Ev Blog Səhifə 403

Dünyanın ən qorxulu oteli

0

Dünyanın ən qorxulu oteli – “Hotel del Salto”

Kolumbiyadakı “Hotel del Salto” dünyanın ən maraqlı və qorxulu otelidir. Deyilənlərə görə bu oteldə ruhlar gəzişir və bura girən bir daha sağ çıxa bilmir.

Hotel del Salto

“Hotel del Salto” Boqota çayının üzərində, dağlıq bir ərazidə yerləşir. Olduqca gözəl ərazidə yer alan bu otel 1923-cü ildə Kolumbiya prezidenti Pedro Nel Ospinanın dövründə tikilib. Fransız üslubunda inşa edilən bina əvvəllər otel kimi istifadə edilməyib. Pedro Nel Ospinanın hakimiyyətindən sonra, 1928-ci ildən bina otelə çevrilib. Nəticədə, varlı insanların sevimli istirahət məkanı olub.

MÜŞTƏRİ ÇOXLUĞUNDAN BÖYÜYƏN OTEL

Hotel del Salto

1950-ci illərdə otelin müştəriləri o qədər artıb ki, binanı böyüdüb, 18 mərtəbəli bir tikiliyə çeviriblər. 90-cı illərdə isə burada qəribə hadisələr baş verməyə başlayıb. Oteldə ard-arda intihar hadisələri olub. Adamlar itkin düşməyə başlayıb.

Daha bir maraqlı məqam isə otelin yanındakı “Tequendama” şəlaləsi haqqında yerli əhalinin təsəvvürüdür. Belə ki, ispan koloniyası dövründə qul olmaqdan bezən yerli hindular özlərini bu şəlalədən atır, bununla da qartala çevrilərək, azad olduqlarına inanırmışlar.

 BİRDƏN-BİRƏ OTELƏ GƏLİŞ-GEDİŞ KƏSİLİR.

Hotel del Salto

Onsuz da haqqında mifik təsəvvürlər olan bu yerdə dalbadal intihar və başqa qəribə hadisələrin baş verməsi binanın taleyini həll edib. 1990-cı illərdən sonra heç kəs bu otelə gəlməyib. Beləliklə, “Hotel del Salto” bağlanıb.

Hazırda isə bu otel muzey kimi istifadə olunur. Maraqlısı odur ki, hələ də heç kim otelin içinə girməyə cəsarət etmir. Ona görə də, otelin içərisi tamamilə dağılmış durumdadır. Turistlər də daha çox binanı kənardan görməyə və buradakı möhtəşəm mənzərəni seyr etməyə gəlirlər.

2018- də hara səyahət edək?

0

“NATİONAL GEOGREPHİC” JURNALI TÖVSİYƏ EDİR

“National Geogrephic” jurnalı turistlər üçün dünyada ən maraqlı olan yerlərin siyahısını hazırlayıb. Siyahı səyahətçilər və turistlər arasında keçirilən sorğu əsasında tərtib edilib.

Xarar

Reytinq müəllifləri birinci yerə Efiopiyanın Xarar şəhərini çıxarıblar. Bu şəhərə getməyə cürət edən turistlər 82 məscidi ziyarət edə, ölkədə hazırlanan ən yaxşı pivənin və çox ətirli qəhvənin dadına baxa bilərlər.

Bundan əlavə, gecələr şəhərə gələn goreşənlərlə qarşılaşmaq riski də var. Yeri gəlmişkən, deyilənə görə, həmin goreşənləri xüsusi olaraq yemləyirlər.

Jujuy

Reytinqdə ikinci yerdə Argentinanın Jujuy əyaləti gəlir. Bu əyalətdə əsas görməli yer YUNESKO-nun Ümumdünya İrsinə daxil edilən gözəl Kebrada-de-Umauaka vadisidir. Əsrarəngiz qayalarla əhatələnən bu yerdə qədim dövrlərdən insanlar yaşayıb. Ovçuluq və yığıcılıqla məşğul olan qədim insanlar bu ərazidə bizim eradan 9 min il əvvəl yaşayıblar.

Tbilisi

Nəhayət, üçüncü yerə Gürcüstanın Tbilisi şəhəri layiq görülüb. Reytinq tərtibatçılarının fikrincə, arxitektura rəngarəngliyinə, xəngələ və yerli sakinlərin inanılmaz qonaqpərvərliyinə görə, bu şəhərə səfər etmək lazımdır.

