Ev Blog Səhifə 419

Azərbaycanın 5 gözəl kəndi – Fotolar

0

Gözəl kəndimiz

Azərbaycan Kənd həyatı, kənd turizmi deyəndə ya ağlımıza Qubanın Qəçrəş kəndi gələcək, ya da Qusarın Ləzə kəndi…Ən yaxşı halda isə Şəkinin Kiş kəndi. Sözsüz ki, bunlar gəzməyə və görməyə dəyər yerlərdir. Amma bəzən fərqli məkanları da kəşf etmək, qoyulan çərçivədən çıxmaq lazımdır. Yəni turizm cənnətini uzaqlarda axtarmaqdansa, arada geri dönüb öz ölkəmizə də baxmağımız məsləhətlidir.

Azərbaycanda bir-birindən gözəl elə kəndlər var ki, diqqətdən kənarda qalıb. Buna görə də əhalinin əksəriyyəti həmin yerləri tanımır.

Hazır qış mövsümikən, sizə unudulmuşlar kateqoriyasından olan bir neçə kəndi təqdim edirik:

Sudur kəndi, Qusar

Qusar

Qusarın ən son kəndidir. Dəniz səviyyəsindən 1800 m hündürlükdə, Şah dağının ətəyində yerləşir. Sudur füsunkar təbiətə sahibdir. Burda, dağ-turizm istirahət və sağlamlıq turizm zonasının yaradılması üçün şərait var. Əgər şəraiti dəyərləndirilərsə, Sudura turist axını olacağı istisna edilmir. Siz isə bir gün potensialı dəyərləndiriləcək deyə gözləməyin. Əgər diqqətinizi cəlb edirsə, ilin istənilən dövründə gedib dincələ bilərsiniz.

Zeyvə, Şabran

Şabran

Rayon mərkəzindən 30-35 kilometr uzaqlıqdadır. Sıx meşələrin qoynunda, ucqar dağ kəndidir. Zeyvə turistik baxımdan elə bir sərvətə malikdir ki, ucqar olması gözə belə görünmür. Belə ki, kənddən bir qədər aralıda Göygölün keçik forması olan Əmbil gölü var. Kənddə çox sayda bulaq və şəlalələr də var.

Qum kəndi, Qax

Qax

Bəlkə də bir çoxlarınıza bu kəndin adı da, havası da məlumdur. Sözsüz ki, tanımayanlarınız da var. Bilməyənlər üçün deyək ki, Qum Qaxın ən qədim kəndlərindəndir. Qum kəndi mərkəzdən 8 km aralıda, Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. Kənd ərazisindən Ərdəva dağ çayı axır. Dağ ətəkləri sıx meşə ilə örtülüb. Burada Qafqaz Albaniyasına məxsus qədim məbəd də var.

Novoivanovka, Gədəbəy

Gədəbəy

Gədəbəydə molokanların məskunlaşdığı 3 kənddən biridir. Rayonun sonuncu sərhəd kəndidir. 80-ci illərin sonlarında başlanan mübaribə ilə burada məskunlaşan rusların (molokanların) çoxu kəndi tərk edib .Hazırda kənddə təqribən 18-23 molokan yaşayır. Novoivanovka dəniz səviyyəsindən 1391 metr hündürlükdə yerləşir və əhalisi 1668 nəfərdir. Nəzərə alsaq ki, Novoivanovkada ən isti ay avqustdur, hazır ay yenicə başlamışkən, məlumatı dəyərləndirin deyirik.

Sım kəndi, Astara

Astara

Astaranın mütləq görülməsi gərəkən, ən yüksək dağ kəndidir. Sıma aparan yol çox yorucudur. Amma ətraf o qədər gözlədir ki, çətinlikə qət edilən yol gözə görünmür. Kənddə tərkibi minerallarla zəngin 50-yə yaxın təbii bulaq, hündürlüyü 25-30 metrə çatan 2 şəlalə var.

Bir sözlə dağ kəndində, gözəl istirahət edə biləcəyinizə və əsl kənd həyatı yaşayacağınıza əmin ola bilərsiniz.

