Ev Blog Səhifə 388

Azərbaycana gələn turistlər daha çox bu rayonlara səfər edirlər

0

  Bölglərdə turizmin inkişafı

Azərbaycanda paytaxtda, o cümlədən  bölgələrdə turizmin inkişafı istiqamətində müxtəlif tədbirlər keçirilir, treninqlər, təlimlər təşkil edilir. Hazırda yay fəslinin ən qaynar dövrünü yaşayırıq. Məlumdur ki, avqust turizm sahəsinin daha çox canlandığı aydır.

Turistlər

Yerli əhali ilə yanaşı, digər ölkələrdən Azərbaycana gələnlər dincəlmək üçün regionlara üz tuturlar.

Maraqlıdır, turistlər daha çox hansı bölgələrə üz tuturlar?

Şamaxı, İsmayıllı, Qəbələ, Şəki…

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov  turistlərin dincəlmək üçün daha çox şimal-qərb zonasına müraciət etdiklərini deyib: “Turistlər infrastruktru yüksək olan, daha yaxşı təşkil olunmuş, müxtəlif tipli hotelləri olan bölgələrə  üz tuturlar. Bunlardan da ən yaxşısı şimal-qərb zonasıdır.

Şamaxı

Bura Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, daha sonra Quba-Qusar zonası daxildir. Növbəti sıralarda isə cənub zonasını, yəni Lənkəran, Masallı, Leriki qeyd etmək olar. Əsasən, ərəb və rus millətindən olan turistlər ilk növbədə şimal və şimal-şərq zonalarına gedirlər. Arzu edərdim ki, onlar nəinki şimal-şərq, şimal-qərb, həm də cənub zonasına da çox üz tutsunlar.

İsmayıllı

Lerikdə “Relax”dan başqa yüksək səviyyəli hotellər də inşa edilsə, yaxşı olardı. Aldığımız məlumata görə, hazırda Lənkəranda bir neçə hotel tikilir. İnanırıq ki, bu hotellər də gələcəkdə turizm marşrutları sırasına salınacaq”.

Qəbələ

“Bölgələrdə turistlərə göstərilən xidmətlər istənilən səviyyədə deyil”

M.Ağakərimov bölgə turizminin  hazırkı səviyyəsindən də söz açıb: “Bölgə turizmi keçən illərə nisbətən daha çox inkişaf edib. Lakin  bununla yanaşı, biz eyni yerdə addımlamamalıyıq. Həmin bölgələrdə müxtəlif tipli hotellər, mehmanxana müəssisələri tikməli, qida kefiyyətinə nəzarət etməliyik. Bölgələrdə turistlərə göstərilən xidmətlər hələ də istənilən səviyyədə deyil.  Xidmət səviyyəsi ilə yanaşı, həmçinin qiymətlər müvafiq olarsa, Azərbaycan əhalisi də öz bölgələrimizdə istirahətə üstünlük verəcək. Bunun  üçün mütəxəssislər cəlb edilməlidir. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, sahibkarlar, müvafiq qurumlar  turizmə barmaqarası baxırlar. Əgər belə olmasaydı, bu söhbət uzun müddətdir, belə davam etməzdi. Radikal tədbirlər görülməlidir.

Şəki

Bölgələrdəki turizm səviyyəsi heç olmasa qardaş Türkiyədəki kimi olmalıdır.  Deməli, haradasa boşluq var və bu işi düzgün aparmırıq.

Hazırda regionlarda turizm peşə məktəbləri fəaliyyət göstərir. Deməli, onların da işi hələlik yüksək səviyyədə deyil. İsmayıllı, Qəbələ, Quba, Qusar, Şəkidə turizm üzrə kurslar keçirilir. Lakin istədiyimiz səviyyədə deyil. Ya müəllimlərin səviyyəsi, ya da proqramlar qeyri-qənaətbəxşdir”.

“İran Air” Azərbaycana qayıdır

0

    Tehran-Bakı aviareysləri

“İran Air” aviaşirkəti üçillik fasilədən sonra Tehran-Bakı aviareyslərini bərpa edir.

Bu barədə Trend-ə şirkətin İctimayyətlə Əlaqələr İdarəsinin nümayəndəsi məlumat verib.

İran

İranın Airbus 320 təyyarəsi Tehrannan Bakıya yola düşəcəyi bildirilib.

İran Air

Aviaşirkət rəsmisi qeyd edib ki, nəzərdə tutulmuş aviareys faktiki olaraq “İran Air” aviaşirkətinin Azərbaycana qayıdışı anlamına gəlir.

