Ev Blog Səhifə 422

Təyyarə bileti almaq üçün ideal gün hansıdır?

0

Ucuz aviabilet

Dünyadakı hava yollarının fəaliyyətini izləyən “Airlines Reporting Corporation” şirkəti dünya üzrə 10 milyona yaxın aviabiletin qiymətlərini araşdırıb. Məqsəd, biletlərin həftənin hansı günü daha ucuz olmasını müəyyənləşdirmək olub.

Məlum olub ki, iş məqsədilə səyahət edənlər biletlərini daha çox 5-ci gün, tətil məqsədilə səyahət edənlərsə, bazar günü almağa üstünlük verirlər. Buna görə həmin günlərdə biletlər baha olur. Şirkətin araşdırmasına görə Avropa istiqamətində həyata keçirilən uçuşlara ən ucuz bileti 140, ABŞ-a olan uçuşlara isə 57 gün əvvəl almaq mümkündür.

Uçuş bileti

Qurum onu da qeyd edib ki, biletləri çox erkən almaq bəzən daha baha başa gəlir. Çünki aviaşirkətlər beynəlxalq uçuşların bilet qiymətlərini təxminən 5-6 ay əvvəl müəyyən edirlər. Uçuşa 6 aydan çox qalanda biletlərin qiyməti baha olur.

Araşdırmalara görə ucuz təyyarə bileti almaq üçün ən yaxşı gün çərşənbə axşamıdır. Çünki həftənin ilk günü aviabiletlərin qiymətini müəyyən edənlər ötən həftənin sonunda kifayət qədər biletin satılmadığını gördükdə biletlərin qiymətində endirim edirlər. Bazar ertəsi günü edilən endirimlər isə səhəri gün, yəni, çərşənbə axşamı satışa çıxarılan biletlərə şamil olunur.

2 uşaqla dünyanı gəzən ailə

0

SƏYAHƏT ÇOXLARININ ARZUSU OLSA DA, BƏZƏN GƏRGİN İŞ QRAFİKİNƏ GÖRƏ GEDƏ BİLMİR, BƏZƏN DƏ YETƏRİNCƏ PULU OLMADIĞI ÜÇÜN ARZUSUNU ÜRƏYİNDƏ BOĞMALI OLUR İNSAN

Bir də uşaqlı analar var bunu özünə dərd edir. Tez-tez eşitmək olur bu şikayətləri: “Uşaqla necə səfərə çıxım axı?!”, “Bütün səfər burnumdan gələr” və s. Əksər qadınlar düşünür ki, uşaq onun əl-qolunu bağlayır, onunla nəinki səyahətə, heç əvvəl getdiyi restorana, kafeyə, dükana, hətta dostlarla görüşə də getmir. Yollar, iqlim və saat qurşağının dəyişməsi, təyyarə, avtobus, qatar, otel narahatlıq və gərginlik yarada bilir. İlk baxışda bütün bunlar bir balaca çətin ola bilər. Ancaq bu, səyahət etmək və bundan zövq almağa maneə olmasın gərək.

Dünyanı gəzən ailə

Ailə

Elə Adam və Emily Harteau cütlüyü kimi. Onlar hətta iki uşaqla dünyanı gəzirlər. Üstəlik, uşaqlardan biri körpədir. Onlar Kaliforniyadakı evlərini, həyatlarını arxada qoyub, uzunmüddətli səyahətə çıxıblar. Özü də şəxsi karavanları ilə. Bu ailəyə həsəd aparmamaq əldə deyil ?

Elektron Aviabilet nədir?

0

Elektron Aviabilet

Səyahətçiyə izləyicilər tez-tez yazıb soruşurlar: “Saytdan aldığım aviabiletin kopyasını özümlə hava limanına aparımmı?”, “Hava limanında məndən bilet istəyəcəklərmi?” və s.

İnternet üzərindən alınan bütün biletlər elektron aviabilet və ya e-ticket adlanır. Elektron aviabilet, təyyarədə sərnişin və ya yükün daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yükdaşıma şərtləri və s. məlumatları cəmləyir.

