Ev Blog Səhifə 399

Ucuz hotel axtaranlara 7 məsləhət

0

Ucuz hotel axtaranlar

1. Araşdırın

“Trivago”, “Kayak” və ya “Booking.com” kimi saytlar sizə lazım olan şəhərdə hotellərin icmalını verəcək. Lakin onlardan hər şey barədə tam dolğun məlumat gözləməyin. Vəziyyəti özünüz yoxlayın. Məsələn, pulsuz parkinq, səhər yeməyi və ya Wi-Fi-ya promokodlar və bonuslar axtarın. Sizi maraqlandıran hotelin birbaşa saytına diqqət yetirin: Çünki orada qeyd olunan qiymətlər vasitəçilərdən daha aşağı ola bilər.

2. Qiyməti “öldürün”

Beləlik, sizin gedəcəyiniz hoteldə nələrlə qarşılacağınız haqda azdan-çoxdan məlumatınız var. İndi bir neçə hotel seçib, bir neçə zənglər etməyin vaxtıdır. Hotel menecerinə saytda qeyd olunan qiyməti deyin. Danışıq əsnasında qiymət dəyişikliyinə diqqət yetirin. Təcrübəyə əsasən deyə bilərik ki, 80% hallarda hotellə birbaşa danışıqlar sizə ya daha rahat otaq qaqzandıracaq və ya qonaqlama daha ucuz başa gələcək.

3. “Yanan” təkliflər axtarın

“HotelTonight” kimi mobil tətbiqlər sizə təcili ucuz nömrə axtarışında yardımçı ola bilər. Məsələn, “Swissotel Chicago” tətbiqetmənin köməyi ilə iki gecəlik o cümlədən bütün vergilər və ödənişlərlə birgə 313 dollara başa gələcək. Bu bronlaşdırma saytları ilə müqayisədə ən azı 100 dollar daha aşağıdır. Lakin yadda saxlayın ki, otağı ən son dəqiqə bron etmək alınmaya da bilər. Əgər siz turistlərin çox olduğu, ya hotellərin sayı az olduğu yerə gedirsinizsə, hoteli qabaqcadan bron edin.

4. Hərraclarda iştirak edin

Mehmanxana hərracları sizin xərclərinizi xeyli azalda bilər. Lakin burada hər şey sizin şansınıza bağlı olacaq. “Öz qiymətini seç” funksiyası sizə rayonu və ulduzların sayını seçməyə imkan verir. Lakin hotelin adı sifarişiniz qəbul olmayınca gizli qalacaq. Siz qiymətinizi elan etməyə hazır olduğunuz an sizə rahat olan hoteldən başlayın və qəbul olunmayınca imtina etməyin. Bu hərracın mənfi xüsusiyyəti odur ki, sizin təyin etdiyiniz qiymət qəbul olan kimi kredit kartınızdan vəsaitlər silinəcək. Yəni, siz hotel bronunuzu nə dəyişə, nə də qaytara biməyəcəksiz.

5. Qeyri-standart fikirləşin

Hotel – qalmaq üçün yeganə yol deyil. “Airbnb” və “HomeAway” kimi saytlardan siz otaq, mənzil, və ya ayrıca ev kirəyəlaəyə bilərsiz. Hostellərı də unutmayın, bunlar gecələmək üçün super-ekonom variantdır. Narahat olmayın, otağı yeniyetmələr kütləsi ilə bölmək məcburiyyətində deyilsiniz. Hostellərin əksəriyyəti ayrı hamam otaqları olan 1-2 nəfərlik nömrələr təklif edir.

6. Digər rayona diqqət yetirin

Şəhərin mərkəzində yaşayış, bir qayda olaraq, daha bahalıdır. Mərkəzdə deyil, ondan bir-iki dayanacaq qıraqda hotel seçsəniz qənaet edərsiniz. Belə ki, Çikaqonun “Hyatt Regency O’Hare” hotelində gecələmək 80 dollara başa gələcək. Hotel metronun düz çıxışında yerləşir. Ordan həm hava limanına, həm şəhər mərkəzinə çatmaq rahat olacaq. Müqayisə üçün bildirək ki, mərkəzi “Hyatt Regency H”-də gecələmək 120 dollara başa gələcək.

7. Güzəştlərdən faydalanın

Təqaüdçülər, dövlət xadimləri, tələbələr, qeyri-kommersiya təşkilatrarın üzvləri və hərbçilər səyahət zamanı mehmanxana güzəştlərindən istifadə edə bilərlər. Bron etdikdən öncə hoteldən və sizin təşkilatdan endirim haqda məlumatı dəqiqləşdirmək lazımdır.

Səyahətə hazırlaşarkən Aviasales–də ən ucuz aviabilet və Airbnb-də apartament bron etməyi unutmayın.

