Ev Blog Səhifə 408

Frans Kafkanın muzeyi…

0

Frans Kafkanın muzeyi….

Praqa qəsrlər şəhəridir, Frans Kafkanın “Qəsr”ində olduğu kimi. Bu qəsrlər arasında bir insanın muzeyi var, xudmani, yarıqaranlıq və təlatümlə dolu bir yerdir.

Frans Kafkanın muzeyi

Evə ayağınızı qoyduğunuz anda siz söhbətin kimdən getdiyini anlayırsız. Evin divarlarının rəngindən, otağın havasından Kafka yağır. Bu Kafka muzeyidir.

 

Mənim Praqada ən çətin tapdığım yer Kafka muzeyi idi. Yerini dəqiq bilən yox idi. Bəlkə də bu normaldır, amma mənim üçün hələ də anlaşılmazdır ki, Kafka ilə insan bir şəhərin havasını uda, amma onunla eyni hissləri bölüşməyə.

Deyilənə görə hər gün bu muzeyə iki minə yaxın adam gəlir, amma onların çox az hissəsi muzeyin içinə girir. Nəzarətçi deyir ki, bura gələn turistlərin əksəriyyəti muzeyin həyətindəki David Cernynin “Pissing Dudes” (“İşəyən Pijonlar”) əsərinə baxıb əylənir və bununla da kifayətlənirlər. Bunu siz də hiss edə bilərsiniz. Muzeyin həyəti adamla dolu olsa da evdə heç kim olmur, elə bil Kafka yenə hiss olunmur.

 

Kafka muzeyini mən nə sözlə, nə də foto ilə təsvir edə bilmirəm. İçəridəki havanın kafkavari ağırlığını bu üsulla təsvir etmək mənə çətindir. Bunu özünüz yaşamalısız. Amma mənim üçün ən təsirli şey onun əlyazmaları idi. Atasına, sevgililərinə, həkiminə yazdığı əlyazmalar. Və “Qəsr” romanının əlyazmasının ilk iki səhifəsi…

 

Əlyazmalarda bəzi qaralamalar, düzəlişlər var. Bunlara baxdıqca Kafkanın sənə necə yaxın olduğunu, elə onunla üz-üzə durduğunu düşünürsən. Bu isə bədbəxt Kafkanın insana verəcəyi bir xoşbəxtlikdir. Stiven Kingin “Yaşıl mil”indəki Con Kofi kimi, səni xoşbəxt edir özünü bədbəxt edərək.

Hansı ayda hara getmək məsləhətdir?

0

Hansı ayda,Hara?

Böyük Britaniyanın “İndependent” qəzeti 2018-ci ilin səyahət xəritəsini dərc edib.

Turist

Xəritədə 12 ay və hər aya görə hara səyahət etmək əksini tapıb.

Yanvarda Çiliyə, fevralda gözəl plyajlarına görə Kipr Respublikasına, martda Qanaya, apreldə isə Pasxa bayramını keçirmək üçün ABŞ-ın Nyu-Orlean şəhərinə getməyi məsləhət görülür.

Mayda getmək üçün ən ideal ölkə Perudur.

İyunda Estoniyada “Köhnə şəhər günləri” festivalında iştirak etmək, iyulda Kanada, avqustda isə ABŞ-da Sakit okean sahillərindəki şəhərləri ziyarət etmək məsləhətdir.

Sentyabrda Danimarkanın ikinci ən böyük şəhəri Orhus, oktyabrda Çinin Sian şəhəri, noyabrda Yeni Zellandiya ən gözəl səyahət marşrutu hesab olunur.

2018-ci ilin  son ayı üçün isə Amsterdam küçələrində gəzmək məsləhət görülür.

Azad sevgi, azad qadın və azad insanların şəhəri

0

Azad sevgi… Azad qadın

Beş il bundan əvvəl başlamış sevgi hekayəsi məni bu şəhərə gətirdi, özümü burda ikinci dəfə doğulmuş kimi hiss elədim.

Ayağımı Fransaya qoyan ilk gündən Parisdə yaşayıram və bu şəhəri az qala beş barmağım kimi tanıyıram. Hər dəfə dost-tanışdan kimsə bura gələndə böyük zövqlə şəhəri tanış edirəm.

