Ev Blog Səhifə 418

Fransanın ən gözəl qəsəbələri

0

fransa

Gəzdikcə zövq alacağınız qəsəbələr.

Fransaya səyahət edənlərin əksəriyyəti Parisi, Eyfel qülləsini görməyə can atır. Amma Fransada gəziləcək yerlər təkcə Parisdən ibarət deyil. Məsələn, Fransanın görməyə və gəzməyə dəyər, sözün əsl mənasında nağıllar aləmini xatırladan qəsəbələri var.

1.Rochefort-en-Terre

Daşdan və taxta-şalbandan tikilən evləri, rəngarəng çiçəkləri ilə Rochefort-en-Terre Fransanın ən çox turist qəbul edən qəsəbələrindəndir. Buradakı bir çox binaların 16-cı əsrə aid olduğu güman edilir.

2. Eze

Fransanın ən məşhur qəsəbələrindən biridir. Dar küçələr, qədim kilsələr, möhtəşəm Aralıq dənizi mənzərəsi hər il minlərlə turisti qəsəbəyə cəlb edir.

3. Etreta

Qəsəbə Fransanın Normandiya sahillərində yerləşir.

4. Rikvir

1400-dən çox sakini olan qəsəbə memarlığı və şərabları ilə tanınır.

5. Sen-Veran

Bu qəsəbədə həm yay, həm də qış turizmi üçün şərait var. Bu səbəbdən hər iki fəsildə də qəsəbədə izdiham olur.

6. Sant-Antonino

Dəniz səviyyəsindən 460 metr yüksəkdə olan bu qəsəbə “Qartal yuvası” adı ilə tanınır. Sant-Antonino memarlıq nümunələri ilə məşhurdur.

7. Rusiyon

Bu rəngarəng qəsəbə qırmızı binaları ilə məşhurdur.

8. Eqishaym

2013-cü ildə Fransanın ən bəyənilən kəndi seçilib.

9. Colmar

 

Təbiətdə istirahət üçün 2.5 kvadratmetrlik ev – Kanada

0

Memarlıq şirkətinin maraqlı ev layihəsi 

KANADA

Kanadada “The Little Cabin Company” memarlıq şirkəti rahat istirahət sevənlər üçün kiçik ev layihəsini hazırlayıb.

“Cobby” adlanan ev 9,6 kvadratmetr olmaqla, təbiət qoynunda istirahət üçün nəzərdə tutulur.

Evin sahəsi həddən ziyadə kiçik olduğundan Kanadada onun tikintisinə icazə tələb olunmur. Mənzilin işıqlandırılmasını işıq diodları təmin edir.

Belə evin qiyməti 19 min ABŞ dollarıdır.

 

Möcüzəvi “Şüşəli plyaj” – Amerika

0

ABŞ-ın Kaliforniya ştatında “Şüşəli plyaj” (Glass Beach) görənləri heyran edir

Amerikadakı möcüzəvi “Şüşəli plyaj”

ABŞ-ın Kaliforniya ştatında “Şüşəli plyaj” (Glass Beach) görənləri heyran edir

şüşəli plyaj

Ştatın Fort Bragg şəhərindəki bu plyaj 1949-cu ildən zibilxana kimi istifadə olunub. 18 il ərzində bu formada baxımsız qalıb. Daha sonra sahildə zərərli maddələr aşkar olunduğu üçün plyaj nəzarətə götürülüb.

Bu plyajın sahili tamamilə şüşədən ibarətdir. Plyajda qum, daş kimi şeylərə rast gələ bilməzsiniz. Şüşələrin illərcə okenanın sahili yumasından, yağış və küləyin təsirindən formalaşdığı deyilir.

Təbiətin özünü bərpası nəticəsində ərazi indi Təbii Qoruma Parkı (MacKerricher State Park) kimi fəaliyyət göstərir.

Plyaja girişə icazə verilsə də, şüşə götürmək qadağandır. Lakin üzərinizə baxış zamanı şüşə tapsalar, heç bir cərimə kəsilmir və onları geri alırlar. Qadağaya səbəb isə şüşələrdən zərgərlik məhsullarının istehsalında istifadə olunmasıdır.

