Ev Blog Səhifə 387

“Şıxov”da çimərliklərə giriş neçəyədir? – QİYMƏTLƏR

0

  “Şıxov”da çimərliklərə giriş

Paytaxt Bakı dənizə yaxın olması baxımından bəxti gətirən şəhərlərdən sayılır. Çünki heç də bütün şəhərlərdə dəniz kənarında qum olmur. Buna görə də Bakının dəniz sahillərinə nəinki yerli əhali, həmçinin şəhərimizin qonaqları da böyük maraq göstərirlər.

Bakı

 

Müşahidələr göstərir ki, şəhərə daha yaxın olduğu üçün insanlar “Şıxov” adlanan ərazidəki çimərliklərə daha çox üz tuturlar. Məlumat üçün bildirək ki, “Şıxov” ərazisində iki baxımsız sahədən başqa, bütün yerlər ödənişlidir və bu yerlərdə səliqə-səhman müşahidə olunur.

Mambo Beach Club & Restaurant

Mambo Beach Club

Bu məkanda insanlar dənizdə çimməklə yanaşı, restoran xidmətlərindən də istifadə edə bilərlər. “Mambo” çimərliyinə giriş 20 manatdır. Bu qiymətə günəş çarpayısı və masalardan istifadə, geyimdəyişmə otağı və duş daxildir. İstirahət mərkəzi axşam 6-ya kimi fəaliyyət göstərir.

“Dostluq” İstirahət Mərkəzi

Dostluq istirahət mərkəzi

Mərkəzdə çimərliyə giriş 5 manatdır. Bu qiymətə günəş çarpayısı, geyimdəyişmə otağı və duş daxildir. Masa üçün əlavə 5 manat ödəniş tələb olunur. Bundan başqa, müştərilərə hovuz da təqdim olunur. Hovuzdan istifadə isə 10 manatdır. İstirahət mərkəzində müştərilərə axşam 8-ə kimi xidmət olunur.

The Crescent Beach Hotel & Leisure Resort

The Crescent Beach Hotel

Hotelin xidmətindən istifadə etmədən də çimərlik ərazisinə daxil olmaq olar. Bu zaman adambaşına 5 manat ödəmək lazım gələcək. Bu qiymətə günəş çarpayısı, duş və geyimdəyişmə otağından istifadə daxildir. Masalardan istifadə üçün isə əlavə 5 manat ödəmək lazım olacaq.

“1001 Gecə”

1001 Gecə

“1001 Gecə” çimərliyinə giriş adambaşına 3 manatdır. “Şıxov”da yerləşən digər istirahət mərkəzlərindən fərqli olaraq, burada müştərilərə gecə saat 12-dək xidmət göstərilir. Çimərlik ərazisində 12-dən sonra da qalmaq olar. Sadacə, heç nə almaq olmur. Çünki 12-dən sonra artıq kassalar bağlanır.

Aqua Park Şıxov

Çimərlik ərazisinə giriş 15 manatdır. Bu qiymətə aqua parkdan istifadə də daxildir. İstirahət mərkəzində avtomobil park edə bilmək üçün əlavə 3 manat da ödəmək lazımdır. Axşam 8-də isə kassalar bağlanır.

“Eldorado” İstirahət Mərkəzi

“Eldorado” istirahət mərkəzinə giriş 2 manatdır. Avtomobil park etmək üçün xüsusi bir məbləğ yoxdur. Kim nə qədər istəsə, verə bilər.

Qeyd edək ki, adları sadalanan çimərlik mərkəzlərində kababların 1 şişi 6-8 manat, pivələr 3-4 manat, energetik içkilər isə 2-3 manat arasında dəyişir.

Ramada Hotel

Ramada Hotel

Hoteldə dəniz mənzərəli nömrələrdə qonaqlamaq 200-250 manatdır. Bu qiymətə səhər yeməyi hovuzlardan fitness zaldan və çimərlikdən istifadə daxildir. Həmçinin, mehmanxanada qalmadan da hotelin fitness zalından istifadə etmək olar. Bu zaman həftəiçi bir giriş 20 manat, həftəsonu isə 30 manat ödəmək lazım olacaq. Bu qiymətə idman zalından, saunadan, hovuzdan və çimərlikdən istifadə daxildir.