Paris mənim gözümdə dünyanın ən gözəl, ən əvəzedilməz şəhəridir. Şəhərə bir az mənim gözümlə baxaq:

Paris

• Paris Bakıdan kiçikdir. 2-3 saata şəhərin şimalından cənubuna çata bilərsən: Porte de la Chapelle adlı məhəllədən düz Cité Universitaire adlı məhəlləyə qədər tarixi küçələri gəzmək olar.

• Parisin hər bir daşı, küçəsi tarixdir, oxumaqla, eşitməklə deyil, bu canlı tarixi gərək öz gözlərinlə görə, hiss edəsən. Bununçün yerli və ünsiyyətcil fransızlarla 15 dəqiqə söhbət kifayətdir.

• Parisə sevgi şəhəri deyirlər və bu, reallıqda da belədir. Təkcə öz sevgimi bu şəhərdə yaşadığım üçün demirəm. Bu qədər baş vermiş kədərli hadisələr Parisi sındıra bilmədi. Parisi yaşadan şəhərdə yaşanmış sevgilər oldu.

Paris

• Parislilər haqqında adətən deyirlər ki, onlar çox yekəxana, özündən razı, eqoist, soyuqqanlı insanlardır. İstəyirəm biləsiz ki, siz əsl Parisli ilə üz-üzə gəlməmisiniz. Əsl Parisli bu şəhəri sevən və bu şəhərə gələn hər bir qonağa qucaq açan fransızdır. Gündəlik həyatdaəsl Parisliylə qarşılaşmaq çox müşkül məsələdir. Onlar əsasən məşğul insanlardır və əksəriyyəti şəhərətrafı pavilyonlarda yaşayır. Fransa əyalətlərindən olan sakinlərin müəyyən qismi daha qapalı, digər mədəniyyətlərə qarşı daha konservativ və qeyri-tolerantdır

Paris

• Paris azadlığın, bərabərliyin və qardaşlığın şəhəridir. Paris azad sevginin, azad qadının, azad insanın şəhəridir. Paris Marian adlanan, ilk görünüşdə incə və zərif görünən, amma milyonlarla fransızı Bastiliya inqilabına aparan güclü, iradəli və inadkar bir fransız qadınıdır.

• Koko Şaneli, Dalidanı, Edit Piafı, Şarl Aznavuru, Mirey Matyönü parlayan ulduz edən, Odre Tatunu Amelie kimi sevdirən məhz Paris adlanan mədəniyyət və incəsənətin şəhəri olub.

Uçuş zamanı pilot yuxuya gedə bilərmi?

0

Təyyarələrlə bağlı sizin də beyninizdə maraqlı suallar olur?

Boynuma alıram, mən bu haqda çox düşünürəm. Xüsusən də səyahət öncəsi ? Məsələn, pilot kabinindən görüntü necə olur, təyyarədə verilən yeməklər uçuşdan neçə saat öncə alınır, yüksəklik qorxusu olan pilot varmı və s. Elə suallar var ki, müasir dövrdə onlara internetdən cavab tapmaq olur. Ancaq səni daim düşündürən, cavabsız suallar da olur.

Məsələn, havada olarkən içkilər niyə daha dadlı olur? Pilotlar uçuş zamanı yuxuya gedə bilərlərmi?

HAVADA İÇKİLƏRİN DADI BİR BAŞQA LƏZZƏTLİ OLUR

İçki

Triponline.az saytının bununla bağlı maraqlı yazısı var. Gəlin birgə oxuyaq:

Sərnişinlərin təyyarədə niyə daha çox pomidor şirəsinə üstünlük verdiklərini düşünmüsünüzmü? Araşdırmalara görə, biz aşağı təzyiq şəraitində olduğumuz zaman (məsələn təyyarədə), duyğu orqanlarımızın hissiyatı kəskinləşir və bizə pomidorun şirin dadından tam zövq almağa imkan verir.

TƏYYARƏDƏ HAVA DAHA TƏMİZDİR?

Havalandırma

Təyyarə salonunda olan havanın çirkli və mikroblu olduğu barədə yalnış fikirlər var. Əslində isə təyyarədə olan hava nəfəs aldığınız ən təmiz havadır və təyyarələrdə olan filter sistemi keyfiyyətinə görə heç də klinika və xəstəxanalarda istifadə olunan sistemlərdən geri qalmır.

