Ev Blog Səhifə 386

Çox kiçik və qeyri – adi ölkə – San – Marino

0

San-Marino

Ümumi məlumat

San-Marino İtaliya ərazisində yerləşən balaca müstəqil respublikadır. Onun 31 mindən çox əhalisi və 10 böyük şəhəri var. Ölkə ərazisinə görə çox kiçik olsa da, qeyri-adiliyi ilə turistləri heyran edir. Paytaxtı San-Marino şəhəridir. Dövlət dili italyan dili, dini isə əsasən katolikdir. San-Marino Avropanın ən qədim ölkələrindən biri hesab olunur. Ərazisi doqquz vilayətə bölünür ki, bunlar da kastelli adlanır. Kastelli italyan dilindən tərcümədə qala deməkdir. Ölkənin ümumi sahəsi 60, 57 kvadrat kilometrdir. San-Marino paytaxt olsa da, respublikanın ən böyük şəhəri Serravalledir. Hər il sentyabrın 3-də San-Marinonun sakinləri Müqəddəs Marinonun bayramını və Respublikanın yaranma gününü qeyd edirlər. Əhali qonaqpərvərliyi ilə seçilir və hər zaman turistləri gülərüzlə qarşılayır.

Tarixi

San-Marino şəhərinin tarixi Müqəddəs Marino haqqında əfsanə ilə bağlıdır. 298-300-cü illərdə o, mənzərəli Dalmasiyada (hazırda Xorvatiyanın Qul adası) dini təqiblərə məruz qalır. Onlardan qaçmaq üçün Rimini şəhərinə üz tutur. Burada Marino daşyonan kimi çalışır və ilk dəfə Titano dağında daş karxanası aşkar edir. Həmin yerdə özünə kiçik hücrə tikir. Marinonun sürdüyü pak həyatdan hər kəs xəbər tutur və bir çox insan buraya köçüb onun hücrəsi ətrafında evlər tikməyə başlayır. Beləliklə, tez bir zamanda həmin yerdə balaca dağlıq monastır əmələ gəlir. Monastırı Müqəddəs Marino, yəni San-Marino adlandırırlar. VI əsrin sonunda şəhər siyasi müstəqillik qazanır. 1922-1943-cü illərdə San-Marinoda bütün İtaliyada olduğu kimi faşist diktaturası hökmranlıq edir. San-Marino hər zaman neytral mövqe saxlayıb. O, yeganə şəhərdir ki, bir dəfə də olsun işğal edilməyib.

Şopinq

San-Marino alış-veriş üçün hər zaman açıqdır. Burada siz istənilən növ geyimləri 30-70% endirimlə əldə edə bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, iyundan sentyabradək bura çoxlu sayda turistlər gəlir, bu da o deməkdir ki, siz istədiyiniz ölçüləri tapmaya bilərsiniz. İtalyan dizaynerlərin brendlərini ucuz qiymətə almaq olar. San-Marino Kürk həvəskarlarının əsl yeridir. Kürklərin keyfiyyəti əla, xəzi gözəl, dizaynı isə olduqca cəlbedicidir. Qiymətlər təxminən 1000-1500 avrodan başlayır. San-Marinoda, həmçinin autletlər çoxluq təşkil edir. San Marino Factory Outlet mərkəzində 30-70% endirimlə siz orta və tanınmış brendləri əldə edə bilərsiniz. Həmçinin «Park avenu» ticarət mərkəzindən Brioni, Celine, Clohe, Etro, Marc Jacobs, Prada, Tod’s və s. kimi brendləri sərfəli qiymətə ala bilərsiniz.

Mətbəxi

San-Marino mətbəxinin heç bir özəlliyi yoxdur. Burada əsasən italyan xörəkləri üstünlük təşkil edir: populyar tortellini, pasatelli (bulyon), talyatelle, lazanya, ravioli, kanelloni, pastalardan isə strozapetti, kapeletti-in-brodo və s. Həmçinin şirik şüyüdlə qızardılmış dovşan əti, ədviyyatlı toyuq əti, eskalopa və müxtəlif kotletlər: bolonyeza kotletləri, mutfuls. Desert üçün isə San Marino piroqu və kaçyatello (karamel) şirnisi. Masada həmişə pyada (lavaşa oxşayan çörək), ənənəvi polenta və müxtəlif pendirlər olur. Nadir hallarda kotiş-di-kon-i-facioli şorbasına rast gəlmək mümkündür. Bu şorba paxla və donuz ətindən hazırlanır. Daha bir ənənəvi xörək isə minestra-del-poveri və ya bobolotti (kasıblar üçün şorba) adlanır. Onun tərkibində paxla, piy və makaron olur. Hər bir restoran və ya kafedə siz növbənöv şərablara rast gələ bilərsiniz. Yerli «Moskato-di-San-Marino», birinci dərəcəli «Byankale», «Albana», «Sancoveze» və digərləri. Yerli spirtli içkilərdən ən məşhuru isə «Mistra» adlanır.

