Ev Blog Səhifə 384

Motosikletlə dünyanı gəzən cütlük Azərbaycana gəlir – FOTO

0

      Dünyanı gəzən cütlük

Bütün əmlakını satıb dörd ay öncə İngiltərədən yola çıxan səyyah cütlük – Endi Devidson və Alissa Petter  Bursaya gəlib.

Dünyanı gəzən cütlük

10 il ərzində dünyanı gəzməyi planlaşdıran ər-arvad motosikletlə Fransa, Almaniya, Slovakiya kimi ölkələri gəziblər.

Dünyanı gəzən cütlük

İndiyədək 5 min kilometr yol qət edən cütlüyün növbəti hədəfi Azərbaycandır. Onlar Azərbaycandan sonra Gürcüstan, Özbəkistan, Qazaxıstana da getməyi planlaşdırır.

DANİMARKADA BOHEM HƏYAT TƏRZİNDƏ QƏSƏBƏ: CHRİSTİANİA

0

Christiana-Danimarkanın paytaxtı

Danimarkanın mərkəzində öz qayda-qanunları olan, özü yetişdirib və satan “xoşbəxt” insanların qurduğu Christiania qəsəbəsi var. Bu qəsəbə 45 ildir ki Kopenhagendə dimdik durmağı bacarır. Bu özünəməxsus qəsəbədə hər şey bizim öyrəşdiyimiz dünyadakı qayda-qanundan fərqlidir. Pahoo ilə birlikdə bu qəsəbəyə virtual səyahət etməyə nə deyirsiniz?

Christiania Danimarkanın paytaxtı Kopenhagen’də 35 hektarlıq əraziyə qurulmuş avtonom qəsəbədir.Christiania Danimarkanın paytaxtı Kopenhagen’də 35 hektarlıq əraziyə qurulmuş avtonom qəsəbədir.

 1971-ci ildə hippilərin və işsiz gənclərin tərk edilmiş hərbi əraziyə yerləşməsi ilə yaranıb. Bir müddət sonra istədiyi şeyləri edə biləcəkləri bohem həyat tərzi yaradıblar.Qəsəbənin girişində “Avropa Birliyi torpaqlarını tərk edirsiniz” yazısı asılan yerin öz bayrağı, hətta “Lon” adlı valyutaları belə var.

Bütün evlər Graffiti ilə rənglənib. Hətta zibil maşınları belə qəsəbənin tərzinə uyğunlaşıb.

Gündüz istehsal ilə məşğul olan insanlar, axşamları birlikdə əylənirlər. Qəsəbəyə dünyanın hər yerindən sənətkarlar, musiqiçilər gəlir. Axşamüstü gəzintiyə çıxanda hər küncdən fərqli musiqi alətlərini eşitmək mümkündür.

Danimarka

Qəsəbə qanunlarına görə avtomobil istifadəsi qadağan olunub. Burada sadəcə ekologiyaya zərərsiz nəqliyyat vasitələrinə icazə var.

Vətəndaşların vergi ödəmək məcburiyyəti yoxdur. Bundan başqa silah istifadəsi, kokain, metanfetamin kimi maddələr də istifadə etmək olmaz.

Danimarka

Ancaq marixuana tamamilə sərbəstdir. Əsas gəlir mənbəyi turistlər olan qəsəbənin dərzi, market, restoran kimi yerlərdən əldə edilən gəliri də ortaq kassaya toplanılır.

Bütün qərarlar ortaq məclisdə verilir. Christiania’da yaşayan hər kəs iclasda iştirak edə bilir. Oğurluq edən adam qeyd-şərtsiz qəsəbədən uzaqlaşdırılır.

 

Danimarka höküməti bir neçə dəfə buranı yığışdırmaq istəsə də, çox sərt üsyanla qarşılaşdığı üçün reallaşdıra bilməyib və 45 illik qəsəbə öz varlığını davam etdirir.

