək, çemodan, ayaqqabı, əlil protezi adamda vəhşət duyğuları yaradır.
Bəli, bura Yer kürəsinin ən vahiməli yeridi. Qaz kamerasından keçib krematoriyaya girəndə elə bilirsən milyonlarla insanın bağırtısı qulağında cingildəyir.
Uşaqların üzündə əvvəllər rastlamadığım ifadə vardı. Balaca Ayanın gözlərindəki qorxu qarışıq kədəri görəndə bir anlıq onları bura gətirdiyim üçün özümü qınadım. Sonra ətrafda yüzlərlə turist arasında onlardan da kiçik uşaqlara baxdım, daha qınamadım.
Səfər öncəsi Stiven Spilberqin “Şindlerin siyahısı”, Uve Bollun “Auschwitz” kimi filmlərinə birgə baxmışdıq deyə onları hazırlıqlı bilirdim. Görünür muzey daha real təəssürat yaradırmış.
Şopenin ürəyi
Növbəti günün səhəri Müqəddəs Xaç kilsəsində (Kościół Świętego Krzyża) Şopenin ürəyi gömülən sütunun yanında uşaqlara dedim ki, qəlbiylə dinləməyi bacaran kəs bu ürəyin döyüntüsünü eşidə bilər. Elə inamla söylədim ki, dediyimə az qala özüm də inandım.
İyirmi yaşında Polşanı tərk edəndə bir daha qayıtmayacağı Şopenin ağlına da gəlməzdi. Qəbri Parisdə qazılan bəstəkar ürəyinin vətəndə dəfn olunmasını vəsiyyət edib. Onun ürəyini vətənə bacısı gətirib. Yerji Antçakın çəkdiyi “Şopen. Sevgi arzusu” filmində bu səhnə yaxşı təsvir edilib, baxmağı şopensevər oxuculara tövsiyyə edirəm.
Kilsədə, ürəyin qoyulduğu sütunun önündə adam özünü ziyarətgahdakı kimi hiss edir. Şopen musiqisini duyub sevənlər üçün bura elə müqəddəs ziyarətgahdı. Allah evində uyuyan bəstəkar qəlbi – məbəd içində altar.
Şopenin muzeyi kilsədən elə də aralı deyil. Piyada 15 dəqiqəyə Okolnik küçəsi 1 ünvanında yerləşən
muzeyə çata bilərsən. Şopenin notları, əlyazmaları, fortepianosu sanki böyük bəstəkarla canlı ünsiyyət vasitələridi.
Qızım Nərgiz yaşadığımız Blekinge lənində (inzibati ərazi vahidi) keçirilən müsiqi müsabiqəsinin qalibi olanda Şopenin “Op.7 No.1” saylı mazurkasını da çalmışdı. İndi onun fortepianosuna elə maraqla baxırdı ki, elə bil, bəstəkarın özüylə danışacaqdı.
Palas Kultura – mədəniyyət ironiyası
Kommunist dövrünün “Palas Kultura” deyilən əzəmətli binası şəhərin mərkəzində Misir ehramı kimi durur. Eyfel qülləsi Parisin hər yanından göründüyü kimi bu nəhəng bina da Varşavanın dörd-bir tərəfindən boy verir.
Polyaklar ona ağır illərin acı xatirəsi kimi baxırlar. İkinci Dünya Müharibəsindən sonra qalib kommunistlər çox ölkənin paytaxt şəhərində belə möhtəşəm binalar tikiblər. Kommunizmin əzəmətini göstərən bu binalara “Stalin göydələni” deyirdilər. Bakıda “hökumət evi” dediyimiz bina da bu silsilə tikililərdəndi.
Stalin adına Elm və Mədəniyyət Sarayı kimi tikilən “Palas Kultura”dan hündür bina tikintisinə uzun illər icazə verilməyib. Yalnız kommunizm erası bitəndən sonra binanın ərtafında xeyli müasir göydələn tikildi.
