Ev Blog Səhifə 417

Otellərdəki 7 ən çirkli əşya

0

Otellərdə ən çirkli əşyalar

Səyahətə çıxarkən özünüzlə antibakterial salfetlər aparın. Siz həmişə nədənsə şübhələnirdiniz, deyilmi? Otel nömrələrindəki ideal təmizliyin arxasında nəyin gizlənidiyi yəqin ki, sizə maraqlıdır.

Ən sadə otel nömrələrində olan ən çirkli əşyaların siyahısını təqdim edirik:

Pultlar

Məsafədən idarəetmə pultları – bağırsaq çöpləri və stafilokokun müxtəlif növləri üçün ideal ev. Bəzən onlar o qədər çirkli olur ki, onlara toxunmaq belə təhlükəlidir.

Elektrik açarları (işıq yandırıb,söndürən), telefonlar və kranlar

Onlar da müxtəlif bakteriyalarla qaynayırlar. Bu bakteriyalar insanlarda qaşınma və qıcıqlanmaya səbəb ola bilər. Hər şeyə səbəb keyfiyyətsiz təmizləmədir. Bu əşyaların heç təmizlənməməsini təsəvvür etmək isə ümumiyyətlə dəhşətlidir.

Fincanlar və stəkanlar

Belə görünür ki, xadimələr onları sadəcə su ilə yaxalayır və dəsmalla silir. Bəli, heç bir təmizlik vasitəsi olmadan. Bununla barışın. Hətta stəkanların üstünü örtən kağız salfetlər də çox təmiz olmaya bilər.

Hamam otaqları

Hotel sakinlərinin çoxu hamam otaqlarında saçlara rast gəlirlər, özü də bu, onların öz saçı olmur. Bundan başqa, təmizlik üçün bəzən çox zərərli kimyəvi vasitələrdən istifadə olunur. Daha sonra bu vasitələr heç tam yuyulmur. Bəzən isə hamamla tualet otağını eyni əski ilə silirlər.

Çarpayılar

 

Yoxlanılmış hotellərin təmizlik qrafikinə əsasən, yataq örtüyü və yorğanlar hər 3 aydan bir təmizlənir. Bəli, bəli, hər 3 aydan bir. Şkaflardakı ehtiyat yorğan isə hotelin istifadəyə verilməsindən bəri təmizlənməyə bilər. Bəs sizin üzünüz yastıqla nə qədər vaxt təmasda olur? Bu barədə ümumiyyətlə düşünmək lazım deyil.

Pərdələr

Onların qüsursuz olması barədə heç düşünməyin. Etiraf edin ki, pərdələri təmiz saxlamaq o qədər də asan deyil. Belə ki, onları çıxarmaq, yuyub, sonra yerinə asmaq lazımdır. Buna görə bəzi hotelçilər onlara ümumiyyətlə dəyməməyə üstünlük verirlər. Uzun müddət təmizlənməyən pərdələr isə bir müddətdən sonra hər cür qurd və hörümçək üçün yuvaya çevrilir.

Masa üstləri və digər səthlər

Onlar da hamam otaqları kimidirlər. Xadimələr tələsirlər. Onlara az məvacib ödənilir. Buna görə, xadimələr tələsik bütün səthləri eyni əskiylə silirlər – əvvəlcə hamam otağını, sonra masaları və digər səthləri. Yaxud da əksinə.

Bu şəhərdə yalnız yaradıcı insanlar yaşayır

0

Yaradıcı insanların yaşadığı ölkə

Siyasət və iqtisadiyyat – dünyanın hər yerində müasir ictimaiyyətin yaşadığı və yaşatdığı əsas problem bax, budur. Və planetimizdə Aurovil adlı eksperimental bir şəhərin varlığından da çox az adam xəbərdardır. Şəhər YUNESKO-nun himayəsi altındadır. Burada müxtəlif millətlərin heç bir qayğısı olmayan insanları yaşayır. Aurovildə həyat ilk baxışdan cənnət nağıllarını xatırlatsa da, əslində, burada heç də hər şey sadə və zəhmətsiz başa gəlmir.

Aurovil Hindistanın cənubunda yerləşir. Şəhər sosial eksperiment məqsədi ilə 1968-ci ildə salınıb. Dünyanın müxtəlif ölkələrindən, müxtəlif dünyagörüşünə və fərqli dini inanca sahib insanların bura axışıb gəlmə səbəbi, hər kəsin bəyənib qəbul edəcəyi yüksək dəyərə malik bir cəmiyyət qurmaqdır. Şəhərin yerli sakinləri olan hindlilərlə bərabər, burada amerikalılar, avropalılar, ruslar və digər millətlərin mənsubları da yaşayır. Daimi sakinlərin sayı iki min nəfərdən çox deyil.

