Ev Blog Səhifə 396

Evləri hostel kimi istifadə etmək mümkün olacaq –YENİLƏNİB

0

Evlərdən hostellər kimi istifadə edilir

Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hostel

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirmişdir. Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər.

Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən bildirilir. “Yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Hostel

Ə.Hüseynli bildirib ki, bu dəyişiklik turizmin inkişafı ilə bağlı kiçik, amma əhəmiyyətli dəyişiklikdir.

Deputat Asim Mollazadə bu dəyişikliyə etiraz edib. O qeyd edib ki, yaşayış sahəsində mehmanxanaların yerləşdirilməsi əhalinin istirahət hüququnu poza bilər: “İnsanların öz yaşayış sahəsində sabit, sakit yaşamaq hüquq var, biz isə bu hüququ pozuruq. Ona görə də bu düzəliş vətəndaşların şəxsi həyat mühitinə müdaxilə şəraiti yaradır”.

Hostel

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli həmkarının fikirlərini dəstəkləməyib. O qeyd edib ki, uzun müddətdir ki, “Turizm haqqında” qanun layihəsi üzərində iş gedir, dünya təcrübəsi öyrənilir:

“Biz bilirik ki, Avropada da ayrıca mənzillər turizm obyekti kimi istifadə edilir. Bu layihə Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Türkiyənin 35-40 min əhalisi olan şəhərlərinə hər ay 100 min turist gəlir: “Ev turizmi olmasa, o qədər turisti yerləşdirmək mümkün olmaz”.

Hostel

Deputat Əflatun Amaşov sözlərinə görə, Gürcüstanda da əhalinin hüququ var ki, öz mənzillərinin qapılarını turistlərin üzünə açsınlar: “Ona görə də hesab edirəm ki, Azərbaycanda da belə imkanın yaradılması turizmin inkişafına töhfə verə bilər”.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

24 aprel, 12:25

Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.

Bu barədə məsələ Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Ev hostellər

Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən “yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Təklif edilən dəyişikliyi şərh edən “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, bu dəyişiklik insanlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etmələri üçün şərait yaradır:

“Hazırkı qanunvericiliyə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmalıdır. Ancaq dəyişiklikdən sonra mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcəyi üçün buna ehtiyac qalmır. Yəni, hazırkı qanunvericiliyə əsasən, mehmanxanalar qeyri-yaşayış kateqoriyasına aid edilir, dəyişiklikdən sonra isə mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcək.

Ev hostel

İnsanlar yaşayış evlərini alıb kiçik hostellər edirlər və onun üçün müvafiq icra hakimiyyətinə müraciət edirlər. Bu dəyişiklik Mənzil Məcəlləsinə ona görə edilir ki, icra hakimiyyətinə müraciət etməyə ehtiyac qalmasın, insanlar bunun üçün get-gələ düşməsinlər”.

N.İbrahimov bildirib ki, bununla belə öz yaşayış evini mehmanxana və ya hostel kimi istifadə etmək istəyənlər Vergilər Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçməlidirlər. Eyni zamanda müəyyən standartlar var ki, onlara əməl olunmalıdır.

O qeyd edib ki, yaşayış evi mehmanxana və ya hostel kimi istifadə edilirsə, onun giriş-çıxışı ayrı olmalı, ətrafda yaşayan insanlara maneçilik törətməməlidir.

Aeroportda itmiş baqaja görə nə qədər kompensasiya verilir?

0

Areoportda itmiş baqaja görə konsepsiya

Səyahət edərkən hava limanında qeydiyyatdan keçdikdən sonra baqajlarımızın taleyi “yad əllərə” təslim edilir.

Bəzən sağ-salamat yola saldığımız baqaj ya gec, ya zədələnmiş olaraq geri dönür, ya da heç dönmür.