Turistlər ölkəmizdə bank vasitəsilə nə qədər ödəmə edib?

0

Bank vasitəsilə ödənilən məbləğ

“Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır”.

Mədəniyyət və Turizm naziri ƏbülfəsQarayev bildirib ki,  əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min əcnəbi gəlib.

Bu da ötən ilə nisbətən 188 min və ya 24,5% artım deməkdir.

Qeyd olunub ki, əgər ötən ilin ilk üç ayında turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsilə ödəmələr etmişdilərsə, bu ilin eyni dövründə  məbləğ 91 milyon 134 min manat olub.

 

Səyahətinizi asanlaşdıracaq proqramların TOP-onluğu

0

Səyahət zamanı sizə kömək olacaq proqramların siyahısı açıqlanıb.

Wifi Map

Dünyanın hər yerində simsiz internet nöqtələrini şirəsi ilə birlikdə toplayan proqram, səyahətiniz əsnasında internetə ehtiyacınız olan zaman böyük dəstəkçiniz olacaq.

Citymapper

Xəritə üzərində bir nöqtədən, digər nöqtəyə, hansı ictimai nəqliyyatdan istifadə edərək, nə qədər vaxta gedə biləcəyinizi göstərən möhtəşəm proqram.

XE Currency

Bütün pul vahidlərini internet olmadan konvertasiya edə biləcəyiniz proqram. Online olduğunuz anda hal-hazırkı məzənnələr yenilənib, təqdim olunur.

PackPoint Travel Packing

Haradan, haraya, xizək tətili və ya dəniz tətilinə getməyinizdən asılı olaraq, çamadanınızda hansı əşyaları götürməyiniz lazım olduğunu göstərən proqram, tətil zamanı “kaş ki, unutmasaydım” kimi təəssüf hisslərindən qoruyur.

Waze

Çox faydalı naviqasiya proqramı. Sürücülərin yol məlumatlarını GPS vasitəsi ilə öyrənərək, sizə ən optimal yolu göstərən proqram.

Foursquare

Kafe, restoran, bar və s. axtarışı zamanı ən yaxın yerləri tapıb, sizdən öncə kimlərin hansı şərh və qiymət verdiyini göstərir.

Tripit

Təyyarə bileti, hotel bronu və səyahətinizlə əlaqəli bütün sənədləri Tripit ilə bir nöqtədə cəmləyin. Bundan başqa, onlayn məlumatlandırma sistemi ilə, gecikmə, uçuşun ləğvi və qapı dəyişikliyi kimi məlumatlardan xəbərdar edir.

Triposo

Getdiyin şəhərdə “haraları gəzməli, haraları görməli, necə vaxt keçirməli” suallarına cavab verən bələdçi proqramı. İnternetsiz işlədiyi üçün ehtiyac zamanı xəritəsindən də faydalanmaq mümkündür.

Flush Toilet Finder

Proqram şəhərdə ehtiyacınızı qarşılamaq üçün ictimai ayaqyoluları göstərir. “Google Map” üzərindən ən yaxın ayaqyolunu istiqamətləndirərək, sizin ora getməyinizi təmin edir.

Google Translate

90 dildə tərcümə edən Google-nın onlayn tərcümə xidmətidir. Artıq kamera görüntüsünü də tərcümə edə bilən proqram, səyahət zamanı, bəlkə də, ən yaxşı köməkçiniz olacaq.

“EMİTT 2018″də Azərbaycan

0

“EMİTT 2018”

Ölkəmiz İstanbulda keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur.

25-28 yanvar 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. Bu məqsədlə Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin turizm sənayesinin təmsilçilərindən ibarət nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Ölkəmizi Nazirliklə yanaşı Zenit Tour Travel Agency, Silk Way Travel, Rahat Travel, Via Caucasus Tour and MICE, In Travel Azerbaijan, Flame Tour & travel DMC, The Tour, Green Apple MICE and Leisure Travel, Feniks Travel and Tourism, Turizm.az, Azera Turizm, Millennium Tourism , Azerbaijan Travel Agency, Azal, Meridian Travel, Granit AS Travel, Improtex Travel, Sulh Travel, Net Travel şirkətləri təmsil edir.

“EMİTT 2018”

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 70 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ölkəmiz ilə yanaşı, bir sıra ölkələrdən 5000-ə yaxın şirkət təmsil olunur.

İndi isə gəlin  bunu AzTV-nin buraxılışındada izləyək.

https://youtu.be/C-yEon2L8a0

Məşhur “Transformers” filminin robotları Bakı bulvarında – FOTOREPORTAJ

0

“Transformers” filminin robotları

Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtımızda bayram ab-havası yaşanır.