Naska səhrasının sirri

0

                Naska səhrası

Cənubi Amerikada, And dağlarının ətəklərində, Perunun cənubunda  illərlə yağış yağmayan kimsəsiz yayla yerləşir. Burada hər gün  qum fırtınası  qoparan parakas küləkləri əsir. Heç bir həyat əlaməti olmayan bu səhra Yer kürəsinin ən müəmmalı yerlərindən biridir.
Sakit okeanın 50 kilometrliyində yerləşən  Naska yaylasında 2500 il bundan qabaq  insanlar yaşayırdılar.  Onlar taxıl becərir, gildən evlər tikir, balqabaqdan butulkalar düzəldir, müxtəlif qablar hazırlayır və üzərində gözəl naxışlar çəkirdilər.
naska
Ölümdən sonra da həyatın olduğuna  inanan naskalılar insanları bir neçə qat parçaya büküb oturaq vəziyyətdə dəfn edirdilər. Naska mədəniyyətinin nümayəndələri  öz kəllələrinə uzunsov forma verməyə çalışırdılar.

Naska

Bunun üçün uşaqların başına taxta parçaları bağlayırdılar. Onlar niyə belə edirdilər? Bəlkə başqalarından fərqlənmək üçün? Yaxud  qədim allahlardan birinə bənzəmək istəyirdilər?   Bəlkə belə forma onlara  dünyanı  adi insan kimi deyil, başqa cür görməyə imkan verirdi?

Bu yerlərin qədim sakinləri  öz həyat tərzləri barədə  yazılar qoymayıblar.  Lakin məlumdur ki, Naska xalqı insanları qurban verən  sərt xalq olub.  Qədim parçalarda və qablarda şamanlar, pişiklər, dəniz məxluqları və kəsilmiş başlar təsvir olunub.
naska
Naskalılar bacarıqlı ustalar olublar.  Onların gözəl naxışlı örtükləri hansı üsullarla hazırladıqları bizə bəlli deyil. Naskalılar yeraltı bulaqlar tapırdılar. Onların  inşa etdikləri akveduklar, su kəmərləri zəmanəmizə qədər gəlib çatmışdır.

Daşlarla döşənmiş bəzi  kanalların uzunluğu  450 metrdən çoxdur. Naskalılar  Kaxuaçi adlı şəhər salıblar.  Bu şəhərin ətrafında çoxlu sayda məzar  təpələri vardır.  Təpəyə qalxanda Nasko yaylası   sakinlərinin ən böyük müəmması – nəhəng rəsmlər görünür.
Yerin səthindəki xırda qırmızı  daşları yerindən tərpədəndə, onların altında açıq rəngli qumun və gilin olduğu görünür. Yaylada bu günə qədər məlum olan 13 mindən çox  xətt və fiqur vardır.  Külək min il ərzində onları təmizləyib,  daha qabarıq edib.
Naska
Səmadan əcaib mənzərə açılır – bütün səhra boyu xətlər çəkilib. Sanki nəhəng bir adam yaylanın üzərində albom vərəqində olduğu kimi  şəkillər çəkib.  Uçuş zolağı kimi  düz və uzun xətlər; həndəsi fiqurlar; yarpaqlar; budaqlar; heyvan və quş təsvirləri; möhkəm spiral və ziqzaqlar – şəkillər heç bir yerdə qırılmayan xətlərlə çəkilib.
XX əsrdə Naska  xətləri ilə arxeoloqlar maraqlanmağa başlayıblar.  Əvvəlcə bu xətlərə çox da əhəmiyyət verməyiblər. Belə qərara gəliblər ki,  bunlar qədim suvarma kanalları və ya müqəddəs yerlərə aparan  yollardır.
Naska
Lakin tezliklə  görüblər ki, Günəş  bu xətlərdən birinin  oxu boyu qürub edir, “kolibri”nin  burnu  yay gecə-gündüz bərabərliyində  Günəşin doğduğu  yeri göstərir. Onda qərara gəlirlər ki,  bu qədim təqvimdir, hərçənd  xətlərin çox cüzi hissəsini ulduzlu səma ilə tutuşdurmaq mümkün olur. Bəzi alimlər hesab edirlər ki, xətlər yeraltı çayların xəritəsidir.

