Ev Blog Səhifə 401

Bakıda maraqlı əyləncə: Yaxta turu – QİYMƏTLƏR

0

Səyahət və macəra həvəskarları üçün Bakıda maraqlı yaxta turu təşkil olunacaq. 

Toplanış yeri Dənizdənarı Milli Parkda, Yaxta Klubun qarşısında olacaq. Elə tur da buradan başlayacaq.

Səyahət iştirakçıları müasir yaxta ilə 2 saatlıq dəniz gəzintisinin dadını çıxacaqlar. Yaxta sahildən 500-1000 metr məsafədə uzaqlaşacaq. Tur zamanı əyləncəli oyunlar olacaq. Bundan başqa, DJ-in maraqlı ifaları da təşkil olunacaq.

Həmçinin, yaxta qonaqlarına sendviç, desert, meyvə, meyvə şirələri və sərin sular pulsuz təqdim olunacaq. Turun qiyməti 0-5 yaş uşaqlar üçün pulsuzdur. Böyüklər üçün isə yaxta turu 55 manata başa gələcək.

Qeyd edək ki, 5 yaşdan yuxarı bütün yaş təbəqələri üçün biletin qiyməti dəyişməz olaraq qalır.

Adrenalin həvəskarları üçün qeyri-adi düşərgə məkanı

0

Qeyri-adi düşərgə məkanları

Adrenalin sevənlər üçün Çinin Luoyang Henan əyalətində yerləşən Luoyang dağı ən cazibədar seçimdir.

 Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər il minlərlə turist Çin Kamp Festivalı çərçivəsində təxminən 1000 metr yüksəklikdə taxta yolda düşərgə salırlar.

İştirakçılar dağ yamaclarındakı düşərgədə hər an ölümlə üz-üzə qalırlar. Çünki yamaclardakı taxta yollarda əvvəlcədən heç bir təhlükəsizlik tədbiri görülmür.

Pulsuz torpaq, ev, hər uşağa 3 min avro müavinət

0

Bu ölkələr sizi gözləyir

Dünyanın bir sıra ölkələri qaçqın axını ilə mübarizə etdiyi bir zamanda digər qrup ölkələr yeni sakinlər cəlb etməyin yollarını axtarır.

Elə ölkələr var ki, hakimiyyət yeni-yeni sakinlərin gəlməsində maraqlıdır.

Səbəb təbii ki, eynidir- əhalinin getdikcə azalması. Bunun qarşısını gəlmələr hesabına almağa çalışan bəzi ölkələrdə hətta yeni sakinlərə iş, ev vədi də verilir. Hətta Amerika, Kanada, İspaniya, Niderland kimi ölkələr də bu siyahıya düşüb.

Əgər siz də bu yerlərdən birini seçib, həyatınızı orda davam etdirmək istəyirsinizsə, oxuyun.

1. ABŞ-ın Miçiqan ştatında Detroyt şəhəri

Bura “Qərbin Parisi”, həm də “ABŞ-ın avtomobil paytaxtı” olub. Ancaq bütün bu titulları 20-ci əsrin ikinci yarısından sonra itirməyə başlayıb. İndi keçmiş şöhrətini qaytarmaq üçün yollar axtaran yerli hakimiyyət “Challenge Detroit” adlı proqram hazırlayır. Burda sənayenin müxtəlif sahələrində çalışan mütəxəssislərə 2500 dollar maaş vəd olunur.

2. ABŞ, Alyaska.

 Əgər qışı sevirsinizsə, yaxşı seçimdir. Xüsusi Dövlət Fondu regionlarda işləyən mütəxəssislər üçün yaxşı əməkhaqqı vəd edir. Yeganə şərt Alyaskada minimum 1 il yaşamaqdır.

3. Kanada, Saskaçevan əyaləti.

 Bu əyalətin rəhbərləri ali məktəbləri yeni bitirən məzunları dəvət edir. Əgər bu məzunlar gələcək həyatları barədə hələ qərar verməyiblərsə, Kanadanı nəzərdən keçirsinlər. Burda gənc mütəxəssislərə 20 min Kanada dolları maaş təklif edilir. Ancaq bunun üçün həmin əyalətdə 7 il yaşamaq lazımdır.