Bundan başqa, bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqviminizə əlavə edir və uçuşa bir neçə müddət qalmış sizi xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.

Yəni, elektron bileti kağıza çap edib özünüzlə götürmənizə ehtiyac yoxdur. Hava limanına gedərkən pasportunuzu unutmayın yetər ?

Dünyanın ən soyuq 10 ölkəsi

0

SOYUQ, ANCAQ ƏVƏZOLUNMAZ GÖZƏLLİKLƏRİ OLAN ÖLKƏLƏR ?

Səyahət, tətil deyəndə əksəriyyətimizin ağlına dəniz, günəş, isti ölkələr gəlir. Ancaq soyuq, bir o qədər də əyləncəli olan yerlər də var. O ölkələr ki, soyuğa rəğmən möhtəşəm gözəllikləri, əvəzolunmaz mənzərələri ilə tanınırlar. Qarın bəyaz sehri, görüntüsü, fərqli mədəniyyətlər tanımaq da pis fikir olmamalıdır.

1.Monqolustan

Monqolustan

Heç Monqolustana getmək haqqında düşünmüsünüz? Və ya ən son Monqolustan haqqında nə eşitmisiniz? Başqa cür desək, indiyədək yanınızda Monqolustandan gəlirəm və ya gedəcəyəm deyən olubmu?

Rusiya ilə Çinin ortasında yerləşən ölkənin dənizə çıxışı yoxdur. Bura ucsuz-bucaqsız çöllər və sonsuz göy üzünə sahibdir. Qışda temperatur mənfi 20 ilə 40 dərəcə arasında dəyişir. Əsilləri Cənubi və orta Asiyadakı köçəri xalqlardan gələn monqolların böyük əksəriyyəti çadırda yaşamağa üstünlük verirlər. Bir sözlə, maraqlı ölkədir. Yolunuzu buradan salsanız qəti peşman olmazsınız ?

2.Estoniya

Estoniya

Şimali Avropada yerləşən ölkədə qışda havanın hərarəti mənfi 5 ilə 10 arası olur. Baltik dənizinin təsiri ilə yayda temperatur müsbət 17-22 dərəcəyədək yüksəlir. Bura ən çox  “bəyaz gecələr”-i ilə məşhurdur. Gün ərzində hava 3-4 saat qaralır. Təkcə, bunu görmək üçün Estoniyaya getməyə dəyər. Ölkə dünyada təhsil səviyyəsinin yüksək olması baxımından Kubadan sonra ikinci yerdədir.

3.Finlandiya

Finlandiya

Finlandiya Baltik dənizi sahilində yerləşən, 188 min gölün, 180 min adanın yer aldığı möhtəşəm ölkədir. Cənubda mənfi 30 dərəcə olan soyuq hava Qərbə doğru mənfi 40 dərəcəyə qədər düşür. Burada buzdan otellərə çox rast gəlinir. Turistlərin ən çox qalmaq istədikləri yerdir. Buzdan otel ? Gözəl mənzərədir, elə deyilmi? Üstəlik, uşaq vaxtı cizgi filmlərindən gördüyümüz nağıllar aləmi Laplandiya da, şaxta babanın kəndi də bu ölkədədir.

4.Qazaxıstan

Qazaxıstan

Ərazisinin böyüklüyünə görə dünyanın doqquzuncu ölkəsidir. Qışı soyuq və sərt olur. Hava şəraiti geniş əraziyə sahib ölkənin bölgələrinə görə fərqlənir. Paytaxt Astanada 105 metrlik “Baiterek” Qalası və təbii gözəlliyi ilə Böyük Almatı Gölünü görməyə dəyər. Bundan savayı, qazaxların at sütündən hazırladıqları “qımız” adlı içkiləri də olduqca məşhurdur. Getsəniz mütləq dadına baxın ?