Naska xətlərinin sirri hələ də açılmayıb.  Bir versiya digərini əvəzləyir.  Bu müəmmadan baş çıxarmaq isə hələlik mümkün görünmür.  Heoqlifləri (yerdə uzunluğu dörd metrdən çox olan xətləri belə adlandırırlar) qoruyub saxlamaq üçün  Naska xətləri UNESCO tərəfindən qorunur.  Lakin  yayladan keçən  avtomobil yolu və meşələrin qırılması  səbəbindən  məcrası dəyişən çay daşqınları  nadir abidəyə təhlükə yaradır.

1 metrlik insanların yaşadığı kənd

0

            Mauxnik kəndi

Maxunik İranın şimal-şərqində 1500 il öncə qurulmuş kənddir.Əfqanıstan sərhədindən 75 km aralıda yerləşəe kənddə 100 il əvvəl yaşayan insanların boyu təxminən 1 metr olub. Dünyanın orta boy göstəricisindən 50 sm qısa…
2005-ci ildə bölgədə 25 sm uzunluğundan mumyalanmış bir insan cəsədi tapılıb. Bundan sonra Muxanikin də aralarında olduğu 13 kəndin bir zamanlar “Liliputlar şəhəri” olduğu barədə fərziyələr yayılıb.
Mauxnik
Mütəxəssislər mumyanın 400 il öncə ölmüş yarımçıq doğulmuş bir uşaq olduğunu açıqlasa da, əvvəllər Maxunikdə yaşayan kəndlilərin boyunun normaldan daha qısa olduğuna dair iddialar davam edir. Kəndlilərin boyunun qısa olmasının əsas səbəblərindən biri yektərli səviyyədə qidalanmamaları ilə bağlıdır. Bu quraq və ucqar bölgədə heyvandarlıqla məşğul olmur, sadəcə turp, buğda, aprpa və xurma kimi bitkilər yetişdirilirmiş, insanlar sadəcə bunlarla qidalanmırmış.
Mauxnik
Kəndin ən ilginc xüsusiyyətlərindən biri İran mətbəxində və qonaqpərvərliyində önəmli bir yeri olan çay qəbul edilmirmiş. Maxunik kəndinin tarixi memarlıq və ənənələriilə bağlı araşdırmalar aparan 61 yaşlı tarixçi Əhməd Rahmana əvvəllər kənddə çayı ancaq tiryək istifadəçilərinin içdiyinə dair inanc olduğunu bildirir.
Mauxnik
XX əsrin ortalarında yolların çəkilməsindən sonra Maxunik sakinləri İranın digər bölgələrindəki düyü, toyuq kimi qidaları əldə etməyə başlayıb. İndi kəddə yaşayan 700 nəfərdən çox insanın boyu normal olsa da, əcdadlarının boyunun qısa olduğunu göstərən kifayət qədər fakt var. Belə ki, qədim kənddəki 80-ə qədər evin tavanı çox alçaqdır və bu kəndlilərin boyunun kiçik olmasından xəbər verir.
Əhməd Rahmana isə bu evlərin bu qədər kiçik tikilməsinin sadəcə orda yaşayan insanların qısa boylu olmasından qaynaqlanmadığını deyir. Onun sözlərinə görə, normal yol və yük daşıyacaq heyvan olmadığından insanlar evlərini tikdikləri daşları və digər ləvazimatları uzaq yerlərdən özləri daşımalı idi. Evlərin kiçik olması daha az material tələb etdiyi kimi, qızdırılması və soyudulmasıda asan olur. Həmçinin kiçik olduğundan işğalçıların uzaqdan onları görməsini çətinləşdirir.
Kənddə yaşayış bu gün də asan deyil. Çox az olan əkin sahələri son illərdə quraşlıq səbəbindən daha da azalıb. Gənclər isə iş tapmaq üçün başqa bölgələrə üz tutub.
“İş üçün şəhərə gedən gənclər kəndə pul və qida göndərir. Qadınlar burda toxuculuqla məşğul olur. Başqa iş yoxdur. Yaşlılar isə dövlətin yardımı ilə yaşayır” deyə Əhməd Rahmana bildirir.