Azərbaycan

Onun sözlərinə görə, hal-hazırda həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı günləri) həyata keçiriləcək uçuşların cədvəli hazırlanır.

Azərbaycan

Qeyd edək ki, hər il iki ölkə arsında mühüm turist mübadiləsi baş verir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, Ölkəmizə gələn iranlı turistlərin sayı təqribən 340 min nəfər təşkil edir.

Bakıdan Şarm Əl-Şeyxə birbaşa aviareys açıla bilər

0

               Aviareys

Mədəniyyət və turizm naziri Əbülfəs QarayevAzərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyəti  Ə. Qarayev mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar olduğunu söyləyib:

Şarm Əl Şeyx

“Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilib, o cümlədən qarşılıqlı mədəniyyət günləri təşkil olunub. Bizim vətəndaşların Misir mədəniyyətinə xüsusi marağı var. İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər”.

Misirlə Azərbaycan arasındakı turizm

Şarm Əl Şeyx

Misirli qubernator Xalid Fuda qarşılıqlı turist səfərlərinin artırılması üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini vurğulayıb. Birbaşa hava əlaqəsinin Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlərinin sayı 19 faiz artıb

0

       Beynəlxalq  aeroport

2018-ci ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib.

Aeroport

Bu göstərici ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur.

Cari ilin yanvar ayı ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 129 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 37 min sərnişin düşüb ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur.

Beynəlxlaq reyslər

264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb.

Aeroport

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Aeroport

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu dörd ulduza layiq görülüb.

Aeroport

2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

Həyat səviyyəsinin ən yüksək olduğu on ölkə

0

Yaşayış üçün ən uyğun on  ölkə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı həyat səviyyəsinin ən yüksək olduğu ölkələrin adlarını açıqlayıb.

Gezmeli.Az xəbər verir ki, siyahıda ilk sıranı Norveç tutub. İkinci yerdə Avstraliya, üçüncü sırada isə Danimarka qərarlaşıb.

Həyat səviyyəsinin ən yüksək olduğu ölkələrin adlarını təqdim edirik:

– Norveç

– Avstraliya

– Danimarka

– İsveçrə

– Kanada

– İsveç

– Yeni Zellandiya

– Finlandiya

– ABŞ

– İslandiya

 

Sakinlərinə öz ərazilərində yaşaması üçün ödəniş edən 7 şəhər – FOTO

0

 Bu şəhərlər sakinlərə ödəniş                            edir.

Sakinlərinə öz ərazilərində yaşaması üçün ödəniş edən 7 şəhərin adı açıqlanıb. Bu şəhərlər öz sakinlərnə hər ay ödəniş edir.

Gezmeli.Az fraqment.az saytına istinadən həmin şəhərləri təqdim edir:

1. Detroyt, Miçiqan şt, ABŞ:

Detroyt

 

“Qərbin Parisi”, “Amerikanın avtomobil paytaxtı”  və s. bu kimi titul çələnglərini boşalmış Detroyt artıq 20-ci əsrin 2-ci yarısında itirmişdi. Lakin o naəlac olsa belə yenə də öz keçmiş ad-sanını bərpa etməyə çalışır. Bu məqsədlə də hökümət tərəfindən «Challenge Detroit» proqramı irəli sürülüb. Bu proqrama əsasən şəhərin ərazisində müxtəlif sferalarda çalışan peşəkar işçilərə 2 500 dollar təklif edilir.

2. Alyaska ştatı, ABŞ:

Alyaska ştatı

 

Əgər siz qışı, qarlı peysajları, sakit templi həyatı sevirsinizsə və özünüzü aşağı tempraturlu havada daha komfortlu hiss edirsinizsə onda Alyaskadakı həyatdan görünməmiş həzz ala bilərsiniz. Əhali sayının durmadan azalmasının qarşısını almaq üçün hökümət tərəfindən xüsusi fond yaradılıb.  Entuizmlə dolu olan və həmin bölgənin daxilində peşəkar işlərlə məşğul olmağa hazır olan hər kəs dəvətlidir. Bircə tələb olunan Alyaskada bircə il yaşamaqdır.

3. Saskaçevan əyaləti, Kanada:

Kanada

Bu Kanada əyaləti hələ də kariyera və həyat yolunu dəqiqləşdirməmiş məzunlar üçün (2010-cu ildən əvvəl olmayaraq) əla təklif edir. Gənc insanlara bu əyalətdə 7 il ərzində yaşamaları və işləmələri üçün 20 000 dollar təklif edilir.

