Ev Blog Səhifə 400

XARİCİ ÖLKƏLƏRDƏ ROMİNQ XİDMƏTLƏRİ

0

Rominq xidmətləri

Gezmeli.az turistlər üçün azərbaycanlı mobil operatorların xarici ölkələrə səyahət zamanı rominq xidmətindən istifadə qaydalarını araşdırıb.

Əgər siz “Azercell” istifadəçisinizsə…

Azercell

Sim-sim abunəçilərinin rominq xidmətinə qoşulmaq üçün *135*1#YES, xidməti deaktiv etmək üçün isə *135*0#YES yığması kifayətdir. Fakturalı xətt abunəçiləri rominq xidmətinə qoşulmaq üçün START sözünü 8808 qısa nömrəsinə (1 SMS – 1 qəpik) göndərməlidirlər. Xidməti deaktiv etmək üçün STOP yazın 8808-ə göndərmələri kifayətdir. Yığım qaydası isə beynəlxalq formatda olmalıdır: 00 və ya +, ölkə kodu, şəhər kodu, telefon nömrəsi.

Əgər siz “Bakcell” istifadəçisinizsə…

Bakcell

Xarici səfərlər zamanı rominq xidməti bütün CIN və KLASS abunəçiləri üçün avtomatik aktivləşir. Eyni zamanda, abunəçilər özləri rominq xidmətini deaktivasiya edə, təkrar aktivləşdirə və ya xidmətin qoşulub-qoşulmamasını öyrənə bilərlər. Bakcell istifadəçiləri rominqi aktivləşdirmək üçün *121#1#YES, deaktivasiyası üçün isə *121#0#YES yığmalıdırlar. Rouminq xidmətinin vəziyyətini öyrənmək üçün *121#3#YES yığmaq kifayətdir.

Əgər siz “Nar Mobile” istifadəçisinizsə…

Nar

Siz “Nar Mobile”dan istifadə edirsinizsə xarici ölkəyə getməzdən əvvəl rominqi aktivləşdirmək üçün “Roaming” yazıb 777-yə mesaj göndərə və ya *777#100#YES şifrəsini yığa bilərsiniz. Xidməti yalnız Azərbaycan daxilində aktivləşdirmək mümkündür. Rominqi ləğv etmək üçün 777-yə “Stoproaming” yazıb göndərin, yaxud, *777#101#YES nömrəsini yığın.

Avropada pulsuz təhsil verən ölkələr

0

Pulsuz təhsil verən 3 Avropa ölkəsi

Bu gün ki mövzumuz xaricdə təhsil almaq istəyən şəxsləri daha çox maraqlandıracaq. Araşdırmalara, əsasən, pulsuz təhsil almaq üçün Avropada ən çox Norveç, Almaniya, Avstriya səslənir.

NORVEÇ: 

Norveç

Bu  Avropa ölkəsindədə bakalavr və magistr təhsili pulsuzdur. Ancaq bir əmması var. Siz, Norveç dilini bilməlisiniz. Bu ölkədə ingilis dilində bakalavr təhsili almaq istəsəniz, pul ödəməli olacaqsınız. Lakin magistr və doktoranturada ingilis dilində pulsuz oxumaq mümkündür.

Bundan əlavə, ölkə əhalisinin böyük hissəsi, demək olar ki, ingilis dilində bilir. Bu da sosial həyatınızda ünsiyyətdə problem yaşamayacağınız deməkdir. İngilis dilində təhsil üçün bu dili bildiyinizi sübut edən imtahanları verdiyinizə dair bir sənədiniz olmalıdır. Əsasən, İETLS (6 dan başlayaraq) və TOEFL sənədləri keçərlidir. Amma ölkədə həyat bir az bahadır. Bu, Norveçin digər ölkələr ilə müqayisədə həyat və gəlir səviyyəsinin yüksək olması və kəskin ölkə iqlimi ilə əlaqədardır.

