Ev Blog Səhifə 402

Səyahət zamanı pasport itdikdə nə etmək lazımdır?

0

Heç kim sənədlərini itirməkdən sığortalanmayıb.

Əlbəttə ki, bu hallardan ən xoşagəlməzi sərhəd ərazisində, hava limanında xarici pasportu itirməkdir. Belə olan halda bu vəziyyətdə həyəcanlanmaq yerinə, nə etməli olduğunuzu bilməyiniz mövcud olan çətin vəziyyətdən çıxmağınıza kömək edə bilər.

Birinci addım – Polisə müraciət etmək

Sərhəd ərazisində sənədləriniz və xarici pasportunuz itibsə, ilk əvvəl vəziyyəti yerli polisə izah edin. Pasport həmin an tapılmayacaq. O zamana qədər müvəqqəti şəxsiyyət haqqında şəhadətnamə almalısınız. Polis sizə lazımi sənədi almaq üçün müraciət formasının yazılma qaydasını izah edəcək. Həmin müraciət formasını iki nüsxə çıxarın. Biri səfirlik, digəri yeni pasport çıxanadək vətənə geri döndükdə Dövlət Miqrasiya Xidmətinə lazım olacaq.

Onu da əlavə edək ki, əgər pasportunuz itməyib, oğurlanıbsa, bu zaman siz itən əşyalarınız haqda da izahat yazmalısınız.

İkinci addım – Dəlillər toplamaq

Səfirliyə müraciət etməmişdən əvvəl hansı sənədləri toplamalı olduğunuzu bilməlisiniz:
– İki ədəd fotoşəkil;
– Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s . bu tip hər hansı şəxsiyyətinizi təsdiq edən sənəd (içərisində adınız, soyadınız, şəkliniz olan);
– Varsa, xarici pasportun sürəti (ehtiyatlı səyahətçilər belə durumlara hazır olur).

Şəxsiyyətinizi təsdiq edən bu sənədlər, əlbəttə, işə yarayır. Lakin bu yetərli olmadığı halda, kimliyinizi təadiq etmək üçün iki şahid lazım ola bilər. Onların sizin qohumunuz, dostunuz olması mütləqdir. Yaxud da kimdənsə şahidlik etməsini xahiş edə bilərsiniz. Lakin tək səyahət etdiyiniz zaman sadalanan halların heç biri işinizə yaramaya bilər. Bu zaman Azərbaycandakı yaxınlarınıza zəng vurub, şəxsiyyət vəsiqənizin sürətini faks və ya elektron poçtla yollamalarını istəyin.

Üçüncü addım – Səfirliyə müraciət etmək

Səfirliklər, adətən, günortaya qədər işləyir. Belə hallar ekstremal hal sayıldığı üçün əvvəlcədən qəbula yazılmaq üçün müraciət etmək vacib deyil. Çünki sizi növbəsiz də qəbul edəcəklər.
Bu mərhələyə qədər hər şey qaydasında getsə, növbəti mərhələdə sizə vətənə dönmək üçün icazə sənədi verilə bilər. Bu müvəqqəti sənəd 14 günlük (2 həftəlik) olur.

Dördüncü addım – Dövlət Miqrasiya Xidmətinə getmək

Ölkəyə qayıtdığınız zaman ilk olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət etməlisiniz. Məsləhət olaraq bildirək ki, “xarici pasportumu oğurlayıblar”, – əvəzinə, onu itirmişəm”, – deyəsiniz. Çünki oğurlanma hallarında polis pasportu üç ay ərzində tapmalıdır. Ancaq bundan sonra yenisi verilir. İtirmə hallarında isə 14 iş günü ərzində yeni pasportunuzu əldə edirsiniz.

5 milyard dollarlıq “Taxt oyunları” turist axınına səbəb oldu

0

Çəkilişləri üç qitədə aparılan “Taxt oyunları” serialının 7-ci mövsümünün ilk seriyası dünən nümayiş etdirilib.

İlk mövsümündən indiyə qədər tamaşaçı sayını 147 faiz artıran “Game of Thrones” serialını 2016-cı ildə 23 milyon adam izləyib.

