Ev Blog Səhifə 395

İtmiş baqaja görə təzminat varmı?

0

Aeroportda itmiş baqaja görə təzminat

Səyahət edərkən hava limanında qeydiyyatdan keçdikdən sonra baqajlarımızın taleyi “yad əllərə” təslim edilir.

Bəzən sağ-salamat yola saldığımız baqaj ya gec, ya zədələnmiş olaraq geri dönür, ya da heç dönmür. Əlbəttə ki, bu hal səyahət edən insanlar üçün heç də ürəkaçan deyil. Lakin, haqlarını bilən sərnişinlər hətta bu vəziyyətə sevinə bilərlər. Çünki itmiş və zədələnmiş baqaja görə 1250 avroyadək kompensasiya alma haqları var.

Hava Nəqliyyatında bütün tənzimləmələr Varşava və Monreal Konvensiyalarına əsasən həyata keçirilir. Uçuş zamanı sərnişinlərin hüquqları və onların baqaj haqlarının sərhədləri məhz bu konvensiyalara uyğun müəyyən edilir. Qaydalara əsasən, itmiş baqajın tapılması üçün əvvəlcə hava yolu şirkətinin “İtmiş əşyalar şöbəsi” araşdırmalara başlayır. Sonra isə daha üst qurumlar işə cəlb edilirlər. Bir ay ərzində tapılmayan baqaj üçün isə kompensasiya işlərinə start verilir.

 

1kq itmiş baqaj 20 USD
İtmiş baqaj

Əgər qeydiyyatdan keçmiş (checked in) baqajınız itər, zədələnər və ya gecikərsə, Varşava konvensiyasına görə, hava yolu şirkəti hər kiloqrama görə 250 Poincare Franc (təxmini 20 USD) kompensasiya ödəməklə məsuldur. Monreal Konvensiyasına görə isə hava yolu şirkətinin məsuliyyəti 1250 avro ilə məhdudlaşdırılır. Yəni, bundan yüksək məbləğ tələb etmək sadəcə vaxt itkisidir. Çünki sərnişinlər bilet alarkən qaydaları qəbul etmiş olurlar. Əgər zədələnmə baqajın özündə olan qüsura görə baş verərsə, onda sərnişinlərin heç bir kompensasiya tələb etmə haqqı yoxdur.

Baqajınız zədələnərsə

  • Əgər baqajınız zədələnibsə, zədəni baqajı təslim aldığınız anda aşkar etsəniz, terminalı tərk etməmış hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.
  • Əgər baqajınız zədələnibsə, baqajı təslim aldıqdan sonra 7 gün ərzində hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.
  • Əgər baqajınız zədələnibsə və üstəlik gecikibsə, onda baqajı təslim aldıqdan sonra 21 gün ərzində hava yolu şirkətinə yazılı şəkildə bildirməlisiniz.

Gec gələn baqaja görə ödəmə

Əksər sərnişinlər bu haqda məlumatsızdırlar. Əgər baqajınız gec gəlibsə, o zaman baqaj təhvil verilənədək çəkdiyiniz xərcləri göstərən fakturalarla birlikdə hava yolu şirkətinə birbaşa və ya yazılı olaraq müraciət edə bilər, pulunuzu geri ala bilərsiniz.

Pul ilə vətəndaşlıq verən Avropa ölkələri

0

Pulla vətəndaşlıq

Deyir “pulun varsa hər şey əldə edə bilərsən”. Günümüzdəki halda eynən bunu sübut edir. Məhz bəzi Avropa ölkələri pul ilə vətəndaşlıq verir.

Son illər dünyada bir köç başlayıb. İnsanlar etibarlı, həyat şəraitinin yüksək olacağı ölkələrə üz tuturlar.Təbii ki, bu köç bizim ölkədən də yan keçməyib. Biz vaxtlar Rusiyaya qazanc məqsədilə gedən vətəndaşlarımız son illər Avropa ölkələri və Amerikaya üstünlük verirlər.Elə buna görə də Avropada yaşamaq istəyənlər üçün hansı ölkənin nə qədər investisiya müqabilində vətəndaşlıq verdiyinə bir nəzər salaq.