Əlbəttə ki, bu hal səyahət edən insanlar üçün heç də ürəkaçan deyil. Lakin haqlarını bilən sərnişinlər, hətta bu vəziyyətə sevinə bilərlər. Çünki itmiş və zədələnmiş baqaja görə 1250 avroyadək kompensasiya alma haqları var.

Baqaj

Hava Nəqliyyatında bütün tənzimləmələr Varşava və Monreal Konvensiyalarına əsasən həyata keçirilir. Uçuş zamanı sərnişinlərin hüquqları və onların baqaj haqlarının sərhədləri məhz bu konvensiyalara uyğun müəyyən edilir.

Qaydalara əsasən, itmiş baqajın tapılması üçün əvvəlcə hava yolu şirkətinin “itmiş əşyalar şöbəsi” araşdırmalara başlayır. Sonra isə daha üst qurumlar işə cəlb edilirlər. Bir ay ərzində tapılmayan baqaj üçün isə kompensasiya işlərinə start verilir.

Baqaj

1 kq itmiş baqaj 20 dollar

Əgər qeydiyyatdan keçmiş (checked in) baqajınız itər, zədələnər və ya gecikərsə, Varşava konvensiyasına görə, hava yolu şirkəti hər kiloqrama görə 250 Poincare Franc (təxmini 20 dollar) kompensasiya ödəməlidir. Monreal Konvensiyasına görə isə hava yolu şirkətinin məsuliyyəti 1250 avro ilə məhdudlaşdırılır.

Baqaj

Yəni, bundan yüksək məbləğ tələb etmək sadəcə vaxt itkisidir. Çünki sərnişinlər bilet alarkən qaydaları qəbul etmiş olurlar.

Əgər zədələnmə baqajın özündə olan qüsura görə baş verərsə, onda sərnişinlərin heç bir kompensasiya tələb etmə haqqı yoxdur.

Baqajınız zədələnərsə

– Əgər baqajınız zədələnibsə, zədəni baqajı təslim aldığınız anda aşkar etsəniz, terminalı tərk etməmış hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.

– Əgər baqajınız zədələnibsə, baqajı təslim aldıqdan sonra 7 gün ərzində hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.

Baqaj

– Əgər baqajınız zədələnibsə və üstəlik, gecikibsə, onda baqajı təslim aldıqdan sonra 21 gün ərzində hava yolu şirkətinə yazılı şəkildə bildirməlisiniz.

Gec gələn baqaja görə ödəmə

Əksər sərnişinlər bu haqda məlumatsızdırlar. Əgər baqajınız gec gəlibsə, o zaman baqaj təhvil verilənədək çəkdiyiniz xərcləri göstərən fakturalarla birlikdə hava yolu şirkətinə birbaşa və ya yazılı olaraq müraciət edə bilər, pulunuzu geri ala bilərsiniz.

Pul

Kosmik otel layihəsi təqdim olundu

0

Kosmik otel layihəsi hazırlanıb

ABŞ Kosmik Agentliyi (NASA) mütəmadi müxtəlif müsabiqələr keçirərək maraqlı və faydalı texnologiyalar yarada bilən iddialı alim qruplarını cəlb etməyə çalışır.

kosmik otel

Gezmeli.az ICTnews-a istinadən xəbər verir ki, bu yaxınlarda Yerətrafı orbitdə həyat üçün yararlı obyektlərin hazırlanması üzrə müsabiqə keçirilib. Müsabiqədə qələbəni kosmik hotel layihəsini təqdim edən Massaçusets Texnologiya İnstitutunun komandası qazanıb.

Managed, Reconfigurable, Inspace Nodal Assembly” (“Marina”) adlanan layihənin yaradıcılarının planlarına görə, kosmik otel ləçəklər şəklində dairəvi yerləşən səkkiz hava ilə doldurulmuş moduldan ibarət olacaq.

kosmik otel

Məlumata görə, hotelin gələcəkdə Beynəlxalq Kosmik Stansiyanı əvəz etməsi NASA-ya kosmik turist axını sayəsində xərcləri azaltmağa imkan verəcək. Bundan başqa, modulların sayını tədricən artırmaq və onları digər şirkətlərə icarəyə vermək mümkün olacaq.