Ölkə bu probleminizi həll etməyiniz üçün müəyyən saatlar rəsmi olaraq işləməyinizə icazə verir. Bu ölkədə təhsillə bağlı bütün suallara https://www.studyinnorway.no/ saytında cavab tapa bilərsiniz.

ALMANİYA: 

Bu Avropa ölkəsində də dövlət universitetlərində bakalavr və magistr təhsili pulsuzdur. Lakin dövlət universitetlərində bakalavr təhsili əsasən almancadır. Təhsil üçün alman dilini B2 səviyyəsində bilməyiniz kifayətdir.

Magistr təhsilində də alman dili üstünlük təşkil edir. Ancaq ingilis dilində də bir çox magistr proqramları tapa bilərsiniz. İngilis dilində təhsil üçün də sizə bu dili bildiyinizi sübut edəcək beynəlxalq sertifikatlardan biri gərəkdir. Amma təhsil vizası almanız üçün Almaniyada yerləşən banklardan birinə 8000 avrodan bir az çox depozit yerləşdirməyiniz tələb olunur. Bu pulu təhsil aldığınız müddətdə hissə-hissə çıxara bilərsiniz. Əgər bu qədər pulunuz yoxdursa, təqaüd proqramlarına müraciət etməlisiniz. Ətraflı məlumat burada:https://www.study-in.de/en/.

AVSTRİYA: 

Avstriya

Avstriya Avropada təhsil almaq üçün ideal ölkələrdəndir. Buranın iqlimi olduqca xoş, həyat səviyyəsi yüksək, təhsili isə keyfiyyətlidir. Ölkə əhalisi əsasən alman dillidir, lakin ingilis dilini də bilirlər.

Avstriyada hər iki dildə çox sayda universitet proqramı tapmanız mümükündür. Pulsuz deyilə biləcək qədər ucuz magistr və bakalavr proqramları var. Özü də lap ingilis dilində. Bu ölkəyə təhsil vizası da almanız asandır. Qəbul üçün sizdən dil sertifikatı və universitet ortalamanızın bir az yüksək olması (magistr təhsili üçün) tələb olunur. Bu ölkədə də az da olsa təqaüd tapmaq imkanınız var. Ətraflı məlumat: https://studyinaustria.at

Əzizlərim, ümid edirəm ki, Avropada pulsuz təhsil verən ölkələr haqqında olan mövzunu bəyəndiniz. Xoş istirahətlər.

Gürcüstanda ev almaq neçəyədir?-Qiymətlər

0

Gürcüstanda ev almaq istəyirsən?

Son zamanlar Gürcüstandan ev alan Azərbaycan vətəndaşları artır.

Gürcüstan son illər turizm sektorunun sürətli inkişafı nəticəsində təkcə turistlərin yox, əmlak alıcılarının da diqqətini cəlb edib. Qonşu ölkənin əmlak bazarına diqqət elə böyükdür ki, burada ayrı-ayrı şəhərlərin özünəməxsus yeri yaranıb.  Subtropik iqlim, unikal təbiət, gürcü qonaqpərvərliyi, iqtisadi sabitlik kimi amillər Gürcüstanın əksər bölgələri kimi Tbilisi və Kutaisi üçün də xarakterikdir. Odur ki, hər iki şəhərin daşınmaz əmlak bazarına pul qoymağa, mənzil, fərdi ev, torpaq sahəsi, kommersiya obyekti almağa dəyər.

Gürcüstanın iki paytaxtı varmış

Təəccüblənməyin, Gürcüstanın rəsmi paytaxtı Tbilisi sayılsa da, parlament paytaxtı Kutaisidir. Çünki 2012-ci ildən etibarən Gürcüstan parlamenti bu şəhərdə yerləşib.