Aurovildə yaşayan insanları birləşdirən əsas qayə, mənəvi təcrübəyə maraq və özünü tanıma hissidir. Sevindirici haldır ki, şəhərin yaşam ritmi tələsmir, daxili bəşəri inkişafa və özünütanımağa zaman ayırır, mənzərəli təbiət isə düşüncə və təfəkkürün aydınlanmasını təmin edir.

Aurovil

Aurovildə yaşamaq o qədər də sadə deyil. Birincisi, bura qapalı cəmiyyətdir. Burada gəlmələrə xüsusi münasibət bəslənilir: başqa ölkədən köçüb gələnlərin şəhərdə bir il sərbəst yaşamaq hüququ var (təbii ki, ev almaq şərtilə). Bu bir illik zaman dilimində, yerli əhalidən ibarət icma “gəlmə”nin burada yaşaya biləcəyinə və ya şəhəri tərk etməli olduğuna dair qərar qəbul edir. Aurovildə diqqətdən kənar yaşamaq mümkün deyil, çünki hər kəs bir-birini tanıyır. İkincisi, bu şəhərdə yaşayan öz qayğısına qalmağı bacarmalı və özünə uyğun bir iş tapmalıdır. Şəhər öz-özünü hər şeylə tamamilə təmin edir, buna görə də Aurovil sakinlərinin böyük əksəriyyəti şəxsi sahibkarlıq subyektlərinə malikdir. Üçüncüsü isə, bu şəhərdə yaşamaq istəyənlər avtomobil və informasiya texnologiyalar kimi vərdişlərindən imtina etməli olurlar. Çünki Aurovildə avtomobildən istifadə olunmur. Şəhərə yalnız turist və gəlmələri gətirən xüsusi taksilərin girişinə icazə verilir.

Bu şəhər həyatı, zahiri sadəliyinə baxmayaraq çox mürəkkəbdir. Burada zaman günün böyük hissəsinə düşən rahatlıq, sakitlik ilə müşayiət olunur və bütün gün ərzində sevdiyin iş ilə başını qatmağa münbit zəmin mövcuddur. Aurovildə yaşayan insanların əksəriyyəti rəssamlar, yazıçılar, yaradıcı məsləkin mənsublarıdırlar. Onlar üçün gizlilik-xəlvətilik, sakitlik əsas şərt və yeganə istəkdir.

Hindistanın Aurovil şəhəri bir fenomendir. Şəhər ən çox 50 min nəfər insan üçün nəzərdə tutulub. Güman edilir ki, Aurovil yeni nəsil cəmiyyətin formalaşması üçün uğurlu model ola bilər. Təcrübənin nə qədər uğurlu olacağını zaman göstərəcək. Hal-hazırda burada yaşayan insanlar çox xoşbəxt olduqlarını deyirlər.

Qeyd edək ki, burada turislər üçün sirli və maraqlı məkanlar da kifayət qədərdir.

Ən gözəl mətbəxi olan ölkələr

0

Ən dadlı yeməklər bu ölkələrdədir.

Getdiyimiz ölkələrdə gəziləcək yerlər, qalacağımız otel və ya turizm obyektləri ilə yanaşı nə yeyəcəyimiz də önəmlidir. Bu səbəbdən seçdiyimiz ölkənin yeməkləri ilə əvvəlcədən maraqlanmağımızda fayda var. Yoxsa Allah qorusun qurd-quş yemək məcburiyyətində qalarıq ? …

Ən gözəl mətbəxi olan ölkələrin siyahısını sizə təqdim edirik…

1. Livan

Xörəklərində ətdən nisbətən az istifadə edirlər. Livan mətbəxində tərəvəz xörəkləri daha çox üstünlük təşkil edir.

2. Yunanıstan

Yunan mətbəxində zeytun yağı, tərəvəz və ədviyyatlardan bol istifadə edilir. Yunan restoranlarında ölkənin qədim mətbəx mədəniyyətini də görmək fürsəti əldə edə bilərsiniz.

3. İspaniya

Xörəkləri daha çox balıq və ətdən hazırlanır. Tərəvəz də ispan yeməklərinin türklərin təbirincə desək “vazkeçilməz”idir.

4.Yaponiya

Yapon yeməkləri demək olar ki bütün dünyada tanınır. Dünyanın bütün ölkələrindəki restoranlar içərisində Tokio restoranları xüsusilə seçilir.

5. Meksika 

Meksika mətbəxi bol ədviyyatlı və acılı yeməkləri ilə məşhurdur.