Atasını öldürən şahzadə: “Qışqıran mumya” sərgiyə çıxarıldı – FOTO

0

“Qışqıran mumya” sərgisi

Misirin paytaxtı Qahirədə 19-cu əsrdə ortalığa çıxarılan və DNT testləri nəticəsində III Ramzesin oğlu olduğu təsdiqlənən mumyanı sərgiyə çıxarıblar.

Mumyanı digərlərindən fərqləndirən isə yaxşı mühafizə olunması və ağrıdan qışqırırmış kimi görünən üz ifadəsi ilə başqalarını təəccübləndirməsidir.

Misir Tarixi Əşyalar Nazirliyinin nümayəndələrinin açıqlamasına görə, “Məchul E.” Adlanan mumya Nil çayının qərb sahillərində məzarların yanında basdırılmış formada tapılıb. Eyni bölgədəki digər mumyalar ağ parçaya bükülüb qorunsa da, “Qışqıran mumya” qoyun dərisinə bükülmüş halda tapılıb.

Qışqıran Mumya sərgisi

1886-cı ildə kəşf olunan mumyanı incələyən tarixçilər Ramzesin oğlunun e.ə 1186-ci və 1155-ci illər arasında yaşadığını və həmin tarixlərdə zəhərlənərək öldürüldüyünü bildirib.

Sonrakı illərdə inkişaf edən texnologiya vasitəsilə mumyanın asılaraq öldürüldüyü və Ramzes ilə eyni DNT-ləri daşıdığı isbat olunub.

İtaliyanın ən gözəl və görməli 6 şəhəri

0
Florensiya

Gəzməli – Görməli

İtaliyaya gedib, oranın mədəniyyəti ilə bir neçə gün ərzində tanış olmaq mümkün deyil. Təkcə, YUNESKO qeydiyyatında olan 47 heykəl, saysız-hesabsız muzeylər, Adriatik dənizinin sahilləri və təbii ki, üzüm bağlarını görmək bir həftənizi alacaq. Sizə İtaliyanın ən görməli yerlərini və şəhərlərini təqdim edirik.

TURİN
Turin

İtaliyanın avtomobil paytaxtı, FIAT şirkətinin vətəni, 2006-cı il “Qış Olimpiya Oyunları”-nın təşkilatçı şəhəri. Turin- tarixi yerləri, muzeyləri gəzməyi sevən insanlarla yanaşı, şoppinq etməyi sevənlər üçün də əla yerdir. Burada Milanda olan bütün brend mağazalarına rast gələ bilərsiniz, sadəcə növbəsiz və səs-küysüz. Ən əsası burada qədim xristian relikti olan – Turin kəfəni ilə tanış ola bilərsiniz.

Getməli olduğunuz yer: San-Lorenzo kilsəsi. Burada həmin kəfənin surəti ilə tanış ola bilərsiniz.

VENESİYA
Venesiya

Çoxsaylı reytinqlərə görə, planetin ən romantik şəhəri, Venesiya karnavalının vətəni, “Qızıl şirin” məskəni. Çoxları Venesiyaya tanış olarkən burada San-Marko meydanında göyərçinləri yemləyir, kiçik qayıqlarla suda hərəkət edir. Lakin buradakı tarixi abidələri, ustaların bazarlarını və parmezan sarayını yaddan çıxarmaq olmaz.

Getməli olduğunuz yer: San-Marko meydanı, Müqəddəs Varnava kilsəsi (İndiana Johns filminin bir hissəsi burada çəkilib), Harry’s Bardır.

MİLAN
Milan

Dünya dəbinin paytaxtı, brend maqazinlər və butiklərin vətəni, vitrinlərində “Saldi” yazaraq böyük endirim vəd edən mağazaları. Şoppinq həvəskarları üçün əsl cənnət məhz Milandı. Lakin Milan təkcə “Gucci” və “Versace”dən ibarət deyil. Burada siz Da Vinçinin “Sonuncu şam yeməyi” freskasına saatlarla tamaşa edə, məhşur opera səhnəsi olan La Skalaya baş çəkə bilərsiniz.

Getməli olduğunuz yer: Vittorio Emanuele II qalereyası, Monza avtodromu və butiklərlə zəngin olan “qızıl dördbucaqlı” ərazisi.