Şəhərimizin qonaqları üçün müxtəlif əyləncə proqramları təşkil olunub.

 Bakı bulvarında keçirilən animatorların şousu baş verib .

 

Azərbaycandan xaricə turlar bahalaşıb

0

Xarici turların qiymətləri?

Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.

Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Rəsmi statistikaya əsasən, cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkədaxili turların qiymətləri 296,71 manat təşkil edib.

Cəbhə bölgəsində yeni otel açıldı – QİYMƏTLƏR, ŞƏRAİT

0

Yeni otel Qarabağ oteli

Azərbaycanın cəbhə bölgəsinin yaxınlığında, bir hissəsi işğal edilmiş Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindəki “Qarabağ Hotel”i müştərilərə xidmətini təklif edir.

23 nömrəsi olan hoteldə 70 qonaq yerləşə bilər. Hoteldə 2 nəfərlik “standart” nömrələrdən tutmuş 6-7 nəfərlik böyük ailələrin yerləşəcəyi iki otaqlı lüks nömrələr də var. İki mərtəbəli hotelin yuxarı mərtəbəsindəki otaqlar eyvanlıdır.

Olduqca gözəl təbiəti və əla havası olan ərazidə yerləşmiş “Qarabağ Hotel”ində qonaqların qalması və vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait yaradılıb.

Belə ki, nömrələrin hamısı vanna otağı, kondisioner, televizor və soyuducu ilə təmin edilib. Hoteldə pulsuz Wi-Fi var.

Otaqlarda gecələmə qiyməti 2 nəfərlik nömrə üçün 40 manat, 3 nəfərlik nömrə 50-60 manat, 4-5 nəfərlik iki otaqlı nömrə üçün 100 manat, 6-7 nəfərlik iki otaqlı böyük nömrə üçün isə 120 manatdır. Lüks və iki otaqlı nömrələr əlavə yumşaq mebel (divan-kreslo) və jurnal masası ilə təmin ediliblər.

100-120 manatlıq nömrələrin ödənişinə səhər yeməyi də daxildir. Digər müştərilər üçün isə səhər yeməyi adambaşına 3-5 manatdır.

Hotelin həyətindəki restoranda kabinetlər və açıq havada masalar var. Kabinetlər müştərilərin rahatlığı üçün bütün lazımi şərait, o cümlədən televizor və kondisionerlərlə təmin edilib.

“Qarabağ Hotel”in həyətində uşaqlar üçün atraksionlar, fəvvarələr və şəlalələr var. Yaxın vaxtlarda hoteldə hovuz, türk hamamı, fitnes zalı, eləcə də, futzal və futbol meydançaları da müştərilərin istifadəsinə veriləcək.

Qubanın ən gəzməli 6 yeri – FOTOLAR

0

 Qubanın ən gəzməli 6 yerini təqdim edirik.

Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın – Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin təbiətinə görə Quba turistlərin ən sevimli yerlərindən biridir.

Quba qədimdən bəri simvoluna çevrilən  almaları ilə tanınır. Bundan başqa, Quba  tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var.  Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Heyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.

Xınalıq kəndi

Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə – red.). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsində – Şahdağın yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə yerləşən Xınalıq kəndi Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çoxlu bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir.

Afurca şəlaləsi

Vəlvələ çayının Yan silsiləsinin kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında, eyniadlı çayın üzərindədir. Rayon mərkəzindən 42 km məsafədə yerləşir. Afurca sözünün mənası “Abifirucəstə”, yəni “Yuxarıdan tökülən su” deməkdir. Hündürlüyü 60 metrdir. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə olunur.

Təbii Minarə

Qrızdəhnə yolunun başlanğıcında, Qudyalçayın daş qayanı dəlib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır.

Çənlibel gölü

Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km məsafədə yerləşir və görənlərə “Göygölü” xatırladır.

Qəçrəş

Quba rayonunun ən böyük kəndlərindən biridir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. Ərazisi hər tərəfdən meşə ilə örtülüb. Çoxlu təbii bulaqları var. Bitki aləminə gəldikdə, zəngin olduğunu demək olar. Meşədə yabanı halda qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil ağacları var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlara da sıx-sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə, burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudyalçayda isə balıq tutmaq mümkündür.

Təngəaltı

Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası “Dağ arası yer”deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. 2 dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda “Qaçaq Mayıl”ın mağarası diqqət çəksə də, oraya çıxmaq sadəcə peşəkar dağçıların işidir.

500 manata istirahət – 4 ölkədən birini seçin

0

4 ölkə hansılardır?