4. ABŞ, Niaqara şəlaləsi.

Daha bir fantastik təklifdir. Əvvəlcə inandırıcı görünməyə bilər. Planetin ən gözəl yerlərindən birində yaşamaq imkanı və üstəlik də pul qazanmaq şansı. Yerli hakimiyyət universitet məzunlarına yerli qurumlarda 2 il iş müqabilində 7 min dollar maaş təklif edir.

5. İspaniya, Ponqa. 

Kiçik, gözəl və hər kəsi özünə valeh edən bir kənddir. İspaniyanın şimal-şərqində yerləşir. Qədim tarixə malikdir. Gənc sakinlərin cəlbi üçün hər gənc cütlüyə 6 min avro təklif edilir. Əgər gənc cütlük kəndə köçmək qərarına gəlsə, onlar üçün bütün şərait yaradılacaq. Üstəlik hər uşaq üçün də 3 min avro ödəniləcək. Məqsəd kənd sakinlərinin gəncləşdirilməsinə nail olmaqdır.

6. Utrext, Niderland.

Bu ölkə humanitar və sosial elmlər sahəsindəki uğurları ilə bütün dünyada tanınır. Burda keçirilən sosial eksperimentlərdən biri də budur. Əgər buradakı bütün sakinlər min dollar alsalar, nə baş verər?

7. ABŞ, Kertic, Nebraska.

 Bu şəhərdə yaşamaq istəyən hər kəsə pulsuz torpaq sahəsi verilir. Ancaq bunun üçün bir şərt var. Şəhər üçün faydalı olacaq ideya təqdim etmək. Əgər belə bir ideyanız varsa, o zaman heç dayanmayın.

8. Konnektikut, Nyu-Heyven.

“Nyu-Heyven” dövlət proqramıdır, şəhərə marağı artırmaq üçün qəbul edilib. Əgər siz orda birinci dəfə ev alırsınızsa, sizə 10 min dollar faizsiz ssuda veriləcək. Əgər həmin evdə 5 il yaşamısınızsa, kredit bütünlüklə silinəcək. Bundan başqa evinizin qurulması üçün 30 min dollar da ala bilərsiniz. Əgər həmin evdə 10 il yaşasanız, krediti qaytarmayacaqsınız.

9. Merilend , Baltimor.

 Bura Amerikanın ən təhlükəli 7 şəhərindən biridir. Ancaq şəhər rəhbərliyi bu imici dəyişmək qərarındadır və buna görə ona yeni sakinlər lazımdır. Bura köçən hər sakinə şəhərin istənilən yerində ev almaq üçün ilk olaraq 5 min dollar verilir. Əgər bu məbləğ sizi qane etmirsə, tərk edilmiş evlərdən birini almaq qərarı verə və ikiqat pul ala bilərsiniz.

10. Kanzas.

Bura köçmək istəyənlərə də pul təklif edilir. Əhalisi 3500 nəfər olan Linkoln şəhərində ev tikintisi üçün pulsuz torpaq sahəsi də verilir. Əgər bu şəhər sizə böyük və boş görünürsə, Markett şəhərini seçin. Orda cəmi 600 nəfər yaşayır. Burda da sizi 5 illiyə vergilərdən azad edəcək və təhsil üçün 15 min dollar ödəyəcəklər.

11. Manitoba, Poypstoun. Kanada şəhəridir.

Burda pulsuz torpaq paylamırlar, ancaq elə endirim təklif edilir ki, lap pulsuza bərabər. Əgər aldığınız torpaqda 1 ildə ev tikəcəksinizsə, demək olar pulsuz başa gələcək. Bununla yanaşı biznes də qurmaq istəsəniz, vəziyyətiniz daha yaxşı olacaq. 24 min dollar qrant ala bilərsiniz.

Ecazkar şəhər – “Legoland”

0

Oyuncaqlar diyarı -“Legoland “

Gözlərinizi bağlayın…Birazca irəliləyin və gözlərinizi açın, LEGO meydanındasınız. Müxtəlif rəngli – mavi, qırmızı, sarı, yaşıl binalar, geyim mağazaları, restoranlar və Lego Hotel. Bəli, bura ecazkar şəhər “Legoland”dir.

 

1929-cu ildə baş verən iqtisadi böhran bütün dünya ölkələri kimi Danimarkaya da öz təsirini göstərmişdi. Təbii, böhran hər kəs kimi mebel ustası Ole Kirk Kristianseni də sıxıntıya salmışdı. Usta yeni sifarlişlər almır, öncədən gələnlər isə ləğv olunur. Beləliklə Kristiansen təmtəraqlı mebellər hazırlamağdan imtina edib zamanın tələbi olan taxta oyuncaqlar hazırlamağa başlayır.

