“Bu gün Azərbaycanda turizm sənayesində vəziyyət acınacaqlıdır. Artıq 2020-ci ilin yeddinci ayındayıq, lakin koronavirus pandemiyasına görə bu il ancaq iki ay iş oldu”.
Gezmeli.az Reporta istinadən xəbər verir ki bu barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.
O xatırladıb ki, ölkədə koronavirus pandemiyasına görə hotellər fəaliyyət göstərmir, müştərilər yoxdur: “İaşə sektorunda da vəziyyət ürəkaçan deyil. Restoranlarda çatdırılma və yerində sifariş fəaliyyət göstərir. Bu xidməti müştərilərə təklif edənlər bazarda mövcudluğunu qoruyub saxladılar. Lakin yenə də məhdud sayda işçilərlə fəaliyyət göstərirlər”.
S.Dübəndi qeyd edib ki, ölkədə daxili turizmi inkişaf etdirmək lazımdır: “Biz ölkə vətəndaşlarımızı yaddan çıxarmışıq. Əsasən xaricdən turist gətirməyə fokuslanmışdıq. Lakin vətəndaşlarımızın diqqətini ölkədə fəaliyyət göstərən hotellərə, termal sanatoriyalara cəlb etməliyik”.
“Mən həmçinin Ekoturizm Assosiasiyasının icraçı direktoruyam. Assosiasiya ölkədə daxili turizmi inkişaf etdirmək üçün bir sıra işlər, tədqiqatlar aparır. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə milli parkların resurslarının, infrastrukturunun artırılması istiqamətində işləyirik. Ölkədə müxtəlif istiqamətlərdə 10 milli park yaradılıb. Milli parkların yaradılması turizm fəaliyyətlərinin inkişaf etdirilməsi üçündür. Ekoturizm, ekstremal turizm, aqro turizmin inkişafı istiqamətində işlər görülür. Məqsədimiz post- pandemiya dövrüdə daxili turizmin inkişafıdır”, – o əlavə edib.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya turizm sektorunun itkiləri bu ilin sonuna qədər 1,2 trilyon ABŞ dollarına yüksələ bilər: “Bu il qlobal turizmin itkiləri qlobal ümumi daxili məhsulun (ÜDM) 1,5%-ə qədər olacaq. Beynəlxalq turizmdə məhdudiyyətlər 2021-ci ilin mart ayına qədər davam etsə, sektorun itkiləri 3,3 trilyon ABŞ dollarına (qobal ÜDM-nin 4,2%-nə) yüksələcək”.
Xorvatiya koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, 600 min turist qəbul etməyə hazırlaşır.
Gezmeli.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm naziri Qari Kapelli bildirib.
Onun sözlərinə görə, bunun 90 mini yerli turistlərdir: “Xorvatiya dünyada nə baş verməsindən asılı olmayaraq təhlükəsiz bir yerdir. Bu göstəricilər də bunu sübut edir”.
Q.Kapelli deyib ki, koronavirusa yoluxanların sayını azaltmaq və ölkənin etibarlı yer olduğunu sübut etmək üçün daha sərt epidemioloji tədbirlərin həyata keçirilməsi vacibdir.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bu il pandemiya nəticəsində dünya turizm sektorunun 1,2 trilyon ABŞ dollarına qədər itki ilə üzləşəcəyi qeyd olunub.
Gezmeli.az Azərtaca istinadən xəbər verir ki, məqalədə ölkəmizdəki multikulturalizm modeli, alman irsi, turizm sənayesi, eləcə də eno, tibbi, aqro-turizm potensialı və perspektivləri barədə məlumatlar diqqətə təqdim olunur. Məqalədə həmçinin, İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məqam da öz əksini tapıb. Bu xüsusda, məqalənin xülasəsini aşağıda diqqətinizə təqdim edirik.