Cimərlik geyimləri neçəyədir?

Bu arada, istirahətə gələrkən çimərlik geyimlərini unudanlar və ya təsadüfən çimərliyə gələnlər heç də narahat olmasınlar. İstirahət mərkəzinin yaxınlığında həm qadınlar, həm də kişilər üçün çimərlik geyimləri satılır. Belə ki, kişi şortlarının qiyməti 5-10 manat arasında dəyişir. Qadın geyimlərinin qiyməti isə 15-25 manatdır. Uşaqlar üçün xilasedici hava şarları 3 manat, böyüklər üçün isə 5 manatdır. Topların qiyməti isə 1 manatdır.

Rusiyalı turistlər Bakını seçir

0

  Rusiyalı turistlərin seçimi

Bakı istiqamətində satılan biletlərin payı iki dəfə artıb.

Rusiyalı turistlər üçün ən populyar istiqamət avqust ayında da Antalya olacaq.

Turistlər

Söhbət zamanı “Tutu.ru” turizm servisinin ekspertləri bildiriblər.

Turistlər

İkinci və üçüncü pillələrdə Tel-Əviv və İstanbuldur. Dördüncü yerdə Moskva-Seul marşrutudur. İlk beşliyin sonuncu pilləsində Nyu-York qərarlaşıb.

Xarici ölkələr sistemi

Yaxın xarici ölkələr seqmentində ilk beşlikdə Kişnyov, Tbilisi, Bakı, Bişkek və Batumi yer alır. Uçuşun ortalama qiyməti 2016-cı ilin avqust ayında olan göstəricilərdən 10 faiz ucuzdur. Bakı istiqamətində satılan biletlərin payı iki dəfə artıb.

Azərbaycan

 

İyunda rusiyalı turistlər üçün populyar istiqamətlərin Burqas (Bolqarıstan), Antalya (Türkiyə), Soçi, Simferopol və Larnaka (Kipr) olduğu barədə məlumat yayılmışdı.

Azərbaycan miqrasiya üçün ən yaxşı ölkələrin – REYTİNQİNDƏ

0
Happy tourist sightseeing city with map

 Miqrantlar üçün ən yaxşı     ölkələr siyahısı

“Boston Globe” qəzetində “ABŞ miqrantlar üçün ən yaxşı ölkələr siyahısında yeddinci yerdədir” adlı məqalə dərc olunub.

Məqalədə miqrantlar üçün ən yaxşı və ən pis ölkələr barədə danışılır.

Turistlər

Tədqiqatda iqtisadi sabitlik, gəlirlərin bərabərliyi, əmək bazarı və biznes liderlərin açıqlamaları meyarlarına əsasən, 80 ölkə qiymətləndirilib. Müəlliflər həmçinin BMT və Dünya Bankının miqrasiyaya dair məlumatlarından istifadə ediblər.

İsveç

Miqrasiya üçün ən yaxşı ölkə İsveç hesab edilib.

İsveç

İlk onluğa həmçinin, Kanada, İsveçrə, Avstraliya, Almaniya, Norveç, ABŞ, Niderland, Finlandiya və Danimarka düşüb.

Rusiya siyahıda 24-cü, Ukrayna 31-ci, Belarus 38-ci, Qazaxıstan 46-cı, Latviya 56-cı, Azərbaycan isə 61-ci yerdə qərarlaşıb. Ermənistanın adı reytinqə daxil edilməyib.

Ən ucuz necə istirahət etmək olar?-Qiymətlər

0

         Ən ucuz istirahət

Yayın qızmarı, qorabişirən ay… Hamı bir neçə günlük də olsa, paytaxtın bürküsündən uzaqlaşmaq üçün fürsət axtarır. Əlbəttə ki, daha ucuz, daha səmərəli olmaq şərti ilə.

Gürcüstan

Bir çoxları Gürcüstanın istirahət üçün daha münasib olduğunu iddia edir. Səbəb – bir adam üçün qalmaq, yemək və s. xidmətlərin ucuz olmasıdır. Doğrudanmı, Gürcüstanda dincəlmək Azərbaycanın rayonları ilə müqayisədə ucuzdur?

Sizə nə lazımdır?