5.Islandiya

Islandiya

Ərazisinin böyüklüyünə görə dünyanın doqquzuncu ölkəsidir. Qışı soyuq və sərt olur. Hava şəraiti geniş əraziyə sahib ölkənin bölgələrinə görə fərqlənir. Paytaxt Astanada 105 metrlik “Baiterek” Qalası və təbii gözəlliyi ilə Böyük Almatı Gölünü görməyə dəyər. Bundan savayı, qazaxların at sütündən hazırladıqları “qımız” adlı içkiləri də olduqca məşhurdur. Getsəniz mütləq dadına baxın ?

6.Amerika Birləşmiş Ştatları

Amerika Birləşmiş ştatları

Amerikanın hər əyalətinə aid olmasa da Alyaska və Vaşinqton ştatları soyuq iqlimi ilə tanınır. Ərazisinə görə ən böyük ştat olmasına baxmayaraq, Alyaskanın əhali sayı olduqca azdır. Yaxşı səyahətçi olsan burada balinaları belə görə bilərsən. Soyuq sevənlər üçün məsləhətli yerlərdir.

7.Kanada

Kanada

Kanada dünyanın ən uzun sahil xəttinə, olduqca uzun və sərt qış mövsümünə sahibdir. İqtisadi rifahı və yaşayış səviyyəsinin yüksəkliyinə görə burada məskunlaşmaq üçün ölkəyə hər il minlərlə müraciət daxil olur. Bundan başqa, görüləsi gözəl, mənzərəli yerləri də var. Sadəcə soyuq olduğundan çox adam buna risk etmir. Risk etməyə dəyər deyərdim.

8.Rusiya

Rusiya

Ərazisinə görə dünyada ən böyük dövlətdir. Ədəbiyyat, musiqi və bir çox sənət sahələri üzrə məşhur olan tanınmışların vətənidir. Qış aylarında temperaturun mənfi 40 dərəcəyədək endiyi Rusiyada, günəş sakinlərə üzünü yalnız iki ay göstərir. Burada soyuğu daha az hiss etməyin tək çarəsi “vodka” içməkdir. Rusiya soyuq sevənlər üçün daha bir məsləhət görüləcək yerdir. Xüsusən də, Moskva və Sankt Peterburq şəhərlərini mütləq görmək lazımdır.

9.Qrellandiya

Qrellandiya

Dünyanın ən böyük adası olan Qrellandiya Atlantik Okeanının şimalında yerləşir. Bəmbəyaz qarlarla örtülmüş, bu buzlar diyarında “qurd it”lərin müşaiyyəti ilə, xizəklə qar üzərində süzülmək sənə uşaq vaxtı izlədiyin film səhnələrini andıracaq. Bura dağ yürüşü və digər, bu tip aktivitələrlə yanaşı “bəyaz gecələr”i ilə tanınır. Ada minlərcə səyahətsevərin görmək istədikləri siyahısında ilk sıralarda yer alır.

10.Antarktida

Antarktida

Macərapərəstsən? O zaman Cənub Qütbü çevrəsində yerləşən Antarktida elə sən axtardığın ünvandır. Ümumilikdə mənfi 50 dərəcə civarında olan temperaturun mənfi 89 dərəcəyədək endiyi zamanlar olub. Ətrafdakı buzların yaratdığı gözoxşayan, əvəzsiz mənzərənin tam mərkəzidir Antarktida. Qitə səyahəti sonrası yay günəşinin yanıqlarının əksinə, evə qar yanıqları ilə də geri dönəcəyin mümkündür.

Bu ölkələrə getmək istəsən havanın soyuqluğu gözünü qorxutmasın. Önəmli olan içinin, duyğularının isti olmasıdır ? Bir də macəra və əyləncə…

Sevgi tuneli

0

Sevgi tuneli-Ukrayna

Sevgi tuneli  — yerli əhəmiyyətli dəmir yol xətti üzərində olan təbiət abidəsi. Tunel Rivne vilayətininin Rivne rayonda yerləşən Klevan qəsəbəsi ərazisində yerləşir. Tuneldən keçən dəmir yol xətti Klevan və Orjev qəsəbələrini birləşdirir.