Pilotlar uçuş zamanı yuxuya gedə bilərlər

Bəli, düz oxudunuz. Uçuş zamanı pilotlar yuxuya gedirlər və bu düşündüyünüzdən çox olur. Bu, necə mümkündür? Avtomatik idarəetmə sistemi (avtopilot) və əlbəttəki ikinci pilot sayəsində ?

Venesiya – turistlər axını

0

ŞƏHƏRƏ GEDƏN TURİSTLƏRİN SAYINA LİMİT QOYULACAQ

İtaliyanın Venesiya şəhərinə gedən turistlərin sayına limit qoyulacaq. Qərarı şəhər rəhbərliyi verib.

 

Sey-yah.com yazır ki, bununla bağlı ilkin müzakirələr olub. Məhdudiyyət bu ilin yayından tətbiq ediləcək. Səbəb şəhər əhalisinin turist axınından şikayətlənməsidir.

Venesiya

Venesiya Avropanın ən görməli şəhərləri içindədir. Su kanalları ilə əhatələnmiş şəhər bir-birindən kanallarla ayrılmış, körpülərlə birləşən 118 adanın üzərində qurulub. Şəhərdə 170 kanal var. Bu kanalların üstündə 400 körpü salınıb. Venesiyada özünü nağıllar aləmində hiss edəcəksən ?

Avropanın ən ucuz mənzil təklif edən şəhərləri…

0

Gecəsi 30 – 39 dollara qədər olan qiymətlər

FetchImage – Avropanın ən ucuz mənzil təklif edən şəhərləri hansılardır?

Ən ucuz mənzil

“Airbnb” saytı turistlər üçün ən ucuz mənzil təklif edən Avropa şəhərlərinin siyahısını hazırlayıb.

Ucuzluğuna görə birinci yerdə Tiflis gəlir. İkinci yerdə Belqrad, üçüncü yerdə isə İstanbul qərarlaşıb.

Beləliklə, ən ucuz mənzil təklif edən 10 Avropa şəhəri bunlardır:

Tiflis, Gürcüstan – 30 dollar;

Belqrad, Serbiya – 33 dollar;

İstanbul, Türkiyə – 33 dollar;

Selaniki, Yunanıstan – 34 dollar;

Sofiya, Bolqarıstan – 34 dollar;

Buxarest, Rumıniya – 34 dollar;

Sankt-Peterburq, Rusiya – 35 dollar;

Kiyev, Ukrayna – 35 dollar;

Zaqreb, Xorvatiya – 39 dollar;

Varşava, Polşa – 39 dollar.

Biraz da “Airbnb” haqqında:

Airbnb

http://www.airbnb.com saytından qeydiyyatdan keçməklə siz, gedəcəyiniz şəhərdə ucuz qiymətə ev, otaq kirayələyə bilərsiniz.

Əslində “Airbnb” çarəsizlikdən yaranan biznesdir. Evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır.

Dünyanın ən qorxulu, lənətlənmiş oteli

0

Ən qorxulu, lənətlənmiş ev

Kolumbiyadakı “Hotel del Salto” dünyanın ən maraqlı və qorxulu otelidir. Deyilənlərə görə bu oteldə ruhlar gəzişir və bura girən bir daha sağ çıxa bilmir.

Ən qorxulu ev

“Hotel del Salto” Boqota çayının üzərində, dağlıq bir ərazidə yerləşir. Olduqca gözəl ərazidə yer alan bu otel 1923-cü ildə Kolumbiya prezidenti Pedro Nel Ospinanın dövründə tikilib. Fransız üslubunda inşa edilən bina əvvəllər otel kimi istifadə edilməyib. Pedro Nel Ospinanın hakimiyyətindən sonra, 1928-ci ildən bina otelə çevrilib. Nəticədə, varlı insanların sevimli istirahət məkanı olub.

Müştəri çoxluğundan böyüyən otel

Qorxulu ev

1950-ci illərdə otelin müştəriləri o qədər artıb ki, binanı böyüdüb, 18 mərtəbəli bir tikiliyə çeviriblər. 90-cı illərdə isə burada qəribə hadisələr baş verməyə başlayıb. Oteldə ard-arda intihar hadisələri olub. Adamlar itkin düşməyə başlayıb.