231 metrlik “Palas Kultura”nın 33-cü mərtəbəsində şəhərə mənzərə açılır. Turistlərin çox gəldiyi yerlərdən biridir bura.
Yeri gəldi, onu da deyim ki, turistləri ən çox cəlb edən Polşa şəhəri Krakovdu.
HAŞİYƏ İÇİNDƏ HAŞİYƏ.
Əvvəlki səfərim 2010-cu ilin iyulunda olmuşdu. Demokratiyalar İcmasının 10 illik yubileyinə gəlmişdim. Konfransda dünyanın dörd bir tərəfindən neçə-neçə ölkənin hazırkı və keçmiş lideri, dünya çaplı siyasətşünaslar, iqtisadçılar, demokratiya fədailəri iştirak edirdi. ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klintonun gənc demokratiyalara yönəlik çıxışını xatırlayıram. “Demokratiyanın yarımçıq təbəssümü” adlı yazıda o səfər haqda yazmışam. Uşaqlara bundan söz açdım, maraqlı gəldi, oturub danışmamı istədilər, bir kafeyə döndük. Demokratiya fəalı olan hər kəsə tövsiyə edirəm o məqaləni – bugün-sabah ABŞ prezidenti olacaq xanım Klintonun məni inandırmayan çağırış-çıxışından yaranan o yazını bloqumda oxuya bilərsiniz.
Krakovda qalmağa yer soraqlasanız “Royal” hoteli nişan verərəm. Sadaladığım yerlərə yaxın tarixi binadı. Bu yaxınlıq qəfil leysana düşəndə dadımıza elə çatdı ki, dedim, bir də gəlsəm yenə burda yer alacam. Aşağısında da xudmani restoranı var.
Azadlıq sözünün mahiyyətini tam dərk eləmək üçün saysız-hesabsız nümunələrlə zəngin bir ölkəyə hər bir azadlıqsevər insanı səfər etməyə həvəsləndirmək üçün yazdım bu yazını.
Rəsmi olaraq İsveçrə Konfederasiyası adı ilə tanınan bu bitərəf ölkə Avropanın mərkəzində yerləşir – bir üzük qaşı kimi. Şimaldan Almaniya, qərbdən Fransa, cənubdan İtaliya, şərqdən isə Avstriya və cırtdan ölkə Lixteynşteynlə hasarlanıb.
Coğrafi quruluşu ölkənin etnik tərkibinə də təsir edib. Almaniya və Avstriya ilə sərhəd bölgələrin əhalisi alman dillində (73,2 faiz), Fransa sərhədindəkilər fransızca (23,1 faiz), cənub bölgəsinin əhalisi isə italiyanca danışır. Ölkənin bu üç rəsmi dilindən başqa, dördüncü rəsmi dili Roman dilidir. Cənub və cənub şərqində kompakt olmasa da romandilli etnik qruplar yaşayır.
isveçrə
Mərkəzi Bern şəhəri olmaqla bu ölkə 26 kantondan (federal torpaq) təşkil olunub. Dövlətin təməli olan konfederasiya XIII əsrin sonlarından etibarən qurulub və bir dövlət olaraq İsveçrə 1848-ci ildə qəbul edilən “İsveçrə Federal Konstitusiyası”ndan bəri nəfəs almaqdadır.
Təbiət
Ərazi baxımından Azərbaycandan iki dəfə kiçik olan bu ölkənin böyük hissəsi Alp dağlarının nəzarəti altındadır. Bu dağlar ərazinin yaşamaq üçün əlverişsiz etsə də, təbiəti və əlverişli qış turizmi ilə burda yaşaya bilməyən insanlar üçün iş yeri imkanı yaradır. Yəni “vəhşi” adlandırdığımız təbiət bir yerdən aldığı halda, digər yerdən nəsə verir.