Üçüncü və dördüncü yerlərdə Avstraliyanın Sidney və Meksikanın Oaxaka ştatı gəlir. İlk onluğa Vyana, Havay adalarındakı Oaxu adası, Malmö, İordaniya və Dubay da daxildir.

Hindistana getmək asanlaşdı

0

Hindistana səyahət

Hindistana vizanı online almaq mümkün olacaq. Hindistan hökuməti Azərbaycanı viza almaq üçün vətəndaşların internet vasitəsilə müraciət edə biləcəyi ölkələr siyahısına salıb

Hindistan

Bu barədə “Trend”ə Hindistanın Bakıdakı səfirliyindən məlumat veriblər.

Məlumata görə, yaxın zamanlarda Hindistana getmək istəyən Azərbaycan vətəndaşları vasitəçilərin yardımı olmadan sənədləri onlayn təqdim edə biləcəklər.

Pasport dövrü bitdi?

0

Pasportsuz səyahət

Avstraliya pasportdan imtina edir. Türkiyə mətbuatı yazır ki, 2020-ci ildən sonra ora gedənlər özlərilə pasport aparmağa məcbur olmayacaq. Pasportların yerini müasir texnologiyalar alacaq.

Ölkə rəsmilərinin sözlərinə görə, yaxın bir neçə ildə standart ID kartlarını, üz, göz və ya barmaq izlərini tanıyan biometrik texnologiyalar hazırlanacaq.

Hər şey plana uyğun olarsa, başqa ölkələrdən Avstraliyaya gələn şəxslər normal ölkə vətəndaşları kimi hava limanında dayanmadan hərəkət edə biləcəklər. Ölkəyə giriş nöqtələrinin 90 faizi elektronik stansiyalarla təmin ediləcək.

Pilot layihə bu ilin iyulunda Kanberra aeroportunda fəaliyyətə başlayıb.

Bundan əlavə, əziz oxucularımız, sizlərə Azərbaycanda necə pasport əldə etmək haqqında da qeyd edim ki, ümumvətəndaş pasportunun verilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Əgər siz Azərbaycan ərazisindən kənarda yaşayırsınızsa, bu zaman Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) Səfirlik və ya konsulluğuna müraciət edə bilərsiniz. Həmin diplomatik nümayəndəliklər sizə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ümumvətəndaş pasportunun alınmasına yardımçı ola bilərlər.

Bəzi hallarda Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən imtina edilməsi mümkündür. Belə ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əgər vətəndaşın ölkədən (Azərbaycan Respublikasından) getmək və gəlmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılarsa, (bu hallar qanunvericilikdə dəqiq təsbit edilmişdir.) vətəndaşa pasportun verilməsindən imtina edilir:

Bu hallarda müvafiq dövlət orqanı tərəfindən imtina qərarı və onun səbəbləri barədə həmin vətəndaşa bildirilir. Yalnız imtinanı doğuran səbəblər aradan qalxdıqdan və yalnız yeni sənədlər təqdim edildikdən sonra vətəndaşın təkrar müraciətinə baxıla bilər.

Amerikaya viza üçün hansı sənədlər lazımdır?

0
Amerikaya viza almaq

Amerikaya səfər

Çoxları Amerika vizası üçün də Şengendə tələb olunan sənədlərin istəndiyini söyləyir. Kimi deyir, iş yerindən arayış, bank hesabından çıxarış, səyahət sığortası, otel və təyyarə bileti bronu lazımdır. Kimi də deyir ki, sənəd boş şeydir, əsas ərizə formasını doldurmaqdır.

Amerikaya viza almaq

“BİZİ DÖNƏCƏYİNİZƏ İNANDIRIN”

Kimi deyir adına mülk, bank hesabından çıxarış lazımdır, kimi də bütün bunların lazımsız olduğunu söyləyir. Bir sözlə, hərə bir fikir bildirir. Elə mənə də Amerika səfirliyinin viza şərtləri maraqlı gəlirdi. Bu yaxınlarda müraciət edib, öyrəndim.

Hansı sənədlərin tələb olunduğunu bilmək üçün əvvəlcə səfirliyin saytında axtarış etdim. Konkret hansısa sənəd yazılmamışdı. Sadəcə “bizi dönəcəyinizə inandırın”, – deyilirdi.