1.    İngiltərə – İngiltərədə yaşamağı arzulayanlar ölkəyə 2 milyon funt sterlinq sərmayə yatırmalıdırlar. Bu yatırım ölkənin özəl və ya dövlət sektoru şirkətlərinin pay sənədlərini alaraq 5 il ərzində ölkədə qalmalıdır.

2.    Malta – bir vaxtlar sürgün adası olan Malta Avropa Birliyi ölkəsi olaraq hazırda investisiya qarşılığında vətəndaşlıq verir. 350 min avro məbləğində pulu dövlət aksiyalarına yatıran və 5 il müddətində bu məbləği həmin aksiyalarda tutanlara müvəqqəti yaşamaq icazəsi verilir.

3.    Macarıstan – son illər Azərbaycan vətəndaşları üçün Avropaya açılan ən ucuz qapı rolunu oynayan Macarıstan 2013-cü ildən yatırım proqramına başlayıb, ölkəyə investisiya axışını təmin edir. 300 min avro investisiya yatıran heç bir əmlak almaq məcburiyyəti olmadan ölkədə müvəqqəti yaşayış izninə sahib olur.

4.    Yunanıstan – Ekonomik krizləri ilə gündəmdən düşməyən Yunanıstan ölkənin bu ağır günlərində pulla vətəndaşlıq verərək investisiya cəlb etməyə çalışır. 250 min avroluq daşınmaz əmlak alanlar Yunanıstan vətəndaşı ola bilirlər.

5. İspaniya – Hamının yaşamaq istədiyi bir ölkə olan İspaniyada 160 min avroluq daşınmaz əmlak alan yaşamaq, Avropa ölkələrinə səyahət və işləmək icazəsi əldə edir.

6. Portuqaliya – İspaniyanın qonşusu Portuqaliya isə yaşamaq icazəsi üçün 500 min avroluq daşınmaz əmlak, vətəndaşlıq üçün isə 1 milyon avro investisiya  tələb edir.

7. Latviya – Baltikyanı ölkələrdən Latviya isə 145 min avroluq daşınmaz əmlak alanlara vətəndaşlıq verir.

 

 

Yunanıstan otelləri – QİYMƏTLƏR

0

   Azərbaycanlı turistlərin səfər        etdiyi ölkələrin siyahısında           Yunanıstan ilk pillələrdədir

Azərbaycanlı turistlər daha çox bu ölkənin Santarina, Afina və Kiprin Yunanıstan tərəfində – Larsanada istirahət etməyə üstünlük verirlər.

Yunanıstanda turizm mövsümü əsasən, may ayının sonlarından başlayır. Buna səbəb burada yerləşən istirahət mərkəzlərinin dəniz sahilində yerləşməsidir.

Yunanıstanda istirahət qiymətləri  təqdim edirik.

                  “Orpheus otel”

Hotel Samotrace adasında yerləşir. Mehmanxana Terma çimərliyindən 300 metr, Kamariotissi limanından isə 12 kilometr aralıdadır. Nömrələrin eyvanından təbiət mənzərəsinə görünüş açılır. Hotelin bütün nömrələri Wi-Fİ, kondisioner, soyuducu, TV və telefon ilə təchiz edilib. Hər nömrədə duş və vanna otağı var.

Orpheus

Standart otaqlarda bir nəfərin gecələməsi 66 manatdır. Göstərilən qiymətə səhər yeməyi daxil deyil. Səhər yeməyi üçün əlavə 9 manat ödəmək lazım olacaq. 3 nəfərlik otaqlarda isə bir nəfərin gecələməsi 76 manatdır. 6 yaşa qədər olan uşaqlara ödəniş etmək tələb olunmur. 6 yaşdan böyük uşaqlar üçün isə əlavə yataq üçün bir gecə üçün 5 avro tələb olunur.