Konsept yaradıcılarının sözlərinə görə, hoteldə bar, restoran, fitneslə məşğul olmaq üçün zal, birinci dərəcəli xidmətlərin göstərildiyi otaq nömrələri və s. yerləşəcək. Əsas fərqli cəhət isə qonaqlar üçün böyük illüminatorlardan açılan sehirli mənzərələr olacaq.

kosmik otel

Mütəxəssislərin ilkin hesablamalarına görə, hoteldə iki həftəlik qalmaq üçün qiymət təxminən 5 milyon dollar təşkil edəcək.

Rusiya kosmik otel istifadəyə verəcək. Otel 9 nəfərlik olacaq və müştərilər “Soyuz” kosmik gəmiləri vasitəsilə orbitə çıxarılacaq. Kosmosa yollanmaq 700 min avroya başa gələcək.

kosmik otel

Kosmik otelin layihəsini Rusiyanın “Orbital texnologiyalar” və “Energiya” RKK hazırlayır.
2016-cı ildə istifadəyə verilməsi planlaşdırılan Kommersiya Kosmik Stansiyası (KKS) adlı otel Beynəlxalq Kosmik Stansiya ilə müqayisədə qat-qat rahat olacaq. Belə ki, oteldə əsl duş, şaquli və üfüqi yataqlar nəzərdə tutulub. Turistlər indi kosmonavtlar təki tübiklərdəki qida ilə yox, əsl yeməklə qidalanacaqlar.

İçkilər arasında yalnız spirtli içkilər yasaqlanacaq. KKS-ın ekipajı isə xidmətçi personal funksiyalarını yerinə yetirəcək.

 

Daha asan iş tapılan ölkələr

0

Daha  asan iş tapmaq üçün oxuyun⏬

“Glassdoor” saytı iş tapmaq üçün ən yaxşı 10 Avropa ölkəsini araşdırıb. Araşdırma işsizlik, müvəqqəti gənc məşğulluq nisbəti, part-time işləyən adam sayı kimi göstəricilər nəzərə alınmaqla aparılııb. İşləmək üçün ən yaxşı 10 Avropa ölkəsi aşağıdakı kimi sıralanıb.

 10. HOLLANDİYA

Hollandiya

Hollandiya digər ölkələrə görə yaxşı hesablar alıb. Ancaq ölkənin xalını müvəqqəti məşğulluq nisbəti aşağı çəkib. Ölkə buna baxmayaraq, özünü ilk 10-da tapır.

9. FİNLANDİYA

Finlandiya

Dünyanın ən yaxşı təhsil sisteminə malik Finlandiyanın hesabı “Glassdoor”un istifadə etmiş olduğu 3 indikatorunun orta yüksək qiyməti ilə, lakin 2007-ci illərin sonundan bu yana işsizlik miqdarındakı azalmanın yalnız 4 faiz olduğu üçün, 9-cu sıraya düşüb.

8. BELÇİKA

Belçika

Belçika da iş tapmaq üçün yaxşı ölkədir. Aparılan tədqiqatda bütün kateqoriyalarda orta hesabla üstün xal alıb, 8-ci sıraya yüksəlib.

7. İSVEÇRƏ

İsveçrə

Dağlar ölkəsi İsveçrə kateqoriyaların 3-də də ən yaxşı 3 ölkə arasında yer alıb. Buna baxmayaraq, yenə də ilk 5-yə çatmayıb.

 6. ALMANİYA

Almaniya

Almaniya maliyyə böhranı sonrası işsizlik nisbətindəki dəyişimə baxanda birinci yeri tutur. Ölkə həmçinin, işsizlik və gənc işsizlik nisbəti kateqoriyalarında ilk 3-də yer alır. Amma digər kateqoriyalarda hesablamanın altındadır və 6-cı yeri tutur.