 

Meşə bitkiləri ilə əhatələnmiş bu yaşıl tunel bir botanika fenomenidir. Uzunluğu 5 km olan, ağaclardan və kollardan ibarət olan bu tunel arka formasını xatırladır. Yük qatarı sutkada bu tuneldən üç dəfə keçir.

Tunelin belə şəkil almasında həm təbiətin, həm də, insanın rolu olmuşdur. Məhz Orejev ağac emalı kombinatına gedən yolun burdan keçməsi tunelin formalaşmasında böyük rol oynamışdır. Meşə ərazisindən keçən bu yolda əvvəllər qatarların hərəkəti daha çox idi. O üzdən meşənin bu yolu əhatə etməsi mümkünsüz idi. Sonradan gediş-gəlişin azalması nəticəsində yol artıq özünə məxsus formaya düşdü və müasir formasını aldı.

Tunel turistlərin və sevgililərin sevimli məkanıdır. Turistlər arasında söylənilən əfsanəyə görə əgər sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarsalarsa, arzuları mütləq həyata keçəcək. Bəzi gənclər hətda tuneldə gül-çiçək əkərək hislərini simvolizə edirlər.

Yapon rejisor Akiyoşi İmazaki 2014-cü ildə “Klevan: Sevgi tuneli” adlı romantik dram filmi çəkmiş və filmin ilk nümayişi 23 noyabr 2014-cü ildə baş vermişdir. Beynəlxalq Hanoy kinofestivalında göstərilən bu filmin sujet xətti bir başa Sevgi tuneli ilə bağlıdır.

  Qısametrajlı “Mina” filmi.

 

Turistlərin ən çox sevdiyi 5 məkan

0

Turistərin əsas 5 seçimi

Dünyada gəzilib-görüləsi gözəl yerlər çoxdur. Bu gün sizə turistlərin sevdiyi, məşhur 5 məkandan danışacağam.

1. “WİSTERİA” TUNELİ, YAPONİYa

Wisteria tuneli

“Wisteria” tuneli “Kawachi Fuji Gardens”-də yerləşir. Yaponiyanın Kitakyuşu şəhərində olan bu möhtəşəm bağ görənləri heyrətə salır. Bir-birindən gözəl qoxulu çiçəklər turistlərin xoşuna gəlir. Dünyanın ən gözəl tuneli seçilən bu yer aprelin ortalarından çiçəklər açmağa başlayır.

 

2. CİNQUE TERRE, İTALİYA

Cinque Terre

 

İtaliyanın şimalındakı “The Cinque Terre” 1997-ci ildən bəri UNESCO-nun mədəni irs siyahısındadır. İtalyan dilindən tərcümədə “beş kənd” mənasını verir. Dənizə tərəf dik şəkildə uzanan, terraslı təpələrin ətəyində qurulmuş beş kənddən ibarət olan bu yer turistlərin sevimli məkanıdır.

3. HOTEL LA MONTANA MAGİCA, ŞİLİ

Nağıllar aləmini xatırladan, möhtəşəm təbiəti ilə şəlalə kimi görünən otel yanardağ kimi inşa edilib. Lakin lava əvəzinə su püskürür. Burada eyni zamanda təbii qaynaq suları da  var.

4. “THE CROOKED FOREST”, POLŞA

Crooked meşəsi Polşanın şimal-qərbindəki Nowe Czarnowo qəsəbəsində yerləşir. Bu meşədə yerləşən təxminən 400-ə yaxın şam ağacı 90 dərəcə əyilərək böyüyür.  Sakinlər buradakı ağacların 10 yaşından sonra naməlum səbəbdən əyildiyini deyirlər. Bir çox araşdırmalara səbəb olan bu meşənin sirri hələ də bilinmir.

5.SEVGİ TUNELİ, UKRAYNA

Böyük ağacların sardığı bu tunel Ukraynanın Kleven şəhərindədir. Daha çox cütlüklərin seçimi olan yer buna görə “sevgi tuneli” adlanır və dünyanın ən gözəl yerləri arasındadır.