Multikulturalizm modeli
Şərqin və Qərbin qarışığını özündə ehtiva edən Azərbaycan dünya sivilizasiyasının ən qədim məskənlərindən biridir. Azərbaycanın tarixi və mədəniyyəti çoxlu sivilizasiyaların və dinlərin elementlərini, o cümlədən Qafqazın xüsusiyyətlərini əhatə edir. Azərbaycan, sivilizasiyalar arasında mühüm körpü, eləcə də multikulturalizm, qonaqpərvərlik və tolerantlıq üçün unikal məkan qismində beynəlxalq reputasiya qazanmışdır. Ölkə əsrlər boyu dünyanın mədəniyyət qovşaqlarından biri kimi məşhur olmuşdur. Dünyəvi ölkə qismində, Azərbaycan dini cəhətdən dünyanın ən tolerant ölkələrindən biridir. Bütün dinlərin nümayəndələri eyni statusa və ən yüksək dini azadlıq səviyyəsinə malikdirlər, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşayırlar.
Bu xüsusda, Azərbaycan, müxtəlif turist qrupları üçün məşhur təyinat ölkəsi qismində inkişaf etmişdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər (Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu) multikulturalizmin bariz nümunələridir. Mədəni və dini müxtəlifliyin təbliği, eləcə də multikulturalizm qovşağı qismində Azərbaycanın təşviqi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Yüksək turizm profilinə malik olan ölkə qismində Azərbaycanın nüfuzu qlobal arenada beynəlxalq tədbirlərə (Avroviziya Mahnı Müsabiqəsi, 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Prisi, “UEFA” Avropa Liqasının Final Oyunu) ev sahibliyi etməklə daha da güclənmişdir.
Alman irsi
Azərbaycan tarixinin alman səhifəsi çox unikaldır və 200 il bundan öncə başlamışdır. 19-cu əsrin əvvəlində Vürttemberqdən olan almanlar Azərbaycanda məskunlaşmışlar. Onlar Azərbaycanlılarla inteqrasiya edə bilmiş və ölkənin aqro-sənayesinin inkişafına əhəmiyyətli töhfə vermişlər. 19-cu əsrin əvvəllərində alman məskunları yeni üzüm bağları salmaqla, kommersiya-məqsədli şərab sənayesinə başlamaqla və şərab istehsalını Avropa şərablarına münasibətdə rəqabət qabiliyyətli etməklə Azərbaycanın şərabçılığının inkişafında mühüm rol oynamışlar. Qafqazda alman mədəniyyətinin qovşağına çevrilmiş Göygöl (Helenendorf) həmçinin, şərab sənayesinin inkişafı üzrə məşhurlaşmışdır. Rayonda yüzlərlə alman-stilli evlər qalmaqdadır, onlardan biri də hazırda muzey qismində fəaliyyət göstərən, Göygölün sonuncu almanının rezidensiyası olmuş “Viktor Klein”ın Evidir. Azərbaycanın ilk Lüteran kilsəsi Göygöldə inşa olunmuşdur. Almanların məskunlaşdığı, sonradan şərabçılığın mərkəzi kimi məşhurlaşmış digər Azərbaycan şəhəri Şəmkirdir (Annenfeld). Şəmkir, alman-stilli evlər və Lüteran kilsəsi ilə alman atmosferini saxlamışdır. Tarixi, dini və mədəni abidələri özündə ehtiva edən alman irsi Azərbaycanda lazımi qaydada qorunub-saxlanılır. Alman arxitekturasının digər məşhur nümunəsi Bakıdakı Xilaskar Lüteran Kilsəsidir. Eyni zamanda, 19-cu əsrin sonunda, almanlar Naftalanda yaraların müalicəsi məqsədilə məlhəm istehsalı üzrə ixtisaslaşmış şirkət açmışlar. Naftalan nefti əsasında hazırlanmış dərmanlar dünyanın əczaçılıq sensasiyalarından birinə çevrilmiş, Avropadakı apteklərdə və kosmetika mağazalarında satılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 30.08.2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi 2017-ci ildə ölkədə və xaricdə geniş şəkildə qeyd edilmişdir. Bu tarixin 100 illiyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirilmişdir. 2019-cu ildə təxminən 21000 alman Azərbaycanda səfərdə olmuşdur (2018-ci il ilə müqayisədə təqribən 20% artım).
