Gürcüstan Maliyyə Nazirliyi kiçik sahibkarlar üçün güzəştlərin nəzərdə tutduğu yeni vergi təşəbbüsü ilə çıxış edib.
Gezmeli.Az-ın xəbərinə görə, bu barədə “Qruziya Online nəşri” məlumat yayıb.
Vergi reforması layihəsinə əsasən, kiçik sahibkar qismində iqtisadi fəaliyyətinin gəlirləri ilə 500 min larini (200 min dollar) keçməyən şəxslər çıxış edə bilər.
Gürcüstan
Hazırkı qaydalara görə, kiçik sahibkar statusunu gəlirləri 100 min lariyə (40 min dollar) qədər olan şəxslər ala bilər.
Kiçik sahibkarlar üçün vergi dərəcəsi beş dəfə – 5 %-dən 1%-ə qədər endirilir.
Gürcüstan
Ölkənin maliyyə naziri Mamuka Baxtadze bildirib ki, yeni layihəyə əsasən, əvvəlcədən vergi ödəmə təcrübəsi ləğv olunur və kiçik sahibkarlar vergini yalnız hər ayın sonunda ödəyəcəklər.
Kiçik sahibkarlar həmçinin “əlavə müsahibatlıqdan” azad ediləcəklər, onlar yalnız kassa aparatı və qaimə-fakturalardan istifadə edəcəklər.
Bazarlar artıq çoxdan dadlı yemək həvəskarları və sadəcə səyahətçilərindən ibarət böyük kütlələrin axışdığı turistik məkanlara çevriliblər. Bundan əlavə, məhz burada şəhərin ruhunu, onun enerjisini hiss etmək, insanlarla söhbətləşmək və ən nəhayət, yerli delikatesləri əldə etmək mümkündür.
Gezmeli.Az Buro 24/7-yə istinadən dünyanın ən rəngli bazarlarının siyahısını təqdim edir.
1. Şilin, Taybey, Çin
şilin, taybey
Səliqəli Avropa şəhərlərindənsə, Asiya səs-küyünə üstünlük verən ekzotika həvəskarları mütləq Taybeydəki (Tayvan) Şilin gecə bazarına getməlidirlər. Tabaq və çadırlarla dolu olan uzun küçə ziyarətçilərə ağlasığmaz attraksionlar, azart oyunları və yeni yeməklər təklif edir. Ancaq məsələ burasındadır ki, gündüz vaxtı bu rəngli görüntüdən heç nə qalmır. Sanki illüzionçunun sehrli əlləri ilə gecə vaxtı bu məkan turistlərə inanılmaz aktivlik və yerli koloriti doyunca hiss etməyi təklif edir.
çin
2. Bokeriya, Barselona, İspaniya
ispaniya
“Bokeriya bazarına getmədən Barselonanı tərk etməyin!” – təcrübəli səyahətçilərin bu məsləhətinə mütləq qulaq asmaq lazımdır. Çünki tarixi 1217-ci ildən başlayan Bokeriya bazarı şəhərin ən tarixi görməli yerlərindəndir. Tərəvəz və meyvələrdən rəngli piramidalar, dəniz və xəmir məhsulları ziyarətçilərin diqqətini cəlb edir, dükanların irsi sahibləri isə sanki təntənəli ritual yerinə yetirərək, alıcılara xidmət edirlər.
Bokeriya bazarı
3. Damnoen Saduak, Tayland
tayland
Bu üzən bazar Taylandda ən populyar bazardır. Hər şeylə dolu olan 50 qayıq alıcıya daha tez çatmaq və öz məhsulunu təklif etmək üçün öz sanki yarışırlar. Qayıqlara qrildə krevetkalar qızardılır, onunla birlikdə isə yerli satıcılar düyü təklif edirlər, bu yeməklərin ətirlərindən baş gicəllənir, suvenirlər istəyinizdən asılı olmayaraq, sizin alacağınız şeylərin siyahısına daxil olur. Bu baş gicəlləndirən mənzərəyə sonsuz olaraq tamaşa etmək olar, odur ki, Taylandda olsanız, bura mütləq gəlin!