İstirahətə getmək qərarına gəlmisinizsə, əvvəlcə mütləq müəyyənləşdirməlisiniz: sizə nə lazımdır? Bakının istisindən uzaqlaşıb, tutaq ki, İsmayıllının səfalı meşəsində, çinarlığında sərinləmək, çayın həzin şırıltısını dinləyib gərginlikdən uzaqlaşmaq, gəzmək, görmək, yoxsa bir sərinlik tapıb yaxşıca yeyib-içmək, səhərdən axşama qədər kabab yemək?

Azərbaycan

Əgər qərara gəlmisinizsə ki, siz yeyib-içməyə yox, istirahət etməyə gedirsiniz, onda diqqətiniz bizdə olsun!

Ən ucuz istirahət imkanı

İstədiyiniz rayonu seçin: tutaq ki, İsmayıllıya getməyə qərar vermisiniz. Bu rayona Bakıdan cəmi 2,5-3 saatlıq yoldur – 173 km. Yol əziyyətinə (Batumiyə gedərkən təxminən 700-800 km-lik yol əvəzinə) qatlaşmırsınız, üstəlik, sərhəd keçmək və sərhəddə gözləmək lazım gəlmir.

İsmayıllı

 

Daha rahat olması üçün sedan tipli Bakı-İsmayıllı taksilərindən istifadə edə bilərsiniz. 8 manata siz İsmayıllıdasınız. Əgər 4 nəfərsinizsə və Bakıdan birbaşa İsmayıllı şəhəri ətrafında yerləşən seçdiyiniz məkana gedə bilərsiz.

Burda da seçim sizindir: əgər səhər yeməyi də daxil olmaqla, tanınmış, bütün xidmətləri olan, necə deyərlər, “Avropa standartlarına uyğun” məkan seçmək istəyirsinizsə, otelə 80, kotecə isə 60 manat verməlisiniz.

İsmayıllı

Bu koteci götürdünüzsə, təxminən 50 metr “radiusda” bütün xidmətlərdən pulsuz istifadə edə bilərsiniz. Manqal da təqdim edilir – nə istəsəniz, alın, özünüz hazırlayın.

Məsləhət görərdik ki, gedəndə özünüzlə kiçik samovar götürəsiniz – heç nəyə ehtiyacınız olmayacaq.

Bir az tənbəlsinizsə və yalnız gəzmək barədə düşünürsünüzsə, yenə problem yoxdur: səhər yeməyi – 4 manat, nahar və şam 6-7 manat, çay 2 manat, samovarla birlikdə çay 8 manatdır.

İsmayıllı

Başqa sözlə, sizin bir günlük qalmaq (7,5 manat) və 3 dəfə yemək xərciniz ümumilikdə təxminən 25 manata başa gəlir.

Biz bunlardan niyə istifadə edə bilmirik?

Bir neçə problem var:

1. Əvvəla, bu istirahət mərkəzlərinin böyük əksəriyyəti təbliğatın nə olduğunu bilmir. Onlar haqda məlumatı internetdən tapmaq mümkün deyil və təəssüf ki, bu, onların qazancına, bizim isə normal istirahətimizə təsir edir.

Azərbaycan

2. Bakıda oturub, hər şeyi internet və telefon üzərindən görmək istəyənlərə təklif edilən qiymətlər tamam fərqlidir. Və mənzərənin özü də qəribəliyi ilə seçilir. Məsələn, evini 60 manata təklif edən və heç bir halda bir qəpik də enməyən şəxslə söhbət əsnasında məlum oldu ki, adam mövsümün başladığı (1 maydan mövsüm başlayır) müddətdən indiyə qədər evini cəmi 3 günlük kirayə verə bilib.

Görünür, turizmin gəlişməsi, öz yurdumuzda daha ucuz və daha gözəl istirahət etməyimiz üçün həm də “şəhərlilərdən” asılı olan mədəniyyət məsələsi var…

ABŞ-a səfərlə bağlı viza qaydaları sadələşdirildi

0

Viza qaydalarının sadələşməsi

Azərbaycanda ABŞ-a viza almaq prosesi daha sadə olub. ABŞ-ın Azərbaycandakı səfirliyi konsulluqda müştəri xidmətlərini təkmilləşdirmişdir.