                   “Sunset otel”

2 ulduzlu mehmanxana  Uranopolis şəhərində yerləşir. Yola cəmi 3 dəqiqə sərf etməklə dəniz sahilinə çata bilərsiniz. Bütün otaqlar lazımi avandanlıqlarla təchiz olunub. Mehmanxanada 23 nömrə var. Hotelin bütün ərazisi boyu pulsuz Wi-Fİ təklif olunur. Mehmanxananın yaxınlığında çoxlu sayda dükanlar və restoranlar fəaliyyət göstərir. Həmçinin Haldiki yarımadasını gəzmək şansı əldə edə bilərsiniz. Hotel 2011-ci ildən fəaliyyət göstərir.

Sunset

Hoteldə standart nömrədə bir nəfərin gecələməsi 94 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 3 nəfərlik otaqda, bir nəfərin gecələməsi isə 111 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

                 “Alexhandra otel”

2 ulduzlu hotel Santorini adasında yerləşir. Hotel Kamari çimərliyindən 80 metr aralıdadır. Nömrələrin hər biri soyuducu, kabel televiziyası ilə təchiz olunub. Bəzi nömrələrin ayrıca mətbəxləri də var. Səhər yeməyi “İsveç stolu” formasında hovuz kənarında verilir. Hotel yaxınlığında kafe və restoranlar fəaliyyət göstərir. Həmçinin mehmanxanada avtomobil də kirayələmək olar.

Alexandra otel

Əsasən, avtomobil hotel qonaqları üçün yaxınlıqda yerləşən Fira şəhərinə getmək üçün lazım olur. Qiymətlərə gəlincə isə standart otaqların qiyməti 59 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. İstirahət mərkəzinin mənzillərində gecələmək isə 83 manatdır.

                       “Makris otel”

“Makris Hotel” Santorini adasının Kamari şəhərində yerləşir. Hotel 3 ulduzludur. Qonaqlar üçün hotelə hava limanından nəqliyyat təşkil olunur. Mehmanxananın bütün ərazisi boyunca pulsuz Wİ-Fİ var. Mehmanxanada nömrələr dənizə və bağçaya mənzərələri ilə təklif olunur. Hoteldə nömrə mənzillərin sayı 20-dir.

Makris otel

Hoteldə səhər yeməyi daxil standart otaqların qiyməti 207 manatdır. Mənzillərdə gecələmək isə 222 manatdır. Bu qiymətə də səhər yeməyi daxildir. 3 nəfərlik otaqların qiyməti isə 247 manatdır.

                       “Larco otel”

“Larco Hotel” Kipr adasının Yunanıstana aid hissəsində Larnaka şəhərində yerləşir. Mehmanxana ikiulduzludur. İstirahət mərkəzi dəniz sahilindən 200 metr aralıda yerləşir. Hotelin dizaynı keçmişi xatırladır.

Mehmanxana ərazisində pulsuz Wİ-Fİ var. Bütün nömrələrin eyvanı var. Mehmanxanada səhər yeməyinə çörək, cem, pendir və ət məhsullarının assortisini təklif edirlər.

Larco otel

Mehmanxanada bir nəfərlik otaq 76 manatdır. Əgər səhər yeməyi sifariş etmək istəsəniz 8 manat ödəməli olacaqsınız. İki nəfərlik standart otaqda bir nəfərin gecələməsi isə 94 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 102 manat təklif edilən bir nəfərlik otaqların qiymətinə isə səhər və günorta yeməkləri daxildir.

   “Holiday Inn Athens Attica Av, Airport W.”

5 ulduzlu hotel Afina şəhəri Attica prospektində yerləşir. Mehmanxanada bütün vanna otaqları mərmər ilə dizayn edilib. Hoteldə pulsuz Wİ-Fİ, idman zalı, qapalı hovuz və sauna təklif olunur.
Beynəlxalq hava limanı Elefterios Venizelos  istirahət mərkəzindən 135 kilometr aralıda yerləşir.

Holiday İnn Athens

Əlavə ödəniş etməklə mehmanxana qonaqlarına hava limanına gediş-gəliş  nəqliyyatı təşkil olunur. Nömrələr bütün lazımı avadanlıqlarla təchiz olunub. Həmçinin nömrələrdə seyf və pulsuz çay, kofe var. Mehmanxanada 124 nömrə var.

