Ev Blog Səhifə 412

Gənclər üçün təhlükəli ölkələr

0

Siyahıda Azərbaycanında adı Var.

Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, şiddət, ölümcül xəstəliklər, yol-nəqliyyat qəzaları inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə gənclərin ölümünün əsas səbəbləridir.

“The Guardian” qəzeti yazır ki, gənclər üçün dünyanın ən təhlükəli ölkəsi (15-29 yaş arası) Qərbi Afrikanın Sierra Leone şəhəridir. Bu ölkədə 2015-ci ildə hər 150 gəncdən birinin öldüyü ethimal edilir. Sierra Leone hər 100 min nəfərə 671 ölü nisbəti ilə ilk siyahıda gəlir, ikinci yerdə isə 579 nəfərlə müharibə zonası Suriya gəlir.

 

Ümumilikdə isə 2000 və 2015-ci illərdə gənclərin ölüm nisbəti 21 faiz azalıb. Özəlliklə, HİV-dən ölüm halları əhəmiyyətli dərəcədə azalıb. ÜST-nın hər 100 min gəncə düşən ölüm sayını hesablayıb.

Hər 100 min nəfərə Əfqanıstanda – 319, Rusiyada – 178, Qazaxstanda – 129, Belarusda – 104, İranda – 79, Gürcüstanda – 61, Azərbaycanda – 60, Ermənistanda – 58 nəfər düşür. Sonuncu yerdə isə 21 nəfərlə Kipr gəlir.

Təyyarədə doğulan uşaq haranın vətəndaşı olur?

0

XƏDİCƏ NƏ AZ, NƏ ÇOX 13 MİN METR HÜNDÜRLÜKDƏ DÜNYAYA GÖZ AÇIB ?

“Təyyarədə doğulan uşaq hara vətəndaşı olur?“

Təyyarədə doğulan uşaq

The Sunday Telegraph” qəzeti yazır ki, Türk Hava Yolları şirkətinin təyyarəsi mənzil başına göyərtəsində bir əlavə sərnişinlə çatıb. Məqalədə deyilir ki, təyyarə heyəti hamilə sərnişin qadının 13 kilometr yüksəklikdə doğmasına kömək etməli olub. Nafi Diaby adlı qadın Qvineyadakı Konakri şəhərindən Burkina Fasonun paytaxtı Uaqaduquya uçarkən sancıları başlanıb. Beləliklə Kadiju və ya Xədicə adlı qız dünyaya səmada gəlib. Boeing 737-900 təyyarəsi enən kimi ana və uşaq xəstəxanaya aparılıblar. Hər ikisinin vəziyyəti qənaətbəxşdir. “The Telegraph” yazır ki, bu, uşağın uçuş vaxtı doğulduğu yeganə hal deyil. Təyyarə heyətləri belə vəziyyətlərin öhdəsindən gələ bilmək üçün xüsusi hazırlıq keçirlər. Lakin indi Kadijunun doğum yeri, vətəndaşlığı maraqlı sual kimi ortaya çıxıb və ya çıxa bilər. Mövcud qanunlara görə uşaq anasının vətəndaşı olduğu ölkənin vətəndaşı olaraq qeydiyyatdan keçə bilər. Eyni zamanda o doğularkən təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığına da qəbul edilə bilər. Lakin məsələni daha da qəlizləşdirən budur ki, BMT-nin qaydalarına görə, uçuşda doğulan uşaq təyyarənin qeydiyyatda olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir. Bu halda Kadijunun vətəni Türkiyə olmalıdır. Amma son qərar Türkiyənin vətəndaşlıq qanunlarının belə bir hala yol verib-verməməsindən asılı olacaq.

Məsələn 2015-ci ildə Kanadanın üzərindən uçan təyyarədə doğulmuş Clare adlı qızın vəkilləri onun Kanada vətəndaşı kimi qeydə alınmasına çalışırdılar.

Hollandiyanın sülh və hüquq şəhəri

0

Hollandiya – Haaqa??