İsti yay günlərində hər birimiz yorğun iş ilindən sonra ancaq məzuniyyətdə istirahət etməyi düşünürük. Hər kəs istirahətini gözəl və yaddaqalan keçirmək istəyir. Xaricdə istirahət etməyi arzulayanlar isə üstünlük təşkil edir.

Minimum gəliri olan ölkə vətəndaşları “ciblərinə” uyğun olaraq harada istirahət edə bilərlər? İl ərzində min (1000) manat toplayan və bundan artıq istirahətə vəsait xərcləmək istəməyənlər hansı xarici ölkələrə üz tuta bilərlər?

Sizə yaxın qonşularımız olan Türkiyə, Rusiya, Gürcüstan və İranda bu vəsaitlə necə dincəlməyin yollarını təqdim edirik.

Qonşu Türkiyəyə üz tutmaq istəyənlər iki nəfərə bu vəsait hesabına 5 gün dincələ bilərlər:

Gəncədən İstanbula (avtobusla) getmək üçün 1 nəfərlik biletin qiyməti 55 dollar, evlərin bir gün üçün kirayə qiyməti 17 dollardan başlayır, daha ucuz qiymətə hostellərdə də qalmaq mümkündür. Türkiyədə günlük yemək xərci 10 dollar, nəqliyyat xərci isə 5 dollar təşkil edir.

Bakıdan Tiflisə (avtobusla) getmək üçün 1 nəfərlik biletin qiyməti 12 manat, evlərin bir gün üçün kirayə qiyməti 35 manatdan başlayır, burada da ucuz qiymətlərə hostellər var. Gürcüstanda günlük yemək xərci 22 manat, nəqliyyat xərci isə 7 manat təşkil edir.

Bakıdan Rusiyanın bir neçə istiqamətinə 60 manatdan başlayan qiymətlərlə qatar və ya avtobusla səyahət etmək olar. Rusiyanın istənilən bölgəsində günlük qiyməti 25-30 manata olan evlər, 2-3 ulduzlu hotel və ya hostellər var. Burada sizin bir günm üçün yemək xərciniz 30 manat, nəqliyyat xərciniz isə 6 manat təşkil edir.

İranda istirahət etmək istəyənlər Lənkəran və Biləsuvardan birbaşa Tehrana avtobusla (bilet 40 manat) yollana bilərlər. İranda 5 ulduzlu hotellərin qiyməti 30-50 manatdan, 2-3 ulduzlu hotellərin qiyməti isə 10-15 manatdan başlayır. Burada 1 nəfər üçün günlük yemək xərci 10-15 manat, nəqliyyat xərci isə 3-4 manat təşkil edir.

Səyahət zamanı lazım olan programlar

0

Səyahət zamanı çox lazımlı 5 program

Gezmeli.az səyahətçilərə ən çox lazım olan 5 telefon proqramını araşdırıb.

1. mTrip

MTrip

Dünyada 3 milyondan çox istifadəçisi olan bu proqram ödənişsizdir. Səyahət etdiyiniz ərazilərdə turizm zonaları, muzeylər, önəmli tarixi məkanlar, eyni zamanda turizm agentlikləri və şəhər turizm idarələri barədə məlumatlar bu proqramda cəmləşib.

2. Airbnb

Airbnb

Airbnb (Andriod, İOS) 200 ölkə, 34.000 şəhəri əhatə edən, insanların evlərini və ya otaqlarını turistlərə kirayə verə bilməsi üçün təsis olunmuş proqramdır. Səyahətçilər bu proqram vasitəsilə getdiyi ölkə və şəhərlərdə qalmağa ev və ya otaq tapa bilər.

3.Wi-fi Finder

Wifi-Finder1

Wi-fi Finder (Android, İOS) proqramı ilə getdiyiniz ərazilərdə wi-fi zonaların yerini və sizdən nə qədər uzaqlıqda olduğunu öyrənə bilərsiz. Bu proqram vasitəsilə yaxın wireless ərazisinə gedən yolu da asanlıqla tapmaq olar.

4. Uber

Uber

Xarici ölkələrdə taksidən və ictimai nəqliyyatdan istfiadə etmək bəzən təhükəli olur. Bu zaman köməyinizə Uber çatacaq. Bu proqram vasitəsilə bir toxunuşla siz nəqliyyat vasitəsi sifariş edib, istədiyiniz məkana gedə bilərsiniz.

5. Foodspotting

Foodshpotting

Səyahət etdiyiniz ərazilərdə restoranlar haqqında məlumatları bu proqram vasitəsilə ala bilərsiniz. Müştəri rəyləri sizə ən yaxşı məkanı seçməyinizdə yardımçı olacaq.

Və bu gün ki bir məqaləmizində sonuna çatdıq, dəyərli oxucular. Ümid edirəm rahat səyahət etməyinizə köməyim dəydi