ABŞ

Viza prosesinin sürətlənməsi və ABŞ vizalarını yeniləmək məqsədilə təcrübəli ərizəçilər üçün Müsahibəsiz Güzəştli Viza Proqramını elan edib.

ABŞ

Bu barədə səfirliyə istinadən məlumat yayıb.

Azərbaycan

Bəlli olub ki, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Ərizəçilər

Azərbaycan

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsümunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər.

Əsrarəngiz Şri-Lanka

0
Şri-Lanka

Şri-Lanka

Elə bir insan göstərin ki, səyahət etməyi, dünyanın dörd bir yanını gəzməyi arzulamasın. Üstəlik, gedəcəyin ölkənin adət-ənənəsi, arxitekturası və ən əsası milli mətbəxi hər kəs üçün maraqlıdır. Bu məqamda bir növ bələdçiniz olmaq istədik.

Şri-Lanka

Buddanın vətəni hesab olunan Şri-Lanka o qədər gözəl və əsrarəngizdir ki, hər yeri bir anda gəzmək istəyirsən. Ratnapura — dünyanın və Şri-Lankanın ən qiymətli yeri sayılır. Burada orta əsrlərdə inşa olunmuş və hər tərəfi zümrüd, yaqut, ametis, topazla bəzədilmiş sarayın işartısı adamın gözlərini hələ şəhərə girmədən qamaşdırır. Ratnapurda turistlərə qiymətli daşların emal olunduğu zavodları gəzməyə də icazə verirlər.

Yağışlı meşə SİNHARACA, dəniz mələyinin uçduğu sualtı Unavatuna qayalıqları, Kral botanika bağı Şri-Lankanın varidatıdır.

Mətbəx

Milli mətbəxi

Yeməklərində daha çox balıqdan, göyərti və ədviyyatlardan istifadə olunur. Şri-Lanka mətbəxi acı sevənlər üçün əsl tapıntıdır. Bütün yeməklərin yanında sous verilir. Xardal, zəfəran, qırmızı və qara istiot qatılmış sousun dadına mütləq baxın. O, dəniz məhsullarından hazırlanan yeməklərlə də təqdim olunur. Ən dadlı yeməklərdən biri «umbalakada»dır. Kakos, kakos şirəsi və yağından hazırlanan bu yeməyin tərkibi və dadı qəribə olsa da xoşagələndir. Şri-Lankada ən bahalı yeməklər ilan, meymun, kərtənkələ, timsah və tısbağa ətindən bişirilir. Spirtli içkilər bütün marketlərdə satılır. Amma ay bədirlənəndə onları alıb içmək olmaz. Həmin gün restoranlarda içki tələb edənlər cəzalandırılır.

Unutma

Şri-Lanka

Turistlər ölkəyə özləri ilə 10 min dollardan artıq pul gətirə bilməzlər. Ölkədən aparmaq istədiyin hər hansısa bir əşyanın dəyəri 250 dollardan baha olmamalıdır.

Bitki, siqaret, cilalanmış dəyərli daşları çıxartmaq qadağandır. Buddanın qarşısında şəkil çəkdirmək ədəbsizlik sayılır. İnzibati binaların qarşısında şəkil çəkdirmək fikrinə düşmə. Bu istəyin sənə külli-miqdarda cəriməyə, hətta həbs cəzasına başa gələ bilər.

Kafe və restoranlara şortda girməyə icazə verilmir.

Əyləncəli turizm

0

ƏYLƏNCƏ Mi?

Latınca “Entertain” sözündən götürülən əyləncə sözünün mənası “tutmaq” deməkdir. Əyləncə əsasən boş vaxtın parçasıdır. Dünyada hər gün bir çox insanın boş vaxtı var.