Daşınmaz əmlak potensialına gəlincə, Kür çayının üzərində yerləşən Tbilisi, ölkənin siyasi-iqtisadi mərkəzi sayılır. 1,1 milyon əhalisi olan şəhər hər il elə bu qədər də turist qəbul edir. Yerli daşınmaz əmlak bazarının iştirakçıları deyir ki, Tbilisiyə dincəlməyə gələnlər nisbətən baha və elə də rahat olmayan otellərdə qalmaqdansa kirayə ev tutmağa üstünlük verirlər. Odur ki, bu şəhərdə ev alanlar heç vaxt peşman olmur və turist axınından faydalanırlar.

Kutaisi isə Gürcüstanın qərbində, İmereti diyarında, Tbilisidən təqribən 220 kilometr məsafədə yerləşir. Parlament paytaxtı olmaqla yanaşı, Gürcüstandakı üç beynəlxalq hava limanından biri də məhz Kutaisidədir. Təkcə onu qeyd etmək kifayətdir ki, Macarıstanın ucuz qiymətə reyslər təşkil edən məşhur «Wizzair» şirkəti məhz Kutaisiyə uçur. Elə buna görə, əhalisinin sayı 200 min nəfər olan Kutaisiyə hər il bundan qat-qat artıq sayda qonaq gəlir. 2009-cu ildən etibarən isə Kutaisidə azad ticarət zonası yaradılıb. Nəticədə Kutaisinin də daşınmaz əmlak bazarı investorlara yaxşı pul qazandıra bilər.  Tbilisidə şəhərsalma ilə məşğul olan və bölgələrdə kurort tikintisini həyata keçirən “Liste Development” şirkəti bildirib ki,  2017-ci ildə təkcə “Liste Development” şirkətindən 50 nəfər Azərbaycan vətəndaşı daşınmaz əmlak alıb. Şirkətdən deyilir ki , Gürcüstanda bürokratik əngəllərin aşağı səviyyədə olması investorların bura marağını artırır, o cümlədən daşınmaz əmlak sektoruna yatırım edənlərin artmasına səbəb olur.

Evlərin qiymətinə gəlincə, şirkətdən bildirilib ki, Tbilisidə həyata keçirdikləri layihələrdə təmirsiz evlərin qiyməti yerləşmə yerindən aslı olaraq kv.metr üçün 1300-3000 dollar arasında dəyişir. Qaradəniz sahili kurort bölgələrdə isə satılan təmirli və hər bir mebellə təmin edilən evlər isə kv.m üzrə 1600-1700 dollara təklif edilir.

“Liste Development”dən bildirilib ki, Gürcüstanın paytaxtı olan Tbilisidə yeni mənzillər əsasən təmirsiz formada satışa çıxarılır. Tbilisidə bu mənzillərin qiymətləri isə kv.m üçün 1500-1700 dollar arasında dəyişir.

“İran Air “yenidən Bakıya uçuşlar həyata keçirəcək

0

Yenidən uçuşlar…

“İran Air” hava yolları şirkəti yanvarın 29-dan Bakıya uçuşlar həyata keçirəcək.

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında “Aysanparvaz” şirkətinin baş direktoru Seyid Məhəmməd Mir Rzayi deyib.

M.Mir Rzayi deyib ki, “İran Air” hava yolları şirkəti ilə əldə olunan razılığa əsasən, yanvarın 29-dan bu şirkətin Bakıya uçuşları başlayacaq: “İran Air şirkəti üç il bundan qabaq Bakıya uçuşları dayandırmışdı. Uzun fasilədən sonra proqrama əsasən qeyd olunan tarixdən həftənin bazar ertəsi və cümə axşamı günləri Tehrandan Bakıya uçuşlar baş tutacaq”.

Şirkət rəsmisi qeyd edib ki, hazırda “Mahan Air” şirkətinin təyyarələri həftədə 3 gün Bakıya uçuşlar həyata keçirir. “İran Air şirkətinin uçuşları da daxil olmaqla, ümumilikdə İran şirkətləri həftənin beş günü Bakıya uçuşlar həyata keçirəcək. Bu uçuşlar “Aysanparvaz” şirkətinin çarter uçuşları olacaq. Azal şirkəti də öz uçuşlarını öncəki proqramına uyğun həyata keçirəcək,” – M.Mİr Rzayi bildirib.