Azərbaycanın 6 ən gözəl yaylağı

0

6 ən gözəl yaylağımız

Dünyanın yaylaq turizmi ilə nisbətdə Azərbaycanda bu sahə bir o qədər də inkişaf etməyib. Nə yalan deyək? Azərbaycanlı biznesmenlər yaylaqların heç üzünə də baxmaq istəmirlər. Ona görə də turizm infrastrukturu baxımından kəşf edilməmiş ərazilər kimi qalır. Sözügedən yaylaqları , bölgəyə yaxın olanlar, nisbətən də şəhər sakinləri tanıyır.

Amma bilirik ki, dünyada bu tip əraziləri turizm cənnətinə çevirirlər. Hər il milyonlarla turist qonaq olur. Gecələməyə otelləri, qidalanmağa restoranları var. Bizdə isə bir zamanlar xanların, bəylərin vazkeçilməz istirahət yerləri olan yaylaqlarda demək olar ki, şərait sıfıra bərabərdir.

Amma biz bunları ümidinizi üzəsiniz deyə, demirik. Azərbaycandakı yaylaqların bir şəklinə baxmağınız kifayətdir ki, internetdə kamp çadırları sifarişinə başlayasınız.

Virtual tura hazır olun, sizə Azərbaycanın bir-birindən gözəl 6 yaylağını təqdim edirik:

Şah yaylağı, Quba

Quba

Xınalıq kəndindən 14 km məsafədə yerləşir. Xınalıq kəndi sakinləri adıçəkilən yaylağa atla turlar təşkil edir.

Şahnabat yaylağı, Qusar

Qusar

Yaylaq 3000 metr yüksəklikdədir. Bura da atla turlar təşkil edilir. Didər yaylaqlar kimi Şahnabatın da dağ otaqlarına əhali öz sürüsünü gətirir.

Xan yaylağı, Şəki

Şəki

Bura Şəki xanlarının yay aylarında yaşayış yeri olub. Qədim dövrlərdə istilər düşən kimi xan öz ailəsini, xidmətçilərini də götürüb bura dincəlməyə gələrmiş. Düz soyuqlar başlayana qədər onlar bu yaylaqda qalırmış. Xanların seçimi olan bu yaylağın havasını da, suyunu da özünüz təsəvvür edin.

İvanovka yaylası, İsmayıllı

İsmayıllı

Göyçay-Dəvəbatan çayları arasında dəniz səviyyəsindən 500- 800 metr yüksəklikdə yerləşir.

Xoşbulaq yaylağı, Daşkəsən

Daşkəsən

Burada hər tərəf apreldən oktyabrın sonlarınadək yamyaşıl olur. Odur ki, yaylağa getmək üçün kifayət qədər vaxtınız var. Xoşbulaqda 50-yə yaxın bulaq var. Lakin ərazidə heç bir turizm infrastrukturu yoxdur. Sadəcə eyniadlı kəndin camaatı öz gəlirlərini təmin etmək məqsədilə öz kiçik məkanlarında turistləri samovar çayı və kababa qonaq edirlər.

Toğana kəndi

Bütün Gəncə camaatının yaylağı bura hesab edilir. Kürəkçayın sahilindən başlayaraq, yuxarıya doğru uzanan yüksək dağ kəndidir. Turistlər bura çox getdiyindən, yayda yalan olmasın, iynə atsan yerə düşmür. Ona görə də kirayə evlərin qiyməti baha olur. Deməsi bizdən, tətbiq etməsi sizdən : Özünüzə mütləq kamp çadırı alın.

Azərbaycanımızın hər bir yeri cənnətdir. Virtual səyahətimiz bu qədər.Yay mövsümü üçün ağlınızın bir küncündə saxlayın.Sağlıqla qalın❤️

Təyyarədə pulsuz ala biləcəyiniz 10 əşya

0

Pulsuz ala biləcəyiniz 10 əşya?

Təyyarə ilə səyahət edən sərnişinlərin bəlkə də əksəriyyətinin xəbəri yoxdur ki, onlar təyyarədə indiyədək adət etdiklərindən əlavə xidmətlər də ala bilərlər. “Reddit” sosial şəbəkəsində stüardessalar hər sərnişinin bilməli olduğu bəzi sirləri bölüşüblər.

