Ev Blog Səhifə 398

Azərbaycan vətəndaşları nə vaxt Avropaya vizasız səyahət edə bilər?

0

           Vizasız səyahət                             mümkündürmü?

“Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələrlə əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqlar başlanılıb”.

Bunu  xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M. Məmmədquliyev deyib ki, danışıqlar yeni başladığından qarşıda görüləcək çox  işlər var. Xarici işlər nazirinin müavini Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri məsələsinə  toxunub. “Azərbaycan vətəndaşlarının Avropaya sərbəst gedib gəlməsi üçün viza məsələləri bir qədər  yüngülləşdirilib. Eyni zamanda, bizim imzaladığımız sazişlər, həm vizanın sadələşdirilməsi, həm də readmissiya sazişləri həyata keçirilir.

Ola bilsin ki, bu məsələ ilə bağlı monitorinq komitəsində görüş olacaq və onlar bu məsələyə bir daha baxacaqlar. Əgər hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun. Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, indi bu barədə danışmaq bir qədər tezdir”.

Nazirlikdən səyahət edən vətəndaşlara – XƏBƏRDARLIQ

0

       Nazirlikdən xəbərdarlıq

Mədəniyyət və Turizm Nazirliyi səyahət edən vətəndaşlara müraciət edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən səfərə çıxan vətəndaşlar turizm şirkətlərindən turist vauçeri və müqavilə tələb etməlidirlər. “Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcə də ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.

Bununla əlaqədar əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.

Vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərlər.

Rusiyalı turistlər Azərbaycanın daha çox hansı şəhərini ziyarət edirlər

0

Rusiyalı Turistlərin Azərbaycana gəzintisi

Naftalan

Naftalan

Azərbaycanın Naftalan şəhəri rusiyalı turistlər tərəfindən xüsusi diqqət çəkib.

Naftalan hotel

Rusiyanın “TurStat” analitik agentliyinin araşdırmalarına görə, 2017-ci ildə yaxın əcnəbi ölkələr arasında Naftalanın istirahət məkanları rusların sevimli istirahət yerlərinə çevrilib.

Naftalan

Belə ki, rusların Naftalana neftlə müalicə almaq üçün gəldikləri bəlli olub. Araşdırmalara görə, hər il Naftalana 10 min turist gəlir ki, onların yarısından çoxunu əcnəbi turistlər təşkil edir.

Naroç istirahət mərkəzi

Naroç istirahət mərkəzi

 

Naftalandan sonra isə rusların yaxın ölkələr arasında ən çox getdiyi yerlərdən biri də Belarusda yerləşən Naroç istirahət mərkəzidir. Naftalanın başçılıq etdiyi sıralamada üçlükdə isə Qazaxıstanın Sarıaqaş istirahət mərkəzi qərarlaşıb.

Bakıda turistlər qutab bişirdilər – FOTO

0

Turistlər bu dəfə həm bişirib həm yedilər

Turistlər

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə layihəsinə start verilib.

Layihənin gerçəkləşdiyi ilk gün 200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib, onlara milli mətbəximizin ən ləziz təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb.

Layihə Azərbaycanın zəngin mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.

Turizm problemini necə həll etmək olar?

0

 Turizm problemini həll etməyin                       yolları

Azərbaycan turizm

Hostel

“Azərbaycanda turizm müəssisələrinə, o cümlədən hostellərə nəzarət üçün mütləq mexanizm yaradılmalıdır”.

Hostel

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

Müzəffər Ağakərimov

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hostellərin qeydiyyatını aparmadığından onların sayını müəyyənləşdirə bilmir. Ona görə də mütləq reyestr hazırlanmalı və hostellərin adları oraya daxil edilməlidir:

Azərbaycan Turizm Nazirliyi

“Hostellərin sayı yalnız vergilər orqanlarında olur. Bu, düzgün deyil. Necə ola bilər ki, neçə hostelin açılmasından Mədəniyyət və Turizm Nazirliyinin məlumatı olmur? Məlumat olmadıqda işi təşkil etmək çox çətindir.

