Kaldera falezlərinin içərisində inşa edilmiş bu otel möhtəşəm Egey Dənizi mənzərəsinə sahibdir.
Juvel Oteli – Norveç
Juvel Oteli – Norveç
Bu otelin ən gözəl xüsusiyyəti otaqların quş yuvası formasında olmasıdır. Bu yolla siz yatan zaman özünüzü ağacların arasında yatmış kimi hiss edəcəksiniz.
İnntel Oteli – Hollandiya
İnnet Oteli-Hollandiya
Caluse Monetin “Mavi Ev” adlı rəsm əsərindən ilhamlanılaraq Molenaar Van Vinden memarlıq firması tərəfindən yaradılan bu otel çox möhtəşəm görünüşə malikdir.
Free Spirit Spheres – Kanada
Free Spirit Spheres – Kanada
Yerlə əlaqəniz kəsildik də enerjiniz artar. Bu səbəbdən də kürə formasında olan otel otaqları yerdən bir neçə metr yüksəklikdə yerləşir.
Kakslattanen – Finlandiya
Kakslattanen – Finlandiya
Tavanı və divarları yalnız şüşə və çərçivələrdən ibarət olan bu oteldə gecələr səmada sayrışan ulduzları izləməkdən zövq ala bilərsiniz.
Cocoa Ada Oteli – Maldivlər
Cocoa Ada Oteli – Maldivlər
Otel Maldivlərdəki “Cocoa” adlı özəl bir adada yerləşir. Birbaşa olaraq dənizin üzərində yerləşən otel otaqlarından qapını açaraq dənizə atlaya bilərsiniz.
Jade Dağ Oteli — Sent Lüsiya
Jade Dağ Oteli — Sent Lüsiya
Tropik iqlimə malik olan Karib dənizindəki “Sent Lüsiya” adasında tikilən bu otel dağın yamacında yerləşir. Otelin hər bir mərtəbəsində “sonsuzluq hovuzu” deyilən hovuzlar mövcuddur.
Kirkenes Buz Oteli – Norveç
Kirkenes Buz Oteli – Norveç
Tamamilə qardan hazırlanan, yataqları belə qardan olan bu otel yaz aylarında əriyir və hər qış təzədən inşa edilir. Buzdan olmasına baxmayaraq qorxmağa ehtiyac yoxdur. Çünki, Finlandiyanın məşhur votkası sayəsində soyuğu hiss etməyəcəksiniz.
Kitabxana Oteli – ABŞ, Nyu-York
Kitabxana Oteli – ABŞ, Nyu-York
Bu hotel Jorge Luis Borgesin, “Mən cənnətin bir növ kitabxanan kimi olacağını düşünürəm” ifadəsindən ilhamlanılaraq tikilmişdir. Kitab qurdları üçün ideal məkan olan bu oteldə 6000 –dən çox kitab vardır.
Jumbo Stay Oteli – İsveç
Jumbo Stay Oteli – İsveç
Stokholumun Arlanda hava limanında yerləşən bir təyyarəni hotelə döndərmək kimin ağlına gələ bilər? Əlbəttdə soyuqdan başları bir qəribə işləyən İsveçlilərin. Otelə çevrilən təyyarədə 3 nəfər qala bilər və burada kokpit yataq otağı kimi istifadə edilir..
Gəldik, çatdıq məqalənin Sonuna.Zənnimcə sadalanan otellərin hamısı möhtəşəm idi.Ancaq mənim üçün ən maraqlı və əlimdə olsa qalmaq istədiyim möhtəşəm otel Amerikada yerləşən “Kitabxana Oteli”oldu. Bəs sizcə hansı daha gözəldi?
Azərbaycan may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində iştirak edəcək.
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin ticarət şöbəsi – Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) direktoru Oh Myung Hunun rəhbərlik etdiyi nümayəndə heyəti AZPROMO-da olub.
AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2018-ci il ərzində Azərbaycanda Koreya şirkətlərinin iştirakı ilə 4 biznes-forum və istehlak malları festivalının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində bu ilin may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində Azərbaycanın vahid ölkə stendi ilə iştirakı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Koreyaya ixracı, azərbaycanlı sahibkarların bu ölkəyə səfərlərinin təşkili, yerli şirkətlərin Koreyada həyata keçirilən layihələrdə iştirakı barədə fikir mübadiləsi aparılıb.
Rusiyalı turistlər arasında ən populyar kurortlar müəyyən edilib
TurStat analitik agentliyi dincəlmək üçün rusiyalı turistlər arasında ən populyar kurortları müəyyən edib.
MDB ölkələrinin rusiyalı turistlər arasında populyar olan kurortlarının ilk beşliyini müəyyən edib. Bura Qazaxıstan, Belarus, Qırğızıstan, Azərbaycan və Ermənistan kurortları daxildir.
Lənkəran
MDB ölkələrinin ən məşhur kurortlarının ilk beşliyinə Borovoe (Kazaxıstan), İssık-Kul (Qırğızıstan), Naroç (Belarus), Lənkəran (Azərbaycan) və Sevan (Ermənistan) daxildir.
Reytinq hotellərin onlayn bron edilmə sisteminin məlumatı üzrə tərtib edilib.
Lənkəran
TurStat-ın məlumatına görə, Lənkəranda rusiyalı turistlər adətən 7 gün, İssık-Kul-da 10 gün, Naroçda 8 gün, Borovda 12 gün, Sevanda isə 3 gün müddətinə hotel nömrəsi bron edirlər.
Lənkəranda istirahət çün turist büdcəsi orta hesabla sutkada 70 dolalrdan ibarət olur. Kurorta Moskva, Sankt-Peterburq və Moskva vilayətindən gəlirlər.
Azərbaycanlı turistlərin yay aylarında ən çox üz tutduğu yerlərdən biri Gürcüstandır. Bu ölkədən yazmağı ilk növbədə qonaqpərvərlikdən başlamaq lazımdır. Yerli sakinlərin qayğısı sizi bütün səyahət boyu müşayiət edəcək. Bu qayğı səmimi və təsirlidir. Gürcülər azərbaycanlıları çox sevirlər və qonaqlara hər zaman şaddırlar, onları diqqət və qayğı ilə əhatə edirlər. Burada sizi lazımi yerə qədər ötürəcəklər, əlavə olaraq yolüstü qısa ekskursiya da təşkil edəcəklər. İstənilən yerdə sizi ləziz yeməklərə və seçmə şərablara qonaq edəcəklər. Gürcüstanda darıxmaq? – Bunu təsəvvür etmək belə çətindir – sizin üçün hər zaman bayram əhvalı yaradacaq və gözəl musiqi və rəqslər hədiyyə edəcəklər.