Tayland
4. Portobello, London, İngiltərə
london
Portobello-roud – heç bazar da deyil, bu, Avropadakı ən uzun ticarət küçəsidir. Portobello bazarı əntiq əşya, suvenir, aksessuar həvəskarları üçün əsl cənnətdir. Burada siz axtardığınızdan daha çox şey tapacaqsınız. Məhsullar dəyişir, ancaq bu rayonda hakim olan canlanma dəyişməz olaraq qalır. Buradakı döyüşkən satıcılar barədə isə ayrıca danışmaq lazımdır. Onlar bir dəqiqə ərzində sizə geyiminizin heç nəyə yaramadığını sübut edəcək, alternativ təklif edəcəklər, köhnə qarderob isə zibil qabına göndəriləcək. Ardı-arası kəsilməyən səs-küy sizi yorarsa, siz çoxsaylı kafe və restoranlarda gizlənə bilərsiniz.
London
5. Payk-Pleys-market, Sietl, ABŞ
Bu bazar Sietlın ən maraqlı görməli yerlərindən biridir. Burada siz təkcə hər şey satan satıcıları deyil, həm də çoxlu sayda musiqiçilər, rəssamlar və hətta klounlar görəcəksiniz.
ABŞ
6. Qrand Bazar, İstanbul, Türkiyə
Qrand bazar
“Kapalı çarşı” bazarında əsl şərq bolluğu hakimdir. Qızıl, gümüş, mirvari, xəz, ipək şərflər və yun xalçalar, bal, meyvələr və şirniyyatlar… Qrand Bazar dünyada ən çox adam toplaşan yerlərdən biridir. 2013-cü ildə burada 91 milyon turist olub.
BODRUMA BAKIDAN BİRBAŞA 50 FAİZ ENDİRİMLİ OLAN TURLARIN ERKƏN REZERVASİYASI DAVAM EDİR VƏ QİYMƏTLƏRİ TƏQDİM EDİRİK.
? İlkin ödəniş 30 faiz ödəməklə qalan hissəni KREDİT ilə ödəmək şansındanda yararlana bilərsiniz. ℹ Nəzərinizə çatdıraq ki, GoTravelTurizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb. ? Şənbə və Bazar günləridə 10:00-dan 21:00-a kimi çalışırıq buyurub ofisimizə gələ bilərsiniz. Unutmayın ki, Fevral ayının 28i Erkən Rezervasiya bitir. Tələsmək lazımdır.
____________________________
İYUN, İYUL, AVQUST, SENTYABR ayına olan BODRUM turlarının hər şey daxil 1 həftəlik qiymətlərini təqdim edirik.
?COSTA SARIYAZ HOTEL (BB) (3*) – 595 azn ?NAGI BEACH HOTEL (HB) (3*) – 740 azn ?KRISS HOTEL (3*) – 770 azn ?TIANA BEACH RESORT (3*) – 790 azn ?BODRUM SKYLIFE HOTEL (3*) – 800 azn ?CLUB VELA HOTEL (4*) – 800 azn ?ATRIUM HOTEL (3*) – 810 azn ?TUNTAS BEACH HOTEL (3*) – 820 azn ?PALM GARDEN GUMBET HOTEL (4*) – 860 azn ?ROYAL PALM BEACH HOTEL (4*) – 880 azn ?DRAGUT POINT NORTH HOTEL (3*) – 900 azn ?SAMI BEACH HOTEL (3*) – 910 azn ?GARDEN OF SUN HOTEL (5*) – 910 azn ?YELKEN MANDALINCI SPA WELLNESS (4*) – 920 azn ?GOLDEN AGE CRYSTAL HOTEL (4*) – 930 azn ?BITEZ GARDEN LIFE HOTEL (4*) – 940 azn ?AMBROSIA HOTEL (4*) – 940 azn ?WOXXIE RESORT&SPA (4*) – 950 azn ?CLUB BLUE WHITE (4*) – 950 azn ?ROSSO VERDE HOTEL (4*) – 950 azn ?BENDIS BEACH HOTEL (4*) – 950 azn ?GOLDEN AGE RESORT HOTEL (5*) – 960 azn ?DIDIM BEACH RESORT (5*) – 1030 azn ?GREEN BEACH RESORT (5*) – 1050 azn ?GODDESS OF BODRUM ISIS (5*) – 1100 azn ?AURUM EXCLUSIVE CLUB (5*) – 1120 azn ?AURUM MOON HOLIDAY RESORT (5*) – 1140 azn ?ROYAL ASARLIK BEACH (5*) – 1210 azn ?ARMONIA HOLIDAY VILLAGE SPA (5*) – 1230 azn ?YASMIN RESORT HOTEL (5*) – 1240 azn ?SUNDANCE RESORT HOTEL (5*) – 1250 azn ?DORIA HOTEL (5*) – 1250 azn ?AZKA OTEL (5*) – 1270 azn ?AURUM DIDYMA SPA & BEACH RESORT (HV1) – 1290 azn ?DELTA HOTEL BY MARRIOTT BODRUM – 1300 azn ?GRAND