ROMA
Roma

Romanı bir neçə günə gəzib qurtarmağı ağlınıza belə gətirməyin. Ona görə Romaya gedərkən turları əvvəldən planlaşdırmaq lazımdı. İlk dəfə üçün sizə “Roma küçələri ilə piyada” turunu məsləhət görürük. Bu tur özündə Romanın ən görməli 15 yerini cəmləşdirir.

Getməli olduğunuz yer: Əsas ticarət küçəsi olan Via del Korso, Kolizey, Romanın tarixini təqdim edən 5D “Zaman lifti” atraksion
FLORENSİYA
Florensiya

Şəhər intibah dövrün incəsənətinin sevərləri və şərab dadından doymayanların məkanıdır. Buradakı “Uffizi” qaleraysı dünyanın ən zəngin qalereyalarından biri sayılır. Florensiyanın üzüm bağlarında isə daima şərabların dequstasiyası və yeni şərabların təqdimat mərasimləri keçirilir. Əgər siz bu şəhərə ilk dəfə gedirsinizsə, sizə özündə şəhərin ən gözəl yerlərini cəmləşdirən “Florensiya küçələri ilə piyada” turunu seçməyi təklif edirik.

Getməli olduğunuz yer: San-Lorenzo bazarı, Santa-Maria-de-Floriya soboru, Gilli.

PALERMO
Palermo

Sicilya paytaxtında insanlar sakit şəhər həyatını sürürlər. Bura səs-küysüz, qalmaqalsız şəhərdir. Burada sakitcə şoppinq etmək, gözəl parklarda gəzərək, gördüyünüz hər bir fonta bir neçə qəpik ataraq arzularınızın həyata keçməsini diləmək sizin xatirələrinizdə uzun müddət qalacaq.

Getməli olduğunuz yer: Marionet kuklalar muzeyi, təzə balıq bazarı, Kapusinlərin katakombaları.

Dünyanın ən xoşbəxt insanları

0

Xoşbəxt insanlar

Dünyada xoşbəxtlik səviyyəsi mövzusunda nə qədər çox araşdırma aparılırsa, Danimarka, Norveç və İsveç bütün reytinqlərin önündə gəlir.

Əlbəttə, bunun əsas səbəbi kimi həmin ölkələrdə yaşayış səviyyəsinin çox yüksək olmasını göstərmək düzgündür. Lakin skandinavlara xas bir neçə xüsusiyyət də var ki, bu ölkələrin insanlarının xoşbəxtliyinə birbaşa təsir edir. Bir sözlə, onları birləşdirən bir neçə xoş xüsusiyyət mövcuddur. Bu gün sizə məhz həmin xüsusiyyətlərdən yazacağıq.

1.SADƏLİK VƏ BAŞQALARINA QARŞI HÖRMƏT HİSSİ
Dünyanın ən xoşbəxt insanları

Skandinaviya ölkələrində Yante adlanan qanun var – bu qaydalar insanlar arasında olan münasibətlərin tənzimlənməsində böyük rol oynayır. Bu qaydalara əsasən, insan özünü heç vaxt digərlərindən ağıllı hesab edib, təvazökarlıqdan əl çəkməməli, başqalarını alçaltmamalıdır. Skandinavlar özləri bəzən bu qanuna gülsələr də, əslində bu qaydalar onların cəmiyyətində dostyana atmosferin yaranmasına, sülh içində yaşamalarına çox böyük kömək edir. Bundan əlavə, bu qaydalar insanları boş lovğalıqdan da qoruyur.

2.İŞ VƏ ŞƏXSİ HƏYATIN BALANSI
Dünyanın ən xoşbəxt insanları

Skandinavlar çox yaxşı bilir ki, həm ailəyə, həm də işə kifayət qədər vaxt ayırmaq lazımdır. Danimarkada bir çox ofislər artıq saat 5-də bağlanır və heç kim artıq iş görməyə məcbur edilmir. Həftəsonu işə çıxmaq barədə isə ümumiyyətlə söhbət gedə bilməz. Norveçdə isə bu yaxınlarda 6 saatlıq iş günü qüvvəyə mindi. Bu cür olduqda, həm effektivlik azalmır, həm də insanlar öz ailələri ətrafında xoş vaxt keçirmək üçün vaxt tapır.