Yuxarıda qeyd edildiyi kimi, Gürcüstanda azərbaycanlılara böyük sevgi ilə yanaşırlar. Təsadüfi deyil ki, 2016-cı ilin statistikasına əsasən, bu ölkəyə ən çox azərbaycanlılar səfər ediblər. Ötən il Gürcüstana 6 milyon 360 min 800 nəfər əcnəbi turist gəlib. Onlardan 1 milyon 523 min 75 nəfəri Azərbaycan vətəndaşı olub. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur. Azərbaycanın ardınca Ermənistan gəlir ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 1 milyon 496 min 246 nəfər olub. Üçüncü yerdə qərarlaşan Türkiyədən 1 milyon 254 min 089 nəfər Gürcüstanda olub. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur – müvafiq olaraq 1 milyon 037 min 564 və 172 min 631 nəfər.
parkı
Acarıstan
Azərbaycanlı turistlərin ən çox səyahət etdiyi yerlərdən biri də Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhəridir.
Bakıdan Batumiyə hava reysi yoxdur. Lakin təyyarə və ya avtobus ilə Tbilisiyə, sonra isə təxminən 5-6 saata Batumiyə çata bilərsiz.
Qara dənizin sahili ilə uzanan yol sizi Batumi şəhərinin mərkəzinə aparır. Yolboyu salınan yaşıllıq sahələri, heç bir divarla əhatəyə alınmamış çimərliklər insana xüsusi zövq verir.
Bir-birindən gözəl abidələr və heykəllər, qeyri-adi fəvvarələr – Batumini qısa müddətdə sevirsən, buraya laqeyd qalmaq mümkünsüzdür.
Mətbəxi
Gürcüstan mətbəxi barədə söhbət ayrıdır. Burada milli xörəklər ilə yanaşı, hər regionun öz mətbəxi var. Acar mətbəxi yeməklərin müxtəlifliyinə və dadına görə sözsüz liderdir. Buraya səyahət edənlər mütləq acar xaçapurisinin dadına baxmalıdırlar. Acar xaçapurisindən sonra yemək barədə 4-5 saat yaddan çıxarmaq olar.
Yerli mətbəxin dequstasiyası Acarıstana səyahətin ayrılmaz hissəsidir. Hərdən insanda elə təəssürat yaranır ki, daha heçnə yeyə bilməzsən, lakin dana ətindən ləziz lülə kababdan, abxazuri, borane, şampinyon göbələklərindən hazırlanmış xüsusi yeməklərdən doymaq olmur.
Acarıstanda ağ şəraba üstünlük verirlər. Ən çox içilən çinandali şərabıdır. Eyniadlı üzüm növündən hazırlanan çəhrayi quru çxaveri şərabı isə regionun ən məşhur içkisidir. Çxaveri üzümü yalnız Acarıstanın Kedski rayonunda yetişdirilir. Məhsul qış aylarında, şaxtalar düşəndə yığılır. Bu şərab heç bir ölkəyə ixrac olunmur. Acarıstanda bir ilə cəmi 20 ton çxaveri üzümü yığılır.
Gəzməli yerlər
Acarıstana səyahət təkcə yemək və içməkdən ibarət deyil. Respublikada gəzməli yerlər çoxdur. Onların hamısını görmək üçün sizə heç iki həftə də bəs etməyəcək.
Batumi ilə tanışlığı köhnə şəhərdən başlamaq lazımdır. Şəhərin tarixi hissəsini dəyişilməz saxladıqları üçün gürcülərə ayrıca alqış düşür. Son illərdə Batumidə hündürmərtəbəli binaların sayı artır, lakin onlar şəhərin ümumi görünüşünü dəyişmirlər. Batuminin tarixi hissəsi göydələnlərin arxasında qalır. Çox nadir yerlərdə müasir və tarixi dövrlərin belə harmonik birləşməsini izləmək olar.
Batumi küçəsi
Batumidə Bakı küçəsi
Bakı küçəsi
Köhnə şəhərdə gəzərkən mütləq Avropa meydanını ziyarət edin. Meydanın mərkəzində Kolxida hökmdarı, arqonavt Yasonun sevgilisi Medeyanın “qızıl qoyun dərisi” ilə heykəli qoyulub. Əfsanəyə əsasən, Yasona vurulan Medeya ona “qızıl qoyun dərisi”nə sahib çıxmağa kömək edib. Abidədə sevgililərin qaçdığı gəmi də təsvir olunub.
Batuminin mərkəzində “Möcüzələr parkı” yerləşir. Turistləri buraya “Əli və Nino”nun heykəli, “Şeytan” çarxı və “Əlifba” qülləsi cəlb edir (konstruksiyanın perimetri üzrə gürcü əlifbasının hərfləri yazılıb).
möcuzələr parkı
Əli və Nino heykəli
Dənizkənarı bulvarın ən möhtəşəm abidələrindən biri də “Əli və Nino”nun heykəlidir.
Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən “Əli və Nino” romanından ilhamlanaraq yaradılıb. Abidənin müəllifi heykəltəraş Tamar Kvesitadzedir.
Əli və Ninonun sevgi hekayəsini sizə hər bir batumiyalı danışacaq. Müsəlman Əli və xristian Ninonun metal fiqurları hərəkət edir. Mexanizm elə qurulub ki, heykəllər hər gün səhər saat yeddidə hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar. Gecələr isə, heykəllər, xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılır və bütün proses kompüter texnologiyalarının köməyi ilə idarə olunur.
Delfinari
Qara dəniz sahilində keçmiş Sovet İttifaqının ilk delfinarisi yerləşir. 1975-ci ildən buraya dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Delfinariyə giriş 15 laridir ( 10 manat).
Delfin şousu açıq səma altında keçirilir. Tamaşaçılar zalı amfiteatrı xatırladır. Yay aylarında delfin şousuna maraq çox olduğundan, biletləri əvvəlcədən əldə etmək məsləhət görülür. Şou üç dildə keçirilir: gürcü, rus və ingilis. Delfinlər öz təbəssümü və məharəti ilə sizdə əsl uşaq sevinci və xoşbəxtliyi oyadacaq. Delfin şousu unudulmaz xatirələr və müsbət əhval-ruhiyyənin zəmanətidir.
Musiqili park
Dünya şöhrətli ulduzların konsert verdiyi “Black Sea Arena”nın qarşısında bəstəkarlar parkı yerləşir.
Parkda məşhur gürcü bəstəkarların heykəlləri ucaldılıb. Heykələ yaxınlaşdıqda isə mexanizm işə düşür və həmin bəstəkarın sənət əsərləri səslənir. Bundan əlavə parkda maraqlı formada yonulmuş ağac kötükləri var.
Acarıstanın bütün gözəllikləri barədə yazmaq qeyri-mümkündür. Əgər siz buralarda olmamısınızsa, çox şey itirmisiniz. Batumi səyahət etmək üçün ən ideal şəhərlərdən biridir.
Bodrumda yeni hotel olsa da, təqdirəlayiq keçmişə malikdir. Onun yaradılmasına bir neçə kreativ qüvvə yönləndirilib. Faktiki olaraq bu hotel İtaliyanın Kapri adasında onilliklərlə uğurlu şəkildə həyata keçirilən iki əfsanəvi layihənin sintezidir. Onlardan biri Hollivudun məşhurlarının istirahət üçün seçdikləri məkan “Capri Palace Hotel & Spa” hotelidir, burada Leonardo Di Kaprionu və ya Qvinet Peltrounu görmək mümkündür.
II Riccio Beach House
Diqqətlə baxsaq, “Il Riccio Beach House” əslində “Capri Palace”ın kiçildilmiş variantıdır. İtaliyanın cənub memarlığına xas olan ağ divarlar, Amalfi yaxınlığında istehsal edilən keramik döşəmələr, Paoli Sandulinin işləri olan dəniz qızları – bunların hamısı Bodrumda və Kapridə var.
Qonaqlar üçün cəmi 10 lüks otaq var! Amma bu otaqlar “Capri Palace”ın yeni nömrələrinin dizaynını təkrarlayıb: ağ-mavi, açıq balkonlu, üzərində ayaqyalın gəzməkdən həzz alacağınız amalfitan döşəmələr.
II Riccio Beach House
“Сapritouch”
– “Capri Palace” hotelinə məxsus dəbli brendin adıdır. Qızlara Kapridə hazırlanmış iri rəngli bijuteriyalı yay ayaqqabıları yaxşı məlumdur, əslində “Capritouch”un əsas kartı da elə budur (əlbəttə ki, “Il Riccio Beach House” hotelində bu markanın butiki mövcuddur). Bundan başqa, yüksək keyfiyyətli materialdan hazırlanmış yüngül yay geyimləri, yataq dəsti, dəsmallar və mətbəx avadanlığı da mövcuddur. Hotelin bütün nömrələri “Capritouch”un yataq dəsti və dəsmalları ilə təchiz edilib.
II Riccio Beach house
“Il Riccio” restoranında isə əl ilə boyanmış qablarda yemək təqdim edilir. Bu restoran Kapridə 1950-ci illərin sonundan 1960-cı illərin əvvəlinə qədər məşhur idi. Kapridə istirahət edən italyan və beynəlxalq ulduzların “ağır artilleriyası” bura baş çəkməyi özünə borc bilirdi. Onun cazibədar olmasına səbəb isə adanın əsa bəzəyi olan Lacivərd mağarasının yaxınlığında yerləşməsi idi. Həm də restoranın nəzdində çimərlik klubu mövcud idi, burada çimərək, günəş vannası qəbul edərək, soyuq kampari içərək bütün günü keçirmək olardı. Digər səbəb isə mətbəxdə idi, onun sirli sadəliyi qonaqları bura yenidən qayıtmağa məcbur edirdi.
II Riccio Beach House
“Il Riccio” – ənənəvi şəkildə hazırlanmış, amma nəfis hazırlanmış təzə dəniz məhsulları deməkdir. Yeməklərin dadı o qədər fərqlidir ki, sanki hər bir təamın hazırlanması etalondur. XXI əsrdə restoran “Capri Palace” hoteli tərəfindən satın alındıqdan sonra aşpaz Andrea Milyaçço yeməklərin hazırlanma qaydalarını elə bir səviyyəyə çatdırdı ki, “Il Riccio” restoranı Michelin ulduzu aldı. Bu gün üçün həm “Capri Palace Hotel & Spa”, həm də “Il Riccio Beach House Bodrum” hoteli “Mytha Hotel Anthology” mehmanxana şirkətinə daxildir.
Milyaçço
Beş Michelin ulduzuna sahib olan yeddi restorana kuratorluq edən qrupun brend-şefidir. Bodrumda mətbəxi o, şəxsən rezident-şef Covanni Kayatstso ilə birgə qurub və bu mətbəx Kapridə qəbul edilmiş keyfiyyət səviyyəsinə müvafiqdir. Hətta italyan desertlərinin olduğu və hər kəsin məhdudiyyət olmadan istədiyini götürə biləcəyi “şirnikləndirmə otağı” da Bodrumda birə bir təkrar edilib.
II Riccio Beach House
Restoran, spa və fitnes-mərkəzi, açıq hovuzu, kaskadlı bağı, limanlı çimərlik klubu olan ağ saray tam italyan üslubundadır. Bodrumdakı “Il Riccio Beach House” hoteldən çox şəxsi villaya bənzəyir. Bəlkə də burada toy və təntənəli tədbirlərin keçirilməsinin səbəbi budur. İtalyan həyatının ixracı isə Aralıq dənizində fəal şəkildə inkişaf edən “Mytha Hotel Anthology” qrupu sayəsində mümkündür. Hazırda onun portfoliosunda İspaniya, İtaliya, Xorvatiya və Türkiyədə yerləşən 7 hotel daxildir, bu hotellərdən beşi “The Leading Hotels Of The World” assosiasiyasına daxildir.
“Mytha Hotel Anthology” idarəçi-direktoru Ermanno Dzanini Bodrumdakı layihənin necə yarandığından danışıb.
– Bodrumdakı “Il Riccio Beach House” hoteli ilə “Mytha Hotels Anthology”nin digər hotelləri ilə ümumi cəhətləri nədir?
– “Mytha Hotel Anthology” – unikal layihələrin kolleksiyasıdır, bizim üçün hər birinin DNT-si qiymətlidir. Hotelin yerləşdiyi məkanın mədəniyyəti, tarixi və təkrarolunmaz təbiəti layihələrimizi xüsusi edir. Bodrumdakı “Il Riccio Beach House” – məhz belə layihələrdəndir. Burada həm də zamana boyun əyməyən Aralıq dənizi ruhu, həyat tərzi var, bu isə “Mytha Hotel Anthology” üçün çox vacibdir. Həyatınızın hər anını dəyərləndirdiyiniz, emosional təcrübəniz bizim “Zamanı Aralıq dənizində hiss et” sloqanımızda ifadə edilib. Bodrumdakı “Il Riccio Beach House” hotelinə gəlin və haqlı olduğumu özünüz yoxlayın.
– Bodrumdakı “Il Riccio” ideyası nədən ibarətdir?
– Bodrum – kosmopolit şəhərdir. O, çoxmillətli auditoriyanın maraqlarını əks etdirir, bura hamı üçün rahatdır. Biz sivilizasiyanın toxunmadığı məkanı gördükdə yeni “Il Riccio” hotelimiz üçün doğru məkan olduğunu və İtaliyanın sərhədlərindən kənarda yeni pərəstişkarlar tapa biləcəyimizi anladıq. Bu gözəl diyara İtaliya həyat tərzini təklif edə biləcəyimiz zamanın gəlib çatdığını anladıq!
– İlk olaraq nədən başladınız?
Sizcə bütün dünyadan olan insanlar İtaliyada nəyi bəyənir? Qastronomiya! Hoteli açmazdan bir il öncə biz restoranın açılışından başladıq. Təzə ərzaqlardan hazırlanmış sadə yeməklər hamını cəlb edir. Bu Anakapridə məşhur olan “Il Riccio” restoranının “Michelin” ulduzunu almasına səbəb olan keyfiyyətdir. Biz ideal dəniz mətbəxinin nə olduğunu bilirik. Təcrübəmizi niyə də bölüşməyək? Biz layihəni beynəlxalq etmək qərarına gəldik. Hazırda “Il Riccio” artıq “D Maris Bay” (Türkiyə) hotelində fəaliyyət göstərir, sentyabrda Dubayda, oktyabrda Mayamidə açılacaq.
– Qastronomiyadan başqa “Il Riccio” İtaliyaya məxsus olduğunu əks etdirən cəhət hansıdır?
Biz Bodrumda, həmçinin “Capri Palace Hotel & Spa” hotelini və onun bir hissəsi olan “Il Riccio” restoranını məşhur edən qonaqlara fərdi xidmət təcrübəmizi tətbiq etmişik. Yerli həmkarlarımızı 10 lüks nömrənin, spa və çimərliyin İtaliyada etdiyimiz kimi qayğısına qalmağı öyrətmişik.
Layihə Anakapridə “Il Riccio” layihəsi üzərində çalışan memara həvalə edilib. Bu interyer də Aralıq dənizinin və İtaliyanın ruhunu əks etdirir, yüksək keyfiyyətli, xüsusi və zövqlə seçilmiş elementlər buna xidmət edir. Ən əsası isə qonaqlar burada istirahətlərinin hər anından zövq alacaq və onu tam olaraq yaşayacaqlar!
Viza almaq istəyən və ya artıq təcrübəsi olan şəxslər yaxşı bilir ki, səfirliklərdən tələb olunan sənədlərdən biri də bankdan hesabda vəsaitin olması ilə bağlı arayışdır.
Budəfəki araşdırma mövzumuz banklardan alınan arayışların xidmət haqları ilə bağlı oldu.
Bank
Son iki il ərzində bankların müxtəlif xidmətlər üzrə komisyon haqlarının artmasını nəzərə alaraq, banklardan səfirlik üçün verilən arayışların xidmət haqları ilə maraqlandıq.
Qeyd edək ki, səfirliklər üçün arayış, adətən, ingilis dilində alınır və arayışlar, mütləq möhürlü olmalıdır. Səfirliklər bəzən internet bankinqlə əldə olunan çıxarışları qəbul etmir.
Beləliklə, bankların xidmət haqları ilə tanış ola bilərsiniz. Məlumat bankların saytlarından və məlumat mərkəzləri ilə əlaqə saxlayaraq əldə olunub.
Yalnız bir neçə bank ilə əlaqə saxlamaq mümkün olmayıb.
Havalar getdikcə qızır və bunun müsbət təsirlərini hamıda rahatlıqla görmək olar. Aylardır, qapalı mühitlərə qısılıb-qalan bir çox insan, fürsət tapdıqca, açıq havaya daha çox çıxır. Təbii ki, bu vəziyyət pul qazanmaq istəyən insanların da işinə yarayır. Çünki havanın isinməsi özü ilə birlikdə həm də bir çox alternativ pul qazanmaq yollarını gündəmə gətirir. Bu istər soyuq içkilər, istər də bəzək əşyaları düzəldib satan şəxslər ola bilər. Məhz onlar yay aylarında pul qazanma üsulları fikirləşib tapır.
Yay mövsümün gəlməsi ilə birliklə həm əlavə gəlir əldə etmək istəyənlər, həm də tələbələr üçün bir-birindən yaxşı iş fikirləri ortaya çıxır. Əl qabiliyyətiniz varsa, son dərəcə yaradıcı və əyləncəli işlər görərək, pul qazana bilərsiniz. Turistlərin çox ziyarət etdiyi yerdə yaşayırsınızsa, işiniz daha da asandır. Sahil kənarlarında pul qazanmağınıza səbəb olacaq, bir çox iş ideyaları mövcuddur, onlardan biri mütləq sizə uyğun gələcək.
İsti havalarda pul qazandıracaq 12 tövsiyəni təqdim edir:
Sərin meyvə şirələri
meyvə şirəsi
Yayın istisində insanların mayeyə olan tələbatı daha da yüksəlir və onların bu ehtiyaclarını qarşılayacaq meyvə şirələrinin satışını təşkil etsəniz pul qazanma şansınız var. Bildiyimiz kimi yay mövsümü meyvə və tərəvəz baxımından bolluqdur. Lazımı icazə işlərini həll etdikdən sonra, açacağınız kiçik bir meyvə şirəsi barı (köşkü) ilə yaxşı gəlir əldə edə bilərsiniz. Hətta bu işi səyyar şəkildə, hansısa avtomobillə də görmək mümkündür.
Sahil və ya çimərliyə endiyiniz zaman, çətin, şezlonq kimi çeşidlərin satışını və ya kirayəsini edən insanlar ilə qarşılaşırsınız. Həmçinin çimərlik geyimləri və ya dəsmalları kimi müxtəlif ehtiyacları qarşılayacaq yerlər vardır. Bu iş də yaz mövsümündə, turistlərin üstünlük verdiyi yerlərdə görə biləcəyiniz ən yaxşı işlərdəndir. Son dərəcə asan satış və ya kirayə üsulu ilə rahatca pul qazanarsınız.
Döymə etmək
döymə
Tətil yerlərində ən məşhur pul qazanma yollarından biri də müvəqqəti döymələr etməkdir. Balaca bir “obyekt” yaxşı qazanc əldə etməyə kömək olacaq. Çox da pul xərcləmədən lazımı xammalı ala bilərsiniz və əgər əl qabiliyyətiniz varsa, bəsit bir şəkildə döymələr edərək, pulunuzu qazanırsınız. Bir neçə şablon və müştəriləri cəlb edəcək qiymət siyasəti. Müxtəlif kampaniyalar edərək qazanacağınız müştərilər və pulun miqdarını artıra bilərsiniz.
Bəzək əşyaları biznesi
bəzək əşyası
Yay mövsümü ilə assosiasiya olunan digər biznes isə bijuteriya piştaxtalarıdır. Hər addım başı bir bər-bəzək satıcısı ilə qarşılaşa bilərsiniz. Demək olar ki, hamısının da müştərisi var. Kimlər isə öz hazırladıqları zinət əşyalarını, kimlərsə təbii daşlardan, balıq qulağından düzəlmiş əşyaları satır, ümumiyyətlə bu tip biznes üçün təbiət özü bizi xammal iə təmin edir. Həmçinin topda alıb, sonra pərakəndə satış edənlər də var. Son nəticədə mövsümün ruhuna uyğun, dəbin nəbzini tutan bəzək əşyaları təklif etsəniz, bu mövsümü mənfəətli başa vura bilərsiniz.
Forex nədir?
forex
Yay mövsümündə yaxşı gəlir əldə edən şirkətlərin səhmlərinə yatırımlar əldə edə bilərsiniz. Yayda bu şirkətlərin fəaliyyətdə əməlli canlanma olur ki, sonradan bu canlanma özünü şirkətin səhm gəlirlərində əks etdirir. Bu hava yolları, tekstil, hotel biznesi kimi sahələr də ola bilər. Bu yatırımları internet üzərindən edə bilərsiniz, sadəcə seçici və diqqətli olun, bu yatırımlar sizə gözlədiyiniz gəliri gətirə bilər.
Otaq, velosiped və ya avtomobil kirayəsi
velosiped
Turistik bölgələrdə evə sahib olanlar həqiqətən Allahın şanslı bəndələridir. Onların bir çox əlavə gəlir fürsəti var və mövsümdən asılı olaraq, əlavə qazancları yarana bilər. Boş otağın icarəyə verilməsi və ya dəniz kənarına yaxın evlərin kirayə verilməsi buna misal ola bilər. Onlar həmçinin velosiped və ya avtomobil kirayəsi də təşkil edə bilər. Boş otaqların günlük kirayəsi isə bütün yay ərzində yaxşı gəlir qazandıra bilər. Həmçinin bir neçə velosiped alıb, onları saatlıq kirayəyə vermək olar. Həmçinin onlar öz avtomobillərini kirayə verə və ya özləri sürücülük edə bilərlər.
Bələdçilik və ya tərcüməçilik
bələdçi
Yayda turistlərin çox axın etdiyi yerlərdə bələdçilərə və tərcüməçilərə ehtiyac artır. Bu sizin həm yeni insanlar tanımağınıza, həm də əlavə pul qazanmağınıza kömək edir. Bu praktika bir çox Avropa ölkələrində var, sizi “pulsuz piyada turlar” təşkil edir və turistləri ətrafınıza toplayır, onlara şəhəri gəzdirirsiniz, sonra isə onlar sizə “bəxşiş” verir. Hər şey sizin şəhərini tanımağınıza və turu necə təşkil etmə bacarığına bağlıdır. Bu sahəni inkişaf etdirib, özünüz üçün biznes yarada bilərsiniz.
Kempinq və çadır məkanları
çadır
Yayla xarakterizə olunan digər bir fəaliyyət növü isə kempinqdir. İstər çadır, istər də təbii yaşam kempinqi ilə insanlar şəhər həyatının stressindən uzaqlaşa bilər. istər sahildə, istər də dağ yamaclarında kempinq yerləri quraraq, pul qazana bilərsiniz. Əlbəttə ki, bundan ötrü lazımı icazə sənədləri almalı olacaqsınız.
Səyyar qida satışı
qutab
Yay axşamlarında əlinə yüngülvarı bürmə alıb gəzən insanları hamımızı görürük, bəlkə özümüz də o insanlardanıq. Sendviçlər, qarğıdalı soyutması, yerli dadlar və sairə. Səyyar satışlar təşkil etmək gözəl fikir ola bilər. Tətil dövründə belə bir işə girərək, bir çox turistin diqqətini çəkə bilərsiniz. Köz üstü yeməklər, sendviç, isti qutablar və sairə. Ayaq üstü yeyiləcək, milli mətbəximizə xas yemək çeşidləri.
Üzgüçülük dərsləri
üzgüçülük
Əgər həqiqətən də üzgüçülükdə bacarıqlısınızsa, pul qazanmaq üçün bu bacarığınızı istifadə edə bilərsiniz. Axı üzməyi bacarmayan o qədər insan var. Siz müxtəlif yaş qruplarında olan insanları fərqli növ dərslər verə bilərsiniz. Amma bu iş üçün həqiqətən bacarığınız olmalı və heç bir riskə məhəl qoymadan onu etməlisiniz. Sonrası isə asandır, sadəcə necə üzməli olduğunu insanlara sadə dillə izah etmək qalır. Bu həm də sağlamlıq və formada qalmağa kömək edir.
Təşkilatçılıq
təşkilat
Yay mövsümünün gəlməsi ilə toy-düyün, nişan, sünnət, ad günü, açılış mərasımləri kimi bir çox şənliklər daha da aktuallaşır. Bu şənliklər üçün “ən orijinal ideyalar” məndədir deyirsinizsə, və ya mən “hamıdan yaxşı təşkil edərdim” fikri ağlınızdan keçirsə, deməli başlamaq zamanı gəlib. Bu mövsümdə populyarlaşan tədbirlərin təşkilini üzərinizə götürün, həm insanlara kömək etmiş olun, həm də pul qazanın.
Gəlinlər üçün xüsusi əşyalar
gəlinlik
Yay aylarının gəlməsi həm də toy mövsümünün başlanğıcıdır. Toy isə bir çox insanın pul qazana biləcəyi adətdir, nə yaxşı ki toylarımız var. sizdə toylardan öz qazancınızı götürə bilərsiniz. Toyları dekorasiya etmək üçün bəzək əşyaları, xonçalar, xına mərasımləri üçün geyimlər, gəlinin rəfiqələri üçün qolbaqlar, taclar və daha nələr hazırlamaq olar. Gəlinlər üçün özəl aksesuarlar hazırlamaq və ya gətizdirmək olar. Təkcə bu sahə üzrə ixtisaslaşıb yaxşı gəlir əldə etməyiniz mümkündür.
Hədiyyəlik əşyalar satın
hədiyyə
Tətil və gəzinti məkanlarında, həmçinin istirahət yerlərində hər addımda bəzək və dekorativ əşyaların satılmasının şahidi olursunuz. Hər hansı bir şəhər və ya tarixi hadisə ilə bağlı əl işləri, bəzək əşyaları hər kəsin edə biləciyi bir işdir əslində, amma hər kəs bu növ bacarıq ilə pul qazana bilmir. Əl bacarığınıza güvənir və bir az da əlavə gəlir qazanmaq istəyirsinizsə, bir dəzgah da siz açıb, hədiyyəlik əşyalar hazırlayıb sata bilərsiniz.
Yaz-yay mövsümü bir çox insanın qarşısında imkanlar açan bir zaman dilimidir. Əlavə gəlir qazanmaq və yay mövsümünü boşa keçirmək istəməyən insanlar, məhz onlara uyğun olan bir çox alternativ tapa bilər. Yaradıcılıq qabiliyyətinizi istifadə edərək, bəzək əşyaları düzəldə, yaz libasları tikə və müvəqqəti döymə işinə girişə bilərsiniz. Xüsusi ilə də tətil yerlərində əl işi olan məhsullar diqqət çəkir. Hədiyyəlik bəzək əşyaları düzəldib sata bilərsiniz və ya artan toy-düyün mərasimlərində yardımçı olaraq pul qazana bilərsiniz. Çətini müştəriləri cəlb etməkdir, sonra isə çox asandır.
Azərbaycanda şəxsi evlərin turistlərə kirayə verilməsi halları artıb.
Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, belə hallar həm Bakının mərkəzində, həm də Bakıdan kənar ərazilərdə müşahidə edilir.
Azərbaycanda hotellərin sayının az olduğunu deyən M.Ağakərimov qeyd edib ki, ölkədə yeni hotellər inşa edilməlidir.
AzTA rəsmisi qeyd edib ki, hotellərin inşası üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: “Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Ona görə də hotellərə tələbat var”.
M.Ağakərimov
M.Ağakərimovun sözlərinə görə, hazırda Azərbaycanda 535 hotel fəaliyyət göstərir. Həmin hotellərin 146-sı Bakı və Abşeron yarımadasında yerləşir.
Birləşmiş Ərəb Əmirliklərinin mərkəzində yerləşən Şarja – bütün əmirliklər ilə sərhədi olan yeddi əmirlikdən biridir. Şarja islam mədəniyyətinin mərkəzi və BƏƏ-nin ənənəvi dəyərlərini qoruyan sipərdir. Bu gözəl əmirliyə gələn hər kəs unikal mədəni və tarixi abidələrə heyran qalır. Əyləncə sevənlər də diqqətdən kənarda qalmır, belə ki, akvapark, akvarium, “Şeytan çarxı”, safari və digər maraqlı obyektlər var.
Bir sözlə, Şarjanın turistlər arasında populyarlıqda qonşu əmirliklərə çatma şansı var. Biz buna burada keçirdiyimiz bir neçə gün ərzində əmin olduq.
Şarjanın qəlbində
Azərbaycanlı turistlər arasında səfər üçün populyar olan istiqamətlərdən biri də BƏƏ-dir. İndiyə qədər birbaşa reyslər yalnız Dubaya yerinə yetirilirdi. Və nəhayət, “Air Arabia” şirkətinin səyləri nəticəsində Şarja ilə birbaşa aviaəlaqə yaradılıb. Bakı-Şarja-Bakı marşrutu üzrə Heydər Əliyev Hava Limanının birinci terminalından həftədə 4 dəfə uçuşlar yerinə yetirilir. Aviabiletlərin qiyməti hər iki istiqamətdə 300 manatdan başlayır, bu gün üçün bu, həmin istiqamətdə mövcud olan ən əlçatan qiymətdir. Qiymətə həmçinin 10 kq-a qədər əl baqajının daşınması da daxildir. Digər loukost şirkətlərdə olduğu kimi, “Air Arabia” sərnişinləri də bilet alarkən əlavə baqajın daşınmasını və göyərtədə yemək variantını da seçə bilərlər. 2 saat 30 dəqiqə uçuş və siz nağıla bənzər, cazibədar və qonaqpərvər Şarjadasınız!
Şarja
Otellər
Onu da demək lazımdır ki, Şarjada istənilən zövqə və büdcəyə uyğun hotellər tapmaq mümkündür.
Burada həm “Sheraton” və “Radisson Blu” kimi beşulduzlu kurortlar, həm də aeroportun yaxınlığında yerləşən “Centro by Rotana” iki və ya üçulduzlu hotellər də mövcuddur. Biz orta səviyyəni seçmək qərarına gəldik və şəhərin mərkəzində yerləşən dördulduzlu “Golden Tulip” mehmanxanasını seçdik. Mehmanxana Korniş şəhərinin əsas magistralının yaxınlığındadır, bu isə bizim üçün Şarja ilə tanışlığa başlamaq üçün sərfəli oldu.
Bir qayda olaraq, turistlər tarixi rayona – çoxsaylı tarixi tikililərin və məşhur abidələrin yerləşdiyi Şarjanın qəlbinə yollanırlar. Əmirliyin 16 möhtəşəm muzeyindən biri olan Şarjanın mədəni irsi muzeyi məhz burada yerləşir. Muzeyin kolleksiyasında yerli əhalinin həyat tərzi ilə tanış olmaq, məişət əşyalarını, milli geyimləri, musiqi alətlərini, bəzək əşyalarını, ədviyyatları, xalçaları, qabları və bu regiona məxsus digər atributları görmək olar. Muzey XVIII əsrin sonunda inşa edilmiş qədim evdə yerləşir, ev vaxtı ilə mirvari ticarəti ilə məşğul olan şəxsə məxsus olub. Evin memarlıq üslubu və mebelinin elementləri həmin dövrün həyat tərzini əks etdirir. Muzeydən çıxarkən sizi mütləq yüngül və gümrahlaşdırıcı, zəfəran və hil ilə hazırlanmış ərəb qəhvəsinə qonaq edəcəklər.
Muzey
Alarsa bazarı
Şarjanın qəlbində, əntiq qabların, aksessuarların, silah və digər məmulatların satıldığı köhnə Alarsa bazarına getmək olar. Ümumiyyətlə, Şarjada çox sayda tarixi və müasir bazarlar mövcuddur. Onların arasında ən məşhuru – Mərkəzi bazar yer alır. Onun fasadının mavi rəngdə olması bazarın həm də Mavi bazar kimi məşhurlaşmasına səbəb olub. Bazarın binası ənənəvi ərəb üslubunda inşa edilib, burada təbii havalandırma üçün külək qalaları da var. Bu qalaların sayəsində bazara rus dilli turistlər “kiçik parovozlar” adlandırırlar.
Mərkəzi bazarın piştaxtalarında xalçalar, zinət əşyaları, ətriyyat, milli geyim, elektronika, sənət əsərləri və digər məmulatlara rast gəlmək olar. Əgər ərzaq almaq istəyirsinizsə, o zaman yaxınlıqda yerləşən həm balıq, həm də meyvə bazarını özündə birləşdirən Əl-Cübeyl bazarına getməli olacaqsınız. Bazarın girişində böyük zal var, burada ənənəvi balıq hərracı keçirilir. Hər gün balıqçılar bura təzə tutulmuş balıq gətirirlər, tacirlər tərəfindən alınaraq restoran və supermarketlərə çatdırılır. Burada qonşu pavilyonda müxtəlif dəniz məhsullarının pərakəndə satışı həyata keçirilir. Balıq pavilyonu ilə üzbəüz müxtəlif meyvələrin, tərəvəzlərin və ədviyyatın satıldığı meyvə bazarı yerləşir. Burada ənənəvi meyvələrlə yanaşı, manqo, quava, rambutan, liçi, cek, manqostin kimi ekzotik meyvələr təklif edilir.
Maarif işığı və təbiətin xəzinəsi
Biz artıq Şarjanın Əmirliklərin islam mədəniyyəti mərkəzi hesab edildiyini qeyd etmişdik. Təsadüfi deyil ki, turistlərin çoxunun görmək istədikləri İslam sivilizasiyası muzeyi burada yerləşir. Onun unikal interaktiv ekspozisiyası qədim dövrdən başlayaraq, yaşadığımız müasir dövrə qədər islam sivilizasiyasının nailiyyətlərini nümayiş etdirir. Muzeyin 14 əsri əhatə edən kolleksiyasında 5 min əşya var, bura qədim manuskriptlər, bəzək və kostyum nümunələri, vacib ixtiralar, tibbi avadanlıq da daxildir. O cümlədən də burada Azərbaycanın Mərəzə şəhərinin rəsədxanasının mərkəzi qalasından olan XIII əsrə aid astronomik alətlərin rekonstruksiyası təqdim edilib.
İslam mədəniyyəti ilə tanışlığı Əl-Nur məscidi ilə başlayır. Bu, Şarjada müsəlman olmayanların ekskursiyaya buraxılmadığı yeganə məsciddir. Bəyaz məscid, minarələr də və nəhəng tavan da özünü büruzə verən Osmanlı üslubunda inşa edilib, ekskursiya zamanı turistlərə islam dininin əsasları barədə məlumat verilir. Bundan başqa, arzu edənlər ənənəvi ərəb libaslarını da geyə bilərlər. Din və mədəniyyət üzrə verilən məlumatlar, müxtəlif ölkələrdən olan insanlara yerli ənənələri daha yaxşı anlamağa yardım edir, həmçinin dünyagörüşünün genişlənməsinə və tolerantlığın təzahürünə səbəb olur.
Məscidin yaxınlığında Əl-Nur, – ailəvi istirahət üçün əla yerdir. Sahil ilə gözəl körpü vasitəsilə birləşən adada landşaft dizaynı düşünülmüş gözəl park salınıb. Adaya giriş pulludur. Yaşıllıqlara qərq olmuş adada orijinal skamyaları, fəvvarələri və heykəlləri olan müxtəlif art-obyektlər, eləcə də insektari mövcuddur. Burada ekzotik bitkilər arasında Şərqi Asiya ölkələrindən gətirilmiş 500 növ kəpənəklər uçuşur.
Təbiət xəzinələri
Təbiətin xəzinələri ilə yaxından tanış olmaq üçün lacivərd dənizin sahilində yerləşən Şarja akvariumuna da səfər etmək olar. Sualtı dünyanın bu guşəsində regiona xarakterik olan 250-dən çox dəniz faunasının nümayəndələrini görmək olar. Dəniz suyunun olduğu nəhəng rezervuarlarda yüzlərlə akula, dəniz tısbağaları, dəniz ulduzları, dəniz atları və rəngli tropik balıqlar yaşayıb.
Mətbəx
Şarja yalnız mədəniyyət və maarif mərkəzi deyil, eləcə də yaxın şərq mətbəxindən zövq almaq üçün əla seçimdir. Səfər boyu siz həm səhər, həm də şam yeməyi zamanı dadına baxmaq istəyəcəyiniz orijinal yeməklərlə rastlaşacaqsınız. Yerli yeməklərin çoxu paxlalılardan və noxuddan hazırlanır – burada müxtəlif növ souslardan və ədviyyatlardan istifadə edilərək ənənəvi falafel, humus və s. hazırlanır. Məşhur kus-kus düyü və ədviyyatlar hazırlanır. Şarja – dənizkənarı regiondur, bu səbəbdən də burada balıq, krevet, kalmar və s. dəniz məhsulları boldur. Ərəb çörəyi bizim lavaşı xatırladır, amma bir qədər balaca və qalındır. Desert olaraq isə türk və Azərbaycan paxlavasına bənzər yerli paxlavanın dadına baxın. Əlbəttə ki, burada hər zaman yetişmiş və şirəli olan, demək olar ki, hər addım başı satılan ekzotik meyvələrin dadına baxmağı da unutmayın!
Sizə mehmanxana xərclərinə qənaət etmək və pullarınızı daha əhəmiyyətli bir şeyə xərcləmək üçün bir neçə məsləhət hazırlayıb.
1. Araşdırın
“Trivago”, “Kayak” və ya “Booking.com” kimi saytlar sizə lazım olan şəhərdə hotellərin icmalını verəcək. Lakin onlardan hər şey barədə tam dolğun məlumat gözləməyin. Vəziyyəti özünüz yoxlayın. Məsələn, pulsuz parkinq, səhər yeməyi və ya Wİ-Fİ-ya promokodlar və bonuslar axtarın. Sizi maraqlandıran hotelin birbaşa saytına diqqət yetirin. Çünki orada qeyd olunan qiymətlər vasitəçilərdən daha aşağı ola bilər.
2. Qiyməti “öldürün”
Beləliklə, sizin gedəcəyiniz hoteldə nələrlə qarşılacağınız haqda azdan-çoxdan məlumatınız var. İndi bir neçə hotel seçib, bir neçə zənglər etməyin vaxtıdır. Hotel menecerinə saytda qeyd olunan qiyməti deyin. Danışıq əsnasında qiymət dəyişikliyinə diqqət yetirin. Təcrübəyə əsasən, deyə bilərik ki, 80% hallarda hotellə birbaşa danışıqlar sizə ya daha rahat otaq qazandıracaq və ya qonaqlama daha ucuz başa gələcək.
3. “Yanan” təkliflər axtarın
“HotelTonight” kimi mobil tətbiqlər sizə təcili ucuz nömrə axtarışında yardımçı ola bilər. Məsələn, “Swissotel Chicago” tətbiqetmənin köməyi ilə iki gecəlik, o cümlədən bütün vergilər və ödənişlərlə birgə 313 dollara başa gələcək.
Bu bronlaşdırma saytları ilə müqayisədə ən azı 100 dollar daha aşağıdır. Lakin yadda saxlayın ki, otağı ən son dəqiqə bron etmək alınmaya da bilər. Əgər siz turistlərin çox olduğu, ya hotellərin sayı az olduğu yerə gedirsinizsə, hoteli qabaqcadan bron edin.
4. Hərraclarda iştirak edin
Mehmanxana hərracları sizin xərclərinizi xeyli azalda bilər. Lakin burada hər şey sizin şansınıza bağlı olacaq. “Öz qiymətini seç” funksiyası sizə rayonu və ulduzların sayını seçməyə imkan verir. Lakin hotelin adı sifarişiniz qəbul olmayınca gizli qalacaq.
Siz qiymətinizi elan etməyə hazır olduğunuz an sizə rahat olan hoteldən başlayın və qəbul olunmayınca imtina etməyin. Bu hərracın mənfi xüsusiyyəti odur ki, sizin təyin etdiyiniz qiymət qəbul olan kimi kredit kartınızdan vəsaitlər silinəcək. Yəni, siz hotel bronunuzu nə dəyişə, nə də qaytara biməyəcəksiniz.
5. Qeyri-standart fikirləşin
Hotel – qalmaq üçün yeganə yol deyil. “Airbnb” və “HomeAway” kimi saytlardan siz otaq, mənzil, və ya ayrıca ev kirayələyə bilərsiniz. Hostelləri də unutmayın, bunlar gecələmək üçün super-ekonom variantdır. Narahat olmayın, otağı yeniyetmələr kütləsi ilə bölmək məcburiyyətində deyilsiniz. Hostellərin əksəriyyəti ayrı hamam otaqları olan 1-2 nəfərlik nömrələr təklif edir.
6. Digər rayona diqqət yetirin
Şəhərin mərkəzində yaşayış, bir qayda olaraq, daha bahalıdır. Mərkəzdə deyil, ondan bir-iki dayanacaq qıraqda hotel seçsəniz, qənaət edərsiniz. Belə ki, Çikaqonun “Hyatt Regency O’Hare” hotelində gecələmək 80 dollara başa gələcək. Hotel metronun düz çıxışında yerləşir. Oradan həm hava limanına, həm şəhər mərkəzinə çatmaq rahat olacaq. Müqayisə üçün bildirək ki, mərkəzi “Hyatt Regency H”-də gecələmək 120 dollara başa gələcək.
7. Güzəştlərdən faydalanın
Təqaüdçülər, dövlət xadimləri, tələbələr, qeyri-kommersiya təşkilatlarının üzvləri və hərbçilər səyahət zamanı mehmanxana güzəştlərindən istifadə edə bilərlər.
Bron etdikdən öncə hoteldən və sizin təşkilatdan endirim haqda məlumatı dəqiqləşdirmək lazımdır.
Səyahətə hazırlaşarkən “Aviasales”də ən ucuz aviabilet və “Airbnb”də apartament bron etməyi unutmayın.