NECƏ İNANDIRAQ?

Çox fikirləşəndən sonra bütün sənədləri toplamaq qərarına gəldim. Kim nə deyir hamısını.

Bankdakı hesaba qalacağım hər gün üçün 100 dollar qoyub, arayış çıxardım. Sonra bank hesabımdan son 6 aylıq çıxarış aldım. Səyahət siğortası, iş yerimdən arayış aldım. Adıma ev, maşın olması ilə bağlı sənəd təsdiqlətdim. Sonra otel və təyyarə biletini bron etdim. Daha sonra isə yeni foto çəkdirdim.

VİZA RÜSUMU – 160 ?

Növbəti mərhələdə Amerika səfirliyinin saytında hesab açdım. 5-6 səhifəlik ərizə formasını doldurdum, bura şəkil əlavə etdim. Sonra da viza üçün tələb olunan 160 dolları online ödədim. Ödəmə ilə bağlı emailə gələn təsdiq cavabını çıxardım. Daha sonra, bütün bu sənədlərlə birgə seçdiyim gün səfirliyə getdim.

22 NƏFƏRDƏN 17-NƏ “YOX” DEDİLƏR

Növbədə 22-ci idim. Mənə sıra gələnə qədər 17 nəfərə “yox” cavabı verdilər. Həyəcanlanmışdım. Nəhayət, içəri keçdim. Səfirlik əməkdaşı özümlə bağlı danışmağımı istədi. Danışdım, filan işi görürəm, filan yerdə işləyirəm, Novruz bayramına görə Amerikaya gedirəm və s. Bundan sonra mənə ağ, üstündə “sizin vizanız təsdiq olundu”, – yazılmış kağız verdilər. Passportu isə 5 gün sonra götürə biləcəyimi söylədilər. Və məndən hər hansı bir sənəd tələb olunmadı. O qədər sənədi yığmaq özümə qaldı ?

O QƏDƏR SƏNƏDLƏRİ HAZIRLAMAQ LAZIM İDİMİ?

Mən bilmədim, pasportumda viza sayı çox olduğu üçün belə etdilər, yoxsa normal prosedur belədir. Yenə də əmin ola bilmədim. O qədər sənəd toplamaq lazım idimi?

Məncə, bütün bu suallara son qoymaq üçün Fransa səfirliyi kimi, Amerika səfirliyi də viza almaq üçün tələb olunan sənədlərin siyahısını rəsmi saytına yerləşdirməlidir.

Azal-dan qış endirim kampaniyası

0

Qış endirim kampaniyası

“Azərbaycan Hava Yolları” QSC 2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində Kiyev və İstanbul istiqamətlərində aviabiletlərə endirim elan edir.

Bakı-İstanbul-Bakı – 159 avro, İstanbul-Bakı- İstanbul – 179 USD

Bakı-Kiyev-Bakı – 169 avro, Kiyev-Bakı-Kiyev – 199 USD

Qeyd edək ki, qiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü 2018-ci il yanvarın 21-dən martın 3-dək təyin olunub. Endirimli qiymətə aviabiletlərin sayı məhduddur. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.

Kiyev — Ukraynanın paytaxtı və Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir.

Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşmişlər. Demoqrafiya İnstitutunun və Ukraynanın MEA-ının 2009-cu ilin başlanğıcına olan sosial tədqiqatlarının məlumatına görə Kiyevin faktiki əhalisi 3144,3 min insan təşkil edirdi. Onların arasında 83 % şəhər sakinləri – ukraynalılar, 14 % — ruslar, 3 % — yəhudilər, ermənilər və başqa milliyyətlərin nümayəndələridir.

Kiyevdə üç aeroport mövcuddur: “Borispol” Beynəlxalq aeroportu, “Kiyev” (Julyanı) Beynəlxalq aeroportu və Qostomel (yük aeroportu Antonov) Aeroportu. Həmçinin bir neçə dəmiryol vağzalı var: Kiyev-Sərnişin, Cənub vağzalı, Şəhərətrafı vağzal, Karavayevlər Bağı (şəhərətrafı), Darniskiy dəmiryol vağzalı, Kiyev-Moskva. Kiyev Rusiya İmperiyasında elektrik tramvaylarının işə salındığı ilk şəhərdir.