Hotel 2009-cu ildən turistlərə xidmət edir. Nömrələrin qiymətlərinə gəlincə isə iki nəfərlik standart otaqda bir nəfərin gecələməsi 282 manatdır. Səhər yeməyi üçün əlavə 32 manat ödəmək lazım olacaq. Mehmanxanada ən bahalı nömrələr 392 manatdır.

                “Athens Cypria otel”

Paytaxt Afinada yerləşən hotel 3 ulduzludur. Mehmanxana Syntagma metro stansiyasından 300 metr aralıda yerləşir. Hotelin bütün nömrələrində seyf var. Bundan başqa pulsuz çay və kofedən yararlanmaq mümkündür.

Athens Cypria otel

Uşaqlar üçün müəyyən xidmətlərdə güzəştlər təklif olunur. Hoteldə hər gün səhər 7-dən 10:30 kimi Amerika mətbəxinə məxsus yeməklər təklif olunur. Mehmanxananın Annabel kafesində müxtəlif cür spirtli içkilər təqdim olunur. Hoteldə bir nəfərlik otaqlar 174 manatdır.

Bu qiymətə səhər yeməyi də daxildir. 217 manat isə iki nəfərlik standart nömrələr təklif olunur. 12 yaşa qədər olan uşaqlara əlavə çarpayı pulsuz verilir.

 

 

Dünyanın ən qonaqpərvər ölkələri məlum oldu – SİYAHI

0

       Ən qonaqpərvər ölkələr

“InterNations” şəbəkəsi hansı ölkələrdə cəmiyyətə uyğunlaşmanın daha asan və rahat olduğunu araşdırıb.

Bunun üçün 191 xarici ölkədə yaşayan 14000 nəfərdən çox əcnəbi ilə sorğu keçirilib.

Sorğunun əsas aspektləri xaricdə yaşamağın üstünlükləri və yerli əhali ilə ünsiyyət və dostluq münasibətləri qurmaq olub.

“InterNations” sorğusunun nəticələrini təqdim edir.

                         Uqanda

Uqanda

Bu Şərqi Afrika ölkəsi əhalisinin dostcanlı olmasına görə ən yüksək qiymət qazanıb. Hesabata görə, Uqandada yaşayan xaricilərin 57%-i ölkəni “ümumi səmimiyyət” faktoruna görə mümkün ən yüksək balla qiymətləndiriblər. Bundan əlavə, iştirakçıların heç biri bu faktor üçün mənfi qiymət verməyiblər.

Ölkə həm də ərzaq və iş imkanları baxımından əlverişlidir – buna görə də, rezidentlər burada yüksək yaşayış səviyyəsini asanlıqla qazana bilərlər.

                     Kosta Rika

Kosta Rika

Bu Mərkəzi Amerika ölkəsində xaricilərin uyğunlaşma səviyyəsi digər faktorların hamısını arxada qoyur. Demək olar ki, 10 rezidentdən 9-u əhalinin səmimiyyət səviyyəsindən razı olduğunu, 8-i isə özünü vətənində hiss etdiyini bildirib.

Bəziləri bu məmnunluq səviyyəsini sosialist dövlətin yaratdığı sosial bərabərliklə əlaqələndirir, digərləri isə bunun əhalinin xüsusi qonaqpərvərliyinin nəticəsi olduğuna inanır.

Son illərdə Kosta Rikada yaşayış minimumu 10% artıb, hətta bəzi yerlərdə bir fincan qəhvə içməyin qiyməti Londonun mərkəzindəki qiymətlərlə eyni ola bilər. Lakin çox yerdə orta qiymətlərlə yemək və alış-veriş etmək olar.

                      Kolumbiya

Kolumbiya

Turistlərin sözlərinə görə, bu Cənubi Amerika ölkəsində xaricilər özlərini qısa zamanda evlərindəki kimi hiss edirlər. Kolumbiyalılar öz ölkələrini və xalqını müsbət şəkildə tanıtmağa can atırlar və onlar hər zaman xaricilərə qarşı qonaqpərvərdirlər.

Bəzi rezidentlərin fikrincə, Kolumbiyada yaşayan xaricilərin çox olmaması yerli əhalinin onları turist kimi görməsinə səbəb olur. Kənd təsərrüfatı ölkəsi olduğundan, sağlam həyat tərzinə önəm verənlər Kolumbiyada il boyu təravətli meyvə və tərəvəzləri ucuz qiymətə asanlıqla əldə edə bilərlər.

İqtisadi vəziyyətə gəldikdə, Kolumbiyada əcnəbilərin yüksək maaşlı iş tapması heç də çətin deyil. Belə ki, Kolumbiyada yaşayan çox rezident ailənin xidmətçi, sürücü və dayə tutmaq üçün kifayət qədər gəliri var.

                            Oman

Oman

Dünyanın ən günəşli ölkələrindən biri kimi Omanın əhalisi də xaricdən gələnlərə qarşı iqlimi kimi isti münasibət göstərə bilən xalqdır. Ölkənin qonaqpərvər mədəniyyəti rezidentlərə xoş ab-hava yaşadır.

Omanda yaşayan xaricilərin danışdıqlarına görə, sakinlər ehtiyacı olanlara asanlıqla kömək edir, hətta heç tanımadıqları xariciləri evlərinə aparıb kofe, xurma və ya meyvəyə qonaq edirlər.

Son illərdə ölkədə yaşayış minimumu artsa da, Oman Orta Şərqdə qiymətlərə görə ən uyğun ölkələrdən biri seçilib.

                     Filippin

Fillipin

Bir çox beynəlxalq şirkətlərin bu ölkədə ofis açması ölkədə yaşayan xaricilərin sayını artırmağa başladı. İndi 159 ölkənin vətəndaşları Filippinə vizasız giriş edə bilir. Burada yaşayan xaricilər yerli əhali haqqında danışdıqda onların çox gülərüz, ünsiyyətcil və yardımsevər olduqlarını bildirirlər.

Bundan başqa, filippinlilərin yüksək əyləncə mədəniyyətləri əcnəbilərin bu ölkədə yeni dostlar tapması imkanlarını artırır.

Qiymətlərə gəlincə, ortabüdcəli rezidentlər üçün Filippin çox əlverişli sayıla bilər. Həmçinin lüks yaşamağı sevənlər üçün də burada kifayət qədər şərait var.

Britaniya 9 mindən artıq azərbaycanlıya viza verməkdən imtina edib

0

             Böyük Britaniya

Böyük Britaniyanın xarici ölkələrdəki konsulluqları Azərbaycan vətəndaşları tərəfindən edilən viza müraciətlər üzrə 82911 ərizəyə baxıb.

Böyük Britaniya

Onlardan 74038-ə viza verilsə də, 9078 ərizəci rədd cavabı alıb.

Böyük Britaniya

Son 12 ildə ən çox viza müraciəti 2014-cü ilə təsadüf edib. Həmin il 10099 ərizəyə baxılıb. Onlardan 9293 ərizəyə müsbət, 755-nə mənfi cavab verilib. 48 ərizə geri qaytarılıb, 3-ü isə vaxtı keçmiş hesab olunub.

Azərbaycan vətəndaşları

Viza üçün ən az müraciət 2005-ci ildə edilib. Həmin il Birləşmiş Krallığın konqulluqları Azərbaycan vətəndaşlarının 4447 viza müraciəti barədə qərar qəbul edib.

Azərbaycan

Məlumata görə, 2004-2016-cı illərdə Birləşmiş Krallığa 137650 Azərbaycan vətəndaşı daxil olub. Onlardan 55300 nəfəri ölkəyə turist və qonaq kimi gəlib. 46900 nəfər xarici ölkələrdə müvəqqəti olaraq qaldıqdan sonra Böyük Britaniyaya qayıdan Azərbaycan vətəndaşları olub. 27720 nəfərin ölkəyə səfəri işgüzar məqsədi daşıyıb.

Son 13 il

Son 13 ildə Birləşmiş Krallığın dil kursları, kollec və universitetlərində təhsil almaq üçün 9120 azərbaycanlı bu ölkəyə daxil olub. 6020 nəfər isə tranzit sərnişin kimi Böyük Britaniyaya ayaq basıb. 1845 nəfər isə yüksək ixtisaslı mütəxəssis və investor bu ölkəyə işləmək və biznes qurmaq üçün gedib.

Azərbaycan

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Milli Statistika İdarəsinin hesabatına əsasən, Azərbaycanın 36 vətəndaşı sərhəddəki nəzarət-buraxılış məntəqələrindən ölkəyə buraxılmayıb. 35 nəfər sərhəddə sığınacaq istəyib.

Azərbaycanın gəzib-görməli yerləri Ukraynanın məşhur şousunda

0
Shirvan shakir's Palace located in the Inner City of Baku, Azerbaijan, It was built in 14-15th century. The Inner City of Baku is in the list UNESCO World Heritage Site.

  Ukraynanın məşhur şousu

Milli Turizm Təbliğat Bürosu ilə milli aviaşirkət AZAL-ın birgə dəstəyilə həyata keçirilən paytaxt Bakı və gəzməli yerləri haqqında video-rolik Ukrayna televiziyasında yer alıb.

Azərbaycan

Ukrayna telekanalı

“Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” – Azərbaycan və Bakı haqqında olan bu coşqun ifadələr Ukrayna telekanalı STB-nin məşhur “Зважені та щасливі” tele-şousunun finalında səsləndirilib.

Ukrayna

“Зважені та щасливі” Ukraynada yüksək reytinqli televiziya verilişdir. Final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.

Ukrayna

Milli Turizm Təbliğat Bürosu

Ukrayna bazarı ölkəyə turist cəlbi baxımdan ən əsas potensial bazarlardan biridir. Bu baxımdan, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir.

Bakı

 

Xüsusilə, Ukrayna hava yolları – UIA ilə əməkdaşlıq çərçivəsində uzun müddətdir birgə layihələr həyata keçirilir, bu ölkədən mütəmadi qaydada turizm agentliklərinin nümayəndələri, jurnalistlər və bloqerlərin Azərbaycana səfərləri təşkil edilir.

Qeyd

Qeyd edək ki, 2017-ci ildə Azərbaycana Ukraynadan 57 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında Azərbaycanın ən çox turist qəbul etdiyi yeddinci ölkədir. Aparılan işlər və araşdırmalar göstərir ki, bu rəqəmlər 2018-ci ildə  dahada artacağ.

Azərbaycan

Xatırladaq ki, Milli Turizm Təbliğat Bürosu oxşar fəaliyyətləri ənənəvi turizm bazarlarında olduğu kimi, eynilə yeni bazarlarda da həyata keçirir. Bunlara ABŞ, Avropa, Çin, Hindistan və başqaları daxildir.

Azərbaycanda yeni turizm zonaları yaradılacaq

0

            Turizm zonaları

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə yeni üç turizm zonasının yaradılması üzərində işləyir.

Turizm zonası

Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Əbülfəs Qarayev

Nazirin sözlərinə görə, o turizm zonalarında bütün imtiyazlar təşviq olunacaq:

Turizm zonası

“Həmin zonaların layihələndirilməsi ilin sonuna qədər nəzərdə tutulub. Bu zonalar Xızı-Nabran, Quba və Qusarda layihələndiriləcək”.

Azad olan qəsəbə – Kristiania

0

 

Şəhər içində özünün pul vahidi, bayrağı, qanunları olan qəsəbə

Danimarkanın mərkəzində, öz qayda-qanunları olan, özü yetişdirib, satan, “xoşbəxt” insanların qurduğu Kristiania qəsəbəsi var. Bu qəsəbə 45 ildir ki, Kopenhagendə dimdik durmağı bacarıb. Qəsəbədə hər şey bizim öyrəşdiyimiz dünyadakı qayda-qanundan fərqlidir.

Kristiania Danimarkanın paytaxtı Kopenhagendə 35 hektarlıq əraziyə qurulmuş avtonom qəsəbədir. 1971-ci ildə hippilərin və işsiz gənclərin tərk edilmiş hərbi əraziyə yerləşməsi ilə yaranıb. Bir müddət sonra istədiyi şeyləri edə biləcəkləri bohem həyat tərzi yaradıblar. Qəsəbənin girişində “Avropa Birliyi torpaqlarını tərk edirsiniz” – yazısı asılıb. Buranın öz bayrağı, hətta “Lon” adlı pul vahidi belə var.

Kristiana,Danimarka

Buradakı bütün evlər Graffiti ilə rənglənib. Hətta zibil maşınları belə qəsəbənin tərzinə uyğunlaşıb. Gündüz istehsal ilə məşğul olan insanlar, axşamları birlikdə əylənirlər. Qəsəbəyə dünyanın hər yerindən sənətkarlar, musiqiçilər gəlir. Axşamüstü gəzintiyə çıxanda hər küncdən fərqli musiqi alətlərinin sədalarını eşitmək olur.

Kristiania,Danimarka

Qəsəbə qanunlarına görə, avtomobil istifadəsi qadağan olunub. Burada sadəcə ekologiyaya zərərsiz nəqliyyat vasitələrinə icazə var. Vətəndaşların vergi ödəmək məcburiyyəti yoxdur. Bundan başqa, burada silahdan, kokaindən, metanfetamin kimi maddələr də istifadə etmək olmaz. Ancaq marixuana tamamilə sərbəstdir. Əsas gəlir mənbəyi turistlər olan qəsəbənin dərzi, market, restoran kimi yerlərdən əldə edilən gəliri də ortaq kassaya toplanılır. Bütün qərarlar ortaq məclisdə verilir. Kristianiada yaşayan hər kəs iclasda iştirak edə bilir.

Kristiania, Danimarka

Oğurluq edən adam qeyd-şərtsiz qəsəbədən uzaqlaşdırılır. Danimarka höküməti bir neçə dəfə buranı yığışdırmaq istəsə də, çox sərt üsyanla qarşılaşdığı üçün reallaşdıra bilməyib və 45 illik qəsəbə dimdik ayaqda durmağı bacarıb.

Dünyanın ən təhlükəsiz şəhərlərinin siyahısı tərtib edilib

0

Ən təhlükəsiz şəhərlər

İnternet şəbəkədə dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqi dərc edilib.

Gezmeli.az xəbər verir ki, müvafiq məlumatı “Numbeo.com” saytı təqdim edib.

Reytinqdə adı qeyd olunan 378 şəhərə cinayət indeksi müvafiqdir. Əgər bu indeks 20 xaldan çoxdursa şəhər təhlükəsiz sayılır.

Əbu Dabi

Portalın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhəri hesab edilib. Əbu-Dabidə bu indeks 14,44-dür. 20-40 bal indeksə malik ölkələr isə aşağı cinayətkarlıq səviyyəsi olan ölkələr hesab olunur. Daha sonra Almaniyanın Münhen, Tayvanın Taybey, İsveçrənin Bazel şəhəri gəlir.

Münhen

Rusiya şəhərləri də siyahıya düşüb. Moskva 45,32 indeksi ilə 205-ci yerdədir. Dünyada ən təhlükəli şəhər isə Venesuelanın Karakas şəhəri hesab olunur. Burada cinayətkarlığın səviyyəsi 86,61 balla ölçülüb.

Taybey

Sloveniya

Sloveniya

Sloveniyanı tam təhlükəsiz ölkə adlandırmaq olmaz: burada nadir hallarda olsa belə terrorçuların fəallığı müşahidə edilir və hətta bəzi zəif daxili münaqişələr mövcuddur. Bununla belə burada polislərin iştirakı qonşu ölkələrlə müqayisədə daha çoxdur. Bu isə öz növbəsində insanların özlərini rahat hiss etməsinə şərait yaradır.

İsveçrə

İsveçrə

İsveçrənin neytrallığı ölkəni dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirib. Daxili və xarici münaqişələrin olmaması, yüksək gəlir və müdafiə səviyyəsi səyahəti şərtləndirən amillərdəndir.