Ərazisinin belə dağlıq olması ucbatından 30 faizi xaricilərdən ibarət ölkə əhalisi əsasən böyük şəhərlərdə yaşayırlar. Bu şəhərlər içində iki dünya səviyyəsində əhəmiyyətli şəhər və iqtisadi mərkəz – Sürix və Cenevrə də var. Bu şəhərlər əlverişli insan həyatı üçün dünya sıralamasında 2-ci (Sürix) və 8-ci (Cenevrə) yerdədirlər.
isveçrə
İsveçrə Konfederasiyası dünyada “bitərəf” ölkə kimi tanınmaqdadır. Bu ölkə 1815-ci ildən özünü bitərəf ölkə kimi qələmə verib və müharibələrdə aktiv tərəf kimi iştirak etməyib. Buna I və II dünya müharibələri də aiddir.
2002-ci ildə BMT-yə üzv olan bu ölkə, həmçinin Avropa Şengen bölgəsinin bir üzvüdür, baxmayaraq ki, Avropa Birliyinə qoşulmağa o qədər də maraqlı deyil. Bundan başqa, İsveçrə ümümdünya “Qızıl Xaç” təşkilatının da yarandığı ölkədir. Həmçinin bura dünya səviyyəli təşkilatlara – FİFA, UEFA, “Qızıl Xaç” və s. ev sahibliyi edir.
isveçrə
Belə təşkilatlardan biri foto həvəskarlarının yaxından tanıdığı fransız fotoqraf ” seriyasından adını eşitdiyimiz “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatıdır. Bu təşkilat vətəndaş müharibəsi zamanı Sudanın müsəlman əhalisi tərəfindən ölkənin cənubunda yaşayan və təkallahlılığa deyil, öz qəbilələrinin inandığı dinə tapınan Dinka qəbiləsinin uşaqlarının oğurlanıb satılması zamanı ciddi fəaliyyət göstərib. Fotoqraf Jan Markın təsvir etdiyi fotolarda quldar bu təşkilat nümayəndəsindən hər qul müqabilində 100 dollar alır və qulları azad edir.
Andreas Qrossu
İsveçrə bizdə həm də Andreas Qrossu ilə tanınır, hansı ki, Avropa Şurasında bir neçə il əvvəl Azərbaycan üzrə məruzəçi və vicdanlı demokrat idi.
isveçrə
Sizə fotolarla təqdim edəcəyim bu seriyalarda məqsədim mənim haralarda olduğum deyil, nələr gördüyümü sizin də görə bilmənizdir. Məqsədim sadəcə ölkədən kənara çıxmaq imkanı olmayan, “Qazaxdan tutmuş Lənkərana qədər, bütün dünyanı gəzmişəm” deyib, qədim babillilər kimi dünyanın sadəcə onların yaşadığı ərazi olduğunu, onlardan kənar həyatın olmadığını düşünən insanlara paralel dünyanı, sivilizasiyanı imkan daxilində göstərə bilməkdir.
Ölkənin ən böyük, iqtisadi və mədəni mərkəzi olan Sürix şəhərinin fotoları ilə sizə xoş istirahətlər arzulayıram.
Bu qeyri-adi meşə Polşada, Qryfino şəhəri yaxınlığında yerləşir.
Onu adətən “Əyri meşə” yaxud da “Sərxoşmeşə” adlandırırlar. Yalnız şimal tərəfə sarı əyilmiş 400 şam ağacı 1930-cu ildə əkilib. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.
Polşa
Bəziləri ağacları bu yerlərdə əsən güclü küləklərin əydiyini deyir, bəziləri də onların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışır.Ən maraqlı versiya isə budur. Deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar, yaxud azanda da yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər çatdırmağa mane olub. Meşədə qeyri-adi mühit müşahidə olunur. Burada quşların səsi eşidilmir. Rusiyanın “Kurşskaya Kosa” milli parkında da buna bənzər meşə var.