Turizm sənayesi
İqtisadi diversifikasiya və regionların bərabər inkişafı kontekstində turizm sektoru Azərbaycanda mühüm prioritetlərdən biri qismində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizdə ixtisaslaşmış turizm sənayesinin inkişaf etdirilməsi məqsədilə yol xəritəsi qəbul olunmuşdur. Eyni zamanda, turizmlə bağlı məsələlər “Azərbaycan 2020: gələcəyə baxış” milli inkişaf konsepsiyasında əksini tapmışdır.
Ölkəmizə beynəlxalq turistlərin axının artırılması üçün Azərbaycan güclü turizm potensialına malikdir və sözügedən sənayenin davamlılığının təmin olunması məqsədilə lazımi infrastrukur inkişaf etdirilmişdir. “Açıq Qapılar” siyasəti, eləcə də daxili və xarici sərmayələr Azərbaycanda turizm sektorunun daha da irəliləməsi üçün mühüm rol oynamışdır. Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan çoxlu turizm xüsusiyyətləri ilə zəngindir. Azərbaycan tarixi və qədim arxeoloji və arxitektura abidələri ilə zəngin olan ölkədir. Ölkənin turizm sektoru özünün inkişaf dinamikasını saxlamış və 2019-cu ildə 3 milyondan artıq əcnəbi Azərbaycana səfər etmişdir. 2019-cu ildə turizmin ÜDM-dəki payı 2.4% olmuşdur.
Bakının İçərişəhəri, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Xan sarayı ilə birgə Şəkinin Tarixi Mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilmişdir. “Atəşgah” və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbii Qoruğundakı əbədi alov mənbələri Azərbaycanda təbii enerjinin tarixini, eləcə də Zərdüştlüyün mədəniyyətə təsirini göstərir. Bakı ətrafındakı qumlu Xəzər sahilləri çimərlik turizmi üçün ecazkar anlar təklif edir. Azərbaycanın zəngin təbiəti, faunası və florası, təbii parkları və bio-müxtəlifliyi eko-turizm üçün böyük imkanlar açır. Şahdağ Kompleksi Azərbaycanın xizək kurortudur.
8-10 aprel 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi dünyanın turizm bazarının mühüm “aktor”larını bir araya gətirən qlobal platformadır.
Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbi adıçəkilən sənaye üçün rəqabət qabiliyyətli mütəxəssislər hazırlayırlar.
Eno-turizm
Azərbaycanın üzümçülük ənənələri minillik irsi ehtiva edir və ölkə dünyanın ən qədim şərabçılıq məkanlarından biridir. Əlverişli iqlim müxtəlifliyi sayəsində Azərbaycanın bir sıra regionlarında (Gəncə, Naxçıvan, Qafqazın dağətəyi, Şirvan düzü, Kür-Araz ovalığı, Xəzər dənizinin sahilləri) çoxsaylı üzüm növləri yetişdirilir. Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı şərab istehsalı və ixracı üçün yeni üfüqlər açmışdır. Azərbaycan Xəzər regionunda mühüm şərab istehsalçılarından və ixracatçılarından biridir. Ölkədəki bir sıra şərabçılıq zavodlarında və üzüm bağlarında daxili istehlak və ixrac üçün şərab istehsal edilir. Əksər istehsalçılar zavod “tur”ları təklif edir, o cümlədən dequstasiya və sərgi zallarına sahibdirlər. Azərbaycanın dünyaca məşhur nar şərabı qlobal miqyasda rəqabət qabiliyyətliliyə və bir sıra sağlamlıq faydalarına malikdir.
Tibbi turizm
Təbii komponentlərdən istifadə etməklə xəstəliklərin müalicəsinin ənənəvi metodları yalnız yerli əhali deyil, eləcə də Azərbaycana səfər edən əcnəbilər arasında məşhurdur. Naftalanda istehsal olunan tibbi neft və onun yüksək sağlamlıq keyfiyyətləri əsrlərboyu məşhur olmuş və bu məhsulun bütün Avrasiyada ticarəti aparılmışdır.