Görməli yerləri
San – Marino

San-Marino şəhəri tarixi abidələrlə zəngindir. Hökumət sarayı XVI əsrdə memar Françesko Adzurri tərəfindən inşa edilib. Tikintisinə 1884-cü ildə başlanılıb və on il davam edib. Sarayın sağ tərəfində San Marinonun tuncdan hazırlanmış heykəli, yanında isə arxitektor Françesko Adzurinin büstü ucalır. Kilsənin interyeri orta əsrlər üslubunda hazırlanıb, yəni ciddi və əzəmətli. Digər kilsə isə Müqəddəs Fransisko adlanır. Bura XVI-XVII əsr italyan məktəbi rəssamların kolleksiya toplusudur. Bazilika Santo Pyeve 1838-ci ildə memar Antonio Serra tərəfindən inşa edilib. Baş mehrab Müqəddəs Marinonun heykəli ilə bəzədilib. Şəhər müxtəlif vaxtlarda inşa edilən üç divarla əhatə olunub. Şəhər böyüdükcə divarların yarısı uçurdulub. Della Rupe qapıları, başqa cür desək Delya Omerelli qapıları 1525-ci ildə tikilib. Düzbucaqlı qüllədə vaxtilə artilleriya briqadasının silahları yerləşdirilib. Muzeylərə gəlincə, dövlət və kuryozlar muzeyini sadalamaq yetərlidir.

İlin nömrə 1 turizm şirkətindən 50% endirimli erkən rezervasiya

0

 “Go Travel” dən 50% endirimli turlar

✅ KƏMƏRƏ BAKIDAN BİRBAŞA 50 FAİZ ENDİRİMLİ OLAN TURLARIN ERKƏN REZERVASİYASI DAVAM EDİR.

? İlkin ödəniş 30 faiz ödəməklə qalan hissəni KREDİT ilə ödəmək şansındanda yararlana bilərsiniz.


İYUL, AVQUST ayına olan KƏMƏR turlarının hər şey daxil 1 həftəlik qiymətlərini təqdim edirik.