Kiyev

6 noyabr 1960-cı ildə Kiyevdə ilk metro stansiyasının açılışı olmuşdur. Şəhərin özündə üç sərnişin xətti ilə (Svyatoşinsko-Brovarskaya, Kurenyovsko-Krasnoarmeyskaya, Sıresko-Peçerski) metropoliten fəaliyyət göstərir. Hər gün metropolitendən təxminən 1,422 milyon sərnişin istifadə edir.

Böyük həcmli yüklərin daşınmasında Dnepr çayından istifadə olunur.

Kiyev həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir. Burada 27 muzey, 25 teatr və teatr-studiyalar vardır. 2005-ci ildə Kiyev 50-ci Avroviziya musiqi müsabiqəsinin keçirildiyi yeri oldu, 2012-ci ildə isə o Ukraynanın Avropanın futbol 2012 Çempionatını qəbul etmiş dörd şəhərlərindən biri oldu.

 

Ədalətli olaraq Kiyevi dünyanın ən yaşıl şəhərlərindən biri adlandırırlar, axı meşələr parklar və bağlar onun sahəsinin daha çox yarısını təşkil edir. Şəhərin ərazisində iki böyük botanika bağı var. Mayda bütün Kiyevdə təmtəraqlı çiçəklənən şabalıd ağacı şəhərin simvoludur.

Qış endirim kampaniyasını dəyərləndirməyə tələsin. Xoş istirahətlər!

Erkən rezervasiya edənlərə hədiyyələr ?

0

Erkən rezervasiya

Əziz və dəyərli “Gəzməli.az” oxucuları bu gün sizlərə  möhtəşəm təkliflər ilə gəlmişik.

“Go Travel” turizm şirkəti sizləri sevindirməyə davam edir.”Go Travel” turizm şirkətindən erkən rezervasiya edənlərə hədiyyələr olacaq.?Nəzərinizə çatdırım ki, əvvəl ki, məqalələrimdə erkən rezervasiya mümkün olan yerlərin adını qeyd etmişdim. Sizlər üçün bir daha qeyd edirəm:

“Go Travel”turizm şirkəti ilə siz Marmarisə, Kuşadasına, Bodruma və Antalyaya erkən rezervasiya edib xoş səyahət edə bilərsiniz.

Bunun üçün sadəcə 050-664-60-30 nömrəli WhatsAppa “Go Travel” kod sözünü yazaraq, nömrənizi qeydiyyata salırsınız. Bəli, bəli bu qədər sadə ✨

Elə isə tələsin! İlk siz xəbərdar olun, ilk siz endirimdən yararlanın və ilk siz hədiyyə qazanın! ??

ABŞ haqqında 8 maddə

0

ABŞ ??

Dünyanın ən böyük iqtisadiyyatı haqqında bilinməsi lazım olan 8 önəmli maddə:

Ən çox qida ixracatı

ABŞ-ın qida idxalçısı Kanadadır. Dünyanın ən böyük iqtisadiyyatının qonşusu Kanadaya etdiyi qida ixracatı cəmi qida ixracatının 45%-ni təşkil edir.

Ən çox idxal

ABŞ ən çox idxalı Çindən edir. Bu ölkədən edilən idxal, cəmi idxalın 70%-dən çoxuna bərabərdir.

Ən böyük ticarət tərəfdaşı

ABŞ-ın ən böyük ticarət tərəfdaşı yenə də qonşusu Kanadadır.

Ən çox neft alışı

Dünyanın ən böyük iqtisadiyyatının xam nefti ən çox idxal etdiyi ölkə yenə də qonşusu Kanadadır. Kanada ABŞ-ın neft idxalının 37%-ni qarşılayır.

İdxal edilən ən bahalı şey

ABŞ-ın idxal etdiyi ən bahalı şey isə xam neftdir. Dünyanın ən böyük iqtisadiyyatı xam neft idxalı üçün ildə 300 milyard dollardan çox pul xərcləyir.

Satdığı ən bahalı şey

ABŞ-ın satdığı ən bahalı şey neft istehsal alətləri və neft məhsullarıdır. ABŞ keçən il bu məhsulların satışından 140 milyard dollara yaxın gəlir əldə etdi.

Hansı sahələrdə önə çıxır?