3.DOĞMA OCAĞIN İSTİLİYİ
Dünyanın ən xoşbəxt insanları

Danimarkalıların “hygge” deyə çox maraqlı bir sözləri var – bu sözün mənası doğma ocağın, evin rahatlığı ilə yanaşı, həm də yaxınlarınla ünsiyyətdən yaranan istilikdir. Bu, bəzən şam işığında və ya kaminin yanında ailənin yığışması, şirin-şirin söhbətləşməsi anlarında baş verir. “Hygge” – rahatlıq, dəstək və yaxınlarının diqqətidir.

4.REAL İSTƏKLƏR
Dünyanın ən xoşbəxt insanları

Malin Rudal “Danimarkalı kimi xoşbəxt olmaq” kitabında öz xalqının xoşbəxtlik sirrini paylaşır. Burada əsas olaraq, insanın istəklərinin reallığa uyğun olması, ambisiyalarının düzgün formalaşdırılmasını göstərir. Düşündükdə özünüz də əmin olacaqsınız ki, bir çox hallarda öz istəklərinizdə reallıqdan kənara çıxdığınız üçün məyus olmusunuz.

Polisin, işsizliyin, cinayətin, böhranın olmadığı qəsəbə

0

İSPANİYADAKI BU QƏSƏBƏYƏ BÖHRAN DA TƏSİR ETMƏYİB

“Avro böhranı” İspaniyaya da təsir edib. İşsizlik, yoxsulluq artıb. Ancaq İspaniyadakı bir qəsəbəyə bütün bunların heç bir təsiri olmayıb.

Türkiyə KİV-ləri yazır ki, hər şeyin yerli demokratiya və icma prinsipləri ilə idarə edildiyi Marinaleda qəsəbəsi “yeni bir utopiya”ya səfərin ünvanıdır.

POLİSİN, CİNAYƏTİN VƏ İŞSİZLİYİN OLMADIĞI QƏSƏBƏ
Polisin, işsizliyin olmadığı qəsəbə

Polisin, cinayətin və işsizliyin olmadığı, “Sosialist utopiya” olaraq xarakterizə edilən İspan qəsəbəsi ilə tanış olun…

İspaniyanın cənubunda Endülüs qəsəbəsi olan Marinaledada işsizlik yoxdur. Qəsəbə kənd təsərrüfatı kooperativləri sayəsində iqtisadi baxımdan da rifah içində yaşayır.

Marinaleda qəsəbəsində icmanın qurulması 1980-ci ilə gedib çıxır. Madriddə yaşayan bir aristokrata aid torpaqlarda gündəlik olaraq çalışan Marinaledalı əkinçilər “Tarlalarda kim çalışırsa, tarlalar onundur” deyərək onun ictimailəşdirilməsi üçün hərəkətə keçirlər.

1250 hektarlıq tarlaların ictimailəşdirilməsini tələb edən kəndlilərin aclıq tətilləri, nümayişləri, yürüşləri və digər yollarla mübarizəsi illərboyu davam edib.Çünki, gündəlik çalışmaq onlar üçün köləlikdən başqa bir şey deyildi. Aldıqları məvacib dolanışıqlarını təmin etməyə çatmadığı kimi, yaşanılmaz halda olan yerlərdə qalmaq məcburiyyətində idilər.

Qərarlı mübarizənin nəticəsində Endülüs region hökuməti 1991-ci ildə torpaqları aristokrattan alaraq ictimailləşdirir və Marinaleda kəndlilərin qurduğu kooperativə təhvil verilir.

“UTOPİYAYA SƏFƏR” ŞÜARI
Marinaleda

Bu gün 2 min 600 əhalisi olan Marinaledadakı evlərin divarlarında çoxlu sayda şüar yer alır. Şüarlardan ən çoxu da “utopiyaya səfər” yazılıb. Bir divarda isə “Sərmayəyə qarşı ictimai döyüş” – sözləri yazılıb. Bələdiyyənin emblemində isə “Sülhə gedən bir utopiya” – yazılır.

