Ev Blog Səhifə 389

Qısa zamanda varlanmaq üçün – ƏN İDEAL ÖLKƏLƏR

0

Varlanmaq üçün ideal ölkələr

Az sərmayə ilə iş qurmağı kim istəməz? Yeni qurmaq istəyənlər üçün bu sual həmişə düşündürücüdür.

Gezmeli.Az Publika.Az-a istinadən, BAV Konsaltinq şirkəti tərəfindən hazırlanan ən az sərmayə ilə yaxşı iş qura biləcəyiniz ölkələrin siyahısını təqdim edir.

çin

Çində yeni iş qurmaq 30 gün çəkə bilər. Çin hökuməti işinizi böyütməyiniz üçün sizə 5 illik biznes plan təqdim edir.

Kanadada iş qurmaq üçün sizə 2 gün lazımdır. İki ildə isə işinizi möhkəmləndirəcəyinizə 75 faiz zəmanət verilir.

Kanada

İşinizi Filippində qurmaq istəsəniz 29 gün vaxt lazımdır.

Malayziyada isə 4 günə artıq iş adamı ola bilərsiniz. Sənədlərin qeydiyyatı isə onlayn həyata keçirilir.

Malayziya

Tailandda isə 28 günə iş qura bilərsiniz. Bunun üçün lazım olan sərmayə adambaşına düşən gəlirin 6.4 faizinə bərabərdir.

Pulsuz mənzil paylayan ölkələr – SİYAHI + ŞƏRTLƏR

0

         Pulsuz mənzillərə sahib                     olmağın yolları

Xarici ölkədə mənzil sahibi olmağı hamı arzulasa da çox az adam buna nail ola bilir. Lakin elə ölkələr var ki, burada mənzili faktiki olaraq pulsuz əldə etmək olar.

Pulsuz və güzəştli mənzillərin verildiyi ölkələri və şərtləri təqdim edir.

İtaliya

İtaliyada Milan və ya Romaya gedib pulsuz mənzil almaq çətin ki, alınsın. Amma Qanci şəhərində – Siciliyadakı kiçik italyan icmasında bu mümkündür. Buradakı həyat İtaliyanın iri şəhərlərindən kökündən fərqlənir, regionun sahəsi cəmi 127 kvadrat kilometr, əhalisi cəmi 7500 nəfərdir.

 

Əhalinin azalması problemi ilə üzləşən yerli hakimiyyət, şəhərdəki evləri pulsuz paylamağa hazırdır. Bir şərtlə ki, yeni sahibləri bu mənzilləri hotellərə çevirsinlər.

İtaliya

Şəhərdəki evlərin böyük hissəsi korlanmağa başlayıb, ona görə də hökumət tələb qoyub ki, evlərin yeni sahibləri bir il ərzində onların yenidən qurulması planını təqdim etməli, 3 il ərzində isə təmiri başa vurmalıdırlar.

Nəticədə tamamilə dağılmış evi pulsuz, ciddi təmirə ehtiyacı olmayan evi isə cəmi 100 dollar ödəməklə almaq olar.

 

Yeri gəlmişkən, İtaliyada təkcə mənzilə deyil, bütöv qəsrə də pulsuz sahib olmaq mümkündür. Hökumətin turizm planının əsas istiqamətlərindən biri ölkəyə gələn turistləri Venesiya və başqa mərkəzi şəhərlərdən ölkənin digər ərazilərinə yönəltməkdir. Nəticədə arzulayanlar İtaliya ərazisində 103 qədim qəsr və evlərə sahib ola bilərlər.

İtaliya

Bir şərtlə ki, qəsrlərin yeni sahibləri onların yenidən qurularaq turizm obyektinə çevrilməsinin planını təqdim etsinlər.  Bu qəsrləri hotelə, restorana və ya turistləri cəlb edəcək istənilən obyektə çevirmək lazımdır.

Hökumət ümid edir ki, bu proqram regionlarda turizmin inkişafına təsir edəcək. Obyektlərin yeni sahibləri onlar üzərində 9 illik mülkiyyət hüququ qazanacaq və istəsə bu müddəti yenidən uzada biləcək. Daha maraqlı ideyalar verən şəxslər qəsrlərə 50 il sahiblik edəcəklər.