Azərbaycanın ən məşhur şəlaləsi – Katex

0

Katex şəlaləsi

Azərbaycanın təbiəti olduqca gözəldir. Belə gözəlliklərdən biri də Balakən rayonu ərazisindəki Katex və ya Katexçay şəlaləsidir. Bəzən bura Qəbizdərə (Zaqatala rayonunda kənd – red.) şəlaləsi də deyilir.Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Azərbaycanda ən məşhur şəlalə sayılır.

Gəlin birinci doğma diyarımız olan Balakən ilə qısa tanış olaq.

Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir.Katexçay şəlaləsi, İmambulaq, Arılıq , Qaraçay – Razvedka, Mazımqara  və s. belə yerlərdəndir.

Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı – Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.

Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.Ən iri çayları Qanıx (Alazan), Balakənçay, KatexçayMazımçaydır.

Zaqatala Qoruğunun ərazisinin 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Şəlalənin hündürlüyü 18-20 metrdir. Bu Azərbaycanın ən hündür şəlalələrindən biridir. Həm də eyni zamanda ölkənin ən bolsulu şəlaləsidir.

Şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır.Kombinatdan şəlaləyə qədər bir neçə kilometr məsafə vardır. Avtomobil yolu yalnız Zaqatala Qoruğunun Katex satsionarlna qədərdir. Oradan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır. Onu da qeyd edək ki, kombinatdan şəlaləyə doğru demək olar ki, bütün yol boyu hündürlük artan tempdədir. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Belə ki, bundan sonra aşağı enmək lazəm gəlir ki, bu da dolanbaclı və uçurumlu cığırlarla çox çətindir.

Ancaq bütün bu çətinliklər şəlalənin buz kimi suyu ilə sərinlədikdən sonra unudulur. Həm də qarşınızda əsrarəngiz bir mənzərə açılır.

Balakən
Balakən

Şəlalə Kilsəçayın Katexçaya qarışdığı yerdə yerləşir. Hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir.

Katex şəlaləsi
Katex şəlaləsi

Şəlaləyə 500 metrlik çətin yolu keçməklə getmək olar. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Yəni dolanbaclı və uçurumlu cığırlarla aşağı enmək çox çətindir.

Bakıda xüsusi atmosferi ilə fərqlənən 10 məkan

0

Bakının 10 gözəl məkanı

1. Old School kafe

Old School kafe

Artıq bir neçə ildir fəaliyyət göstərən kafe siyahının ən köhnələrindən biridir. Şəhərin mərkəzində ara küçələrin birində yerləşən kafe nostalji aurası ilə sakit vaxt keçirmək üçün şəhərin ən orijinal məkanlarından biridir.

2. Radio Kafe

Radio Kafe

Hipster tərzi aurası, normal qiymətləri ilə dostlarınızla söhbət etmək üçün görüş yeri seçə biləcəyiniz kafelərdən biri də Radiodur. Burada şahmat oynayaraq da əla vaxt keçirə bilərsiniz

3. El Viento Art&Crafts kafe

El Viento Art&Crafts kafe

Ləzzətli və ənənəvi yeməyi yeyə biləcəyiniz yer olan El Vientoda axşamlar isə “wine night” kimi xüsusi event’lər təşkil edilir. El Viento maraqlı vaxt keçirmək üçün gedə biləcəyiniz məkanlarda biri ola bilər. Rəngləri və fərqli atmosferi ilə siyahıda olan ən ürəkaçan məkanlardan biridir.

4. Etüd Kafe&Bar

Etüd Kafe&Bar

Etüd də şəhərin yeni açılan məkanlarından biridir. Təşkil etdikləri xüsusi tədbirləri ilə həftəsonu əyləncəsi üçün ən ideal yerlərdən biridir. Açıq mikrafon, Poetry Night, Dihaj konserti kimi hər həftə sizin üçün maraqlı olacaq tədbirlər bu barda baş tutur.

5. Le Chetau Music Bar

Le Chetau Music Bar

Artıq Bakının əyləncə həyatının klassikləşən yerlərindən birinə çevrilib. “Undeground” tərzi, jazz və rok konsertləri ilə şəhərin gecə əyləncəsində xüsusi yeri var. Açılan ikinci zalı ilə birlikdə həm də eyni məkanda alternativ musiqilər təklif edir.