Naftalan terapiyası xəstəliklərin müalicəsi üçün ən yaxşı metodlardan biri hesab olunur. Naftalan nefti tibbin bir sıra sahələrində vacib komponentdir və müstəsna şəfa mənbəyidir. Naftalan, özünün neft vannaları ilə məşhur olan möhtəşəm balneoterapevtik kurortdur. Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. Duz mağarasında yerləşən bu Mərkəz mühüm tibb məkanıdır və bir sıra xəstəliklərin müalicəsi üzrə ixtisaslaşır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası mineral sularla (Sirab, Badamlı, Vayxır və s.) zəngindir. Həmin mineral sular bir çox xəstəliklərin müalicəsində faydalıdır. Şabranda yerləşən Qalaaltı Balneoloji Kurortu möcüzəli təbii mineral su ilə müalicə təklif edir. Qalaaltı mineral suyu bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Lənkəran regionu, yerli əhalinin və əcnəbilərin əsrlərlə özlərini müalicə etdikləri qaynar bulaqlarla zəngindir. Bütün region boyu yayılmış termal su bulaqları müxtəlif xəstəliklərin müalicəsi üçün məlhəm kimi istifadə olunmuşdur. Lənkəran İstisu Sağlamlıq Mərkəzi və Masallı İstisu Sanatoriyası minerallarla zəngin termal su ilə doldurulmuş vannalar təmin edir. Yanar Bulaq, bir sıra xəstəliklərin müalicəsində faydalı təsirə malikdir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı palçıq vulkanı “landşaft”ı ən füsunkar yerlərdən biridir. Bu cür palçıq bir sıra xəstəliklərin müalicəsində, eləcə də kosmetologiyada istifadə edilir.
Aqroturizm
Azərbaycan iqlim “kontrast”ları ölkəsidir. Azərbaycanın bir çox regionları müxtəlif məhsul növlərini yetişdirmək üçün əlverişli hava şəraitinə, unikal iqlimə və münbit torpağa malikdirlər. Ölkənin böyük kənd təsərrüfatı potensialı Azərbaycanda aqroturizmin daha da inkişaf etdirilməsi üçün imkanlar yaradır. 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Azərbaycanın bioorqanik meyvələri və tərəvəzləri ölkənin mühüm kənd təsərrüfatı üstünlükləridir. Bir sıra regionların (Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı-İsmayıllı, Gəncə-Qazax, Lənkəran-Astara) aqroturizm resursları perspektiv potensiala və müqayisəli üstünlüklərə malikdir. Sitrus və nar vadiləri aqroturları Azərbaycanda kənd təsərrüfatı potensialının reallaşdırılmasının bariz nümunələridir. Kənd təsərrüfatı sahibkarlığı ölkədə yaxşı inkişaf etmişdir. Davamlı kənd təsərrüfatının gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təminatı, kənd yerlərinin inkişafı və ixrac potensialının təşviqi məqsədilə ölkədə bir sıra aqroparklar (Bakı, Şəmkir, Yalama və s.) təsis olunmuşdur. Aqroparkların rezidentləri müvafiq iqtisadi imtiyazlarla təmin olunurlar.
Məlumat üçün bildiririk ki, 1976-cı ildə təsis edilmiş və təxminən 500 üzvü olan ASR kiçik və orta-miqyaslı səyahət agentliklərini və turoperatorları birləşdirir.
Cənubi Amerikanın cənub qərbində dövlətdir. Onu «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır. Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir. Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir. Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur.