?KEMER MILLENIUM RESORT 5* – 960 azn

?GRAND RING HOTEL 5* – 1020 azn

?ARMA’S GUL BEACH 5* – 1040 azn

?TRANSATLANTIK HOTEL & SPA 5* – 1070 azn

?ARMA’S KAPLAN PARADISE HOTEL 5* – 1070 azn

?MEDER RESORT 5* – 1080 azn

?SIMENA HOTEL 5* – 1090 azn

?AVANTGARDE HOTEL COMFORT 5* – 1100 azn

?ARMA’S LABADA HOTEL 5* – 1110 azn

?OZKAYMAK KEMER MARINA HOTEL 5* – 1120 azn

?VIKING STAR 5* – 1140 azn

?PGS ROSE RESIDENCE BEACH HOTEL 5* – 1180 azn

?DOSINIA LUXURY RESORT HOTEL 5* – 1180 azn

?QUEEN’S PARK GOYNUK 5* – 1200 azn

?DAIMA BIZ 5* – 1210 azn

?ULUSOY KEMER HOLIDAY CLUB 5* – 1250 azn

?QUEEN’S PARK LE JARDIN RESORT 5* – 1260 azn

?KARMIR RESORT & SPA 5* – 1280 azn

?GRAND PARK KEMER 5* – 1300 azn

?ZENA RESORT 5* – 1330 azn

?LOCEANICA BEACH HOTEL 5* – 1340 azn

?CATAMARAN RESORT HOTEL 5* – 1350 azn

?PGS KIRIS RESORT 5* – 1370 azn

?KIMEROS PARK HOLIDAY VILLAGE 5* – 1390 azn

?AMARA PRESTIGE 5* – 1400 azn

?EUPHORIA TEKIROVA 5* – 1410 azn

?FAME RESIDENCE KEMER 5* – 1420 azn

?CRYSTAL FLORA BEACH RESORT 5* – 1430 azn

?CRYSTAL AURA BEACH RESORT & SPA 5* – 1450 azn

?MIRAGE PARK RESORT 5* – 1580 azn

?ALKOCLAR EXCLUSIVE KEMER HOTEL 5* – 1600 azn

?OTIUM HOTEL LIFE 5* – 1620 azn

?SHERWOOD EXCLUSIVE KEMER 5* – 1700 azn

?LIMAK LIMRA HOTEL 5* – 1730 azn

?MIRADA DEL MAR HOTEL 5* – 1770 azn

?ALVA DONNA WORLD PALACE – 1800 azn

?AKKA HOTELS ALINDA 5* – 1820 azn

?BARUT KEMER RESORT HOTEL 5* – 1900 azn

?GURAL PREMIER TEKIROVA 5* – 1950 azn

?ORANGE COUNTY KEMER 5* – 2150 azn

?NIRVANA LAGOON VILLAS SUITES & SPA 5* – 2200 azn

?AMARA DOLCE VITA 5* – 2250 azn

?RIXOS SUNGATE 5* – 2350 azn

?RIXOS HOTEL TEKIROVA 5* – 2450 azn

___________________

Qiymətə daxildir:

✈ – Aviabilet (gediş-dönüş)

? – 23kq baqaj + 10kq əl yükü

? – 23 iyul – 30 iyul

? – Otel ***** (7 gecə / 8 gün)

? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive)

? – Səyahət Sığortası

? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)

ℹ – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.

✅ – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.

✅ – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz.

 ❓ – Qiymət öyrənmək istəyirsiz?

❗ – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

⬇ – Aşağıdakı linkə tıklayaraq söhbətə başlaya bilərsiniz.

https://api.whatsapp.com/send?phone=994506646030

____________________

Əlavə məlumat üçün:

☎+994 12 564 60 30

?+994 50 664 60 30 (Whatsapp+Zəng)

?+994 55 664 60 30

?+994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Bildiyiniz kimi,əziz və dəyərli oxucularımız, ötən ay “Go Travel” turizm şirkəti “Azerbaijan Best Awards mükafatlandırma “təşkilatı tərəfindən 2017-ci ilin  “İlin 1 nömrəli turizm agentliyi” adına  layiq  görüldü. Mükafatlandırma mərasimində ilin ən yaxşısı adına layiq görülən sayılıb seçilən incəsənət  xadimləri,media və şou biznes simaları, iş adamları, müxtəlif sahələrdə uğur qazanmış şəxslər  və şirkətlər  iştirak edirdi.

193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada

0

Bakı ilk Sırada…

ABŞ-ın məşhur “USA Today” İnformasiya Agentliyi 2018-ci ildə səyahət edilməli ölkələrin siyahısını açıqlayıb. Siyahıda Azərbaycanın paytaxtı Bakı da var.

Bakı

Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır.

“Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir” – deyən, 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.

Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, turizm məkanları haqqında ətraflı məlumatlar və fotolar var.

İlk səyahət olunmalı şəhərlər sırasında, həmçinin Şərqi Timorun paytaxtı Dili, Abu- Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut (Livan), Mendoza (Argentina), Fritaun (Syerra-Leon), Asmara (Eritreya), Baqan (Myanma), Konstantin (Əlcəzair) yer alıb.

118 manata Londona necə getmək olar? – FOTO

0

      118 manata London

“WizzAir” Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başlayıb. Beş saat on dəqiqə çəkən bu uçuş “WizzAir”in ən uzun müddətli birbaşa uçuşudur.

Təyyarə

Tbilisə gedib gəzdim. Ora qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN).

Ev Rustaveli küçəsindən iki dəqiqəlik məsafədə idi. Tbilisidən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz “Didube” metrostansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getməkdir (adambaşı 10 lari – 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta getmək (adambaşı iki lari – 1.4 AZN).

Gediş-dönüş aviabiletini 167 lari (118 AZN) təşkil edir. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər.

Luton

Lutonda pasport qeydiyyatında 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar.

Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda pasport qeydiyyatı olmur. Yəni ki, pasporta möhür vurulmur.

London

Mən gedəndə qatarla (10 GBP – 22 AZN), qayıdanda isə “easybus”la  (6 GBP – 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.

 

London

Britaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantın qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.

London dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (“Lidl”, “Tesco”) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur”.

Azərbaycanda Amerikaya qeyri-mühacir vizasını necə almaq olar? – KONSUL

0

       Qeyri-mühacir viza

ABŞ-ın Bakıdakı Səfirliyinin Konsulluq şöbəsinin rəhbəri Kim Morales  oxucularının suallarını cavablandırır.

Bu yaxınlarda sosial mediada ABŞ-ın Bakıdakı Səfirliyində qeyri-mühacir vizaların verilməsi ilə bağlı bir sıra mülahizələr yayıldı və vizaların verilməsi barədə qəbul olunan qərarlara kənar şəxslərin təsir etdikləri iddia edildi.