Çünki informasiya olmadıqda ölkədə nə qədər hotel, hostelə ehtiyacın olduğunu müəyyənləşdirmək mümkün deyil. Buna görə də yeni açılan turizm müəssisələrinin hamısı nəzarət mexanizmindən keçməlidir”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bir müddət əvvəl bildirib ki, turizm müəssisələrinə nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar.

Aydın İsmiyev

O bildirib ki, belə bir təcrübə müxtəlif dünya ölkələrində var: “Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır. Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar”.

ABŞ viza verilməsi qaydasını sərtləşdirir

0

      ABŞ-a vizaların verilməsinin           yoxlanılması qaydaları                          sərtləşdirilib. 

Prezident Donald Trampın administrasiyası bu məqsədlə yeni anket formasını təsdiqləyib.

Donald Tramp

İnformasiyaya əsasən, anketə bir neçə yeni maddə əlavə edilib.

viza

Məlumata görə, ABŞ konsulluğunun əməkdaşı viza almaq istəyən şəxsdən əvvəlki xarici pasportlarının nömrələrini, habelə son 5 ildə sosial şəbəkələrdə istifadə etdiyi adları, 15 illik tərcümeyi-halını, o cümlədən əmək fəaliyyəti və dünya üzrə gəzintilərini soruşacaq.

Anketdə bu sorğularla bağlı qrafanın doldurulması məcburi olmasa da, ancaq onların cavablandırılmaması vizanın verilməsini gecikdirə bilər.

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər? – SİYAHI

0

 Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilər

Ölkəmiz bu siyahıda qonşu Ermənistan (78-ci yer) və İrandan (95-ci yer) irəlidədir. Gürcüstan 68-ci, Rusiya 51-ci və Türkiyə 52-ci yerdədir.

Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç qərarlaşıb (175 ölkə), 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka (174).

viza

Reytinqdə son yerləri (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkənin və ərazinin viza qaydalarını təhlil edir və vizasız səfər ölkələrinin sayına görə ayırır.

Ölkənin mövqeyi, onun vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyənləşdirilir.

Cənnət məkan – Tasmaniya

0

Tasmaniya

Avstraliyanın cənubunda yerləşən Tasmaniya dünyanın ən qeyri-adi yeridir. Bakıdan Tasmaniyaya birbaşa uçuş olmadığından Bakı-Moskva-Melbrun-Xobart reysindən istifadə etməlisən.

Dəbdəbəli otellərdən çox taxta evləri ilə məşhur olan ada sənə əsl cənnət diyarını xatırladacaq. Təmizliyə söz olan bilməz. 3 gün üçün 250 dollar ödəməlisən. Turistlərə bura iyundan sentyabra kimi gəlmək məsləhət görülür.

Flinders adasının narıncı-boz qayalıqları, Leminqton Milli Parkındakı ekzotik bitki örtüyü, 30 milyon yaşı olan Sent-Kleri mağarası, suyunda mələklərin çimdiyi Liffey şəlaləsi Tasmaniya adasının incisi hesab olunur.

Tasmaniya

Mətbəx

Tasmaniyada bütün dünya mətbəxinə rast gəlmək mümkündür. Milli mətbəx isə daha çox dəniz məhsullarından hazırlanan yeməklərdən ibarətdir. Tasmaniya səyahəti zamanı Straxan qəsəbəsində yerləşən “Franklin Manor” restoranına mütləq get.Burada Avstraliyanın ən məşhur aşpazı Meycitt Buqeno işləyir. Dünyanın bir çox yerindən insanlar məhz Buqenonun şam yeməyindən dadmaq üçün gəlirlər. Mütləq «Buqedro» şorbasının dadına bax.Aşpaz bu şorbada yalnız səhər yığılan şehli göbələklərdən istifadə edir. Onun şəkər tozunda qızartdığı alabalığın dadını isə ömrün boyu unutmayacaqsan. Tasmaniyada ən məşhur desert «Peyğəmbər çiçəyi » adlı dondurmadır.