Haaqa inzibati, ölkənin digər iri şəhəri Rotterdam isə daha çox Nyu-Yorka bənzəyir. Şəhərin vağzalı yeni qurulub və Avropada ən böyük vağzallardan biri hesab olunur.

Vağzalın düz yaxınlığında Nyu-Yorkda partladılmış göydələnlərin şərəfinə eynilə həmin göydələnlərdən ucaldılıb. Amsterdamdan fərqli olaraq, Rotterdam başdan-başa göydələnlərlə əhatə olunub.

Şəhərlərarası sürət qatarları ikimərtəbəli, olduqca rahat və səliqəlidir. Qatarların hamısında “WİFİ” var. Sürət qatarı ilə 70 km-lik yolu 20-25 dəqiqəyə getmək mümkündür. Yolboyu kiçik göllər, kəndlər var. Hər tərəf o qədər səliqəlidir ki, küçələrdə, arxların kənarında bir kağız parçasına belə rast gəlinmir. Yalnız Amsterdama turistlər çox gəldiyindən kücədə siqaret kötüklərini görmək olur. Bu təmizliyin bir səbəbi də gecələr küçələrin şampunla yuyulmasıdır. Yerə saqqız atılmaması üçün zibil qablarının üzərində buna dair yazı lövhələri də var.

Haaqa

Haaqa isə sülh və hüquq şəhəri kimi tanınır və hökumət bu şəhərdə yerləşir. Şəhərdə qədim binalarla yanaşı yeni binalar da var. Tramvaylar binaların altından keçir. Ancaq o qədər səssiz hərəkət edirlər ki, nə sakinlər narahat olur, nə də bina silkələnir.

Şəhərdə atlarda dolaşan polislər arasında qızlar da var.

Haaqa

Ölkəni idarə edən baş nazirin kabineti ilə parlament bir əsrdən çox yaşı olan binada yerləşir. Binaları əhatə edən ümumi ərazidə insanların oturub dincəlməsi üçün skamyalar qoyulub, fantan quraşdırılıb. Ölkənin baş naziri də işə velosipedlə gəlir və bəzən də dayanıb insanlarla söhbət edir, dondurma alır. Bir sözlə, sadə xalqla yaxından təmasda olduğundan onların problemlərini də yaxşı bilir.Bütün bunları görəndən sonra istər-istəməz öz ölkəni, ölkəni idarə edən qurumlar və qanunlar haqqında düşünürsən..

Və bir daha əmin olursan, qanunların işlədiyi, hakimiyyətin xalqla təmasda olduğu ölkələri nə narkomaniya, nə də fahişəlik dağıda bilər. Elə əsl demokratiya da budur…

Təyyarəyə hansı telefon buraxılmır?

0

Mobil telefonlardan istifadə qaydası

Bakı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “Azərbaycan Hava Yolları” sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

Qadağa telefonlar

Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

AZƏRBAYCAN-ÇEXİYA ARASINDA BİRBAŞA AVİAREYSLƏR BƏRPA OLUNA BİLƏR.

0

“Yay və qış aylarında Azərbaycanla Çexiya arasında hava reysləri 2-3 ay davam edə bilər”.

Bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib.

O bildirib ki, əvvəllər belə bir aviareys AZAL tərəfindən təklif edilirdi: “Lakin ola bilsin ki, rentabelli hesab etmədikləri üçün bu reys bağlandı. İndi fikirlər var ki, bu reys turist axının çox olduğu aylarda, məsələn yayda açılsın. Ancaq bu barədə dəqiq məlumat yoxdur. Çexiyaya getmək istəyən azərbaycanlılar İstanbul, Kiyev və ya Moskvadan uçmalı olurlar”.

Sevgililər gününü İstanbulda qeyd edin

0

Sevgililər gününün yadda qalan edin.