Təyyarədə pulsuz ala biləcəyiniz 10 əşyanı təqdim edirik:

1.Bir şüşə qazlı içki

Qazlı içki

Stüardessalar bəzən sərnişinlərə yarım şüşə içki və az sayda buz parçaları paylayır, bu da çox zaman bütün yol boyu sərnişinlərin susuzluğunun yatmasına kifayət etmir. Növbəti dəfə onlardan bütün şüşəni xahiş edin. Stüardessa sizə kömək etməyə şad olacaq və əgər içkisi bitibsə, yenisiniz gətirəcək.

2. İsti şokolad

İsti şokolad

Qəhvə və ya çaya alternativ olaraq, aviaşirkətlərin əksəriyyəti sərnişinlərə isti şokolad təklif edirlər. Misal üçün, ekonom sinifdə bu içkini “Etihad Airways” və “Southwest Airlines” təklif edir. Avstraliyanın “Qantas” şirkəti isti şokoladı “Cadbury” konfetləri ilə birlikdə təklif edir.

3. Uşaqlara müvəqqəti nəzarət

Uşaqlara nəzarət

Uşaqlarla səyahət edən valideynlərə bir neçə dəqiqəlik yerindən ayrılmaq lazım olur. Bu zaman stüardessalar sizə uşaqlara nəzarət etməklə yardımçı olacaqlar. “Etihad Airways” sərnişinlərinə “uçan dayə” xidmətini təklif edir. “Uçan dayə” uşaqları əl işi, kukla teatrı və ya fokuslarla məşğul edir. “Gulf Air”də isə “səma dayəsi” xidməti var? burada dayələr uşaqların təyyarəyə minib-enməyinə kömək edirlər.

4. Nəm salfetlər

Nəm salfetlər

Təyyarələr – çirkli, mikrob mühitli yerdir, ona görə əgər siz, misal üçün, açılan masanın üzərini silmək istəsəniz, lakin salfetiniz yoxdursa, onu stüardessadan istəyə bilərsiniz. Salfetlər həmişə stüardessaların əlinin altında olur.

5. Manikür dəsti

Manikür dəsti

Bəzi aviaşirkətlər uzun uçuşlar üçün bəzi faydalı əşyalar saxlayır: qələmlər, daraqlar və hətta oyun kart dəsti – və onlarla bölüşməyə hazırdırlar. “Virgin Atlantic” şirktəti ekonom sinif uçuşlarında sərnişinlərə pulsuz yol dəstləri verir. “Etihad” şirkətində də həmçinin, belə dəstlər var – uzun uçuşlar üçün nəzərdə tutulan bu dəstlərə corablar, diş fırçası, diş məcunu və qulaq tıxacları daxildir.

6. Əlavə qəlyanaltılar

Əlavə qəlyanaltılar

Sərnişinlərə uçuş zamanı təklif olunan qəlyanaltılar adətən çox kiçik olur. Sadəcə ikinci porsiya istəyin – və əgər, sərnişinlər hamısını yeməyiblərsə, sizə daha bir porsiya verəcəklər.

7. Alkoqol

Alkoqol

Günümüzdə aviaşirkətlər sərnişinlərdən demək olar ki, hər asqırığa görə pul almağa çalışırlar, ona görə, bu təklfin alkoqollu içkilərə aid olmağı da məntiqlidir. Lakin bir çox aviadaşıyıcılar əvvəlki kimi pulsuz içkilər təklif edirlər. “Finnair”də pulsuz pivə və şərab, “Lufthansa”da isə hətta şampan təklif olunur. “Etihad” da pivə, şərab və digər spirtli içki çeşidləri olan barı sərnişinlərə pulszu təklif edir.

8. Əsas dərmanlar və sarğı materialları

Sarğı

Bu, aviaşirkətin qaydalarından asılıdır. Lakin reyslərin əksəriyyətində stüardessadan pulsuz ağrıkəsici, mədə yanğısı əleyhinə vasitə və ya bint istəyə bilərsiniz.

9. Uşaq üçün aviaşirkət nişanı

Aviaşirkət nişanı

Üzərində aviaşirkətin loqosu əks olunan plastik qanadlar formasında olan bu nişanların tarixə qovuşduğunu düşünə bilərsiniz, lakin əslində bəzi aviaşirkətlər, məsələn, Amerikanın “Delta” şirkəti əvvəlki kimi sərnişinlərə paylayır.