Fransa

Fransanın Rube icmasında “1 avroya ev” aksiyası keçirilir. Bu – Belçika ilə sərhəddə, Lill şəhərindən 11 kilometr məsafədə yerləşən kiçik şəhərdir. 95 min əhalisi olan Rube şəhəri Paris, Bordo və ya Tuluza kimi gözəl deyil (ən çox da ona görə ki, bu şəhər İkinci Dünya Müharibəsində bombardmanlara ən çox məruz qalan şəhərdir, üstəlik, son illər şəhərdə sənaye geriləyir).

Fransa

 

Amma deyəsən, bu hal müvəqqətidir – məhz vəziyyəti düzəltmək üçün şəhər rəhbərliyi boş evləri pulsuz satmağı qərara alıb. Onlar bu addımla şəhərin atılmış və boş qalan rayonlarını canlandırmaq istəyirlər. Təmir işlərini yeni sahib öz pulu ilə aparmalıdır, digər şərt isə ondan ibarətdir ki, bu qayda ilə alınan evləri 5 il satmaq olmaz.

Böyük Britaniya

Britaniyada cəmi 1 funt sterlinqə də məskunlaşmaq mümkündür. Belə böyük səxavətin səbəbi odur ki, ölkədə 100 minlərlə ev boş qalıb. Empty Homes (Boş Evlər) təşkilatının rəhbəri Mark Heminqueyin sözlərinə görə, ölkədə 600 min ev boşdur. Ona görə də, kimsə həmin evlərə yeni həyat bəxş etmək istəsə (eləcə də, onların xarici görünüşünü qaydaya salsa) yerli hökumət buna yalnız şad olacaq.

Böyük Britaniya

Pulsuz evləri məsələn Liverpulda almaq olar. Amma bəzi şərtlər var. Bu ev onu alan şəxsin ilk daşınmaz əmlakı olmalıdır. Yəni onu alan şəxsin indiyədək başqa evi olmamalıdır. Bundan başqa, pulsuz evə yalnız Britaniyada yaşamaq və ya işləmək icazəsi olanlar iddia edə bilər.

 

Evləri paylayanda isə uşaqları olanlara, kredit tarixçəsi yaxşı olanlara, eləcə də evin təmiri üçün imkanı olanlara üstünlük veriləcək. Çünki istənilən halda evlərə əl gəzdirmək tələb olunur. Bəzi evlərdə santexnika və elektrik avadanlıqları yoxdur. Nəticədə bəzi evlərin yenidən qurulması xərci 60 min funta kimi arta bilər, amma bu məbləğ Britaniyada əmlakların satış qiyməti ilə müqayisədə qat-qat aşağıdır.

Oxşar təklifləri Kobricdə də tapmaq olar. Amma 1 funta ev alanlar, gələcəkdə 30 minə qədər pul ödəməli olacaqlar. Bu vəsait evin təmirinə sərf edilməlidir.

Pitkern adası, Britaniya

Kimsəsiz, uzaq adada yaşamaq istəyənlər öz arzularını Böyük Britaniyanın Pitkern adasına getməklə reallaşdıra bilərlər. Vulkanik mənşəli 5 adadan yalnız biri məskunlaşıb. Cəmi 49 nəfərin yaşadığı adanın sahəsi 40 kvadrat kilometrdir. Pitkern adasına turist marağının az olması hökuməti belə plan qurmağa vadar edib.

Britaniya

 

Plana görə, miqrantlar adada pulsuz torpaq ala bilərlər – bir şərtlə ki, burada ev tikib turistlərə icarəyə versinlər. Adada səyahətçilər çox olmadığına görə, ev sahibi ilin böyük hissəsini öz evində rahat yaşaya bilər. Adada elektrik, yüksək sürətli internet, mağaza, kitabxana, tibbi mərkəz, hətta məktəbəqədər uşaqlar üçün pulsuz bağça var.

Məvacibin yüksək olduğu şəhərlər – FОТО

0

      Maaşların yüksək olduğu ölkələr

Almaniyanın maliyyə nəhəngi “Deutsche Bank” dünyada insanların ən yüksək əməkhaqqı ilə çalışdığı şəhərlərin siyahısını müəyyən edib.