3 gecə / 4 gün – CƏMİ 280 usd ( 2-nəfər 556 usd )

QİYMƏTƏ DAXİLDİR:
– Aviabilet ( gediş-dönüş )
– Otel (3 gecə/4 gün 3* )
– Qidalanma (səhər yeməyi )
– Səyahət Siğortası 
– Transfer

Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.
Əgər siz turu başqa tarixlərə istəyirsizsə, zəhmət olmasa, bizimlə əlaqə saxlayın


Əlavə məlumat üçün:
+994 12 564 60 30
?+994 50 664 60 30 ( Whatsapp )
?+994 55 664 60 30
?+994 70 664 60 30
? http://gotravel.az

? info@gotravel.az
Ünvan: Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Gördüyüm ən qeyri- adi 4 muzey

0

          Adlarina tez-tez rast                   gəlinməyən muzeylər

Muzeyləri gəzmək istənilən səfərin az qala mütləq sayıla biləcək atributlarındadır. Getdiyiniz şəhərin heç olmasa bir məşhur muzeyini ziyarət etməmiş qayıtmaq bağışlanılmazdır.  Luvr, Ermitaj və s. məşhur muzeylərlərlə yanaşı orijinal, turizm resurslarında adlarına tez-tez rast gəlinməyən muzeylər marağımı daha çox çəkir.Belələrindən dördünü sizinlə bölüşə bilərəm

      “Kino muzeyi”- Düsseldorf, Almaniya

Bu muzeyi ziyarət etmək üçün təkcə səyahətçi yox, həm də qatı kinoman olmalısınız. Şəhərdə belə bir muzeyin var olduğunu eşidən an anladım ki, onu görməmiş Düssledorfdan gedə bilmərəm. Film izləməyi, film çəkməyi, filmdə çəkilməyi sevən və arzulayan hər kəsin marağını oyadacaq eksponatlar var burada. Ən qədim eksponat 13-cü əsrə aiddir. Kinoproyektlər, kameralar, dekorasiya və kostyumlar arasında ziyarətçilər özlərini muzeydə yox, çəkiliş meydançasında hiss edirlər. Şəkil çəkməyə icazə vermirlər, amma mən cığallıq edib bir neçə kadr tutmuşdum. Şəkillərin keyfiyyətindən də gizlin çəkildiyi hiss olunur. Muzeyə giriş pulludur, qiyməti 10 avroya qədər olmalıdır.

 

 

     “Məsumiyyət muzeyi”, İstanbul, Türkiyə    

Bu muzey haqqında da kitab qurdları, xusüsən də müasir dövrün türk yazıçılarını oxuyanlar yəqin ki eşidiblər. Orxan Pamukun eyni adlı əsərinin adı daşıyan muzey konseptinə görə doğurdan da həyatımda gördüyüm ən maraqlı muzeydir. Əsərdə gənc adamın bir qadına olan dəlicəsinə eşqindən və illər boyu qadına aid olan hər şeyi (çəkdiyi siqaretlərin kötüyündən tutmuş saç sancağına qədər) toplamasından danışılır. İllərcə davam edən bu kolleksiya nəticəsində bir muzeylik əşyalar toplanır. Qəhrəman əsərin müəllifindən öz sevgisi haqqında belə bir roman yazmasını xahiş etməklə qalmır, həm də sevgilisinə aid yığdığı əşyaların toplandığı bir muzey açılmasını təşkil etməyi istəyir.  Masumiyyət muzeyi İstanbulun ürəyində, İstiklal caddəsindən biraz aşağıda yerləşir (bu da qəhrəmanın istəyi idi), giriş pulludır, hər gün saat 18.00-a qədər açıqdır. Muzeydə şəkil çəkməyə icazə verilmədiyi üçün fotolar internetdən götürülüb. Kitabı oxuyan və Orxan Pamuku sevənlər İstanbula ilk səfərlərində, məncə, ora getməlidirlər.