Serialda baş rolları ifa edən aktyorlar da qonorarları ilə rekord qırıblar. Belə ki, əsas beş rolun ifaçısı hər seriya üçün ortalama 2,6 milyon dollar alacaqlar. Bu mövsümün 7, növbəti mövsümün isə 6 seriyadan ibarət olacağı bildirilən serialın aktyorları toplam 34 milyon dollar gəlir əldə edəcəklər.

Serialın ssenarisi  George R.R Martinin “Buz və Atəşin şərqisi” (“A Song of Fire and Ice”) əsəri əsasında yazılıb. 68 yaşlı ABŞ yazıçısı əlavə olaraq kitabından daha 10 milyon dollar gəlir əldə edib.

Serialın səhnələrinin çəkildiyi ölkələrə turist axını da qeyd edilməli faktlardandır. İslandiya, İspaniya, Xorvatiya və Qərbi İrlandiyaya səfər edən turistlərin sayı gözəçarpacaq dərəcədə artıb. Belə ki, Qərbi İrlandiya Belfastada çəkilən səhnələr sayəsində 100 milyon dollar qazanıb, turistlərin sayı isə 10 faiz artıb.

İslandiyada çəkilən səhnələrdən  sonra isə ölkədə hotel rezervasiyası 2,5 dəfə artıb. 330 min əhalisi olan ölkəyə 1,3 milyon turist cəlb edilib. İspaniyanın şərqindəki 18 min əhalisi olan Osuna əyalətinə turist axını isə 75 faiz artıb.

Dünyanın müxtəlif şəhərlərində turistlər üçün bir günlük kirayə qiymətləri

0

 Səyahətin qiymətini büdcənizlə müqayisə etməyə çalışırsınızsa, bunu sizin üçün “Airbnb” və “Bloomberg” artıq reallaşdırıb.

Mayaminin bütün ərazilərində bir günlük fərdi mənzil kirayələməyin dəyəri bahadır. Bu, 190 dollara başa gəlir.

Amsterdamda 1 günlük kirayə 144 dollardır.

Stokholmda 1 günlük kirayə 138 dollardır.

Honkonqda 1 günlük kirayə 124 dollardır.

Rio-de-Janeyroda 1 günlük kirayə 117 dollardır.

Parisdə 1 günlük kirayə 110 dollardır.

Münhendə 1 günlük kirayə 109 dollardır.

Vankuverdə 1 günlük kirayə 98 dollardır.

Sinqapurda 1 günlük kirayə 96 dollardır.

Praqada 1 günlük kirayə 76 dollar

Ən bahalı otellər – QİYMƏTLƏRİ

0

Dünya üzrə ən bahalı otellərin adları açıqlanıb.

Məlumata görə, açıqlanan qiymətlər bu otellərdəki ən ucuz nömrələrin qiymətləridir.

Siyahıda birinci yeri Seyşel adalarında yerləşən “North İsland Lodge” hoteli tutur. Orada bir otağın qiyməti 6 995 ABŞ dollarıdır.

İkinci yerdə Fici adasında olan “Laucala Resort” hoteli gəlir ki, onun da qiyməti 5700 dollardır. Botsvanadakı “Khwai River Lodge” hotelinin 4710 dollarlıq otağı isə siyahıda üçüncü ən bahalı otaqdır.

Səyahətsevərlər üçün əlçatmaz olan digər hotellər Botsvanadan “Savute Elephant Camp” və “Eagle İsland Camp”dakı otaqlardır – qiymət 4710 dollar!

Fransadakı “Brando” 3947 dollar, Seyşel adalarından “Fregate İsland” 3637 dollar, Kanadada “Clayoquot Wilderness Resort” 3347 dollardır.

Siyahıda sonuncu yeri tutan “ən ucuz” hotellər: İtaliyadakı “Villa del Parco Forte Village Resort” (2183 dollar), Kanadada “Queen Charlotte Lodge” (2069 dollar), İtaliyada “Belmond Hotel Cipriani” 1869 dollar.

Məlumata görə, xüsusilə yay aylarında gənclərin üstünlük verdiyi bu hotellərə tələbat elə də az deyil.

İtmiş 5 möhtəşəm şəhər – FOTO

0

 Səyahət zamanı tarixi məkanlara üstünlük verənlər üçün dünyada görülməli 5 itmiş şəhər

Müasir dünyadan uzaq, cəlbedici, bir az da mistik atmosferə malik olan bu şəhərləri turistlər tez-tez ziyarət edirlər.

Uzun illər ticarət, din, siyasət arenasında söz sahibi olan bu məkanlar yaşanan müharibələr, dağıntılar nəticəsində taleyinə tərk edilib. Yenidən kəşf edildikdən sonra, əvvəlki görünüşünü qorunmağa çalışılan tikililərə hər il milyonlarla səyahətsevər baş çəkir.

1. Palmira, Suriya

1980-ci ildə UNESCO-nun Dünya Mirası siyahısına daxil edilən şəhər antik dövrün ən önəmli din və ticarət mərkəzlərindən biridir. Şamın 215 kilomert şimal-şərqində yerləşir. Palmiranın əsasının eramızdan əvvəl XIX yüzillikdə qoyulduğu deyilir. Lakin Roma və Yunan qaynaqları şəhərin quruluş tarixinin I yüzilliyə aid olduğunu bildirir. Daxilindəki antik teatrın görkəmli mənzərə yaradan sütunları ilə Suriyanın ən dəyərli bölgəsi hesab edilir. İŞİD tərəfindən zərər görən şəhərin son halı heç də içaçıcı deyil.

2. Nəbatilərin İtkin Şəhəri, Petra

Qaya içərisinə daşla oyulmuş dünyanın ən görkəmli yerlərindən olan Petranın mənası “daş” deməkdir.  Günəş işığının əks olunması ilə çəhrayı, qırmızı, sarı, narıncı rənglərə bürünür. İsveçrəli kaşif Ludvin Burckhardt tərəfindən yenidən tapılan şəhər UNESCO-nun Dünya Mirasları siyahısındadır. Nəbati Krallığının paytaxtı olan Petra daha öncə yalnızca ərəblərin bildiyi bir məkan olub.

3. Mempis, Misir

Əski və yeni krallıq dövrlərində Misirin paytaxtı olub. Eramızdan əvvəl 2000-3000-ci illər arasında Kral Memfis ətrafdakı bataqlıqları qurudaraq şəhərin əsasını qoyub. Qahirənin Cənubundakı Mit Rahina çevrəsində Mempisə aid qalıqlar var. Əski Misir dönəmində “İneb Hedj” adı ilə də anılan şəhərin o dövrə aid tarixi əsərlərinin çox az qismi bu günə qədər gəlib çatıb. Həmin əsərlər arasında xüsusilə II Ramzesə aid heykəl çox məşhurdur.

4. Angkor Vat, Kamboca

Sənayeləşmə dövrü öncəsi qurulan ən böyük şəhərdir. Aparılan araşdırmalara görə, Angro Vat 800 kvadratmetrlik genişliyə sahibdir. Dünyanın ən böyük dini məbədi də burada yerləşir. 1177-ci ildə dağıdılan bu itkin şəhərin qalıqlarını UNESCO qoruma altına alıb. İçərisində mindən çox məbəd inşa edilən Angro Vatı hər il iki milyona yaxın turist ziyarət edir.

5. Maçu Picçu, Peru

1450-ci ildə inşa edilib. 200-dən çox pillə sistemi ilə bir-birinə bağlanan daşdan ibarət antik bir şəhərdir. Bura İspaniyanın fəthi sonrası insanlar tərəfindən tərk edilib. Ətrafını basan bitki örtüyü və nəhəng ağaclar sayəsində zamanla Maçu Picçunun varlığı unudulub. 1911-ci ildə Yale Universitetinin akademiki Hiram Bingham tərəfindən yenidən kəşf edilib. Bu itkin şəhər dünyanın yeddi möcüzəsindən biri hesab edilir.

Kimlərin cibi istirahətə imkan verir?

0

İstirahətə getmək üçün nə qədər pulunuz olmalıdır?

Məsələn, ölkə daxilində kənd evlərinin kirayə qiymətləri əlverişli olsa da, hotellərdə bahalaşma qeydə alınır. Xidmət qiymətlərinə görə ən ucuz bölgə şimal-şərq – Quba, Qusar, Xaçmaz zonası hesab olunur. Qiymətlərə görə sonrakı yeri cənub zonası – Masallı, Lənkəran, Lerik tutur. Ən yüksək xidmət qiymətləri şimal-qərbdə-Qəbələ, Şəkidədir. Ekspertlər bunu ərazidəki hotellərin çox ulduzlu və komfortlu olması ilə əlaqələndirir.

Hər kəsin istirahəti isə cibindəki pulun qalınlığından asılıdır. Əlin dolu cibindədirsə, ürəyin istədiyin yerdə, istədiyin kimi istirahət etmək imkanlarına maliksən. Əlin boş cibindədirsə, ən yaxşı halda evdə, varsa, kondisionerin altında istirahət edə bilərsən…

Pensiya və istirahət – mümkünsüzdür

Ölkədə 1 milyon 300 min təqaüdçü olduğunu deyib: “Onların 900 mini minimum, təxminən 150 manat civarında təqaüd alır. Təbii ki, onlar nəinki xaricə, hətta ölkə daxilində istirahətə getmək hüququndan məhrumdurlar. Təqaüdçülər sinfinin rəsmi gəlirlərini götürsək, onları istirahətə gedənlərdən kənara qoymaq lazımdır. Ölkədə orta əmək haqqı təqribən 500 manat , indiki məzənnə ilə 300 dollardır. Orta əmək haqqı alan insan həm il ərzində öz ehtiyaclarını ödəməli, həm dəm ilin sonunda istirahətə getmək üçün vəsait toplamalıdır. Reallıq onların bu imkanlardan məhrum olduğunu göstərir”.

Neft və bank sektorunda çalışanların vəziyyəti yaxşıdır

N.Cəfərli deyir ki, ölkədə muzdla çalışan 1,5 milyon nəfərin 900 mini dövlət və hökumət orqanlarında, büdcədən maaş alan təşkilatlarda çalışır: “600 mini isə kommersiya qurumlarında fəaliyyət göstərir. Burada orta aylıq əmək haqqı yüksəkdir. Bank sektorunda maaş təqribən 1200-1300 manata yaxındır. Bu əmək haqqı həmin sektorda çalışanların bəzilərinin istirahət etmək imkanlarını artırır. Neft sektorunda çalışanların əmək haqqı 1000-1500 manat civarında dəyişir. Burada təqribən 70 min nəfər çalışır. Onların da rəsmi gəlirlərinə görə istirahət etmək və seçənəkləri var. Amma rəsmi gəlirləri görünməyən, rəsmi gəlirlərdən kənar gəlirləri olan kifayət qədər işçi var. Onlar, əsasən, vəzifəli şəxslərdən və məmurlardan ibarətdir.

Bu kəsimin imkanları əvvəlki illərə nisbətən zəifləsə də, orta statistik azərbaycanlıya nisbətən ən azından Türkiyə və Avropaya uzunmüddətli tətilə çıxmaq imkanları hələ də qalır. Devalvasiyadan öncəki vaxtla Azərbaycandan Avropaya xaricə gedən turistlərin sayı azalıb. Amma bu fonda Gürcüstana gedənlərin sayında artım var. Bu istiqamətdə hər il təqribən 10-12 faiz civarından artım olur. Çox güman ki, orta və orta səviyyədən aşağı imkanları olan insanların böyük əksəriyyəti Gürcüstana səfər etməyə üstünlük verəcəklər. Ona görə ki, oradakı xidmət sahələrilə Azərbaycanın istənilən bölgəsində dincəlmə xərcləri arasında kəskin fərq olmur. Hətta Azərbaycanda – Qəbələ, İsmayıllı, Qusarda dincəlmək Gürcüstana nisbətən daha baha başa gəlir. Ona görə bu il də Gürcüstan istiqaməti ən populyar istiqamətlərdən biri olacaq”.

Müəllim maaşı alırsınızsa…

İstirahət etmək imkanları məhdud olanlara gəlincə, ekspert bu kateqoriyaya müəllimləri də daxil edir: “Azərbaycan postsovet ölkələrində müəllimlərin maaşına görə ən aşağı yerdə qərar tutan ölkələr sırasındadır. Müəllimlərin orta əmək haqqı təqribən 202 manata yaxındır. Təbii ki, 200 manat maaş alan müəllimin ay ərzində həm özünü dolandırması, həm də tətildə istirahətə yollanması imkansızdır. Amma həkimlərdə fərqlidir. Çünki özəl klinikalar, xəstəxanalar çoxdur. Dövlət müəssisələrində çalışan həkimlərə nisbətən, özəl müəssisələrdə çalışan həkimlər həm yaxşı qonorar, həm də yaxşı maaş alırlar. Düşünürəm ki, dövlətdə yox, özəldə çalışan həkimlərin istirahətlə bağlı problemi olmayacaq”.

Yayda ən gəlirli biznes sahələri – Bizdə və Türkiyədə

0

       Yay biznesinin ən gəlirli                          sahələri

Dünya bazarında yay biznesi adlandırılan bir çox sahələr var ki, işbazlar və biznesmenlər 3-4 ay onunla məşğul olub, böyük pullar qazanırlar. Burada isə ölkələrin iqtisadi və turizm imkanları, eləcə də, digər faktorlar “ən gəlirli biznes” anlayışının şərtlərini dəyişir.

Turizm

Bu haqda iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. Ekspert bildirib ki, yay fəslinin ən gəlirli sahələrinə liderliyi, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da məhz turizm sektoru edir. Bu sahə digər fəsillərlə müqayisədə yayda ən yüksək gəlir gətirən sahəyə çevrilir: “Yayda ən gəlirli sahə turizmdir. Çünki məhz yayda, demək olar ki, hamı istirahətə gedir və yaxud ölkəyə gəlir. Digər sahə isə, hesab edirəm ki, nəqliyyatdır. Turizmlə yanaşı, bir çox xidmət sektorlarında da, xüsusən də, kafe, restoranların da gəlirlərinin artması müşahidə edilir. Burada turizmlə əlaqəli olduğundan yayda yüksək gəlir əldə olunur.

Biznes sahələri

Ekspert yay mövsümünə xas olan spesifik sahələr olduğunu da qeyd edir. Onun sözlərinə görə konkret mövsümlə bağlı dondurma, sərinləşdirici içiklər, eləcə də, fəsilə uyğun olaraq böcəklər və ağcaqanad dərmanları satışı ilə yaxşı gəlir əldə etmək mümkündür: “Yayda yüksək gəlir gətirən xidmət sektorundan başqa bir sıra ərzaq məhsullarına da tələbatın artması bu məhsul satışını gəlirli biznes sahələri edir. Bunlar arasında buz, dondurma, meyvə şirələri biznesi xüsusi yer tutur. Qeyd edim ki, digər ölkələrlə müayisədə ət məhsullarına tələbat Azərbaycanda heç də azalmır. Əsasən də, kabab üçün təzə ət məhsullarına tələbat artdığından bu biznes sahəsi də yaxşı gəlir gətirir”.

Dondurma

Müqayisə üçün bildirək ki, yay aylarında Türkiyədə buz və dondurma satışı da artır. Türkiyəli mütəxəssislərin hesablamasına görə, hətta gündəlik 200 ədəd dondurma satışı nəticəsində 3 min manata yaxın gəlir əldə etmək mümkündür.

Dəniz biznesi

Bunlarla yanaşı, qardaş Türkiyədə xeyli populyar olan bir biznes növü də dəniz biznesidir ki, buraya daxil olan yaxta kirayəsi külli miqdarda pul deməkdir. Çünki yaxta hotellərdən bezib, bir yerdə yay tətilini keçirmək istəməyən turistlərə alternativ tətil variantıdır. Yaxtalar turistlərlə yanaşı, toy, nişan, şirkət yeməkləri kimi tədbirlər üçün də kirayələnir. Yaxtaların bir günlük kirayəsi isə 200 avrodan başlanır. Yaxtanın ölçüsü və içindəki bəzi atributlara görə 2 min avroya qədər arta bilər.

Yay aksessurları

Gəlir faizi yüksək olan bir başqa yay biznesi də yay aksessuarlarının satışıdır. Məsələn, Türkiyədə yay aksessuarlarının illik bazarı 250 milyon manatdır. Çimərlik geyimlərindən tutmuş, çimərlik çantasına, başmaqlara, eynəyə qədər bir çox aksessuarlar yayda “yağ” kimi satılır.

Ev-alqı satqısı

Digər sahə isə ev alqı-satqısı ilə məşğul olmaqdır. Bağların və villaların kirayəsi ilə də yüksək qazanc əldə etmək mümkündür.