Gezmeli.Az AzNews.az-a istinadən xəbər verir ki, siyahının zirvəsində İsveçrənin Sürix şəhəri qərarlaşıb. Burada aylıq əməkhaqqı bəzən 5 min 876 dollar təşkil edir.

Ən çox maaş verilən şəhərlərin siyahısı aşağıdakı kimidir:

1. Sürix, İsveçrə – 5876 dollar

İsveçrə

2. San Fransisko, ABŞ – 4817 dollar

San Fransisko

3. Boston, ABŞ – 4322 dollar

Bostan

4. Nyu-York, ABŞ – 4304 dollar

Nyu-York

5. Çikaqo, ABŞ – 3622 dollar

çikaqo

6. Sidney, Avstraliya – 3451 dollar

Sidney

7. Melburn, Avstraliya – 3344 dollar

Melburn

İlk ayda 305 min sərnişin – Statistika

0

305 min sərnişin

İlin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 19 faiz daha çox sərnişinə xidmət göstərib.

2018-ci ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur.

Təyyarə

Cari ilin yanvar ayı ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 129 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 37 min sərnişin düşüb ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur.

264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb.

Turistlər

Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçub.

“B2B Luxury & MICE Workshop”adlı ənənəvi tədbir keçiriləcək

0

İllik tədbir keçiriləcək

Fevralın 15-də saat 09:30-da  “JW Marriott Absheron” hotelində turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçiriləcək.

Tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaq. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan  aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından  olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaq. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda  Qazaxıstanda (Almatı)  və 17 fevralda Gürcüstanda (Tbilisi)  vorkşoplar keçiriləcək.

Bu il  ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya  çıxış edir. Vorkşopun açılışında bu ölkənin Turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cahətləri haqda söhbət açacaq, habelə Turkish Airlines hava yolları şirkətindən olan onların həmkarları 2016-cı ildə Avropanın Yaşıl paytaxtı adını qazanan Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər. Bu il vorkşopda iştirak etmək məqsədilə Sloveniyanın habelə Grand Hotel Sava Rogaška, LifeClass Portorož otellərilə yanaşı, gəlmə turizm üzrə ixtisalaşan Palma DMC və Renee Tours şirkətlərinin nümayəndələri Azərbaycanı ziyarət ediblər.

Bu il ilk dəfə olaraq  B2B Luxury & MICE Workshop-da Monakonun turizm üzrə Ofisi, Lüks dərəcəli Italian Hospitality Collection birliyinin otelləri, Paris şəhərinin hava limanı, habelə Avropanın bir sıra gəlmə turizm şirkəti iştirak edir. Vorkşopun digər iştirakçıları olan Belmond, Grecotel, Relais & Chateaux kimi dünya şöhrətli otel qrupları Azərbaycan turizm bazarını bizneslərinin inkişafı baxımından çox önəmli saydıqlarına görə Bakını əvvəllər də ziyarət ediblər.

Tədbir haqqında ətraflı məlumat və xarici iştirakçıların tam siyahısı ilə www.B2Btravelworkshop.com saytında və yaxud Facebook səhifəsində tanış olmaq olar.

Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı-Fotolar

0

Təqdimat mərasimindən…

Litvanın paytaxtı Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Litvadakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, xarici ölkələrin Litvada yerləşən səfirliklərinin, yerli turizm şirkətləri və bir sıra digər təşkilatların nümayəndələri iştirak edib.

Təqdimat mərasimi

Mərasimdə Qəbələ rayonun müasir həyatı, tarixi abidələri və rayonun turizm potensialından bəhs edən videoçarx nümayib olunub. Həmçinin tətbiqi sənət sərgisi, milli mətbəx nümunələri nümayiş olunub.

Təqdimat mərasimi

Tədbirdə bir sıra Azərbaycan bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Əmirovun əsərləri, eləcə də xalq mahnıları səslənirilib.

Təqdimat mərasimi

Neft Daşları dünyanın ən qeyri-adi şəhərlərinin reytinqində

0

    Neft daşları reytinqdə

Macəra axtaran və adi turizm obyektlərindən bezən turistlər üçün dünyanın ən qeyri-adi dörd şəhərinin reytinqi tərtib olunub. Maraqlıdır ki, Azərbaycandakı Neft Daşları bu dörd nadir şəhərdən biridir.