Ərazidə 50-ci illərin zibil tullantılarının qalıqlarını az da olsa görmək mümkündür.

Fort Bragg şəhərinə yolunuz düşsə bu gözəl məkana baş çəkməyi unutmayın.

Gündə iki dəfə suyun altında qalan yol – Fransa

0

fransa

Fransadakı  Qois keçidi 

Fransadakı Qois keçidi adlanan 4,5 km-lik yol gün ərzində 2 dəfə suyun altında qalır.

Gezmeli.az-ın məlumatına görə, keçid Noirmoutier adası ilə Burnef körfəzini birləşdirir.

1840-cı ildən etibarən istifadəyə verilən yolun alternativi olmadığı üçün insanlar məcbur qalıb bu keçiddən istifadə edir. Yolu su basdığı zaman isə keçid 4 metr suyun altında qalır. Bu zaman suyun çəkilməsi bir neçə saat çəkir.

Bəzi hallarda isə insanlar yolu keçən zaman su basır və bu an ətrafda hazır gözləyən xilasetmə qrupları dövrəyə girir.

Azərbaycanda və xaricdə müalicəvi turların qiymətləri

0

Müalicəvi turlar

Azərbaycanda ildən-ilə tibbi turizmə maraq çoxalır. İnsanlar həm dincəlmək, həm gəzmək, həm də müalicə almaq üçün xarici ölkələrə üz tuturlar.

Bəs, görəsən, xaricdə və ya ölkəmizdə tibbi turizm paketlərinin hazırkı qiymətləri neçiyədir?

Turizm mütəxəssisi Ceyhun Kazımzadə deyir ki, Rusiyanın Yesentuki şəhərinə 2 həftəlik turun qiyməti 950 manatdan, Çexiyanın Karlovı Varı şəhərinə 1850 manatdan, Sloveniyanın Roqaşka Slatina şəhərinə 1800 manatdan, Macarıstanın Heviz şəhərinə isə belə turların qiyməti 1590 manatdan başlayır.
Azərbaycanda da tibbi turizm inkişaf etməkdədir. Turizm eksperti Ramiz Qafarov deyir ki, Masallı və Şabrandakı termal sular, Naftalan nefti, Naxçıvandakı duz dağı dünyadakı ən ideal müalicə və istirahət yerlərindən sayılır.

Skandinaviyanın Nağıl kimi evləri

0

Skandinaviya

Nağılları həqiqətə çevirən görüntülər.

Skandinaviyada ənənəvi memarlığın bir parçası olan “canlı yaşıl damlar” ölkənin gözəlliyinə ayrı bir rəng qatır.

Çevrə baxımından diqqət çəkici özəlliyi ilə seçilən Skandinaviya ölkələri  olduqca çox olan yaşıl evlər nağılları xatırladır.

Bu torpaq damlar yalnız gözəllik bəxş etməklə qalmır, evlərin qışda isti, yayda sərin qalmasına kömək edir, enerjiyə qənaət etməyə imkan verir, təmiz hava ilə təmin edir.

Bu ölkədə çəmənliklə örtülü damlara o qədər əhəmiyyət verilir ki, hətta hər il ən gözəl yaşıl dam yarışması keçirilir və qalibə bahalı hədiyyələr təqdim olunur.

Norveç, İslandiya, Faroe adaları və başqa skandinav ölkələrdə bu evlərdən çoxdur.

Evlərın görüntüsü belə insanı rahatdaşdırır.

Əsl qış nağılı yaşaya biləcəyiniz 6 yer

0

QIŞ TURİZMİ

Yeni bir ildə əsl qış nağılı yaşaya biləcəyiniz yerlər.

 1. Şahdağ, Qusar, Azərbaycan

2. Kazbeqi, Gürcüstan

3. Dombay, Qaraçay-Çərkəs Respublikası, Rusiya

4. Abant gölü, Bolu, Türkiyə

5. Tallin, Estoniya

6. Transilvaniya, Ruminiya

 

Bakıda at çapmaq neçəyə başa gəlir? – Qiymətlər

0

Atçılıq Mərkəzləri

Şübhəsiz ki, ata minmək bir çoxlarının ən çox sevdiyi əyləncələrdən biridir.

