Ev Blog Səhifə 385

Bakıdan kruiz gəmisində səyahət təşkil ediləcək

0

           Kruiz gəmisi

Xəzər dənizində kruiz gəmisi işə düşəcək.

Çay-dəniz sinfindən olan və Rusiyada tərsanədə inşa edilən ilk gəmi 2019-cu ildən başlayaraq Xəzər dənizində kruiz səfərlərinə başlayacaq. Gəmi Bakıdan Rusiya, İran, Türkmənistan limanlarına daxil olmaqla hərəkət edəcək.

Gəmi

Bu barədə “Mosturflot” turizm şirkətinin direktor müavini Svetlana Qonçarova məlumat verib.

Gəmi

Onun sözlərinə görə, gəmi Həştərxanda hazırlanır. İkinci gəminin də inşası barədə razılıq əldə edilib.

Gəminin marşurt planı

“İndi ilk gəminin marşrut planı hazırlanır. Gəmi həm çay, həm dənizdə hərəkət edə bildiyi üçün klassik “Moskva – Sankt-Peterburq” marşrutu saxlanılacaq. O, həm də Xəzər dənizində çalışacaq”.

Gəmi

Onun sözlərinə görə, bu cür kruizlər Bakıdan yola başlayıb İran, Türkmənistana gedib, Mahaçqalaya daxil olub və sonra yenidən Bakıya qayıdacaq.

Gəmi

“Payız fəslində gəmi Qara dənizdə bir neçə reys həyata keçirəcək. Qışda isə Soçidə mehmanxana kimi fəaliyyət göstərəcək”.

 

Azərbaycan qonaqpərvər ölkələrin siyahısında yer aldı

0

Qonaqpərvər ölkələr siyahısı

Azərbaycan qonaqpərvər ölkələr siyahısında 87-ci yerdə qərarlaşıb.

Azərbaycan

 “Passport İndex” portalının hazırladığı hesabata istinadən xəbər verir ki, hesabat hər bir ölkənin neçə ölkə vətəndaşını vizasız qəbul etməsi parametri əsasında hazırlanır.

Hesabat

Hesabatda ilk sıranı Afrikanın Komor adaları tutub. Bu ölkə dünyanın 198 ölkəsinin vətəndaşına vizasız ziyarət etməyə icazə verir. İlk sırada Komor adaları ilə bərabər 13 ölkə – Kot-Divuar, Qvineya-Bissau, Madaqaskar, Maldivlər, Mavritaniya, Mikroneziya, Mozambik, Samoa adaları, Seyşellər, Timor-Leste, Toqo, Tivalu, Uqanda da yer alıb.

Azərbaycan

Ancaq viza ilə getmək mümkün olan ölkələr

İkinci sırada Kape-Verde və Dominikan, üçüncü sırada Palau qərarlaşıb. Dördüncü yerdə Cibuti, beşdə isə Haiti yer alıb.

Türkiyə

İran 184 ölkəyə vizasız səyahət imkanı yaradaraq 11-ci yerdə, Türkiyə 162 ölkə ilə 21-ci yerdə, Ermənistan 133 ölkə ilə 28-ci yerdə, Ukrayna 96 ölkə ilə 48-ci sırada, Gürcüstan 93 ölkə ilə 50-ci sırada, Belarus 90 ölkə ilə 52-ci sırada, ABŞ 43 ölkə ilə 81-ci yerdə, Rusiya 42 ölkə ilə 82-ci sırada, Azərbaycan isə 22 ölkə ilə 87-ci sırada yer alıb. Ən son – 103-cü sırada isə “qonaq sevməyən” Əfqanıstan, Şimali Koreya, Somali, Suriya və Türkmənistan yer alıb. Bu ölkələrə ancaq viza ilə getmək mümkündür.

Ötən il turistlərin ən çox səyahət etdiyi qitə açıqlandı

0

    Ən çox səyahət edilən qitə

Birləşmiş Millətlər Təşkilatı Dünya Turizm Təşkilatının hesabatına əsasən, Dünyada turistlərin sayı 6,7 faiz artaraq 322 milyon nəfər təşkil edib.

Turistlər

Hesabat

Hesabatda bildirilir ki, turistlərin sayında artım Avropa və Afrika üzrə səkkiz, Asiya və Sakit Okean ölkələri üzrə altı, Yaxın Şərq üzrə beş, ABŞ üzrə üç faiz təşkil edib.

Turistlər

Beləliklə, Avropa qitəsini 671 milyon turist, Asiya və Sakit Okean ölkələrini 324 milyon turist, ABŞ-ı 207 milyon turist, Afrikanı 62 milyon turist, Yaxın Şərqi 58 milyon nəfər turist ziyarət edib.