ABŞ iqtisadiyyatının rəqabətdə sərhəd tanımadığı sahələrin başında aviasiya, xammal hasilatı və qida istehsalı gəlir.

Xidmət iqtisadiyyatı

ABŞ tam olaraq xidmət iqtisadiyyatı olaraq təyin oluna bilər. Maliyyə, sığorta, təhsil, telekommunikasiya kimi sahələrdə xidmətlərdən əldə edilən gəlirlər ölkə iqtisadiyyatına ən çox qatqı təmin edən maddələr olaraq diqqət çəkir.

Xidmət sektoru fəaliyyətləri və bu sahədəki məhsullar ABŞ iqtisadiyyatının ixrac etdiyi maddələrin başında da gəlir.

KANADA ÖLKƏSİNƏ GİRİŞ İMKANINIZ VAR

0

KANADA ÖLKƏSİNƏ EKSPRES GİRİŞ

Kanadada səriştəli işçilərə ehtiyac çoxalmağa davam edir və bunu nəzərə alaraq Kanada dövləti 2015-ci ildən başlayaraq Ekspres Giriş proqramını yaradaraq Kanadada yaşamaq və işləmək prosesini daha da sadələşdirmişdir. Belə ki əvvəlki sistemlərdən fərqli olaraq Ekspress Giriş sistemi vasitəsilə:

  • Kanadaya getmək prosesi sürətləndirilmişdir.
    Uğurlu namizədlər Dəvət aldıqdan sonra təxminən 6 ay içində Kanadaya gedə bilərlər
  • Namizədlərin seçilməsində tək Kanada dövləti yox, həmçinin Kanada şirkətləri də iştirak edirlər
  • Xarici vətəndaşlar üçün iş tapma prosesi rahatlaşmışdır.
    Bəzi dəvət almış namizədlər hazır iş təklifi ilə də Kanadaya köçə bilərlər
  • Hər kəs müraciət edə bilər.
    Xüsusi peşə sahibləri yox, artıq demək olar ki bütün peşə sahibləri müraciət edə bilir

Ekspres Girişə qoşulmaq üçün şərtlər

  • Yaş
    Bu proqrama 40 yaşa kimi (əgər təhsiliniz magistr və daha yüksəkdirsə) şəxslərin müraciət etməsi tövsiyə edilir. (Təhsili bakalavr olan 35 yaşdan yuxarı şəxslərin müraciət etməsi tövisiyə olunmur.)
  • Təhsil
    Müraciət etmək üçün ən azı bakalavr təhsiliniz olmalıdır. Təhsiliniz istənilən sahədə ola bilər. Tibb bitirmiş şəxslərin təhsili magistr dərəcəsi kimi qəbul olunur.
  • İngilis dili biliyi
    Müraciət zamanı İngilis dili dərəcəniz yüksək səviyyədə olmaya da bilər. Lakin, kurslara yazılıb inkişaf etdirməlisiniz. Bütün namizədlərdən ingilis dilindən General IELTS testindən keçmək tələb olunur. Yaşınızdan asılı olaraq, tələb olunan IELTS balı 7.0-8.0 arasıdır. Kurslarımıza yazılan bütün müştərilərimizə lazım olan IELTS balını yığmağa zəmanət verilir.

Müraciət / Xidmət rüsumları

  1. Müraciət etmək üçün ofisimizə yaxınlaşıb müqavilə imzalayırsınız. Müqavilə imzalayarkən 200 Azn xidmət rüsumu ödəyirsiniz.
  2. Sənədləşmə işləriniz başlayır, ingilis diliniz zəifdirsə inkişaf etdirirsiniz, IELTS imtahanına girirsiniz.
  3. IELTS balınız hazır olduqdan sonra Express Giriş proqramı üçün digər sənədləşmə prosesi başlayır və Kanadadakı vəkillərin köməkliyi ilə bu prosesi şirkətimiz birbaşa sizin əvəzinizə edəcəkdir (ödənişsiz). Bu proses ortalama 6 ay çəkir, yəni IELTS balınız hazır olduqdan sonra cəmi 6 ay içində artıq Kanadaya köçə bilərsiniz.
  4. Kanada dövlətindən 100% qəbul aldıqdan sonra subay və ya evli olmağınızdan asılı olaraq proqram üçün 700-1500 dollar arası dövlət rüsumu ödəyəcəksiniz. Bu rüsumu birbaşa Kanada dövlətinə özünüz plastik kartınızla ödəyəcəksiniz.