10. Su şüşəsi

Su şüşəsi

Səbəb vacib deyil: ola bilər ki, siz çoxlu su içməyi xoşlayırsınız və ya şüşədə olmayan suyu içməkdən çəkinirsiniz – personalın əlinin altında adətən, su şüşələri olur və onlardan arzuladığınız vaxt su xahiş edə bilərsiniz.

Bakıdan hansı ölkələrə uçmaq olar?

0

Bakıdan uçuşlar

Bu gün AZAL da daxil olmaqla, 26 aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirir.

Sözügedən şirkətlər arasında aşağı büdcəli və mövsümi fəaliyyət göstərənləri də var.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirən şirkətləri təqdim edirik:

Müntəzəm aviaşirkətlər:

1.UIA – Kiyev

2.Qatar Airways – Tbilisi, Doha

3.Turkish Airlines – İstanbul (həmçinin Gəncədən və Naxçıvandan)

4.Aeroflot – Moskva

5.Air Astana – Astana, Almata

6.ATA Airlines – Tehran, Məşhəd, Şiraz, Təbriz

7.Lufthansa – Frankfurt, Aşqabad

8.S7 Airlines – Moskva, Novosibirsk

9.FlyBaghdad – Nəcəf, Bağdad

10.Rossiya – Sankt-Peterburq

11.UTair – Moskva, Surqut, Tümen, Xanti – Mansi

12.Belavia – Minsk

13.China Southern – Urumçi

14.Komaviatrans – Nijni Novqorod, Samara

15.Ural Airlines – Yekaterinburq

16.NordStar Airlines – Ufa

17.Uzbekistan Airways – Daşkənd

18.Scat Airlines – Aktau, Atyrau

19.Iraqi Airways – Bağdad, Bəsrə, Ərbil

Aşağı büdcəli aviaşirkətlər:

1.Pobeda – Rostov-na-Donu

2.WizzAir – Budapeşt

3.FlyDubai – Dubay

Mövsümi aviaşirkətlər (Uçuşlar):

1.AZALJET – Bodrum, Dalaman, İzmir

2.AirBaltic – Riqa

3.Air Cairo – Şarm-əş-Şeyx

Azərbaycanda turizm sahəsi digər super güc ölkələrlə müqayisədə zəifdir. Ancaq buna baxmayaraq,  müntəzəm, mövsümi və aşağı büdcədə olan uçuşlar yetərli olmasada mümkün qədər var. Ümid edirik, yaxın illərdə bu sahə daha da genişlənər.

Aviaşirkətlər

Qadınlar üçün ən gözəl 10 ölkə

0

 

ABŞ-ın U.S. News & World Report nəşri qadınlar üçün ən gözəl ölkələrin adlarını açıqlayıb.

Ekspertlər 80-dən çox ölkədə 90 minə yaxın qadın arasında soruğu keçiriblər.

Qiymətləndirmə zamanı gender bərabərliyi, iqtisadi rifah, təhlükəsizlik və digər amillər nəzərə alınıb. Beləliklə, qadınlar üçün ən gözəl ölkə reytinqində ilk sırada İsveç qərarlaşıb.

İsveç

Top 10-luğu təqdim edirik:

1. İsveç

2. Danimarka

3. Norveç

4. Hollandiya

5. Kanada

6. Finlandiya

7. İsveçrə

8. Avstraliya

9. Avstriya

10. Yeni Zellandiya

Qeyd edək ki, Azərbaycan siyahıda 67-ci sırada qərarlaşıb.

Bunlardan əlavə qadın üçün ən gözəl  yer onun sevildiyi, dəyər verildiyi, hörmət edildiyi, sevdiklərinin yanıdır. Belə gözəl söz var: “Sənin olduğun hər yer mənə cənnətdir”. Çalışın bəylər,  qadınların cəhənnəmi deyildə cənnəti olun. Sağlıqla qalın ❤️ Xoş istirahətlər

Yerin altındakı qəsəbə

0

Yerin altında üstündən də fərqli məkan

Avstraliya

Düşünün ki, yeraltı bir qəsəbədə yaşayırsınız və ya belə bir yerə səyahət etmisiniz.Və qəsəbədə normal yaşayış üçün hər cür şərait var. Əslində təsəvvürümüzdə belə bir yeri canlandırmağa ehtiyac yoxdur. Bu cür qəsəbə onsuz da mövcuddur. Həm də Cənubi Avstraliyada…