     

Bulqakovun ev muzeyi və ya “Dom Trubinıx”, Kiyev, Ukrayna

Sizin də stolüstü kitabınız bu gizəmli müəllifin “Master və Marqarita”dırsa və Bulqakov haqqında ucundan- qulağından xəbərdarsınızsa bu ağ-appaq muzey haqqında eşitməmiş olmazsınız. Muzeyin ikinci mərtəbəsində Bulqakovun şəxsi əşyaları, qonaq, yataq, iş otağı, əsərlərindən sitatlar, “Belaya qvardiya” romanına aid çoxlu xatirələr var. Bu başdan deyim ki, içəridə bələdçisiz gəzmək imkanı yoxdur, yaşlı bir xanım sizi öz arxasınca aparır və monoton səslə danışır. Bunun müsbət ya mənfi hal olması da adama görə dəyişir. Şəkil, video çəkməyə icazə verirlər, əsas odur işıqlandırma (flash) olmasın. Giriş hardasa 2-3 AZN-dir. Mənim diqqətimi muzeyin özündən çox Bulqakovun verandasında çay içmə mərasimi çəkmişdir, belə də adlanır- “Çayepitiye na bulqakovskoy verande”.

“Tullantıdan incəsənətə” və ya loru dillə zibil muzeyi, Bakı, Azərbaycan

 Bizim gözəl şəhərdə belə maraqlı muzey fəaliyyət göstərir 2015-ci ildən etibarən. Muzeydəki bütün eksponatların hazırlanmasında tullantı məhsullarından istifadə olunub. Tozsorandan tutmuş televizor pultuna kimi hər şeyi bir sənət əsərinə çeviriblər və çox da uğurlu alınıb. Burada görüntüdən başqa ətraf mühitin qorunmasına yönəlmiş ideya da alqışa layiqdir.  Muzey Qala qoruğunun ərazisində, Bakıdan сəmi 40 km aralıqda yerləşir, mənzilə yetişmək üçün şəxsi nəqliyyat, taksi və avtobusdan istifadə etmək olar. Giriş ödənişlidir, qiyməti simvolikdir və gördüklərinizə dəyir.

Haqqında danışdıqlarım isə bir nəfər də belə maraq oyatdısa nə xoş mənə.

 

Bəhram Bağırzadənin “Art in boxes” adlı sərgisi açılacağ

0

          ” Art in boxes” sərgisi

Yanvarın 26-da Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art İn Boxes” adlı fərdi sərgi açılacaq.Sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sərgidə Bəhram Bağırzadənin çəkdiyi karikaturalar və Bakının əks olunduğu fotolar sərgilənəcək.

Qeyd edək ki, Əməkdar Artist Bəhram Bağırzadə həm də fotoqraf-rəssam kimi tanınır. O, artıq 10 ilə yaxındır ki, Bakının yüz il bundan öncə çəkilmiş şəkillərindən ibarət kolleksiya toplayır. İxtisasça teatr rejissoru olan B.Bağırzadə 1992-ci ildən karikatura çəkir.

İstanbul turlarına endirimli kampaniya

0

Endirimli kampaniya…

Türkiyə Hava Yolları endirim kampaniyası təqdim edir :

Bakı – İstanbul – Bakı cəmi 359 azn

İstanbul – Bakı – İstanbul cəmi 299 azn

Qeyd :

-Satış tarixi :Yanvar ayının sonuna qədər – Qiymətə 8 kg əl yükü və 30 kg baqaj daxildir.

-Göstərilən qiymətə aviabiletlər hər tarix üçün yoxdur və yerlərin sayı məhduddur.

-Uçuşlar Türkiyə Hava Yolları ilə həyata keçirilir.

-Qiymətlər günün məzənnəsindən asılı olaraq dəyişə bilər.


Əlavə məlumat üçün :

☎️ +994 12 564 60 30

? +994 50 664 60 30(WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)

Tələsin möhtəşəm kampaniya?

Xüsusi adamların mərkəzi- Kuraj bazarı.

0

             Kuraj  bazarı

“Peçerskaya Lavra”, “Maydan Nezalejnosti” (Azadlıq meydanı), Kreşatik küçəsi, Sofiya kilsəsi (və digər çoxsaylı kilsələr), muzeylər, milli yeməklər olan restoranalar, əyləncəsi səhər saat 11-ə kimi davam edən gecə klubları- bunlar hamısı Ukraynanın paytaxtına üz tutmağa hazırlaşan turistərin getməyi nəzərində tutmuş yerlərdir. Ümumiyyətlə, Kiyev deyəndə ilk ağla gələnlərdir. Sözsüz, hamısı görülməyə dəyər, bəziləri hətta “must see” siyahısına da daxildir.