M.Mir Rzayi İrandan Azərbaycana turların həm turizm şirkətləri, həm də İran vətəndaşları tərəfindən böyük həvəslə qarşılandığını bildirib: “Biz öncədən tənzimlədiyimiz proqrama əsasən, Novruz bayramında “İran Air” və “Mahan Air”-dən başqa əlavə bir şirkətin də Bakıya uçuşlarını həyata keçirəcəyik. Bizim planımıza əsasən 10 min sərnişin daşınması həyata keçiriləcək”.

M.Mir Rzayi onu da əlavə edib ki, gələcəkdə İranın digər şəhərləri, o cümlədən Urmiya, Məşhəd, İsfahan və Şirazdana da uçuşların təşkili planlaşdırılır: “Hazırda hava nəqliyyatı ilə təşkil olunan turlar vasitəsilə Bakıya ayda iki-üç min sərnişin səfər edir. Yayda bu rəqəm altı-yeddi min nəfərə çatmışdı”.

Səyahətə aid 10 möhtəşəm film

0

Filmmi?

Bu dəfə  sizlərə  asudə vaxtınızı maraqlı keçirməniz üçün səyahətə və səyahət sevərlərə aid 10 filmin siyahısını tapıb çıxardım

Top 10luq

1) İnto The Wild

2) Wild

3) The Bucket List

4) The Secret Life of Walter Mitty

5) Tracks

6) Vicky Cristina Barcelona

7) Seven Years in Tibet

8) Leap Year

9) Eat Pray Love

10) Nebraska

Xoş izləmələr əziz, dəyərli oxucularımız  !

Ən yaxşı otellərin adları açıqlandı.

0

2017-ci ildə dünyanın ən yaxşı hotellərinin reytinqi müəyyənləşib.

“TripAdvisor” portalının istifadəçilərinin müəyyən etdiyi reytinqdə Kambocanın Siemreap şəhərindəki “Viroth’s” hoteli ilk sırada yer alıb. Qeyd olunur ki, bu hoteldə bir gün qalmaq ucuz qiymətə – 100 dollara başa gəlir. Bu hotel barədə 910 rəyin yalnız 5 faizi mənfi olub.

Viroth’s otel

Reytinqdə ikinci yerdə Kosta-Rikadakı “Tulemar Bungalows & Villas” hoteli qərarlaşıb.

Tulemar Bungalows&villas

Üçüncü yerin sahibi Hindistanda “Umaid Bhawan Palace” hoteli olub. Bu hoteldə bir gecəni qiyməti 850 dollardan çoxdur.

Umaid Bhawan Palace

İlk beşliyə həmçinin Vyetnamdakı “Hanoi La Siesta Hotel & Spa” və Maldiv adalarındakı “Gili Lankanfushi” daxil olub.

Hanoi la Siesta Hotel & Spa
Gili Lankanfushi

Reytinqdə ilk onluqda “Belvedere” (İtaliya), “The Nantucket Hotel & Resort” (ABŞ), “La Reserve Paris” (Fransa), “Nayara Springs” (Kosta-Rika) və “Hanoi La Siesta Hotel Trendy” (Vyetnam) yer alıb.

“Go Travel” ilin ən yaxşı turizm şirkəti seçildi

0

2017-nin fərqlənən simaları “Azerbaijan Best Awards”da

” Zirvə” Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən “Azerbaijan Best Awards” (ABA) milli mükafatlandırma mərasimi yanvarın 23-də “Boulevard Hotel Baku”da keçirilib.

Mükafat sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media və şou biznes simalarına, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunub.