PARK BODRUM (5*) – 1320 azn ?BODRUM PARK RESORT (5*) – 1330 azn ?ERSAN RESORT SPA (5*) – 1390 azn ?KEFALUKA RESORT (5*) – 1460 azn ?BAIA HOTEL (5*) – 1520 azn ?SALMAKIS RESORT HOTEL (5*) – 1530 azn ?SAMARA HOTEL (5*) – 1540 azn ?THE MARMARA BODRUM HOTEL (5*) – 1550 azn ?THOR BY ALKOCLAR EXCLUSIVE (5*) – 1580 azn ?ISIL CLUB BODRUM (5*) – 1630 azn ?VOYAGE TURKBUKU (5*) – 1640 azn ?VOYAGE BODRUM (5*) – 1700 azn ?HAPIMAG SEA GARDEN RESORT (5*) – 1720 azn ?XANADU ISLAND BODRUM (5*) – 1750 azn ?SIANJI WELL BEING RESORT (5*) – 1770 azn ?VOYAGE TORBA (5*) – 1920 azn ?THE QASR BODRUM HALAL RESORT (5*) – 1970 azn ?HILTON BODRUM TURKBUKU RESORT (5*) – 2150 azn ?SWISS HOTEL BODRUM (BB) (5*) – 2350 azn ?KEMPINSKI BARBAROS BAY (BB) (5*) – 2420 azn ?NIKKI BEACH HOTEL (BB) (5*) – 2450 azn ?LUX BODRUM RESORT RESIDENCES(HB) (5*) – 2520 azn ?VOGUE HOTEL (5*) – 2550 azn ?LUJO BODRUM (5*) – 2730 azn ?RIXOS PREMIUM BODRUM (5*) – 2750 azn ?CARESSE RESORT SPA (BB) (5*) – 3600 azn
______________
Qiymətə daxildir. ✈ – Aviabilet (gediş-dönüş) ? – 23kq baqaj + 10kq əl yükü ? – Tarix (18 iyun – 25 iyun) ? – Otel ***** (7 gecə / 8 gün) ? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive) ? – Səyahət Sığortası ? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)
ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur. ✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər. ✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz. ✅ – Qeyd olunan turların qiymətləri İyun ayınadır, sizin seçdiyiniz günə görə də dəyişə bilər. Yuxarıda qeyd olunan qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün başlayan qiymətlərlə qeyd olunub.
❓ – Qiymət öyrənmək istəyirsiz? ❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
Bu il ərzində Azərbaycana gələn turistlərin sayı kəskin artıb. Buna səbəb isə Azərbaycanın bir çox ölkələr üçün visa prodesurlarını sadələşdirilməsi, eyni zamanda “Tax free”nin tətbiqi və s. dir.
Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10073 nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çox olub.
Rixos otel
Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Cari ilin ilk altı ayı ərzində 11028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.
2016-cı ilin birinci yarımili ərzində ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.
Rixos otel
Bundan başqa, Vergilər Nazirliyinin məlumatına görə isə ölkədə “Tax Free” nin tətbiq edilməsi nəticəsində 45 ölkənin vətəndaşına 100 min manatdan çox əlavə dəyər vergisi (ƏDV) qaytarılıb.
Hökumətin bu istiqamətdə gördüyü işlərin məntiqi davamı kimi ölkəyə turist axını artıb və onların yerləşdirilməsi, yüksək keyfiyyətli xidmət ilə təmin olunması məsələsi aktuallaşıb.
Rixos otel
Məsələn, Azərbaycanın şimal bölgəsi Qubada yerləşən “Rixos Quba Azerbaijan” hoteli yüksək keyfiyyətli xidmətləri ilə istər yerli, istərsə də əcnəbi vətəndaşların yay mövsümi ərzində istirahət tələbatını tam ödəyib.
Rixos otel
Təbiət qoynunda istirahət və sərhədsiz əyləncələrin əsrarəngiz vəhdəti…
“Rixos Quba Azerbaijan” qarlı dağlar, dağ-xizək bazası və Qafqazın yaşıl meşələri, bir sözlə, beşulduzlu istirahət.