Çili
Çilinin görməli yerləri
Çilinin görməli yerləri sırasında Çunqara və Miskantı gölü, Parinakota vulkanı, Atakama səhrası, El-Tatio qeyzeri, Kopakilya, Sapauira arxeoloji abidələri, sirli Pasxa adası, Amerika qitəsinin ən cənub rayonu və ölkəsinin sərhədlərindən çox uzaqlarda tanınan Pataqoniyanın adını çəkmək olar. Planetimizin ən isti nöqtələrindən biri olan Atakama səhrasından başlayaq. Elə olur ki, buraya yüz illərlə bir damla yağış belə düşmür. Buna baxmayaraq, ərazi iri lantşaftı, zəngin arxeoloji məntəqələri və unikal heyvanlar aləmi ilə tanınır. Burada160 kaktus, 200-ə yaxın heyvan növünə rast gəlinir. Çilinin ən sirli məkanlarından biri Pasxa adası sayılır. 5 saatdan sonra Santyaqodan qalxan təyyarənin illuminatorunda üçbucaq formasında olan vulkan mənşəli adanı görmək mümkündür. Ərazisində 3 min nəfər adam yaşayır. Burada tarixi V-VI əsrlərə aid və üzləri adaya baxan1000-ə yaxın heykəl var. Sanki onlar əhalini dənizdən gələn təhlükədən qoruyur. Çəkiləri bir-birindən fərqlidir. Ən böyüyününkü 90 tona yaxındır.
Çili
Çili mətbəxi
Yerli əhali toyuq ətinə üstünlük verir. Burada daha çox müraciət olunan və sevilən xörəklərdən biri kasuela de ave şorbasıdır. Bu toyuq əti, ədviyyat, kartof və düyüdən hazırlanır. Həmin xörək istənilən restoranın menyusuna daxildir. Xüsusilə də əyalətlərdə dadlı bişirilir. Əgər qarşınıza iri boşqabda cücənin yarısı, bir iki ədəd bütöv kartof və düyü gələrsə, bilin ki bu kasueladır. Mal əti, qızardılmış yumurta və kartofdan hazırlanan lomo a lya pobrenin də dadına baxmağı unutmayın. Milli kuranto şorbasının isə öz yeri var. Empanadas pirojkilərini isə mütləq yeməlisiniz. Onların içliyi ya mal əti, ya qaymaq, ya da balıqdan ibarət olur. Sevilən xörəklərdən biri də yodla zəngin olan dəniz kirpisinin şorbasıdır. Adları çəkilən xörəkləri qarğıdalı unundan bişirilən xumitas kökələri ilə yesəniz daha yaxşı olar. Çərəzdən sonra bir fincan qəhvə içilir. Çilililər qəlyənaltı etməyi də çox sevirlər. Onun tərkibinə salat, ətli şorba və ya empanadas daxildir. Bunun üçün sizə 2 dollar kifayət edər. Axşamlarsa adətən sendviç yeyilir.
Çilli mətbəxi
Adət-ənənə
Çilinin sakinləri planetin ən qəribə insanlarıdır. İspan və hindulardan formalaşan əhalinin yaşadığı bu ərazi demək olar bütün millətlərin qarışığını özündə ehtiva edir. Onların hər biri isə ölkənin mədəniyyətinə özünəməxsus xüsusiyyətlər gətirib. Çilililər çox mehriban insanlardır. Əhali ilə siyasi mövzularda söhbət etməyə çalışmayın. Çünki söhbət saatlarla uzandığı kimi ətrafınıza kifayət qədər insan da toplaşa bilər. Küçədə spirtli içki içmək və siqaret çəkmək lazım deyil. Bu düzgün qəbul olunmur. Hətta, bəzi şəhərlərdə qadağan da olunub. Dövlət müəssisələrində, avtobus, stadion, məktəb, xəstəxana və bu kimi ictimai yerlərdə papiros çəkilməsini qadağan edən qanun 2006-cı ildən qəbul edilib. Qanunu pozan 15000 peso (30 dollar) dəyərində cərimə ödəməlidir. Şənbə və bazar günləri demək olar ki, hər yer bağlıdır. Ona görə də valyuta dəyişmək, mehmanxanada otaq kirayə etmək və təyyarəyə bilet almaq bu günlərdə tamamilə qeyri-mümkündür.