 5. DANİMARKA

Danimarka

Danimarkada yaşayan gənclərin yalnız 10 faizi işsizdir. Danimarkanın maliyyə böhranı sonrası məşğulluq dəyişiklik indikatoru istisna olmaqla, bütün kateqoriyalarda hesablamanın çox üstündə olması ölkəni 5-ci sıraya salır.

 4. AVSTRİYA

Avstriya

Sənəti ilə məşhur Avstriyanın sadalamalarda yüksəklərdə olmasının ən böyük səbəbi maliyyə böhranı əvvəlkinə nisbətən daha çox əmək verən 3 ölkədən biri olmasıdı. Bu da 4-cü sıraya gəlməsinə səbəb olur.

3. İNGİLTƏRƏ

İngiltərə

Bir vaxtlar günəş batmayan imperatorluq, indilərdə Avropa İttifaqından çıxmaq istəyən ölkə İngiltərə, işsizlik indikatorlarında ilk 3-də yerini almağı bacardı. Ölkə yalnız part-time çalışan kateqoriyasında hesablamanın altında qalır.

 2. NORVEÇ

Norveç

Norveç bütün indikatorlarda ilk 3-də yer alan bir ölkə olaraq ikinci yerə layiqdir. Bundan başqa, xal kimi 1-ci olan ölkəylə də eyni nəticələrə malikdir. Norveç bu nəticələr ilə Avropanın iş tapmaq üçün ən yaxşı ölkəsi olardı, lakin maliyyə böhranı sonrasında məşğulluq nisbətindəki dəyişiklik Norveçi geri düşürüb.

1. ESTONİYA

Estoniya

Estoniya Avropada iş tapmaq üçün ən yaxşı ölkədir. 1.3 milyon əhalisi olan bu kiçik Baltik ölkəsi bəzi kateqoriyalarda ən yaxşı hesabları alıb. Ölkənin yalnız 3 faizdən azı müvəqqəti işlə təmin edilib. Beləliklə, Estoniya Avropada iş tapıla biləcək ən yaxşı ölkə kimi görünür.

Dünya ölkələri haqqında maraqlı

0

Ən maraqlı

Əziz oxucular,bu gün sizlərə dünya ölkələri haqqında maraqlı məlumatlar verəcəyəm. Dünyanın ən təhsilli ölkəsi, məhbus sayına görə lider olan ölkə və s. kimi daha daha maraqlı məlumatlar ?

1.

Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.

2.

Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.…

3.

Yolları mərcan liflərindən olan dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar.

4.

Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.

5.

Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur.

6.

Oksigenin ən böyük istehsalçısı olan ölkə Rusiyadır. Dünya meşələrinin təqribən 25%-i Sibirdə bitir və ABŞ-ın kontinental hissəsindən çox ərazini əhatə edir ki, bu da Rusiyanı dünyanın ən güclü karbon qazını oksigenə çevirən ölkəsi edir.

7.

Dünyanın ən təhsilli ölkəsi Kanadadır. Bu ölkənin əhalisinin 50%-nin təhsili orta ixtisas təhsilindən aşağı deyil. Kanadadan sonra İzrail – 45% və Yaponiya – 44% gəlir.

8.

Tanklarının sayı ən çox olan ölkə Rusiyadır. Rusiyada tankların sayı 21 000-dir. İkinci yerdə 16 000 tankı olan ABŞ-dır.

9.

Ən gənc əhalisi olan ölkə Nigerdir. Niger əhalisinin təqribən yarısı 15 yaşdan gəncdir. Ölkə ərazisinin 80%-i səhra olduğundan görünür ki, burada yeganə iş uşaq dünyaya gətirməkdir.

10.

Dillərinin sayı ən çox olan ölkə Papua-Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, bu tam rəsmidir: ingilis dilində əhalinin 2%-i danışır. Papua-Yeni Qvineya sakinləri 820-dən çox müxtəlif dillərdən istifadə edirlər ki, bu da dünya dillərinin 12%-ni təşkil edir.