4. Niaqara şəlaləsi, Nyu-York ştatı, ABŞ:

Niaqara

 

Sadəcə olaraq qeyri-real görünəcək daha bir təklif- planetin ən gözəl və nəfəslər kəsən yerində yaşayasan və buna görə də pul alasan.Hökümət üniversitet məzunlarına həmin ərazidə 2 il ərzində yerli təşkilatlarda işləmələrinə görə 7 000 dollar pul ayırır.

5. Ponqa, Asturiya, İspaniya:

Ponqa

İspaniyanın şimal-şərqində qoruq ərazilərində yerləşən kənd ölkənin ən qədim yerlərindən sayılır. Gənc nəsli bura cəlb etmək və yerli iqtisadiyyatı gücləndirmək üçün hökümət hər ailəyə 3 000 dollar pul vəsaiti təqdim edir.Buna əlavə olaraq hər doğulan uşağa görə də 3 000 dollar ödəniş olunur.

6. Utrext, Hollandiya:

Hollandiya

 

Hollandiya bütün dünyaya humanitar elmlərin və sosial eksperimentlərin dərin araşdırılması ilə məhşurdur. Bunlardan birinə misal gətirə bilərik- hər sakinə 1 000 dollarlıq maliyə yardımı etsək bu onların həyatında özünü necə əks etdirəcək?- Sadəcə olaraq eksperiment.

7. Kertis, Nebraska şt, ABŞ:

Kertis

Yəqinki hər birimiz ömründə bircə dəfə olsa “şəhər hakimiyyəti görəsən mənim üçün yaxşı nə edə bilər?” deyə sual verib özünə. Kertisdə bu daha real səslənir. Bu balaca amerikan şəhərciyi yerli infrastrukturun və mədəniyyətin inkişafı üçün istənilən faydalı məumat verən adama əvəzində ev tikməsi üçün torpaq təklif edir.

 

Fotolarının çəkilməsinin qadağan olunduğu-İsveçrə kəndi

0

Foto ❌

Dünyanın ən gözəl ölkələrindən biri hesab edilən İsveçrənin kəndlərinin birində turistlərə foto çəkmək qadağan edilib. Söhbət təbiət gözəllikləri ilə insanı heyran edən Berqyün kəndindən gedir. Kənd admnistrasiyası bura gələnlərə yaşayış məntəqəsinin fotolarını çəkməyi qadağan edib. Səbəb buraların olduqca gözəl olmasıdır.
Berqyün

Ölkənin şərqində, hündür dağlı ərazidə yerləşən kəndin rəhbərləri bu qadağanı səsverməyə də çıxarıblar.

“Elmi cəhətdən sübut edilib ki, tətildən olan və sosial şəbəkələrə yerləşdirilən gözəl fotolar onlara baxan insanları bədbinləşdirir. Çünki bu yerləri hamı gedib, görə bilmir” – deyə, turizm ofisinin açıqlamasında deyilir.

Yaşayış məntəqəsinin meri Piter Nikolay gözəllikləri öz gözləri ilə görmək üçün turistləri Berqyüna səyahət etməyə dəvət edib.Artıq turizm üzrə kənd ofisi də fotoları sayt və sosial şəbəkələrdəki səhifələrindən silib. Bundan sonra kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.

Səyahət üçün – Ən maraqlı ölkə

0

Ən maraqlı ölkə – Transilvaniya

“SİRLƏRLƏ DOLU SƏYAHƏT – DRAKULANIN VƏTƏNİ, VAMPİRLƏR DİYARI TRANSİLVANİYA”

Lonely Planet” bələdçi nəşri “Best in Travel” bölməsində planetin ən görməli yerinin hara olması ilə bağlı sorğu keçirib. Səyahət üçün ən maraqlı yer Drakulanın məskəni sayılan Rumıniyanın Transilvaniya bölgəsi seçilib.

Transilvaniyanın paytaxtı Braşov şəhəridir. Yazıçı Abraham Stokerin “Drakula” əsərini oxuyan yəqin ki, Transilvaniya haqqında bilir. Əfsanəyə görə, bura vəhşi, təhlükəli və qaniçən vampirlərlə dolu olan bir yerdir.

Transilvaniya

Transilvaniya dəhşət filmlərini sevənlər üçün əsl tapıntı olacaq. Deyilənə görə, burada əsl vampir yaşayır. O, gündüzlər cansız bədən olur, gecələr isə küçələrə çıxır, insanların qanını içir. Məhz elə bu əfsanə də Transilvaniyanı dünyanın ən çox maraq doğuran yerlərindən birinə çevirib. İndi Transilvaniyada bu vampirləri özünə qəhrəman seçən adamlar da var. Onlar gecələr günahsız insanları öldürürlər. Transilvaniyalılar həmişə inanıblar ki, ruh insan ölmədən də bədəndən çıxıb, quş kimi uça, səyahət edə bilər.