6. Pub Fiction

Pub Fiction

Geniş içki menyusu və tematik konsepti ilə Pub Fiction da gedilməli məkanlar arasındadır. Həftəsonunu içərək və əylənərək keçirmək istəyənlər üçün ən yaxşı variantlardan biridir.

7. Lviv Handmade Chocolate

Lviv Handmade Chocolate

Siyahıda olan digər məkanlarda kəskin fərqlənsə də şokolad sevənlərin Bakıda gedə biləcəyi ən fərqli və zövqlü məkanlardan biri də Lviv’dur. Şokoladla kofe və ya çay sevənlərin mütləq getməli məkanların arasındadır.

8. Soul Kitchen Baku

Soul Kitchen Baku

Şəhərin yeni məkanlarından biri də Soul Kitchen’dir. Azərbaycan kinoteatrının yaxınlığında yerləşən kafe/restoran həm menyusu, həm fərqli konsepti ilə siyahıya daxil olur. İsti havalarda köhnə binalara baxan tersası ilə də fərq yaradır.

9. Yaşıl Kafe

Yaşıl Kafe

Əgər Bulvarda çox zərif formada qurulmuş bir məkanda vaxt keçirmək istəyirsinizsə Yaşıl kafe əsl sizin üçündür. Yemək menyusu da hər kəsin bəyənəcəyi tərzdədir.

10. Deja Vu Pub&Cafe

Deja Vu Pub&Cafe

Cənubi azərbaycanlıların məşhur Zeytoon qrupu illər sonra öz Bakı konsertini bu məkanda vermişdi. Marjinal tərzi və təşkil etdikləri konsertlərlə Deja Vu əyləncə həyatında öz yerini tapmağa başlayan məkanlardan biridir.

Təyyarəyə vaxtında çata bilməsəm, nə etməliyəm?

0

Geciksəm nə etməliyəm?

Səyahətə gedənlərin ən böyük qorxularından biri təyyarəyə vaxtında çata bilməməkdir. Çox insan bu tip situasiyalarda nə edəcəyini bilmir. Pulumu geri ala bilərəmmi? Və yaxud uçuşun tarixini dəyişdirmək mümkündürmü?

Uçuşa vaxtında çata bilməsəm, nə etməliyəm?

Tıxac, xəstəlik, yaddan çıxan pasport və digər hadisələr zamanı sərnişinlər təyyarəyə vaxtında çata bilmir. Əgər belə vəziyyətlə rastlaşsaz, ilk etməli olduğunuz bilet aldığınız şirkətin satış mərkəzlərinə getməkdir. Situasiya hava yolları şirkətinə və biletin sinfinə görə dəyişir. Bir qayda olaraq, sərnişin reysə bir neçə saat qalmış uçuşdan imtina edirsə, ondan müəyyən miqdarda cərimə kəsilir. Lakin reysə vaxtında çata bilməyəndə isə bir çox şirkət ödədiyiniz məbləği geri qaytarmır.

Əgər dönüş üçün bilet almısınızsa, avtomatik həmin bilet də ləğv edilir və təkrar satışa çıxarılır. Bu riski azaltmaq üçün gediş-dönüş biletlərinizi ayrı almağınız məsləhətdir.

Airport

Digər tərəfdən, əgər reys hava yolları şirkətinə görə təxirə salınıbsa, belə olan halda pulunuzu geri alma və ya tarix dəyişikliyi mümkündür.

Fors-major hallarla rastlaşa biləcəyiniz üçün səyahət sığortası belə situsiyalarda böyük əhəmiyyət kəsb edir. Təbii ki, sığorta etdirərkən detallarına qədər soruşmaq lazımdır. Biletə ödədiyiniz məbləği sığorta ilə geri almaq da mümkündür.

Tək səyahət üçün əlverişli şəhərlər hansılardır?

0

İlk ikiliyi Kanadanın Toronto və Norveçin Oslo şəhəri tamamlayır