Turistlər

Təşkilat beynəlxalq səyahətlərin bu il 4-5 faiz arasında artacağını proqnozlaşdırır.

“Garabag Resorts&Spa” hoteli “Booking.com”un fəxri mükafatına layiq görülüb

0

Fəxri fərmana layiq görülən hotel

Azərbaycanın ən müasir və dəbdəbəli hotellərindən biri – “Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülüb.

Hotel

Hotel mümkün 10 baldan 9,4 balla “Mükəmməl” səviyyəsində mövqeyini inamla qoruyur və buna görə “Garabag Resorts&Spa” rəylərini bölüşən qonaqlara öz minnətdarlığını bildirir.

“Hər bir ziyarətçinin hotelimizlə bağlı gözəl təəssüratının yaranması bizim üçün çox vacibdir. Kollektivimiz ən yüksək səviyyədə xidmət göstərməyə çalışır və şadıq ki, “Garabag Resorts&Spa” qonaqlarımızın əksəriyyətinin gözləntilərini doğruldur.

Hotel

Həm “Booking.com”, həm də veb-saytımız vasitəsilə paylaşılan rəylər bunu bir daha vurğulayır”, – “Garabag Resorts&Spa” hotelinin baş meneceri Elçin Zeynalabdin bildirib.

Hotel

Günbəgün daha çox insan internetə müraciət edir və hotelləri bronlaşdırmadan öncə başqa səyahətçilərin rəyləri ilə tanış olur. Çox vaxt məhz bu rəylər əsasında formalaşan qiymətləndirmə yer seçimi barədə qərara öz təsirini göstərir.

Booking.com

“Booking.com” hotellərin onlayn bronlaşdırılması üzrə dünyanın ən böyük resursları sırasına daxildir. Bu veb-saytda bütün rəylər hotel tərəfindən və resursun özü tərəfindən qonağın həmin hoteldə qalmasının təsdiq olunmasından sonra dərc edilir. Bu, daha obyektiv və şəffaf qiymətləndirmə sistemini yaratmağa imkan verib.

Hotel

“Garabag Resorts&Spa” hoteli öz müalicəvi xüsusiyyətləri ilə 600 ildən çoxdur tanınan unikal Naftalan yağı sayəsində dünya şöhrəti qazanmış Naftalan kurort şəhərində yerləşir. Burada ənənəvi və xüsusi prosedurların geniş seçiminin təqdim olunduğu “ENTERA” müalicə-sağlamlıq mərkəzi fəaliyyət göstərir.

Hotel öz inkişaf etmiş infrastrukturu və müasir rahatlığı ilə qonaqlarına rahat tərtibli otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün bir çox əyləncə təklif edir. “Garabag Resorts&Spa” təkcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli hotel deyil – bu, sağlam həyat tərzi, relaksasiya və dadlı mətbəxin vəhdətidir.

4 nəfər əhalisi olan ölkə

0

Sealand – 4 nəfər əhalisi olan ölkə

Sealand İngiltərənin Şərq sahilinə 6 mil uzaqlıqadadır. İkinci Dünya müharibəsi zamanı alman təyyarələrinin hava hücumunun qarşısını almaq üçün İngiltərə tərəfindən tikilib.  550 kvadratmetrlik sahədə inşa edilən dəniz qalasıdır.
Sealand

 

İngilis ordusunun keçmiş mayoru Roy Bates işğal ettiyi Sealandın beynəlxalq qarasularında tapıldığı üçün buranın dövlət statusuna çıxardıla biləcəyini deyərək özünü şəhzadə elan edib.

Sealand

Ailəsi ilə birlikdə qurduğu bu balaca ölkədə yaşamağa başlayan Roy Bates İngilis Kraliyət Donanması tərəfindən adadan atılmağa çalışılsa da, ancaq platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan əsgərlərin girişi uğurlu olmayıb. Daha sonra məhkəməyə daşınan bu hadisədə İngilis prokuror platformanın İngilis qarasularının 6 mil uzaqda olması səbəbi ilə Roy Bates-ə haqq qazandırıb.

Bates 1974-cü ildə öz fikri ilə bir qanun çıxarıb. Bayraq, milli marş ve Amerika dolları ilə eyni dəyərdə bir pul miqdarı olan Sealand dollarını qəbul edib.

Roy nüfuzu 4 nəfərdən ibarət olan ölkəsini 2007-ci ildə 10 milyon funt sterlinq qarşılığında satışa çıxartsa da, ölkəsini heç kimə sata bilməyib. Sealandın qurucusu Prens Roy Bates 2012-ci ildə 91 yaşında həyatını itirdikdə ölkə şəhzadə Naibi Mişel Batesə qalıb.