Viza

Vaşinqton D.C.-də fəaliyyət göstərən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşının alınması üzrə daxili bölmədə çalışmış bir insan kimi mən, tam əminliklə təsdiq edə bilərəm ki, fəaliyyətimizin şəffaflığı və düzgünlüyünün təmin olunması üçün bütün müdafiə vasitələri təmin edilmişdir.

Viza

 

İstənilən gün hökumət işçilərinin, biznesmenlərin, hüquq-mühafizə orqanı əməkdaşlarının və bir sıra müxtəlif vəzifələrdə çalışan digər insanların viza prosesi ilə bağlı növbə gözlədiklərinin şahidi olmaq olar.

Vəzifəsindən və mövqeyindən asılı olmayaraq, bütün ərizəçilərə eyni prosedur qaydaları şamil olunur. Tapşırıq və korrupsiya hallarına bizim səfirlikdə yer yoxdur.

Azərbaycan

Bu gün mən, vizanın verilməsi ilə bağlı sizin tanış olmadığınız bu fəaliyyəti necə və nə üçün həyata keçirdiyimiz barədə daha ətraflı məlumat verəcəyəm və müraciətlərin araşdırılması ilə bağlı konkret məqamları diqqətinizə çatdıracağam.

Ümid edirəm ki, aşağıdakı sualların cavabı sizə qeyd olunan fəaliyyəti daha yaxşı dərk etməyə kömək edəcəkdir.

Qeyri-mühacir vizası üçün necə müraciət etmək olar?

Bunun üçün ilk növbədə ərizəçi onlayn ərizə formasını (DS-160) doldurur, bütün suallara tam və düzgün cavab verir. Əgər ərizə forması ərizəçinin özü tərəfindən deyil, başqası tərəfindən hazırlanmışdırsa, bu, ərizədə qeyd olunmalıdır.

Amerika

Ərizə forması əsasında ərizəçi ştrix kodu aldıqdan sonra viza xidməti mərkəzinin internet səhifəsinə daxil olaraq viza haqqını ödəməli və müsahibənin tarixini təyin etməlidir və yaxud müvafiq hesab olunduğu halda sənədləri kuryerlə göndərməlidir.

Biz müsahibə üçün görüş vaxtını ən azı bir ay öncədən təyin etməyinizi tövsiyə edirik. Tətil mövsümlərində isə görüş vaxtını nəzərdən tutulan səfər tarixindən ən azı 45 gün öncə təyin etməlisiniz. Müsahibənin təyin olunduğu tarixdə ərizəçi özü şəxsən səfirliyə gəlməlidir.

Amerika

“Aramex” şirkəti tərəfindən ərizəçiyə e-poçt vasitəsilə məlumat verilir və ona pasportun onların ofisindən götürülməsi izah edilir.

Pasportdakı bəzi möhürlər səfərləriniz üçün maneəyə çevrilə bilər

0

Səfərlər üçün maneəyə çevrilə biləcək möhürlər

Bəzi ölkələri ziyarət etmək digər ölkəyə getmək üçün problem yarada və hətta məhkəmədə sizə qarşı dəlil kimi istifadə oluna bilər. Məsələn, Azərbaycan qanunlarına əsasən, Azərbaycan tərəfindən rəsmi icazə alınmadan Dağlıq Qarabağı ziyarət edənlər üçün Azərbaycana giriş qadağandır.

Pasport

Analoji konflikt zonaları haqda öz oxucularını xəbərdar etmək istəyir.

İsrail – Ərəb ölkələri

İsrail-Ərəb ölkələri

Son vaxtlaradək pasportunda İsrailə viza möhürü olan şəxslərin bir sıra ərəb ölkəslərinə girişi qadağan idi. Məsələn, İran indi də belə ziyarətçilərin 1 il ərzində öz ölkəsinə girişini qadağan edir. Lakin bu xoşagəlməz vəziyyətdən qurtulmaq imkanı var: bunun üçün İsrail sərhədçilərindən möhürü pasportunuza vurmamağı xahiş edin.

Abxaziya və Cənubi Osetiya – Gürcüstan

Gürcüstan Cənubi Osetiyanı və Abxaziyanı öz qanunsuz işğal edilmiş torpaqları sayır, buna görə də bu “respublikalardan” ölkəyə giriş qeyri-leqal hesab olunur. Buna cəhd edənləri isə cərimədən tutmuş həbs cəzasınadək çox sərt təpkilər gözləyir.