Kanada

Kanada

Bu ölkə hökuməti təhlükəsizlik məsələlərinin aktuallığına hətta ABŞ-dan belə çox önəm verir. Toronto şəhərinə səyahət etsəniz, bu şəhərin sizi valeh edəcəyini əvvəlcədən xəbər vermək olar.

Çexiya

Qanlı məxməri inqilab üçün ev olan ölkə hazırda dünyanın ən sakit ölkələrindən biridir. Aşağı cinayətkarlıq səviyyəsi, adambaşına düşən hərbi xərclərin kiçikliyi bu dinc Avropa limanına gözəllik əlavə edir.

Çexiya

Yaponiya

Yaponiyanın ən yüksək sülh indeksinə layiq görülməsi bu ölkədə qətl hallarına olduqca az rast gəlinməsi və vətəndaşların praktiki olaraq silaha çıxışa malik olmaması ilə əlaqəlidir. Təhlükəsizlikdən əlavə ölkə turistlərə olduqca loyal yanaşır. Belə ki, ölkə gəlirinin nəzərəçarpacaq hissəsini turizmdən gələn gəlir təşkil edir.

Yaponiya

“Fairmont Bakı”da enerji səmərəliyinin qiymətləndirilməsi mövzusunda konfrans keçirilib

0

“Fairmont Bakı”da enerji səmərəliyi konfransı keçirilib

“Fairmont Bakı” hotelində 25 aprel 2017-ci il saat 10:00 radələrində Binaların enerji modelləşdirilməsi və “Fairmont Bakı” hotelinin enerji səmərəliyinin qiymətləndirilməsi mövzusunda konfrans keçirilib.

Fairmont Baku

Konfransda çıxış edən Rusiya və Britaniya mütəxəssisləri “Alov Qüllələri” binalar kompleksinin enerji istehlakı modeli və yeni “REEN ZOOM AZERBAİJAN” qiymətləndirmə standartı barədə məlumat verib.

Təhlil nəticəsində “Fairmont Bakı” hotelinin mühəndis sistemləri yuxarıda göstərilən standartın 71 xalını yığıb. Bunun əsasında Azərbaycan Yaşıl Tikinti Şurası tərəfindən “5 yaşıl ulduz” sertifikatının təqdimetmə mərasimi keçirilib.

“Fairmont Baku” haqqında

Fairmont baku

Bakı şəhərinin ən yüksək nöqtələrindən birində yerləşən dəniz mənzərəli “Fairmont Bakı” hoteli yüksək xidmət və standartlara cavab verərək 318 otaq; lüks otaqlar və yaşayış mənzillərini özündə birləşdirir. Spa tək mərmər vanna otaqları xüsusi olaraq “Le Labo Rose” 31 dəriyə qulluq vasitələri ilə təchiz olunmuşdur. Bütün qonaq otaqları “POD Dock” və qəhvə hazırlayan maşınla təmin olunub. Məhdud sayda otaqların qonaqlarına 19-cu mərtəbədə yerləşən “Exclusive Fairmont Gold Lounge”a girişi var.

Fairmont baku

Burada “Fairmont Gold” qonaqlarına məxsusi olaraq hazırlanmış səhər yeməkləri, yerli alkoqollu və alkoqolsuz içkilər və gün boyu kanape setləri pulsuz təklif olunur. “Le Bistro” restoranı müxtəlif növ yerli və fransız mətbəxinin zəngin yeməklərini öz qonaqlarına təklif edir. Növbənöv kokteyl və qəlyanlar isə “Nur Lounge Bar”da qonaqlara təqdim edilir. Lüks spa hamam, sauna və müxtəlif masajlar ESPA mərkəzində qonaqların ixtiyarına verilmişdir. Qonaqlar həmçinin açıq və qapalı üzgüçülük hovuzundan istifadə edib, həmdə otelin fitnes mərkəzində idmanla məşğul ola bilərlər.Otelin bütün otaqlarında yüksək sürətli internet quraşdırılmışdır və “Fairmont President’s Club” üzvləri bundan pulsuz yararlana bilirlər.

Fairmont Baku