İnsanlar bu zamanı aktiv keçirmək istəyirlər və çox vaxt əyləncə turizminə müraciət edirlər.
Əyləncə sənayesi XX əsrin əvvəllərindən etibarən meydana çıxmışdır. Onda əsas irəliləmə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1930-1940-cı illərdəki ekonomik böhranı, o zaman keçirdikləri qaranlıq günləri unutmaq üçün adamlar müxtəlif əyləncə vasitələrindən istifadə etmişlər. Son illərdə də əyləncə turizmi daha da inkişaf etmişdir. 
Əyləncə turizmi dedikdə: müxtəlif attraksionlara, tematik parklara, akvaparklara, məşhur teatrlara, sirklərə, kazinolara, barlara  getmək nəzərdə tutulur. Ayrıca karnavallara, festivallara, milli bayramlara getmək, tamaşaçı və ya azarkeş kimi idman yarışlarında iştirak etmək də, buna misal ola bilər.

Əyləncə turizmi

Disneyland 

Tematik parklara misal olaraq “Disneyland”i misal göstərmək olar. Dünyanın  ən məşhur əyləncə parklarından biri olan “Disneyland” ABŞ-in Kaliforniya ştatının Anahaym şəhərində 1955-ci il 17 iyun tarixində Uolt Disney tərəfindən açılmışdır. “The Walt Disney Company” şirkəti tərəfindən ilk “Disneyland”ın tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə çox gəlir gətirmişdir.Tikilən vaxtı 36 hektar ərazini əhatə  edirdi, attraksiyonların sayı 16-a, giriş bileti isə 1 dollara bərabər idi. İndi isə “Disneyland”ın müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq ərazini əhatə edir. “Disneyland” bütün yaşda olan insanlar üçün nəzərdə tutulan əyləncə parkıdır. Anahaym şəhərindəki “Disneyland”dan başqa, Florida ştatında “Disney-World”, Parisdə “Avro-Disneyland”, Honqkonkda “Disneyland” və sonda Tokiada “Tokio-Disneyland” fəaliyyət göstərir.

Disneyland
Ölkəmizdə əyləncə turizmi inkişaf etmişdir. Turizmin gələcəyə tutduğu işıq, onu bəsləyən yan qolları ilə daha da işıqlanır. Azərbaycanın bacasız sənayesi ən az öz aktivləri qədər sənayeləşən yan qolları ilə də böyük bir inkişaf göstərir. Destinasiya ziyarətlərində artıq tək söz sahibi təbiət, mədəniyyət, dəniz, qum, günəş kimi bilinən turizm modelləri deyil; bir şəhərin əyləncə anlayışı, həyat tərzi və ictimai quruluşu da eyni zamanda maraq doğurur. Buna ən gözəl nümunə, turizm destinasiyalarını ziyarət edən, keyfiyyətli yeməyi və əyləncəni sevən turist sayının gün keçdikcə artmasıdır. Bu inkişaf əsasən son dövrə aiddir.  Bu gün paytaxtımızda və rayonlarda bir çox əyləncə mərkəzləri var və yeniləri də tikilməkdədir. Azərbaycana gələn turistlər əyləncə mərkəzlərinə, gecə klublarına, karnavallara və s. maraq göstərirlər.
Azərbaycanda məşhur əyləncə mərkəzləri:
Xaçmaz rayonu Nabran qəsəbəsi –  Atlant, Palma, Green Village, Lotos İstirahət və Əyləncə mərkəzləri və s.
Qəbələ rayonu — Qəbələnd Əyləncə Mərkəzi
Bakı şəhəri–  Park Bulvar, Megafun, Metropark, Olimpik Star, Atrium, “Bakı Əyləncə mərkəzi”, «Baku Paintball Centre» “Bakı Kartinq və Əyləncə Mərkəzi” və s.
2013-cü ildə Azərbaycana əyləncə məqsədilə 705.2 min nəfər turist gəlmişdir, ölkədən gedən turistlərin sayı isə 1053,9 min nəfər olmuşdur.
Qəbəland

Tur qiymətləri-Go travel

0

Tur qiymətləri erkən rezervasiya

ANTALYA, KUŞADASI, MARMARİS, BODRUM, KEMER, BELEK, ÇEŞME, FETHİYE, ALANYA YAY TURLARININ ERKEN REZERVASİYASI FEVRAL AYININ 28-İ BİTİR. TƏLƏSİN TUR ALMAĞA, İNDİDƏN 30FAİZ ÖDƏMƏKLƏ YERLƏRİNİZİ BRON EDİN.