Daha bir maraqlı məqam isə otelin yanındakı “Tequendama” şəlaləsi haqqında yerli əhalinin təsəvvürüdür. Belə ki, ispan koloniyası dövründə qul olmaqdan bezən yerli hindular özlərini bu şəlalədən atır, bununla da qartala çevrilərək, azad olduqlarına inanırmışlar.

Birdən-birə otelə gəliş-gediş kəsilir

Qorxulu ev

Onsuz da haqqında mifik təsəvvürlər olan bu yerdə dalbadal intihar və başqa qəribə hadisələrin baş verməsi binanın taleyini həll edib. 1990-cı illərdən sonra heç kəs bu otelə gəlməyib. Beləliklə, “Hotel del Salto” bağlanıb.

Hazırda isə bu otel muzey kimi istifadə olunur. Maraqlısı odur ki, hələ də heç kim otelin içinə girməyə cəsarət etmir. Ona görə də, otelin içərisi tamamilə dağılmış durumdadır. Turistlər də daha çox binanı kənardan görməyə və buradakı möhtəşəm mənzərəni seyr etməyə gəlirlər.

Ən ucuz 5 Avropa şəhəri hansılardır?

0

Ən ucuz şəhərlər

BOLQARISTANIN PAYTAXTI SOFİYA ƏN UCUZ ŞƏHƏRDİR

Bolqarıstan

Bulgaria Sofia – Ən ucuz 5 Avropa şəhəri hansılardır?“Economist Intelligence Unit” saytı Avropanın ən ucuz şəhərlərinin adlarını açıqlayıb. Siyahı tərtib olunanda bu şəhərlərdəki ən ucuz hotel, motel və ya hostellərdə sutkalıq yaşama, 3 dəfə yemək, ictimai nəqliyyatdan iki dəfəlik istifadə, hər hansı muzeyin ziyarəti, yerli pivə və ya şərabın 3 porsiyasının qiyməti nəzərə alınıb.

NECƏ EDƏK Kİ, SƏYAHƏT UCUZ BAŞA GƏLSİN

Reytinqə görə, müstəqil səyahət üçün Avropanın ən ucuz şəhəri Bolqarıstanın paytaxtı Sofiyadır. Sofiyada sözügedən parametrlər nəzərə alınmaqla turistin sutkalıq xərci 20,75 ABŞ dollarıdır.

Siyahıda ikinci yerdə Polşanın Krakov şəhəri yer alır. Sutkalıq xərc 26,55 dollar olmaqla. Üçüncü yerdə isə Rumıniyanın paytaxtı Buxarest şəhəridir. 28,30 dollarlıq gündəlik xərcidir.

Reytinqin ilk beşliyini Macarıstanın paytaxtı Budapeşt (33,10 dollar) və Türkiyənin İstanbul şəhərləri (35,77 dollar) tamamlayır.

Şengen vizası nədir?

0

“Şengen” sözü Lüksemburqun kiçik bir şəhərinin adından götürülüb. 1985-ci il iyunun 5-də bu şəhərdə Avropa ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan saziş imzalanıb.

 

Sonrakı illər bir çox ölkələr də bu sazişə qoşulub. Saziş 1995-ci il 26 mart tarixində qüvvəyə minib. İlk olaraq 5 ölkə qatılıb: Lüksemburq, Fransa, Niderland, Belçika, Almaniya (AFR). Beləliklə, siyahı uzanıb..

İslandiya, Lixtenşteyn, İsveçrə və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Yalnız Avropa Birliyinə daxil olan 5 ölkə – Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyil.

ŞENGEN VİZASI BİZƏ HANSI ÜSTÜNLÜKLƏRİ VERİR?

Şengen vizası

Şengen vizası ilə sən bir ölkəyə daxil olaraq bütün Şengen zonasını rahatca gəzə bilərsən. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri ölkədaxili səyahətlər kimi idarə olunur.