Kuber-Pedi

Kuber-Pedi dünyanın ən quru qitəsində qupquru bir qəsəbədir. Bu qəsəbə opal daşı paytaxtı hesab edilir. Qəsəbə burada opal kəşf edildikdən sonra qurulub. Mədən işçiləri bölgəyə yerləşəndən buranın iqlimi ilə əlaqədar çox əziyyət çəkiblər. Bu səbəbdən də yer qazmağa və dözülməz istilərdən qorunmaq üçün evlərini yerin altında inşa etməyə başlayıblar. Bununla da yeraltı qəsəbə yaranıb. Qəsəbənin sakinləri evlərini ənənəyə uyğun olaraq yerin altında tikirlər. Çünki günəşli günlərdə burada 40 (hətta daha çox) dərəcə isti olur.

Kuber-Pedi

Kuber-Pedi qəsəbəsi 1980-ci ildən məşhurlaşmağa başlayıb. İlk dəfə 1981-ci ildə burada otel inşa edilib və həmin ildən qəsəbənin şanını eşidənlər bura axın etməyə başlayıb. Turistlər gecələmək üçün mağara otel və evlərə üstünlük verirlər.

Kuber-Pedi

Qəsəbə yerin üstündəki mini qolf meydançası ilə də məşhurdur. Bu meydançadan gündüzün yandırıcı istilərində istifadə edə bilməsələr də axşamları mütləq qolf oynayırlar.

Kuber-Pedi

Gecəsi 4 avro – Avropanın ən ucuz şəhərləri

0

Gecəsi 4 avro??

Gezmeli.az olaraq sizlərə gecəsi 4 avro olan, üstəlik Avropada yerləşən şəhərlərdə. Elə isə qaçırmayın. Təqdim edirik:

1. Macarıstan

Budapeştdə ən ucuz nahar 5 avrodur. Orta səviyyəli restoranlarda isə iki nəfərlik (salat, şorba, qaynar yeməklər) yeməyin məbləği 29 avroya bərabərdir.

Hosteldə qiymət – 8 avro

İki nəfərlik otel otağının gecəsi – 10 avro

Budapeşt

2. Ruminiya

Ucuz kafelərdə və fastfudlarda 4,5 avroya rahatlıqla yemək yeyə bilərsiniz. Axşam naharının qiyməti isə əla restoranlarda 11-14 avro arası dəyişə bilər.

Hosteldə qiymət – 5,94 avro

İki nəfərlik otel otağının gecəsi – 15 avro

Ruminiya

3. Serbiya

Paytaxt Belqradda əla restoranda qiymət 9 avrodur.

İki nəfərlik otel otağının gecəsi – 32-41 avro arası dəyişir.

Otelləri baha hesab etsəz, Hostels.com-dan hətta 3,98 avroya belə hostellər tapa bilərsin

Serbiya

4. Çernoqoriya və yaxud Monteneqro

Paytaxt Podqoritsada ucuz restoranda naharın qiymət 5 avrodur. Orta səviyyəli restoranda (salat, şorba, qazan yeməkləri) isə qiymət 25 avro təşkil edir.

Hosteldə qiymət – 7,30 avro

İki nəfərlik otel otağının gecəsi – 16 avro

Çernoqoriya

5. Bolqarıstan

Paytaxt Sofiyada ən ucuz naharın qiyməti 4,09 avrodur. Orta səviyyəli restoranda isə bu qiymət 20,45 avroya qədər yüksəlir.

Hosteldə qiymət – 4,89 avro

İki nəfərlik otel otağının gecəsi – 15 avro

Bolqarıstan
Qeyd: Çalışın gedəcəyiniz yerlərdə qalmaq istədiyiniz otel-hostelləri (həmçinin təyyarə biletini) öncədən bron edin. Bu şəkildə ucuz qiymətlərlə səfər edə bilərsiniz…
Hostellər üçün hostels.com və hostelworld.com
Otellər üçün booking.com, tripadvisor.com, trivago.com
Və  bu qədər. Sağlıqla qalın ❤️

Dünyanın 200-dən çox ölkəsində pulsuz qalmanın yolu

0

Pulsuz 200-dən çox ölkədə istirahət

Ola bilsin bu sizə inandırıcı gəlməyə bilər. Lakin bu gün dünyada milyonlarla insan indi təqdim edəcəyimiz yolla xaricə səfər edən zaman qalmaq xərclərindən tamamilə xilas olur.