Məhz turizm sahəsində  nömrə 1 olan “Go Travel” turizm şirkəti ilin nömrə 1 turizm şirkəti seçildi.

İlin ən yaxşı turizm şirkəti – Go Travel

İlk dəfə 2016-cı ildə keçirilən mükafatlandırma mərasimində Xalq artistləri Məleykə Əsədova, Alim Qasımov, Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Nura Suri, millət vəkili Qənirə Paşayeva və digər tanınmış məşhurlar mükafata layiq görülüblər.  Bu il keçirilən mükafatlandırma mərasimində isə Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Zamiq Hüseynov, Nura Suri, Sevda Yahyayeva,Aktrisa Firəngiz Mütəllimov və digər tanınmış məşhurlar mükafata layiq görüldülər.  Gəzməli.az – ın redaktorları olaraq kollektivimizlə bizdə  orada idik.Tamaşaçı kimi qeyd edə bilərəm ki, gözəl bir tədbir oldu.  Açılış, işıqlanma, dekor – bir sözlə, hər bir şey.  Tədbir 18:00-da başladı. Qırmızı xalıdan keçən məşhurlar tədbir bitdikdən sonra “after party”də iştirak ediblər. Gecənin xüsusi qonağı qismində Dj Çina iştirak edib . Gecənin aparıcısı isə məşhur aparıcılardan olan  Samir Bayramlı idi.

Əzizlərim, xatırladım ki, “Go Travel” Turizm Agentliyi – turizm sahəsində 1 ildən artıq fəaliyyət göstərsədə illərlə fəaliyyət göstərən turizm şirkətlərindən daha üstün,turizm istiqamətləri üzrə ixtisaslaşmış, korporativ müştərilərə kompleks xidmətləri göstərən, dünyanın bir çox ölkələrindən xarici turistlərin və nümayəndə heyətlərinin qəbulu, individual və qrup turların təşkili ilə məşğul olan Azərbaycanın ən tanınmış turizm şirkətlərindən biridir.

Bundan əlavə, şirkətimiz mütamadi olaraq Azərbaycanda və Xaricdə (Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Cənubi Koreya, Dubay və s.) beynəlxalq turizm sərgilərində iştirak edərək, beynəlxalq şirkətlərlə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi ilə məşğuldur.

Daha geniş və ətraflı  məlumat  üçün isə aşağıda qeyd etdiyim əlaqə nömrələrinə və ya sosial şəbəkələrlə əldə edə bilərsiniz.

Əlaqə nömrələri :

☎️+994 12 564 60 30

? +994 50 664 60 30

?+994 55 664 60 30

? +994 70 664 60 30

Digər əlaqə üsulları :

http://gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85(Gənclik metrosunun çıxışı)

Bir daha “Gəzməli.az” adından “Go Travel” turizm şirkətini, başda Telman müəllim olmaqla bütün kollektivini və  mükafata layiq görülən hər bir kəsi təbrik edirik. Uğurlarınız və uğurlarımız daimi olsun, dəyərli oxucularımız.

 

 

Azərbaycandan Hindistana birbaşa aviareys açıla bilər

0

Azərbaycandan Hindistana birbaşa aviareys açıla bilər

Azərbaycan Turizm Assosiasiyası (AzTA) hindistanlı turistləri ölkəmizə cəlb etmək məqsədilə Dehlidə keçirilən “Satty” turizm sərgisində iştirak edəcək.

Bu barədə Gezmeli.az-a AzTA-nın rəhbəri Nahid Bağırov məlumat verib.