Qeyd: Əgər ingilis dili və IELTS imtahanına bizim kurslarımızda hazırlaşırsınızsa, 200 Azn xaricində şirkətimizə heç bir əlavə rüsum ödəmirsiniz. Özünüz və ya başqa kurslarda hazırlaşırsınızsa, viza aldıqdan sonra əlavə olaraq şirkətimizə 500 Azn xidmət rüsumu ödəyəcəksiniz.
Bütün müştərilərimizə Kanadada qarşılanma, ev və işin tapılmasında köməklik xidməti ödənişsiz göstəriləcəkdir.

Nə vaxta kimi müraciət etməli

Müraciət üçün son tarix yoxdur. Nə qədər tez müraciət etsəniz Kanadaya getməniz daha tez baş tutacaqdır. Nəzərə alın ki, müraciət etdikdən sonra ingilis dilinizi təkmilləşdirmək üçün bir neçə ay tələb olunacaqdır.

Necə müraciət etməli

Ən azı bakalavr təhsiliniz var? İngilis dilini öyrənmək üçün kurslara yazılmağa hazırsınız? Vaxt itirmədən dərhal müraciət etmək istəyirsiniz? Həftə içi hər gün ofisimizə yaxınlaşıb müqavilə bağlayaraq başlaya bilərsiniz. Ünvan və iş saatları burada: http://gotravel.az/contact

Və ya

Xahiş olunur aşağıdakı linkdən sorğuya keçin. Sorğunu doldurduqdan sonra ən qısa zamanda zəng edib sizi Kanada ilə bağlı ödənişsiz seminara dəvət edəcəyik. Seminarda Kanadaya miqrasiya proqramları haqda ətraflı məlumat ala və bütün suallarınıza cavab tapa bilərsiniz. Müraciət üçün link: https://goo.gl/wL1V80

Sual – Cavab

Yeni sistem nəyə görə Ekspres Giriş adlanır?

Əvvəlki Kanada proqramlarından fərqli olaraq bu sistem vasitəsilə Kanada dövləti dəvət almış xarici vətəndaşları çox qısa vaxt ərzində (6 aya kimi) qəbul edəcəkdir. Müddətin qısa olmasına görə bu sistem Ekspress Giriş adlandırılmışdır.

Bu proqramda uğurlu olduqdan sonra nə əldə edirsiniz və hansı hüquqlarınız olur?

Kanadada ömürlük oturum əldə edirsiniz (permanent resident card). Bu statusu aldıqdan sonra Kanada vətəndaşları ilə eyni hüquqlara sahib olursunuz, istənilən işlə məşğul ola bilərsiniz. İstənilən qədər Azərbaycana gəlib getmək olar. Sadəcə olaraq bu statusu qorumaq üçün 5 il ərzində 2 il Kanada daxilində olmaq tələb olunur. Əgər evlisinizsə, həm həyat yoldaşınız, həm də 19 yaşına kimi uşaqlarınız da eyni statusda olurlar və onlar da sizinlə Kanadaya gedirlər. Bacı, qardaş və valideynlərə bu şamil olunmur. Bu şəxslər, siz Kanadada olduqdan sonra yanınıza turist vizası ilə gəlib gedə bilərlər.

Bu statusla Kanada dövlətinin öz vətəndaşlarına şamil etdiyi bütün güzəştlər sizə də şamil olunur. Məsələn, bütün ailə üzvlərinin tibbi sığortası, az imkanlı ailələrə maddi yardım, uşaqlar üçün ödənişsiz bağça və ya məktəb, müxtəlif məqsədlər üçün güzəştli şərtlərlə kreditlərin verilməsi və s.

İşlə təmin olunurammı?

Bu proqramın nəticəsində siz Kanadada ömürlük oturum alırsınız və avtomatik olaraq Kanadaya girdiyiniz gündən işləmək icazəniz olur. Şirkətimiz tərəfindən bütün müraciətçilərə iş tapılmasında yaxından köməklik göstərilir (həm Kanadadakı işə düzəltmə şirkətlərinin həm də şəxsi əlaqələrimiz vasitəsilə) Lakin nəzərə alın ki, əgər Azərbaycanda hər hansı şirkətdə rəhbər vəzifədə çalışırsınızsa, Kanadaya girdikdən dərhal sonra eyni vəzifədə çalışacağınızı gözləməyin. Ola bilər ki daha sadə işlərdən başlaya bilərsiniz və müəyyən adaptasiya dövrü keçdikdən sonra daha yaxşı işlərə keçə bilərsiniz. Nəzərə alın ki, daha yaxşı işlərin tapılmasında sizin iş təcrübəniz və ingilis dili biliyiniz rol oynayacaqdır. Məsələn, əgər Kanadaya gedənə kimi ingilis diliniz yaxşı səviyyədədirsə, ən pis halda hər hansı ofis işində işləyəbilərsiniz. İngilis dili biliyiniz zəif olarsa, sürücü, satıcı, otel restoran sistemi və ya digər xidmət sahələrində müxtəlif işlərdə işləyə bilərsiniz. Kanadada ortalama əmək haqqı 2500-4000 dollar ətrafı olur. Kirayə evlər 500-1200 dollar ətrafı, yemək içmək demək olar ki Azərbaycandakı qiymətlərlə eynidir. Aşağı büdcəli ailələrə dövlətin maddi yardımları da olur. Qısa olaraq desək, Kanadaya girdiyinizdən ortalama 1 ay içində sizə uyğun hər hansı iş tapılacaqdır və standart Kanada maaşları alacaqsınız.

Seçim hansı formada aparılır?

Bütün namizədlər Kanada dövlətinin namizədlər bazasına yığılır və Kanada dövləti və Kanada şirkətləri müntəzəm olaraq (təxminən ayda bir dəfə) bazadan namizədləri seçirlər. Namizədlər, iş təcrübəsi, ingilis dili səviyyəsi və təhsilinə görə seçilir. Proqramın müsbət tərəfi odur ki, namizədlər öz məlumatlarını davamlı olaraq dəyişə bilirlər. Məsələn 2 ay içində seçilməsəniz, növbəti aylarda ingilis dili səviyyənizi artıra bilərsiniz və öz profilinizdə dəyişiklik edib öz balınızı qaldıra bilərsiniz.

100% qəbul olunacağıma zəmanət verilirmi?

Express Giriş sisteminin müsbət cəhəti budur ki, qəbul olunmağınız birbaşa sizin ingilis dili səviyyənizdən asılıdır. Yəni siz ingilis dilini öyrənib və lazım olan IELTS balını yığırsınızsa, biz də (Kanadadakı vəkillərimizin köməkliyi ilə) sizin qəbul olunmağınıza 100% təminat veririk. Nəzərə alın ki, Kanada dövləti yaxın aylarda köç edənlərin sayını artırmağı planlaşdırır və ingilis dili səviyyəsinə olan tələblər yüngülləşəcəkdir. Yəni indi qəbul olunmağınız üçün tutaq ki IELTS balına tələb 8-dirsə yaxın aylarda daha aşağı olmağı gözlənilir.

Azərbaycana vizasız gəliş imkanları verilən ölkələrin sayı artırıla bilər

0

             Vizasız gəliş

Hazırda Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında Azərbaycana vizasız gediş-gəliş imkanları verilən ölkələrin sayının artırılması, elektron vizanın daxil edildiyi ölkələrin siyahısının genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

Yerli vətəndaşlar

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə aidiyyəti qurumlara sərhəddən sürətli keçidin təmin edilməsi məqsədilə turistlər və yerli vətəndaşlar üçün dövlət sərhədinin buraxılış məntəqələrində əlavə keçidlərin quraşdırılması gösdərişi verilib.

Qanunvericilikdə edilən son dəyişikliklərdən sonra sürətləndirilmiş elektron vizanın verilmə müddəti 3 gündən 3 saata endirilib. “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların əldə edilməsi üçün müraciət etmək imkanı verilən ölkələrin siyahısı  artırılıb.

Məqsəd

Turist axınlarının stabilləşdirilməsi, intensivləşdirilməsi və diversifikasiyası məqsədilə 39 ölkə üzrə vizasız, 10 ölkə ilə hava limanlarında viza rejimi tətbiq ediləcək və elektron viza veriləcək ölkələrin siyahısına 35 ölkənin əlavə edilməsi ilə bağlı müvafiq təkliflər aidiyyəti qurumlara təqdim olunub.