 

AZAL sərnişinlərin ən çox səyahət etdiyi populyar istiqamətlərin adlarını açıqladı

0

Sərnişinlərin səyahət etdiyi istiqamətlər

2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 62 min sərnişinə xidmət edib.  Bu da ötən ilin analoji göstəricisindən 36% çoxdur.

Bakı aeroport

AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 594 min nəfəri düşüb ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb.

904 min sərnişin (85%) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2%-i “Azərbaycan Hava Yolları”nın, 51,8%-i xarici aviadaşıyıcıların payına düşüb.

statistika

Populyar istiqamətlər

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir – bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62%-ni təşkil edib.

Məşhur istiqamətlərin siyahısına, həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12%-i) daxildir.

Bakı Aeroport

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Aeroport

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

 

Azərbaycanda kempinqə maraq artıb

0

Azərbaycanda kempinq turizminə maraq artıb

Gezmeli.az xezerxeber.az-a istinadən məlumat verir ki, bu turlarda iştirak edən turistlər hotel və ya evlərdə deyil, təbiətin qoynunda istirahət etməyə üstünlük verirlər.

Kempinq

Ölkəmizdə çox az şirkətlər belə turların təşkili ilə məşğuldur. Belə şirkətlərdən birinin nümayəndəsi qeyd edir ki, kempinq turları əsasən, dağ rayonlarında, həmçinin meşə və çay kənarlarında təşkil olunur.

Kempinq zamanı əsasən, ətraf ərazilərə yürüşlər keçirilir, oyunlar oynanılır. Kempinq zamanı turistlərin bəzi vacib əşyaları da olmalıdır.

kempinq

Kempinq turlarında iştirak etmək istəyənlərin ən çox maraqlandıqları və narahat olduqları isə heyvan hücumuna məruz qalmaq kimi ekstrim vəziyyətlərdir. Tur təşkilatçıları deyir ki, ərazilərə əvvəlcədən baxış keçirilir və təhlükəsizlik təmin olunur.

kempinq

Turlar əsasən, yay aylarında təşkil olunur və xidmətlərdən asılı olaraq 1 günlük qiymət 10-50 manat arası dəyişir.

Azərbaycan səhayət üçün ən ucuz ölkələrin siyahısında

0

               Səyahət

“Skyscanner” saytı dünyanın müxtəlif ölkələrində 2 həftəlik istirahətin orta qiymətini hesablayıb.

Azərbaycan

Maraqlı ölkə

Azərbaycan  maliyyə baxımından daha cəlbedici və səyahət üçün daha maraqlı ölkələrin sırasında yer alır.

Siyahıya görə Azərbaycan 23 istiqamət arasında 6-cı yerdə qərarlaşıb.

Azərbaycan

Səyahət qiymətinə aviabiletlərin qiyməti, oteldə və ya kirayə qalma xərcləri və gündəlik xərclər daxildir.

Orta göstərici

Orta göstərici olaraq yetkin yaşlarında olan iki nəfərin iki həftəlik  səyahəti, hotel otağında və ya mənzildə birgə qalması, yerli kafelərdə  qidalanması,  ara-sıra restoranlarda nahar və ya şam yeməyi etməsi əsas götürülüb.

Rusiya

Rusiyadan Azərbaycana iki həftəlik səyahətin ümumi məbləği 1616 ABŞ dolları olaraq qiymətləndirilir.

Belarus və Moldova

Belarus

Ölkəmizə səyahət üçün ən çox xərc tələb edən ayın avqust olduğu göstərilir:  iki nəfərin gündəlik büdcəsi 85 ABŞ dolları təşkil edir, onlardan – 35 dolları otel və ya mənzildə qalma, 32 dolları qidalanma, 18 dolları nəqliyyat və əyləncə xərclərinin payına düşür.