Nahid Bağırov
Nahid Bağırov

Onun sözlərinə görə, yanvarın sonunda keçirilən sərgidə Azərbaycan Turizm Assosiyasiyası öz əhatəsində hotelləri və turizm şirkətlərini birləşdirib, böyük bir nümayəndə heyəti ilə iştirak edəcək:

“Keçən illərə nisbətən hindistanlıların Azərbaycana axını artıb, hər il 20 faizdən artıq artım müşahidə olur. Ölkəmizə gəlmək istəyən turistlər tranzit yollardan istifadə edirlər, bu da hindistanlılar üçün rahat deyil, çünki hamı birbaşa təyyarəyə üstünlük verir”.
Nahid Bağırov qeyd edib ki, artıq Hindistanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması istiqamətində işlərə başlanılıb:

Bu istiqamətdə ilk növbədə Azərbaycan Hava Yolları ilə, sonra isə Hindistan aviaşirkətləri ilə danışıqlar aparılacaq. Əminəm ki, yaxın gələcəkdə Bakıda Dehliyə, yaxud Hindistanın başqa şəhərlərinə birbaşa aviareyslər açılacaq”.

AzTA-nın rəhbəri ümid edir ki, sərgidə iştirak hindistanlıların Azərbaycana axınına ciddi təsir edəcək:

“Ümidvarıq ki, bu sərgi nəticəsində Azərbaycan Hindistanda daha da tanınacaq”.

Bakı – Banqkok aviareysi təxirə salınıb.

0

Bakı – Banqkok

Azərbaycan və Tayland arasında Bakı-Banqkok müntəzəm aviareysinin açılması texniki səbəblərə görə növbəti mövsümədək təxirə salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarələrin sayının azlığı və uçuşların digər Asiya ölkələrinə davam etdirilməsi üçün icazələrin hələ ki alınmaması səbəbindən Bakı-Banqkok aviareysinin həyata keçirilməsi təxirə salınıb. “Azərbaycan Hava Yolları”nın tərkibində yaradılan “Buta Airways” aşağıbüdcəli aviaşirkətinə 5 “Embraer” təyyarəsinin verilməsini nəzərə alaraq, aviaşirkətin azalan donanması cari cədvəl üzrə daha prioritet istiqamətlərə yönəldiləcək.Həmçinin qeyd edilib ki, Azərbaycan və Tayland arasında reysin açılması məsələsi gündəmdədir. Donanmaya yeni müasir “Boeing 737 MAX” təyyarələri və 4 ədəd “Boeing 787 Dreamliner” təyyarəsinin əlavə edilməsi ilə sözügedən reysin açılması məsələsi mütləq gündəmə gələcək.

Qeyd edək ki, Bakı-Banqkok aviareysinin 2017-ci il oktyabrın 29-dan fəaliyyətə başlaması nəzərdə tutulmuşdu.

Xarici turlar niyə bahalaşıb?

0

Xarici turların qiyməti

Ötən ilin may ayı ilə müqayisədə bu ilin analoji dövründə xarici turların qiyməti 4.5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Turizm şirkətlərindən birinin xarici turlar əlaqələr üzrə meneceri Ülfanə Mahmudova deyib ki, qiymət artımına bir neçə amil təsir edib.

Əsas səbəblərdən biri mövsüm amili ilə əlaqədardır. Belə ki, yay fəslinin başlaması xaricə üz tutanların sayının artmasına da təsir edib. Biletlərin sürətli satıldığını görən aviaşirkətlər qiymətləri artırırlar.

Ülfanə Mahmudova qeyd edib ki, son 3 ildə aviabiletlər nəzərə çarpacaq dərəcədə bahalaşıb. Həmçinin, manatın devalvasiyası və avronun bahalaşması da qiymətlərə təsir edib.
Məsələn, ötən ilin yay aylarında  Dubaya aviabilet 200 manatdan başlayırdı. Bu il isə bu rəqəmlər 300-400 manata yüksəlib. Bundan əlavə, 2016-cı ildə  yayda İstanbula aviabilet  sifarişi 320 manat təşkil edirdisə,  eyni biletin qiyməti indi 380 manatdan başlayır.

Ülfana Mahmudova bildirib ki, bununla belə aviabiletlərin bahalaşması xaricə səfər edənlərin sayına təsir etməyib.