Gürcüstan

Abxaziya və Cənubi Osetiyaya getmək istəyənlər bilməlidir ki, “Qantiadi – Adler” (Abxaziya) və “Rok – Aşağı Zaramaq” (Tsxinvali) gömrük məntəqələri qanunsuz hesab olunur və siz oradan sonra Gürcüstana yola düşsəniz, 3 ildən 5 ilədək həbs cəzası ala bilərsiniz.

Kuba – ABŞ

ABŞ tərəfindən 1962-ci ildə Kuba ilə ticarətə tətbiq edilən embarqoya görə, amerikalılar və ABŞ qanunlarına tabe olan hər kəsə bu ölkə ilə ticari əlaqələr kimi səyahətlər də qadağandır.

Kuba

Lakin burada da Kuba sərhədçilərindən pasporta möhür vurmamağı xahiş edə bilərsiniz. Onlar vizanı ayrıca verə bilərlər. Bundan başqa, özünüzlə Kuba suvenirləri aparmaq məsləhət deyil – onları ABŞ gömrükçüləri əlinizdən ala bilər.

Bundan başqa, Kubanın ərazisində ABŞ bankının kartı və dollarları ilə ödəniş etmək qadağandır – onları da müsadirə edə bilərlər.

Kosovo – Serbiya

Kosovo

Serbiya Kosovonu nəzarətindən çıxmış ərazisi hesab edir. Ona görə də Kosovo sərhədçilərinin pasportlara vurduğu möhürləri tanımır. Öncə Kosovo möhürü sərhədçilər tərəfindən ləğv edilirdi, lakin daha sonra Kosovoya giriş-sərhəd qapısı qeyri-qanuni giriş hesab olunmağa başladı.

Yunan və Türk Kipri

Yunanıstan

Kipr və onun paytaxtı iki yerə bölünüb: Kipr Yunan Respublikası Türkiyəyə tabe olan Şimali Kipri tanımır. Buna görə əgər Ercan aeroportuna enmisinizsə, sizin Kiprin yunan tərəfinə keçməyinizə icazə verilməyəcək. İstisna yalnız Şengen vizası olanlar üçündür. Lakin Kiprin yunan tərəfindən türk tərəfə maneəsiz səyahət edə bilərsiniz.

Ukrayna – Krım

Digər ölkələrin vətəndaşlarına Ukraynadan Krıma giriş qadağandır. Buna görə sizi cərimə və deportasiya edə bilərlər. Krıma getməyin yeganə variantı ora Rusiya tərəfindən daxil olub, o tərəfdən də çıxmaqdır.

Ukrayna

Düzdür, reallıqda turistlərə qarşı belə bir təcrübə olmayıb, lakin buna baxmayaraq, bunu bilməniz vacibdir: Ukrayna qanunlarına görə, siz 8 ilədək həbs cəzası ala bilərsini

Bakı adaları turizm cənnətinə çevriləcək – PLAN + FOTO

0

           Turizm cənnəti

Bakının Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır.

Plan

Yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.

Plan

Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növləri mövcuddur.

Baş Plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb.

Plan

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə Abşeron Milli Parkı yerləşir. Parkda 50-dən çox quş və heyvan, 25-dək bitki növü mövcuddur.

Rayonda turizmin rekreativ (istirahət, müalicə və bərpa), tibbi, dəniz və balıq ovu, idman, kruiz, ekoturizm və digər növlərinin inkişafı üçün geniş imkanlar vardır. Pirallahıda turizmin inkişaf perspektivlərini nəzərə alaraq rayon ərazisində ikisi Pirallahı, biri Gürgən qəsəbəsində olmaqla 3 çimərlik təşkil edilib, ətraf sahələrdəki 6 hektar ərazi təmizlənib, istirahət üçün gözəl şərait yaradılıb.

Plan

Pirallahı qəsəbəsində artıq müasir standartlara cavab verən turizm obyekti istifadəyə verilib. “F-Marine” adlı istirahət kompleksində 8 kiçik və 4 böyük kottec, mini-stadion, hovuz, restoran fəaliyyət göstərir. Gələcəkdə belə mərkəzlərin sayı artırılacaq.

Rayonda su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, velosiped yollarının tikintisi nəzərdə tutulur.

Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur.

İstanbulun ən dadlı səhər yeməkləri məkanı – QİYMƏTLƏR

0
"Van Kahvaltı evi"

Ləzİz səhər təamları… ?

Azərbaycanlıların ən sevimli səyahət istiqaməti olan İstanbulu gəzməklə bitmir. Bəziləri bu şəhərdə dəfələrlə olsalar da onun bütün gözəlliklərini görə bilməyiblər.