946565 м2 sahədə inşa edilən hoteldə qolf, dağ-xizək idmanı, SPA və “Rixos” keyfiyyəti birləşib. Restoran, bar, SPA və bir-birindən gözəl əyləncələrlə elit və yaddaqalan istirahətə hazır olun.
Rixos otel
Hotelin qonaqlarının bütün tələblərinə cavab verən 212 nömrə və villalarında sizi “Rixos” keyfiyyəti, komfortu və dəbdəbəsi ilə qarşılayacaqlar. Qafqaz dağlarının möhtəşəmliyi, gözəl təbiət, dünya mətbəxinin seçilmiş təamları, elit içkilər, rahatladıcı SPA prosedurlar, əyləncələr və “Rixy” uşaq klubu… Bu istirahət unudulmaz xatirələrlə bol olacaq!
“RixosQuba Azerbaijan” – Azərbaycan hotelinin restoranlarının unudulmaz dad dünyası var. Parıltısı göz qamaşdıran gölün, məftunedici meşə və dağları seyr edərkən hotelin 3 restoranı: “Mozaik”, “Le Coquet” və “The Challette Steak House”də daddığınız özəl təamların dadı uzun müddət damağınızda qalacaq. Restoranlardan biri “İsveç masası”, ikisi isə “a-la-kart” sistemi ilə işləyir.
Rixos otel
Dünya, türk və Azərbaycan mətbəxinin seçilmiş təamlarını dadarkən eksklüziv və elit içkilərin də dadına baxa bilərsiniz.
“Rixos Quba Azerbaijan” – Təbiət qoynunda istirahət və sərhədsiz əyləncələrin əsrarəngiz vəhdətinin nümunəsidir. Bu həm tematik gecələr, “Diamond X Club”, konsertlər, tədbirlər, eləcə də səhər və axşam əyləncələridir.
“Rixos Quba Azerbaijan” rahatlıqverici atmosferi və peşəkar personalı olan SPA-salonda təqdim edilən Avropa və Asiya massajları və terapiyaları sizə yüngüllük hissi verəcək.
Rixos otel
“Rixos Quba Azerbaijan” hotelində idmanın ən elit növləri ilə məşğul olaraq siz həm ruhən, həm də cismən dincələcəksiniz. Dağda xizək sürərək və ya qolf meydançasında kübar idman yarışlarında mübarizə apararkən adrenalin alacaqsınız.
Rixos Quba
Bundan başqa “Rixos Quba Azerbaijan” otelində 5 hovuz, tennis kortu, mini futbol və basketbol meydançaları mövcuddur. İstirahətiniz fitnes, pilates, yoqa, kamandan oxatma, dağ velosipedi, trekinq və digər idman növləri sayəsində aktiv keçəcək.
Rixos otel
“Rixos Quba Azerbaijan”da yalnız böyüklər deyil, eləcə də uşaqların şən vaxt keçirməsi üçün bütün şərait yaradılıb. “Rixy Club” xüsusi tədbir və obyektlər sayəsində 4-12 yaşarası uşaqların istirahətinin unudulmaz olması üçün ayrı bir aləm yaradıb.
Uşaqlar yeni nəsə öyrənəcəklər, aktiv tədbirlərdə iştirak edərək özlərinə yeni dostlar tapacaqlar. Müxtəlif yaş həddində olan uşaqlar üçün mütəxəssislər tərəfindən hazırlanmış tədbirlər hovuzda oyunlardan başlayır. Daha sonra oyunlar maarifləndirici və əyləncəli tədbirlərlə əvəzlənir. Bundan başqa “Rixy Club”da müxtəlif yaşda olan uşaqlara qulluq xidməti də təqdim edilir.
Azərbaycanda Mədəniyyət və Turizm və Təhsil nazirlikləri birgə turizm və rekreasiya zonalarında turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri yaradacaq.
Gezmeli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında əks olunub.
Turizm məktəbləri
Sənədə əsasən, yeni il peşə-ixtisas təhsil müəssisələri Turizm və Menecment Universitetinin nəzdində təşkil ediləcək.
Prezident bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlərin görülməsi ilə bağlı adiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.
Gezmeli.Az xəbər verir ki, indeks ölkələrin vətəndaşlarına verdikləri pasportların imkanları əsasında hazırlanır.