Şengen qısamüddətli vizadır. Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçünsə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Əgər sən yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsənsə, birbaşa həmin ölkə səfirliyinə müraciət etməlisən. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursansa, onda əsas istiqamətin olan ölkənin səfirliyinə müraciət et. Əgər sən müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutur və onlardan heç biri sənin əsas istiqamətin deyilsə, o zaman ilk ayaq basacağın ölkənin səfirliyinə müraciət etməlisən. Vizaya müraciət üçün şəxsən özün getməli, ərizə forması (şəxsən doldurmalı və imzalamalısan) və səyahətin üçün digər lazımi sənədləri özün təqdim etməlisən.

Viza rüsumunun məbləği 35 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. 35 avrodan başqa heç nə ödəmirsən.

Şengen vizası

Qeyd: Çox vaxt düşünürük ki, bəlkə hansısa turizm agentliyinə müraciət etsək vizanı asanlıqla alarıq. Deyim ki, turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır. Boşuna məsrəf etmə ?

 

Qafqazın bir küncündəki Avropa şəhəri

0

Avropa şəhəri

Qafqazın nə qədər ziddiyyətli coğrafiya olduğuna Batumiyə çatar-çatmaz əmin oldum. Bura sərbəstliyi, müasirliyi, həyat tərzi ilə çox fərqlənir.

 

Bir çox azərbaycanlıların nə vaxtsa Batumiyə səfər etdiyindən və ya bu şəhərin əsrarəngizliyi barədə məlumat sahibi olduqlarından Batumi haqqında çox uzun-uzadı danışmıram. Bir cümlə kifayətdir: Bir yandan Sahil boyu uzanan Qara dəniz çimərlikləri, digər tərəfdə isə yam-yaşıl dağ meşələri, onların arasında isə Qafqazın incisi statusunu almış – Batumi şəhəri

Batumi

Batumi Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Acarlar orta əsrlərdə xristian dininə ibadət etsələr də, sonradan Türkiyənin təsiri altında İslamı qəbul ediblər. Lakin son dövrlərdə acarların əksəriyyəti İslamı deyil, xristian dinini seçir. Ölkədəki acarların 60 faizdən, gənclərin isə 90 faizdən çoxunun xristianlığı qəbul etməsi də bunu göstərir.

Maraqlıdır ki, müsəlman acarların əksəriyyəti yaşlılardır və onlar əsasən şəhər kənarında – kəndlərdə yaşayırlar. İslam dinini qəbul etmiş acarların Tanrının gürcülər üçün göndərdiyi nemətdən (onlar çaxırı belə vəsf edir)imtina etməməsi burada ümumiyyətlə İslamın unudulduğuna işarədir.

Tbilisi

Çoxları Batumini çimərliklər, diskotekalar, kazinolar məskəni kimi düşünür və bura səfər edərkən məhz həmin məkanlara getməyə üstünlük verir. Amma Batumi ətrafında o qədər maraqlı şəlalələr, tarixi körpü və qalalar, ecazkar təbiət mənzərələri var ki, onlardan da yan keçmək mümkün deyil.

Bütün bunları bir yerə sığdırmaq üçün Türkiyə ilə sərhəddə yerləşən Maçaxela kəndinə səfər kifayətdir. Yol boyu xırda dağ çayları və şəlalələr (şəffaf sulu bu çaylarda çimmək-balıq tutmaq da mümkündür), tarixi abidələr insanı darıxmağa qoymur. Nəhayət acarların iftixarla danışdığı Maçaxela kəndi. Kənd sanki mədəniyyət ocağıdır. Özünün uşaq rəqs ansamblı, incəsənət məktəbi, maraqlı tarix-etnoqrafik muzeyi.

Maçaxeladan baxanda Türkiyəni görmək, sərhəd-keçid məntəqəsini müşahidə etmək mümkündür. Burada 4 taxta üzərində tikilmiş qədim acar evləri olduğu kimi qorunub saxlanılır. Azərbaycanlılara xas qonaqpərvərlik və qonağa hədsiz diqqətin də Gürcüstanda ilk dəfə bu məskəndə şahidi olduq.

Batumi

Batumi çox fərqlidir, bu səbəbdən də azərbaycanlıların sevimli istirahət yerlərindən biridir. Bura ya şəxsi maşın, ya qatar, ya da təyyarə ilə gəlmək olar. Bir dəfə gələn ikinci dəfə mütləq qayıdacaq.