Sealand
Ölkə gəlirini bəzi ölkələrdə saxlanması qadağan olan internet məlumatlarını saxlayaraq əldə edir.

Yuta – ABŞ-ın ən qeyri-adi ştatı

0

            Ən qeyri-adi  ştat

Yuta ştatı ABŞ-ın coğrafi zənginliyi ilə seçilən ən qeyri-adi  ştatıdır.  Ştatın xeyli hissəsi dağlardan ibarətdir. Kolorado, San-Xuan və Qrin-River çayları Yuta torpaqlarından axıb gedir. Adına görə ştat “yuta” (“dağ uşaqları”)  adlanan  hindi qəbiləsinə borcludur.
yuta
Avropadan ilk kolonistlər gələnə qədər müasir Yutanın ərazisində yuta, puebo, navaxo hindiləri yaşayıblar. İspanlar bura gələn ilk avropalılardır. Sonra bu torpaqlar Meksikaya məxsus olub. Meksika həmin torpaqları 1846-1848-ci illər  Amerika-Meksika müharibəsi zamanı itirib. 1896-cı ildə Yutaya rəsmən ABŞ-ın ştatı statusu verilib.
Yuta ştatı ərazisində daimi məskunlaşan ilk avropalılardan biri də mormon təriqətindən olan kolonistlərdir. Liderləri Cozef Smitin başçılığı ilə mormonlar Böyük Duz Gölünün yaxınlığında qəsəbə salıblar. Sonralar  ştatın paytaxtı və ən iri şəhəri Solt-Leyk-Siti məhz burada yaranıb və burada keçirilən Olimpiada sayəsində bütün dünyada məşhur olub.
yuta
Yuta əsasən beş milli parkda – Arki, Zayon,  Brays-Kanyon, Kanyonlends, Kapitol-Rif  milli parklarında cəmləşən qəribə təbiət guşələri ilə məşhurdur. Mormon kilsəsi, Abidələr  adisi,  Böyük Duzlu Göl, dağ-xizək kurortları Yutanın ən görməli yerlərindəndir.
Brays Kanyon ağlı başdan aparan çox fantastik bir yerdir. “Hoodoos”  qrupları – qədim qayaların barmaqvari qalıqları onun  başlıca fərqləndirici xüsusiyyətidir. Adamın inanmağı gəlmir ki, narıncı, çəhrayı və ağ rənglərə boyanan bu qayalar təbii mənşəlidir.  Bu ərazidə yaşayan qədim  hindilər inanırmışlar ki, hoodooslar qüdrətli koyot tərəfindən günahlarına görə daşa döndərilən insanlardır. Burada qışda termperatur  sıfırdan bir qədər aşağıdır, çoxlu qar olur. Bu da çəhrayı hoodooslar fonunda çəkilən fotoşəkillərə xüsusi yaraşıq verir. Məşhur  “Tor gürzü” qayası da  burada yerləşir.
yuta

                      Yuta

Yutanın cənub-şərqində, Arizona ştatı ilə sərhəd boyu unikal geoloji törəmə  – Abidələr vadisi yerləşir. Vadi Kolorado yaylasının tərkib hissəsi olan yüksək düzənlik sahədir.  Düzənliyin yumşaq çöküntü süxurlarından  formalaşan üst təbəqəsi tamamilə  dağılıb, lakin hamar və boş səthdə qırmızı qumdaşından ibarət olan səf-səf qayalar ucalır. Qayaların çoxunun maraqlı adları var: Şərqi Əlcək, Qərbi Əlcək, Üç Bacı və başqaları.  Vadinin ərazisində navaxo qəbiləsinə məxsus park var. Vadi ABŞ-ın ən çox tanınan turizm obyektlərindən biridir:  “Kovboy” mövzusunda kinofilmlərin, habelə klip və reklam çarxlarının çoxu bu ərazidə çəkilib.
yuta
Xəritədə bərabər düzbucaqlıya bənzəyən Yutanın çoğrafi  xüsusiyyətlərini nəzərə alsaq,  onun faydalı qazıntılarla zəngin olması təəccüblü deyil. Buna görə də dağ-mədən sənayesi ştatın iqtisadiyyatının başlıca sahəsidir. Burada mis, qurğuşun, gümüş, sink, dəmir filizi, neft, kömür və uran yataqları işlənilir. Yutata  faydalı qazıntılarla bərabər,  başqa təbii sərvətlərdən də iqtisadi məqsədlərlə istifadə olunur.

Bakı yay səfərləri üçün seçilən MDB şəhərlərinin ilk üçlüyündə

0

MDB şəhərlərinin ilk üçlüyü

TurSat analitik agentliyi yay səyahətləri üçün seçilən ən populyar MDB ölkələrinin reytinqini tərtib edib.