Belə ki, pasportların dəyərini vizasız səyahət, xaricdə yaşam şərtlərinin asanlaşması kimi imkanlar əks etdirir.
Hesabata görə, Cənubi Koreya və Sinqapur 162 balla birinci, Almaniya və Yaponiya 161 balla ikinci yerdədir.
pasport
Üçüncü sırada altı ölkə var: İsveç, Finlandiya, Danimarka, İtaliya, Fransa və İspaniya. Dördüncü yerdə 159 balla yeddi ölkə qərarlaşıb: Avstriya, İngiltərə, Portuqaliya, Belçika, Hollandiya, Norveç və Lüksemburq.
Beşinci sırada 157 balla İsveçrə, İrlandiya, ABŞ, Kanada yer alır. Yunanıstan və Malayziya isə 157 balla altıncı yerdədir.
Malta, Avstraliya və Çexiya yeddinci (156 bal), Yeni Zelandiya səkkizinci (155 xal) yerdədir
Doqquzuncu sırada 154 balla iki ölkə – Macarıstan və İslandiya gəlir.
pasport
Qeyd edək ki, reytinqdə Ukrayna 124 balla 31-ci, Rusiya 111 balla 39-cu sırada, Türkiyə 110 balla 40-cı sırada, Gürcüstan 107 balla 43-cü sırada, Qazaxıstan 72 balla 59-cu sırada, Azərbaycan 65 balla 65-ci sırada qərarlaşıb.
Bildirək ki, Azərbaycanla eyni sıranı Çin və Dominikan Respublikası paylaşıb.
Azərbaycanın “RUN Construction and Investment” şirkəti bu il 3 iri layihə həyata keçirməyi planlaşdırır.
İstinadən xəbər verir ki, bunu şirkətin direktoru Ramin Kərimli deyib.
R.Kərimli qeyd edib ki, şirkət tərəfindən nişasta istehsalı fabrikinin, Göygöl rayonunda resort-hotelin və sanatoriyanın, Qusar rayonunda isə turizm kompleksinin tikintisi nəzərdə tutulur:
“Bütün layihələr xarici investisiyalar hesabına reallaşdırılacaq. Xarici investorlar arasında Çin və İrandan şirkətlər də var”.
Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan da təmsil olunur
Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.
İstinadən xəbər verir ki, səfirlik, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə Sofiyanın “İnter Expo” Mərkəzində “Holiday&SPA EXPO” 35-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycan milli stendi yerləşdirilib.
Bolqarıstanda sərgi
Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Azərbaycanın turizm potensialı, rekreasiya və turizm mərkəzləri barədə ətraflı məlumat verilib, “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış müxtəlif növ 7 günlük hazır tur-paketlər təqdim edilib, ölkənin turizm imkanlarını, mətbəxi və mədəniyyətini əks etdirən broşür və suvenirlər tədbir iştirakçılarına paylanıb. Ölkə stendində Azərbaycan istehsalı olan şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib.
Bolqarıstanda sərgi
Qeyd edək ki, Bolqarıstan Turizm Nazirliyinin himayəsi altında və Sofia şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” Bolqarıstanda hər il keçirilən ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir.
Bakıdan Nabran, Lənkəran və digər yerlərə Xəzər dənizi vasitəsilə turların təşkili təklif olunur.
Bu təkliflə çıxış edən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə dünyada okean və dənizlərdə müxtəlif turlar təşkil olunur və turistlər gəzdirilir.
Dəniz
Lakin Azərbaycan Xəzər dənizinin potensialından turizm məqsədi ilə hələ tam istifadə etmir: “Azərbaycanda elə şəxslər var ki, dəniz turundan istifadə etmək üçün Türkiyə, İsveç, Norveç, Finlandiya, Danimarka kimi ölkələrə gedirlər. Amma Azərbaycanda indiyədək dənizin bu imkanlarından istifadə edilməyib. Xəzər dənizinin Azərbaycan sektorunda Nabrana, Lənkərana və digər yerlərə dəniz turları təşkil oluna bilər. Xəzər dənizinin potensialından istifadə etmək ölkəyə turistlərin daha çox gəlməsini sürətləndirəcək”.
Qeyd
M.Ağakərimov qeyd edib ki, Xəzər dənizində turlar təşkil olunduqda bundan yalnız Azərbaycanın deyil, Qazaxıstan, İran, Rusiyanın da əhalisi faydalana bilər.