Virtualaz.org-a istinadən xəbər verir ki, qeyri-adi şəhərlərdən birincisi Çində tikilmiş “saxta şəhər”dir. Bu şəhər Avstriyanın Hallştadt şəhərinin birə bir təkrarıdır. Bununla belə, Çindəki “saxta şəhər”də 1 kvadrat metrin qiyməti Avstriyadakı orijinaldakından bahadır.

Uittier

Daha bir qeyri-adi məkan Alyaskadakı Uittier dam-şəhəridir. Maraqlıdır ki, bu şəhərdə yaşayan bütün əhali – vur-tut 220 nəfər eyni dam altında – 14 mərtəbəli binada yaşayır. Əhalinin azlığına baxmayaraq, şəhərdə mağazalar, poliklinika, camaşırxana, polis məntəqəsi və kilsə fəaliyyət göstərir.

Neft daşları

Siyahıda üçüncü Bakının yaxınlığında yerləşən Neft Daşlarıdır. Mənbə yazır ki, bu şəhər Xəzər dənizində dəmir estakadaların üzərində qurulub. Əvvəllər şəhərin əsasını yeddi ədəd köhnə gəmi təşkil edib. Sonradan – ötən əsrin 70-ci illərində burada 5 və hətta 9 mərtəbəli binalar tikilib. Şəhərin əhalisini təşkil edən 2 min nəfər burada daimi yaşamır – növbəli qaydada işləməyə gələrək, ilin bir neçə ayını Neft Daşlarında keçirirlər.

Bodaqes

İspaniyadakı Setenil-de-las-Bodeqas şəhəri bazalt qayaya qaynayıb qarışmış evlərdən ibarətdir. Bu evlər sıldırım qaya ilə birləşmiş şəkildədir. Şəhərə gələn turistlər burada qayaların uçmasından ehtiyatlansalar da, 800 illik tarixi ərzində bu şəhərdə bircə dəfə də olsa uçqun baş verməyib.

 

Azərbaycanlı gəncdən möhtəşəm təyyarə layihəsi – VİDEO + FOTO

0

        Möhtəşəm təyyarə

Azərbaycanlı gənclər hava nəqliyyatı və alternativ enerji sahəsində möhtəşəm layihə hazırlayıblar.

Press-relizdə bildirilir ki, “VİP Aircraft” adı verilən təyyarə layihəsi dünyada bir ilkdir.

Tural İsmayılzadə

Layihə gənc ixtiraçı Tural İsmayılzadənin təşəbbüskarlığı və rəhbərliyi ilə onun elmi araşdırmaları əsasında hazırlanıb.

VİP təyyarəni öz sinfində fərqli və üstün edə biləcək bir çox cəhətləri var.

Tural İsmayılzadə

45,890 metr uzunluğa və qanadlarla birgə 50,800 metr enə sahib olan təyyarə daxildən lyuks bir restorandır. Hazırlanan 6 komplektasiyalı mühərrik sistemi ilə gənclər təyyarəni səsdən ən azı 2 dəfə sürətli etməyi hədəfləyirlər.

təyyarə

8 komplektasiyalı enerji depolama sistemi ilə təyyarə hərəkət zamanı hava, səs, su, günəş enerjisi, təziq və orqanik elementlərdən müxtəlif mühərriklər vasitəsi ilə enerji əldə edəcək. Bu təyyarələrin uçuş zamanı yanacaq sərfiyyatını tamami ilə aradan qaldıracaq.

təyyarə

Bundan əlavə olaraq gənc ixtiraçı bütün təyyarədə olan ən böyük problemlərindən birini həll etməyi hədəfləyir. Təyyarə qəzalarının 2 böyük hissəsi onun sürət itirərək yerə çırpılması və bununla başlayan güclü yanğınlardır. Təklif olunan layihə tətbiq olunarsa təyyarə sürət itirdikdən sonra uzun müddət havada “asılı” qalaraq sabit duruşa keçəcək və yerə qəzasız enə biləcək. Bu qəza uçuş zolağından yeni qalxmaqda və ya eniş etməkdə olan təyyarələrdə baş verərsə, yanğının önünü alacaq xüsusi mexanizm işə düşəcək.

Təyyarə

Layihənin hazırlanmasında əsas məqsəd səyahət zamanı vaxt və yanacaq kimi bir çox sərfiyyatları aradan qaldırmaq, ekoloji mühitin, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına nail olmaqdır. Layihənin həyata keçməsi üçün 15 ilə 50 milyon Dollar civarında investisiya yatırımına ehtiyac var. Bununla bağlı gənc ixtiraçı artıq yerli və xarici şirkətlərə, sərmayəçilərə müraciət göndərib.

Tural İsmayılzadənin ən böyük arzusu gələcəkdə əldə edəcəyi vəsaitlə Avrasiya Sənaye İstehsalatı üzrə Alimlər Birliyinin yaradılması, istedadlı gəncləri və mütəxəssisləri ətrafında toplamaqdır.

Böyük Britaniyanın yaşamaq üçün ən sərfəli şəhərləri – SİYAHI

0

   Yaşamaq üçün ən sərfəli                          şəhərlər

Böyük Britaniyada həyat şəraiti tək yaşamağa imkan verən şəhərlərin reytinqi açıqlanıb.

Böyük Britaniya

Gezmeli.az “İndependent”ə istinadən məlumat verir ki, siyahıda sonuncu yerdə İngiltərənin paytaxtı London şəhəridir. Bunun səbəbi isə şəhərdə qiymətlərin çox baha olmasıdır.

London

Reytinq siyahısı bir nəfərin şəhərdə yaşama xərcləri və sakinlərin əhalisinin əsasən 20-30 yaşlarında olması əsas götürülüb.

Siyahını tam şəkildə təqdim edirik:

1. Belfast — 67.15%.
2. Liverpul — 66.42%.
3. Sauthempton — 64.96%.
4. Birmingem — 64.23%.
5. Nyukasl — 64.23%.

6. Kardiff — 63.5%.
7. Nottingem — 63.5%.
8. Hall — 59.12%.
9. Mançester — 57.66%.
10. Qlazqo — 56.2%.
11. Ridinq — 53.28%.
12. Norviç — 52.55%.
13. Çester — 51.09%.
14. Edinburq — 48.91%.
15. Şeffild — 48.91%.
16. Lids — 47.45%.
17. Bristol — 47.45%.
18. Kembric — 45.99%.
19. Oksford — 45.26%.
20. Brayton — 43.07%.
21. York — 40.15%.
22. London — 29.2%.

Dağıstanın incisi – Axtı – FOTO

0

    Dağıstan gözəlliyi-Axtı

Çoxlu səfalı, axar-baxarlı kəndləri olan Dağıstanda təkcə Rusiyadan deyil, Azərbaycandan da insanları cəlb edən bir kənd var. Bu, şəfaverici qaynar bulaqları ilə məşhur olan Axtı kəndidir. Azərbaycanla sərhədin yaxınlığında yerləşən Axtı ölkəmizin şimal bölgələrinin sakinləri arasında xüsusilə populyardır. Bura müalicə olunmağa gələn turistlər dağ mənzərələrinin möhtəşəmliyinə,  yerli sakinlərin hədsiz qonaqpərvərliyinə valeh olurlar.

Dağıstan

 

 

 

 

 

 

Dağlarda şəfa ocağı

Axtı rayonunun inzibati mərkəzi – Axtı kəndi Azərbaycanla sərhədin cəmi 35 kilometrliyində, Axtıçay və Samur çaylarının qovuşduğu yerdə, dəniz səviyyəsindən min metrdən çox yüksəkdə, mənzərəli dağ zirvələrinin əhatəsində yerləşir. Təqribən 15 min əhalisi olan bu ləzgi kəndi Dağıstanın əsas mədəniyyət və turizm mərkəzlərindən biri hesab edilir.

Axtı əsrlər boyu şəfalı qaynar bulaqları ilə şöhrət qazanıb. Tarixi sənədlərdə bu bulaqlar barədə ilk məlumat eramızın VI əsrinə aiddir. Axtı bulaqları 1400-1700 metr dərinlikdən dağların şist laylarını yararaq böyük təzyiq altında səthə çıxır. Bu suların tərkibi hələ çar Rusiyası dövründə tədqiq edilib və bir sıra xəstəliklərin müalicəsində çox səmərəli olduğu təsdiq edilib. Bulaqların yerində dəfələrlə hamamlar tikilib, yenidən qurulub.

Dağıstan

“Axtı” balneoloji kurortu hazırda ümumi ərazidə yerləşən 14 hidrogen sulfitli, yodlu-bromlu və radonlu bulağı əhatə edir. Bu bulaqlar şərti olaraq “Hamam” adlanan yuxarı və “Jeni” adlanan aşağı hamamlara bölünür. Temperaturu 50-52 dərəcə olan ən qaynar sular yuxarı hamamları təchiz edən “əsgər”, “zabit”, “kişi”, “qadın” adlanan bulaqlarındır. Yuxarıdakı bulaqların bir kilometrliyində yerləşən “Jeni” bulaqlarında suyun temperaturu 43 dərəcə civarındadır. Məsələn, “Буругъ Яд” bulağının hidrokarbonat-xlorid-natriumlu suyu mineral tərkibinə görə Yessentukidəki duzlu-qələvili sulara yaxındır.

Dağıstan

Qaynar Axtı bulaqlarının suları oynaq revmatizminin və radikulitin müalicəsi üçün vanna şəklində, yüksək turşuluqlu qastritlərin, mədə xorasının, onikibarmaq bağırsaq və bir çox digər xəstəliklərin müalicəsində daxilə qəbul şəklində əvəzolunmazıdır. Hidrogen sulfid dəri və tənəffüs yolları vasitəsilə orqanizmə fəal daxil olur. Mineral vannalar onurğa, sinir və ürək-damar sistemləri xəstəliklərinin müalicəsində də səmərəlidir.

Dağıstan

Axtıda sərin sulu bulaqlar da var. Məsələn, onlardan biri Axtıdan kimsəsiz Kudçax kəndinə gedən yolda yerləşir. Bulağın suyu ( 27,5 dərəcə) maqneziumla zəngindir. Axtı qalasının qarşısında suyunun temperaturu 32,7 dərəcə olan sodalı bulaq yerləşir. Onun suyunu mədə-bağırsaq traktı, qaraciyər, öd yolları xəstəliklərində və maddələr mübadiləsinin pozulması zamanı içmək tövsiyə olunur. Bu suda çimmək qan dövranını yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, yuxunu və iştahanı yaxşılaşdırır.

Dağıstan

Kurortun daimi müsafirlərindən biri, bakılı tibb bacısı Elmira Əliyeva isə deyir ki, Axtıda müalicənin çox güclü səmərə verməsini yalnız suyun tərkibi və ya müalicəvi palçıqla bağlamaq olmaz. Bu diyarın qeyri-adi havası, büllur kimi suyu və ekoloji təmiz məhsulları var. Məhz bu faktorların hamısının birləşməsi pasiyentlərin qısa müddətdə şəfa tapmasına kömək edir, haqlı olaraq Axtıya beynəlxalq səviyyəli müalicəxana şöhrəti qazandırır.

Ləzgi pəhləvan və Afrika dəvəquşuları

Turistlər Axtıçayın hər iki sahilində yerləşən Axtı kəndinin tam mənzərəsini seyr etmək üçün Kelezhev dağının zirvəsində yerləşən Şarvili memorialına qalxırlar. Kəndin məscidləri, körpüləri, evləri və küçələri, habelə qala buradan ovuc içi kimi görünür.

Dağıstan

Böyük, şirəli və şirin Axtı almaları ayrıca söhbətin mövzusudur. Dağıstan ərazisində günəş işığının davamiyyəti Axtıda daha uzunmüddətlidir: ildə 2553 saat. Yumşaq iqlim, təmiz hava və su, kimyəvi maddələr istifadə edilməyən ənənəvi bağçılıq və bostançılıq sayəsində yerli meyvə-tərəvəz çox dadlı və faydalıdır. Buna əmin olmaq üçün yerli bazara baş çəkmək kifayətdir!

Axtılılar gəlmələrin diqqət mərkəzində olmağa çoxdan alışıblar. SSRİ dövründə burada hətta aeroport fəaliyyət göstərirdi. Bu ümumittifaq şəfa ocağı o qədər populyar idi ki, bura Bakıdan, Mahaçqaladan, Tbilisidən, Krasnavodskdan müntəzəm reyslər həyata keçirilirdi. Əvvəllər olduğu kimi, bu gün də Axtı qonaqlarını qeyri-adi mehribanlıqla və ehtiramla qarşılayır.