1932-ci ildə usta oyuncaq şirkətini qurur və ona LEGO adını verir. Şirkət əvvəllər yalnız oyuncaqlar, taxta at, avtomobil və s. hazırlayırdısa sonralar uşaqların yaradıcılığını ön plana çıxaran oyuncaq kərpiclərlər də hazırlanmağa başladı.

Legoland

LEGO böyüdükcə yarandığı qəsəbə – Billund da inkişaf etdi; hər il, müxtəlif yaşlarda olan yüz minlərlə turistin səyahət məkanına çevrildi. Sonralar “Disneyland”ın digər versiyası “Legoland” inşa edildi. Qeyd edək ki, Lego yalnız Billund üçün deyil, bütün Danimarka üçün əhəmiyyətli bir markadır. Buna görə də “Lego House”ın açılışına Kral ailəsidə qatılıb. Şəhzadə Mary Donaldson insanları bu məkana dəvət edərək “Burda yalnız uşaqların deyil, hamımızın oyun oynamağa ehtiyacı var” – deyə qeyd edib.

Bu mərkəzi hər il 250 mindən çox turist ziyarət edir.

Güvənli, sakit səyahətin 11 qaydası

0

Səyahətin 11 qaydası

Səyahət edəcəyimiz ölkə və ya şəhərlərin güvənli olub-olmadığı barədə öncədən araşdırma aparmalıyıq. Çünki səyahət zamanı fövqəladə hadisələrlə qarşılaşa bilərik. Nəzərə almalıyıq ki, biz də bəzi qaydalara riayət edərək öz səyahətimizi daha güvənli edə bilərik.

 

Daha güvənli səyahət üçün gəlin 11 qaydanı paylaşaq :

  1. Sənədlərinizi, əsasən də Xarici pasportunuzu qoruyun.
  2. Gedəcəyiniz ölkə haqqında xəbərləri sosial mediyadan izləyin.
  3. Azərbaycanda etməyəcəyiniz riskləri xarici ölkədə də etməyin.
  4. Yeni tanış olduğunuz və ya az tanıdığınız insanlarin yaşadığı yerlərə getməyin.
  5. Yaşadığınız yerin qanunlarına hörmət edin.
  6. Avtomobil idarə edirsinizsə, ölkəyə xas yol hərəkəti qaydalarına riayət edin.
  7. Ölkədə qalmaq üçün verilən vaxt müddətindən çox qalmayın.
  8. Qaçaq olaraq işləməyin.
  9. Ölkənin köklü adət – ənənəsinə hörmət edin.
  10. Tanımadığınız şəxslərdən bağlama və ya bilmədiyiniz əşyalar almayın.
  11. Yaşadığınız ölkəyə uyğun sağlamlıq qaydalarını nəzərə alın.

Bu qaydalar sizin səyahətinizi daha da güvənli edəcək..

Səyahət üçün ən yaxşı pasportlar – REYTİNQ

0

 Passport Index saytında  sahiblərinin üzünə sərhədləri açan pasportların reytinqi dərc edilib.  

Dünyada siyasi vəziyyətlə yanaşı, bu və ya digər ölkəyə giriş qaydaları da dəyişir.

193 ölkənin və 6 ərazinin (Makao, Kosovo və s.) daxil olduğu pasport reytinqi BMT-nin siyahısına əsaslanıb.

Pasport sahibləri əvvəlcədən viza almadan daxil ola biləcəyi ölkə üçün xal verir. Vizasız rejimlərlə yanaşı, aeroportda alınan vizalar da nəzərə alınır. Belə ölkələrin sayı çox olduqca pasportun reytinqi də yüksək olur. Son ildə vəziyyət ümumilikdə elə də dəyişməyib: dünyada sərhədlərinin çoxunun açıq olduğu “nüfuzlu” pasportların sahibləri  əvvəlki kimi Qərbi Avropa və Şimali Amerika sakinləridir. Asiya ölkələri arasında isə Sinqapur, Cənubi Koreya və Yaponiya liderlik edir. Bu pasportların sahibləri 156-158 ölkəyə vizasız səfər edə bilərlər.

“Tufandağ” da xizək yolları istifadə verildi

0

Qış turizmi

Yanvarın 17-dən etibarən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində xizək xətlərinin bəziləri turistlər üçün açılıb.

Tufandağ

TravelNews.Az xəbər verir ki, bu günə kimi fəaliyyətin dayandırılmasına səbəb qeyri-sabit hava şəraiti olub. Bugündən etibarən xizək yolları mərhələli şəkildə istifadə olunacaq. İlk olaraq P8 və W2 yolları xizəkçilər üçün açılıb. Digər xizək yamaclarında iş yekunlaşmaq üzərədir.

Qeyd edim ki, Tufandağ Böyük Qafqaz silsiləsində yerləşir. Hündürlüyü 4191 metrdi.Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır.

Bu zirvə Böyük Qafqaz suayrıcı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Ya­ğış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur.Təbii ki bu sadəcə bir əfsanədir.

Qeyd edək ki, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində 10 xizək yolu mövcuddur.

Hamımız bilirik ki, hər fəslin öz gözəlliyi var. Qışında gözəlliyi onun qarlı – boranlı, şaxtalı havasındadı. Təəssüf ki, Bakıda bu il qar görə bilmədik. Amma turizm istirahət komplekslərində əsl qış havasını yaşaya bilərsiniz. Xoş istirahətlər

Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır.

0

Azərbaycana getmək mütləq lazımdır

Bu sözlər “The Washington Times” qəzetində Azərbaycan haqqında dərc olunan məqalənin başlığında qeyd olunub.

Məqalədə Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Azərbaycanın tez-tez “Odlar yurdu”, paytaxt Bakının isə “Şərqin Parisi” adlandırıldığı qeyd olunur.

 

Vurğulanır ki, birinci səbəb regionun digər ölkələri ilə müqayisədə Azərbaycan vizasını asanlıqla almağın mümkünlüyüdür. 2017-ci ilin iyunundan ASAN sistemi vasitəsilə viza almaq müddəti üç gündən üç saata endirilib.

İkinci səbəb ölkənin unikal coğrafi mövqeyidir. Materialda qeyd edilir ki, “mədəniyyətlər və sivilizasiyalar Bakıda görüşür”. Yarımadada yerləşən Bakı arzular şəhəridir. Azərbaycan paytaxtında orta əsrlər memarlıq inciləri ultramüasir binalarla, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş və dünyada tanınan Heydər Əliyev Mərkəzi ilə yanaşı dayanır.

Üçüncü səbəb ölkənin görməli yerləri və təbiətidir. Bakı ilə yanaşı, şəhərin ətrafında da görməli yerlər var. Məsələn, Qobustan Milli Parkına, Suraxanı qəsəbəsində “Atəşgah” məbədinə getmək, palçıq vulkanlarına baxmaq. Zərdüştilik məbədi olan “Atəşgah” Hindistan və dünyanın hər yerindən zəvvarları özünə cəlb edir.

Müəllif dördüncü səbəb kimi ölkənin zəngin idman həyatını qeyd edir. “İdmançılar idman yarışlarında öz istedadlarını göstərmək üçün Azərbaycanı bütün dünyada ideal yer hesab edirlər”, – deyə məqalədə bildirilir. Təkcə son illər Azərbaycanda bir neçə beynəlxalq tədbir, o cümlədən Ümumdünya Şahmat Olimpiadası, ilk Avropa Oyunları, gənclər arasında Avropa futbol çempionatı, IV İslam Həmrəyliyi Oyunları, atıcılıq, voleybol üzrə Avropa çempionatları, gimnastika üzrə dünya çempionatı və digər yarışlar keçirilib. Artıq ikinci ildir ki, Formula-1 yarışlarının Qran-Pri mərhələlərindən biri Bakıda keçirilir. Materialda diqqətə çatdırılır ki, tezliklə Bakıda Avropa futbol çempionatının dörd matçı, idman kapoeyrası üzrə dünya çempionatı və digər nüfuzlu tədbirlər keçiriləcək.

Nəhayət, beşinci səbəb yerli və beynəlxalq brendlərin iştirakı ilə alqı-satqı zamanı vergi tutulmayan beynəlxalq ticarət yarmarkalarının keçirilməsidir.

Bundan başqa, milli mətbəxin ləziz nemətlərini dadmaq, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi elan edilmiş muğamı dinləmək və bir çox digər səbəblər var ki, onlara görə Azərbaycana getməyinə dəyər.