“Peyğəmbər çiçəyi” dondurma

 

Unutma

Ölkədən təbii ərzaqlar və pendir çıxartmaq qəti qadağandır. İnsanlar təbiətə çox bağlıdırlar, buna görə də ağacları və gülləri qırmaq olmaz. İstirahət günlərində nəinki mağazalar, hətta restoranlar belə bağlı olur. Özünlə ağcaqanad dərmanı götürməyi unutma.

Bakı 2019-ci ildə İslam dünyasının turizm paytaxtı olacaq

0

        İslam dünyasının turizm                    paytaxtı -Bakı

Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi “Təsnim” agentliyinə müsahibəsində Bakının 2019-ci ildə İslam dünyasının turizm paytaxtı olacağını deyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarı ilə 2018-ci ildə Təbriz İslam dünyasının turizm paytaxtı olacaq.

Bələdiyyə sədri Təbrizin tarix, mədəniyyət, ədəbiyyat, incəsənət, din elm, alimlər, mübarizlər şəhəri olduğunu vurğulayıb:

“Şəhriyar həm Təbrizin, həm də İranın böyük şairidir. Mövlananı Mövlana edən Şəms Təbrizi Təbrizdən çıxıb. Mübarizə sahəsində Təbrizdən çıxan Səttarxan, Bağırxan, şəhid Baqiri İran tarixində nüfuzlu, çox əhəmiyyətli şəxsiyyətlərdir. Zeynəb Bacının İrandakı məşrutə tarixində çox böyük rolu olub. Pərvin Ehtisami də Təbrizin əhəmiyyətli şəxsiyyətlərindən olub”.

Təbriz

S.Nəcəfli xatırladıb ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Türkiyənin Konya şəhəri olub, hazırda Səudiyyə Ərəbistanının Mədinə şəhəri bu statusu daşıyır:

“2018-ci ildə Təbriz, 2019-cu ildə isə Bakı İslam dünyasının turizm paytaxtı olacaq”.

Bakının elit çimərliklərində – Qiymətlər

0

 Bakının müxtəlif məkanlarında xidmət göstərən aquaparkların qiymətləri

“AF Hotel Aqua Park” – 15 manat

Aqua park

Novxanıda fəaliyyət göstərən “AF Hotel Aqua Park” kompleksində həftəsonu bir nəfər üçün giriş 15 manatdır.

“Bilgəh Aqua Park” – 50 manat

Bilgəh -Aqua park

Bilgəh qəsəbəsində fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel”dəki aquaparkda həftəsonu 1 nəfər üçün giriş 50 manatdır. Dənizə giriş isə 30 manatdır. 6 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur.

 “Aqua Park Shikov” – iki nəfər üçün 23 manat

Aqua-park shikov

Bu istirahət mərkəzinə həftəsonu iki nəfər üçün giriş 23 manatdır. Avtomobil üçün dayanacaq da qiymətə daxildir. 23 manata hovuzdan və çimərlik aksesuarlarından istifadə etmək olar.

“Pullman Aqua Park” – 40 manat

Pullman aqua park

“Pullman Aqua Park”dakı istirahət kompleksində həftəsonu bir nəfər giriş üçün 40 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.

“Dalga Beach Aquapark Resort” – 50 manat

Bu kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Yerli vətəndaşlar üçün isə 50 manatdır. Həftə içi qiymətlər  aşağı düşərək yerli vətəndaşlar üçün 35 manat,  xarici vətandaşlar üçün 50 manat təşkil edir.

“Sea Breeze Hotel” – 20 manat

Sea Breeze hotel

“Sea Breeze Hotel” – Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

 “Amburan Beach” – 25 manat

Amburan beach

Bu kompleksə həftəsonu giriş 25 manat, həftəiçi isə 20 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.