Çilli mədəniyyəti
Çilidə turistlərə məsləhət
Burada mobil telefonlardan istifadə geniş yayılıb. İstənilən müddətə istənilən telefonu icarəyə götürə bilərsiniz. Bunu etmək üçün qaldığınız mehmanxananın administratoruna yaxınlaşmalısınız. Beynalxalq zənglər burada çox ucuzdur. Çili restoranlarının özüməxsus cəhətləri sizi sadəcə təəccübləndirə biləcək. Elə masa arxasına oturan kimi sizə pulsuz isti bulkalar yemək təklif olunacaq. Nahar və ya şam yeməyi isə təsəvvür etdiyinizdən də dadlı olacaq. Çaypuluna gəlincə isə o, ödənilən məbləğin 10%-ni təşkil edir. Bundan başqa, müxtəlif suvenirlər də ala bilərsiniz. Məsələn, mapuçi hindularının gümüşü bəzək əşyaları buna misal ola bilər. Eləcə də əl işləri və misdən hazırlanan məmulatları da qeyd etmək olar. Unutmayın ki, ölkə misin ən iri ixracatçılarından biridir. Ümumi dövriyyədə onun payı 40%-dir. Yüngül sənaye mallarına gəlincə, ənənəvi olaraq keyfiyyətlidir və Latın Amerikasının sərhədlərindən kənarda da onlara tələb var.
Latviyanın “AirBaltic” aviaşirkəti 2021-ci ilin aprel ayının 28-dən etibarən Riqa-Bakı reysi üzrə uçuşları bərpa etməyi planlaşdırır.
Gezmeli.az APA- ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin dərc etdiyi məlumatda deyilir.
Qeyd olunub ki, Riqa-Bakı reysi hər iki istiqamətdə həftədə iki dəfə “Airbus A220-300” təyyarələri ilə həyata keçiriləcək. Riqadan təyyarə yerli vaxtla saat 22:45-də havaya qalxacaq növbəti gün Bakı vaxtı ilə saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə uçuş 04:10-da yerinə yetiriləcək, Təyyarə Riqada 07:00-da enəcək.
Qeyd edək ki, Riqa-Bakı aviareysinə biletin qiyməti 131 avrodan (252 manat), hər iki istiqamət üzrə isə 211 avrodan (405 manat) başlayır.
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
Gezmeli.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.
Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.
Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib.
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.
Gezmeli.az xəbər verir ki yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.
Gezmeli.az xəbər verir ki, iyulun 19-u axşam saatlarında 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.
Reysə “COVID-19” testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılmışdır. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.
Alman Deutsche Bank” “Xəritə ilə dünyada qiymətlər” adlı layihəsi ilə işçilərin ən çox maaş aldığı ölkələrin siyahısını hazırlayıb. Siyahıda ən yüksək maaşı olan ölkələr, həm də yaşayış səviyyəsi də yüksək olan ölkələrdi. Gezmeli.az orta hesabla ən yüksək maaşın verildiyi ölkələri təqdim edir: 24. Edinburq, Şotlandiya-2293 dollar 23. Ottava, Kanada-2446 dollar 22. Amsterdam, Hollandiya-2493 dollar 21. Toronto, Kanada-2560 dollar 20. Paris, Fransa-2583 dollar 19. Dublin, İrlandiya-2603 dollar 18. Helsinki, Finlandiya-2620 dollar 17. Stokholm, İsveç-2622 dollar 16. Frankfurt, Almaniya-2626 dollar 15. Honq Konq, Honq Konq-2715 dollar 14. Auckland, Yeni Zellandiya-2762 dollar 13. London, İngiltərə-2776 dollar 12. Tokio, Yaponiya-2897 dollar 11. Vellinqton, Yeni Zellandiya-2941 dollar 10. Kopenhagen, Danimarka-2958 dollar 9. Sinqapur, Sinqapur-3077 dollar 8. Oslo, Norveç-3154 dollar 7. Melburn, Avstraliya-3344 dollar 6. Sidney, Avstraliya-3451 dollar 5. Çikaqo, ABŞ-3622 dollar 4. Nyu York, ABŞ-4304 dollar 3. Boston, ABŞ-4322 dollar 2. San Fransisko, ABŞ-4817 dollar 1. Sürix, İsveçrə-5876 dollar