6. Hindistan

Dünyanın çeşidli yeməklərlə zəngin olan ölkələrindəndir. Hindistanda vegeterian yeməkləri ilə yanaşı quzu, toyuq, balıq, qoyun və keçi ətindən hazırlanan xörəklər də çoxdur. Yeməklər adətən əl ilə yeyilir. Ayrıca bu ölkənin insanları xörəyi masada yox, yerdə yeməyi sevir.

7. İtaliya

Bütün italyan yeməkləri zeytun yağından hazırlanır. İtaliya mətbəxində 400 pendir və 300-dən çox sous çeşidi mövcuddur.

8. Fransa 

Fransanın pendiri və şərabları məşhurdur. Məsələn, ölkədə pendir çeşidləri 1000-dən çoxdur. Restoranların sayının çox olduğu ölkənin paytaxtı Parisdə 5 min restoran var.

Yaşayış üçün ən yararlı şəhər seçildi

0

Yaşayış üçün ən yararlı şəhər artıq məlumdur.

Avstraliyanın Melburn şəhəri yaşayış üçün ən yararlı şəhər adına sahib çıxıb.

“Economist Intelligence Unit” təşkilatının apardığı araşdırmaların nəticələrində belə göstərilir.

Belə ki, təşkilatın ekspertləri bir sıra kateqoriyalar üzrə 140 yaşayış məntəqəsini qiymətləndirib. Xüsusilə səhiyyə, ekoloji şərait, təhsilin vəziyyəti kimi meyarlar nəzərə alınıb. Nəticədə ilk “onluq”dakı şəhərlərdən 6-nın Avstraliya və Kanadada yerləşdiyi məlum olub.

Sıralamada ikinci yerdə Vyana (Avstriya), üçüncü sırada isə Vankuver (Kanada) qərarlaşıb.

Yaşayış üçün ən yararlı şəhərlərin “Top-10″luğuna daxil edilən digər şəhərlər isə bunlardır: Toronto, Kalqari (hər ikisi Kanada), Adelaide, Pert (hər ikisi Avstraliya), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).

Sofiaya da möhtəşəm səyahət turu

0

Ən münasib qiymətlərlə Avropa turu

??Sofiaya səyahət??

7gecə /8gün – – Cəmi 239 usd


Qiymətə daxildir:

-Aviabilet (gediş-dönüş)

-Otel (7gecə /8gün)

Qidalanma (səhər yeməyi)

-Səyahət sığortası


Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.

Əlavə məlumat üçün:

☎️+994 12 564 60 30

? +994 50 664 60 30 (WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan:Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı)

Möhtəşəm səyahət üçün tələsin…

 

Kiyevdə qış səyahət turu – Fevral

0

Kiyevə möhtəşəm səyahət turu

Viza problemi yaşamadan əyləncə dolu qış turu

??Kiyevə səyahət??

7 gecə/8gün – – Cəmi 318 usd


QİYMƏTƏ DAXİLDİR:

-Aviabilet(gediş-dönüş)

-Otel(7gecə/8gün)

-Qidalanma (səhər yeməyi)

-Səyahət sığortası


 

Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.

Tur fevral ayı üçün nəzərdə tutulmuşdur. Əldə etmək üçün tələsin.


Əlavə məlumat üçün :

?+994 12 564 60 30

? +994 50 664 60 30 (WhatsApp)

?+994 55 664 60 30

? +994 70 664 60 30

? http:/gotravel.az

? info@gotravel.az

Ünvan :Fətəli Xan Xoyski 85(Gənclik metrosunun çıxışı)

Tələsin… Möhtəşəm olacaq?

 

İstanbula Novruz turu

0

Ah İstanbul…

Novruz bayramını İstanbulda  ən ucuz qiymətə bizimlə kəşf edin.

3 gecə /4 gün – – Cəmi 270 usd


Qiymətə daxildir:

-Aviabilet(gediş – dönüş)

-Otel (3 gecə – 4 gün*3)

-Qidalanma(səhər yeməyi)

-Səyahət sığortası

-Transfer

Qeyd edək ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.

Ödənişlər yalnız manatla günün məzənnəsinə uyğun olaraq qəbul edilir.

Əlavə məlumat üçün :

☎️+994 12 564 60 30

? +994 50 664 60 30 (WhatsApp)

? +994 55 664 60 30

? +994 70 664 60 30

? http://gotravel.az

? info@gotravel.az

Ünvan: Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı)

 

Quba – cənnət məkan

0

Qubanın alması…

Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin təbiətinə görə, Quba turistlərin ən sevimli yerlərindən biridir.

Quba qədimdən bəri simvoluna çevrilən almaları ilə tanınır. Bundan başqa, Quba tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var. Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Xeyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.

Qubanın ən gəzməli 6 yerini təqdim edirik:

Quba

Xınalıq kəndi

Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə – red.). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çoxlu bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir.

Afurca şəlaləsi

Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Rayon mərkəzindən 42 km məsafədə yerləşir. Afurca sözünün mənası “Abifirucəstə”, yəni “Yuxarıdan tökülən su” deməkdir. Hündürlüyü 60 metrdir. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə olunur.

Təbii Minarə

Qrızdəhnə yolunun başlanğıcında, Qudyalçayın daş qayanı dəlib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır.

Çənlibel gölü

Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km məsafədə yerləşir və görənlərə “Göygölü” xatırladır.

Qəçrəş

Quba rayonunun ən böyük kəndlərindən biridir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. Ərazisi hər tərəfdən meşə ilə örtülüb. Çoxlu təbii bulaqları var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil ağacları var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlara da sıx-sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudyalçayda isə balıq tutmaq mümkündür.

Təngəaltı

Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası “Dağ arası yer”deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. 2 dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda “Qaçaq Mayıl”ın mağarası diqqət çəksə də, oraya çıxmaq sadəcə peşəkar dağçıların işidir.

Quba

Azərbaycanımızın hər bir yeri cənnətdir❤️

 

Dünyanın ən kiçik muzeyi

0

Mini – muzey

Dünyanın ən kiçik muzeyi  2016-cı ildə Böyük Britaniyanın Yorkşir qraflığındakı telefon köşkündə istifadəyə verilib.

Warley adlanan muzeydə şəkillər, eynəklər və zinət əşyaları sərgilənir.

Mini muzey

Muzeyə yalnız bir nəfər girə bildiyi üçün adının Ginnesin Rekordlar Kitabına düşməsi gözlənilir.

Muzeyin əsərləri hər 3 aydan bir dəyişdiriləcək. Yaxın vaxtlarda daha 40 telefon köşkünün muzeyə çevrilməsi planlaşdırılır.

AZƏRBAYCANDA HALAL HOTELLƏR QARŞISINDA QOYULA BİLƏCƏK TƏLƏBLƏR AÇIQLANIB.

0

Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb.

Bu tələblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Halal idarəetmə sistemi-Hotellər” adlı dövlət standartı layihəsində öz əksini tapıb.

Layihənin müəlliflərindən biri – Azərbaycan Menecment və Turizm Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov Trend-ə bildirib ki, layihəyə əsasən, mehmanxanada ibadət etmək istəyənlər üçün dəstəmaz alma yeri və kifayət qədər böyüklükdə namaz otağı və ya məscid olmalıdır. Dəstəmaz alma yerləri (kran, çanaqlar və s.), kişilər ilə yanaşı, qadın və uşaqların da fiziki quruluşuna uyğun olmalıdır:

“Qadınlara aid hissədə açıq qapıdan içəridəki şəxslərin görünməsini istisna edən qabaqlayıcı tədbirlər (arakəsmə və s. quraşdırılması) görülməlidir. Məscidlər və ya namaz otaqları, ətrafdan gələ biləcək səs-küyü və musiqi səsini keçirməyəcək formada izolyasiya edilməlidirlər. Mehmanxananın istirahət otaqlarında aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim, qiblə istiqaməti göstəricinin otaqda olduğu yeri (siyirmə içi, şkaf içi, otağın tavanı və s.) və məscidin/namaz otağının yeri (yerin planı və s.) Azərbaycan dili ilə yanaşı, ən azı ərəb, ingilis dillərindən birində ifadə edilən elan olmalıdır”.

R.Səfərov əlavə edib ki, layihəyə əsasən, cümə namazının mehmanxananın məscidində, namaz otağında qılınmaması halında namaza getmək istəyənlərin yaxınlıqdakı məscidlərə daşınması üçün kifayət qədər xidmət vasitəsi olmalıdır. Budan başqa, azan oxunarkən hotelin məscidi və ya namaz otağına yaxın yerlərdə musiqi səslənməməlidir.

R.Səfərov qeyd edib ki, mehmanxana otaqlarında qiblə istiqamətini göstərən işarə olmalı, hər otaqda aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim və bir “Qurani Kərim” və ya “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməsi və səccadə (canamaz) saxlanılmalıdır. Lift və ya dəhlizlərdə namaz vaxtlarını və məscidin yerini göstərən elanlar (məlumat qeydi, yerləşmə planı və s.) olmalıdır.

Qeyd edək ki, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.