Moldova

Siyahıda birinci yerdə Belarus, ikinci pillədə isə Moldova qərarlaşıb.

Əbülfəs Qarayev: Vizanın üç saata verilməsi bütün maneələri aradan qaldırdı

0

           Üç saata viza

“Prezident İlham Əliyevin beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır”.

viza

Əbülfəs Qarayev

Əbülfəs Qarayev

İstinadla xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəyə gələn qonaqların sayında xeyli artım var:

Asan Viza

asan viza

“Vizanın üç saat müddətində verilməsi, demək olar, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, prezidentin hava limanlarında, sərhədlərdə məhz “ASAN Viza” sisteminin tətbiq edilməsi ilə bağlı verdiyi qərar bu prosesin daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib.

Fərman

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

fərman

Fərmana əsasən, Azərbaycan Respublikasının qanunlarında, prezidentin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuşdur.

Ən fərqli muzey – “İnsan Bədəni” Muzeyi

0

“İnsan Bədəni” Muzeyi

İnsan bədəninin içərisində dolaşaraq daxili orqanlar arasında gəzinmək bəlkədə çoxlarımızın uşaqlıqdan qalan, ancaq reallaşdıra bilmədiyi bir arzudur. Lakin artıq bu arzunu süni şəkildə də olsa reallaşdırmaq imkanına sahibik.

Belə ki, Hollandiyada yerləşən «Corpus İnsan Bədəni Muzeyi» buna imkan verir. 35 metrlik insan görünüşlü binada dolaşaraq insanın bütün orqanları haqqında visual məlumatlar əldə edə bilərsiniz. Niderlandda qədim universitet şəhəri olan Leyden yaxınlığında “Corpus İnsan bədəninə səyahət” adlı qeyri-adi muzey kimi yerləşir.

Bu muzeydən maraqlı görüntüləri sizlərə təqdim edirəm.Xoş izləmələr… ?

2008-ci ildə tikilən bina oturmuş insan formasındadır. Hündürlüyü 35 metr olan yeddi mərtəbəli insanın içində gəzmək, yəqin ki, hər turist üçün çox maraqlı olar. Muzeydə ekskursiya müddəti 55 dəqiqədir.

“İnsan Bədəni Muzeyi”

Bu vaxt ərzində insan bədənini gəzən ziyarətçilər orqanların səsini eşitməklə yanaşı, həm də orqanizmdə baş verən prosesləri müşahidə edirlər.

“İnsan Bədəni” Muzeyi

Beləliklə, təxminən bir saat ərzində əyani şəkildə anatomiya kursu keçənlər insan orqanizmində saçın uzanması prosesindən tutmuş, eritrositlərin formalaşmasına qədər bütün mürəkkəb proseslərlə tanış olurlar.

“İnsan Bədəni” Muzeyi
“İnsan Bədəni” Muzeyi
“İnsan Bədəni” Muzeyi

Ekranlarda orqanların fəaliyyəti haqqında məlumat verilir.

“İnsan Bədəni” Muzeyi

Qeyd edək ki, bu muzey 6 yaşından yuxarı olanlar üçün nəzərdə tutulub.

“İnsan Bədəni” Muzeyi
“İnsan Bədəni” Muzeyi
“İnsan Bədəni” Muzeyi

Muzey insanın daxili quruluşunu tam dəqiqliklə əks etdirir. Binanın içinə “nəhəng insanın” diz hissəsindən də eskalatorla qalxaraq daxil olurlar. Burada daxili orqanları, əzələləri, sümükləri, ürəyi, böyrəkləri, ağ ciyərləri, gözləri, qulaqlar və beyni də böyük ölçüdə görmək mümkündür.

“İnsan Bədəni” Muzeyi

Görüntüləri sizdə izlədiz.Fərqli və gözəl məkan kimi təsəvvür bəxş edir. Arzunuz idisə, məncə, gerçəkləşdirməyə cəhd edin..