1. Rumıniya ”“ İki nəfərlik gündəlik büdcə: 80-90 dollar edir. Rumıniyada küçə yeməyinə rast gələ bilmərsən. Ucuz kafedə 5 dollara nahar edə bilərsən. Restoranda bir nəfər üçün naharın qiyməti 15 dollara başa gəlir. Ümumilikdə, ölkədə qonaq evlərində iki nəfərlik nömrə və ya 2 ulduzlu mehmanxanada qalmaq 25-30 dollara başa gəlir. Buxarestdə mənzili gündəlik 30 dollara, Braşovedə isə 35-40 dollara kirayələmək olar. 2. Serbiya ”“ İki nəfərlik gündəlik büdcə: 70-80 dollar edir. Qarnirli kotlet və ya çörəkarası 2 dollardan baha deyil. Restoranda nahar 10 dollara başa gəlir. Belqradda sadə iki nəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq 25-35 dollara başa gələr. 3. Gürcüstan ”“ İki nəfərlik gündəlik büdcə: 75-85 dollara yaxındır. Xaçapuri və lobianini hər küçə başında 1,5 dollara satırlar. Kafedə nahar 5-6 dollar edir. Tbilisi və Batumidə sadə iki nəfərlik yer 40 dollara başa gələcək. Digər yerlərdə, ucuz qonaq evlərində nömrə 15-30 dollardır. 4. Tunis ”“ İki nəfərlik gündəlik büdcə: təxminən 60-70 dollardır. Şakşuka, kolbasa-mergez və ya lablabi şorbası kimi yeməklər 3 dollara, restoranda nahar 8-9 dollar olacaq. Tunisdə ucuz qonaq evləri elə də çox deyil, amma 20-26 dollara sadə nömrə tapmaq olar. 5. Misir ”“ İki nəfərlik gündəlik büdcə: 50-60 dollar edir. Misirdə küçə yeməyi çox ucuzdur: falafel, kuşari, şaverma 1,5 dollaradır. Restoranda orta hesablı çek 4-7 dollaradır. Sadə hosteldə otaq 15, gözəl oteldə isə 25-30 dollaradır. 6. Nepal ”“ İki nəfərlik gündəlik büdcə: dağlarda trekdə 40 dollara yaxın, ölkənin digər yerlərində 45-50 dollardır. Nepalda küçə kafesində doyunca yemək üçün 4-5 dollar bəs edir. Turistik kafelərdə iki nəfərlik nahar 15 dollardır. Hosteldə iki nəfərlik yer 5-8 dollardır. 15-20 dollara isə normal oteldə qalmaq mümkündür. 7. Hindistan ”“ İki nəfərlik gündəlik büdcə: 40-45 dollardır. Hindistanda küçə yeməyi demək olar ki, havayıdır. Yerli yeməkxanada doyunca yemək 2,5 dollara olacaq, turistik restoranlarda orta hesab 3-6 dollar olacaq. Hər yerdə 5-8 laosdollara normal otağa sahib olacaqsız . Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır. 8. Laos ”“ İki nəfər üçün gündəlik büdcə: 55-65 dollar. Küçə kafelərində nahar 1-5 dollar, turistik kafelərdə isə 5-10 dollardır. İki nəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək (Vyetnamda bir qədər bahadır). 9. İndoneziya ”“ İki nəfər üçün gündəlik büdcə: 40-50 dollar edir. Burada küçə yeməyi çox ucuzdur: qovrulmuş düyü və ya əriştə 1,5-2 dollardan baha başa gəlməyəcək, restoranda orta hesab 5-8 dollardır. Normal otellər Sumatrada 9-10 dollar, Yavada 10-15 dollar, Balidə 15-20 dollara başa gələr.