Transilvaniya

Nəşrin məlumatına görə, Transilvaniya gələn il səyahətçilərin daha çox ziyarət edəcəyi əsas məkanlardan biri olacaq. Həmçinin Yeni Zelandiyanın Vayheke adası, İslandiyanın şimalında yerləşən buzlaqlar, Havay adaları da siyahının ilk onluğunda yer alıb.

Turizm biznesi peşəkarları bir arada-Foto

0

Peşəkarlar bir arada

Turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçirilib.

Tədbirdən

Tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdaşlarıdır. “Workshop”un iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperatorlar və turizm ofislərinin nümayəndələridir. “B2B Luxury & MICE Workshop” layihəsi çərçivəsində fevralın 13-də Almatıda “workshop”lar keçirilib, 17-də isə Tbilisidə keçiriləcək.

Turizm biznesi peşəkarları bir arada

Bu il ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya çıxış edib. “Workshop”un açılışında bu ölkənin turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirib, turizm istiqaməti olaraq ölkənin unikal cəhətləri haqda söhbət açıb, habelə “Turkish Airlines” hava yolları şirkəti Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edib.

Tədbirdən

Təkərli beşulduzlu otel – FOTO

0

        Beşulduzlu otel

Yaponiyada bileti üç mindən 10 min dollara qədər olan qatar işə düşüb. Yüksək qiymətlər dəbdəbədən zövq almaq istəyənləri qorxutmayıb. 2018-ci ilin yazına qədər biletlər alınıb.

Gezmeli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, “Suite Shiki-Shima” (“İlin dörd fəsli”) adını alan qatar Tokio və Hokkaydo adası arasında hərəkət edəcək.

Otel

Foto: The Yomiuri Shimbun / AP / East News
“Suite Shiki-Shima” qatarı jurnalistlərə 2017-ci ilin martında təqdim edilib, mayın əvvəlində isə ilk səyahətinə çıxıb. Bir nəfər üçün dördgünlük səfərin qiyməti 500 mindən 1,05 milyon iyenə başa gəlir.

otel

Foto: The Yomiuri Shimbun / AP / East News
Dünyanın ən dəbdəbəli qatarı Tokio və Hokkaydo arasında mayın 1-dən hərəkət etməyə başlayıb.

otel

Foto: The Asahi Shimbun / Getty Images
Dördgünlük səfər zamanı sərnişinlər gözəl mənzərələr, kiçik kəndlərin görünüşündən zövq ala biləcəklər.

otel

Foto: The Asahi Shimbun / Getty Images
Qatarda elit hotellərin nömrələrini xatırladan 17 lüks nömrə var. Onlardan ən bahalısı ikimərtəbəlidir, burada yataq, qonaq və hamam otağı mövcuddur.

otel

Foto: The Asahi Shimbun / Getty Images
Vaqon-restoranda yapon aşpazları səyahətçilər üçün gözəl yeməklər hazırlayırlar.

otel

Foto: The Asahi Shimbun / Getty Images
Bəzi otaqlarda istirahətdən başqa, meşə, çəmən və ətraf kəndlərin gözəlliyindən zövq alaraq işləmək də mümkündür.

otel

Foto: The Asahi Shimbun / Getty Images
Restoranın menyusu VİP-səyahətçilər üçün xüsusi olaraq hazırlanıb və regionun ən yaxşı kulinar ənənələrini əks etdirir.

Foto: The Asahi Shimbun / Getty Images
“Suite Shiki-Shima” qatarının sərnişinləri yalnız gözəl yol mənzərələrində deyil, eləcə də canlı musiqidən həzz ala bilərlər.

otel

Foto: The Asahi Shimbun / Getty Images
Möcüzəvi qatarın xarici görünüşünü “Porsche”, “Ferrari” və “Maserati” ilə çalışan məşhur dizayner Ken Kiyuki Okuyama yaradıb.

otel

Foto: The Asahi Shimbun / Getty Images
Burada istirahət etməkdən başqa, həm də hinoki ağacından hazırlanmış ənənəvi yapon vannasında çimmək mümkündür.

otel

Restoranda masa son dəb ilə hazırlanıb, gülərüz personal isə sizə xidmət göstərmək üçün hazırdır.