Bakıda fəaliyyət göstərən atçılıq klublarını araşdırıb. Bəzi klublarda uşaqlar üçün atların yarım saatının qiyməti 10 manat, böyüklər üçün isə 20 manatdır. Orta hesabla isə qiymətlər 15-60 manat arası dəyişir.

Bakıda fəaliyyət göstərən atçılıq klublarını təqdim edirik:

1. Binə Atçılıq Mərkəzi

Ünvan: Binə qəsəbəsi, Mərdəkan şossesi, Binə Atçılıq Mərkəzi

2. Elit Atçılıq və Polo Klubu

Ünvan: Binə qəsəbəsi, Mərdəkan şossesi, Binə Atçılıq Mərkəzinin yanı

3. Günay AİK

Ünvan: Azadlıq pr. 144A

4. Sərhədçi Atçılıq İdman Klubu

Ünvan: Novxanı qəsəbəsi, 2017 saylı h/h.

5. Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

Ünvan: Akademik Ziya Bunyadov küçəsi, 36a

6. Murad Atçılıq İdman Klubu

Ünvan: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə

7. Omar Atçılıq İdman Klubu

Ünvan: Abşeron rayonu (internetdə klubla bağlı sadəcə bu ünvan mövcuddur – red.)

8. Arzu Atçılıq İdman Klubu

Ünvan: Nərimanov rayonu, Bakı Cıdır Meydanı

9. Gilan Atçılıq İdman Klubu

Ünvan: Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan

10. Kövsər Atçılıq İdman Klubu

Ünvan: Sabunçu rayonu, Pirşağı şossesi

11. Polad Polo Klubu

Ünvan: Səbail rayonu

Qeyd edək ki, klublar barədə məlumat Azərbaycan Respublikası Atçılıq Federasiyasının (AFAR) saytından götürülüb.

Azərbaycan vətəndaşlarının turizm sevgisi

0

Azərbaycan vətəndaşlarının xarici turizm ölkələrə marağı artıb.

Ötən il Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 006,2 min nəfərdir. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 4 095,8 min nəfər olub.

Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 1 921,9 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib. Onların 668,8 min nəfəri istirahət, əyləncə turizmi, 632,3 min nəfəri işgüzar turizm, 36,5 min nəfəri müalicə turizmi, 11,5 min nəfəri dini turizm məqsədilə ölkəyə gəlib.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 3 256,2 min nəfərinin səfərinin məqsədi turizm olub. Onların 1 045,2 min nəfəri istirahət, əyləncə turizmi, 1 045,2 min nəfəri işgüzar turizm, 140,0 min nəfəri müalicə turizmi, 133,5 min nəfəri dini turizm məqsədilə xaricə gedib.

Azərbaycana gələn xarici ölkə vətəndaşları arasında Rusiya, Gürcüstan və İran ilk 3 yeri tutur. Ötən il Azərbaycana Rusiyadan 685 555 (2014-cü ildə 843 851). Gürcüstandan 571 648 (2014-cü ildə 699 532), İrandan 149 600 (2014-cü ildə 131 179) nəfər gəlib.

Azərbaycanda vertolyotla səyahət

0

Azərbaycanda turistlər üçün vertolyotla səyahət mümkün oldu

Silk Way Helicopter Services (SWHS) aviaşirkəti səyahət həvəskarlarına vertolyotla səyahət təklif edir.

Şirkətdən verilən məlumata görə, aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.

SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A və Augusta Westland AW-139 kimi müasir və komfortlu vertolyotlar daxildir. Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar. Vertolyot turu təkcə sürət hissindən zövq almağa deyil, eyni zamanda adi yerləri yeni rakursdan görmək və şəklini çəkmək, həmçinin başqa nəqliyyat vasitəsi ilə getməyin mümkün olmadığı yerlərə getmək üçün unikal imkan yaradır.

SWHS aviaşirkətinin saytında vertolyotların onlayn sifarişi xidmətindən istifadə etmək (http://www.swhs.az/az/online-booking) mümkündür.

Gəzintinizi bu üsulla daha maraqlı edə bilərsiniz.