Bütün dünyada turizm imkanları ilə məşhur olan bu şəhərdə təkcə tarixi abidələrdən yox, həm də dadlı səhər yeməyindən zövq almaq olar. Türkiyə mətbuatına istinadən İstanbulun ən məşhur səhər yəməyi məkanlarını təqdim edir. Səyahət zamanı bu məkanlardan birinə də olsa baş çəkmək səfəri unudulmaz edəcək.

1. “Margerie”
“Margerie”

İstanbulda Bəbəkdə yerləşən bu məkanın fərqli cəhəti günün istənilən saatında səhər yeməyi yeyə bilmək xususiyyətidir. Hətta şəhər kənarından belə sırf bu məkanın səhər yeməyi üçün gələn qonaqları var. Səhər yeməyinə daxil olan məhsullar isə geniş çeşiddədir. Xüsusi olaraq hazırladıqları çörəkləri, cürbəcür çeşiddə zeytun və ceviz çeşidləri səhər menyusunun xüsusiliyidir. Məhsulları bölgələrdən gətirildiyi üçün kənd süfrəsi açıldığını demək olar. İçkilər də daxil olmaqla iki nəfərlik yeçəyin qiyməti 90 Tldir

2. “Çengelköy Çınaraltı”
“Çengelköy Çınaraltı”

Boğaz körpüsünü mənzərəsi qarşısında səhər yeməyi yeyə biləcəyiniz zövqlü məkandır. 1970-ci ildən xidmət göstərən məkanda səhər yeməyi boşqabının qiyməti 8 Tldir, çay isə 1.50 Tldir.

3. ” Namlı Gurme Karaköy”
“Namlı Gurme Karaköy”

İstanbulda Qaraköydə yerləşən bu restoran ən çox zeytun çeşidləri ilə məşhurdur. Boşqabınıza istədiyiniz məhsulları seçmək şansınız olan iki nəfərlik səhər yeməyinin qiyməti 90 Tldir

4. “Cafe Nar”
“Cafe NAR”

Bu məkan Rumelihisarında yerləşir. Səhər yeməyini dəniz mənzərəli restoran balkonunda yemək verdiyi zövq də başqadır. Bu məkanda həm boşqabınızı özünüz doldura bilərsiniz, həm də əvvəldən hazırlanmış xüsusi boşqabı seçə bilərsiniz. Xüsusi boşqabların qiyməti 16Tldən başlayır 29Tlyə qədərdir.

5. “Van kahvaltı evi”
“Van Kahvaltı evi”

Van bölgəsinin təbii məhsullarını və dadını İstanbula gətirən bu restorsn şəhərin 3 müctəlif məkanlnda fəaliyyət göstərir. Cihangir, Nişantaşı və Qaraköydə fəsliyyət göstərın restoranda həftə sonları müştəri çox olduğu üçün səhər yeməyi yeyə bilmək üçün səhər tezdən orda olmaq lazımdır. Süfrədə 20 çeşiddə səhər yeməyində yeyə biləcəyiniz məhsul görə bilərsiniz. Təzə məhsulların dadına baxmaq üçün iki nəfərlik səhər yeməyinə 50 Tl ödəməlisiniz.

6. “5-ci mərtəbə”
“5-ci mərtəbə”

Cihangirdə 20 ildir ünvanını dəyişməyən restoran dadlı səhər yeməyi və gözəl mənzərəsi olan terrası ilə mışhurdur. Səhər yeməyini vaxtında yeyə bilməmisinizsə, restoran sizin üçün xüsusi branç (səhər yeməyi ilə günorta yeməyinin birləşdirilməsi) hazırlayıb. Fırın şirniyyatları ilə də məşhur olan restoranda bur nəfərlik yeməyin qiyməti 45 Tldir

7. “Backyard”
“Backyard”

Bu məkan orqanik yeməklərə həsr olunub. Təzə çörəkləri, tağ tərəvəzlərindən hazırlanmış süfrədə boşqabın qiyməti 30 Tldir. Qaymağından zeytununa qədər  səhər yeməyi boşqabına daxil olan hər şey daxildir. Çiyələk, kivi, banan siropları ilə zənginləşdirilmiş Amerikansayağı pankeklər də səhər yeməyinə daxildir.

8. “Atelier Real Food”
“Atelier Real Food”

Yeni adı “Atelier Real Food” olan restoranın köhnə adı “The Ritz Carlton” olub. Yeni adını öz işlərindən ilhamlanaraq seçən restoranda “həqiqi yemək” servisi təqdim edirlər. Bazar günləri möhtəşəm branç təqdim edən restoranda 70 çeşiddə məhsul görə bilərsiniz. Xidmətə görə qiymət təqdim edən restoranda bir nəfərlik yemık 111Tlyə başa gəlir.