 

Uşaqların əylənə biləcəyi möhtəşəm yerlər

0

Uşaqların əylənə biləcəyi məşhur parklar

Uşaqlarınızla Avropa turuna çıxmağı qərar vermisiniz, amma onları necə əyləndirəcəyiniz mövzusunda suallar açıq qalıb?

“Disneyland” – Fransa

“PortAventura” – İspaniya

“Futuroscope” – Fransa

“Europa-Park” – Almaniya

“Gröna Lund”- İsveç

“Tivoli Gardens” – Danimarka

 

“Efteling” – Niderland 

İstanbul turu-“Go Travel”

0

AMIRAL PALACE HOTEL

Go Travel müştəriləri üçün fərqli və zövqlü məkanlardan biri olan Amiral Palace oteldə sizlərin səyahətinə unudulmaz anlar qatacaq. Bəli, qardaş ölkəyə səyahət və inanılmaz rahatlıq. Bunun üçün sadəcə 392$-ınızdan keçməlisiniz.

Qiymət:392. 00$

4 gecə / 5 gün

Adam sayı: 1( böyük)

Turun tarixi 22.03.2018 – 26.03.2018

Ölkə :Türkiyə, İstanbul

Otel: AMIRAL PALACE HOTEL

Qidalanma :Yalnız səhər yeməyi

Tura daxildir :

  1. Otel
  2. Transfer
  3. Sığorta
  4. Aviabilet

Daha ətraflı:

Otel

Amiral Palace Hotel, Sultanahmetin tarixi yarımadasının mərkəzində, Ayasofyaya yalnız 5 dəqiqəlik məsafədə yerləşir. Oteldə pulsuz Wi-Fi və Türk restoranı olan qonaq otağı mövcuddur.

Sarayın kondisionerli otaqları şık mebellər ilə təchiz olunmuşdur. Minibar və düz ekran TV vardır. Bütün otaqlarda 24 saat otaq xidməti var.

Qonaqlar, səhər saatlarında Garden Restaurant-da bir səhər yeməyi büfetinin dadına baxa bilərlər. Otelin terras restoranı İstanbulun və Marmara dənizinin panoramik mənzərələri ilə müşayiət olunan yerli yeməklərə xidmət göstərir.

Admiralın qonaqları otelin çamaşır və quru təmizləmə xidmətindən faydalana bilərlər. Otelin tur masası, avtomobilin kirayə və kurort ətrafındakı turistik yerlər haqqında məlumat verməkdə kömək edə bilər.

“Go Travel” ilə səyahətinizə unudulmaz anlar qatın. Xoş istirahətlər!

Roma-Florensiya-Venesiya-Milan “Silk way travel” təklif edir

0

Roma-Florensiya-Venesiya-Milan

11gecə / 12 gün Qiymət :€1298

* Qiymət nömrədə 2 nəfər qalmaq şərti ilə 1 şəxs üçün göstərilmişdir.

** Qiymət 3* otel üçün göstərilmişdir.

1 gün

Milan hava limanına gəliş. Milanın mərkəzi vaqzalına gəliş və ekspress qatarla Romaya gediş. Otelə sərbəst transfer. Roma şəhərində oteldə yerləşmə. Roma şəhərində asudə axşam.

2 gün

Oteldə səhər yeməyi. Roma şəhərində asudə gün. Oteldə gecələmə

3 gün

Oteldə səhər yeməyi. Roma şəhərində ekskursiya rusdilli bələdçi ilə. Asudə vaxt və ya əlavə “Trastevere və Ghetto”ekskursiyası rusdilli bələdçi ilə (əlavə ödənilir). Restoranda şam yeməyi. İstəyivizdən aslı olaraq rusdilli bələdçi ilə “Romada Gecə” ekskursiyası (əlavə ödənilir). Oteldə gecələmə.

4 gün

Oteldə səhər yeməyi. Rus dilli bələdçi ilə Vatikan Muzeylərinə ekskursiya. Asudə vaxt. İstəyən şəxslər üçün “Roma Sarayları” ekskursiyası – zərif Roma təpələrində yerləşən tipik orta əsrlərə məhsus kiçik şəhərlərdə – russdilli bələdçi ilə (əlavə ödənilir) və ya “XRISTIAN ROMA” ekskursiyası russdilli bələdçi ilə. Restoranda axşam yeməyi və ya teatr tipli restoranda şam yeməyi (əlavə ödənilir). Oteldə gecələmə.