Dəniz
Hazırda İrandan Azərbaycana turistlərin daha çox təyyarə və avtomobillərlə gəldiyini deyən M.Ağakərimov hesab edir ki, Xəzərdə dəniz turunun təşkili daha çox bu ölkədən gələn turistlərin sayının artmasına təsir göstərə bilər.
Turistlər
AzTa rəsmisi bu məqsədlə Xəzərsahili ölkələrlə ikitərəfli və çoxtərəfli müqavilələrin bağlanmasını zəruri sayır.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yay artıq qapıdadır. Dincəlmək üçün bir-birindən cazibədar onlarla ölkə var. Bəziləri viza tələb edir, digərləri isə yox.
1. Lazım olan sənədlər
Birləşmiş Ştatlara səyahət üçün yararlı olan pasport. Pasport Birləşmiş Ştatlarda qalacağınız müddətdən sonra ən azı altı ay qüvvədə olmalıdır (ölkə ilə səciyyəvi sazişlər istisnalara yol verdiyi hallardan başqa)
ABŞ
Ən son verilmiş ABŞ vizasının olduğu pasport (müvafiq hallarda).
Viza ərizəsi, Forma DS-160
Son 6 ay ərzində çəkilmiş bir ədəd 5×5 rəngli fotoşəkil. Dövlət Departamentinin fotoşəkillərlə bağlı qaydalarına dair əlavə məlumat almaq olar.
ABŞ
Birləşmiş Ştatlara başqa məqsədlərlə daxil olduğu hallar istisna olmaqla, müşayiət edən ailə üzvləri, müvafiq olaraq nikah haqqında şəhadətnamənin əslini (həyat yoldaşı) və/yaxud doğum haqqında şəhadətnamələri (21 yaşından kiçik subay uşaqlar üçün) təqdim etməlidir. Bir çox viza növləri əlavə sənədlər tələb edir.
2. Yuxarıda qeyd olunan ölçülərdə foto çəkdirirsiniz.
3. DS-160 formasını onlayn doldurursunuz .
Formanı yükləmək üçün linkə daxil olub ölkəni seçib şəkildə qeyd edilən kodu yazıb müraciətə başlayırsınız. Bütün detalları doğru yazın. Dolduracağınız hər məlumatın nüsxəsini almağı unutmayın!
ABŞ
4. Formanı doldurduqdan sonra aşağıdakı linkə daxil olub qeydiyyatdan keçərək özünüzə hesab yaradırsınız, sonra ödəniş edirsiniz.
5. Email ünvanınıza ödənişin qəbul olunduğunu təsdiq edən məktub gələcək.
Bundan sonra müsahibə gününü seçə biləcəksiniz. Adətən, ən tez bu məktubdan 25 gün sonra müsahibə seçə bilərsiniz.
ABŞ
6. Məqsədiniz ABŞ-da daimi qalmaq olsa belə səfirlikdə şübhə yaratmayın.
7. Bank hesabınızda çox böyük məbləğ göstərməyin. Bir nəfərə 4000 ABŞ dolları kifayət edir.
8. Mütləq iş yerindən arayış və ya tələbə kağızınız olsun. Heç biri olmasa vizanı unudun.
Viza
9. Adınıza avtomobil və ya ev olsa bu sizin üçün əlavə üstünlük yaradır.
10. Mütləq hoteldə nömrə bron edin. Booking.com-dan bron edən kimi təsdiq səhifəsini çapdan çıxarın (iki günə ödəniş etməyəndə ləğv olunur).
11. Yuxarıda qeyd edilən ölçüdə fotonu iki nüsxədə çıxararaq özünüzlə müsahibəyə götürün.
Viza
12. Təyyarə bileti almayın, bron edin (onlayn yox, aviakassalardan bron etmək məsləhətdir).
13. Müsahibəyə gedərkən üstünüzə olan hər şeyi təhvil verirsiniz (sənədlərdən başqa).
14. Müsahibə alan şəxsin qarşısında həyəcanlanmayın, danışarkən gözündən başqa heç yerə baxmayın, yoxsa yalan danışdığınızdan şübhələnə bilərlər.
Viza
15. Səyahətin məqsədi, ziyarət edəcəyiniz yerlər və gələcək planlar barədə sualları mütləq eşidəcəksiniz.
16. Səyahət müddətini iki həftədən çox göstərməyin.
17. ABŞ-a səyahət zamanı özünüzlə ən azı 3000 dollar pul götürün.