CouchSurfing (CS) beynəlxalq qonaqpərvərlik xidmətidir. Kasey Fenton, Danyel Hofer, Leonardo Bassani və Sebastiyan Tuan tərəfindən 2004-cü ildə San-Fransiskoda yaradılıb. Bu gün 10 milyona yaxın insan bu şəbəkənin üzvüdür

CouchSurfing

Couchsurfingdən necə istifadə edə bilərsiniz? Couchsurfing.com saytına üzv olmaq pulsuzdur. Siz burada profil açmaqla digər üzvlərlə əlaqə yarada və gedəcəyiniz ölkədə onların evlərində pulsuz qala bilərsiniz. Əlbəttə ki, bir gün onlar Azərbaycana gələn zaman siz qonaqpərvərlik xidməti göstərməli olacaqsınız… Çalışın özünüz barədə bütün informasiyaları yerləşdirin. Bu şəkildə insanların etibarını qazana və onları qonaq edə, qonaq gedə bilərsiniz. Qruplara daxil olmağı da unutmayın

Turistlər

Getdiyiniz yerdə nələr etməli, haraları görmə məsələsində ən etibarlı məlumatları qonağı olduğunuz insanlardan əldə edəcəksiniz. Bir şəhəri orada yaşayandan daha yaxşı kim bilə bilər?

Turistlər

Gedəcəyiniz şəhərdə Couchsurfing etməyi planladığınız zaman çalışın özünüzə uyğun insanlar tapın. Profilləri dəqiq araşdırın. Siqaret, içki və digər məsələləri mütləq soruşun. Və unutmayın ki, siz qonaqsız. Ola bilsin bəziləri sizdən evə gec gəlməməyi tələb edəcək, bəziləri isə hətta evinin açarını belə verəcək. Təkrar edirik ki, bunun üçün səfərdən öncə araşdırmanızı dəqiq aparın.

Yolunuz açıq olsun. Sağlıqla qalın❤️

Dünyanın ən gözəl oteli bəlli oldu – Foto

0

“TripAdvisor” şirkətinin ekspertləri dünyanın ən gözəl otelinin adını açıqlayıb.

 Qiymətləndirmə zamanı xidmət, rahatlıq və milyondan artıq müştərinin rəyi nəzərə alınıb. 109 ölkədən 7 mindən artıq otel arasında ilk sıranı Macarıstanın “Aria Hotel Budapest” oteli tutub.

Dünyanın ən gözəl 10 otelini təqdim edirik:

 

1.Aria Hotel Budapest, Macarıstan

2.Mandapa, A Ritz-Carlton Reserve, İndoneziya

3.Turin Palace Hotel, İtaliya

4.Hotel The Serras, İspaniya

5.BoHo Prague Hotel, Çexiya

6.Portrait Firenze, İtaliya

7.Shinta Mani Resort, Kamboca

8.Hanoi La Siesta Hotel & Spa, Viyetnam

9.Tulemar Bungalows & Villas, Kosta-Rika

10.JA Manafaru, Maldiv.

Bu məqalədə bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağlıqla qalın❤️

Bir çarpayıdan ibarət otel açıldı

0

Null Stern otel şirkətləri qrupu İsveçrədə maraqlı yeniliyə imza atıb.

Gezmeli.az-ın məlumatına görə, şirkət rəhbərliyi açıq havada müştəriləri üçün otel otağı təklif edir. Yeni otel İsveçrənin Qrabünden dağ silsiləsində, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir.

Otaq açıq havada qoyulmuş çarpayıdan ibarətdir və burada hamam, internet yoxdur. Ən yaxındakı hamama getmək üçün 10 dəqiqəlik yürüyüş etməlisiniz.

Otağın bir gecəsinin qiyməti isə 395 manatdır.

Sizədə bu  oteldə istirahət arzulayıram. Burada açıq havadan zövq alaraq dəyişik bir istirahət edə bilərsiniz.