5 gün

Oteldə səhər yeməyi. Asudə vaxt. İstəyənlər üçün Neapolya və Pompeiiya bir günlük ekskursiya rus dilli bələdçi ilə (əlavə ödənilir). Restoranda şam yeməyi. Oteldə gecələmə.

6 gün

Oteldə səhər yeməyi. Romadan yola düşmə (gediş). Yol üstü Şərab və tipik məhsulların dequstasiya üçün Kyanti ərazisində və Siyenada şəhər ekskursiyası (rus dili bələdçi ilə) üçün dayanacaq. Florensiyaya gəliş -“ İtaliyan Renessansın vətəni” və şəhər ekskursiyası rus dili bələdçi ilə. Oteldə yerləşmə. Restoranda şam yeməyi. Oteldə gecələmə.

 7 gün

Oteldə səhər yeməyi. Florensiyada asudə vaxt və ya Lukka və Pizaya ekskursiya rus dili bələdçi ilə (əlavə ödənilir). “Rubaconte” restoranında tipik Toskan naharı. Asudə vaxt. Uffizi Qalereyasına və ya Pitti Sarayına ekskursiya russ dill bələdçi ilə (biletlərin qiymətinə daxil deyil). Restoranda şam yeməyi. İstəydən aslı olaraq “Palazzo Borghese” restoranında intibah dövrün tamaşası lə şam yeməyi (əlavə ödənişli). Oteldə gecələmə.

 8 gün

Oteldə səhər yeməyi. Venesiya gəliş –“ Su üzərində şəhər”. Venesiyada şəhər ekskursiyası rus dili bələdçi ilə. Asudə vaxt və ya istəydən aslı olaraq Doj sarayına ekskursiya rus dili bələdçi ilə, Lagoon üzərində qayıq gəzintisi və ya gandola gəzinti (büttün ekskursiyalar elavə ödənilir). Asudə vaxt. Venesiya və ya Lido di Ezolo etrafında oteldə yerləşmə. Axşam yeməyi və gecələmə oteldə.

 9 gün

Oteldə səhər yeməyi. Milana gəliş. Oteldə yerləşmə. Rus dili bələdşçi ilə şəhər gəzintisi. Alış-veriş üçün azad vaxt. Oteldə axşam yeməyi və gecələmə.

 10 gün

Oteldə səhər yeməyi. Milanda asudə gün. Oteldə gecələmə

 11 gün

Oteldə səhər yeməyi. Milanda asudə gün və ya Serravalle Outlet və Fidenza Village Alış-veriş üçün üçün əlavə səfər. Oteldə gecələmə.

 12 gün

Milan hava limanına catırılma.

Tur qiymətinə daxildir:

– Baki-Milan –Baki avia uçuş

– Transfer xidməti

– 3* oteldə yerləştirmə, 3 gün səhər yeməyi 8 gün gündə iki dəfə qidalanma.

– Bütün dövr üçün rus dilli müşayiətçi

– Rəsmi rus dilli bələdçilər

– Venesiyada 1,5 ərzində şəhər ekskursiyası

– Florensiyada 4 saatlıq şəhər ekskursiyası Uffizi Qalereya və Pitti sarayında ziyarəti ilə

– Siyenada 2 saatlıq şəhər ekskursiyası

– Romada 3 saatlıq şəhər ekskursiyası

– Vatikan Muzeylərinə 3 saatlıq ekskursiya

– Rubaconte» restoranında tipik Toskan naharı Florensiya şəhərində

– Venesiya da “Canal della Giudecca” üzərində qayıq ilə gəzinti (ora və geri)

– Milana ziyarət

– Şərab və tipik məhsulları dequstasiyası

– Bütün dövr ərzində Qulaqcıqlar

– Özəl Milan Malpensa Havalımanından Milano Centrale dəmir yolu stansiyasına gediş gəlişi günü

– Milan – Roma qatar üçün biletlər 2 sinif

– Serravalle Outlet və ya Fidenza Village üçün Bilet

Tur qiymətinə daxil deyil:

– Rimdə 1-ci gün vağzaldan otelə transfer

– Viza

– Muzeyə və kilsəyə giriş biletlər

– Yaşama vergisi, oteldə ödəmək lazımdır

– Tibbi sığorta

Onlayn belə sifariş edə bilərsiniz