“The Washington Times”

“Buta Airways” Bolqarıstanda

0

“Buta Airways “

“Buta Airways” aşağı büdcəli aviaşirkəti yanvarın 16-da ilk Bakı-Sofiya-Bakı birbaşa aviareysini həyata keçirib.

“Buta Airways” – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir.

“Buta Airways”in 2016-cı ilin dekabrında əsası qoyulmuşdur və 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstanda on beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir.

Artıq fəaliyyətə başladığı vaxtdan “Buta Airways” aviaşirkətinə həm Azərbaycan vətəndaşları arasında, həm də başqa ölkələrdə böyük tələbat var. Təyyarələrin dolması əksər istiqamətlər üzrə ən azı 85 faiz təşkil edir.

“Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer E190” təyyarələri daxildir. Bu yeni və etibarlı təyyarələr rahat oturacaqlar, ayaqlar üçün geniş sahə, eləcə də əl yükü üçün böyük rəflərlə təchiz edilmişdir. Yeni istiqamətlərin sayının artması ilə aviaşirkət hava gəmiləri parkını genişləndirməyi planlaşdırır.

Aviaşirkətin J2-9059 nömrəli reyslə uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxaraq Sofiya Beynəlxalq Aeroportuna eniş edib. Bu münasibətlə Sofiya Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi təşkil olunub.

Aviareysin Bakıda keçirilən açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Qeyd edək ki, uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günü (2018-ci ilin qış uçuş cədvəli üzrə) baş tutacaq.

Buta Airways
“Buta Airways “açılışı

Vizasız səyahət?

0

ÇANTANI ÇİYNİNƏ AT VƏ GET

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı haqqında  danışaq bu gün, yəqin hamı üçün maraqlı olar.  Bu mövzu haqqında danışarkən Ümumdünya İqtisadi Forumu Qlobal Pasport Reytinqinə istinad etmişəm. Reytinq dünyanın 199 ölkəsini əhatə edir. İlk 2 yerdə Almaniya və İsveçdir.

Azərbaycan reytinqdə 64-cü yerdədir. Azərbaycanlılar 62 ölkəyə vizasız gedə bilərlər. Reytinqdə Azərbaycanla eyni yeri Tanzaniya və Filippin bölüşür. Onu da deyim ki, Azərbaycan ötən il də reytinqdə 64-cü olub.

Beləliklə, Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr bunlardır:

Albaniya – vizasız

Kambodca – yerində verilir

Qvinea Bissau – yerində verilir

Madaqasqar – yerində

Antiqua Barbuda-vizasız

Cape Verde – yerində verilir

Haiti -vizasız

Malavi – yerində verilir

Kolumbiya – yerində verilir

İran-vizasız

Malaziya -vizasız

Bahams adaları- vizasız

Komor adaları – yerində verilir

İndoneziya-vizasız

Maldiv – yerində verilir

Banqladeş – yerində verilir

Djibuti – yerində verilir

İordaniya – yerində verilir

Marşal adaları – yerində verilir

Barbados-vizasız

Dominikan – yerində verilir

Yamayka – yerində verilir

Mavritaniya – yerində verilir

Belarus – vizasız

Ekvador – yerində verilir

Qazağıstan – vizasız

Mavrikiya – yerində verilir

Bolivia – vizasız

Misir – yerində verilir

Qırğızıstan – vizasız

Mikroneziya – yerində verilir

Bosniya və Hersoqavinya-vizasız

Gürcüstan-vizasız

Lebanon- vizasız

Moldova-vizasız

Burundi – yerində verilir

Qrenada – yerində verilir

Makedoniya – vizasız

Monteneqro – vizasız

Mozambik – yerində verilir

Palem – yerində verilir

Seyşel – yerində verilir

Namibiya – vizasız

Fələstin-vizasız

Şri –Lanka – yerində

Nepal – yerində verilir

Rusiya-vizasız

Vinçent və Gredanines-vizasız

Nikaraqua – yerində verilir

Samoa-vizasız

Suriya – yerində verilir

Tacikistan – vizasız

Türkiyə – vizasız

Uqanda – yerində verilir

Vanuatu – vizasız

Tanzaniya – yerində verilir

Qeyd edim ki, 2018-ci il də bildiyimə görə vizasız gediş-gəliş yerlərinin sayı dahada çoxalıb. Yenilənəndə bizdən bir daha xəbər alacaqsınız. İndi isə vizasız gediş-gəliş imkanını dəyərləndirin.