9. “Sütiş Emirgan”
“Sütiş Emirgan”

Səhər yeməyində istifadə etdikləri hər məhsulda qədimliyin havasını yaxalayan restoranda müştərilərə keçmiş dövrün abu havasını yaşadır. Səhər yeməyində təqdim olunan qaymaq, yumurta, pendir, zeytun ən yaxşı hazırlandığı bölgədən alınır. Köhnə üsullarla hazırlanan 14 növ çörəyin dadına da baxa bilərsiniz. Müştəri bolluğu olan restoranda yer tapmaq üçün əvvəlcədən rezervasiya etdirməyiniz şərtdir.

10. Süt, yumurta, mürəbbə
Süt, yumurta, mürəbbə

Restoran sahibləri 2011-ci ildə evdə hazırladıqları “səhər yeməyini başqalarına niyə daddırmayaq” ideyası ilə yola çıxıb bir neçə ilə böyük bit məkan yaradıblar. Şirin dilli və zarafatcıl redtoran shibləri Əzizə xanım və Əsər bəy səhər yeməyinin vacib öyün olduğunu deyirlər. Anadolu və Qaradəniz mətbəxinin ləzzətlərini birləşdirən məkanda bir nəfərlik yeməyin qiyməti 20-30 Tl arasında dəyişir.

11. “Gakkı Karaköy”
“Gakkı Karaköy”

İstanbulun Qaraköy səmtində yerləşən kiçik restoranda pendir də zeytun da öz vətənindən gətirilir. İstəyən bur nəfərlik səhəe yeməyi boşqabı istəyən də gözəl bir səhər yeməyi süfrəsi hazırlada bilər. Səhər yeməyinin içində bal, mürəbbə, zeytun kimi fiks pendir çeşidləri sifariş verə bilərsiniz. Daha xüsusi ləzzət istəyirsinizsə, reyhanlı və göyərtili siqaret börəyi də yeyə bilərsiniz.

Nuş olsun!?

Tbilisə getməyin ən ucuz və rahat yolu

0

Ucuz və rahat səyahət

Qonşu ölkə Gürcüstana getmək istəyirsiniz? Artıq pulunuzun çıxmağını istəmirsiniz?

Tbilisiyə ucuz və rahat getməyin yolunu öyrənmək üçün səyahətçinin bu yazısını oxuyun.

YAXIN VƏ BAKIDAN XEYLİ UCUZ ŞƏHƏR
Tbilisi

Tbilisinin məşhur Rustavelli prospektində 10-15 dəqiqə gəzişsəniz virtual ya da real bir tanışla rastlaşmaq ehtimalınız yüksəkdir. Başqa cür desək, azı bir neçə azərbaycanlı görəcəksiniz. Azərbaycanlıların Tbilisiyə bu qədər çox səyahət etməsinin bir neçə səbəbi var. Buranın yaxın olması və qiymətlərin Bakıdan xeyli ucuz olması bu səbəblərdən yalnız ikisidir.

Tbilisi həm də bu regionda yeni ilin ən maraqlı və orjinal keçirildiyi şəhərlərdəndir. Elə buna görə də, yeni ili Tbilisidə qarşılamaq istəyənlər çoxdur. Təbii ki, hamı daha əvvəl bu şəhərdə olmayıb və sosial şəbəklərdə fotolarını bəyəndiyimiz dostlar da bizimlə bütün detalları paylaşmırlar. Elə buna görə də Tbilisiyə getmək arzusunda olanlar üçün məlumat xarakterli bir yazı hazırlamaq qərarına gəldim.

Avtobus servisi

Tbilisiyə getmək üçün avtobus, qatar və təyyarədən istifadə edə bilərsiniz. Təbii ki, qiymət və təqdim olunan xidmətdə fərq var. Ən ucuzundan başlayaq.

Bakıdan Tbilisiyə avtobus biletinin standart qiyməti 12,5 manatdır, bayram, bəzən də qrafikin sıx olduğu günlərdə 13 manat ola bilər. Bakı Beynəlxalq Avtovağzalından hər gün Bakı-Tbilisi avtobusları çıxır. Əksər vaxtlarda axşam saat 9-da və 11-də çıxan bu avtobuslar çox nadir hallarda ünvanına çatır. Bileti alarkən bu haqda sizə bir kəlmə də demirlər, hətta sürücü düz sərhədə çatana qədər sizə Tbilisiyə gedirik deyəcək. Amma sərhədi keçəndən sonra tap o sürücünü görüm, necə tapırsan. Avtobuslarda texniki problemlər olduğundan çox vaxt sərhəddən keçə bilmirlər, sərnişinlər də taksi ilə Tbilisiyə getməyə məcbur olurlar. Bu haqda indiyə qədər olunan şikayətlərdən hər hansı nəticə əldə olunduğunu görməmişəm.