 – TUR QİYMƏTLƏRİNİ öyrənmək istəyirsiz?
 – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
 – Aşağıdakı linkə tıklayaraq söhbətə başlaya bilərsiniz.
https://api.whatsapp.com/send?phone=994506646030

? İlkin ödəniş 30 faiz ödəməklə qalan hissəni KREDİT ilə ödəmək şansındanda yararlana bilərsiniz.
 Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
____________________
Əlavə məlumat üçün:
+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30
?+994 70 664 60 30
? http://gotravel.az/
? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Kuşadasına sərfəli tur-Go Travel

0

  Kuşadasına Bakıdan  50%  endirimlə səyahət etmə     şansınız var

Azərbaycanda bahalı turizm bölgələri

0

    Bahalı turizm bölgələri

Azərbaycanlıların xaricdə istirahəti dedikdə, ilk ağla gələn ölkə Gürcüstandır. Qonşu ölkə həm infrastrukturu, həm təbiəti, həm dənizi, həm də xidmət qiymətləri baxımından azərbaycanlılar üçün əlverişli və əlçatan sayılır. Amma manatın 2015-ci ildə iki dəfə devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunur.

Gürcüstan

“Gürcüstanda qiymətlər bahalaşıb”

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bunun səbəblərini açıqlayıb. O bildirib ki, ilk növbədə buna səbəb ölkədaxili turizmin artan templə inkişaf etməsidir: “Digər tərəfdən, bizdəki qiymətlər sabit olaraq qalıb. Neftin ucuzlaşması və manatın devalvasiyasından sonra turizm sektorunda qiymət dəyişikliyi baş verməyib. Ən əsası isə Azərbaycan təhlükəsizlik məsələlərinə görə digər ölkələri üstələyir. Bu baxımdan, ölkəmiz daha stabil və daha sabitdir.  Hətta bura gələn qonaqlar da bu nüansı qeyd edirlər. Dördüncü amil əvvəlki illərlə müqayisədə Gürcüstanda xidmət qiymətlərinin bahalaşmasıdır”.

Azərbaycan

“Ən bahalı xidmət sahələri İsmayıllı, Qəbələ, Şəkidədir”

M.Ağakərimov bildirib ki, hazırda həm Azərbaycana gələn turistlərin sayında, həm də daxili turizmin çəkisində artım var: “Mən bunu praktikaya, öz müşahidələrimə əsaslanaraq bildirirəm. Kabinetdə verilən rəqəmlər isə çox vaxt yanlış ola bilir. Statistika bir rəqəm açıqlayır, nazirlik başqa rəqəm. Ona görə də mən rəqəmlərə inanmıram. Mən bu yaxınlarda şimal-qərb zonasında – Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ və Şəkidə oldum. Oradakı bütün hotellərlə maraqlandım, yeni açılan “Marxal” hotelində oldum. Ondan əvvəl isə Quba, Qusar, Xaçmaz zonasına səfər etdim. Həqiqətən də, turistlərin sayında artım var”.

Qəbələ

Ən ucuz məkanlar

O bildirib ki, xidmət qiymətlərinə görə ən ucuz məkanlar şimal-şərq (Quba, Qusar, Xaçmaz) zonasındadır. Sonrakı yeri cənub zonası – Masallı, Lənkəran, Lerik tutur. Ən yüksək qiymətlər şimal-qərbdə – Qəbələ, Şəkidədir. Bu da ərazidəki hotellərin çoxulduzlu və komfortlu olması ilə bağlıdır: “Turistlər arasında həm xaricilər, həm də yerlilər var. Xaricilər içərisində ərəblər, ruslar üstünlük təşkil edir. Hətta bu il Gürcüstandan Azərbaycana gələnlərin sayında artım müşahidə olunur.

Qusar

Rusiyadan gələn turistlərin sayı da ildən-ilə artır. Azərbaycandakı sabitlik və insanlarımızın qonaqpərvərliyi turistləri cəlb edir. Qonaqpərvərliyə görə dünyadakı beş-altı xalqdan biri bizik. Bu ənənə bizdə qədimdən qalıb ki, ən yaxşı yorğan-döşəyi, ən yaxşı yeməyi qonaqlar üçün saxlayırıq. Cəlbedicilik baxımından Azərbaycan mətbəxini xüsusi vurğulamaq istərdim”.