Avropalı turistlər

Lakin bu şəhərdə Azərbaycandan gedən heç kimin ağlına gəlməyən, avropalı turistlərin və yerli adamların isə çox sevdiyi bir yer var.Yazının adında da qeyd etdiyim kimi, bura xüsusi adamların məkanıdır. Məncə, dincəlməyi, əylənməyi bacaran, plastik qabda yeyib-içməkdən zəri tökülməyən, açıq havada torba kreslolarda əyləşib küçə musiqisini dinləyən, heyvanları, kitabları, vintaj əşyaları, şoppinqi, uşaqları, insanları sevənlərin cənnətidir. Kiyevin mərkəzindən on altı kilometr aralıqda yerləşən on iki hektar ərazini tutan bu möhtəşəm yer 2014-cü ildə yaradılıb və məqsədi dinindən, dilindən, milliyətində asılı olmayaraq, dəri rəngi, göz rəngi, saç rəngi, yaş, cins demədən hamının özü üçün nə isə tapa biləcəyi atmosfer qurmaqdır.

Məqsədlərinə də çatıblar, nə yalan deyim. Kimsə bura bit bazarında alışveriş etmək üçün, kimsə müxtəlif mətbəxlərin küçə yeməklərini dadmaq, kimisə musiqi dinləyib feyziyab olmaq üçün, bəziləri kitab oxumaq digərləri yeni insanlarla tanış olmaq üçün gəlir və ya bizim kimi ilk dəfə gələnlər hər şeydən biraz dadmağa can atır, xüsusən də yeməklərdən.

Kuraj bazarı

Kuraj bazarın ümumi konseptindən başqa hər ayın bir həfətəsonu müəyyən mövzuda tədbirlər keçirilir. Məsələn, biz olan həftəsonu əsas mövzu Kitab idi (necə də bəxtim gətirmişdi)- bir platformada böyük bir kitab sərgisi var idi, axşamkı yığıncaqda səhnədə kitab oxunurdu, bit bazarında kitab satışı çoxluq təşkil edirdi, hər tərəfdə balaca kitabxanalar qurulmuşdur.

Hər il burada əlli mindən çox kitab satılır. Başını hansı tərəfə döndərsən kitab görmək mümkündür. Ayaqqabıların arasında, köhnə çamadanın içində….Buradakı sərbəstlik, basabas olmasına baxmayaraq genişlik hissi, heç tanış olmadıqları halda ətrafdakılara doğma davranan adamların çoxluğu Kuraj bazarı cəlbedici edən əsas faktorlardandır. Qiymətlər isə gülünc dərəcədə ucuzdan başlayaraq kosmik dərəcədə bahaya qədər yüksəlir. Hər cibi görür yəni.

Kiyevə səfər

Əgər yaxın aylarda Kiyevə səfər planlayanlar mənim yazımdan həvəslənib Kuraj bazara getmək istəsələr, rəsmi saytlarına daxil olub gələcək tədbirlər haqqında məlumat ala bilərlər.

P.S. Bir neçə lazımlı informasiya: Giriş bir adam üçün 50 qrivendir (3 AZN), mərkəzdən avtobus, metro, taksi ilə getmək olar. Taksi ilə yol hardasa 15 dəqiqə çəkir, ödənişi 7-8 AZN təşkil edir. İçəridə özbək, meksika, çin, yapon, türk və başqa mətbəxləri yeməkləri, şərab, pivə, viski, kokteyllər, isti içkilər və sair satılan böyük yemək zonası var. Yemək qiyməti təxminən 25-30 manatdır. Ətrafında “Darınok” adlanan böyük ticarət mərkəzi var, hansından bazara birbaşa giriş var.

Sonda isə həmişə dediyim kimi, min eşitməkdənsə bir görmək yaxşıdır. Gəzin!