Ev Blog Səhifə 413

Mətbuatda 141 məlumatda işıqlanan otel

0

“EXCELSİOR HOTEL & SPA BAKU” BİRİNCİ OLDU

“Media Consulting & Services” şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla, 565-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb

Excelsior hotel ve spa Baku

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı oktyabr ayında mətbuatda 6 pres reliz işıqlanıb. Cari ilin noyabr ayında da turizm sahəsində təhsil alan tələbələr üçün “Turizm sektorunda PR-ın əhəmiyyəti” mövzusunda təlim, modasevərlər üçün “Baku Fashion Club”ın növbəti tədbiri və digər maraqlı tədbirlər keçiriləcək.

Ecelsior Hotel ve Spa Baku

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Excelsior Hotel ve Spa Baku

Hansı ölkədən nə gətirmək lazımdır?

0

Getdiyiniz ölkələrdən gətirəcəyiniz sovqatlar.

Adətən adam qonaq dəvət olunanda əliboş getməməyə, ev yiyəsinə maraqlı hədiyyə seçib aparmağa cəhd edir. Səyahət etmək yeganə istisna haldır ki, üz tutduğunuz ünvana əliboş gedib, əlidolu qayıdırsınız və gətirdiyiniz təkcə təəssüratlar və xatirələr olmur.

Bu postda mən sizə istənilən ölkədən ala biləcəyiniz soyuducuüstü maqnitlər, “breloklar”, açıqcalar və s. kimi növbətçi suvenirlərdən başqa, sırf ora xas olan yadigarlıq hədiyyələr haqqında qısa məlumat verməyə çalışacam. Post uzun və yorucu olmasın deyə getdiyim ölkələrin yalnız bir qismindən gətirə biləcəyiniz sovqatlar haqqında yazıram hələlik. Maraqlı olsa mövzunu davam edəcəm.

                             İspaniya

Madridə gedib də Sangriya və Xamonun dadına baxmamaq mümkün deyil amma onları özünüzlə Bakıya gətirə bilərsiniz mi onu bilmirəm. Dəqiq bildiyim odur ki, İspaniyadan keramik qablar, üzərində rəqs edən qaraçılar əks olunmuş yelpik və sombrero adlanan milli ispan papağı gətirmək mütləqdir. Geyim olaraq Zara, Berşka, Mango kimi sevilən brendlərin ən son trendə uyğun modellərini su qiymətinə əldə edə bilərsniz.

ispaniya

                          Türkiyə

Hər beş azərbaycanlıdan  dördünün Türkiyədə olduğunu nəzərə alsaq nəinki suvenirlər, Türkiyə haqqında heç bir şey yazmağa, məsləhət etməyə dəyməz. Lakin yenə də mən özümün almağı ən çox sevdiklərimi qeyd edim. Şirniyyatlardan demək olar hamı rahatlukum, pişmaniyə, türk halvası gətirir, halbuki onlardan indi Bakıda da istənilən marketdə  tapmaq olar. Mən türk qəhvəsi, meyvə çaylarını çox xoşlayıram. Birdə Taksimin ara küçələrindəki balaca kitab dükanlarından kitab almaq tərgidə bilmədiyim xobbimdir.

Türkiyə

                         Rusiya

Əlbəttə ki matryoşka və kolbasa məhsulları. Matryoşkaların da fərqli ölçü və formada olur, hər zövqə və cibə uyğun olanını tapmaq mümkündür. “Valenki” adlanan toxunma yun çəkmələri unutmaq olmaz əlbəttə. Onlar dekorativ olmaqdan savayı həm də praktikdir, qışda ayaqlarınızı daha isti saxlayacaq heçnə tapmayacaqsınız, əmin olun.

Rusiya

                        İtaliya

İtaliya, xüsusən də dəbin paytaxtı olan Milandan  xalis dəri məmulatları (çantalar, ayaqqabılar, üst geyimi),  Romadan qladiotorların, Kolizeyin fiqurlarını, Venesiyadan murano şüşəsindən düzəldilmiş suvenir, bəzək əşyaları (mən üzüklər almışdım), Florensiyadan florensiya kağızından hazırlanan bloknotlar, dəftərlər. İtalyan şərabı, pasta, mozarella pendiri haqqında isə sadəcə susuram.

İtaliya

                           Fransa

Mən deməyim, siz tapın. Dost-tanış çevrəniz genişdirsə ən azı 10-15 ədəd Eyfel qülləsinə aid suvenirlər- brelokları çatan kimi alın atın bir kənara. Daha sonra Monmartrdan alınmış kiçik də olsa rəsm əsəriləri, Paris Disneylendinə yolunuz düşsə disney cizgi filmlərinə aid fincanlar, oyuncaqları alışveriş siyahınıza əlavə etmək məsləhətdir. Yemək-içmək siyahısında birinci yerdə mənim üçün əvəzolunmaz dadı ilə məşhur fransız şərabları-Bordo, Burqundiya durur. Və əlbəttə ki ətirlər. Uşaqlıdan “fransuzkiy duxi”lərin nə demək olduğunu bilirsinizsə  Chanelsiz, Diorsuz Bakıya qayıtmaszınız.

Fransa

                          Gürcüstan

Tbilisinin Şarden küçəsi və ətrafı balaca suvenir dükanları ilə aşıb daşır. Gürcütandan mütləq milli koloriti daşıyan bir şeylər almaq lazımdır- süfrə arxasında trapeza edən gürcü kişilərin əks olunduğu qablar, milli geyimli gürcü qadın və kişilərin kuklaları, xanımların çox sevdiyi minankari emalından hazırlanan bəzək əşyaları, saxsı saxlama qabları, xüsusən də kuvşinlər. Qida məmulatlarına gəldikdə isə sulquni pendiri, çurçxella şirniyyatı, tkemala sousu, Kindzamarauli, Saperavi çaxırı, Çaça və saymaqla bitməyən nemətləri tövsiyyə edirəm.

Gürcüstan

                              İsrail

İsrailin adını eşidən kimi adamın ağlına ilk olaraq din, dinə aid atributlar gəlir. Bu da təsadufi deyil, üç dinin birləşdiyi, bütün dinlərin yarandığı məskəndə doğurdan da bütün dinlərə aid adamlara, yeməklərə, yerlərə və suvenirlərə rast gəlmək olur. Ən məşhurları xəmsə işarəli müxtəlif suvenirlər, bəzək əşyalarıdır, sonra minora, davidin ulduzu, təkkə papaqlardır. Xanımların İsraildə alış-verişinin baş qəhrəmanı isə Ölü dəniz məhsullarından olan kosmetik vasitələrdir. Tərkibində Ölü dənizdən əldə edilən mineral və duzlardan hazırlanmış şampunlar, müxtəlif kremlər, maskalar yerli xanımlar arasında da çox məşhurdur. Qiymətləri istehsal firmasına görə dəyişir, amma hər bir halda hər qəpiyinə dəyir. Bir məqamı mütləq bildirməliyəm-İsraildən alış-veriş edəndə nəzərinizdə saxlayın ki hava limanında 5-6 yerdə yoxlama olur, çamadanlar tam açılır və içindəki hər bir şey tək-tək yoxlanılır. Ən kiçik şübhə doğuran nə isə tapsalar onu götürürlər (mənim rəfiqəmin bütöv çamadanını almışdırlar) və belə şeylərin arasında aldığınız suvenirlər də ola bilər. Bu səbəbdən dükanlardan nə isə satın almaq istədikdə satıcılardan hava limanında keçirə bilib bilməyəcəyiniz dəqiqləşdirin.

Hələlik bu qədər. Cibiniz dolu, zövqünüz gözəl, pasportunuz möhürlə bol olsun.

Amerika haqqında 8 maraqlı məlumat – video

0

Amerika…  Amerika…

Amerika haqqında bunları bilirsiz? Amerikanın rəsmi dili yoxdur? Bəli, bəli elə isə oxumağa davam edin.

1. Hər 8 Amerika vətandaşından biri McDonalds şirkətində çalışıb.

2. Hər 3 Amerikalıdan biri yadplanetlilərin gəlib-getdiyinə inanır.

3. ABŞ-ın rəsmi dili yoxdur.

4. 1 Amerikalının istehlak etdiyi yemək, 32 Keniyalının istehlak etdiyi miqdara bərabərdir.

5. Amerikada hər gün 4000 kvadrat metr pizza istehlak edilir.

6. ABŞ-da hər gün 22 milyon toyuq istehlak edilir.

7. Təxminən 88 şagird hər həftə sinifə silah gətirir.

8. Amerikalıların 25 faizindən zəngin olmanız üçün 10 dollarınızın və heç kimə borcunuz olmaması kifayətdir ?

Və video roliki izləyin❤️

https://youtu.be/_0BFbzm_bFk

Təyyarələr Haqqında Bilmədiyiniz 10 Həqiqət: VİDEO

0

10 Həqiqət…

 Təyyarələr Haqqında Bilmədiyiniz 10 Həqiqəti bu gün sizlərə təqdim edirik. Buyurun

1. Ən uzun yol qət edə bilən təyyarə Boeing 777- 200LR heç dayanmadan 17.450 km uça bilər.

2. Dünyanın ən sürətli təyyarəsi Boeing X-51 saatda 3,400 MPH sürətlə uçur. Bu da 5471 km sürətə sahib olduğunu göstərir.

3. Təyyarələri tez-tez ildırım vurur. Ancaq keçirici maddələrin altında olan izolyator maddələr sayəsində ildırım hiss edilmir.

4. Dünyanın ən çox sərnişin tutumuna malik təyyarəsi Airbus A380 sərnişin və ekipaj üzvləri daxil olmaqla 960 nəfəri daşıya bilir.

5. Antonov An-225 kargo daşınmasında ən böyük təyyarədir və dünyada bir ədəd mövcuddur. Götürə biləcəyi yük 250 tondur.

6. Uçuş zamanı 85 ton yanacaq istifadə olunur. Ən çox yanacaq qalxma zamanı gedir və saniyədə tükədilən yanacaq 6-7 litr olur.

7. Təyyarələrdə olan hava dünyada olan ən təmiz havadır. Burada müasir süzmə qurğularından istifadə edilir.

8. Dünyada ən çox uçuş edildiyi gün 19 Sentyabr 2012-ci il tarixində oldu. Ümumilikdə 11.000 uçuş həyata keçirildi.

9. Bir sərnişin təyyarəsi təxminən 17 gün satışa çıxarılır.

10. Havada sərnişin daşıma 1919-ci ildə DELAG adlı Zeplin ilə başlayıb. 1936-cı ildəki qəzadan sonra istifadə edilməyib.

Və indi isə bunları və bunların geniş versiyasını video rolikdə izləyə bilərsiniz.Xoş izləmələr

https://youtu.be/rj4UvUt-LYA

Okeanın tən ortasındakı gözəllik…

0

Ideal sakit, gözəl təbiətli bir məkan!

“Amerika ilə Avropa arasında, okeanın tən ortasında Portuqaliyaya məxsus Azor adaları. Nə bir əyləncə gördük, nə bir hay-haray…

İdeal sakit, gözəl təbiətli bir məkan! Delfin, balinaların miqrasiya yolu da düz bu adaların həndəvərindən keçir.

Bu arxipelaqın San-Migel adasında oldum. Cəmi 137 min əhalisi var. 1493-cü ildə Xristofor Kolumbun özü Amerikadan qayıdanbaş ayaqüstü bu adaya da dəymişdi.

Adada demək olar ki, bütün göllər sönmüş vulkan kraterlərində yaranıb. Başdan-ayağa qortenziya gülləri ilə dolu idi. Özü də rəngbərəngindən…

Çox uzaqdı deyə turistləri cəlb etmək üçün hər şey də ucuz. Qaldığımız hər bir şəraitli otelin qiyməti təqribən 120-130 AZN (səhər yeməyi daxil). Yolunuz düşsə ayaqüstü siz də dəyin.

Cənnət…
Cənnət…
Cənnət…
Cənnət…
Cənnət…

Dünyanın ən təhlükəli aeroportları – VİDEO

0

Təhlükəli aeraportlar

Çoxumuz təyyarəyə minəndə onsuz da həyəcanlanırıq..Qaldı ki, dünyanın ən təhlükəli aeraportundan uçasan. Yəqin qandakı adrenalinin miqdarını daha çox yüksəldər. Beləliklə, təyyarənin enişi və qalxışı üçün dünyadakı ən təhlükəli aeraportların görüntüləri:

https://youtu.be/gPGc3CKxDHk

Bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə getmək olacaq

0

Qanunda dəyişiklik

2018-ci il yanvarın 1-dən Azərbaycan vətəndaşları müvafiq beynəlxalq müqavilə bağlanmış ölkələrə şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər.

Məlumatı president.az saytı yayıb. İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə” 2017-ci il 25 aprel tarixli 628-VQD nömrəli qanunun tətbiqi haqqında” sərəncam imzalayıb. Qanunda şəxsiyyət vəsiqəsi ilə bağlı bu prosedurun 2017-ci il yanvarın 1-dən həyata keçirilməsi nəzərdə tutulub. “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun qəbulu ilə əlaqədar bu müddət dəyişdirilib.

Qanun tətbiq olunubsa şəxsiyyət vəsiqəsi ilə səyahətə “start” verin sizlərdə.Sağlıqla qalın ❤️

 

Səyahət zamanı işinizə yarayacaq 10 sayt

0

Artıq səyahət planlaşdırmaq elə də çətin deyil.

İnternet, sosial şəbəkələr, müxtəlif saytlar sayəsində 1 aylıq səyahəti 1 günə planlamaq olur. Sizə kömək edə biləcək saytları bölüşürük. Faydalanın, kimsəyə ağız açmadan səyahətinizi özünüz planlayın və bol-bol gəzin.

1. ACCUWEATHER.COM

Accuweather.com

Getdiyiniz ölkədə, şəhərdə “hava necə olacaq”, – yəqin bilmək istəyərsiz. Çünki mənim kimi siz də getdiyiniz ölkədə vaxtınızın pis keçməsini istəməzsiniz. Kim hava şəraitinə görə otel divarlarına baxaraq tətil keçirmək istəyər ki?! Ona görə də, ilk iş havanın necə olacağını bilmək və səyahəti ona uyğun planlaşdırmaqdır. Çox vaxt Accuweather.com saytının proqnozlarına güvənərək yola çıxırıq.

2. SKYSCANNER.NET

SKYSCANNER.NET

Dünyada ən çox bilet axtarışı edilən bu sayt vasitəsilə büdcənizə uyğun təyyarə bileti tapa bilərsiniz. Bilet qiymətləri dəyişkən olduğundan gün ərzində vaxt tapıb sayta nəzər yetirin. Əgər vaxtınız yoxdursa, “Qiymət siqnalı” (Price alert ) funksiyasını aktiv edin. O sizin yerinizə büdcənizə uyğun qiymətləri tapıb çıxaracaq. Gedəcəyiniz yerə təyyarə biletini axtarış verdikdən sonra nəticələrin sol tərəfində “Qiymətlərdən xəbərdar ol” linkinə klikləyin. Bilet qiymətlərində dəyişikik olarsa, sayt sizi email yollamaqla xəbərdar edəcək.

3. BOOKİNG.COM

BOOKİNG.COM

Otel seçərkən ən çox müraciət olunan saytdır. Sayta abunə olmaqla endirimlərdən yararlana bilərsiniz. Bir də Roomkita.com saytı var ki, booking.com, hotels.com, expedia.com, hrs.com,easytobook.com, getaroom.com kimi otel rezerv saytlarını bir yerdə cəmləyir və otel seçimini asanlaşdırır. Airbnb.com, kayak.com kimi saytlar isə səyahətsevərlərə hər büdcəyə uyğun kirayə evləri təqdim edir.

4. ROME2RİO.COM

ROME2RİO.COM

Bu sayt hər addımda köməyə çatır. İstiqamətinizin başlanğıc və son nöqtələrini qeyd edib haraya necə, hansı nəqliyyat vasitəsilə və neçəyə gedə biləcəyiniz haqda məlumatları qarşınıza çıxarır. Bununla da, sərfəli nəqliyyat vasitəsini seçərək səyahətinizi planlaşdıra bilərsiniz.

5. VİAMİCHELİN.COM

Viamichelin.com

Viamichelin.com saytı maşınla səyahət edənlər üçün çox əlverişlidir. Sayt səyahət planlaşdırarkən seçdiyiniz yollarda (qısa, uzun, daha maraqlı kəşf ediləcək yeni yerləri görməklə) səfər ərzində sizə bələdçilik edir.

6 Eventful.com

Eventful.com

Eventful.com saytı vasitəsilə səfər edəcəyiniz şəhərdəki festivallar, konsert və başqa tədbirlər haqda məlumat əldə edə bilərsiniz. Bunun üçün saytda qeydiyyatdan keçərək maraq dairənizə uyğun sahəni seçdikdən sonra emailinizə müntəzəm olaraq məlumat axışını təmin edə bilərsiniz. Məsələn: Lyublyanadasınız və Maribordakı konsertdən xəbəriniz yoxdur. Eventful sayəsində bunu öyrənmək asandır.

7. CİTY-DİSCOVERY.COM

CİTY-DİSCOVERY.COM

Bu sayt vasitəsilə səyahət etdiyiniz şəhərlərdə müxtəlif turlar (Məs: hop on- hop off bus tour) haqda məlumat alıb əvvəlcədən bilet rezerv edə bilərsiniz. Gedəcəyiniz şəhərdə turist informasiya mərkəzlərini axtarmamaqla yanaşı, vaxt itirmədən daha ucuz biletlər əldə etməklə səyahətinizi daha da əyləncəli edə bilərsiniz.

8. GETYOURGUİDE.COM

GETYOURGUİDE.COM

Bu sayt vasitəsilə turistik şəhərlərdə baş çəkəcəyiniz muzeylərin önündə saatlarla bilet növbəsində vaxt itirməyəcəksiniz. 1940 istiqamətdə 20000-dən çox tur və digər fəaliyyətlərə aid biletləri bu saytdan əldə etmək mümkündür.

9. EATWİTH.COM

EATWİTH.COM

Bu sayt səyahət edəcəyiniz şəhərdə turistlərlə ev sahiblərini eyni süfrə arxasında birləşdirir. Deməli, gedirsiniz bir şəhərə, həmin ölkədə bir ailəyə qonaq olursunuz, kiçik bir məbləğ qarşılığında milli mətbəxindən dadırsınız, insanları ilə yaxından tanış olur, ölkə haqqında daha da geniş məlumata sahib olursunuz.

10. GOOGLE DRİVE

Google Drive

Google drive səyahət vaxtı sənədlərinizin nüsxələrini saxlamağa imkan yaradır. 15 GB yaddaşla bütün sənəd, şəkil, video və s. saxlamaq üçün çox gözəl depodur. Əgər yaddaş kifayət deyilsə, müəyyən məbləğ qarşılığında yaddaşı artıra bilərsiniz. Sənədlərinizi, çantanızı itirsəniz, imdadınıza google drive çatır.Bundan başqa dropbox, skydrive, yandex kimi saytlardan da depo kimi istifadə edə bilərsiniz.

Moskva – Kiyev – Minsk möhtəşəm 3-lü tur

0

Möhtəşəm 3-lü

Möhtəşəm 3-lü? – bəli elədiki var. Gotravel.az turizm şirkəti sizə bu möhtəşəmliydən həzz almağa kömək edəcək. Buyurun tanış olun :

Sərfəli qiymətə 3 möhtəşəm şəhər turu (6 gecə – 7 gün) cəmi-350 usd


Qiymətə daxildir :

-Otel ***(6 gecə/7 gün)

-Aviabilet (gediş-dönüş)

-Səyahət sığortası

-Şəhərlər arası nəqliyyat

-Qidalanma (səhər yeməyi)


Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.

Əgər siz turu başqa tarixlərə istəyirsinizsə və ya ətraflı məlumat üçün, zəhmət olmasa, gotravel.az ilə əlaqə saxlayın.


Əlavə məlumat üçün :

☎️ +994 12 564 60 30

? +994 50 664 60 30 (WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı).

 

Azərbaycanda yeni rekord _63 ölkəyə vizasız səfər

0

Azərbaycan vətəndaşları vizasız rejimdə 63 ölkəyə səfər edə bilər.

Bizimyol.info Trend-ə istinadən bildirir ki, bu barədə “Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi – 2018” reytinqində qeyd olunub.

Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb.

Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir.

Son beş il ərzində reytinqdə birinci yeri Almaniya özündə saxlayır. Bu ölkənin pasportu ilə dünyanın 177 ölkəsinə vizasız səfər etmək mümkündür. İkinci yerdə Sinqapur qərarlaşıb. Sinqapur vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilər. Üçüncü yeri Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa, İsveç, Yaponiya bölüşüb. Bu ölkələrin pasportu ilə 175 ölkəyə vizasız getmək olar.

Reytinqdə sonuncu yerdə 24 ölkəyə vizasız səfər etmək imkanı olan Əfqanıstan qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər. Ötən ilin reytinqində Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.