Bakı

Turistlər seçiminə görə, MDB şəhərlərinin ilk üçlüyündə Qazaxıstan, Azərbaycan, Belarusun paytaxtları bu reytinqdə yer alır.

Turistlər

Turistlər Bakıya həmçinin Xəzər dənizinin sahilində dincəlməyə gəlirlər.

TurSat-ın məlumatına görə, yayda Bakıya orta hesabla 5 günlük gəlirlər və yaşayış üçüin gündəlik olaraq 75 dollar xərcləyirlər.

Turistlər üçün populyar olan MDB ölkələri

Turistlər

Astana (Qazaxıstan), Bakı (Azərbaycan), Minsk (Belarus), Yerevan (Ermənistan), Daşkənd (Özbəkistan), Almatı (Qazaxıstan), Kişinyov (Moldova), Bişkek (Qırğızıstan), Kiyev (Ukrayna), Aşqabad (Tacikistan),.

Bakı bahalı şəhərlərin sırasında

0

Bakı  bahalılığına görə dünya reytinqində

Bakı şəhəri bahalılığına görə dünya reytinqində 182-ci yerdə qərarlaşıb.

Bakı

Bu barədə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Mercer” beynəlxalq konsaltinq şirkəti dünyanın 5 qitəsi və 209 şəhəri arasında apardığı reytinq araşdırmasında bildirib.

Nyu-York

Hesabata əsasən, bahalılıq indeksi üzrə lideri Anqolanın paytaxtı Luanda şəhəridir.

İlk onluğa daxil edilənlər

İlk onluğa həmçinin Honq-Konq, Tokio (Yaponiya), Sürix (İsveçrə), Sinqapur, Seul (C.Koreya), Cenevrə (İsveçrə), Şanxay (Çin), Nyu-York (ABŞ) və Bern (İsveçrə) daxildir.

Moskva

Moskva reytinq sıralamasında 14-cü, Dubay 20-ci, London 30-cu, Sankt-Peterburq 36-cı, İstanbul 142-ci, Kiyev 163-cü, Almatı 175-ci yerdə qərarlaşıb. Ermənistan paytaxtı siyahıda 195-ci, Tbilisi 204-cü, ən ucuz 3 şəhər isə Skopye (Makedoniya), Bişkek (Qırğızıstan) və Tunis seçilib.

Lənkərana bu şəhərlərdən birbaşa aviareys açılır

0

               Aviareys

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

Lənkəran

Uçuşları “Severnıy veter” (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.

Sankt-Peterburq

 

Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.

Qeyd

Moskva

Qeyd edək ki, hazırda Yekaterinburqun “Koltsovo” hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi “Ural hava yolları” aviaşirkəti yerinə yetirir.

Lənkərana 14 mindən çox turist gəlib

0

  Lənkərana gələn turist sayı

Lənkəran rayonu özünün təbiəti, eləcə də, zəngin və əlverişli iqlim şəraiti ilə geniş turizm imkanlarına malikdir. İlin hər fəslində gözəlliyi ilə insanları sehrinə salan cənub bölgəsinin mirvarisi səfalı meşələri, dağları, digər tərəfdən Xəzərin ləpələri ilə oxşadığı qumlu sahilləri ilə turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır.

Lənkəran

 

Lənkərana gələn turistlər burada yaradılan yeni infrastrukturdan, yüksək xidmət mədəniyyətindən razı qaldıqlarını, eləcə də, təbiətin əsrarəngiz gözəlliyinə heyran olduqlarını bildirirlər.

Lənkəran

Rayonda olan 14 mehmanxana və hotellərdə eyni vaxtda 1000-1200 nəfər turistin dincəlməsi üçün lazımi şərait yaradılıb. Hazırda rayonun turizm obyektlərinə və istirahət mərkəzlərinə gələnlər arasında ölkəmizin müxtəlif bölgələrindən və Bakıdan gələn turistlərlə yanaşı, əcnəbi turistlər də vardır.

Turizm maşurtları

Lənkərana gələn turistləri ən çox cəlb edən buranın əsrarəngiz gözəlliyi ilə yanaşı, yerli mətbəxə aid müxtəlif növ yeməklərdir. Turistlərin mənalı istirahəti üçün cənub bölgəsinin görməli və tarixi yerlərinə turizm marşrutları da müəyyənləşdirilib.

Turistlər

Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki,  ötən il rayona gələn turistlərin sayı 15 min 900 nəfər olub. Bunun 14 faizi əcnəbi turistlərin payına düşüb. Bu ilin ötən dövründə isə rayona 14 mindən çox turist gəlib. Onların 1800 nəfərindən çoxu xarici turistlərdir.