Azərbaycan – Gürcüstan

Belə hal baş verərsə, taksiyə qaçmağa tələsməyin. “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən Tbilisiyə təxminən bir saatlıq yoldu. Taksilər bu yol üçün ən yaxşı halda 15-20 lari alırlar. Əslində isə daha ucuz getmək imkanınız var. Hər gün bir saatdan bir, axşam saat 6-ya qədər sərhəddən Tbilisi vağzalına “marşurutka”lar gedir. Qiyməti isə 4 laridir (təxminən 3 manat). Vağzal şəhərdən kənarda deyil, “Station Square” metrostansiyası vağzal binası ilə yanaşıdır. İki stansiya o tərəfdə isə Rustavelli stansiyasıdır. Buradan şəhərin mərkəzi hesab olunan Rustavelli prospektinə çıxa bilərsiniz.

Avtobus-maşın səyahəti

Əgər Gəncədən Tbilisiyə gedəcəksinizsə, Gəncədəki “Şəmkir avtovağzalı”ndan Qazağa gəlib, oradan “Qırmızı körpü”nü keçə bilərsiniz. Qazax avtovağzalından hər gün bir saatdan bir “Qırmızı körpü”yə mikroavtobus gedir.

Bakı Tbilisi qatarına bir bilet 43 manatdır. Qatar vaxt etibarilə ünvana daha gec çatsa da avtbusdan daha rahatdır.

Bakıdan Tbilisiyə ən ucuz təyyarə biletləri 100-120 avro arası dəyişir.
Tbilisi

Tbilisidə taksilər Bakıdakından ucuzdur. 5 lariyə şəhərdə istənilən yerə getmək olar, amma turist olduğunuzu görüb qiyməti bir az artıq deyə bilərlər. Bu, sizin çox pul xərcləyəcəyiniz yaxud da taksisiz qalacağınız anlamına gəlmir, çünki, Tbilisidə maksimum 10 dəqiqə sonra çağırdığınız yerdə olacaq bir neçə taksi xidməti var. Qiymətlər isə həmişə digər taksilərdən ucuz olur.

Amma gecənin yarısı taksiyə zəng vurub sizi küçədən götürməsini istəsəniz, gəlməyə bilərlər, çünki bəzi taksi xidmətləri müştərini yalnız evdən yaxud oteldən götürürlər. Bu halda yaxınlıqdakı hər hansı obyektin dəqiq ünvanını verə bilərsiniz.

Metro

Metrodan istifadə etmək üçün 5 lariyə kart almaq lazımdır. Bu kart təkcə metroda yox, avtobusda da istifadə olunur. Metroda bir gedişin qiyməti 50 tetridir (35 qəpik).

Gürcüstanda avtobuslar kart sistemi ilə işləyir. Metro üçün aldığınız kartı avtobusda da istifadə edə bilərsiniz. Bir gediş 50 tetridir. Kart sistemi “marşurutka”lara aid deyil, onlar hələ də ənənəvi sistemlə işləyir, qiymət isə 50 yox, 80 tetridir.

Sizə yaxşı yol!

AZAL-ın uşaqlar üçün yeni nəşri -“OPPALAR “

0

“OPPALAR”

Azərbaycan Hava Yolları” QSC kiçik sərnişinləri üçün bort jurnalın xüsusi buraxılışınının yeni adı müəyyənləşib. Jurnal “Oppalar” adlandırılacaq.

Bir müddət əvvəl AZAL bu barədə rəsmi “Facebook” səhifəsində müsabiqə elan etmişdi. Müsabiqə qaliblərinin adları bu gün açıqlanıb. Şərhlər bölməsində “Oppalar” yazan İnqa Mironova-Sokolova adlı istifadəçi müsabiqənin qalibi elan olunub.

Bəyənilən adlar yazıb ilk beşliyə daxil olan insanlar da AZAL-dan hədiyyələr – yumşaq oyuncaq ayı, AZAL-ın loqosunun əks olunduğu USB flash-kart, həmçinin təqvimini əldə edəcəklər.

Qeyd edək ki, martın 21-dən etibarən aviaşirkətin bütün reyslərində kiçik sərnişinlər bu jurnalla tanış ola biləcək.