BÜTÜN QƏRARLAR XALQIN QATILDIĞI TOPLANTILARDA QƏBUL EDİLİR
Monasterio de San Isidoro del Campo -Santiponce

Monasterio San Isidoro Santiponce Spain – Polisin, cinayətin və işsizliyin olmadığı kommunist qəsəbəsi

Marinaledada toplantıların keçirilməsi üçün istifadə edilən binaya “Xalqın evi” adı verilib və binanın girişində “Başqa bir dünya mümkündür” sözləri yazılıb. Pensiyaçılar, qadınlar boş zamanlarını bu binada həyata keçirilən mədəni və sosial fəaliyyətlərə sərf edirlər. Özəl mülkiyyətin olmadığı, tarlaların ictimaiyyətə məxsus olduğu Marinaledada bütün qərarlar xalqın qatıldığı toplantılarda qəbul edilir. Yəni, 100 faiz yerli demokratiya işləyir. Nə qədər vergi veriləcəyinə, əldə edilən çox gəlirin necə xərclənəcəyinə də bu yığıncaqlarda qərar verilir.

70 İLLİYİNƏ KİRAYƏYƏ GÖTÜRÜLƏN EVLƏR ÜÇÜN AYLIQ 15 AVRO
Marinaleda

Bələdiyyə başçısı Sánchez Gordillo burada yaşayan insanların çox pula ehtiyacı yoxdur deyir. Bir çox yerdə mənzil kreditləri və yüksək kirayə problemləri yaşanarkən Marinaledada mənzil problemi də çoxdan həllini tapıb. 70 illiyinə kirayəyə götürülən evlər üçün aylıq 15 avro ödəyirlər. Qonşu kəndlərdə isə kirayə haqqı təqribən 500 avrodur

Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR

0

     Vizasız Avropa ölkələri

Yəqin ki, çox az adam bilir ki, Avropada elə dövlətlər var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr isə Makedoniya, Albaniya, Monteneqro, Bosniya və Herseqovinadır.

Viza

Qeyd edək ki, bu ölkələr keçmiş Yuqoslaviyanın parçalanmasından sonra yaranıb. Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.

Azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edir.

Makedoniya

Makedoniya

Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı, tarixi yerlər ilə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi – “Saat Kula”ya da tamaşa etmək mümkündür. Bundan başqa, Skopye qalası və qədim Çarşiya bazarına da tamaşa etmək olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.

Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən, belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.

Skopye

Skopyedə hostellərə gəlincə, paytaxtın mərkəzi küçələrində yerləşən bir neçə otaqlı hostellərdə 18-53 manat ödəməklə gecələmək mümkündür. Məlumat üçün bildirək ki, əgər turizm şirkəti ilə adıçəkilən ölkəyə 3 gecə, 4 günlük turpaket sifariş etsəniz, bu zaman 1 nəfər üçün 671 dollar ödəmək lazım olacaq.

Bosniya və Herseqovina

Bir nəfərin iyun ayında Saraevo şəhərinə gedib-gəlməsi üçün 921 manat ödəmək lazım olacaq.

Bosniya

Saraevo şəhəri qərblə şərqin qovuşduğu şəhərlərdəndi. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililərlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.

Albaniya

Tirana şəhərinə gediş-gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.

Tiranada çoxlu sayda parklar var. Bundan başqa, şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.

Albaniya

Məlumat üçün bildirək ki, əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəniz, 718 dollar ödəməklə Albaniyada 3 gecə, 4 gün istirahət etmək olar.

Azərbaycan hotellərində halal turizm modeli

0

      Halal turizm modeli

Azərbaycanda ölkənin multikultural dəyərlərini özündə ehtiva edən halal turizm modeli yaradılıb.

Hotel

Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini icra edən Namiq Tağıyev bu gün “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.

Hotel

Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turistlərin gəldiyini institut rəsmisi “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini söyləyib.

Turizm ekskursiya xidmətləri

Onun sözlərinə görə, “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartı halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün “Halal idarəetmə sistemi”ni əhatə edir.

Hotel

Standartlarda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir.