Ev Blog Səhifə 394

Azərbaycandan Monteneqroya birbaşa reyslər

0

Monteneqroya birbaşa reys

Azərbaycandan Monteneqroya birbaşa reyslər həyata keçiriləcək.

Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.

Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək.

Adını özümdə ilk eşidəndə qəribə gəldi. Heç məlumatım olmayan bir ərazidir.Məncə, azda olsa Montenegro haqqında məlumatlanaq.

Montenegro ??

Monteneqro

Cәnub-şәrqi Avropa dövləti olan, gənc müstəqil Monteneqrın rəsmi paytaxtı Çetinye şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7-ci maddəsinə əsasən “baş şəhər” sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.

Ölkə ərazisini şərti olaraq 3 yerə bölmək olar. Adriatik dənizi sahili, böyük şəhərlərinin yerləşdiyi nisbətən düzənlik olan mərkəzi hissə və dağlıq ərazilərdən ibarət şərqi hissə. Ölkənin quru sərhədləri 614 km təşkil edir. Qərbdə Xorvatiya ilə 14 km, şimal-qərbdə Bosniya və Herseqovina ilə 225 km, şimal-şərqdə Serbiya və Kosovo ilə 203 km, cənub-şərqdə Albaniya ilə 172 km uzunluğunda sərhədi var. Monteneqronun kontinental sahil xəttinin uzunluğu 300 km təşkil edir. Ölkənin tərkibinə daxil olan 14 adanın ümumi sahil xəttinin uzunluğu isə 15,6 km təşkil edir. Monteneqronun çimərliklərinin uzunluğu 73 km-dir.Yeddi ay ərzində sahildəki dəniz suyunun temperaturu +12°C ilə +26°C arasında dəyişir. Dəniz suyunun şəffaflığı bəzi yerlərdə 35 metrə çatır.

Monteneqronun ən uzun çayları: Tara çayı(144 km), Lim çayı (123 km), Çeotina çayı(100 km), Moraça (99 km), Zeta (65 km) və Boyana çayıdır (30 km). Monteneqro və Balkan yarımadasının ən böyük gölü Skadar gölüdür. Səthinin sahəsi 369,7 km²-dir. Gölün ərazisinin üçdə ikisi Monteneqronun, üçdə biri isə Albaniyanın ərazisinə aiddir. Ölkə ərazisinin 41% meşələrdən, 40% isə otlaqlardan ibarətdir. Monteneqronun bitki növləri kifayət qədər rəngarəngdir. Ümumilikdə ölkə ərazisində 2833 bitki növü qeydə alınıb, onların 212 növü Balkan endemiki, 22 bitki növü isə Monteneqro endemikidir. Monteneqro konstitutsiyasına əsasən respublika “ekoloji dövlət”dir, ölkə ərazisinin 8,1%-i qoruqlardan və milli parklardan ibarətdir.

İqlimi?

Monteneqro

Monteneqronun şimalında iqlim mülayim-kontinental, Adriatik dənizi sahilində isə Aralıq dənizi iqlimi hakimdir. Dənizsahili ərazilərdə yay mövsümü adətən uzunmüddətli, isti (+23 — +25 °C) və quru, qışda isə qısa və sərin (+3 — +7 °C) keçir. Dağlıq rayonlarda mülayim isti yay (+19 — +25 °C), nisbətən soyuq qış (+5dən −10 °C kimi), yağıntılar adətən qar formasında yağır, qar örtüyü 5 aya qədər qala bilər. Ölkədəki yağıntıların miqdarı illik 500 mm ilə 1500 mm arasında dəyişir. Sahilə yaxın dağlıq ərazilərdə bu göstərici 3000 mm qədər artır.

Ümid edirəm qismən sizi məlumatlandıra bildim. Xoş istirahətlər❤

Fevral ayında Dubayda hara getmək olar?

0

Dubaya səyahət

Dubayda heç bir ay darıxdırıcı keçmir. İlin hansı vaxtının olmasından asılı olmayaraq Dubayda hər zaman nə isə baş verir. Fevral ayı üçün Dubayda ən yaxşı əyləncə proqramlarını və maraqlı tədbirləri sizlər üçün təqdim edirik.

Dubay

“Emirates Hava Yolları Dubay Caz Festivalı”, “Virgin Radio RedFest DXB” kimi tədbirlərin keçirildiyi fevral ayı musiqi ayıdır və məhz bu ayda Mariah Carey, Enrique Iglesias, Tom Jones, The Veronicas, Mike Posner, Alessia Cara və başqaları Dubaya gəlir. Bundan əlavə, bu mövsüm öz dad reseptorlarınıza hər il təşkil edilən kulinariya karnavalı olan çoxsaylı qastronomiya nümunələrinin təklif edildiyi Dubai Food Festival ilə bayram yaşatmaq üçün əsl vaxtdır. Eyni zamanda, idman həvəskarları da Dubai Duty Free Tennis Çempionatındakı dünyanın ən tanınmış tennis çempionlarının bəzi oyunlarına tamaşa edə bilərlər

Gecikmisən, uçuşun ləğv olunub?

0

GECIKMIŞ VƏ YA LƏĞV OLUNMUŞ UÇUŞA GÖRƏ TƏZMINAT

Təyyarəniz gecikib? Uçuşunuz təxirə düşüb? Kefiniz heç pozmayın. Yaranmış vəziyyəti pozitivə çevirin. 600€ kompensasiyanızı alın, növbəti səfəriniz pulsuz başa gəlsin.

Uzun müddətdir gözlədiyiniz, min bir həvəslə hazırlaşdığınız tətil gəlib çatır. Yüksək əhval-ruhiyyə ilə aeroporta gəlirsiniz və bir anda  məyus olursunuz–təyyarə gecikir. Hava limanında gözləmək məcburiyyətində qalırsınız. Ancaq, gözlədiyinizə görə təzminat  alacağınızı bilsəniz, o zaman vəziyyət  çox cansıxıcı olmaz. Sərnişinlərin kompensasiya haqları, alınma qaydaları haqda bu yazıda məlumat veririk.

AB-nin “216 saylı sərnişin haqlarının tənzimlənmə qaydaları”na əsasən uçuşu təxirə salınmış hər bir sərnişinə təzminat ödənilməlidir. Bu qaydalar Avropa Birliyi ölkələrindən və Avropa hava yolu ilə uçan  bütün vətəndaşlara şamil edilir.

Hava yolu şirkətləri fövqəladə hal (nümayiş, hərbi vəziyyət və əlverişsiz hava şəraiti) zamanı təzminat ödəmir. Lakin, fövqəladə hallarda da hava yolu şirkətləri sərnişinlərə vəziyyət tam normallaşanadək dəstək  verməlidir: rezervasiya dəyişikliyi və ya istifadə olunmayan biletin ödənişinin geri qaytarılması kimi.

Uçuşun gecikməsi, ləğvi və təyyarəyə alınmama zamanı ödəniləcək təzminatın məbləği haqda məlumatı aşağıdakı cədvəldən öyrənə bilərsiniz:

Uçuşun Vəziyyəti Uçuş məsafəsi (km) Kompensasiya(€) Qeyd
Uçuş gecikərsə 0-1500

1500-3500

3500-dən çox

250

300

400

Gecikmə 3 saatdan çoxdursa
Uçuş ləğv olunarsa 0-1500

1500-3500

3500-dən çox

200

250

300

Ləğv planlaşdırılmış uçuşdan 3 saat sonra olarsa
Təyyarəyə alınmama 0 – 1500

1500-3500

3500-dən çox

250

400

600

UÇUŞ GECİKƏRSƏ

Uçuş cədvəli

Gecikmə 3 saat olarsa, o zaman yemək və sərinləşdirici içki ilə təmin olunmalısınız. Əgər texniki nasazlıq və ya havada ləngimədən dolayı gecikmə olarsa, təzminat tələb etmə haqqınız var.  Uçuşdan 14 gün əvvəl xəbərdarlıq almısınızsa, onda sizə təzminat ödənilmir.

UÇUŞ LƏĞV OLUNARSA

Uçuşun ləğv olunması

Əgər uçuşun ləğvi planlaşdırılmış  uçuşdan 3saat sonra baş verərsə, siz biletin tam pulunu  geri almaqla yanaşı, 125€-300€ kompensasiya da ala bilərniz.

TƏYYARƏYƏ ALINMAMA

Təyyarəyə minə bilməmək

Overbooking zamanı, adətən, göyərtədə sərnişin artıqlığı yaranır. Əgər salonda sizə oturacaq yer yoxdursa, o zaman siz biletin tam qiymətinin geri qaytarılmasını və əlavə ödəniş tələb edə bilərsiniz. Əgər siz növbəti uçuş üçün qeydiyyatdan keçsəniz, sizin yenə də təzminat alma və uçuşu gözləyərkən dəstək almaq haqqınız var: yemək, otel (növbəti uçuş səhərə təyin olunarsa) və telefon haqqı.

TƏZMİNATI NECƏ ALMAQ OLAR? 

Təzminatı almaq

Təzminatı birbaşa hava yolu şirkətindən və ya müəyyən məbləğ qarşılığında bu sahə üzrə ixtisaslaşmış şirkətlərin xidmətindən yararlanaraq ala bilərsiniz. Təzminat haqqı yalnız son 6 ildə edilən uçuşları əhatə edir .

Qeyd: hava limanında gözləmə zamanı edilən alış-verişin, yeyilən yeməyin qəbzlərini atmayın və məlumat lövhəsindəki dəyişikliklərin şəklini çəkin. Çalışın hesaba ən lüks oteldə şampanlı şam yeməyinin qəbzlərini əlavə etməyin. Çünki hava yolu şirkəti belə xərclərə ehtiyac olmadığını əsas gətirərək, hesabı ödəməyə bilər. Ancaq, adekvat və səmimi davranış sizə qanunla haqqınız  olanı almağa imkan verəcək.

Go Travelda Antalyaya 50% faiz endirimlə rezervasiya

0

      ANTALYAYA BAKIDAN              BİRBAŞA 50 FAİZ ENDİRİMLİ       OLAN TURLARIN ERKƏN REZERVASİYASI DAVAM EDİR

? İlkin ödəniş 30 faiz ödəməklə qalan hissəni KREDİT ilə ödəmək şansındanda yararlana bilərsiniz.
 Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
____________________________
İYUN, İYUL, AVQUST ayına olan ANTALYA turlarının hər şey daxil 1 həftəlik qiymətlərini təqdim edirik.
?PRIMERA SUITE HOTEL 3* – 700 azn
BILKAY HOTEL 3* – 725 azn
MAY GARDEN CLUB HOTEL 3+* – 740 azn
ARSI HOTEL 3* – 750 azn
SUNSTAR BEACH HOTEL 4* – 760 azn
LARA HADRIANUS HOTEL 4* – 780 azn
BONAPART SEALINE HOTEL 4* – 785 azn
KEMER MILLENIUM HOTEL 4* – 790 azn
MESUT HOTEL 4* – 800 azn
KLEOPATRA RAMIRA 4* – 810 azn
KRIZANTEM HOTEL 4* – 820 azn
GALAXY BEACH HOTEL 4* – 830 azn
BELKON HOTEL 4* – 840 azn
DOSI HOTEL 4* – 860 azn
ELYSEE HOTEL 4* – 870 azn
ARMA’S BELLA SUN 4* – 875 azn
ARMA’S GREEN FUGLA BEACH 4* – 880 azn
MAGIC SUN HOTEL 4* – 890 aznTITAN GARDEN HOTEL 4* – 890 azn
CLUB TITAN 4* – 900 azn
OBASTAR HOTEL 4* – 900 azn
KLEOPATRA ATLAS HOTEL 4* – 900 azn
ANTIQUE ROMAN PALACE 4* – 910 azn
VENUS HOTEL 4* – 910 azn
ANTIQUE ROMAN PALACE 4* – 910 azn
MC MAHBERI BEACH HOTEL 4* – 920 azn
BLUE WAVE HOTEL 4* – 920 azn
BLUE STAR HOTEL 4* – 920 azn
ARSI ENFI CITY BEACH HOTEL 4* – 930 azn
NUMA KONAKTEPE HOTEL 4* – 930 azn
ARSI ENFI CITY BEACH HOTEL 4* – 940 azn
KAHYA HOTEL 4* – 940 azn
ANITAS HOTEL 4* – 940 azn
MONART CITY 4* – 950 azn
BLUE DIAMOND ALYA 4* – 960 azn

ASKA BAYVIEW RESORT 4* – 970 azn
ARMA’S BEACH 4* – 980 azn
GREEN IMPERIAL BEACH HOTEL 4* – 990 azn
EFTALIA SPLASH RESORT 4* – 990 azn
TAC PREMIER HOTEL & SPA 4* – 1000 azn
LANCORA BEACH HOTEL 4* – 1000 azn
GELIDONYA HOTEL 4* – 1010 azn
WHITE CITY BEACH 4* – 1010 azn
JUSTINIANO CLUB PARK CONTI 4* – 1020 azn
ALAIYE KLEOPATRA HOTEL 4* – 1030 azn
CLUB DIZALYA 4* – 1040 azn
SIDE ALEGRIA HOTEL & SPA 4* – 1050 azn
JUSTINIANO CLUB ALANYA 4* – 1050 azn
CLUB KASTALIA HOLIDAY VILLAGE 4* – 1060 azn
FAME RESIDENCE PARK 4* – 1080 azn
SHERWOOD GREENWOOD RESORT HOTEL 4* – 1080 azn
VIKING NONA BEACH HOTEL 4* – 1090 azn
EFTALIA RESORT HOTEL 4* – 1100 azn
SIDE LILYUM HOTEL & SPA 4* – 1130 azn
AKKA HOTELS CLAROS 4* – 1160 azn
PANORAMA HOTEL ALANYA 4* – 1190 azn
FAME RESIDENCE GOYNUK 4* – 1200 azn
LARA FAMILY CLUB 4* – 1250 azn
TRENDY SIDE BEACH 4* – 1290 azn
VILLA SIDE HOTEL 4* – 1340 azn
__________________

Qiymətə daxildir.

 – Aviabilet (gediş-dönüş)
? – 23kq baqaj + 10kq əl yükü
? – 0 iyun – 7 iyun (misal üçün)
? – Otel ***** (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)

 – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
 – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
 – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz.
 – Qeyd olunan turların qiymətləri sizin seçdiyiniz günə görə dəyişə bilər. Yuxarıda qeyd olunan qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün başlayan qiymətlərlə qeyd olunub.

 – Qiymət öyrənmək istəyirsiz?
 – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.

 – Aşağıdakı linkə tıklayaraq söhbətə başlaya bilərsiniz.
https://api.whatsapp.com/send?phone=994506646030
____________________
Əlavə məlumat üçün:
+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30
?+994 70 664 60 30
? http://gotravel.az
? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Go Travelda -Erkən rezervasiya

0

   Turların erkən rezervasiyası                   davam edir

 KƏMƏRƏ BAKIDAN BİRBAŞA 50 FAİZ ENDİRİMLİ OLAN TURLARIN ERKƏN REZERVASİYASI DAVAM EDİR.
? İlkin ödəniş 30 faiz ödəməklə qalan hissəni KREDİT ilə ödəmək şansındanda yararlana bilərsiniz.
 Nəzərinizə çatdıraq ki, Go Travel Turizm Agentliyi – Azerbaijan Best Awards mükafatlandırma təşkilatı tərəfindən 2017-ci ilin ? “İlin 1 nömrəli turizm agentliyi” adına layiq görülüb və mükafatlandırılıb.
____________________________
İYUN, İYUL, AVQUST ayına olan KƏMƏR turlarının hər şey daxil 1 həftəlik qiymətlərini təqdim edirik.
?KEMER MILLENIUM RESORT 5* – 960 azn
?GRAND RING HOTEL 5* – 1020 azn
?ARMA’S GUL BEACH 5* – 1040 azn
?TRANSATLANTIK HOTEL & SPA 5* – 1070 azn
?ARMA’S KAPLAN PARADISE HOTEL 5* – 1070 azn
?MEDER RESORT 5* – 1080 azn
?SIMENA HOTEL 5* – 1090 azn
?AVANTGARDE HOTEL COMFORT 5* – 1100 azn
?ARMA’S LABADA HOTEL 5* – 1110 azn
?OZKAYMAK KEMER MARINA HOTEL 5* – 1120 azn
?VIKING STAR 5* – 1140 azn
?PGS ROSE RESIDENCE BEACH HOTEL 5* – 1180 azn
?DOSINIA LUXURY RESORT HOTEL 5* – 1180 azn
?QUEEN’S PARK GOYNUK 5* – 1200 azn
?DAIMA BIZ 5* – 1210 azn
?ULUSOY KEMER HOLIDAY CLUB 5* – 1250 azn

?QUEEN’S PARK LE JARDIN RESORT 5* – 1260 azn
?KARMIR RESORT & SPA 5* – 1280 azn
?GRAND PARK KEMER 5* – 1300 azn
?ZENA RESORT 5* – 1330 azn
?LOCEANICA BEACH HOTEL 5* – 1340 azn
?CATAMARAN RESORT HOTEL 5* – 1350 azn
?PGS KIRIS RESORT 5* – 1370 azn
?KIMEROS PARK HOLIDAY VILLAGE 5* – 1390 azn
?AMARA PRESTIGE 5* – 1400 azn
?EUPHORIA TEKIROVA 5* – 1410 azn
?FAME RESIDENCE KEMER 5* – 1420 azn
?CRYSTAL FLORA BEACH RESORT 5* – 1430 azn
?CRYSTAL AURA BEACH RESORT & SPA 5* – 1450 azn
?MIRAGE PARK RESORT 5* – 1580 azn
?ALKOCLAR EXCLUSIVE KEMER HOTEL 5* – 1600 azn
?OTIUM HOTEL LIFE 5* – 1620 azn
?SHERWOOD EXCLUSIVE KEMER 5* – 1700 azn
?LIMAK LIMRA HOTEL 5* – 1730 azn
?MIRADA DEL MAR HOTEL 5* – 1770 azn
?ALVA DONNA WORLD PALACE – 1800 azn
?AKKA HOTELS ALINDA 5* – 1820 azn
?BARUT KEMER RESORT HOTEL 5* – 1900 azn
?GURAL PREMIER TEKIROVA 5* – 1950 azn
?ORANGE COUNTY KEMER 5* – 2150 azn
?NIRVANA LAGOON VILLAS SUITES & SPA 5* – 2200 azn
?AMARA DOLCE VITA 5* – 2250 azn
?RIXOS SUNGATE 5* – 2350 azn
?RIXOS HOTEL TEKIROVA 5* – 2450 azn

___________________
Qiymətə daxildir.

 – Aviabilet (gediş-dönüş)
? – 23kq baqaj + 10kq əl yükü
? – 0 iyun – 7 iyun (misal üçün)
? – Otel ***** (7 gecə / 8 gün)
? – Qidalanma gündə 5 dəfə (Ultra All inclusive)
? – Səyahət Sığortası
? – Transfer (Hava limanı – Otel arası nəqliyyat)

 – Qiymət 1 nəfər üçün nəzərdə tutulmuşdur.
 – Tarix və günlərin sayı istəyinizə uyğun olaraq dəyişdirilə bilər.
 – Yuxarıda sadalanan turların ilkin olaraq 30 faizini ödəməklə yerdə qalan hissəsini KREDİT yolu ilə hissə-hissə və ya gedənə yaxın ödəyə bilərsiniz.
 – Qeyd olunan turların qiymətləri sizin seçdiyiniz günə görə dəyişə bilər. Yuxarıda qeyd olunan qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün başlayan qiymətlərlə qeyd olunub.

 – Qiymət öyrənmək istəyirsiz?
 – WhatsApp ilə 050-664-60-30 nömrəsinə getmək istəyəcəyiniz tarixi və adam sayını qeyd edin biz sizə dərhal endirimli qiymətləri göndərək.
 – Aşağıdakı linkə tıklayaraq söhbətə başlaya bilərsiniz.
https://api.whatsapp.com/send?phone=994506646030
____________________
Əlavə məlumat üçün:
+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30
?+994 70 664 60 30
? http://gotravel.az
? info@gotravel.az
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

İstanbulun alış-veriş cənnəti-MAHMUTPAŞA

0

“MAHMUTPAŞA” BAZARI

Türk yazar Yaşar Kamal “reportaj xəbərin çata bilmədiyi yerə uzanır, reportaj yaratmaqdır”, deyib.

Mahmutpaşa

NECƏ?

“Həqiqəti dəyişmədən yaratmaq… Hekayənin arxasında nələr var, nələr baş verir, nə yaşamlar, nə dramlar, nə sevinclər yaşanır. Bunları bizə xəbər verə bilməz. Ancaq reportaj bunu bacarar” – deyir, yazar.

mahmutpaşa

Türkiyənin İstanbul Aydın Universitetinin jurnalistika fakültəsinin tələbələri də Yaşar Kamalın izindən reportaj ənənəsini davam etdiriblər.

GƏLİN, HƏMİN REPORTAJI BİRGƏ OXUYAQ 

İstanbulda alış-veriş deyiləndə ilk ağla gələn yerlərdən biri də “Mahmutpaşa” bazarıdır. Təxminən 500 illik bir tarixə sahib olan bazar, istanbullulardan başqa, buraya gələn turistlərin də ən çox ziyarət etdikləri yerlərdəndir.

mahmutpaşa

İç-içə keçən dükanlar, mallarını satmaq üçün teatral bir performans göstərən dükan sahibləri və yağış…

mahmutpaşa

Mahmutpaşa bazarına Eminönü tərəfindən girsəniz sizi ətrafa yayılan kəskin bir qəhvə qoxusu qarşılayacaq. Qoxunun ən kəskin hiss edildiyi yerdə isə uzun bir sıra var. Dükanın içindəkilər böyük bir səylə işləyir, müştərilər isə ödəniş üçün açılan şüşə pəncərədən öz sifarişlərini verirlər. Dükanın içində üç nəfər sözlərini duyğusuzca əzbərləyən aktyorlar kimi qəhvəni saniyələr içində paketə büküb müştəriyə uzadırlar. Biri qəhvəni çəkir, o biri paketə qoyub müştəriyə sunur. Kimsənin başını qaldıracaq halı yoxdur.

“ƏN ÇOX QƏHVƏNİ ƏRƏBLƏR ALIR”

Uzaqdan şəkil çəkdiyimi görüb, kamerama gülümsəyib, poza verirlər. Üçü də çox gəncdir. Yanlarına gedirəm. Deyəsən içlərində ən gənc olanı, hardasa 17-18 yaşındadır. Mən sözə başlamadan deyir:

mahmutpaşa

– “Mənə də şəkilləri ata bilərsən?”

– Ataram, əlbəttə, amma siz heç yorulmursuz?

– Nə edə bilərik. İşimiz budur. Öyrəşmişik.

Əlləri heç dayanmır, mənim üzümə baxanda da paketləməyə davam edirlər:

“Bu qəhvələri ən çox kim alır?”, – deyə soruşuram.

İçlərindən ən böyüyü sözə qoşulur. “Ərəblər” – deyir. “Bəs o biri turistlər necə?”

“Onlar da alırlar, ancaq ərəblər qədər yox. Türklər də çox alır.”

Qəhvəni tərəzidə çəkən, “məni bir də yaxından çək”, deyir.

“Əllərinizdəkini yerə qoyun, poz verin mənə”, deyirəm onlara.

Bir anlıq da olsa, əllərini azad buraxırlar, ancaq mən şəkil çəkib qurtarmamış sözləşmiş kimi “bir az tez ol”, deyə, mızıldanmağa başlayır üçü də… Güclə onları saxlayıb şəkillərini çəkirəm. Şəkilləri onlara atacağıma söz verdikdən sonra oradan ayrılıram.

            “HƏR ŞEY 10 LİRƏYƏ”

mahmudpaşa

Gün açıldıqca “Mahmutpaşa”nın da bərəkəti açılırdı. Bir səs gəlir ətrafdan, ancaq səsin sahibi ortada yoxdur. Mahnımı oxuyur, yoxsa biri ilə dalaşır, anlaya bilmirəm. Səsə doğru sürətli addımlarla irəliləyirəm. Qadınlar yığışıb ətrafına: “Gəlin içəridə hər şey var. Mallar qurtarır. Hər şey 10 lirəyə (təxminən 4 AZN). Qaçırmayın bu fürsəti”.

“BİR ÇAY İSTƏDİK, İKİ SAATDIR GƏLMİRSƏN”

Böyük bazarda onun səsi hamının səsini üstələyir. Ətrafdakı dükan sahibləri işi-gücü buraxıb ona baxmağa başlayırlar. Satdığı alt paltarlarını əllərində sallayıb eyni şeyləri təkrardan qışqırır. Adam qışqırdıqca dükana girənlərin sayı artır. Məlum məsələdir ki, mağaza sahibi öz müştərilərini belə qazanır.

mahmutpaşa

Get- gedə bazarda insan səsi çoxalmağa başlayır. Hər kəsin səsi bir-birinə qarışır. 15 yaşlarındakı çay satan uşaq əlindəki məcməyi ilə insanlar arasında özünə yer aça – aça onu gözləyən adama çayını verir. Adam çay satana istehza qarışıq: “Səndən çay istəmədiyim vaxtlarda əlli dəfə çay gətirirsən. Bugün səndən bir çay istədik, iki saatdır gəlmirsən”, deyir.

    DÜKANI OLMAYANLAR DA MAL SATIR

Burada ancaq dükanı olanlar yox, olmayanlar da mal satır. 60 yaşlarındakı səyyar satıcı “bu “bot”lar (çəkmə) tam sənə görədir”- deyir, daha mən salam demədən:

– Axı mən alıcı deyiləm. Belə satış etmək çətin olmur?

– Nə edək, məcburuq. Dükan açmağa pulum yoxdur. Həm dükan açsam o vergiləri necə ödəyərəm.

– Vergilər çoxdur?

– Hə, hər ay iki-üç min lira pul ödəyirlər. Mən səyyar olaraq rahatam. Ancaq polislər olanda işlər çətindir. Əllərindən güc- bəla qurtulmaq olur.

Diqqətli olmağı tövsiyə edib, səyyar satıcıdan uzaqlaşıram.

“ƏLİMDƏKİ MAL SƏNİN DƏRDİNƏ ÇARƏDİR”

“Mahmutpaşa” bazarı həm də şəfaçı dükanları ilə məşhurdur. Bazarın bəzi qisimləri ancaq bu dükanlardan ibarətdir. Bu dükan sahibləri müştəri çəkmək üçün adətən həkim kimi davranırlar, “ölürəm” desəniz “əlimdəki mal sənin dərdinə çarədir”, – deyə cavab verərlər sizə.

Bir dükanın önündə “bu su hər dərdə şəfadır. Yalan yoxdur, şəfa qarantiyası verilir”, deyə bir adam yüksək səslə əlindəki çörəkotunu göstərib müştəriləri səsləyir. Adam çörəkotunu maşının içinə atır, oradan çıxan suyu stəkana qoyub satır. Ətrafına yığışan müştərilər onu sorğu-suala tuturlar. Ondan bir az aralıda qoca qadın kömək istəyir: “İki nəvəm evdə məni gözləyir. Kömək edin mənə” – deyə, yalvarır.

Mahmutpaşa

Dişləri tökülüb yaşlı qadının: “Uşaqların anaları ataları şikəstdir. Onlara mən baxıram”. Çantasından bir foto çıxardır. Biri qız, biri oğlandır şəkildəki uşaqların.

“Mənə kömək et”, deyir, adının Ayşə olduğunu öyrəndiyim qadın.

“Əlimdən nə gələr ki”, deyirəm qadına. Uzaqlaşıram ondan da.

Bax belə, bir gün sizin də yolunuz bu bazardan düşərsə, müxtəlif insanlarla tanış ola, onların həyatından bir parça izləyə bilərsiniz.

Avropanın ən hündür zirvəsində-Grindelwald

0

KİÇİK EVLƏRİNİ QAR ÖRTƏN, SOYUQ, ANCAQ ŞİRİN KƏND – GRİNDELWALD

Grindelwald

Alp dağlarının ətəyində, kiçik evlərini qar örtən, soyuq, ancaq şirin bir kəndə getmişdim.

Getməzdən öncə çox soraqladım, maraqlandım, amma haqqında doğru-düzgün, hərtərəfli məlumat tapa bilmədim. Sonda ora getməyi və həmin o məlumatı özüm yazıb, paylaşmağı qərara aldım.

Grindelwald İsveçrənin Interlaken-Oberhasli ərazisindədir. Özü kiçik olsa da, gözəlliyini sözlə ifadə etmək mümkün deyil. Lap “bapbalaca boyu var, dam dolusu toyu var”, – misalı.

      GRİNDELWALDA NECƏ GEDƏK?

Kənd Alp dağları ilə əhatələnib. Ora gedən yeganə ictimai nəqliyyat qatardır. Və ya şəxsi avtomobilinizlə gedə bilərsiniz. Kəndin daxilində isə avtobuslar işləyir. Burada çalışan hotel, hostel, restoran işçiləri üçün həmin avtobuslar ödənişsizdir.

Mən Berlindən Baselə təyyarə ilə getdim. Grindelwalda isə  Baseldən qatarla keçdim. Elə sizə də məsafənin çoxunu təyyarə və ya avtobusla getməyinizi məsləhət görürəm. Qalan az hissəni qatarla getmək olar.

NİYƏ?

Grindelwald

Çünki Avropada qatar qiymətləri kifayət qədər bahadır. Ümumi qiymətlərə gəldikdə, otel, restoranlar da ucuz deyil. Məsələn, adicə, günlük, hər şey daxil xizək avadanlıqları belə 70-80 avrodan başlayır.

Grindelwaldın özü isə nağıllardakı kimi gözəldir. Nə qədər baha olsa da, bu gözəlliyi görmək üçün bir qədər pul xərcləməyə dəyir.

KƏNDDƏ HARALARI GÖRƏK, NƏ EDƏK?

Grindelwald

Bura yolunuz düşsə, mütləq bir gününüzü xizək sürməyə ayırın. Növbəti günü isə kəndi gəzin və Avropanın ən hündür nöqtəsi olan Jungfraujoch – Top of Europa-ya gedin. Bura qatarla gedə bilərsiniz.

Təcrübəli xizəkçi olmasanız belə, sırf bu nöqtədən açılan mənzərəni seyr etmək üçün zirvəyə qalxmağa dəyər.

“Made in Azerbaijan” məhsulları “ABAD” sənətkarlıq mərkəzində – FOTOREPORTAJ

0

“ABAD” sənətkarlıq mərkəzində Azərbaycan məhsulları

Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il Fərmanında bildirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb.

ABAD

“ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına görədir. Bu əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.

ABAD

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

ABAD

Bu sahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakı şəhərindən ümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30 ailə seçilib.

ABAD

Martın 18-də isə “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlay

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulmuş mərkəzin fəaliyyət ilə tanış olmaq üçün qoruğun ərazisinə baş çəkilib.

ABAD

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin mütəxəssisi Nərmin Abbaszadə öncə qurumun konsepsiyasına toxunaraq qeyd edib. Ailə biznesinə asan dəstək konsepsiyası ailə təsərrüfatı, həmçinin təsərrüfat sahəsi və sənətkarlıq sahəsi üzrə məhsulların brendləşdirilməsi, marketinq, maliyyə-mühasibat, hüquqi xidmətlər, onların istehsal avadanlıqları ilə təmin edilməsi kimi xidmətlər göstərir:

“Bu xidmətləri hər bir sənətkar və ya təsərrüfatçı dəyərləndirir. Onun təklif olunan xidmətlərdən hər hansına ehtiyacı olarsa, onlardan istifadə edə bilər”.

Mütəxəssis bildirib ki, “ABAD” sənətkarlıq mərkəzində hazırda 63 ailənin 500 adda, 2000 minə yaxın sənətkarlıq məhsulları var:

ABAD

“Həmçinin 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb”.

O qeyd edib ki, təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib:

ABAD

“Burada hər məhsulun yanında kitabçası var, onların içərisində isə sərgi-satışa çıxarılan məhsullar barəsində kiçik məlumatlar verilir.

Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. Məsələn, “bu əl işi Masallı rayonunun Məmmədovlar ailəsinə məxsusdur” bu tipli informasiya yerləşdirilir. Həmin ailənin hansı sənətkarlıq və yaxud kənd təsərrüfatı sahəsi ilə məşğul olması haqqında məlumatlar verilir”, – deyə mütəxəssis sözlərinə əlavə edib.

Qiymətlərdən danışan mütəxəssis bildirib ki, mərkəzdə qiymətlər müxtəlifdir. Məhsul hər bir sənətkarın əl işinə uyğun olaraq qiymətləndirilir.

ABAD

Onun sözlərinə görə, hər bir sənətkar üçün VOEN, bank hesabı açılır: “Məhsulların satışından əldə edilən gəlir isə birbaşa olaraq həmin sənətkarların bank hesablarına yerləşdirilir”.

ABAD

Nərmin Abbaszadə qeyd edib ki, “ABAD” sənətkarlıq mərkəzi turistlərin çox böyük marağına səbəb olub:

“Düşünürük, gələcəkdə bir deyil, bir neçə belə mərkəzin yaradılmasına zərurət yaranacaq”.

ABAD

Statistikaya görə, mərkəz artıq fəaliyyətə başladığı son 10 gün ərzində bir neçə min müştəri də cəlb edə bilib.

Azərbaycan “Mandarin Oriental Bodrum” otelini istirahət üçün seçən 5 ölkə siyahısına daxildir

0
Mandarin Oriental

Bakıda dünya şöhrətli “Mandarin Oriental” kurortunun təqdimatı baş tutub

“Mandarin Oriental Bodrum”un baş meneceri Qunter Qebhard  verdiyi müsahibəsində bu mövsümdə rəhbərlik tərəfindən hazırlanan yeniliklərdən danışıb.

Mandarin Oriental

– Cənab Qebhard Mandarin Oriental Bodrum üç il bundan öncə fəaliyyətə başlayıb, bu elə də uzun bir zaman deyil. Hotel haqqında bir qədər danışardınız.

– “Mandarin Oriental Bodrum” Bodrum yarımadasının şimal sahilində Cənnət Koyu buxtasında yerləşir. 60 hektar ərazidə yerləşən kompleks kənardan çoxyaruslu təbii konstruksiya kimi görünür. Layihənin yaradıcıları kurortun landşaft dizaynı üzərində işə diqqətli yanaşıblar: villalar qədim zeytun və şam ağacları meşələri arasında yerləşir.

Mandarin Oriental

Şirkətin sahibi landşaft memarlığına vurğundur. Onun üçün bitki aləmi çox vacibdir. Kurort tikilərkən bir milyon ağac və bitki başqa yerə köçürülüb. Tikinti başa çatdıqdan sonra isə onları geri qaytardılar. Hazırda orada təbii atmosfer mövcuddur.

Mandarin Oriental

Kurortumuzun yerləşdiyi ərazidə olarkən insana elə gəlir ki, daima burada yaşamısan. Ən əsası isə odur ki, harada – hotel və ya villada qalacağınızı siz özünüz seçə bilərsiniz. Kurort iki hissədən ibarətdir: hotel və bizim brend tərəfindən idarə edilən iqamətgahlar. İqamətgahların sahibləri və sakinləri hotelin restoran, fitnes-mərkəz, Spa kimi bütün xidmətlərindən istifadə edə bilərlər.

Mandarin Oriental

Hotel lüks, apartament və villalardan daxil olmaqla 129 nömrədən ibarətdir, nömrələrin Egey dənizinin sahillərinə açılan mənzərəli, geniş eyvanlı terrasları var.

Mandarin Oriental

“Sea View Room” və “Mediterranean Suite” lüks nömrələr Bodrum yarımadasında ən böyük nömrələrdir. “Presidential Villa” villası səyahət zamanı komforta üstünlük verənlər üçün ideal seçimdir.

Mandarin Oriental

Kurortda səkkiz bar və restoran işləyir, burada təqdim edilən yeməklər, ən tələbkar müştərini belə razı salacaq.

Mandarin Oriental

Hotel həm çimərlik, həm də istirahətini idmansız təsəvvür edə bilməyənlər üçün imkanlar təklif edir. Kurortun qonaqları öz gücünü snorkelinq və dayvinqdə yoxlaya bilərlər. Bütün bunlar yerli təlimçinin nəzarəti altında aparılır.

Mandarin oriental

Hotelin “World Luxury Spa & Restaurant Awards 2016” mükafatına layiq görülmüş Spa mərkəzi xüsusi diqqətəlayiqdir. Spa xidmətləri sırasına müxtəlif bərpaedici və cavanlaşdırıcı prosedurlar daxildir. Bu prosedurlar yalnız aparıcı kosmetik və spa-brendlərin vasitələri ilə deyil, eləcə də zeytun və çiçək yağları kimi təbii tərkibli vasitələr ilə aparılır. Mərkəzin ərazisində ümumi zal, Spa-lüks və türk hamamı da mövcuddur.

– Mandarin Oriental Bodrum hotelinin uğurunun əsası nədən ibarətdir? 

– Yəqin ki, brendin konsepsiyasını izah etmədən “Mandarin Oriental”ın uğurundan danışmaq olmaz. “Mandarin Oriental” 1963-cü ildən fəaliyyətə başlayıb. Qrup ilkin olaraq yalnız idarəedici şirkət deyil, həm də hotel sahibi kimi fəaliyyətə başlayıb. Bu, çox vacibdir, belə ki, bu hotel biznesinə iki fərqli yanaşmadır. “Sahibkar” modelini biz sonradan idarəçi müqaviləsi ilə qrupa daxil olan hotellərə də şamil etmişik. Bu yanaşmanı biz Bodrumda da tətbiq edirik. Bəli, biz bu kurortun sahibi deyilik, amma idarəçilikdə “sahib” nöqteyi-nəzərindən hərəkət edirik, bu isə şəxsi yanaşmanın zəmanətidir.

Mandarin oriental

“Mandarin Oriental” qrupu üçün hotelin yeri böyük mahiyyət kəsb edir, çünki təsadüfi yer olmur. İstənilən şəhərdə yer seçiminə ciddi yanaşırıq, çünki bu həyatın qaynadığı bir yer olmalıdır. Bar və restoranlarımızda isə hər zaman müştəri olur, bu, vacib amildir. Bu konsepsiyanı biz Bodrumda da istifadə etmişik.

Mandarin Oriental

Türkiyənin digər kurortlarından fərqli olaraq “hər şey daxildir” prinsipi ilə işləmirik, bizdə kütləvi məhsul deyil. Burada “Mandarin Oriental” qrupunun qürur duyduğu xidmət mövcuddur. Uğurun əsası budur.

– Keçən il Mandarin Oriental Bodrum hotelinə təxminən nə qədər turist gəlib?

Mandarin oriental

– Turistlərin ən çox səfər etdikləri dövr iyul-avqustdur, bizdə 65% idi. Gələn turistlərin 30%-i Türkiyədən olan yerli turistlər, 70%-i isə digər ölkələrdən idi. İstirahət üçün bizim kurortu seçən beş ölkə sırasına Azərbaycan da daxildir.

– Mandarin Oriental Azərbaycan bazarına çıxmaq qərarına gəlib? 

Mandarin Oriental

– Birincisi, yayda AZAL Bakıdan Bodruma birbaşa reyslər həyata keçirir. İkincisi, iki ölkə arasında çox yaxşı münasibətlər mövcuddur. Bu, təbii ki, əməkdaşlıq üçün çox yaxşı təməldir.

– Qrup Azərbaycanda hotel açmaq planlaşdırırmı? 

– “Mandarin Oriental” qrupu hər zaman hotellərinin açılışı üçün imkanları nəzərdən keçirməyə hazırdır. Amma qrup üçün əməkdaşlıq edəcəyimiz tərəfdaşlar ilə baxış bucağımızın və dəyərlərimizin üst-üstə düşməsidir, əsas “brendin DNT”-sinin qorunub saxlanılmasıdır.

Mandarin Oriental

Hələlik təsdiqlənmiş müqavilə mövcud deyil. Qrupa təkliflər daxil olur, amma biz hələlik bu imkanları nəzərdən keçirməyə davam edirik.

– Rəhbərlik yeni mövsümdə hansı yenilikləri hazırlayır? 

– Dizayn baxımından, aydındır ki, ilk 3-4 ildə bunu etməyin mənası yoxdur. Hotel bu yaxınlarda açılıb. Hotelin interyeri ilə dünya şöhrətli dizayner Antonio Çitterio məşğul olub. O, təkraredilməz məhsul yaradıb. Onun işlərinə baxdıqda ilk təəssürat – harmoniyadır. Bu harmoniya hissi bütün nömrələrdə qorunub. Buna görə də heç nəyi təzələməyə ehtiyac yoxdur. Yeniliklər isə əsasən xidmətə aiddir. Bizdə əlavə xidmətlər yaranıb.

Mandarin oriental

Spada iki maraqlı yenilik var: Birincisi, manikür və pedikür sahəsində dünya şöhrətli ekspert Bastyen Qonsalesin burada olmasıdır. O, pedikür, manikür və masajı pediatriyaya (tibbin pəncə və baldırın xəstəliklərinin müalicəsi ilə məşğul olan bölməsi) aid edir. Milliyyətcə ispandır, bir neçə hotelimizdə çalışır. Onun bütün dünyada studiyaları var. Pedikürdən danışarkən, söhbət dırnaqların səliqəli işlənərək gözəl dırnaq boyası ilə rənglənməsi nəzərdə tutulmur, bu, həmçinin əl, ayaq və dırnaqlara qulluq, kosmetik və sağlamlıq prosedurlarının daxil olduğu xidmətlər kompleksidir.

O, həmçinin mütəxəssislərin də təlimi ilə məşğul olur. Onun əməkdaşları prosedurları həyata keçirərkən niyə ayaq dərisinin quruduğunu izah edir, faydalı məsləhətlər verirlər, bu isə işə yarayır. Bu qəbildən olan kabinet-salon “Mandarin Oriental Bodrum”da da açılacaq.

Mandarin Oriental

İkincisi Ruben Tabaresdir. Məşhur məşqçi Ruben Tabares və onun komandası kurortun qonaqlarına yay istirahəti zamanı fərdi qida və məşq proqramlarının köməyi ilə fiziki formasını yaxşılaşdırmağa yardım edəcək. Rubenin proqramları artıq Londonda “Mandarin Oriental”da sınaqdan keçirilib. Orada qonaqların səhəri Rubenin faydalı səhər yeməyi ilə başlayır, ciddi food-nəzarət mövcuddur: şirin kökələr və tostlara qadağa qoyulur. Daha sonra 60 dəqiqəlik məşq və Rubenin sağlam qida ilə əlaqədar şəxsi məsləhətləri təqdim edilir.

Mandarin oriental

Aprelin 1-dən bron üçün yeni “Stay and Dine” təklifi mövcuddur, bura hotelin nömrələrində gecələmə, səhər yeməyi və nahar daxildir. Təklifdə uşaqlar ilə istirahət edən qonaqlar üçün xüsusi xidmətlər nəzərdə tutulub, bunun sayəsində “Stay and Dine” təklifi ailəvi istirahət üçün də ideal seçim olacaq. Aprel ayında kurortda “Worldwide Kids” şirkətinin əməkdaşlığı ilə yeni uşaq klubu işə başlayır, fitnes-mərkəzdə yeni sağlamlıq proqramları təqdim ediləcək. Daha bir xoşagələn və vacib yenilik – indi bütün nömrələrdə qalan qonaqlar üçün qapıçı xidməti daxildir.

Bu il “Worldwide Kids” şirkətinin əməkdaşlığı ilə kurortda işə başlayacaq “Kids Club”da müxtəlif yaş kateqoriyasına aid uşaqlar üçün əyləncəli proqramlar nəzərdə tutulub. Dörd aydan başlayaraq üç yaşına qədər ən kiçik qonaqların valideynləri öz övladlarını “The Crèche Club”un təcrübəli müəllim və dayələrinə etibar edə bilərlər. Dörd yaşından 11 yaşına qədər uşaqlar isə vaxtlarını rəsm çəkərək, müxtəlif oyunlar oynayaraq və ya idmanla məşğul olaraq keçirə bilərlər. 12 yaşdan 17 yaşa qədər yeniyetmələr isə klubun “Teens Club” seksiyasında peşəkar ustadların rəhbərliyi altında özlərini aktyor və ya rəssam kimi sınaya bilərlər.

Ölkələrin turizm şüarları xəritəsi

0

Turizm şüarları

Dünya ölkələrinin bir-birindən maraqlı, yaradıcı, bir az da qəribə olmaları ilə fərqlənən turizm şüarları xəritəsi yayınlanlb.

Kənardan baxarkən asan görünsə də, bir ölkənin ruhunu bir neçə kəliməylə ifadə etmək bir az başsındırıcı bir işdir. Xəritəyə nəzər salsaq, görərik ki, müxtəlif ölkələr özlərini “satmaq” üçün hansı sloganları istifadə ediblər. (xəritəyə üçün dailymail.co.uk  saytına baş çəkə bilərsiniz.)

Şimali Koreya başda olmaqla, 38 ölkənin turizm şüarı tapılmayıb. Maraqlısı odur ki, bu ölkələrin içərisində İsveç də yer alıb.

Həmçinin şüarları ilə indiki vəziyyətləri eyni olmayan ölkələr də var xəritədə. Müharibə şəraitində olan Suriyanın “Suriya hər zaman gözəldir” və ya Çadın “Sahelin vadisi” kimi şüarlar buna misaldır.

Bəzi ölkələrin şüarları isə olduqca quru və mənasız səslənir. Ermənistanın “Ermənistana gəlin, bura gözəldir” və ya İordaniyanın “Bəli, bura İordaniyadır” kimi kobud səslənən şüarları misal göstərmək olar.

İordaniyanın şüarı

Bəzi ölkələr isə özlərini əziyyətə salmadan çox sadə şüar seçiblər. Belçikanın “Belçika, olmaq istədiyin yer” və ya Tunisin “Tunis kimi hiss edirəm” şüarları kimi.Omanın təklifinin isə bircə üzüyü çatmır: “Gözəlliyin adresi bəllidir”

Amerikanın “Hər şey sizin çata biləcəyiniz məsafədədir” şüarı həqiqəti sadə dillə çatdırdığı halda, Böyük Britaniyanın şüarı daha effektlidir: “Möhtəşəm anların ünvanı”

Böyük Britaniyanın şüarı

Bəzi ölkələr isə təkrarçılığa yol veriblər. “Görkəmli Barbados”, “Gözəl Banqladeş” kimi. Tonqonun yerləşdiyi yeri vurğuladığı “Əsl Sakit Okean” şüarını, Tobako və Trinidad da “Əsl Karib” olaraq təkrarlamış olurlar.

Bosniya və Portuqaliya coğrafi mövqeyinə görə şüar seçiblər. Bosniya  “Şərqi Avropanın ürəyi”, Portuqaliya isə “Avropanın Qərb sahili” kimi təqdim edib özünü dünyaya.

Bəzi Afrika ölkələri isə özlərini sivilizasiyanın başlanğıcı, tarixin beşiyi olaraq təqdim edir. Məsələn, Mozambik “Hər şeyin başlandığı yerə gəlin”, Efiopiya “Qədim köklər diyarı”, Misir isə “Hər şeyin başlandığı yer” şüarlarını seçiblər. Honduras isə həddindən artıq lovğa bir şüar seçib özünə: “Hər şey buradadır”

Azərbaycanın şüarı isə hər birimizə məlumdur: “ODLAR DİYARI!”

Daha çox ölkənin şüarı ilə tanış olmaq üçün isə dailymail.co.uk  saytına baş çəkə bilərsiniz.